Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Samoa
== Tarix == Qərbi Samoa 1962 ilin yanvarın 1-də müstəqilliyi qazandı.1889-cu ildə ABŞ, İngiltərə,və Almaniya Samoanin bitərəf zona olması barədə birgə müqavilə imzalayır və adalara bu üç dövlətin prorektoratina verilir. == İnzibati ərazi bölgüsü == Samoa 11 dairəyə bölünür. == İqtisadiyyat == 2009-cu ildə ölkədə 104 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.
Şabot
Şabot (fr. Chabottes, oks. Chabòtas) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Sen-Bonne-an-Şansor kantonuna daxildir. INSEE kodu — 05029. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 750 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyat kənd təsərrüfatı, turizm, ticarət və sənətkarlığa əsaslanır. 2007-ci ildə əmək qabiliyyətli 487 nəfər (15–64 yaş) arasında 360 nəfər iqtisadi fəal, 127 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73,9%, 1999-cu ildə 73,2%).
Karolina Şimot
Karolina Şimot (22 aprel 1978) — Fransanı təmsil edən bədii gimnast. == Karyerası == Karolina Şimot Fransanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 4-cü pillənin sahibi olub.
Samet adası
Samet adası- (tay เกาะเสม็ด)- Siam körfəzində sahəsi-13,1 кm² olan kiçik bir adadır. İnzibati cəhətdən Rayonq əyalətinə aiddir. Materikin cənubundan 6,5 km məsafədə yerləşir. Balaca bir yaşayış məntəqəsi Nadan kəndi vardır. Adanın bütün plyajlarında otellərə rast gəlinir. Samet -sahildə yerləşən çox da iri olmayan adaların içərisində ən irisidir. Bu ada sakit dincəlməyin ən əsas yerlərindəndir. Lxao Layem Ya-Mu-Ko milli parkının tərkibinə daxil olan bu adada zəngin fauna və flora aləmi mövcuddur. Bu adada plyaj istirahətindən əlavə sorfinq, yelkənli idman növləri, su xizək növləri də keçirilir. Adanın ziyarəti ödənişlidir.
Samit İmanov
Samid Gülağa oğlu İmanov (14 oktyabr 1981, Həsənabad, Neftçala rayonu – 4 aprel 2016, Talış, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin və Xüsusi Təyinatlı Qüvvələrin mayoru, Aprel döyüşləri şəhidi və Azərbaycanın Milli Qəhrəmanı. == Həyatı == Samid Gülağa oğlu İmanov 14 oktyabr 1981-ci ildə Neftçala rayonunun Həsənabad qəsəbəsində Gülağa və Xuraman İmanovların ailəsində anadan olmuşdur. Samid İmanov ailənin birinci oğul övladı idi. Onun özündən böyük Aybəniz və Gülbəniz (d. 1978) adında iki bacısı, Sadiq adında isə bir qardaşı var idi.Samid İmanov 1988-ci ildə Neftçala rayonu 1 nömrəli tam orta məktəbinin birinci sinfinə getmiş, 1998-ci ildə isə həmin məktəbi bitirmişdir. Ardınca təhsilini Heydər Əliyev adına Ali Hərbi Məktəbdə davam etdirən İmanov 2003-cü ildə həmin hərbi məktəbi fərqlənmə diplomu ilə bitirmiş və Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən mükafata layiq görülmüşdür.Samid İmanov 2013-cü ilin iyununda dayısı qızı Badam xanım ilə ailə həyatı qurdu. Şəhidin 2014-cü il təvəllüdlü Fidan adlı qızı və 2016-cı il təvəllüdlü Turan adlı oğlu yadigar qalıb. == Hərbi xidməti == Samid İmanov 2004-cü ilin iyun ayından müxtəlif illərdə Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsində qrup komandiri müavini, qrup komandiri, bölük komandiri, dəstə komandiri və hərbi hissənin qərargah rəisi vəzifələrində xidmət edib.Heydər Əliyev adına Ali Hərbi Məktəbi fərqlənmə diplomu ilə bitirən gənc zabit Samid İmanov özünü pəşəkar hərbçi kimi formalaşdırmaq üçün durmadan çalışıb. Elə bu yolda Samid İmanov Türkiyə Respublikasında "Daxili təhlükəsizlik əməliyyatlarının planlaşdırılması və icrası", "Komando təlimi və paraşütdən sərbəst atlamaq" kurslarına qatıldı. 2007-ci ildə "Anadolu-2007" və "Anadolu Qartalı-2007" birgə taktiki təlimlərlə yanaşı Samid İmanov həm də Pakistanda "Ləpirçi və antiterrorist", İsveçrədə "Dağ təlimi", Rumıniyada isə "Dağa dırmanma üzrə təlimatçı" kurslarında iştirak etdi.
Samoa (arxipelaq)
Samoa — Polineziyada arxipelaq. Sahəsi — 3030 km², əhalisi — 250 min nəfər.
Samoa himni
Azadlıq bayrağı — Samoanın dövlət himnidir.Həm sözləri (ki ölkənin bayrağın şərəfləndirir) və həm musiqisi Sauni İiqa Kuresa tərəfindən tərtib olunmuşdur.Samoa,1962-ci ildə öz müstəqilliyini Yeni Zelandiyadan əldə etdikdən sonra Azadlıq bayrağın öz dövlət himni kimi təsdiq etmişdir. == Samoaca versiyası == Samoa, tula'i ma sisi ia lau fu'a, lou pale lea! Samoa, tula'i ma sisi ia lau fu'a, lou pale lea! Vaai 'i na fetu o lo'ua agiagia ai: Le faailoga lea o Iesu, na maliu ai mo Samoa. Oi, Samoa e, uu mau lau pule ia faavavau. 'Aua e te fefe; o le Atua lo ta fa'avae, o lota sa'olotoga. Samoa, tula'i: 'ua agiagia lau fu'a, lou pale lea! == İngiliscə tərcüməsi == Samoa, arise and raise your flag, your crown! Samoa, arise and raise your flag, your crown! Look at those stars that are waving on it: This is the symbol of Jesus, who died on it for Samoa.
Samoa talası
Samoa talası — Samoanın pul vahidi.
Samos müharibəsi
Samos müharibəsi (E.ə. 440 - E.ə. 439) — Afina ilə Samos arasında asılılığın qəbul edilməsi uğrunda başlanan hərbi münaqişə. == Əvvəlki hadisələr == Kiçik Asiya sahillərində inşa edilmiş Milet şəhəri və Samos adası bir-birilərilə üzbəüz yerləşirdilər. Samosun torpağı çox məhsuldar olmadığına görə onun əhalisi çox öncədən materikin yaxın sahilində Miletin yaxınlığında olan Priena şəhərinin ətrafında məskunlaşırdılar. Milet Priena şəhəri üzərində öz haqqlarını irəli sürürdü, bu səbəbdən də bu iki polis arasında bir neçə nəsildən bəri davam edən münaqişə mövcud idi. Yunan-İran müharibələri dövründə Samos və Miletin ikisi də Delos İttifaqına daxil oldu. E.ə. 450-ci ildə Miletdə çevriliş baş verdi, oliqarxik rəhbərlik devrildi, iki tanınmış aristokratik nəslin üzvləri ölüm təhlükəsi altında şəhərdən qovuldu, onların hər birinin başları üçün 100 stater mükafat təyin edildi. Daim demokratları müdafiə edən Afina bu çevrilişə müsbət yanaşdı və yeni hökumətlə müqavilə bağladı.
Samət Əlizadə
Samət Qürbət oğlu Əlizadə (14 mart 1938 – 31 may 2002) — dilçi alim, filologiya elmləri doktoru, əməkdar elm xadimi, pedaqoq. == Həyatı == Samət Qürbət oğlu Əlizadə 1938-ci il mart ayının 14-də Xızı-Bərmək mahalının baş kəndi olan Xızıda anadan olmuşdur. O, orta təhsilini Siyəzən rayonunda almış, 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. Samət Əlizadə 1966-cı ildə elmlər namizədi, 1992-ci ildə isə “XVI əsr Azərbaycan ədəbi dili” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. O, azəri-türk dilçiliyinin çox sahələri üzrə görkəmli nailiyyətlər əldə etmiş alimdir. Samət Əlizadə bir çox beynəlxalq elmi yığıncaqların fəal iştirakçısı olmuş, Azərbaycan türk dilinin təbliğində böyük əmək sərf etmiş dilçi alimdir. O, 1965-ci ildə öz taleyini müəllimlik kimi çətin və şərəfli vəzifəyə bağlamış, Azərbaycan Dövlət Universitetində dərs demişdir. Onun hazırladığı tələbələr arasında onlarla tanınmış dilçi-türkoloq vardır. Bir dilçi alim kimi, Samət Əlizadəni daha çox dilimizin tarixi maraqlandırmışdır. Tədqiqat obyekti kimi XVI yüzilliyi seçmişdir.
Şalot xanım
Şalotun ledisi (ing. Lady of Shalott) — Alfred Tennison (1809-1892) tərəfindən yazılmış romantik şeir adıdır. Bu şeir Kral Artur haqqında əfsanələr toplumunun bir hekayəsidir. Orta əsrlər dövründə (VI-XVI əsrlər) xalq arasında çox populyar idi. == Xülasəsi == Bu uzun şeir Astolatlı Eleyna (XIII əsr) əfsanəsindən ilham alınıb. Bu, bir gənc xanımın hekayəsidir, o, Kral Arturun ölkəsinin paytaxtı yaxınlığında olan Şalott adasındakı qalada yaşayır. Bu xanım rəvayətə görə tilsimlənib. O, dünyaya birbaşa baxa bilmir. Ona görə də o, hər gün dünyaya güzgü vasitəsi ilə baxır. Qalanın başındaki pəncərə qarşısında güzgüyə baxaraq, gördüyünü xalça üstünə toxuyur.
Şamoy Çobanov
Şamoy Çobanov (19 yanvar 1965, Ağköynək, Qazax rayonu – 19 avqust 1990, Yuxarı Əskipara, Qazax rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şamoy Çobanov 19 yanvar 1965-ci ildə Qazax rayonunun Ağköynək kəndində anadan olmuşdur. 1982-ci ildə 1 saylı Qazax şəhər ortaməktəbini bitirdikdən sonra, avtonəqliyyat müəssisəsində əmək fəaliyyətinə başlamışdır. Ş.Çobanov 1983-cü ildə Sovet Ordusu sıralarına çağırılır. 1985-ci ildə ordudan tərxis olunaraq, Qazax rayonuna qayıdır. 1989-cu ildə Qazax Rayon Polis Şöbəsində işə qəbul olunur. Ermənilərin Xeyrimli, Yuxarı Əskipara, Bağanis Ayrım kəndlərinə hücuma keçdiyi zaman Ş.Çobanov da xüsusi qəhrəmanlıq nümayiş etdirmişdir. Cəsur polis işçisi tez-tez döyüş bölgələrinə gedir, erməni yaraqlıları ilə üzbəüz gəlirdi. 1990-cı il 19 avqustda Yuxarı Əskipara kəndində gedən döyüşdə Şamoy xüsusi qəhrəmanlıq nümayiş etdirərək, ermənilərə qarşı döyüşür. "Qanlı dərə" deyilən yerdə erməni silahlı qüvvələrinə qarşı rəşadət nümayiş etdirir.
Şamət Tağıyev
Şamət Qoşunəli oğlu Tağıyev (1974 – 31 mart 1994, Bakı) — Azərbaycanlı şəhid. == Həyatı == Tağıyev Şamət Qoşunəli oğlu 1974-cü ildə Gədəbəy rayonu, Miskinli kəndində anadan olub. 1992-ci ildə orta məktəbi bitirdikdən sonra Sumqayıt şəhərində Texnologiya texnikumuna daxil olub. == Hərbi xidməti == 1992-ci il oktyabr ayının 18-də Sumqayıt şəhər hərbi komisarlığından həqiqi hərbi xidmətə çağrılıb. Şamət Ağdam, Kəlbəcər, Ağdərə bölgələrində gedən döyüşlərin fəal iştirakçısı olub. Sıravi Tağıyev 1 fevral 1994-cü il tarixdə Ağdam rayonun Novruzlu kəndi uğrunda gedən döyüşdə tabur tərkibində erməni mövqeyinin arxasına kerçərək çoxlu sayda erməni quldurlarının məhv edilməsində fəallıq göstərmişdir. O, mühasirəyə düşmüş, lakin mühasirəni yarıb çıxmağa imkan tapmış, öz pulemyotu ilə xeyli erməni quldurunu məhv etmişdir. Tağıyevin son döyüşü elə Novruzlu kəndində olub. 29 mart 1994-cü ildə kənd uğrunda gedən döyüşdə yaralanıb. Təcili Bərdə rayon xəstəxanasına, ordan da Bakıya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Şərqi Samoa
Amerikan Samoası (samoa Amerika Sāmoa, həmçinin Amelika Sāmoa və ya Sāmoa Amelika) — Sakit okeanın cənubunda yerləşən ada ölkəsidir. Paytaxtı Paqo Paqo şəhəridir. Ən böyük və inkişaf etmiş adası isə Tutuila adasıdır. == Tarix == Avropalılar buranı kəşf etməzdən əvvəl Manua Adaları yerli tayfalar tərəfindən idarə edilirdi. 1722-ci ildə hollandiyalı dənizçi Yakob Roqqeveen Manua Adalarını kəşf edir. 1768 və 1787-ci illərdə bu adalara səyahət etmiş fransalı səyyahlardan 11-i öldürüldü. Sonralar bu adalar qaçaq dənizçilər və məhkumlar üçün sığınacaq olur. London Missioner Cəmiyyətinin missionerləri 1830-cu ildə bu adalara gəldilər. Missionerlərin təsiri artdıqca Tatuila ve Manua adalarına gələn xristian missionerlərin sayı da artır. 1889-cu ildə ABŞ, İngiltərə və Almaniya Samoanın bitərəf zona olması barədə birgə müqavilə imzalayır və adalar bu üç dövlətin protektoratına verilir.
Damot padşahlığı
Damot padşahlığı (amh. ዳሞት) — orta əsrlərdə indiki Efiopiyanın qərbində dövlət. Dövlətin ərazisi Mavi Nil çayının aşağısında yerləşirdi. Şoa sultanlığını xərac verməyə məcbur edən güclü bir dövlət olmuşdu. O, həmçinin Zaqve sülaləsinin göndərdiyi orduları da məhv etmişdir. Damot bir neçə müsəlman və xristian ərazilərini fəth etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Bouanga, Ayda. Le Damot dans l'histoire de l'Ethiopie (XIIIe-XXe siècles) : recompositions religieuses, politiques et historiographiques (fransız). Université Panthéon-Sorbonn. 2013.
Samo dövləti
Samo dövləti — əsası Samo tərəfindən qoyulmuş slavyanların erkən feodal dövlət təsisatı. == Tarixi == Qərb slavyanları əsasən Baltik dənizindən Dunay çayına, Elbadan Visla çayına qədərki torpaqlarda yaşayırdılar. VI-VIII əsrlərdə qərb Slavyanlarında artıq ibtidai icma cəmiyyəti dağılmağda idi. Xüsusi mülkiyyətin və siniflərin meydana gəlməsi prosesi dərinləşdikcə erkən feodal dövlətlərinin yaranması da sürətlənirdi. Qərb Slavyanlarının ilk siyasi birliyi VII əsrin I yarısında meydana gəlmiş Samo dövləti idi. Samo dövləti slavyanların türkdili avarlara, habelə franklara qarşı inadlı mübarizısi nəticəsində yaranmışdı.VI əsrin II yarısında Dunay sahillərində - Pannoniyada möhkəmlənən avarlar müxtəlif mənşəli tayfaları o cümlədən bəzi slavyan tayfalarının əsarət altına salmışdılar. Çox keçmədən təqribən 623- cü ildə Çexiya, Moraviya və Slovekiyada yaşayan slavyan tayfaları türkdilli avarların dözülməz zülmünə qarşı üsyan qaldırdılar. Bu üsyana Samo başçılıq edirdi. Samo frank taciri idi. Bir çox görkəmli slavyansünaslar bu fikirlə razılaşmır, Samonun mənşəcə slavyan olduğunu göstərirlər.
Şamo (roman)
"Şamo" — xalq yazıçı Süleyman Rəhimovun romanı. Ədəbi fəaliyyətə 1930-cu ildən başlayan Süleyman Rəhimovun ilk əsəri "Şamo"dur. O "Şamo" ki, bütün ömrü boyu onun üzərində işləyib. Doğrudur, arada yeni əsərlər də yazıb: "Aynalı", "Qardaş qəbri", "Su pərisi", "Uğundu" və sairə. Lakin ədibin özü üçün də ən əziz əsər "Şamo" olub. Düz əlli ilə yaxın onun üzərində işləməkdən doymayıb. Maraqlıdır ki, elə ilk çap əsəri də "Şamo"dur. Böyük ədib tənqidi məqalələrinin birində yazırdı: "Yazıçılıq - istedad, zəhmət, bir də cəsarətdir. Bu cür olmasa, yazıçı olmaz. Yazıçılıq əsl qəhrəmanlıqdır.
Şamo Abbasov
Şamo Abbasov (1 avqust 1955, Bakı – 7 may 2014) — Azərbaycan rəssamı. == Həyatı == Şamo Abbasov 1955-ci ildə Bakı şəhərində anadan olub. 1970-1974-cü illərdə Ə.Əzimzadə adına dövlət incəsənət məktəbində, 1978-1984- cü illərdə Leninqradda Vera Muxina adına incəsənət məktəbində təhsil alıb. 1986-cı ildən Azərbaycan Rəssamlar İttifaqının, 1986-cı ildən SSRİ Rəssamlar İttifaqının üzvüdür. 1989-cu ildə Azərbaycan Rəssamlar İttifaqının 1-ci dərəcəli diplomu, 1996-cı ildə Azərbaycan Mədəniyyət Nazirliyinin ikinci hədiyyəsi ilə təltif olunub. Şamo Abbasovun işləri Azərbaycan, Bakı Milli İncəsənət Muzeyində saxlanılır; Azərbaycan Milli Rəsm Qalereyasında (Bakı); RF Mədəniyyət Nazirliyində; Beynəlxalq rəssamlar konfederasiyası (Moskva, Rusiya); Ştiqlis adına tətbiqi incəsənət muzeyində (Sankt-Peterburq, Rusiya); Beynəlxalq keramika muzeyində (Bexin, Çexiya); Azərbaycanın ABŞ-dakı səfirliyində və xarici şəxsi kolleksiyalardadır. Şamo Abbasov 7 may 2014-cü ildə Bakıda vəfat etmişdir. == Sərgiləri == 2014-cü il, martın 4-də Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycanın tanınmış rəssamı Şamo Abbasovun əsərlərinin sərgisi açılmışdır. Tədbirdə Vyanada akkreditə olmuş diplomatik korpusun nümayəndələri, avstriyalı incəsənət həvəskarları və soydaşlarımız iştirak etmişlər. Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova Şamo Abbasovun yaradıcılığı haqqında məlumat vermişdir.
Şamo Arif
Şamo Arif (tam adı: Rəhimov Şamo Arif Süleyman oğlu; 9 iyul 1936, Əyin, Qubadlı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan yazıçısı, publisist, geoloq. Yazıçı Süleyman Rəhimovun oğlu. == Həyatı == Arif Rəhimov 1936-cı il iyulun 9-da Qubadlı rayonunun Əyin kəndində anadan olub. Mənşəcə kürddür.1965-ci ilin iyulunda 34 yaşında ikən qəflətən vəfat edən qardaşı Şamonun vaxtsız vəfatından bir müddət sonra atası və anasının razılığı ilə qardaşının adını yaşatmaqdan ötrü adının qarşısına Şamo adını qəbul edib, Şamo Arif olub. == Elmi fəaliyyəti == O, həm də geologiya və minerologiya üzrə tanınmış alimdir. 1954-cü ildən Neft Sənayesi Elmi-Tədqiqat Layihə İnstutunda çalışmışdır. Onun 1961-ci ildə R.Rəhimovla birgə çap etdirdiyi "Xəzər və neft" kitabı bu gün gədər öz aktuallığını saxlayır. == Ədəbi fəaliyyəti == Ədəbi fəaliyyətə 1960-cı illərdən başlayıb. İlk olaraq "Qoşa çinar" hekayəsi çapdan çıxıb. Az sonra 1964-cü ildə "Göz dağı" povesti və "Anamın yuxusuna girməsin" romanını çap etdirib.
Şamo Eyvazov
Şamo Eyvazov — İspaniya Kikboksinq Federasiyasının üzvü, peşəkar idmançı, 2017-ci ildə Muay tay idman növü üzrə İspaniya çempionu. == Həyatı == Şamo Eyvazov 20 aprel 1992-ci ildə Neftçala rayonu Qaçaqkənd kəndində anadan olub. 2009-cu ildə Neftçala rayonunun Qaçaqkənd kəndində Nəriman Bəşirov adına tam orta məktəbini bitirmişdir. 10 ildən çoxdur ki, ailəsi ilə birlikdə İspaniya Kantabriya vilayətinin Torrelaveqa şəhərində yaşayır. == İdman fəaliyyəti == 8 may 2017-ci il tarixində İspaniyada keçirilmiş Muay tay idman növü üzrə çempionatın qalibi olub. Həmin çempionatda Şamo Eyvazov bütün rəqiblərinə qalib gələrək birinci pilləyə yüksəlib.2018-ci ildə İspaniyada 70 kq çəki dərəcəsində "MMA" (Qarışıq Döyüş Sənətləri) üzrə İspaniya çempionu olub. 27 avqust 2019-cu ildə İspaniyada "Qarabağ" idman Klubunu açıb. === Ümumi nəticələri === Şamo bu günə qədər 64 döyüş keçirib. Onun 51-i qələbə ilə başa çatıb.
Şamo Kərimov
Şamo Elman oğlu Kərimov (17 dekabr 1987, Maşlıq, Cəlilabad, Azərbaycan — 8 oktyabr 2020;, Qubadlı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şamo Kərimov 17 dekabr 1987-ci il tarixdə Cəlilabad rayonu Maşlıq kəndində anadan olub. İki övladı var idi. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şamo Kərimov Cəbrayıl, Qubadlının azad edilməsində savaşıb. 2020-ci il oktyabrın 8-i Qubadlı istiqamətində düşmən tərəfindən açılan atəş nəticəsində həlak olub. Cəlilabadda torpağa tapşırılmışdır.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şamo Kərimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Şamo Kərimov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Şamo Kərimov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Şamo Məhərrəmov
Şamo Mətləb oğlu Məhərrəmov (26 aprel 1997; Qax rayonu, Azərbaycan — 7 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şamo Məhərrəmov 1997-ci il aprelin 26-da Qax rayonunun Ləkit kəndində anadan olub. 279 Saylı Tam Orta Məktəbi Bitirib. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Şamo Məhərrəmov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şamo Məhərrəmov noyabrın 7-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şamo Məhərrəmov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Şamo Məhərrəmov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Şamo Məhərrəmov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Şamo Rəhimov
Şamo Rəhimov (tam adı: Şamo Süleyman oğlu Rəhimov; d. 2 aprel 1931, Bakı, Azərbaycan SSR, SSRİ – ö. iyul 1965, Azərbaycan SSR, SSRİ) — dünya şöhrətli azərbaycanlı seysmoloq; xalq yazıçısı Süleyman Rəhimovun oğlu. == Bioqrafiya == Şamo Rəhimov 2 aprel 1931-ci ildə Bakıda anadan olub. Mənşəcə kürddür. Həmin vaxt atasının "Şamo" romanının ilk variantı dərc olunmuşdur. Elə ona görə də atası Süleyman Rəhimov dünyaya gələn oğluna Şamo adını verir.Ailədə altı uşaq olublar: dörd qardaş - Oqtay, Şamo, Arif, Aqil və iki bacı - Şəfiqə, Rəfiqə.1948-ci ildə orta məktəbi qızıl medalla, 1953-cü ildə Lomonosov adına Moskva Dövlət Universitetinin Fizika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildə SSRİ Elmlər Akademiyası Yer Fizikası İnstitutunun seysmologiya ixtisası üzrə aspiranturasına daxil olmuşdur. == Fəaliyyəti == === Elmi fəaliyyəti === Hələ gənc yaşlarından dünya şöhrətli seysmoloq kimi tanınmışdır. Onun zəlzələ ocağında gedən proseslər, zəlzələlərin oxunuşu, lava dalğaları, seysmik rayonlaşdırma xəritələrinin qurulması və tərtibi sahəsində böyük xidmətləri var.1958-ci ildə səthi dalğalar nəzəriyyəsi problemlərinə həsr olunmuş "Üç yaxın stansiyalarda müşahidə edilən Reley dalğalarının yayılma sürətinin dispersiyasının eksperimental öyrənilməsi" mövzusunda yazdığı elmi əsərində səthi dalğalar sürətlərinin fazasının təyin edilməsində əvvəlki üsulların effektsiz olduğunu sübut etmişdir.O, Reley və Lyava səthi dalğaları üzrə zəlzələnin episentrinə istiqamətlərin təyini üsulunu işləyib hazırlayıb.
Ərəbe Şamo
Ərəb Şamoyeviç Şamilov (rus. Араб Шамоевич Шамилов, kürd. Ә'рәб Шамилов), ədəbi təxəllüsü ilə Ərəbe Şamo (kürd. Erebê Şemo; 1897, Susuz ilçəsi, Qars vilayəti, Rusiya imperiyası – 1978, İrəvan) — kürd əsilli SSRİ yazıçısı. == Həyatı == Ərəb Şamoyeviç Şamilov 1897-ci ildə Rusiya imperiyasında, Qars vilayətinin Susuz kəndində anadan olmuşdur (indiki Türkiyə). O, Rusiyada vətəndaş müharibəsində iştirak etmişdir. Şamilov 1920-1921-ci illərdə Quba şəhərində "ÇK" məxfi əməliyyatlar şöbəsinə rəhbərlik etmişdir. O, 1920-ci illərdə "Zarya Vostoka", "Riya Təzə" və "Sovet Kürdüstanı" qəzetlərində jurnalist işləmişdir. Şamilov 1920-ci illərin sonlarında İshaq Maroqulovla birlikdə kürd dili üçün latın qrafikalı əlifbanı işləyib hazırlamışdır. O, 1937-ci ilin yanvarında Stalin repressiyaları zamanı həbs edilmişdir.
Samit-sait yazısı
Əbcəd hesabı – Türk, ərəb və fars ədəbiyyatında bir hadisəni, bir işin tarixini bildirmək üçün işlənən və rəqəmləri hərflərdən ibarət olan hesabdır.
Bamut
Bamut (Çeçen. Bummat) kəndi Çeçenistan Respublikasının Açxoy-Martan rayonunda yerləşir. Bamut kənd yaşayış məntəqəsinin inzibati mərkəzidir. == Coğrafiya == Kənd Fortanqa çayının sahilində, Açxoy-Martan rayonunun regional mərkəzindən 8 km cənub-qərbdə və Qroznı şəhərindən 50 km məsafədə yerləşir. Ən yaxın yaşayış məntəqələri: şimalda Assinovskaya və Yeni Şaroy kəndi, şimal-qərbdə Nesterovskaya kəndi, cənub-qərbdə Arştı kəndi, cənub-şərqdə Köhnə Açxoy, Yandi və Şalaşi kəndləri, şərqdə Katır-Yurt kəndidir. == Tarix == Fortanqa sahillərində yerləşən bu dağətəyi kənd nə vaxt qurulduğu haqqında dəqiq məlumat yoxdur. Rus tarixi sənədlərində tapılan istinadlar arasında birincisi, general Ermolovun Orstxoy-Martan və Bamutun yandırılması barədə məruzəsidir. Bu, 1818-ci ildə baş verdiyindən, kəndin ən az iki əsr yaşı olduğu bildirilir. Yalnız burada, iki əsrlik tarixində Bamut çox qısa bir müddət ərzində sakit bir dövr sürdü. Beləliklə, 1864-cü ildə Qafqaz müharibəsində yenidən praktik olaraq məhv edildi və bütün sakinlər Türkiyəyə köçürüldü.