Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hücü
Hücü — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 120 nəfərdir. == Toponimiyası == Oykonim talış dilindən tərcümədə "su arxları çəkilmiş yer" və ya "yeni arx" mənalarında izah edilir.
Hucho
Bel balığı (lat. Hucho), Qızılbalıqkimilər dəstəsindən Qızılbalıqlar fasilədindən bir balıq cinsidir. == Coğrafiyası == Sibir və Uzaq Şərq bölgələrin əksər göllərində və çaylarında yaşayır. Bu balıqlara ayrıca Altayın bəzi çaylarında, Monqolustanın Xövsgöl bölgəsinin şimal çaylarında rast gəlmək olar.
Hücum
Hücüm - irəliləmək məqsədilə qoşunların düşmənə qarşı apardığı hərbi əməliyyat və ya həmlə. == Digər mənaları == 1 - İttihamla, yaxud qərəzlə birinin üstünə düşmə, ağır sözlərlə üzərinə həmlə etmə; 2 - Şahmat, hokkey, futbol və s. oyunlarda xal qazanmaq üçün daha fəal hərəkətə keçmə, mübarizəni gərginləşdirmə, rəqibi sıxışdırma.
Muçu
Muçu — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Xaltan bələdiyyəsinin tərkibindədir. Muçu oyk., sadə. Quba r-nunun Xaltan i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Əsl adının Mouci olduğu söylənilir. Mucu variantında da qeydə alınmışdır. Tədqiqatçıların ehtimalına görə, oykonim ərəb dilindəki mouc (səngər, sədd) sözündən və tat dilində isimlərin sonuna əlavə olunaraq müəyyənlik bildirən -/ şək. -sindən ibarətdir. Yaşayış məntəqəsinin adı “səngər, sədd yeri” məna¬sındadır.
Nücü
Nücü — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 922 nəfərdir. Tədqiqatlarda belə güman edilir ki, yaşayış məntəqəsi eyniadlı arxın kənarında salındığı üçün belə adlanmışdır. Arxın adı talış dilindəki nii (yeni, təzə) və cıt (arx) sözlərindən ibarət olub, “yeni, təzə arx” mənasındadır.
Güclü Avqust
Güclü Avqust (12 may 1670[…], Drezden – 1 fevral 1733[…], Varşava) — 7 may 1694-cü ildən Saksoniya kürfürstü, 1697-ci il sentyabrın 15-dən (17 iyun 1697-ci ildə kral elan edilmişdir) 1704-cü il fevralın 16-dək (1-ci dəfə, əslində, 24 sentyabr 1706-cı ilə qədər) Polşa Kralı və Litvanın böyük knyazı. 1694-cü ildən I Fridrix Avqust adı altında, 1697-ci ildən isə II Avqust adı ilə Saksoniyanın kürfürstü kimi hökm sürmüşdür. Polşa taxtını tutmaq üçün protestant Avqust 1697-ci il iyunun 1-də katolikliyi qəbul etdi. Onun daxili islahatlar və kral hakimiyyətini gücləndirmək cəhdləri uğursuzluqla nəticələndi, eyni zamanda Rusiya imperiyasına bölgədə öz təsirini artırmağa imkan verdi. İsveçə qarşı Şimal Müharibəsində (1700-1721) I Pyotrun müttəfiqi olmuşdur. Onun hakimiyyəti Polşanın milli rifahının və onun sakinlərinin döyüşkən ruhunun süqutu dövrü idi. II Avqustun dövründə Polşa ordusu 80.000-dən 18.000-ə endirilmiş və biri milli, digəri isə xarici qoşunlardan ibarət olmaqla iki hissəyə bölünmüşdür.
Güclü istilər
== Güclü istilər == Güclü istilər hər hansı bir ərazidə günəş şüaları ilə çox qızmış atmosfer havasının vəziyyətidir. Tropiklər arasında yerləşən rayonlarda güclü istilər havanın daimi səciyyəvi vəziyyətidir. Tropiklərdən kənar ərazilərdə iqlim yayın üçün səciyyəvi bir haldır. Azərbaycanın Aran rayonlarında və Naxçıvan MR-nın Arazboyu düzənliklərində hər il yay mövsümündə havanın temperaturu +350C və daha yüksək olan güclü istilər müşahidə edilir. Bəzən havanın temperaturu +400C-dən də çox olduğu hallar müşahidə edilir. Azərbaycanda bütün instrumental müşahidə dövrü ərzində ən yüksə mütləq maksimum temperatur 2000-ci ilin yayında Culfada qeyd edilmişdir. == Güclü istilərin insan səhhətinə təsiri == Güclü istilər insan səhhətinə mənfi təsir göstər. Güclü istilər zamanı hipertoniya, insult, əsəb sistemi və s. xəstəliklərin artması müşahidə edilir . Əhali arasında istivurma və günvurma halları qeyd edilir.
Gəncə hücumu
Gəncə qalasının işğalı (rus. Штурм Гянджи) — 3 yanvar 1804-cü ildə Rusiya imperiyası əsgərlərinin Gəncə xanlığının paytaxtı Gəncə şəhərini ələ keçirməsi. Gəncə xanlığı Kür çayının sağ sahilində Alazan çayının mənsəbinə qədər yerləşirdi. Xanlıq şərq və cənub-şərqdə Qarabağ xanlığı ilə, cənubda İrəvan xanlığı ilə həmsərhəd idi. Qərbdə Zəyəm çayı xanlığın ərazisini Şəmşədil sultanlığından və şimalda Kür çayı xanlığın ərazisini Gürcüstandan ayırırdı. Gəncə 8 metr hündürlüyündəki iki divarı və 6 bürcü olan güclü qala idi. 2 dekabr 1803-cü ildən blokadada olan Gəncə qalası Nikolay Dubrovinə görə bütün Azərbaycanda ən yaxşı hesab edilirdi. Bu zaman şəhər onun Gürcüstan kraliçası Böyük Tamaranın dövründən bəri Gürcüstana aid olması və Gürcüstan hökmdarlarının zəifliyinə görə bu yerlə əlaqəsini kəsdiyini bəhanə edən general-leytenant Sisianovun rəhbərliyi altındakı rus ordusunun hücumlarına məruz qalırdı. Sisianova görə "Gəncə qalasının yerli mövqeyi bütün Azərbaycan üzərində hökmran" idi. Məhz buna görə də "bu istila Rusiya üçün birinci dərəcəli əhəmiyyətə malik" idi.
Huylu-huy
Çeluxuy (IV əsr – IV əsr) — IV əsr jujan qəbilə başçısı idi. == Həyatı == Yuyçzülyü Muqulyünün oğludur. Güclənən Sienbilərə vergi ödədi. Onun dövrü sülh içində keçdi.
Hücum (1989)
== Məzmun == Film-pritçada torpaqlarımıza hücum edən ermənilərlə müdafiədə duran azərbaycanlıların arasındakı münaqişənin ilkin rüşeymləri, insanlar arasında ədavətin, düşmənçiliyin mənasız olması açılıb göstərilmişdir. == Film haqqında == Film rejissor Rövşən Almuradlının kinoda ilk işidir. Film operator İsrafil Ağazadənin quruluşçu operator kimi kinoda ilk işidir. Film rəssam Adil Azayın quruluşçu rəssam kimi kinoda ilk işidir. Film aktyor Möhsün Hüseynxanlının kinoda ilk işidir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Quruluşçu rejissor: Rövşən Almuradlı Ssenari müəllifi: Mövlud Süleymanlı Quruluşçu operator: İsrafil Ağazadə (İsrafil Ağayev kimi) Quruluşçu rəssam : Adil Azayev Bəstəkar: İlyas Mirzəyev Səs operatoru: Vladimir Savin İkinci rejissor: Elman Şeydayev Filmin direktoru: Nadir Əliyev === Rollarda === Şahmar Qəribli (Şahmar Qəribov kimi) — Mürsəl Muxtar Maniyev — Dəmir kişi Möhsün Hüseynxanlı (Möhsün Hüseynov kimi) — Osman müəllim Vaqif Kərimov — çoban Məzahir Ağayev — Bilal A. Gərayev Məbud Məhərrəmov Zilli Namazov — kəndli Almaz Amanova Səhiyəddin Həsənov (S. Həsənov kimi) == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər.
Hücum (dəqiqləşdirmə)
Hücum
Hücum (şahmat)
Hücum — Şahmat termini. Şahmat görüşlərində hücumetmə, məqsədə çatma üsuludur. Hücum obyektləri müxtəlif ola bilər. Lakin əsas məqsəd rəqibin şahı üzərinə hücuma keçməkdir. Əgər hücuma qarşı hücum edilirsə, bu, əks-hücum adlanırr.
Hücum bucağı
Hücum bucağı ( α {\displaystyle \alpha } ) Aerodinamikada axın xətləri və qanad profilinin veter xətti arasındakı bucaq. Bu hərəkət istiqaməti və veter xətti arasındakı bucaqdır. Daşıyıcı qüvvə hücum bucağının böyüklüyü ilə sıx bağlıdır. Bununla birlikdə, hücum bucaqları aerodinamikanın və fizikanın əsas qaydalarına uyğun olaraq məhdud bucaqlardır və adətən (α <15 ~ 20°) arasındadırlar. Hücum bucağı artdıqca daşıyıcı qüvvə artır, lakin bu da sürüklənməni də artırır. Bu düz mütənasiblikli əlaqə saxlanma itkisi (dayaq) başlayana, yəni axın xətlərinin qanad profilindən ayrılmağa başladığı yerə qədər davam edir. Ancaq bu nöqtədən sonra ayrılma başlandığı üçün, daşıyıcı qüvvə azalmağa başlayır. Böyük bir hücum bucaqlarında uçan təyyarələr, (məsələn) çox güclü və qəfil küləyin partlamasına girdikləri zaman qəfil itkiyə məruz qala bilərlər. Ayrıca, müəyyən bir daşıyıcı qüvvənin davamlılığını təmin etmək üçün sürət azaldıqca hücum bucağı artırılmalıdır. Bu da bizə saxlanma itkisinin əsasən nəyə görə aşağı sürətlərdə baş verdiyini izah edən bir amildir.
Hücum dəstələri
SA (alm. Sturmabteilung‎ — "hücum dəstələri") — nasist partiyasının ilk hərbiləşdirilmiş qruplaşması. SA 1920-1930 -cu illərdə Adolf Hitlerin hakimiyyətə gəlməsində əhəmiyyətli rol oynamışdır. Əsas məqsədləri nasistlərin mitinq və görüşlərinin qorunmasını təmin etmək idi; qarşı tərəflərin görüşlərinin pozulması; xüsusən Almaniya Kommunist Partiyası (AKP), Almaniya Sosial Demokrat Partiyasının (SPD) Reichsbanner Schwarz-Rot-Goldun paramilitarlarına qarşı mübarizə və qaraçıların, həmkarlar ittifaqının üzvlərinin, xüsusən də yəhudilərin təqib edilməsi idi.
Hücum helikopteri
Hücum helikopteri, düşmənə məxsus olan piyadaların döyüş maşınlarını, zirehli maşınları, tanklarını, haubitsalarını məhv etmək üçün istifadə edilən silahlı helikopterdir. Əsil vəzifəsi quru qoşunlarını yaxın məsafədən havadan dəstək ilə təmin etməkdir. Hücum helikopterlərində istifadə edilən silahlar, top, pulemyot, raket, tank əleyhinə idarə ediləbilən raketlərdən ibarət olur. Bir çox hücum helikopteri, ayrıca olaraq özünü digər düşmən helikopterlərinin və təyyarələrinin hücumlarından qorumaq üçün hava-hava tipli döyüş raketi ilə təmin olunurlar.
Hücum kənarı
Hücum kənarı - hər hansı bir aerofoilin qabaq tərəfdə, axıntı ilə birinci olaraq qarşılaşdığı uc hissə.
Hücum silahı
Üstünə top və ya haubitsa yerləşdirilmiş bir motorlu nəqliyyat vasitəsinə bağlanmış və ya zirehli şassiyə hücum topu deyilir. Ən vacib vəzifəsi döyüş zamanı birbaşa düşmənlə vuruşaraq qarşıdakı piyada birliklərinə dəstək verməkdir. Tarixdə əsasən, hücum topları tank şassisinə quraşdırılmış top və ya haubitsalardan ibarət olmuşdur. Buradakı ən vacib məqsəd ucuz olmaqla birlikdə daha az mexaniki problemlər yaratması idi. Ümumi zirehinin zəif olmasına görə bu silahların qabaq hissələrinə daha qalın ön müdafiə əlavə edilərək və daha güclü silahlarla təchiz olunmuşdurlar.
Hücum topu
Üstünə top və ya haubitsa yerləşdirilmiş bir motorlu nəqliyyat vasitəsinə bağlanmış və ya zirehli şassiyə hücum topu deyilir. Ən vacib vəzifəsi döyüş zamanı birbaşa düşmənlə vuruşaraq qarşıdakı piyada birliklərinə dəstək verməkdir. Tarixdə əsasən, hücum topları tank şassisinə quraşdırılmış top və ya haubitsalardan ibarət olmuşdur. Buradakı ən vacib məqsəd ucuz olmaqla birlikdə daha az mexaniki problemlər yaratması idi. Ümumi zirehinin zəif olmasına görə bu silahların qabaq hissələrinə daha qalın ön müdafiə əlavə edilərək və daha güclü silahlarla təchiz olunmuşdurlar.
Hücum təyyarəsi
Hücum təyyarəsi, birinci olaraq bombardmançı təyyarələrdən daha böyük hava hücumu təşkil etmək qabiliyyətinə sahib olan hərbi təyyarə növüdür. Hücum təyyarələri ilk dəfə olaraq İkinci dünya müharibəsi zamanı istifadə edilmişdirlər. Dünyada hal-hazırda ən çox tanınan hücum təyyarələri keçmiş SSRİ, hal-hazırkı Rusiya istehsalı olan Suxoy Su-25 və onun əsas rəqibi olaraq qiymətləndirilən ABŞ istehsalı olan A-10 Thunderbolt II təyyarələridir.
Hürrü Əliyev
Əliyev Hürrü Əlimurad oğlu (26 aprel 1972, Kələki, Ordubad rayonu) — Azərbaycan siyasətçisi, Bəyaz Hərəkat təşkilat komitəsinin sədri. == Həyatı == Hürrü Əliyev 26 aprel 1972-ci ildə Naxçıvan MSSR-in Ordubad rayonu Kələki kəndində anadan olub. 1989-cu ildə Bakı şəhər Yasamal rayonu 52 saylı orta məktəbi bitirmişdir. 1992–1995-ci illərdə Türkiyə Cümhuriyyəti Ankara Universitetinin Hüquq fakültəsində ali təhsilini davam etdirmişdir. 2000–2005-ci illərdə Azərbaycan Beynəlxalq Universitetinin (ABU) İqtisadiyyatın Hüquqi Tənzimlənməsi fakültəsində ikinci ali təhsilini bitirmişdir. Ailəlidir. 2 övladı var. == İctimai-siyasi fəaliyyəti == 2003-cü ildən etibarən ictimai fəaliyyətinə başlamışdır. İlk olaraq "Ulu Xudafərin" jurnalını təhsis etmişdir. 2005-ci ildə Xalq Cümhuriyyəti Partiyasını təhsis etmiş və təhsis qurultayını keçirmişdir.
Hüsnü Mübarək
Məhəmməd Hüsnü Mübarək (ərəb. محمد حسنى سيد مبارك‎) (4 may 1928[…], Kəfrul-Museyliha[d], əl-Minufiyyə mühafəzəsi[d], Misir krallığı[d] – 25 fevral 2020[…], Qahirə) — Misirin 4-cü prezidenti. == Həyatı == Hüsnü Mübarək 1928-ci il mayın 4-də Misirin Minufiya vilayətinin Şibin əl-Qum rayonunun Kəfrul-Museylihə kəndində anadan olub. İxtisasca hərbi təyyarəçidir. 30 ildən çox Misir Silahlı Qüvvələrində qulluq edib, leytenant rütbəsindən aviasiya marşalı rütbəsinədək yüksəlib. 1969-cu ildə Misir Hərbi Hava Qüvvələrinin qərargah rəisi, 1972-ci ildə Hərbi Hava Qüvvələrinin komandanı və müdafiə nazirinin müavini təyin olunub. 1975-ci ildə vitse-prezident postuna keçən Hüsnü Mübarək 1981-ci ildə dövlət başçısı Ənvər Sədat öldürüləndən sonra prezident kürsüsünü götürüb. 1987, 1993 və 1999-cu illərdə Xalq Məclisində keçirilən alternativsiz seçkilərdə postunu əlində saxlayıb. 2005-ci ildə ümumxalq səsverməsində yenidən prezident seçilib. Məhəmməd Hüsnü Səid Mübarək 1928-ci il mayın 4-də Nil deltasında yerləşən Manufiyə qubernatorluğunun Kəfr-əl-Musilxa kəndində anadan olub.
Hüsnü Qubadov
Hüsnü Baba oğlu Qubadov (4 yanvar 1922, Disər, Naxçıvan MSSR – 13 avqust 1991, Bakı) — opera müğənnisi. == Həyatı == Hüsnü Baba oğlu Qubadov 1922-ci il yanvar ayının 4-də Ordubad rayonunun Disər kəndində anadan olmuşdur. 1938-ci ildə Naxçıvan Kənd Təsərrüfatı Texnikumuna daxil olmuş, təhsil illərində İbrahim Həmzəyevin yaratdığı dram dərnəyində iştirak etmiş, Səməd Vurğunun "Vaqif" dramında xanəndə rolunu oynamışdır. O vaxtdan uşaqlıqdan həvəs göstərdiyi müğənnilik sənətinə bağlanmış, özfəaliyyət olimpiadalarında uğur qazanmış, 1958-ci ildə isə Respublika Özfəaliyyət Müsabiqəsinin laureatı olmuşdur. Həmin il M.F.Axundov adına Opera və Balet Teatrına dəvət edilmiş, onun səhnəsində yaddaqalan obrazlar yaratmışdır. Təbii ifa tərzi ilə seçilən müğənni İbn Səlam, Məcnunun atası, Kərəm ("Leyli və Məcnun", Üzeyir Hacıbəyli), "Əsli və Kərəm", Çapqınçı, Rəmmal ("Şah İsmayıl", Müslüm Maqomayev) və s. rolları ifa etmişdir. Teatrın tərkibində Tiflisdə (indiki Tbilisi), Gəncə, Naxçıvan, Şəki və respublikanın digər şəhər və rayonlarında qastrol səfərlərində olmuşdur. Onun ifasında "Şuşa yaylağı", "Üçtelli durna", "Bəhbəh", "Dilin can incidəndir" və digər mahnılar, habelə Ü.Hacıbəylinin "Leyli və Məcnun" operası (YUNESKOnun xətti ilə) qrammofon valına yazılmışdır. Müğənni 1962-ci ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti fəxri adına layiq görülmüşdür.
Hüsnü Əjdərov
Hüsnü Xəlil oğlu Əjdərov (12 fevral 1941, Kirovabad) — fizika-riyaziyyat elmləri doktoru. == Həyatı == 12 fevral 1941-ci ildə Gəncə şəhərində doğulub. == Əsas elmi nəticələri == Germanium-silisium kristallarında dərin və dayaz aşqar atomlarının əsas enerji hallarının spektri təyin edilib. Geniş temperatur intervalında Ge-Si sistemində sərbəst elektrik yük daşıyıcılarının səpilmə mexanizmləri və qanunauyğunluqları öyrənilib. Aşqar atomlarını əhatə edən nanohəcmlərin tərkibinin qeyri identivliyi ilə əlaqəli bərk məhlul kristallarında yaranan elektron xassələrinin xüsusiyyətləri aşkar edilib və araşdırılıb. Böyük Britaniyada aparılan tədqiqatlar əsasında göstərilib ki, almazabənzər A3B5 kristallarında ultrakvant rejimdə, elektronların aşqar ionlarından səpilməsi üstünlük təşkil edəndə, matrisada böyük neqativ uzununa maqnit müqaviməti müşaidə edilir. Yarımkeçirici bərk məhlul sistemlərinin verilmiş tərkibdə alınması, onların müxtəlif aşqar elementlərlə leqirə edilmə texnologiyaları və bu məsələlərin fiziki-riyazi əsasları geniş inkişaf etdirilib. Ərintidən bircinsli və dəyişən tərkibli yarımkeçirici bərk məhlul monokristallarının alınması və aşqarlanması üçün bir sıra innovativ üsulların kosepsiyaları və nəzəri əsasları verilib. == Əsas elmi əsərləri == Negative magnetoresistance in Indium Arsenide in the extreme quantum limit — Phys. Stat.
Kiber-hücum
Kiberhücum (ing. cyberattack) — kiber-insident yaratmaq üçün informasiya sistemlərinə qarşı kiber-silahın və ya kiber-silah kimi istifadə edilə bilən sistemin qəsdən istifadəsidir. Kompüterlərdə və kompüter şəbəkələrində hücum, aktivin icazəsiz istifadəsi, dəyişdirilməsi, aradan qaldırılması, məhv edilməsi, oğurlanması və ya əldə edilməsi üçün edilən hər hansı bir cəhddir. Kiberhücum, kompüter məlumat sistemlərini, infrastrukturları, kompüter şəbəkələrini və ya fərdi kompüter cihazlarını hədəf alan hər hansı bir hücum manevridir. Təcavüzkar, potensial zərər niyyəti ilə, icazəsi olmadan məlumat, funksiya və ya sistemin digər məhdud ərazilərinə daxil olmağa çalışan bir şəxs və ya bir prosesdir. Kontekstdən asılı olaraq kiber proqramlar kiberhücum və ya kiberterrorizmin bir hissəsi ola bilər. Kiberhücum suveren dövlətlər, fərdlər, qruplar, cəmiyyət və ya təşkilatlar tərəfindən istifadə edilə bilər və anonim bir mənbədən qaynaqlana bilər. Kiberhücumu asanlaşdıran məhsula bəzən kiber-silah deyilir. Kiberhücum həssas bir sistemi hack edərək müəyyən edilmiş hədəfi oğurlaya, dəyişdirə və ya məhv edə bilər. Kiberhücumlar şəxsi kompüterə casus proqramların quraşdırılmasından bütöv xalqların infrastrukturunu məhv etmək cəhdlərinə qədər ola bilər.
Mücrü nəşriyyatı