Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sifət
Üz və ya sifət — insan başının yuxarıda baş dərisinin, aşağıda - alt çənənin küncləri və alt kənarı ilə, yanlardan - alt çənənin kənarları ilə sərhədlənmiş ön hissəsi.
Siyər
Siyer-i Nəbi; (ərəbcə ː Sira ən-Nəbəviyyə ), qısaca sirah. Ənənəvi İslam ədəbiyyatında Məhəmmədin tərcümeyi-hallarına verilən addır. Quran və hədislərlə yanaşı, Məhəmmədin həyatı və İslamın ilk dövrləri haqqında ən çox tarixi məlumatların mənbəyidir. Məhəmmədin həyatı və ilk İslam tarixi ilə bağlı ən diqqət çəkən məsələ, məlumatların, şifahi hekayə mədəniyyətinin nizamsız məhsulu kimi meydana çıxması və təfərrüatların əsrlər boyu artan tərəqqisidir. Hekayələr Məhəmmədin həyatından 150-200 illik fasilədən sonra toplanır, çeşidlənir, düzülür və bioqrafik mətnlərə çevrilir. Bu rəvayətlər qeyri-islami mənbələr tərəfindən dəstəklənmir və öz daxilində ziddiyyətlər ehtiva edir. Hekayələr zaman keçdikcə dəyişir və bir neçə nəsildən sonra tarixi reallıqdan tamamilə uzaqlaşır. Hədis və sira mənbələrində Məhəmmədin həyatı ilə heç bir əlaqəsi olmayan əhvalatların bəzi dəyişikliklər edilərək Məhəmmədin hekayətinə əlavə olunabilər. Sami Ezzib, Xeybərin fəthi və Qureyza qırğını kimi mövzuların yəhudilərin müqəddəs kitabında yer aldığını, lakin bu mənbəyə görə yəhudilərin qeyri-yəhudiləri qətlə yetirdikləri məlumatını verir. Rəvayət (Qıssa) çi ənənəyə əsaslanır əsərlərdən başqa İslamın ilkin tarixi, tarix baxımından nə vaxt meydana çıxdığı, hansı coğrafiyada doğulub dünyaya yayıldığı bu gün də qeyri-müəyyən olaraq qalır.
Sıfır
Sıfır — ədəd oxunu müsbət və mənfi ədədlərə ayıran tam ədəd. == Tarixi == Qədim yunan astronomu və riyaziyyatçısı Klavdi Ptolemey astronomik cədvəllərində boş kvadratlara O işarəsi qoyardı (yunan əlifbası ilə omikron hərfi, q.yun. ονδεν — heç nə). Sıfır rəqəmi işarəsinin ondan yarandığı güman edilir. == Riyaziyyatda == === Sıfırın əsas xassələri === İstənilən ədədin üzərinə 0 əlavə etsən, cəm dəyişmir. Bu xassə genişləndirilmiş sistemlərdə, o cümlədən həqiqi və kompleks ədədlər meydanında da doğrudur. İstənilən ədədin 0-a hasili sıfra bərabərdir. Sıfırın işərəsi yoxdur, yəni o, nə mənfi, nə də müsbət ədəddir. 0 nə tək ədəddir, nə də cüt ədəddir. 0 istənilən natural ədədə bölünür və qismət 0-a bərabərdir.
Səfər
Səfər — Hicri təqviminin 2-ci ayı. == Tarixi günlər == Səfərin 7-si İmam Kazımin doğum günü Safərin 9-u Əlinin Nəhrivan döyuşündə qələbə ilə başa vurduğu gün. Səfərin 13-ü İmam Hüseynin qızı Səkinənin vəfatı günü. Səfərin 17-si 8-ci imam Əli ibn Musanın şəhadət günü Səfərin 20-si — Ərbəin günü (Aşura günündən sonra 40-cı gün) Səfərin 28-i Məhəmməd peyğəmbər (s) və İmam Həsənin vəfatı günü.
Şifr
Şifr (ərəb. صِفْر ‎, ṣifr «Sıfır», oradan fr. chiffre «sifra») — hansısa mətnin ötürülərkən oxunmaması üçün "açar" vasitəsi ilə oxunmaz vəziyyətə çatdırılması sistemi. Ərəb dilindən götürülüb. Sıfır sözü ilə kökdaşdır. Şifrlər diplomatik nümayəndiliklər öz hökumətləri ilə yazışması, silahlı qüvvələrdə öz rabitələri ilə məlumat ötürülərkən və bankların tranzaksiyası zamanı istifadə edilir.
Alan Şirer
Alan Şirer (ing. Alan Shearer; 13 avqust 1970[…], Nyukasl-apon-Tayn) — ingiltərəli futbol mütəxəssisi, hücumçu mövqeyində çıxış etmiş keçmiş futbolçu və məşqçi. Öz dövrün ən yaxşı hücumçularından biri və Premyer Liqa tarixinin ən sərrast oyunçularından sayılan Şirer Premyer Liqanın ən çox qol vurmuş oyunçusudur. 1994-cü ildə o, Futbol Yazıçıları Assosiasiyasına görə İlin futbolçusu adına layiq görüldü və 1995-ci ildə PFA-ya görə İlin futbolçusu seçildi. 1996-cı ildə o, həm Ballon d'Or, həm də FIFA ilin oyunçusu mükafatlarında üçüncü oldu. 2004-cü ildə o, Pelenin tərtib etdiyi "FİFA 100" adlı dünyanın ən yaxşı yaşayan futbolçuları siyahısına daxil edildi. Şirer 2021-ci ildə Premyer Liqanın Şöhrət Zalına daxil edilən ilk iki oyunçudan biri idi.Şirer karyerası boyu İngiltərə futbolunun ali liqasında çıxış etdi. Karyerasına 1988-ci ildə "Sauthempton"da başlayan Şirer 1992-ci ildə "Blekbörn Rovers" keçid etdi və burada özünü Avropanın ən məhsuldar oyunçularından biri kimi göstərmişdir. "Blekbörn Rovers"də keçirdiyi illər ərzində o, 1994-95 Premyer Liqanın çempionu olmuş və həmçinin iki ardıcıl Premyer Liqa Qızıl Butsunu qazanmışdır. 1996-cı ilin yayında o, dövr üçün rekord qiymət sayılan 15 milyon funt-sterlinq müqabilində o, doğma şəhərinin təmsilçisi “Nyukasl Yunayted” klubuna keçdi.
Almalı Şizər
Almalı Şizər (fars. شیزر‎) — İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 362 nəfər yaşayır (133 ailə).
Anton Şifner
Anton Antonoviç Şifner (alm. Franz Anton Schiefner‎) (18 iyul 1817, Revel — 16 noyabr 1879, Sankt-Peterburq) — filoloq, dilçi. == Həyatı == Anton Antonoviç Şifner 1817-cı ildə anadan olmuşdur. Sankt-Peterburq Universitetinin hüquq fakültəsini bitirmiş Schiefner 1840-cı ildə Berlin Universitetində şərq dilləri (xüsusilə sanskrit), Peterburqda isə yunan və latın dillərini öyrənmişdir. Rus Elmlər Akademiyasında Tibet dilləri üzrə mütəxəssis işləmişdir. 1863-cü ildən ömrünün sonunadək REA Kitabxanasının şöbə müdiri vəzifəsində çalışmışdır. Schiefner Qafqaz, türk, monqol, fin, Tibet dilləri üzərində çalışmışdır. O, tatar dilinin koybal və kasadas dialektlərini araşdırmışdır. Minusinsk tatarlarının dastanları haqqında bir əsər yazmışdır. Anton Şifner 16 noyabr 1879-cu ildə Peterburq şəhərində 62 yaşında vəfat etmişdir.
Klaudia Şiffer
Klaudia Şiffer (alm. Claudia Schiffer‎; d. 25 avqust 1970) — 1990-cı illərin məşhur alman model və aktrisası. Brijit Bardota (Brigitte Bardot) bənzəməsinin məşhur olmasında böyük payı var. 500-ə yaxın jurnalın üz qabığını bəzəyən Klaudia dünyanın ən uğurlu modellərindən biridir.
Kristallik sipər
Kristallik sipər -(rus. кристаллический щит, ing. shield) platformaların (kratonların) ən böyük (eni yüz və min km-ə çatan) müsbət strukturu. K. s. kristallik süxurlardan təşkil olunmuş qırışıqlı özül səthə çıxır. K. s. adətən uzun müddət formasını saxlayan yer qabığının qaldırılmış sahəsini təşkil edir. «Sipər» termini E. Zyüss (1885), «Kristallik sipər» isə N. S. Şatski (1947) tərəfindən təklif edilmişdir.
Pit Siger
Pete Seeger (3 may 1919[…], Nyu-York, Nyu-York ştatı – 27 yanvar 2014[…], Manhetten, Nyu-York ştatı) amerikan folki ifaçısı, janrin görkəmli ulduzlarından biri.
Riçard Şirer
Riçard Şirer — Bakcell şirkətinin Baş icraçı direktoru (aprel, 2011) == Həyatı == Riçard Şirer Amerika, Asiya və Avropada geniş beynəlxalq iş təcrübəsinə malikdir. Onun iş təcrübəsi əsasən dünyanın ən raqabətli bazarlarının simsiz xidmətlər seqmentində telekommunikasiya xidmətlərinin təşkil edilməsi sahəsini əhatə edib. Cənab Şirer öz əmək fəaliyyətinə Böyük Britaniyanın Cable & Wireless şirkətində başlayıb. 1990-1997 illərdə o, Coopers & Lybrand Consulting (PWC) şirkətində çalışarkən müxtəlif beynəlxalq telekommunikasiya layihələrini həyata keçirib. 1997-ci ildə Şirer Malayziyada DiGiTelecom şirkətinin Baş direktoru vəzifəsinə təyin edilib və 2000-ci ilə qədər həmin vəzifəni icra edib. 2000-2001-ci illərdə Riçard Şirer Böyük Britaniyada T-Mobile şirkətinin Baş kommersiya direktoru vəzifəsində çalışıb. Daha sonra o, Empower Interactive Group Ltd-nin Baş direktoru vəzifəsinə təyin edilib və həmin şirkətə 2004-cü ilə qədər rəhbərlik edib. 2005-2008-ci illərdə Şirer Bolqarıstanın BTC Mobile EOOD (Vivatel) şirkətində Baş direktor vəzifəsində çalışıb. 2011-ci ildə Bakcell şirkətinə gəlməzdən əvvəl, cənab Şirer Polşanın qabaqcıl mobil operatoru və TV xidmətlərin yeni təchizatçısı olan TPSA/Orange şirkətində İdarə Heyətinin müştərilərlə iş üzrə üzvü səlahiyyətlərini icra edib. Cənab Şirer İmtiyazlı İdarəetmə Mühasibləri İnstitutunun üzvüdür və Mühasibatlıq və Maliyyə üzrə Bakalavr dərəcəsinə malikdir.
Sefer Yetsir
"Sefer Yetsir" (ibranicə "Yaradılış Kitabı") Kabbalanın ən qədim kitabıdır. Bu haqda ilk məlumat eramızın 120-ci ilinə təsadüf edir. Kabbalistlərə görə onun müəllifi İbrahim peyğəmbərdir (ə). Tarixçilər bununla razı deyillər. Onlar düşünürlər ki, bu əsər eramızın II əsrində ravvin Akkiva tərəfindən yazılmışdır. Əsərdə on mistik rəqəmin (sfirot) və yəhudi əlifbasının iyirmi iki hərfi vasitəsilə dünya, zaman və insanın yaradılışı izah olunur. Kitabda hərflər üç qrupa bölünmüşdür: üç ana hərf, yeddi ikili hərf və on iki sadə hərf. Əsərin müəllifinə görə, üç ana hərfin köməyilə dünyada hava, su, atəş, ilin üç fəsli, insan bədəninin üç üzvü – baş, qarın və sinə yaradılmışdır. Bəziləri hesab edir ki, "Sefer Yetsir" əl-kimya elmi üzrə ən qədim dərslikdir və buradakı hərflər, saylar, əslində, kimyəvi birləşmələr və reaksiyalar barədə kodlaşdırılmış məlumatlardır; zaman keçdikcə onların mənaları unudulmuşdur. "Sefer Yetsir" kitabında bürclər ilk dəfə bizə məlum olan adlarla göstərilmişdir.
Sibel Siber
Sibel Siber (türk. Sibel Siber; 13 dekabr 1960, Nikosiya, Nikosiya rayonu[d]) — Şimali Kipr Türk respublikasından olan bir siyasətçi. 2013-cü ilin iyun ayından sentyabr ayına qədər ŞKTR Baş naziri vəzifəsini icra edən icra edən ilk qadın olur. 2013-2018-ci illərdə də ŞKTR məclisinin sədri olmuşdur. Siber Fatma Ekenoğlundan sonra bu vəzifəni tutan ikinci qadın olur. == Bioqrafiyası == 13 dekabr 1960-cı ildə Lefkoşada anadan olmuşdur. Atası Altay Adademir, Meluseya kəndindən olan bir ibtidai sinif müəllimi, anası Aysel Klaudiyadan bir ev xanımı idi. Atası vaxtaşırı müxtəlif məktəblərə təyin olunduğundan ailə daim köçürdü. 16 yaşında Sibel İstanbul Universitetinin Tibb Fakültəsinə daxil olur, bu dövrdə tələbələrlə əlaqəli siyasi hadisələrin zirvəsi yaşanır. 1983-cü ildə universiteti həkim ixtisası ilə bitirmişdir.
Sider Muzeyi
Sider Muzeyi (isp. Museo de la Sidra) — İspaniyanın Asturiya regiounun Nava şəhərinin Plaza del Prinsip de Asturiya bölgəsində yerləşən muzeydir. Muzey 1996-cı ildə Şahzadə Filipp tərəfindən açılmışdır. Muzey Asturiyanın milli içkisi olan alma şərablarını nümayiş etdirən tematik muzeydir. Muzey Asturiyanın Etnoqrafik Muzeylər Şəbəkəsinin bir hissəsidir. İnteraktiv siderin yaradılışı bütün prosesləri əhatə edir. Artan alma, yığılma, qıcqırtma, qablaşdırılması bu spirtli içkinin istehlakına bilavasitə təsir göstərir. Parlayan alma şərabına həsr olunmuş xüsusi sahə fəaliyyət göstərir. Muzeydə, həmçinin bitkilərin tozlanması kimi məsələlərə və alma ağaclarının inkişafına xüsusi diqqət yetirilir. Yay və qış saat dəyişilməsi muzeyə də öz təsirini göstərir.
Sider dövrü
Sider dövrü və ya sadəcə Sider (yun. σίδηρος sídiros dəmir deməkdir) — Paleoproterozoy erasının ilk geoloji dövrüdür və 2500-2300 milyon il əvvəllər arasında davam etmişdir. Dəmir birləşmələrinin çöküntüləri bu dövrdə artdı. Bu dəmirlə zəngin birləşmələr anaerob sianobakteriyaların istehsal etdiyi oksigenin dəmir ilə birləşərək əmələ gətirdiyi dəmir bir oksid olan maqnetitdən (Fe3O4) əmələ gəlmişdir. Bu prosesin Yerin okeanlarından dəmiri çıxardaraq dənizləri təmizlədiyi düşünülür. Sonda okeanlarda qalan dəmir oksigenlə reaksiyaya girə bilməyəcək qədər az miqdarda qaldıqda proses oksigenlə zəngin bir atmosferin yaranmasına gətirib çıxardı. Bu ikinci, sonrakı hadisə elmdə oksigen fəlakəti kimi tanınır.
Sifar (Vərziqan)
Sifar (fars. صيفار‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 321 nəfər yaşayır (61 ailə).
Sifre burnu
Sifre burnu - Antarktik yarımadasıının ucqar nöqtəsində yerləşir. Bütünlüklə buzla örtülü olur. Bu adı Fransız Antarktika ekspedisiyasının kapitanı Jules Dumont d'Urville tərəfindən təstiqlənmişdir. Antarktidanın ucqar şimal nöqtəsidir. Dreyk boğazı sahilində yerləşir. Cənub okeanı hövzəsinə daxildir.
Sifət (dəqiqləşdirmə)
Sifət Sifət (nitq hissəsi) — ümumi qrammatik mənasına görə əşyanın əlamətini bildirən əsas nitq hissəsi.
Sıfır hipotezi
Sıfır hipotezi- statistikada seçilmiş təsadüfi verilənlərin paylanma ehtimalının yoxlanmasıdır. Çox vaxt sıfır hipotezi kimi araşdırılan parametrlər arasında asılılığının və ya korrelyasiyanın olmaması, iki və daha artıq seçimlərdəki qiymətlərin fərqli olmaması götürülür. Elmi araşdırmalarda hipotezin yoxlanması onun mövcud olmamasını, daha doğrusu onun mövcud parametrlərlə əlaqədə olmamasını sübur etməyə gətirilir. Bu halda başqa hipotez- sıfır hipotezini inkar edən konkurent hipotezdən istifadə edilir. == Mənbə == Əliyev, R. Maşınqayırma leksikonu. Bakı: Apostroff, I hissə, 2012.427 s. Şahbazov, Ə. Ehtimal nəzəriyyəsi və riyazi statistika: ali məktəblər üçün dərslik / red. M. Bunyatov. Bakı: Maarif, 1973. 577s.
Sıfır ili
Sıfır ili (Kxmercə: ឆ្នាំសូន្យ chhnam saun) — 1975-ci ilin aprelində Kambocada Qırmızı kxmerlər tərəfindən elan olunmuşdur. Bunu Fransada 1 ili hadisəsinin analogiyası hesab etmək olar. == Konsept == Sıfır ilinin arxasında duran fikir budur ki, cəmiyyətdəki bütün mədəniyyətlər və ənənələr tamamilə məhv edilməli və ya atılmalı və sıfırdan başlayaraq yeni bir inqilabi mədəniyyətlə əvəz edilməlidir. Sıfır ilindən əvvəl xalqın və ya ölkənin bütün tarixi əhəmiyyət kəsb etmir, çünki təmizlənəcək və yenidən dəyişdiriləcəkdir.
Səfər Kəlbixanlı
Səfər Kəlbixanlı — yazıçı-publisist, filologiya elmləri namizədi. == Həyatı == Səfər Əhməd oğlu Məmmədov 1962-ci ilin iyul ayının 7-də Yardımlı rayonunun Astanlı kəndində anadan olmuşdur. 1969–1979-cu illər ərzində həmin kənddə orta təhsilini almışdır. 1980–1982-ci illərdə Murmansk vilayətində hərbi xidmətini keçmişdir. 1984-cü ildə M. F. Axundov adına APRDƏİ-yə (indiki Bakı Slavyan Universitetinə) daxil olmuş və 1989-cu ildə buranı fərqlənmə diplomi ilə bitirmişdir. Təsilini başa vurduqdan sonra Cəlilabad rayonunun Alar kəndində təyinatla işləməyə göndərilmişdir. 1 yanvar 1992-ci ildə M. F. Axundov adına APRDƏİ-nin əyani aspiranturasına daxil olmuşdur. 1994-cü ildə "Müasir rus və Azərbaycan nəsrində mənəviyyat problemləri"(Y. Bondarev və İ. Şıxlının müharibə mövzulu əsərləri və onların tərcümələri əsasında) namizədlik dissertasiyasını müdafə etmişdir. 1994-cü ildən filologiya elmləri namizədi, müəllim, baş müəllim, 2003-cü ildən dosentdir. Hazırda Bakı Slavyan Universitetinin Filologiya fakültəsinin Müasir rus ədəbiyyatı kafedrasının dosenti və Jurnalistika və Azərbaycan filologiyası fakültəsinin dekanıdır.
Səfər Mehdiyev
Səfər Məmməd oğlu Mehdiyev (17 mart 1973, Naxçıvan rayonu) — Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri (2018–2022), gömrük xidməti general-polkovniki (2020), "Vətənə xidmətə görə" ordeninin tam kavaleri. == Həyatı == Səfər Mehdiyev 17 mart 1973-cü ildə anadan olmuşdur. Orta təhsilini başa vurduqdan sonra həqiqi hərbi xidmətdə olmuşdur. 1998-ci ildə Türkiyənin Egey Universitetinin Beynəlxalq İqtisadi Əlaqələr fakültəsini beynəlxalq iqtisadi əlaqələr ixtisası üzrə bitirmişdir. Daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat və İdarəetmə istiqamətinin Maliyyə ixtisası üzrə magistr dərəcəsi almışdır. 2010-cu ildə Bakı Dövlət Universitetini hüquqşünas ixtisası üzrə bitirmişdir. == Fəaliyyəti == Əmək fəaliyyətinə 1990-cı ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nehrəm kənd kolxozunda başlamışdır. 1999–2004-cü illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Gömrük tariflərinin tənzimlənməsi şöbəsinin inspektoru, böyük inspektoru, Gömrük dəyəri şöbəsinin rəisi, həmin Baş İdarənin rəis müavini vəzifələrində çalışmışdır. 2004-dən 2006-cı ilin fevral ayına qədər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini, 2006-cı ilin fevral ayından Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsində xidmət etmişdir. 23 aprel 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsindən azad edilib.23 aprel 2018-ci ildən Azərbaycan Respublikası prezidentinin Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədri vəzifəsinə təyin edilmişdir.30 yanvar 2020-ci ildə gömrük xidməti general-polkovniki ali xüsusi rütbəsi verilib.Onun rəhbərliyi dövründə Gömrük Komitəsində rüşvət və korrupsiya hallarının olması barədə iddialar mövcuddur.
Səfər Qurbanov
Səfər Qurban oğlu Qurbanov — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı. Vətən Müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. == Haqqında == Səfər Qurban oğlu Qurbanov Salyan rayonunda anadan olub. Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunlarının mayoru kimi 27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsində iştirak edən o, müharibə ərzində göstərdiyi şücaətə görə polkovnik-leytenant rütbəsinə qədər yüksəldilmiş və müxtəlif orden və medallarla təltif edilmişdir.
Səfər Sadiqi
Sadiqi Səfər — Danimarka "Vətən" Cəmiyyətinin sədri, Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü. == Həyatı və təhsili == Sadiqi Səfər Məmi oğlu 1957-ci il mayın 12-də Bakı şəhərində anadan olmuşdur. 1964-cü ildə Yasamal rayonu 21 nömrəli məktəbə gedib. 1972-ci ildə Bakı Maliyyə Kredit Texnikomunda "Hesablama maşınlarının proqramlaşması" fakultəsinə daxil olub. 1976-cı ildə təhsilini başa vurub. Sovet ordusunda SSRİ-nin 3-cü Hava Hücumundan Müdafiə xəttində baş qərargahda radist olaraq xidmət edir. 1978-ci ildə hərbi xidmətini başa vurub. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb. == Fəaliyyəti == Hərbi xidmətini başa vurduqdan sonra Azərbaycan Dövlət Statistika idarəsində mühəndis, proqramist, böyük mühəndis vəzifələrində çalışıb. 10 ildən çox Statistika Həmkarlar İttifaqında fəaliyyət göstərmişdir.
Şarantonne (Изер)
Şarantonne (fr. Charantonnay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. La-Verpiyer kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38081. Kommunanın 2012-ci il üçün əhalisi 1870 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 337 ilə 472 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 33 km cənub-şərqdə, Qrenobldan 65 km şimal-qərbdə yerləşir.