HULU

Şaftalının bir növünə “hulu şaftalı” deyirlər. Buradakı hulu sözü tüklü sözünün dəyişmiş formasıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

HUASIMAQ
HUMAY
OBASTAN VİKİ
Hulunbuir
Hulunbuir (Çincə: 呼伦贝尔市; Monqolca: ) — Çinin Daxili Monqolustan Muxtar Rayonunda yerləşən vilayət səviyyəli şəhəridir. Ərazisi 263,953 km² olan şəhərin əhalisi 2010-cu ilə görə 2,549,278 milyondur. Hulunbuir, ərazi baxımından dünyanın ən böyük şəhəridir.
Huluqu
Huluqu şanyü (v. e.ə. 84) — eramızdan əvvəl 96-cı ildə atasının yerinə taxta keçmişdi. Hakimiyyətə gələndə adı bilinməyən bir qardaşını vəliəhd təyin etsə də o tezliklə vəfat etmişdi. == Hakimiyyəti == Hakimiyyətinin ilk 6 ili sakit keçən Huluqu 90-cı ildə keçmiş düşmənləri olan qonşuları Vanqu və Vuhuanlardan çinlilərə qarşı böyük bir ordu qurmaqda yardım etməsi üçün əsgər istədi. Vuhuanlardan 70.000 əsgər gəldi. Hun şahzadəsi Çyueçen 30.000 əsgərlə, Mantun isə 40.000 əsgərlə gəldi. Şanyü Altay dağlarına çəkilərək döyüşə hazırlaşmağa başladı. Çin ordusu Hun dövlətinin içərilərinə daxil olub heç kimi tapmayandan sonra qayıdarkən Hun generalı Li Linin hücumuna məruz qalaraq geri çəkildi. Huluqu Çin ordusunu böyük bir məğlubiyyətə uğradaraq Çindən 600 litr şərab, 2 milyon litr düyü və 100.000 top ipək tələb etdi.
Hulusi Akar
Hulusi Akar (12 mart 1952, Kayseri) — Türkiyənin sabiq milli müdafiə naziri (2018-2023). == Həyatı == Ordu generalı Hulusi Akar, 1972-ci ildə Türkiyə Quru Qoşunları Məktəbini və 1973-cü ildə Quru Qoşunları Piyada Məktəbini bitirmişdir. 1973–1980-ci illərdə müxtəlif birliklərdə və Quru Qoşunları Hərb Məktəbində Komanda Korpus Komandanlığı və Məlumat Əməliyyat xidmətinin zabiti vəzifələrində çalışmışdır. 1982-ci ildə Quru Qoşunları Hərb Akademiyasından, 1985-ci ildə Silahlı Qüvvələr Akademiyasından, 1987-ci ildə ABŞ Silahlı Qüvvələri Qərargah Kollecindən məzun oldu. Ali Baş Qərargahda daxil olmaqla müxtəlif qərargahlarda və birliklərdə Hərəkət və Təhsil rəisi, İcra zabitliyi və şöbə müdiri vəzifələrini icra etmişdir. Bundan başqa Quru Qoşunları Hərbi Akademiyanın Tədris işçisi və 1990–1993-cü illərdə İtalyanın Napoli şəhərində Müttəfiq Qoşunları Cənub Bölgə Komandanlığı Qərargahında Kəşfiyyat zabiti vəzifələrini icra etmişdir. 1993–1994-cü illərdə Türkiyə Quru Qoşunları Komandanlığının Xüsusi Qələm və Mətbuat, İctiamiyyətlə Əlaqələr Şöbəsi müdiri, 1994–1997-ci illərdə Ali Baş Qərargahın Xüsusi Qələm müdiri vəzifələrini yerinə yetirmiş, 1997–1998-ci illərdə isə Bosniya və Herseqovina Türk Vəzifə Qüvvələri Komandanlığında işləmişdir. 1998-ci ildə Briqada generalı rütbəsi ilə təltif edilmiş və bu rütbə ilə 1998–2000-ci illərdə Tuncəlidə Daxili Müdafiə Briqada Komandanlığı, 2000–2002-ci illərdə İtaliyanın Napoli şəhərində Müttəfiq Qoşunları Cənub Bölgə Komandanlığı Qərargah Plan və Prinsiplər şöbəsində işləmişdir. 2002-ci ildə general-mayor rütbəsi ilə təltif edilmişdir. General-mayor rütbəsi ilə 2002–2005-ci illərdə Quru Qoşunları Komandanlığı, 2005–2007-ci illərdə Quru Qoşunları Hərbi Akademiyası Komandanlığı vəzifələrini icra etmiş və 2007-ci ildə xidmətlərinə görə general-leytenant rütbəsi ilə təltif edilmişdir.
Hulusi Behçet
Xülusi Bəhçət (türk. Hulusi Behçet) (20 fevral 1889, Konstantinopol – 8 mart 1948, İstanbul) — Türk dermotologiya mütəxəssisi və alimi. 1937-ci ildə, bir qan damarı iltihab xəstəliyi olan və bu gün öz adı ilə anılan Bəhçət Xəstəliyini təsvir edən ilk elm insanı olmuşdur. Çətin bir uşaqlıq keçirən Bəhçət çox gənc yaşda anasını itirmiş və nənəsi tərəfindən böyüdülmüşdür. Atasının Dəməşqdəki işləri səbəbiylə ibtidai təhsilini o vaxtlar Osmanlı İmperiyasında olan Dəməşqdə tamamlamışdır. Fransızca, almanca və latınca öyrənmişdir. Tibb təhsilini Gülhanə Hərbi Tibb Akademiyasında almışdır. O dövrlərdə Osmanlı Dövlətində mülki tibb təhsili almaq mümkün olmadığından, ali təhsilini hərbi yolla davam etdirmişdir. 1910-cu ildəki buraxılışından sonra dörd il ərzində dermotologiya və cinsi yolla bulaşan xəstəliklərdə xüsusi araşdırmalar aparmışdır. I Dünya Müharibəsi (1914–1918) zamanı Ədirnədəki hərbi xəstəxanada dermatoloji və zöhrəvi xəstəliklər mütəxəssisi kimi çalışıb.
Hulusi Kentmen
Hulusi Kentmen (d. 1911, Tırnova,Bolqarıstan - ö. 20 dekabr 1993), Türk kino oyunçusudur. Dəniz Ehtiyat zabit olaraq orduda vəzifə götürdü. Təqaüdə çıxdıqdan sonra kino aktyorluğuna başladı. İlk oynadığı film 1940-cı ildə "Avara" oldu. Ata tərzi ilə çoxu filmlərində ata, komissar, bağban, hakim vs. rollar boynuna götürdü, bir çoxunda öz adıyla oynadı. Kentmen, 1942-1988 illəri arasında 300ə yaxın filmdə rol aldı.
Hulusi Kılıç
Hulusi Kılıç (türk. Hulusi Kılıç; 1 yanvar 1956) — Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2008–2012), Türk Ağsaqqalları Birliyinin Türkiyə və Türk dünyası üzrə həmsədri (2022 — indiyə kimi) == Həyatı == === Ailəsi === Evlidir və iki övladı var. === Təhsili === Rəşadiyyə liseyini bitirdikdən sonra Hacettepe Universitetində Fransız dili və Ədəbiyyatı ixtisası üzrə təhsil almışdır. Bakalavr təhsilini bitirdikdən sonra həmin ixtisas üzrə də magistr pilləsindən məzun olmuşdur. Daha sonra isə Strasburq Universiteti Siyasi Elmlər fakültəsinində Beynəlxalq münasibətlər ixtisasını bitirmişdir. Okan Universiteti fəxri elmi üzvüdür. Fransız və ingilis dillərini bilir. == Karyerası == Təhsilini bitirdikdən sonra Türkiyəyə geri dönmüş, 1977-ci ildə Türkiyə Xarici İşlər Nazirliyi İnsan Resursları idarəsində namizəd idarəçi məmur olaraq çalışmışdır. 1978-ci ildə Strasburq konsulluğuna dəftərxana məmuru, Çox Tərəfli Münasibətlər Müdirliyində məmur, 1985-ci ildə Əlcəzair səfirliyində III katib, 1988-ci ildən Bolqarıstan səfirliyində II katib kimi vəzifələrdə çalışmışdır. Müxtəlif vəzifələrdə çalışdıqdan sonra 2000–2005-ci illərdə, Türkiyə Respublikasının Hələbdəki baş konsulu təyin olunmuşdur.
Hulusi Sayın
Hulusi Sayın (28 aprel 1926, Elazığ – 30 yanvar 1991, Ankara) — Türk generalı. == Həyatı == Maltəpə Hərbi Liseyindən 1945, Quru Qoşunlarının Hərb Məktəbindən 1948, Jandarma Zabit Məktəbi 1952-ci il, Hərb Akademiyasından 1964-cü ildə məzun oldu. 1974-cü ildə General-mayor, 1978-də Tümgeneral və 1983-də General-leytenant oldu. Fövqəladə Hal Bölgəsində yaradılan Asayiş Birlikləri Korpusu Komandirliyindən 1 sentyabr 1989 tarixində təqaüdə çıxmışdır. Baş nazirlik baş müşavir vəzifəsini icra edərkən 30 yanvar 1991-ci il tarixində Ankarada evinin qarşısında uğradığı silahlı hücum nəticəsində öldürülmüşdür. Qəzetləri axtaran bir adam hərəkəti qeyri-qanuni nəhəng-Sol Silahlı İnqilab Birlikləri Təşkilatı adına boynuna götürərkən, Təhlükəsizlik Ümumi Müdiri Nəcati Bilican isə hadisə yerində Kürdüstan Milli Qurtuluş təşkilatının bir məlumatının tapıldığını açıqlamışdır.
Huluy
Yujiulü Hulü (IV əsr – 414) və yaxud Aykuqay xaqan (xoş xasiyyətli xaqan) — 410-cu ilin mayında hakimiyyətə gəlmişdi. Şimal Yan hökmdarı Fenq Banın qızı Lelanq ilə evlənmişdi. Hökmdarlığının dördüncü ilində qardaşı oğlu Buluçen ona üsyan etsə və öldürsə də, Şelunun oğlu Şeba ilə birlikdə öldürüldü. Hakimiyyətə Datan keçdi.
Məhməd Hulusi Conk
Mehmet Hulusi Conk (türk. Mehmet Hulusi Conk; 1881, İzmir, Aydın vilayəti – 10 yanvar 1950, Türkiyə) — Türk əsgəri. 14 mart 1900-cü ildə hərbi məktəbə daxil olmuş və 1902-ci ildə oranı leytenant rütbəsi ilə bitirmişdir. Daha sonra isə təhsilini Hərbi Akademiyada davam etdirmiş və 1905-ci ilin 5 noyabrında kapitan rütbəsi ilə məzun olmuşdur. Balkan müharibələrində, Birinci Dünya müharibəsində və Türkiyə İstiqlaliyyət Müharibəsində iştirak etmişdi. 3 yanvar 1923-cü ildə sağlamlığına görə təqaüdə çıxdı. O, 1941-ci il yanvarın 22-də İkinci Dünya müharibəsi zamanı yenidən hərbi xidmətə cəlb edildi və Manisa Hərbi Xidmətinin rəhbəri vəzifəsinə təyin edildi. 21 avqust 1943-cü ildə təqaüdə çıxdı. 10 yanvar 1950-ci ildə vəfat etdi. İzmirin Kozluca qəbiristanlığında torpağa verildi.
Saleh Hulusi Paşa
Saleh Hulusi Paşa (d. 1864 — ö. 1939) — VI Mehmed Vahidəddinin səltənətində 1 ay 3 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. 1864-cü ildə İstanbulda dünyaya gəldi. İstanbul liman rəisi Dilavər Paşanın oğludur. İlkin təhsilini aldıqdan sonra hərbiyyə məktəbi və Hərbi Akademiyanı bitirdi (1888) və ardından kapitan rütbəsinə yüksəldi. 1891-ci ildə hərbi təhsilini tamamlamaq məqsədilə Almaniyaya göndərildi. Döndükdən sonra 1894-cü ildə Hərbi Akademiyada müəllimliyə başladı. 1897-ci ildə başlayan Osmanlı-Yunan müharibəsinə qatıldı. 1901-ci ildə dönəmin önəmli siyasi fiqurlarından Dəli Fuad Paşanın qızıyla evləndi ancaq 2 il sonra qaynatasının Dəməşqə sürgün edilməsiylə o da gözdən düşdü və Diyarbəkirə sürgün edildi.
Samanizadə Ömər Hulusi Əfəndi
Samanizadə Ömər Hulusi Əfəndi (1727, Konstantinopol – oktyabr 1812, Konstantinopol) — Osmanlı dövlət xadimi, müdərris, qazı və şeyxülislam. Kürəkəni Məkkəyizadə Asım Əfəndi də şeyxülislamlığa gətirilmişdir. 1728-ci ildə İstanbulda dünyaya gəlmişdir. İstanbul qazısı Samanizadə Həsən Əfəndinin oğludur. Atasından və dövrün digər alimlərindən dərslər aldı, qabiliyyəti sayəsində təhsilini qısa zamanda tamamladı və 1749-cu ildə şeyxülislam Əbuishaqzadə Əsad Əfəndidən icazət alaraq müdərris olaraq fəaliyyətə başladı. Qısa müdərrislik xidmətinin ardından qazı olaraq təyin olundu. 1777-ci ildə təyin edildiyi İzmir qazılığında bir il xidmət etdi. 1783-cü ildə Misir qazısı, 1785-ci ilin sentyabrında Məkkə qazısı təyin olundu. 30 dekabr 1786-cı ildə mərasimlə İstanbula qayıtdı. 1790-cı ildə İstanbul qazılığına, 1794-cü ilin iyulunda Anadolu başqazılığına gətirildi.
Mehmet Hulusi Conk
Mehmet Hulusi Conk (türk. Mehmet Hulusi Conk; 1881, İzmir, Aydın vilayəti – 10 yanvar 1950, Türkiyə) — Türk əsgəri. == Hərbi fəaliyyəti == 14 mart 1900-cü ildə hərbi məktəbə daxil olmuş və 1902-ci ildə oranı leytenant rütbəsi ilə bitirmişdir. Daha sonra isə təhsilini Hərbi Akademiyada davam etdirmiş və 1905-ci ilin 5 noyabrında kapitan rütbəsi ilə məzun olmuşdur. Balkan müharibələrində, Birinci Dünya müharibəsində və Türkiyə İstiqlaliyyət Müharibəsində iştirak etmişdi. 3 yanvar 1923-cü ildə sağlamlığına görə təqaüdə çıxdı. O, 1941-ci il yanvarın 22-də İkinci Dünya müharibəsi zamanı yenidən hərbi xidmətə cəlb edildi və Manisa Hərbi Xidmətinin rəhbəri vəzifəsinə təyin edildi. 21 avqust 1943-cü ildə təqaüdə çıxdı. 10 yanvar 1950-ci ildə vəfat etdi. İzmirin Kozluca qəbiristanlığında torpağa verildi.

Значение слова в других словарях