Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Adıqlar
Adıqlar, (Çərkəzlər) — Şimali Qafqaz dil ailəsinə bağlı xalq. == Tarixi == Bir vaxt onlar Qafqazın ən çoxsaylı xalqlarından və rus işğalına qarşı mətanətlə sinə gərərək bu yolda on minlərlə şəhid verən, bölgədə Rusiya ilə bərabərhüquqlu dövlət quran və ona öz şərtlərini diktə etdirən, 1739-cu ildə isə onu özünün dövlət müstəqilliyini tanımağa məcbur edən qəhrəman və olduqca döyüşkən xalqlardan biri hesab edilirdilər. Qafqaz tarixində Rusiyanın işğalçılıq siyasətinə qarşı çeçenlər istisna olmaqla, onlar qədər qızğın müqavimət göstərən ikinci bir xalq yoxdur. Söhbət Qafqazın ən qədim xalqlarından biri hesab edilən çərkəzlərdən gedir. Çərkəzlər Şimali Qafqaz dil ailəsinə mənsub olan abxaz-adıq budağının kabardin-çərkəz dialektində danışırlar. Qafqazın digər xalqları kimi, çərkəzlər də XVIII əsrdən başlayaraq öz həyatlarının ən ağır dövrlərini yaşamalı oldular. Buna da səbəb Rusiyanın işğalçılıq siyasəti idi. Rusiyanın çərkəzlər yaşayan əraziləri ələ keçirərək Qara dəniz sahillərinə çıxış yolu axtarması rus zülmünə dözməyən çərkəzlərin özlərinə yaxın hesab etdikləri Anadoluya köç prosesinin əsasını qoydu. 1828-ci ildə çərkəzlərin (adıqların) ana yurdu olan Anapanın ruslar tərəfindən işğalından sonra orada yaşayan əhalinin bir hissəsinin Anadoluya köçü başladı. Həmin dövrdə Türkiyənin Qara dəniz sahillərində 370 adıq (çərkəz) ailəsindən ibarət ilk yaşayış məskəni əmələ gəldi.
Yadigar Hüseynov
Hüseynov Yadigar Yusif oğlu (3 may 1955, Saraçlı, Bolnisi rayonu – 2 dekabr 2016) — fizika-riyaziyyat elmləri doktoru. == Həyatı == Yadigar Hüseynov 1955-ci il mayın 3-də Gürcüstanın Bolnisi rayonunun Saraçlı kəndində anadan olmuşdur. == Təhsili == 1972-ci ildə orta məktəbi, 1977-ci ildə isə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini bitirmişdir. == Karyerası == 1977-1981-ci illərdə Qəbələ rayonunda müəllim işləmiş, 1981-2000-ci illərdə isə Bakı Dövlət Universitetinin "Yarımkeçiricilər" laboratoriyasında çalışmışdır. 1989-cu ildə namizədlik dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini almışdır. 1990-1991-ci illərdə İtaliyada I Roma Universitetində elmi ezamiyyətdə olmuşdur. 1993-cü ildə elmi işlərinin nəticələrinə görə Beynəlxalq Soros Fondunun mükafatına layiq görülmüşdür. 2003-cü ildə "Avtonom qidalanan funksional qurğu və heteroelektron quruluşların yaradılmasının fiziki-texnoloji xüsusiyyətləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini almışdır. 2004-cü ildə Bərk cisim elektronikası kafedrasını yaratmışdır. Hazırda həmin kafedranın professoru və kafedra müdiridir.
Yadigar Muradov
Yadigar Muradov (d. 1958, Ağdam rayonu, Novruzlu) — Aktyor, əməkdar artist, Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru. == Həyatı == Muradov Yadigar Məmməd oğlu 1958-ci ildə Ağdam rayonunun Novruzlu kəndində anadan olub. 1980-ci ildə İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. Təyinatla bir müddət Ağdam Dövlət Teatrında işlədikdən sonra, Şuşa Mədəni-Maarif Texnikumunda öz ixtisası üzrə dərs deməyə dəvət olunan Yadigar Muradov 1990-cı ilə qədər bu texnikumda aktyorluq ixtisasından və səhnə danışığından dərs verib. 1990-cı ildə Şuşa Dövlət Musiqili Dram Teatrı yaradılandan bu günə qədər teatrın direktorudur. 21 dekabr 2018-ci il tarixində "Tərəqqi" medalı ilə təltif edilmişdir.Ailəlidir, 3 oğlu var.
Yadigar Məmmədli
Yadigar Məmmədli (Yadigar Tarix oğlu Məmmədli) — Bakı Beynəlxalq Mulltikulturalizm Mərkəzinin İnformasiya Təminatı və Sənədlərlə İş şöbəsinin müdiri, jurnalist. == Haqqında == Yadigar Tarix oğlu Məmmədli 29 avqust 1961-ci ildə anadan olub. O, 1978 – 1983-cü illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. Azərbaycan, rus, türk və ingilis dillərini bilir. Evlidir, 2 övladı, 2 nəvəsi var. == Fəaliyyəti == 1996-cı il Azərbaycan Respublikası Milli Məclisinə seçkilər zamanı namizədliyi qeydə alınıb. 1996–2018-ci illər ərzində media ilə bağlı müxtəlif beynəlxalq və yerli seminarlarda iştirakcı və təşkilatçı, Ukrayna və Qırğızıstanda keçirilən prezident və parlament seçkilərində isə beynəlxalq müşahidəçi qismində iştirak edib. Yadigar Məmmədli "KİV-in iqtisadi əsasları və menecment problemi" (2002), "Seçki: jurnalistlərin yaddaş kitabı"(2005) kitablarının, media sahəsində yüzlərlə məqalə və yazıların müəllifidir. Slavyan Universitetin, Azərbaycan Dillər Universitetinin və Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində 2006–2018-ci illərdə müəllim işləyib. ATƏT-in Bakı bürosunun, Avropa Şurasının Bakı ofisinin 2006-cı ildən hazırkı dövrədək media sahəsində bir sıra layihələrində media üzrə expertdir.
Yadigar Vahabov
Yadigar Mahir oğlu Vahabov (16 avqust 1996; Ağsu rayonu, Azərbaycan — 31 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Yadigar Vahabov 1996-cı il avqustun 16-da Ağsu rayonunun Xatman kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Yadigar Vahabov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Yadigar Vahabov oktyabrın 31-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Yadigar Vahabov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Yadigar Vahabov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Yadigar Vahabov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Yadigar xan
Yadigar xan — Özbək xanlığının ikinci hökmdarı. Şeyban xanın nəslindən gəlirdi. == Hakimiyyəti == Əbülxeyr xanın ölümündən sonra ahıl yaşında özbək əyanları tərəfindən hakimiyyətə gətirilmişdi. Manqıtlardan Musa bəy tərəfindən dəstəklənən Yadigar xan hakimiyyətdə təkcə 1 il qalandan sonra vəfat etdi və Əbülxeyr xanın oğlu Şeyx Heydər tərəfindən əvəz edildi. == Ailəsi == Bureke sultan, Abulek xan, Amenek xan adlı oğulları vardı.
Yadigar İmamverdiyev
Yadigar İmamverdiyev — texnika elmləri doktoru, Azərbaycan Texniki Universitetində kafedra müdiri. Azərbaycanda ilk dəfə E-dövlətin informasiya təhlükəsizliyinin idarə edilməsi üçün modellər işləmişdir. İKT sahəsində dərc olunmuş ən yaxşı elmi işlərə görə "3-cü birgə İKT üzrə mükafat müsabiqəsi"nin qalibi olmuşdur. == Həyatı == Yadigar Nəsib oğlu İmamverdiyev 1964-cü ildə anadan olmuşdur. 1989-cu ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun "İstehsal proseslərinin avtomatlaşdırılması" fakültəsini bitirmişdir. 1989–1997-ci illərdə müxtəlif tədris müəssisələrində riyaziyyat və informatika müəllimi vəzifəsində işləmişdir. 1998-ci ildə Azərbaycan Elmlər Akademiyası İnformasiya-Telekommunikasiya Elmi Mərkəzinə işə qəbul edilmiş və kompüter şəbəkələrində informasiya təhlükəsizliyinin təmin edilməsi məsələləri ilə məşğul olmağa başlamışdır. 2011–2012-ci illərdə Cənubi Koreyanın Yonsei Universitetində (Yonsei Univiversity, South Korea) elmi fəaliyyətlə məşğul olmuşdur. Hazırda Azərbaycanda e-dövlətin informasiya təhlükəsizliyinin idarə edilməsi, biometrik texnologiyalar, sosial şəbəkələr, risklərin qiymətləndirilməsi sahəsində tədqiqatlar aparır. == Elmi fəaliyyəti == 2006-cı ildə "Elliptik əyrilərdə asimmetrik kriptoqrafik sistemlərin sintezi üçün üsul və alqoritmlərin işlənməsi" mövzusu üzrə dissertasiya işini müdafiə etmiş, 05.13.01 — Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi ixtisası üzrə texnika elmləri namizədi adını almışdır.
Yadigar Əliyev
Yadigar Əliyev (rektor)
Yadigar Sadıqlı
Yadigar Sadıqlı (d. 29 sentyabr 1968; Lənkəran, Azərbaycan SSR) — azərbaycanlı ictimai-siyasi xadim. == Həyatı == Yadigar Sadıqlı 1968-ci il sentyabrın 29-da Lənkəran şəhərində anadan olub. 1994-cü ildə M. Ə. Rəsulzadə adına Bakı Dövlət Universitetini tarix ixtisası üzrə bitirən Yadigar Sadıqlı, 2000-2010-cu illərdə Lənkəran Dövlət Universitetində çalışıb. == Fəaliyyəti == 2000-ci ildən Müsavat Partiyasının üzvü olan Yadigar Sadıqlı, 2004-2011-ci illərdə Müsavat Partiyası Lənkəran şəhər Təşkilatının sədri olub. 2011-2014-cü illərdə Müsavat Partiyasında başqan müşaviri, 2014-2018-ci illərdə başqan müavini vəzifələrini tutub. 2014-2019-cu illərdə Divan üzvü olub. Partiyanın 13 oktyabr 2019-cu ildə keçirilən IX qurultayında başqanlığa namizədliyini irəli sürüb, amma seçkilərdə Arif Hacılı qalib gəlib. Yüzdən artıq elmi və publisitik məqalələrin müəllifi olan Yadigar Sadıqlının 2019-cu ilin dekabrında "Tarixdən səhifələr (məqalələr toplusu)" adlı kitabı çıxıb. 2022-ci ildə isə "Yaxın Şərq tarixi (məqalələr toplusu)" adli ikinci kitabı nəşr olunub.
Halide Edip Adıvar
Xalidə Ədib Adıvar (osm. خالده اديب اديوار; 11 iyun 1884[…], Konstantinopol – 9 yanvar 1964[…], İstanbul) — Türk yazıçı, siyasətçi, alim, müəllim. Xalidə Onbaşı olaraq da tanınır. "Atəşdən köynək", "Sinəkli baqqal", "Tatarcıq", "Zeynonun oğlu" kimi romanların müəllifi kimi tanınır. Xalidə Ədib 1919-cu ildə İstanbul xalqını ölkənin işğalına qarşı səfərbər etmək üçün etdiyi çıxışlarla yadda qalan bir natiqdir. Qurtuluş savaşında cəbhədə Mustafa Kamalla bərabər xidmət etmiş sıravi vətəndaş olsa da, rütbə alaraq müharibə qəhrəmanı sayıldı. Müharibə illərində Anadolu Agentliyinin yaradılmasında iştirak edərək jurnalist kimi də fəaliyyət göstərib. İkinci Məşrutiyyətin elanı ilə yazmağa başlayan Xalidə Ədib, yazdığı iyirmi bir romanı, dörd hekayə kitabı, iki səhnə əsəri və müxtəlif araşdırmaları ilə Məşrutiyyət və Cümhuriyyət dövründə türk ədəbiyyatında ən çox əsər yaradan yazarlardan biridir. Onun "Sinekli Bakkal" romanı onun ən məşhur əsəridir. O, əsərlərində qadınların təhsilinə, cəmiyyətdəki mövqeyinə xüsusi yer vermiş, yazıları ilə qadın hüquqlarını müdafiə etmişdir.
Pir Yadigar (Çaypara)
Pir Yadigar (fars. پيريادگار‎) - İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 232 nəfər yaşayır (46 ailə).
Qaraçay-Çerkesiyadaki Adıqlar
Qaraçay-Çerkesiyadaki Adıqlar və ya Qaraçay-Çerkesiyadaki Çərkəzlər (öz adlandırmaları: Адыгэ adıge) — Rusiyadaki Adıqların Qaraçay-Çerkesiya bölgəsində yaşayan hissəsi. 2010-cu ildə Rusiya Federasiyasında aparılmış rəsmi əhali siyahıya alınmalarının yekunlarına əsasən sayı 70 mindən artıqdır. Onlardan Çoxu Qaraçay-Çerkesiyanın 17 aulunda yaşayırlar. Burada yaşayan çərkəzlərin əksəriyyəti Kabardin Besleney klanındandır ve XIX əsrin ikinci yarısında sürgün edilmişdir.
Xalidə Ədib Adıvar
Xalidə Ədib Adıvar (osm. خالده اديب اديوار; 11 iyun 1884[…], Konstantinopol – 9 yanvar 1964[…], İstanbul) — Türk yazıçı, siyasətçi, alim, müəllim. Xalidə Onbaşı olaraq da tanınır. "Atəşdən köynək", "Sinəkli baqqal", "Tatarcıq", "Zeynonun oğlu" kimi romanların müəllifi kimi tanınır. Xalidə Ədib 1919-cu ildə İstanbul xalqını ölkənin işğalına qarşı səfərbər etmək üçün etdiyi çıxışlarla yadda qalan bir natiqdir. Qurtuluş savaşında cəbhədə Mustafa Kamalla bərabər xidmət etmiş sıravi vətəndaş olsa da, rütbə alaraq müharibə qəhrəmanı sayıldı. Müharibə illərində Anadolu Agentliyinin yaradılmasında iştirak edərək jurnalist kimi də fəaliyyət göstərib. İkinci Məşrutiyyətin elanı ilə yazmağa başlayan Xalidə Ədib, yazdığı iyirmi bir romanı, dörd hekayə kitabı, iki səhnə əsəri və müxtəlif araşdırmaları ilə Məşrutiyyət və Cümhuriyyət dövründə türk ədəbiyyatında ən çox əsər yaradan yazarlardan biridir. Onun "Sinekli Bakkal" romanı onun ən məşhur əsəridir. O, əsərlərində qadınların təhsilinə, cəmiyyətdəki mövqeyinə xüsusi yer vermiş, yazıları ilə qadın hüquqlarını müdafiə etmişdir.
Yadigar Əliyev (rektor)
Yadigar Vəli oğlu Əliyev — Gəncə Dövlət Universitetinin rektoru (2013), filologiya üzrə elmlər doktoru (2013). == Həyatı == Yadigar Vəli oğlu Əliyev 1969-cu ildə Gəncədə anadan olmuşdur. 1975–1985-ci illərdə orta məktəbdə təhsil alıb. 1993-cü ildə BDU-nun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1994–1996-cı illərdə BDU-da "Türk dilləri" ixtisası üzrə aspirant, 2000–2004-cü illərdə BDU-nun türkologiya kafedrasının doktorantı olmuşdur. 1999-cu ildə "Qədim türk (runik) yazılı abidələrinin dili dialektfövqü (ədəbi) hadisə kimi" mövzusunda namizədlik disertasiyası müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. 2013-cü ildə isə "Qədim türk ədəbi dilindən orta əsrlər türk ədəbi dilinə (türkü) keçid dövrü" mövzusunda disertasiya müdafiə edərək filologya üzrə elmlər doktoru adı alıb. Ailəlidir, iki övladı var. 1996–2001 Gəncə Elm Təhsil mərkəziDillər kafedrasında müəllim, baş müəllim 2001–2005, GDU-nun Azərbaycan dili kafedrasında müəllim 2005–2011, Azərbaycan dili kafedrasının dosenti 2011–2013, filologiya fakültəsinin dekanı 2013, rektorApardığı dərslər: Azərbaycan dili tarixi, Azərbaycan dialektologiyası, Əski Azərbaycan yazısı, Türkologiyaya giriş TƏDQİQAT SAHƏSİ: Qədim və orta əsrlər türk yazılı abidələri == Əsərləri == Qədim türk (runik) yazılı abidələrindən orta əsrlər türk yazılı abidələrinə keçid: ədəbi dil normalarının inkişafı. Bakı, "Nurlan" nəşriyyatı, 2004, 190 səh.
Yadigar Əliyev (çavuş)
Yadigar Səfxan oğlu Əliyev (4 iyun 1994, Qaradağlı, Goranboy rayonu – 8 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Yadigar Əliyev 1994-cü il iyunun 4-də Goranboy rayonunun Qaradağlı kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun çavuşu olan Yadigar Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Yadigar Əliyev noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Yadigar Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Yadigar Əliyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Yadigar Əliyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Yadigar Əliyev ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Əbdülhaq Adnan Adıvar
Əbdülhaq Adnan Adıvar (1882, Gelibolu, Çanaqqala vilayəti – 1 iyul 1955, İstanbul) — Türk siyasətçi, yazıçı, tarixçi, akademik və həkim. Respublikasının ilk tarixçisi, Parlament dövrünün ilk səhiyyə naziridir. (Cümhuriyyət dövrünün ilk səhiyyə naziri Adnan Adıvardan sonra gələn Refik Saydam idi). Birinci Parlamentdə millət vəkili olmuş və parlamentin ikinci sədri olmuşdur. Türkiyənin ilk müxalifət partiyası olan Tərəqqipərvər Cumhuriyyət Partiyasının qurucularından biridir. Romançı Halide Edipin həyat yoldaşıdır. == Həyatı == 1882-ci ildə Gəliboluda anadan olub. Kadi Ahmet Bahai Əfəndi və Sabiha Hanımın oğludur. Məktəb həyatı İstanbulda keçdi. İbtidai təhsilini Tərəqqinin Nümunəsi Məktəbində, orta məktəb təhsilini "Mülki İdadi"-də bitirmişdir.
Qaraçay-Çərkəz Respublikasındakı adıqlar
Qaraçay-Çerkesiyadaki Adıqlar və ya Qaraçay-Çerkesiyadaki Çərkəzlər (öz adlandırmaları: Адыгэ adıge) — Rusiyadaki Adıqların Qaraçay-Çerkesiya bölgəsində yaşayan hissəsi. 2010-cu ildə Rusiya Federasiyasında aparılmış rəsmi əhali siyahıya alınmalarının yekunlarına əsasən sayı 70 mindən artıqdır. Onlardan Çoxu Qaraçay-Çerkesiyanın 17 aulunda yaşayırlar. Burada yaşayan çərkəzlərin əksəriyyəti Kabardin Besleney klanındandır ve XIX əsrin ikinci yarısında sürgün edilmişdir.
Adagan
Adalar
Adalar arxipelaqı (Qızıl adalar; türk. Kızıl Adalar, Prens Adaları — "Şahzadə adaları" və ya sadəcə Adalar; yun. Πριγκηπόννησα, Pringeponnesa; q.yun. Πριγκήπων νήσοι, Pringēpōn nēsoi) — adalar qrupuna doqquz ada daxildir. Adalar Mərmərə dənizində İstanbul şəhər sahilindən bir qədər araləda qərarlaşır. İnzibati cəhətdən isə Türkiyənin İstanbul ilinin Adalar bələdiyyəsi ərazisinə daxildir. == Coğrafiyası == Adalar arxipekaqına daxil olan adalar: Böyükada (türk. Büyükada) — adından göründüyü kimi arxipelaqın ən iri adasıdır. Yunsnlar adanı Prinkilos (yun. Πρίγκηπος, Prínkēpos — "şahzadə") adlandırırlar.
Adaqan
Adidas
Adidas AG — Almaniyanın sənaye şirkətidir. İdman ayaqqabıları, geyimləri və digər inventarın istehsalı üzrə ixtisaslaşmışdır. Şirkət eyni zamanda Adidas, Reebok, RBK & CCM Hockey və Taylor-Made Golf markalarının satışını həyata keçirir. Şirkətin 2008-ci il üçün dövriyyəsi 10,8 milyard avro olmuş, 2007-ci il üçün isə bu rəqəm 10,3 milyard avro olaraq açıqlanmışdır. == Tarix == Birinci dünya müharibəsindən qayıtdıqdan sonra Adolf (Adi) Dassler öz idman ayaqqabılarının istehsalına anasına məxsus olan çamaşırxanada başlamışdır. 1924-cü ildə isə onun qardaşı Rudolf (Rudi) Dassler də işə qoşuldu və Gebrüder Dassler Schuhfabrikin (Dassler qardaşlarının ayaqqabı fabriki) əsası qoyuldu. 1928-ci ildə Amsterdamda keçirilən Yay Olimpiya oyunlarında, Adi Dassler bir sıra atleti geyim və inventarla təmin edərək şirkətin beynəlxalq bazara çıxmasına təkan verdi. 1936-cı il Berlin Olimpiadasında Dasslerin təmin etdiyi ayaqqabılarla ABŞ təmsilçisi Cess Ovens dördqat qızıl medal sahibi olmuşdur. İkinci dünya müharibəsi zamanı Dassler qardaşlarının ayaqqabı fabriki tanklara qarşı istifadə edilən "Panzerşrek" (Panzerschreck) silahının istehsalı məqsədilə istifadə olunurdu. 1948-ci ildə qardaşlar müəssisəni ayırmaq qərarına gəldilər.
Adıgey
Adıge Respublikası (rus. Республика Адыгея, adıq Адыгэ Республик) — Rusiya Federasiyasının Krasnodar diyarı ərazisində respublika. Şimali Qafqazda, Kuban və Laba çaylarının sol sahillərindədir. Cənub federal dairəsinə daxildir. Sahəsi 7.600 km²-dir. Əhalisi 447.000 nəfərdir. Onların 120.000 nəfəri adıgeylərdir. Paytaxtı Maykop şəhəridir. Yeddi rayonu, iki şəhəri (Maykop və Adıgeysk), beş şəhər tipli qəsəbəsi var. Respublikada neft və qaz çıxarılır.
Adıgün
Adıgün — Tiflis quberniyasının Axalsix qəzasında kənd adı. == Toponimkası == Adıgün- Tiflis quberniyasının Axalsix qəzasında kənd adı. Gürcücə yazılış forması Adıqen. Mesxet türklərinin məskun olduqları kəndlərdən biri olmuşdur. Əhalisi II Dünya müharibəsi illərində Orta Asiyaya sürgün edilmiş və yerində gürcülər yerləşdirilmişdir. Hazırda Gürcüstanın Adıgen rayonunun mərkəzidir. Qıpçaqların Eti tayfasının adından və türk dillərində kün "tayfa", "el" sözlərindəndir.
Alıgan
Monqol və buryat mifologiyasında istiqamətlərə görə göydəki tanrıların mövqelərini ifadə edər. Alıqan xan - 99 cənub tanrısının başında tapılar. (Nümayəndəsi Usan Xandır.) Sargay xan - 88 orta (mərkəz) tanrısının başında tapılar. Soqto xan - 77 şimal tanrısının başında tapılar. (Nümayəndəsi Tatay Xandır.) Hürmüz xan - 55 qərb tanrısının başında tapılar. (Bu tanrıların anaları Manzan Xatundur.) Atay xan - 44 şərq tanrısının başında tapılar. (Bu tanrıların anaları Mayas Xatundur.) == İstiqamətlərə görə tanrılar == Xüsusilə monqol və buryat mifologiyasında istiqamətlərə görə göydəki tanrıların ədədləri və başlarında olan tanrılar bu şəkildədir: === Alıqan === Alıqan Xan - türk, altay və monqol mifologiyasında cənub tanrısı. Monqolların 99 cənubi Tanrısının başıdır. Monqollarda buddizmin təsiriylə ilk istiqamətin şərq olaraq deyil, cənub olması ehtimal edilir. Alığ Xan ilə də əlaqəsinin olması mümkündür.
Alıqan
Monqol və buryat mifologiyasında istiqamətlərə görə göydəki tanrıların mövqelərini ifadə edər. Alıqan xan - 99 cənub tanrısının başında tapılar. (Nümayəndəsi Usan Xandır.) Sargay xan - 88 orta (mərkəz) tanrısının başında tapılar. Soqto xan - 77 şimal tanrısının başında tapılar. (Nümayəndəsi Tatay Xandır.) Hürmüz xan - 55 qərb tanrısının başında tapılar. (Bu tanrıların anaları Manzan Xatundur.) Atay xan - 44 şərq tanrısının başında tapılar. (Bu tanrıların anaları Mayas Xatundur.) == İstiqamətlərə görə tanrılar == Xüsusilə monqol və buryat mifologiyasında istiqamətlərə görə göydəki tanrıların ədədləri və başlarında olan tanrılar bu şəkildədir: === Alıqan === Alıqan Xan - türk, altay və monqol mifologiyasında cənub tanrısı. Monqolların 99 cənubi Tanrısının başıdır. Monqollarda buddizmin təsiriylə ilk istiqamətin şərq olaraq deyil, cənub olması ehtimal edilir. Alığ Xan ilə də əlaqəsinin olması mümkündür.
Alışar
Alışar — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. == Toponimikası və tarixi == Elmi ədəbiyyatda bu oykonimin izahı belə verilir: alış (qədim türk dillərində "çay ağzı, çayın mənsəbi, axar suyun hövzəyə tökülən yeri") və ar ("qarşı, əks tərəf mənasını ifadə edir) komponentlərindən düzəlib, "çay ağzının əks tərəfi" deməkdir. Kəndin Xələcdaşı dağının ətəyində, Arazın sahilində, çay suyunun güclü axaraq töküldüyü yerin əks tərəfində yerləşməsi bu fikri təsdiq edir. 29 mart 2005-ci ildə Xələc kəndi Alışar kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Xələc kənd inzibati ərazi vahidi yaradılmışdır. == Tarixi abidələri == Alışar yaşayış yeri == Əhalisi == Əhalisi 1943 nəfərdir.
Arılar
Arılar — uçan həşaratlar ailəsinə aiddir. Dünyada 20 mindən artıq arı növü vardır. Antraktidadan başqa dünyanın istənilən yerində rast gəlinir. İşçi arının ömrü 50 gün olur. 17-18 günlükdə arılar artıq bala çıxarırlar. Qüvvəsi, yəni işçi arı sayı çox olan arı ailəsi ildə 35-40 kq təmiz bal verə bilir. Arı ailəsi 3 qrupa bölünür: Ana arı Erkək arı Dişi və ya işçi arıOnlar 15 km-ə qədər yol qət edə bilirlər. Arı 15 km məsafədə yaxşı şirə taparsa, qayıdıb o biri arılara qəribə hərəkətlərlə xəbər verirlər Arılar həm də yaxşı şirə olan yeri hiss edirlər, həm də onlara qulluq edən insanı tanıyırlar. == Arı ailəsi == Arı ailəsi – pətəkdə və ya təbii yuvalarda toplum halında yaşayan bir ana, on minlərlə işçi və minlərlə erkək arıdan (yaz-yay dövründə) ibarət bal arısı koloniyası. Bal arıları ailə halında yaşayan həşəratlar qrupuna daxildir.
Ağdivar
Ağdivar (Əhər) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. Ağdivar (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd.
Aşıqlar
Aşıqlar (qrup)
Çadigan
Çadigan — İranın İsfahan ostanının şəhərlərindən və Çadigan şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,037 nəfər və 1,872 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan (şamlılar, bayatlar və inanlılar) ibarətdir, azərbaycan dilində danışırlar və şiə müsəlmandırlar.Bu şəhərin adı "çatdamaq" və ya "çatmaq" sözündən gəlibdir.
Çadiqan
Çadigan — İranın İsfahan ostanının şəhərlərindən və Çadigan şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,037 nəfər və 1,872 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan (şamlılar, bayatlar və inanlılar) ibarətdir, azərbaycan dilində danışırlar və şiə müsəlmandırlar.Bu şəhərin adı "çatdamaq" və ya "çatmaq" sözündən gəlibdir.
Ayılar
Ayılar (lat. Ursinae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinə aid heyvan yarımfəsiləsi.
Adıça
Adıça (rus. Адыча, saxa Адыаччы) — Rusiya Federasiyasına bağlı Saxa Respublikasında çay. == Xüsusiyyətləri == Yananın sağ qoludur. Uzunluğu 715 kilometr, hövzəsinin sahəsi 89,8 min kilometr2-dir. Çerski silsiləsinin qərb yamaclarından başlanır. Qar və yağış suları ilə qidalanır. Oktyabrdan maya qədər donmuş olur. == İstinadlar == == Əlavə ədəbiyyat == Adıça // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл.