Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Esten
Esten (kanton)
Ellen Estes
Ellen Estes (d. 13 sentyabr 1978) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Ellen Estes, ABŞ yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Avstraliya yığmasına 4:5 hesabı ilə məğlub olan ABŞ yığması, Sidney Olimpiadasının gümüş medalına sahib oldu. Daha sonra Ellen Estes, ABŞ yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasını 6:5 hesabı ilə məğlub edən ABŞ yığması, Afina Olimpiadasının bürünc medalına sahib oldu.
Esten (Averon)
Esten (fr. Estaing, oks. Estanh) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Esten kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12098. Kommuna təxminən Parisdən 480 km cənubda, Tuluza şəhərindən 145 km şimal-şərqdə, Rodezdən isə 25 km şimalda yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 607 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 342 nəfər əmək qabiliyyətli insan (15-64 yaş) arasında 247 nəfər İqtisadi fəal, 95 nəfər hərəkətsizdir (fəaliyyət göstərici 72.2%, 1999-cu ildə 67.5%).
Esten (kanton)
Esten (fr. Estaing) — Fransada kanton , region — Cənub-Pireneylər, departament — Averon. Rodez dairəsinə daxildir. Kantonun INSEE kodu — 1213. Esten kantonuna cəmi 3 kommuna daxildir, onlardan ən əsası Esten kommunasıdır. == Kantonun kommunları == == Əhali == 2007-cı ildə əhalinin sayı 3 110 nəfər təşkil edirdi.
Ester Asebo
Ester Asebo (isp. Esther Acebo; 19 yanvar 1983, Madrid) — İspan aktrisa, aparıcı və müxbir. Aktrisa olaraq Los encantados (2016) və La casa de papel-də (2017) yer alaraq dünya üzrə məşhurluq qazandı. == Karyerası == 2017-ci ildə yayımlanmağa başlayan İspaniya istehsalı olan televiziya serialı "La casa de papel"də rol almışdır.
Ester Barruques
Ester Barruques (16 may 1980) — Andorralı atıcı. Ester Barruques Andorranı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Ester Barruques birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 396.9 xal toplayaraq 50-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Ester Düflo
Ester Düflo (fr. Esther Duflo, 25 oktyabr 1972, Paris) — fransız iqtisadçı, Massaçusets Texnologiya İnstitutunun professoru (ABŞ). "İqtisadiyyat üzrə Nobel mükafatı" qlobal yoxsulluqla mübarizəyə eksperimental yanaşmaya görə laureatı. ABŞ Milli Elmlər Akademiyasının üzvü (2017), Britaniya Akademiyasının Müxbir Üzvü (2016) == Həyatı == Atası — riyaziyyat professoru Mişel Düflo, anası — Violen Düflo həkim-pediatr. Orta məktəbdə rus dilini öyrənirdi. 1991-ci ilin avqustunda 18 yaşlı Duflo, dostları ilə birlikdə Moskva küçələrində Fövqəladə Komitə əleyhinə çıxanlar arasında idi. 1993-cü ildə 10 ay Moskvada Fransız dilini öyrətdi və magistr tezisi üzərində çalışdı. Eyni zamanda, Rusiya Bankı ilə əlaqəli bir Fransız iqtisadçısının və Amerika iqtisadi müşaviri Jeffrey Sachs'ın elmi köməkçisi olaraq çalışdı. 1994-cü ildə Sovet İttifaqında ilk beşillik planın tarixinə dair bir dissertasiya ilə Ali Normal Məktəbində tarix və iqtisadiyyat üzrə magistr dərəcəsini aldı. 1999-cu ildə Massaçusets Texnologiya İnstitutunda doktorluq dərəcəsini almışdır.
Ester Eksposito
Ester Eksposito (isp. Ester Expósito; 26 yanvar 2000, Madrid) — ispaniyalı aktrisa və model. == Bioqrafiya == Eksposito 26 yanvar 2000-ci ildə Madrid şəhərində anadan olmuşdur. Aktrisalığa olan marağı gənc vaxtında yarandı. 16 yaşında məktəbi bitirdikdən sonra aktrisalıq təhsili aldı. Eksposito 2013 və 2015-ci illərdə "Ən yaxşı qadın aktyor" başlığı altında Madrid Teatr mükafatı qazandı. Televiziya karyerasına 2016-cı ildə Tibb mərkəzi adlı sənədli serialın bir seriyasında Roza Martin rolunu canlandıraraq başladı.Eksposito televiziya serialları; Ruth rolunu canlandırdığı 2016-cı il istehsalı olan Estoy vivo və 2016-18 illəri arasında yer aldığı Vis a vis ilə aktrisalıq karyerasına başlamışdır.
Ester Expósito
Ester Eksposito (isp. Ester Expósito; 26 yanvar 2000, Madrid) — ispaniyalı aktrisa və model. == Bioqrafiya == Eksposito 26 yanvar 2000-ci ildə Madrid şəhərində anadan olmuşdur. Aktrisalığa olan marağı gənc vaxtında yarandı. 16 yaşında məktəbi bitirdikdən sonra aktrisalıq təhsili aldı. Eksposito 2013 və 2015-ci illərdə "Ən yaxşı qadın aktyor" başlığı altında Madrid Teatr mükafatı qazandı. Televiziya karyerasına 2016-cı ildə Tibb mərkəzi adlı sənədli serialın bir seriyasında Roza Martin rolunu canlandıraraq başladı.Eksposito televiziya serialları; Ruth rolunu canlandırdığı 2016-cı il istehsalı olan Estoy vivo və 2016-18 illəri arasında yer aldığı Vis a vis ilə aktrisalıq karyerasına başlamışdır.
Ester Myaqi
Ester Myaqi (est. Ester Mägi 10 yanvar 1922, Tallin – 14 may 2021) — Estoniya bəstəkarı və müəllimi. Estoniya SSR Dövlət Mükafatısı (1980), Estoniya SSR-nin əməkdar artisti (1971), Estoniya SSR xalq artisti (1984). == Bioqrafiyası == Onun valideynləri Kaevdə tanış olurlar. Beləki onların ikisidə eyni yerdə işləyirdilər. 1905-ci il inqilabından sonra onlar Tallinə köçürlər. Burada onun atası usta kimi işləyir, anası isə evdar qadın olur. Onların üç övladı olur. Ester uşaqlarının ən kiçiyidir. Esterin Pol adında olan qardaşı müğənniliyə maraq göstrir.
Ester Peoni
Aleksandra Kretsu (rum. Alexandra Crețu; 21 iyul 1993, Buxarest, Rumıniya) və ya səhnə adı ilə Ester Peoni — Rumıniya müğənnisi və bəstəkarı. O, "On a Sunday" mahnısı ilə Rumıniyanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Ester Rumıniyada anadan olsa da, Kanadanın Monreal şəhərində böyüyüb başa çatmışdır.Onun səhnə adı Ester Babiloniyanın sevgi, gözəllik, arzu, müharibə, ədalət və siyasi güc ilahəsi İştardan gəlir. Qədim fars dilində Ester "ulduz" deməkdir. == Musiqi karyerası == === 2015-2018: Erkən illəri === Ester Piteşti şəhərində yerləşən Dinu Lipatti adına incəsənət məktəbində musiqi təhsilini almışdır. Onun musiqiyə olan sevdası uşaqlıq illərindən özünü göstərməyə başlamış və o ailəsi ilə birlikdə Monrealda yaşayarkən caz kursuna getmişdir. Rumıniyaya qayıtdıqdan sonra Ester kbəstəkarlıq və caz bölmələri üzrə konservatoriyaya daxil olur. İnternetdə müxtəlif canlı ifalarını paylaşmasının ardınca Ester 2014-cü ildə Rumıniyanın bir albom şirkəti ilə müqavilə əldə edir. "Leyla" və "Iubire" sinqlları ilə birlikdə ifaçının fərqli musiqi əməkdaşlıqları da öz nəticəsini göstərir.
Ester Uilyams
Ester Vilyams' (ing. Esther Williams, 8 avqust 1921–6 iyun 2013) – amerikalı aktrisa və ssenaristdir. 1940 və 1950-ci illərdə "su müzikl"in ulduzu olmuş və "Amerikanın su pərisi" və "Hollivudun su pərisi" ləqəblərini almışdır. == Erkən illəri == Ester Ceyn Vilyams 1921-ci il 8 avqust tarixində İnqlvudda (Kaliforniya, ABŞ) yəhudi ailəsində anadan olmuşdur. O, ev sahibəsi Mirtl Cillinin və rəssam Luis Vilyamsın kiçik qızı olmuşdur. Onun iki böyük qardaşı olmuşdur. O, anadan olmamışdan bir neçə əvvəl ailəsi Solt Leyk Sitiyə köçmüşdür. Onun böyük qardaşı Stenton burada aktyorluq karyerasına başlamış, lakin 1929-cu ildə 16 yaşında qəflətən dünyasını dəyişmişdir. Yenimətlik illərində Ester üzgüçülüklə məşğul olmuş, paralel olaraq Glendale High School məktəbini bitirmişdir. 1939-cu ildə Sietl, Vaşinqton və Mayamidə keçirilmiş sərbəst stildə və brass üsulu ilə 100 metrlik məsafəli yarışların qalibi olmuşdur.
Ester Vilyams
Ester Vilyams' (ing. Esther Williams, 8 avqust 1921–6 iyun 2013) – amerikalı aktrisa və ssenaristdir. 1940 və 1950-ci illərdə "su müzikl"in ulduzu olmuş və "Amerikanın su pərisi" və "Hollivudun su pərisi" ləqəblərini almışdır. == Erkən illəri == Ester Ceyn Vilyams 1921-ci il 8 avqust tarixində İnqlvudda (Kaliforniya, ABŞ) yəhudi ailəsində anadan olmuşdur. O, ev sahibəsi Mirtl Cillinin və rəssam Luis Vilyamsın kiçik qızı olmuşdur. Onun iki böyük qardaşı olmuşdur. O, anadan olmamışdan bir neçə əvvəl ailəsi Solt Leyk Sitiyə köçmüşdür. Onun böyük qardaşı Stenton burada aktyorluq karyerasına başlamış, lakin 1929-cu ildə 16 yaşında qəflətən dünyasını dəyişmişdir. Yenimətlik illərində Ester üzgüçülüklə məşğul olmuş, paralel olaraq Glendale High School məktəbini bitirmişdir. 1939-cu ildə Sietl, Vaşinqton və Mayamidə keçirilmiş sərbəst stildə və brass üsulu ilə 100 metrlik məsafəli yarışların qalibi olmuşdur.
Eşted (teleqüllə)
«Eşted» (çex. Ještěd) — Liberets yaxınlığındakı Eşted dağında (dəniz səviyyəsindən 1012 metr yüksəklikdə) 1966-1973-cü illərdə hiperboloid quruluşu şəklində inşa edilmiş bir bina. Eşted Architekt jurnalına görə Çexiyanın XX əsrdə inşa edilən ən məşhur binasıdır. Şəhərin memarlıq dominantıdır, bütün Liberest bölgəsi kimi şəhərdə olan universitet və bir futbol klubunun simvoludur. 1998-ci ildən televiziya qülləsi Çexiyanın mədəniyyət abidəsi statusuna sahibdir. 2006-cı ildə Milli Mədəniyyət abidəsi elan olunmuşdur. Müəllifin fikrinin əsası təpənin şəklini qüllənin silueti ilə təkrarlamaq, vurğuları tamamlamaq olur. Tikilinin hündürlüyü demək olar ki, 100 metrdir. Əsası 33 metr diametrli bir dairədə yerləşir. Layihənin müəllifi və memarı Karel Qubaçekdir, statik hesablamalarda Zdenek Patrman və interyerin həllində Otakar Binar iştirak etmişdir.
Laura Ester
Laura Ester (d. 22 yanvar 1990) — İspaniyanı təmsil edən su poloçusu. == Karyerası == Laura Ester, İspaniya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:8 hesabı ilə məğlub olan İspaniya yığması, London Olimpiadasının gümüş medalına sahib oldu. Daha sonra Laura Ester, İspaniya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasını 11:6 hesabı ilə məğlub edən İspaniya yığması, Rio-de-Janeyro Olimpiadasını beşinci pillədə başa vurdu.
Malik Əştər
Malik Əştər ibn Haris (585 – 658) — Həzrət Əlinin tərəfdarlarından biri. == Həyatı == Malik Əştər Nəxəi adı ilə tanınan Malik ibn Yəcus Nəxəi Yəmənin Məzhəc qəbiləsinin Nəxə nəslindəndir. Malik Əştər İmam Əlinin xüsusi köməkçilərindən və səhabələrindən biridir. O, böyük ordu sərkərdəsi və şücaətli şəxslərdən idi. Malik Əştərin Peyğəmbərin besətindən əvvəl dünyaya gəlməsi tarixi mənbələrdə qeyd olunur. Peyğəmbərin nümayəndələrinin Yəmənə gəlməsindən öncə Malikin həyatı barədə əldə heç bir məlumat yoxdur. Bəzi mənbələrdə Malik Əştər Peyğəmbərin ömrünün sonlarında İslam dinini qəbul etməsi və raşidi xəlifələrinin zamanında Şama hicrət etməsi qeyd olunub, lakin Onun tabein olduğu bildirilir. Malik qəsbkar xəlifələrin bidətlərilə daim mübarizə aparırdı. O, Qadisiyyə müharibəsindən sonra Kufədə məskunlaşdı. Orada nüfuzlu şəxslərdən olduğu üçün Osmanın xilafəti zamanında Əməvi hakimlərinin zülmünə qarşı çıxaraq, mücahidləri müdafiə edib.
Ester Hayut
Ester Hayut (ivrit : אֶסְתֵּר חַיּוּת; 16 oktyabr 1953, Herzliya, Təl-Əviv dairəsi və ya İsrail) — İsrail Ali Məhkəməsinin baş hakimidir . O, 2017-ci ilin oktyabr ayının 26-da vəzifəyə gəlib və 2023-cü ilin oktyabrına qədər bu vəzifədə qalacağı gözlənilir.Ester "Esti" Avni İsrailin Herzliya şəhərində, Rumıniyalı Holokostdan sağ çıxan Yehuda və Yehudit Avninin ailəsində anadan olub. Valideynləri gənc olanda boşanıblar və atası Böyük Britaniyaya mühacirət edib. 17 yaşında o, yenidən evlənmiş anası ilə yaşamaq üçün Eylat şəhərinə köçmüşdür. 1971-ci ildə Eylatda orta məktəbi bitirmişdir. Orta məktəbi bitirdikdən sonra İsrail Müdafiə Qüvvələrinə qoşulub. Ordudan ayrıldıqdan sonra Hayut Təl-Əviv Universitetində hüquq fakültəsinə daxil olub və 1977-ci ildə oranı bitirib. Hüquq təhsili zamanı o, əri olacaq David Hayutla tanış oldu. Hayut İsrailin keçmiş ədliyyə naziri Haim Yosef Zadokun hüquq bürosunda təcrübə keçib və 1977–1985-ci illərdə vəkilin köməkçisi kimi işləməyə davam edib. Bürodan ayrıldıqdan sonra Hayut, əri ilə ticarətdə ixtisaslaşmış müstəqil ofis açıb.
ESET NOD32
ESET NOD32 Antivirus və ya NOD32 — Slovakiya şirkəti ESET tərəfindən hazırlanmış bir antivirus proqram paketidir. ESET NOD32 Antivirus, Home Edition və Business Edition olaraq iki versiyada satılır. Business Edition paketləri, ESET Remote Administrator-u server yerləşdirilməsinə və idarə olunmasına, təhdid imzası verilənlər bazası yeniləmələrinin əks olunmasına və Microsoft Windows Server əməliyyat sistemlərinə quraşdırılma imkanına imkan verir. == Texniki məlumat == Bir şəbəkədə NOD32 istifadəçisi şəbəkəni "güzgü serveri" ilə yeniləyə bilər.
Ester Şimerova-Martinçekova
Ester Şimerova-Martinçekova (slovak. Ester Šimerová-Martinčeková) — Bir müddət ssenari və jurnalistika sahəsində çalışmış slovak rəssam və dekorator. Onu tez-tez Slovak rəssamlığının birinci xanımı adlandırırdılar. == Bioqrafiya == Ester Shimerova-Martinchekova Ester Fridrikova kimi anadan olub. İlk evliliyindən sonra onun tam adı Ester Fridrikova-Şimerova, ikinci evliliyindən sonra isə Ester Şimerova-Martinçekova olub. Birinci Dünya müharibəsi zamanı o, evangelist məktəbində, sonra isə gimnaziyada oxuyub. Təhsilinin son illərində Qustav Mallinin özəl rəssamlıq məktəbində təhsil alır. Gimnaziyanı bitirdikdən sonra o, Parisə gedir və burada iki akademiyada rəsm təhsili alır: fransız rəssamı Rodolf Julianın akademiyasında və ukraynalı rəssam Aleksandra Eksterin özəl məktəbində. Parisdə oxuduğu müddətdə o, bu gün əsasən Slovakiya Milli Qalereyasının kolleksiyasında olan bir sıra mühüm əsərlər hazırlamışdır (Boz natürmort, şahmat kompozisiyası, Port Depp, natürmort, kvartet, üzüm və s.). Artıq 1931-ci ildə onun əsərləri Praqada sərgilənir.
Beatriçe d'Este
Beatriçe d'Este (29 iyun 1475, Ferrara – 3 yanvar 1497, Milan) — Milan şəhərinin hersoqiniyası, İtaliya intibah dövrünün ən gözəl zadəgan qadınlarından biri.
Punta del Este
Punta del Este — Uruqvayın dənizkənarı kurort.
Valeri Jiskar d'Esten
Valeri Jiskar d'Esten (fr. Valéry Giscard d’Estaing; 2 fevral 1926, Koblents, Almaniya — 2 dekabr 2020, Fransa) — 1974–1981-ci illərdə Fransa Respublikasının 20-ci prezidenti. Avropa İttifaqı Konstitusiyasının müəlliflərindən biridir. Bilderberq klubunun üzvüdür.
Astat
Astat (At) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 85-ci element. Bu element 1940-cı ildə süni olaraq siklotronda bismutu alfa-hissəciklərlə şüalandırmaqla alınmışdır. Amma yalnız kəşfdən 7 il sonra Çmilio Çino Seqre (1905-1989) başda olmaqla Amerika fiziklər qrupu bu elementə ad verdilər: yunan sözü astatos - “davamsız, səbatsız”-dan yaranmışdır. Bu elementin ən uzun ömürlü izotopu 7,2 saat yarımparçalanma dövrünə malikdir.
Aster
Çayırçiçəyi, aster (lat. Aster) — mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.Astranı çox vaxt kiçik təpələrdə əkirlər. Belə əkilmə şəraitində bitki daha cəzbedici görünür. Bu bitkinin gülləri ulduz formasında olduğuna görə adı yunancadan "ulduz" sözündən götürülmüşdür. Çoxillik astraların Şimali və Cənubi Amerikada, Avrasiya və Afrikada bitən 500-ə yaxın növü məlumdur. Onların 80 növündən bəzək bağçılığında istifadə olunur və aşağıdakı növlər xüsusilə geniş yayılmışdır: Alp astrasının (A.alpinus) çoxsaylı hamaşçiçəkləri səbətləri ilə fərqlənir. Dilcik formalı çiçəklər bənövşəyi, mavi, ağ rəngli olur. Boru formasında olan çiçəkləri sarıdır. Azərbaycanda Böyük və Kiçik Qafqazın Alp zonasında yabanı halda bitir. İtaliya astrası (A.amellus) — boruşəkilli, dilcikli çiçəkləri bənövşəyi, göy və sarı rəngdədir.
Besət
Besət — müsəlmanlar arasında Məhəmməd peyğəmbərin Hira mağarasında Allah tərəfindən peyğəmbərliyə seçilməsinə və gününə də Məbəs deyilir. Müsəlmanların inandığına görə Cəbrayıl mələk Allah tərəfindən Ələq surəsinin ilk beş ayəsinin Məhəmmədə nazil(endirmək) edərək ona deyir ki, Allah peyğəmbərliyinə seçilmişsən. Besət sözlüyü B(ب)E(ع)S(ث) ərəb dilində=(بعثت), seçililmiş anlamını verir. Bu gün müsəlmanlar üçün əziz gün və bayramdır elə ki, İranda Məbəs günü tətil gün kimi qeyd olunur. == Tarixi == Onun baş vermə tarixində şiə və sünnülər arasında ixtilaf var. Beləki şiə alimlərinin çoxu onun tarixini 40-cı fil ilinin rəcəb ayının 27-də biliblər. Əhli-sünnə arasında isə ən məşhur tarix həman ilin ramazan ayıdır, onun da hansı gün olduğunda ixtilaf var. Bəzisi 17, 18 və bəzisidə 24-ü biliblər.Əli bin İbarhim Qumi deyir: Məhəmməd 37 yaşına yetirdi, yuxu gördüki bir nəfər ona Ya Rasuləlla(یا رسول اللّه) deyir. Zaman keçdi, o, bu yuxunu heç kimə açıqlamadı. Həmçinin bəzi günlərdə ki, Əbu Talibin davarlarını otarmaq üçün çölə aparırdı bir nəfər ona yaxın gəlib dedi Ya Rəsulullah!
Bəstək
Bəstək — İranın Hörmüzgan ostanının şəhərlərindən və Bəstək şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 9,959 nəfər və 1,765 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti lurlardan ibarətdir, lur dilində danışırlar və şafi sünni müsəlmandırlar.
Deşret
Deşret - Sülalə öncəsi dövrdən başlayaraq Aşağı Misirə məxsus hökmdar tacı ("qırmızı tac").
Dəstə
Dəstə (taksonomik kateqoriya)
Dəstər
Dəstər — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Dəstər Lerik rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Ləmər çayının (Lənkəran çayının qolu) sahilində, Peştəsər silsiləsinin yamacındadır. Yerli əhali Daster kimi tələffüz edir. Kəndin ilk sakinləri Cənubi Azərbaycandan gəlmiş talışlar olmuşlar. Tədqiqatçıların məlumatına görə, kəndin əhalisi oturaq həyata keçdikdən sonra maldarlıq məhsullarını taxıla dəyişir, taxılı əl dəyirmanında üyüdürdülər. Hər ailədə əl dəyirmanı olduğundan onların məskunlaşdığı ərazi də Dasdar (TalıŞərq "əl dəyirmanı, kirkirə") adlandırılmışdır.