Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aloanda
Aloanda - Türkiyə Respublikası Muğla əyalətində yerləşən Likiya şəhəri. Fəthiyə rayonundan 24 km uzaqlıqda yerləşir. Kocaçay vadisində, Kabaağac kəndinin şimal-qərbində yerləşir. Hisarcık yüksəkliyi adlanan yüksəkliyin ətəklərində yerləşir. Şəhər və onun əhalisi haqqında dəqiq məlumatlar yoxdur. Tarixi qədim olan Aloanda ilə bağlı sadəcə Bizans dövründən qalma bir neçə kəsmə daşdan hazırlanmış qala divarları qalmışdır. Şəhər haqqında əldə edilmiş məlumatlar Likiya birliyi ilə bağlı aparılan araşdırmaların nəticəsində əldə olunmuşdur.
Falanqa
Falanqa — yun. φάλαγγα - "barmaq". Digər mənalarda da işlənir: Falanqa (hərb) — Qədim Makedoniya, Yunanıstan və bir sıra digər dövlətlərdə piyada qoşunlarının döyüş düzülüşü. İspan Falanqası — İspaniya faşist partiyasına verilən ad. Falanqa (zoologiya) — Hörümçəkkimilər sinfindən olan həşərat.
Kalandr
Kalandr süni materialların qızdırılmış halda ən azı iki val arasından keçirməklə nazik təbəqələrin hazırlanması üçün tətbiq olunan yayma maşınıdır. Yayılan materialın hazırlanması və qızıdırılması kənarda, başqa qurğuda yerinə yetirilir. Material vallar arasında emal olunduqdan sonra o, xüsusi qurğunun köməyi ilə tutulur və burada soyuma, bərkimə, yığma və ya kiçik hissələrə doğrama əməliyyatı icra olunur. Bir-birinə qarşı fırlanan, 2÷5 sayda və kiçik araboşluqlara malik vallarla təchiz olunmuş kalandrlar daha geniş yayılmışdır. Xüsusi maşınlarda bir və iki əlavə valldan istifadə olunur. Standart kalandrlar F və L quruluşuna malikdirlər. Valların diametri 400÷850 mm, eni isə 1200÷3000 mm arasında yerləşir. Vallar dayaq formalı gövdədə bərkidilirlər. Vallardakı temperatur onun daxilindən keçən maye ilə tənzimlənir. Kalandr valları metaldan hazırlanaraq işçi səthləri pardaqlanır.
Lavanda
Lavanda (lat. Lavandula) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi. Lavanda çoxillik ətirli ədviyyat bitkisidir. Bu bitkinin vətəni Aralıq dənizi sahilləri hesab olunur. Qədim Misirdə mumiyalaşdırma zamanı istifadə edilən maddənin əsas komponentlərindən biri olub. Bitkinin öz ətrini 3 min il saxlaya bilməsi məlumdur. Belə ki, 1922-ci ildə Misir fironu Tutanxamonun mumiyasından ətirli lavandanın qalıqları tapılmışdır. == Əhəmiyyəti == Lavanda bitkisinin bütün hissələrində efir yağları toplanır. Lakin çiçəklərdə onun miqdarı daha çox 0,8-3,0 %-ə qədərdir. Lavanda yağının əsas komponenti (tərkib hissəsi) linalilasefat (30-56 %) və linalol (10-12 %) hesab edilir.
Palanqa
Pаlаnqа (lit. Palanga) — Litvada kurort şəhəri. Kazimir Buqenin fikrinə görə, şəhərin adı – kurşsk mənşəlidir. Adın kökü pal- görünür ki, düzənliklərin və ya bataqlıqların landşaftı ilə əlaqədardır (məs. palös (palios) – "böyük bataqlıqlar, alçaq bataqlı yer"). Beləliklə Palanqanın ilkin adı alçaqlıq, bataqlıq, çaybasar çəmənlər və ya bunu kimi anlayışlarla bağlı ola bilər. İnsanların danışdığına görə, Palanqanın adı palanqe (lit. рalange, tərc. pəncərə altı) əmələ gələ bilər – guya ki haçansa balıqçıların evləri dənizə o qədər yaxın yerləşirdi ki, dalğa və qum evlərin pəncərə altına qədər çatırdı. Palanqa ərazisində insanların artıq 3000 il bundan əvvəl və ondan öncə yaşayırmış.
Qalanta
Qаlаntа (slovak. Galanta, alm. Gallandau‎, mac. Galánta) — Slovakiyanın cənub-qərbində şəhər. Əhalisi 16 min nəfərdir. (2001)-ci ilə əsasən əhalinin etnik müxtəlifliyi: Slovaklar: 60,4% Macarlar: 36,8% Qaraçılar: 1,1% Çexlər: 0,7% Əhalinin konfessional müxtəlifliyi: roma-katolikləri: 67,1% ateistlər: 20,1% evangelik kilsəsi: 6,3% öz dinini təsdiqləməyənlər: 3,5% Slovakiya Liptovski Mikulaş, (2006-cı ildən) Çexiya Mikulov, (2003) Serbiya cz:Bečej, Srbsko (od roku 2001) İtaliya en:Albignasego, (2007) Macarıstan Slovenski Komloş, (1996) Macarıstan Keçkemet, (1998) Macarıstan Paks, (1998) Neformal partnyor şəhərlər: Avstriya de:Stockerau Macarıstan Dyör Keçmiş partnyor şəhərlər: Çexiya Pardubice Çexiya Yihlava Rusiya Petrovsk Almaniya de:Lutherstadt Wittenberg Macarıstan sk:Stoličný Belehrad Luftaufnahmen des Schlosses Oficiálna webová stránka mesta Letecká fotografia centra mesta Arxivləşdirilib 2016-10-11 at the Wayback Machine Pamätná tabuľa plk.
Salgada
Kriptokariya (lat. Cryptocarya) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinə aid bitki cinsi.
Salyana
Salyana — Qarabağ xanlığında vergi növü. Hərfi mənası farsca «illik» deməkdir. Bəzi müəlliflər qeyd edir ki, xanlıqlar dövründə xəzinənin xeyrinə toplanan malcəhət vergisi «salyana» adlanırdı. Verginin adına istinad etsək, bu verginin arpa və buğda şəklində illik yığılan vergi olduğunu aydınlaşdırmış olarıq.
Savanna
Savannalar (rus. саванна, ing. savanna, savannah) — subekvatorial qurşaqda ot örtüyünə və seyrək ağac və kollara malik geniş ərazilər. Savannalar üçün ilin sərt şəkildə quru və yağışlı mövsümə ayrılmaları xarakterikdir. Savanna — /isp. Sa-bana/ – tək-tək, bəzən qrup şəklində ağac və kol bitkiləri ilə birlikdə tropik və subtropikin kserofit ot bitkilərindən təşkil olunmuş, zonal landşaft tipi.
Vakanda
Vakanda (/wəˈkɑːndə, -ˈkæn-/) — Marvel Comics tərəfindən nəşr olunan Amerika komikslərində görünən uydurma ölkə. Həmin ölkənin Şərqi Afrikada mövcud olduğu təsvir olunur. Saxaradan cənubda yerləşən Qara Afrikada yerləşir və super qəhrəman Qara Panteranın evidir. Vakanda ilk dəfə Fantastic Four #52-də (iyul 1966) göründü və Sten Li və Cek Kirbi tərəfindən yaradılmışdır. Vakanda komikslərdə və müxtəlif media uyğunlaşmalarında, məsələn, Marvel Kinematoqrafiya Kainatında, planetin texnoloji cəhətdən ən inkişaf etmiş milləti kimi təsvir edilmişdir. Bəzi mənbələr Vakandanı Tanzaniyanın bir qədər şimalında və məhz Ruandada yerləşdirir, digərləri isə – məsələn, Marvel Atlas #2 – onu Turkana gölünün şimal ucunda, Cənubi Sudan, Uqanda, Keniya və Efiopiya arasında (Azaniya, Kənan və Narobiya və bu kimi uydurma ölkələrlə əhatə olunmuş) göstərir. Rejissor Rayan Kuqler 2018-ci ildə çəkilmiş Qara Pantera filmindəki Vakanda təsvirinin Cənubi Afrika Lesoto Krallığından ilhamlandığını bildirib. Vakanda yazıçı Ta-Nehisi Koutsun son hekayələrində Viktoriya gölündə, Mohannda, Kənan, Azaniya və Niqanda digər uydurma xalqların yaxınlığında yerləşir. Bu, real həyatda daha çox Konqo Demokratik Respublikasının şərq yarısına uyğun gəlir. Birnin Zana Vakanda ərazisində yerləşir.
Şabandağ
Şabandağ (Abşeron) — Abşeron yarımadasının qərb hissəsində, Hökməli qəsəbəsinin cənubu. Hündürlüyü 368 m. Şabandağ (Füzuli) — Füzuli rayonunun qərbində yerləşən dağ. Hündürlüyü 590 m.
Şaqarda
Şaqarda — Tiflis quberniyasının Borçalı qəzasında, indiki Cəlaloğlu (Stepanavan) rayonu ərazisində kənd. Azərbaycan dilində s~ş səs əvəzlənməsinin qanunauyğun hal olduğunu nəzərə alıb qeyd edə bilərik ki, Şaqarda toponiminin birinci komponenti şaq, saq etnonimini əks etdirir. Saq etnonimi ilə bağlı ilk məlumata Strabonun "Coğrafiya" əsərində rast gəlinir. Saq etnonimi türk tayfasıdır. Deməli, toponim saq türk etnonimi ilə türk dilində "dağbeli", "arxa tərəf, yayla, dağ, dağ keçidi", "təpə" mənasında işlənən art sözünün birləşməsindən əmələ gəlib "dağ keçidində, yaylada, dağda sakların yaşadığı yer" mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. XIX əsrin ikinci yarısında əhalisi qarışıq kənd idi. Kənd ermənicə Tsarqanist adlandırılmışdır. Əsli Şakartı.
Şüalanma
Şüalanma – enerjinin şüalar (görünən və görünməyən) vasitəsilə köçürülməsi prosesi. Şüalanma tam vakuumda da baş verir. Güclü və yaxud zəif qızdırılmış bütün cisimlər (insan bədəni, soba, lampa) enerji şüalandırır. Şüalanma cisimlərdən yayılaraq başqa cisimlərin üzərinə düşür. Bu halda şüalanma enerjisinin bir hissəsi əks olunur, bir hissəsi cisimlər tərəfindən udularaq onların daxili enerjisinə çevrilir. Bunun nəticəsində cisimlər qızır. "Radiaktiv" maddələrin alfa, betta və qamma kimi şüaların yayılmasını və ya Kosmosda yayılan hər hansı bir elektromaqnetik şüanı meydana gətirən ünsürlərin hamısına Radiasiya deyilir. Bir maddənin atom nüvəsindəki neytronların sayı, proton sayına görə olduqca çoxdursa, bu cür maddələr qərarsız bir quruluş göstərməkdə və nüvəsindəki neytronlar alfa, betta və qamma kimi müxtəlif şüalar yaymaq sürətiylə parçalanmaqdadırlar. Ətrafına bu şəkildə şüa saçaraq parçalanan maddələrə Radioaktiv maddə ("işıqlanmış maddə") deyilir. Şüalanma sözünün mənası bir nöqtədən çıxma, yayılma, səpilmə (şüa-bir nöqtədən başlayan düz xətt) deməkdir.
Alando
Alando (fr. Alando, kors. Alandu) — Fransanın Korsika regionunda yerləşən kommuna. Kommuna departamenti — Yuxarı Korsika. Qolo-Morozalya kantonuna daxildir. Kommunanın dairəsi — Korte. Kommunanın INSEE kodu — 2B005. == Əhalisi == 2008-ci ildə kommunanın əhalisi 27 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli yaşda olan 158 nəfərdən (15–64 yaş) 99-u iqtisadi fəal, 59-u qeyri-fəal (fəaliyyət göstəricisi 62,7%, 1999-cu ildə 52,5%) olmuşdur. Fəaliyyətdə olan 99 nəfərdən 85 nəfəri işləyir (63 kişi və 22 qadın), 14 nəfər isə işsiz (6 kişi və 8 qadın).
Alanya
Alanya (1935-ci ilə kimi Əlaiyyə, osman. علائیه, türk. Alâiye) — Antalya ilinin ilçəsi. Antalyanın mərkəzindən 135 km. aralıda yerləşir. == Coğrafya == === Əhalisi === Əhali sayı: 94.022 (2008).
Amanda
Amanda — "sevilməyə layiq", "sevgiyə layiq" və ya "hər kəs tərəfindən çox sevilən" mənasını verən bir Latın qadın adıdır. "Amanda" adı ilk dəfə 1212-ci ildə İngiltərənin Warwickshire'nin doğum tarixində ortaya çıxdı və beş əsr sonra adı şairlər və dramaturqlar tərəfindən populyarlaşdı. [2] ABŞ-də "Amanda" yavaş-yavaş 1930–1960-cı illər arasında ən yaxşı 200 körpənin adları sırasında yer aldı. 1976-cı ildən 1995-ci ilə qədər "Amanda" ABŞ-də ən populyar qadın körpəsi adları sırasında yer aldı. Adı 1978-dən 1992-ci ilə qədər ən populyar idi, ilk 4-cü sırada yer alanda, 1980-ci ildə ən populyar ikinci oldu. 2009-cu ildə "Amanda" 166 nömrə tutdu. 2009-cu ildə Puerto Rikoda doğulan qızlara verilən ilk on ad arasında yer aldı. Adı, eyni zamanda, İsveçdə də populyardır, burada 2009-cu ildə anadan olmuş qızlar üçün iyirminci yeri tutur, beş yerə enir. 2008-ci ildən bəri. Bu, İsveçdə doğulan qızlar üçün ilk onluq sırasında yer aldığı Finlandiyadakı İsveçdilli ailələrdə də məşhurdur.
Dənizkənarı Şaranta
Dənizkənarı Şaranta (fr. Charente-Maritime) — Fransanın qərbində Yeni Akvitaniya regionunda yerləşən departament, sıra nömrəsi-17, inzibati mərkəzi isə La Roşel şəhəridir. 2010-cu ildə departamentlər arasındakı əhali siyahısına görə 39-cu sırada yer almışdır. == Coğrafiyası == Departament ərazisi 6864 km²-dir. Ərazi vasitəsilə Şaranta, Qaronna çayı cənubdan departamentin sərhədini təşkil edir. Departamentin qərbində, Oleron adasının yaxınlığında, Stridiya ənənəvi olaraq yetişdirilməkdədir. === İnzibati bölgüsü === Departament 5 rayona, 51 kantona və 472 kommuna bölünmüşdür.
Emberiza calandra
Tarla vələmirquşu (lat. Emberiza calandra) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin vələmir quşları fəsiləsinin vələmirquşu cinsinə aid heyvan növü. == Haqqında == Azərbaycanda nominativ yarımnövlə təmsil olunmuşdur. Sərçədən bir qədər iridir. Rəngində parlaq fonlar yoxdur. Boğazı, döşü və qarnı bulaşıq-ağ, uzununa qonur alalıdır. Bədənin, qanadların və quyruğun üst hissəsi bozumtul-qonur, uzununa tünd-solğun alalıdır. Yuvalama dövründə tək-tək və ya cütlərlə, payızda və qışda isə sürü ilə gəzir. Çox vaxt kolların başına qonur. Yerdə yemlənir.
Enliyarpaq lavanda
Enliyarpaq lavanda (lat. Lavandula latifolia) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin lavanda cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Lavandula latifolia var. vulgaris Briq. Lavandula spica var. vulgaris Ging.
FK Palanga
Palanqa FK (Litva dilində-Futbolo klubas "Palanga") - Litvanın futbol klubu. Palanqa şəhərində yerləşir. == Tarixi == 2011-cü ildə yaranan komanda. “Palanqa” stadionunda keçirir.
Galanga major
Alpiniya qalanqa (lat. Alpinia galanga) — zəncəfilkimilər fəsiləsinin alpiniya cinsinə aid bitki növü.
Galanga officinalis
Alpiniya qalanqa (lat. Alpinia galanga) — zəncəfilkimilər fəsiləsinin alpiniya cinsinə aid bitki növü.
Kaempferia galanga
Kempferiya qalanqa (lat. Kaempferia galanga) — kaempferia cinsinə aid bitki növü.
Kempferiya qalanqa
Kempferiya qalanqa (lat. Kaempferia galanga) — kaempferia cinsinə aid bitki növü.
Languas galanga
Alpiniya qalanqa (lat. Alpinia galanga) — zəncəfilkimilər fəsiləsinin alpiniya cinsinə aid bitki növü.