Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sükut dərəsi
Sükut dərəsi (ing. Valley of Silence və ya Western Cwm)- Everest zirvəsi, Lhotze yamacının ətəyində yerləşən geniş, düz, bir qədər dalğalı buzlaq vadisidir. Gələcək zirvə cəhdləri üçün marşrutlar axtaran, Everestin yuxarı hissələrini tədqiq edən İngilis İstiqlal Ekspedisiyasının tərkibində olan Corc Mallori vadini 1921-ci ildə gördüyü zaman onu "Cwm" adlandırdı. Cwm uels dilində "vadi" deməkdir. Müasir alpinistlər, Sükut dərəsi vasitəsilə həmçinin Everest zirvəsinə çıxırlar; bura Xumbu buz divarından sonra cənub-şərq yolunda yerləşir. Vadinin mərkəzi hissəsi bu buzlağın ən yuxarısına qədər uzanan böyük eninə yarıqlarla parçalanmışdır. Yuxarı dırmaşan alpinistlər bu yarıqları keçmək məcburiyyətindədirlər. Burada Nuptsenin ətəyi boyunca "Nuptse Blade" adı verilən dar bir keçid yolu var (ing. Nuptse corner). Lakin bura Everestin 2400 metr yüksəkliyindəki heyrətamiz mənzərələri təqdim edir (dağın zirvəsi Baza düşərgəsindən görünmür; alpinistlər buranı ilk dəfə burada görürlər).
Bir dəqiqəlik sükut
Bir dəqiqəlik sükut və ya sükut anı — qısamüddətli düşüncə, zikr, dua, meditasiya və səssizlik anı. Bayrağın yarıyadək endirilməsi kimi, bir dəqiqəlik sükut da əsasən hörmət əlaməti olaraq, xüsusilə də yaxın zamanlarda vəfat edən şəxslərin matəmini saxlamaq və ya faciəvi tarixi hadisəni yad etmək məqsədilə edilir. == Mənşə == Kvakerlər 300 ildən çoxdur ki, yığıncaqlarında bir dəqiqəlik sükut da daxil olmaqla, səssiz dua edirlər. Sükutda inanclara dair heç bir bəyanat və ya fərziyyələr olmadığına və dilin şərh edilməsini tələb etmədiklərinə görə müxtəlif dini və mədəni kökləri olan şəxslər bir araya gəldikdə, hər hansı bir ibadət və ya mərasimlə müqayisədə daha asan, rahat qəbul edilir və istifadə olunur. Pensilvaniyada müstəmləkə dövründə Kvakerlər və digər amerikalılar hər hansı hadisə zamanı bir araya gələr və səssizcə ibadət edərdilər, lakin hər iki qrup da bunun ənənəvi inanc sistemini dəyişdirdiyini düşünürdü. Zaman keçdikcə, qeyri-məzhəb və mübahisəsiz ictimai mərasimlərə münasibətdə Kvaker tərzinin səmərəli olması bir çox cəmiyyətlərdə, eləcə də ingilisdilli dövlətlərdə, demək olar ki, bu davranışın universal istifadə edilməsinə gətirib çıxardı. Həmçinin müxtəlif qrupların iştirakının gözlənildiyi, lakin eyni inancları bölüşmək məcburiyyətində olmayan bir çox qurumlarda da belədir; məsələn, hökumət, məktəblər, kommersiya şirkətləri və ordu kimi. Bir dəqiqə anma mərasimləri üçün ümumi zaman müddətidir. Təşkilatçılar fərqli zaman müddəti də seçə bilərlər. Bu da adətən yad edilən mərasimlə bu və ya digər dərəcədə bağlı olur.
Sükut (film, 2018)
Sükut - Film Azərbaycan Dövlət Mədəniyyət və Turizm Nazirliyinin sifarişilə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası tərəfindən istehsal edilmişdir. Arifin həyat yoldaşı ölümcül xəstəliyə dücar olandan sonra onun həyatı da alt üst olur. Keçmiş hərbçi indi var gücü ilə səy göstərməlidir ki, ayaq üstə qalmağı bacarsın.
Yapon mədəniyyətində sükut
Yapon mədəniyyətində sükut — sükut istənilən mədəniyyətdə mühüm ünsiyyət rolunu oynaya bilər, yapon mədəniyyətində isə xüsusi əhəmiyyət kəsb edir . Sükut (timmoku) Yaponiyada ünsiyyət sənətinin bir hissəsi hesab olunur. . Yapon mədəniyyətinə görə sükutun vacibliyinin beş səbəbi var: səmimi hisslərin ifadəsi kimi səssizlik, əxlaq norması kimi səssizlik, nümayişkaranə davranış kimi utancaqlıq və səssizlik və qarşılıqlı anlaşma hissi olaraq səssizlik . Yapon mədəniyyətində səssizlik, daxili mən olan və ürək, ağıl, duyğular, səmimi hisslər mənasını verən "Kokoro" ilə əlaqələndirilir. Yapon mədəniyyətinə görə nitq potensial aldadıcı və yalan olduğundan, əsl dürüstlük sözlə ifadə edilə bilməz. Buna görə də sükut əsl kokoronun şahididir . Beləliklə, Yaponiyada az danışan və fikirlərini mümkün qədər lakonik şəkildə ifadə edən insanı səmimi və vicdanlı hesab etmək olar. Belə insanlara, adətən, daha çox etibar edilir . Yapon mədəniyyəti ictimai harmoniyaya xüsusi diqqət ayırır. Yaponların mədəniyyətində güclü duyğuları ifadə etməklə bağlı söylənilməyən bir tabu var .
Sükut kodeksi (film, 1985)
Sükut kodeksi — 1985-ci ildə Çak Norrisin iştirakı ilə çəkilmiş ABŞ filmidir. Filmdəki hadisələr 1984-cü ildə Çikaqoda baş verən hadisələri əhatə edir. Narkotik istehsalı ilə məşğul olan mafiya başçısı Komaçonu ələ keçirmək üçün Çikaqonun polis heyəti plan hazırlayır. Lakin bu əməliyyat zamanı Toni Lunanın adamları peyda olur. Müxtəlif atışmalar əsnasında polis heyəti, həmçinin, Kamaço yaralanır və narkotiklər aradan götürülür. Bir müddət sonra narkotik satıcılarını tapmaq isə Eddi Kyusaka həvalə olunur… Sükut kodeksi — Internet Movie Database saytında.
Sükut pozuntusu (film, 2014)
"Sükut pozuntusu" — rejissor Qüdrət Həmidovun 2014-cü ildə "Nərimanfilm" kinostudiyasında ekranlaşdırdığı film. Yaşlı qadın (Nuriyyə Əhmədova) oğlunun ölümündən sonra sükut içinə qapanır və cəmiyyətdən özünü ayırır. Sükut onun ən yaxın dostuna çevrilir. Onun həyatında hər şey elə səssiz olur ki, anidən gələn bir telefon zəngi onun sükutunu pozur. Bir neçə zəngdən sonra o, aydınlaşdırır ki, onun telefon nömrəsi səhvən bir qəzet elanında yazılıb. Telefon bir dəqiqə susmur, hamı qəzetdəki elana görə zəng edir. Yaşlı qadın bir tərəfdən gələn zənglərə sevinir başqa bir tərəfdən isə sükuta xəyanət etmək istəmir. Ona görə də o, hər gələn telefon zənginə cavab verir və özü-özü ilə mübarizə aparır. Lakin sükut xəyanəti sevmir, ya sükutun dostu ol ya da o sənin düşmənin olacaq. Filmdə Akif İslamzadənin ifasında "Ötən günlər" mahnısından istifadə edilmişdir.
Əbədi Sükut Dünyası Labirint Muzeyi
Əbədi Sükut Dünyası Labirint Muzeyi― Şəkinin Fazıl kəndində yerləşən yeraltı praktiki arxeologiya muzeyi. Muzey yerləşdiyi ərazinin arxeoloji eksponatlarının mühafizəsini və nümayişini təmin edir. Əbədi Sükut Dünyası Labirint Muzeyi Azərbaycan Respublikasının Şəki şəhərindən 30 km məsafədə Fazıl kəndində, Təpəbaşı abidəsi ərazisində yerləşir. Muzey Təpəbaşı abidəsinin orta hissəsində olan təxminən 0,07 ha ərazini əhatə edir. Əbədi Sükut Dünyası Labirint Muzeyi 2005-ci ilin mart ayında Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Şəkidə arxeoloji tədqiqatları aparan əməkdaşı görkəmli arxeoloq Nəsib Muxtarovun şəxsi vəsaitləri hesabına yaradılmışdır. Nəsib Muxtarov 1984-2017-ci illər ərzində Təpəbaşı abidəsində aparılan çöl-tədqiqat işlərinə rəhbərlik etmişdir. Tədqiqatlar nəticəsində qeydə alınan bəzi qəbirlər aşkar olunduğu vəziyyətdə qorunaraq qurulan muzeyin içərisində nümayiş olunur. Muzeyin əsas səciyyəvi xüsusiyyəti Təpəbaşı abidəsinin qəbir formalarının yerindəcə saxlanılaraq abidənin bütün təfərrüatları ilə ziyarətçilərə əyani olaraq təqdim olunmasıdır. Muzeyin labirint olaraq adlandırılması onun daxili planının labirinti xatırlatmasından irəli gəlir. Əbədi Sükut Dünyası Labirint Muzeyində 16 ekspozisiya saxlanılır.
Şukrut
Şukrut və ya Choucroute garnie — Alsatiya mətbəxinin ənənəvi yeməyi. Kolbasa və digər duzlu ətlər və kartof ilə kələm hazırlamaq üçün istifadə edilən bir Alsas reseptidir.
Sukana
Seloziya (lat. Celosia) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinə aid bitki cinsi. == Haqqında == Bəzi növlərin hamaşçiçəkləri parlaq rəngdədir. Bununla bitkinin latınca adı izah olunur və yunancadan "alovlanan" kimi tərcümə edilir. Məlum 60 növdən gülçülükdə birindən istifadə olunur. Gümüşü seloziyanın (C.argentea) 2 forması məlumdur:kəkilli gümüşü seloziya (C.argentea f. cristata) ya da xoruzpipiyi və lələkvari gümüşü seloziya (C.argentea f. plumosa). Bitkilər çiçəklərin formasına və rənginə görə fərqlənir. Kəkilli seloziyanın çiçəyi qırmızıdır, lələkvari seloziyada isə süpürgəvari sarı, gümüşü və ya qırmızı rəngdədir.
Sukat
Sukat - müxtəlif meyvələrdən hazırlanan quru mürəbbə. Sukat istehsalında sıx ətliyi olan meyvə (alma, armud, heyva, ərik, şaftalı, gavalı, əncir, limon, portağal qabığı və s.) və tərəvəz (qovun, qarpız, qabaq və s.) şəkər şərbətində bişirilir, sonra qurudulur, toz-şəkərlə urvalanır. Sukatdan tort, pirojna, keks və digər şirniyyat məmulatlarını bəzəmək və içlik hazırlamaq, eləcə də çay yanında süfrəyə vermək üçün istifadə olunur. Alma sukatı Armud sukatı Ərik sukatı Qarpız sukatı Qovun sukatı Qabaq sukatı Gavalı sukatı Limon qabığından sukat Portağal qabığından sukat Heyva sukatı Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Sukuk
Sukuk — şəriət ölkələrində tətbiq olunan maliyyə sənədi, daha dəqiq desək, istiqrazların islami ekvivalentidir. Sələmçiliyin səriətlə qadağa olunması ilə bağlı olaraq, İslam dinində sabit gəlirliyi olan ənənəvi istiqrazlar yolverilməzdir. Ona görə də İslam bankçılığında "sukuk"dan istifadə olunur. Sukuk - maliyyələşdirilən tədbirin mənfəəti sayəsində əldə olunan zəmanətsiz gəliri təmin edir, yəni məqsədli kreditləşmədir.
Sukur
Sukur və ya Sukur Mədəni Landşaftı — Nigeriyanın Adamava ştatındakı Sukur kəndinin üstündəki bir təpədə yerləşən UNESCO-nun Ümumdünya irsi ərazisidir. Mandara dağlarında, Kamerun ilə sərhədə yaxın ərazidə yerləşir. Ərazinin Ümumdünya irsi statusu onun mədəni irsi, maddi mədəniyyəti və təbii ərazilərinə əsaslanmışdır. Sukur, Afrikada Ümumdünya irsi statusu alan ilk mədəni landşaftdır. "Sukur" Marqi və Libi dillərində "qisas" deməkdir. Bu söz həmçinin Sukur xalqı arasında meydana gələn Bura dilində "dava" mənasını da verir. Ərazidə sobalar, filizlər və itiləyici daşlar şəklində tapılan dəmir dövrünə aid əşyalar Sukurdan əvvəl mövcud olmuşdur. Sukurda Neolit dövrünə aid bəzi tapıntılar da tapılmışdır. Yaxın tarix 17-ci əsrin Dur sülaləsinə aiddir. Durlar, bölgəni Nigeriyanın şimal-şərqinə dəmir istehsalı üçün əsas xammal tədarükçüsü olaraq təsis etmişdi və bu 20-ci əsrin ilk onilliyinə qədər dəvam etdi.
Sulut
Sulut — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən 45 km Şərqdə dağ ətəyində yerləşir. Əhali əkinçilik və maldarlıqla məşğuldur. Orta məktəbi, kitabxanası, klubu və tibb məntəqəsi var. “Sulut” toponomi haqqında müxtəlif düşüncələr irəli sürülür. Sulut sözünün anlamı türkcə “daşlı”, “sulu” yer kimi izzah etmək olar. Gerçək də kəndin ərazisi daşlı, çınqıllı sulu sahələrdən ibarətdir. Kənd, İsmayıllı dan 45 kilometr şərqdə, dağların ətəyindədir. Əhalisi 416 nəfərdir ki onunda 207 nəfəri kişi, 209 nəfəri qadındır. 1.
Sütun
Sütun — memarlıqda daşıyıcı sistemə verilən ad. Sütunlar tikilinin daxilində tavan ilə döşəmə arasında tikilir. Qədim dövrlərdə tikililəri ayaqda tutmaq üçün istifadə olunurdu. Əvvəllər sütunların düzəldilməsində daş, ağac kimi materiallardan istifadə olunurdusa, müasir dövrdə sütunlar dəmir-beton konstruksiyasından düzəldilir Sütunlar tikilinin tavanın yaratdığı yükü döşəməyə ötürürlər. Buna görə sütunda baş verəcək hər hansı zədə tikilinin çökməsinə səbəb ola bilər. Dünyada sütunlardan ilk dəfə istifadə olunduğu Qədim Misirdə e.ə. 2600-cü ildə tikilən İmotep məbədində müşadidə olunmuşdur. Sütunlardan istifadə edən digər xalq isə farslar olmuşdur. Farslara aid Abadana məbədində 70X70 metr ölçülərundə sütunlar tapılmışdır və bu sütunların çoxu həkə də ayaq üstündədir. Sütunlar dünya tarixində sadəcə memarlıqda deyil, həmçinin vergi daşı, sədəqə daşı kimi istifadə olunmuşdur.
Şunut
Şunut dağı — Rusiya Federasiyasının Sverdlovsk vilayətində yerləşən bir dağ. Uralın 15 kilometr uzunluğundakı hisəsinin dağ zirvəsi. Yekaterinburqun qərbində yerləşir. Konovalovski silsiləsinin ən yüksək nöqtəsi olduğu kimi bir stratotipdir. Turistlər tərəfindən tez-tez ziyarət edilən, nadir bitkilərin yayılmış olduğu qaranlıq iynəyarpaqlı tayqa meşələri ilə örtülmüşdür. Şunut dağı mərkəzi hissəsində "Nijneserginski rayonu" və "Revda şəhər dairəsi" ilə sərhədində yerləşir. Konovalovski Uval silsiləsinin ən yüksək zirvəsidir. Hündürlüyü 726,2 metr olan dağ tamamilə qaranlıq iynəyarpaqlı meşə ilə örtülmüşdür və Krasnoyar kəndindən 10 kilometr cənub-qərbdə yerləşir. Dağın cənubunda Bardım çayının sağ qolu olan Şunut çayının başlanğıcı başlayır. Dağın zirvəsində şərq tərəfdən 60-70 metr hündürlüyə çatan kənar qayalar var.
Şüşün
Şüşün — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Şüşün oyk. Kürdəmir r-nunun Köhünlü i.ə.v.-də kənd. Kür çayının sahilində, Şirvan düzündədir. Yerli məlumata görə, Kür çayının əmələ gətirdiyi lil üzərində bitən və dik qalxan söyüd va qovaq ağacları şüş, belə ağaclıq İsa şüşliik adlanır. Yaşayış məntəqəsi söyüdlük ərazisində Şüşün adlı yerdə salındığı üçün belə adlanmışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1245 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Aleksandr sütunu
Aleksandr sütunu (bəzən onu Aleksandr Puşkinin "Abidə" şeirinə əsasən "İsgəndəriyyə sütunu" adlandırırlar) — Sankt-Peterburq Saray meydanın mərkəzində yerləşən ampir üslubundakı abidə. Ermitaj muzeyinin tərkibində yerləşir. 1834-cü ildə memar Ogüst Monferran tərəfindən imperator I Nikolayın göstərişi ilə onun böyük qardaşı I Aleksandrın Napoleon Bonapart üzərində qazandığı qələbəyə xatirə olaraq ucaldılmışdır. == Yaranma tarixi == Bu abidə 1812-ci il Vətən müharibəsində qələbəyə həsr olumuş Baş qərargahın tağı kompozisiyasını tamamlamışdır. Abidənin inşası ideyasını məşhur memar Karlo Rossi vermişdir. Saray meydanının məkanını planlaşdırarkən, o meydanın mərkəzində abidə qoymağın vacib olduğunu bildirmişdir. Lakin o daha bir abidənin — I Pyotrun atla olan heykəlinin ucaldılması ideyasını rədd etmişdir. 1829-cu ildə imperator I Nikolayın dilindən öz "unudulmaz qardaşının" xatirəsi üçün müsabiqəni rəsmən elan etmişdir." Ogüst Monferran bu çağırışa möhtəşəm qranit obelisk eskizi ilə gəlsə də, bu variant imperator tərəfindən bəyənilməmişdir. Bu layihənin eskizi hal-hazırda Mühəndislər institutunun kitabxanasında saxlanılır. Monferran 25,6 m (84 fut və ya 12 sajen) hündürlüyündə qranit obelisk ucaldılmasını təklif etmişdir.
Fars sütunu
Fars sütunları və ya Persepolitan sütunları böyük ehtimalla eramızdan 500-cü ildən bir qədər əvvəl başlamış qədim Farsın Əhəməni memarlığında inkişaf etmiş və fərqli sütun formasıdır. Bunlar əsasən kütləvi olaraq əsas sütunların bazası, kanelur milli və əksəriyyətində öküzlərin olduğu cüt heyvan başlığına sahib Persepolisdən tanınır. Əhəmənilərin saraylarının daxilində bir neçə sıra sütunlarla dəstəklənən apadana adlı böyük bir hipostil salonu mövcud idi. Persepolisdəki 70 x 70 metrlik Taxt Salonu və ya "Yüz Sütunlu Zal" Əhəməni kralı I Artakserks tərəfindən inşa edilmişdir. Apadana salonu daha da böyükdür. Bunlara əsasən kral üçün bir taxt daxil idi və möhtəşəm mərasim məclisləri üçün istifadə olunurdu; Persepolis və Suzdakı ən böyükləri bir anda on min insana ev sahibliyi edə bilirdi. Əhəmənilər daş memarlıq təcrübəsinə malik deyildilər, ancaq Anadoludakı Lidiyadan, Mesopotamiyadan, Misirdən, eləcə də İranın özündəki Elamdan təsirlənərək hibrid bir imperiya üslubunu inkişaf etdirmək üçün imperatorluqlarının ətrafındakı sənətkarları və inşaat materiallarını idxal edə bildilər. Stil, ehtimal ki, Daranın Suzdakı sarayında inkişaf etdirilmiş, lakin ən çox və tam qalanları, bir neçə sütunun salamat qaldığı Persepolisdədir. Bu üslubda olan imperiya binası, eramızdan əvvəl 330-cu ildə Böyük İsgəndərin işğalı və Persepolisin yandırılması ilə məhv olmuşdur. == Təsviri == Sütunların və başlıqların formaları müxtəlif binalar arasında bir qədər dəyişir.
Gəmi sükanı
Gəmi sükanı, dəniz nəqliyyatı və avianəqliyyat vasitələrində defolt hərəkətini həyata keçirmək üçün nəzərdə tutulan şaquli stabilizatordakı nəzarət səthi. Gəmi sükanının iki növü mövcuddur - hidravlik və joystick. == Aviasiyada == Təyyarələrdə sükanı hündürlük sükanından ayırmaq üçün çox vaxt istiqamət sükanı terminindən istifadə olunur. Uçuş zamanı təyyarənin bütün hərəkətləri təyyarədəki təzyiq paylanmasından asılıdır. Sabit qanadlı bir təyyarə üçün əsas nəzarət səthləri, bu səthlərin axına qarşı dayanması və onu pozması, bununla da yüksək təzyiq zonası yaratması prinsipi ilə işləyirlər. Nəzarət səthləri işlədikdə, təyyarənin iki əks tərəfindəki təzyiq simmetriyası pozulur, bu da istənilən hərəkəti təmin edir. === İş prinsipi === Gəmi sükanı, ümumiyyətlə, quyruqun arxa kənarına yerləşdirilir. Pilot sol pedala basanda sükan sola dönür və rulda yüksək təzyiq zonası yaranır. Sükan sıfıra çatmayana qədər (notrlanmadıqca), təyyarə əyilməyə davam edir. Bəzi təyyarələrdə rulda trim nişanı vardır.
Hündürlük sükanı
Hündürlük sükanı — eninə ox ətrafında fırlanmanı həyata keçirən təyyarənin aerodinamik idarəetmə orqanıdır. Hündürlük sükanı uçan təyyarənin tanqajının dəyişməsinə səbəb olan hərəkətli idarə olunan səthdir. Aerodinamik sxemdən asılı olaraq hündürlük sükanı təyyarənin müxtəlif yerlərində quraşdırıla bilər. Normal sxemə görə, hündürlük sükanları stabilizatorların arxa kənarlarında yerləşən quyruq lələki elementləridir. Səsdən surətli təyyarələrin əksəriyyətində yüksəklik hündürlük sükanların funksiyasını tam dövriyyəli stabilizatorlar yerinə yetirir. "Ördək" sxemi hündürlük sükanların qabaqda yerləşməsini nəzərdə tutur; "quyruqsuz" sxemi isə, hündürlük sükanlarının elevonlarla dəyişdirilməsini nəzərdə tutur. Təyyarənin tangajla idarə edilməsi pilot tərəfindən sükan çarxını özünə götürməklə və ya özündən geri qaytarmaqla həyata keçirilir. Hündürlük sükanları bu zaman müvafiq olaraq yuxarı və ya aşağı sapdırılır, kabrirləşdirici və ya şığıyıcı an yaradır, və təyyarənin burnu yuxarı qalxır və ya aşağı düşür.
Konstantin sütunu
Konstantin sütunu — 330-cu ildə imperator I Konstantinin şərəfinə, İstanbulun yeddi təpəsindən biri olan və indiki adıyla "Çemberlitaş" olaraq adlandırılan bölgədəki təpədə ucaldılmış bir sütundur. Sütun hər biri 3 ton ağırlığında və 3 metr olan halqalarla bir-birinə bağlanmış cəmi 8 ədəd sütun və bir kürsünün üst-üstə qoyulması ilə yaradılmışdır. == Tarixi == Bizans imperatoru Konstantin sütunu Romadakı Apollon məbədindən sökdürərək uzunluğu 57 m olan bu sütunu əvvəllər Forum Konstantin adı verilən bir meydan olan günümüzdəki yerinə düzəltdirmişdi. İlk qurulan zaman sütunun üzərində doğan günəşi qarşılayan Apollonun heykəli olduqda, 330-cu ildə İstanbula tikildiyində imperator Konstantin bunun yerinə öz heykəlini sütunun üstünə qoydurmuşdu. Daha sonra isə Bizans imperatoru olan Yulian və I Feodosinin heykəlləri qoyuldu. Sütun 1081-ci ildəki ildırım vurması səbəbindən yandı, zədələndi və üzərindəki heykəl aşdı. Bundan sonra I Alexios sütunu düzəltdirmiş və üstündə baza olan bir başlıq ilə böyük bir xaç qoydurmuşdu. 1453-cü ildə İstanbulun fəthindən sonra üzərindəki xaç endirildi və sütun ilk dəfə 1470-ci illərdən sonra I Səlimin dövründə yenilənmişdir. Sonralar, Osmanlı dövründə sütun böyük bir yanğın keçirmiş, sütunun mərmərləri zədələndiyindən, Sultan II Mustafa (1695–1704) sütunun altını divar ilə gücləndirilmiş, dəmir halqalarla möhkəmləndirilmişdir. Bu səbəblə həmin gündən sonra onun adı "Çemberlitaş" adlandırılmışdır.
Nelson sütunu
Nelson sütunu — (ing. Nelson's Column) — Londonda Trafalqar meydanının mərkəzində yerləşən abidə. Sütun 1805-ci ildə Trafalqar döyüşündə həlak olan Horatsio Nelsonun şərəfinə 1840–1843-cü illərdə tikilmişdir. 46 metrlik sütunun üzərində Nelsonun 5.5 metrlik heykəli yerləşir. Heykəl cənub tərəfə — Admirallıq və Portsmut tərəfə baxır. Burada Nelsonun flaqmanı olan Kral hərbi-dəniz donanmasına məxsus "HMS Victory" gəmisi durub. Abidənin kvadrat piedestalı fransız toplarından əridilərək hazırlanmış dörd ədəd panellə bəzədilmişdir, bu panellərdə Nelsonun dörd məşhur qələbəsi təsvir olunmuşdur. Layihə memar Uilyam Reylton tərəfindən hazırlanmış və Peto & Grissell şirkəti tərəfindən tikilmişdir. Abidənin 1:22 miqyaslı modeli Qrinviçdə yerləşən Milli dəniz muzeyində sərgiyə qoyulmuşdur. Ümumilikdə abidə 47 500 funtsterlinqə başa gəlmişdir ki bu da indiki məzənnəylə təxminən 3.5 mln funtsterlinq edir.
Onurğa sütunu
Onurğa (lat. columna vertebralis) — onurğalı heyvanlarda və insanda ox skeletinin əsas hissəsi. Insanda 33-34 fəqərələrin bir-biriləri ilə birləşməsindən əmələ gələrək gövdənin istinadını təşkil edir, üzərində başın, gövdənin və yuxarı ətrafların ağırlığını daşıyır və onurğa beyninə məxsus kanal təşkil edir. Onurğa sütununu 7 boyun, 12 döş, 5 bel, 5 oma və 4 büzdüm fəqərəsi təşkil edir. Filogenezdə ibtidai xordalılarda olan xordanı (arxa teli) əvəz edir. Vəzifəcə müəyyən şöbələrə bölünür, bunların da miqdarı ibtidai onurğalılardan ali onurğalılara doğru getdikcə artır. onurğa onurğa beyninden başlamqdadir onurğa beyni 45 sm dir onurğa insan dayaq sistemidir ve herketli ve hereketsiz ola bilir daxili orqanlari nizamli formada saxliyir.
Qartal sütunu
Qartal sütunu — Qatçina Saray parkında bağ-park tikilisidir. Bu abidə kiçik təpə üzərində hündür tetraedr formasında olan pyedestalda yerləşən sütunu özündə təcəssüm etdirir. Sütunun zirvəsini mərmərdən olan qartal heykəli bəzəyir. Bu sütun Silviya parkına gedən yolun ətrafında olan Amfiteatrın yaxınlığında yerləşir. Qartal sütunu Saray parkının ən qədim park tikintilərindən hesab olunur. Sütun qraf Qriqori Orlovun Qatçinaya sahib olduğu vaxtlarda qoyulmuşdur. Buna görə də qartal təsvirinin onların ailə gerbində olması buna xarakterikdir. Bu abidənin layihəsinin rəhbəri Antonio Rinaldi olmuşdur. Sütun Sankt-Peterburqda yerləşən İsaakiya kilsəsinin kontor emalatxanasında hazırlandıqdan sonra ilk əvvəl Çarskoye Seloya gətirilmiş, 1770-ci ildə isə pyedestal ilə birlikdə Qatçinaya gətirilmişdir. Belə bir əfsanə mövcuddur ki, Qartal Sütununu imperator I Pavel tərəfindən oxla vurulmuş qartalın düşdüyü yerdə qurmuşdular.
Sukuma viki
Şərqi Afrikanın Tanzaniya, Keniya və digər kimi ölkələrdə çox məşhurdur. O həmçinin Şahilli də adlanır. Çox zaman yaşıl rəngdə olur. Bu içki tərəvəzlərdən hazırlanır. Bu regionda hər zaman tərəvəz olduğu üçün işkini işmək olur. Bu içkinin qrup kimi adı "Akephala" (yunanca "başsız") adlanır. Bu içkinin dadı bir az kələm dadı verir. Duzluluq üçün orta səviyyədə həssasdır. Bitki yarpaqları qalın olur ancaq bununla bərabər çox yeməli yarpaqlardır. Ticarət məqsədilə becərilir.
Şükufə Ağayeva
Şükufə Novruz qızı Ağayeva (1937) — IX çağırış Azərbaycan SSR Ali Sovetin deputati. 1937-ci ildə fəhlə ailəsində anadan olmuşdur, azərbaycanlıdır, bitərəfdir, orta ixtisas təhsili var. 1960-cı ildən "Şimal" DRES-in elektrik ustasıdır. Doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir (Şüvəlan seçki dairəsi). Azərbaycan SSR Ali Sovetinin Deputatları. Doqquzuncu çağırış. Bakı: Azərnəşr. 1976.
Şükufə Mirzəyeva
Mirzəyeva Şükufə Şamil qızı (20 dekabr 1925, Gülablı, Ağdam, Azərbaycan SSR, SSRİ - 9 oktyabr 1980, Bakı, Azərbaycan SSR, SSRİ) — görkəmli azərbaycan filosofu, fəlsəfə elmləri doktoru (1963), professor (1964). Azərbaycan Dövlət Universitetini bitirmişdir (1944). Əmək fəaliyyətinə 1944-cü ildən Azərbaycan EA Fəlsəfə İnstittutunda başlamışdır. Azərbaycan xalqının estetik fikir tarixi və estetikanın problemləri ilə məşğul olmuşdur. Bədii, ədəbi-tənqidi və incəsənətə dair bir sıra əsərləri var.
Markian sütunu
Markian sütunu (yun. Στήλη του Μαρκιανού) və ya Qızdaşı (türk. Kıztaşı) — Konstantinopolda şəhər prefekti Tatian (450–452) tərəfindən ucaldılmış və imperator Markiana (450–57) həsr olunmuş Roma fəxri sütunu. İstanbulun indiki Fateh səmtində yerləşir. Sütun heç bir son Roma və ya Bizans mənbəsində sənədləşdirilməmişdir, onun tarixi yerləşdiyi yerdən, üslubundan və ithaf yazısından nəticə çıxarılmışdır.