Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ağaməmməd Abdullayev
Abdullayev Ağaməmməd Səməd oğlu (1909-1976) — dilçi alim, pedaqoq, pedaqoji elmlər doktoru (1958), professor (1960). == Həyatı == == Fəaliyyəti == Azərbaycan dilinin tədrisi tarixi və metodikasına dair dərslik və monoqrafiyaların müəllifidir. "Azərbayсan dilinin tədrisi tarixindən" (1966) monoqrafiyasında Hacıbəyovun pedaqoji və publisistik fəaliyyətini, onun "Türki-rusi və rusi-türki lüğəti"ni (1907) ətraflı təhlil etmişdir.
Ağaməmməd Dadaşov
Ağaməmməd Həsənağa Ələkbər oğlu Dadaşov(d. 1902 – ö. 1966) — Azərbaycanın görkəmli iqtisadçı alimi, professor. == Həyatı == == Elmi fəaliyyəti == 1939-cu ildə SSRİ EM İqtisadiyyat İnstitutunda "Fiziokratların sinfi təbiətinin dərk edilməsi" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Elmi fəaliyyəti ona "Azərbaycanda aqrar münasibətlər və torpağın milliləşdirilməsi" adlı monoqrafiyanı yazmağa imkan vermişdir. 1959-cu ildə ona professor adı, 1964-cü ildə isə Azərbaycan SSR əməkdar iqtisadçı fəxri adı verilmişdir. 1945-1951-ci illərdə SSRİ EA Azərbaycan filialının İqtisadiyyat sektorunun müdiri, 1945-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Universitetinin "Siyasi İqtisad" kafedrasını müdiri vəzifəsində çalışmışdır. O, ilk dəfə olaraq siyasi iqtisadın tarixi üzrə dərs vəsaiti hazırlamış, klassiklərin əsərlərini, o cümlədən Karl Marksın "Kapital" əsərinin Azərbaycan dilinə tərcüməsi və redaktəsi ilə məşğul olmuşdur. Onun redaktorluğu və müəllifliyi ilə "İqtisadi təlimlər tarixi" üzrə dərslik çap olunmuş, "Marksist siyasi iqtisadı və inkişaf etməkdə olan ölkələr" məqaləsini və "İnkişaf etməkdə olan ölkələrin iqtisadi problemləri" dərsliyini yazmaqla keçmiş SSRİ-də siyasi iqtisadın yeni bir bölməsini—inkişaf etməkdə olan ölkələrin siyasi iqtisadını yaratmışdır. Azərbaycan torpaqlarının milliləşdirilməsi mövzusunda tədqiqatlar aparmaqla Azərbaycanın kapitalizm istiqamətində inkişafının elmi-nəzəri təhlilini vermişdir.
Ağaməmmədli
Ağaməmmədli (İmişli) — İmişli rayonunun inzibati ərazi vahidində kənd. Ağaməmmədli — Cəlilabad rayonunun Xanəgah inzibati ərazi vahidində kənd.
Ağaməmmədli (Marneuli)
Ağaməmmədli , Ağməmmədli, Ağammədli və ya Ağmamedlo (Gürcücə:აღმამედლო)— Gürcüstan Respublikasının Kvemo-Kartli diyarının Marneuli bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. Kənd tarixən Ağaməmmədli və ya Ağməmmədli adlanmışdır. Zamanla bu ad dəyişmiş və yanlış formada-Ağammədli və ya Ağamətdi olaraq istifadə olunmuşdur. Daha sonra isə kəndin adı Ağmamedlo olaraq dəyişdirilmişdir. Kənd 99,7% azərbaycanlılardan ibarətdir. == Tarixi == Ağaməmmədli Marneuli mərkəzindən 17 kilometr cənubda, dəniz səviyəsindən 360 m yüksəklikdə, Dəvədöy çayının sağ sahilində, Babaqar dağının (Babakər) ətəyində, Ermənistan Respublikası ilə sərhəddə yerləşir. Kəndə xalq arasında Ağammədli və ya Ağamətdi olaraq adlansa da tarixi və əsl adı Ağaməmmədlidir. == Əhalisi == 1870-ci ildə kənddə 53 ailə, 155 nəfər, 1926-cı ildə 105 ailə, 575 nəfər yaşamışdır. 2002-ci ildə isə kənddə 1420-si kişi, 1447-si qadın olmaqla 2867 nəfər yaşamışdır. === Tanınmışlar === Eyvaz Borçalı == İnfrastruktur == Kənddə ilk məktəb 1934-cü ildə yaradılmışdır.
Ağaməmmədli (Saatlı)
Ağaməmmədli— Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd.
Ağaməmmədli (İmişli)
Ağaməmmədli, Ağammədli, Alıpənahlı — Azərbaycan Respublikasının İmişli rayonunun Cəfərli inzibati ərazi vahidində kənd. Ağaməmədli kəndi XX əsrin əvvələrində inzibati ərazi vahidi kimi yaradılmışdır. Mil düzündədir. Mənbələrdə Ağammədli variantında da təsadüf olunur. Keçmişdə Alıpənahlı adlanan bu kənd qışlaq yeri olmuşdur.
Ağaməmmədli bələdiyyəsi
İmişli bələdiyyələri — İmişli rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Hüseynqulu Ağaməmmədov
Hüseynqulu Ağaməmmədov (1905, Qaradağlı, Şuşa qəzası – 19 mart 1988) — Qaradağlı kəndinin ilk ziyalısı. Hüseynqulu Həsən oğlu Ağaməmmədov 1905-ci ildə Ağdamın Qaradağlı kəndində anadan olub. İlk təhsilini Ağdamda alan Hüseynqulu Ağaməmmədov 1930-cu ildən Qaradağlı kəndində müəllimlik edib. Hüseynqulu Ağaməmmədov 1935-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi yanında fəaliyyət göstərən Ali Partiya Məktəbinə qəbul olub. 1938-1941-ci illərdə Ağdam rayon partiya komitəsində işləyib. Hüseynqulu Ağaməmmədov 1941-1943-cü illərdə Böyük Vətən Müharibəsində iştirak edib. 1943-cü ildə yaralanaraq, ordudan tərxis olunub. Hüseynqulu Ağaməmmədov 1947-ci ildə Qaradağlı kəndində 350 nüsxə kitabdan ibarət ilk kitabxana açıb. İki il kitabxana müdiri işləyib. Hüseynqulu Ağaməmmədov 1949-1971-ci illərdə Ağdam rayonu Qaradağlı kənd sovetində sədr işləyib.
Xəyal Ağaməmmədov
Xəyal Salam oğlu Ağaməmmədov (23 avqust 1992; Hacıqabul rayonu, Azərbaycan — 7 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xəyal Ağaməmmədov 1992-ci il avqustun 23-də Hacıqabul rayonunun Kolanı kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Xəyal Ağaməmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəyal Ağaməmmədov noyabrın 7-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Ağaməmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Ağaməmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Xəyal Ağaməmmədov ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Çöl Ağaməmmədli
Çöl Ağaməmmədli — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Sabirabad rayonunun Əlilambəyli inzibati ərazi vahidində kənd. Muğan düzündədir. Yaşayış məntəqəsini İmişli rayonunun Ağaməmmədli kəndindən ayrılmış ailələr salmışlar. Oykonim çöl (bayır, əsas kənddən aralı) və Ağaməmmədli (əvvəlki yaşayış yerinin adı) komponentlərindən düzəlib. "kənardakı Ağaməmmədli kəndi" deməkdir.
Qaraməmməd
Qaraməmməd — Qars vilayətinin Qars qəzasında, indiki Amasiya rayonunda kənd.Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 26.IV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilərək Meğraşad qoyulmuşdur. == Tarixi == Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimi == XIX əsrə aid mə'lumatda kəndin qars əyalətində yerləşdiyi göstərilir,. 1590-cı ilə aid mənbədə Qara Məhəmməd kimidir. 1918-ci ildə kənddə Türkiyədən gəlmə ermənilər də məskunlaşdıqdan sonra əhali qarışıq olmuşdur. XX əsrin 30-cu illərində ayrılıqda qalmış azərbaycanlılar sıxışdırılıb çıxarılmışdır. 1946-cı ildə kənd ermənicə Mеğraşen adlandırılmışdır. 1728-ci ilə aid mənbədə qеyd edildiyinə görə kənd Ərəbgirli camaatından bir qrup ailənin ayrılaraq kənarda məskunlaşması nəticəsində yaranmışdır Ərəb dilində qəryə "kənd" sözündən və Məhəmməd şəxs adından ibarətdir. === Antropotoponimi === Toponim Qaraməmməd şəxs adı əsasında formalaşmışdır. Antropotoponimdir.
Alməmməd
Şair Alməmməd (1800–1868) — Aşıq Ələsgər və Çoban Məhəmmədin atası. == Həyatı == Alməmməd Aşıq Ələsgərin atasıdır. O, Göyçə mahalının Ağkilsə kəndində yaşamış, yoxsul həyat keçirmiş, kəndin sayılan adamlarından biri olmuşdur. Dülgərliklə məşğul olmuş, 4 oğul, 2 qız atası olduğu üçün həmişə zəhmətə qatlaşmış, Kəlbəcər ərazisindəki meşələrdən gətirdiyi ağaclardan şana, kürək, dırmıq düzəldərək satar, ailəsini dolandırarmış. Alməmməd aşıqlıq eləməsə də, ustad aşıqların şerlərini əzbərdən söyləyər, özü də həvəsi gələndə şeirlər qoşarmış. Onun şeirləri tez-tez aşıq məclislərində eşidilərmiş. Bu nəslin şeir yazanları çox olsa da, onların yaradıcılığına aid nümunələr bəzən qarışıq düşmüşdür. == Yaradıcılığı == == Şəcərəsi == Heydər Əbdüləzim Təhməz Talıbxan Allahverdi Alməmməd == Ailəsi == Alməmmədin Ələsgər, Salah, Xəlil, Məhəmməd adlı dörd oğlu, Fatma və Qızxanım adlı iki qızı varmış. == İstinadlar == == Mənbə == "Sazlı-sözlü Göyçə (II kitab)" (PDF) (az.). Elm və təhsil.
Alməmməd Babayev
Alməmməd Qərib oğlu Babayev (23 noyabr 2000, Sarvan, Salyan rayonu – 29 sentyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Alməmməd Babayev 2000-ci il noyabrın 23-də Salyan rayonunun Sarvan kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Alməmməd Babayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Alməmməd Babayev sentyabrın 29-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Salyan rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Alməmməd Babayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Alməmməd Babayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Alməmməd kişi
Şair Alməmməd (1800–1868) — Aşıq Ələsgər və Çoban Məhəmmədin atası. == Həyatı == Alməmməd Aşıq Ələsgərin atasıdır. O, Göyçə mahalının Ağkilsə kəndində yaşamış, yoxsul həyat keçirmiş, kəndin sayılan adamlarından biri olmuşdur. Dülgərliklə məşğul olmuş, 4 oğul, 2 qız atası olduğu üçün həmişə zəhmətə qatlaşmış, Kəlbəcər ərazisindəki meşələrdən gətirdiyi ağaclardan şana, kürək, dırmıq düzəldərək satar, ailəsini dolandırarmış. Alməmməd aşıqlıq eləməsə də, ustad aşıqların şerlərini əzbərdən söyləyər, özü də həvəsi gələndə şeirlər qoşarmış. Onun şeirləri tez-tez aşıq məclislərində eşidilərmiş. Bu nəslin şeir yazanları çox olsa da, onların yaradıcılığına aid nümunələr bəzən qarışıq düşmüşdür. == Yaradıcılığı == == Şəcərəsi == Heydər Əbdüləzim Təhməz Talıbxan Allahverdi Alməmməd == Ailəsi == Alməmmədin Ələsgər, Salah, Xəlil, Məhəmməd adlı dörd oğlu, Fatma və Qızxanım adlı iki qızı varmış. == İstinadlar == == Mənbə == "Sazlı-sözlü Göyçə (II kitab)" (PDF) (az.). Elm və təhsil.
Alməmməd mağarası
Alməmməd mağarası — Culfa rayonu ərazisində mağara. Əlincəçayın sol sahilində Camaldın kəndindən 1 km şərqdədir. Darıdağ platosunun şimal-qərb ətəyində Üst Oliqosenin Xatt mərtəbəsinə aid Darıdağ lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəkliyin yamacındadır. Mağaranın qeyri-karbonatlı süxurlarda əmələ gəlməsi onun klastokarst mənşəli olduğuna dəlalət edir. Burada aşkar edilmiş mədəni qalıqlar onun arxeoloji abidə olduğunu göstərir. Tektonik cəhətdən Ordubad qırılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid Darıdağ-Aza qalxımının mərkəzi struktur elementi olan Darıdağ antiklinalının cənub-qərb qanadında yerləşir. Alməmməd mağarasının Culfa rayonunun yerli əhalisi arasında işlədilən adı Ərməmməd mağarasıdır.
Şair Alməmməd
Şair Alməmməd (1800–1868) — Aşıq Ələsgər və Çoban Məhəmmədin atası. == Həyatı == Alməmməd Aşıq Ələsgərin atasıdır. O, Göyçə mahalının Ağkilsə kəndində yaşamış, yoxsul həyat keçirmiş, kəndin sayılan adamlarından biri olmuşdur. Dülgərliklə məşğul olmuş, 4 oğul, 2 qız atası olduğu üçün həmişə zəhmətə qatlaşmış, Kəlbəcər ərazisindəki meşələrdən gətirdiyi ağaclardan şana, kürək, dırmıq düzəldərək satar, ailəsini dolandırarmış. Alməmməd aşıqlıq eləməsə də, ustad aşıqların şerlərini əzbərdən söyləyər, özü də həvəsi gələndə şeirlər qoşarmış. Onun şeirləri tez-tez aşıq məclislərində eşidilərmiş. Bu nəslin şeir yazanları çox olsa da, onların yaradıcılığına aid nümunələr bəzən qarışıq düşmüşdür. == Yaradıcılığı == == Şəcərəsi == Heydər Əbdüləzim Təhməz Talıbxan Allahverdi Alməmməd == Ailəsi == Alməmmədin Ələsgər, Salah, Xəlil, Məhəmməd adlı dörd oğlu, Fatma və Qızxanım adlı iki qızı varmış. == İstinadlar == == Mənbə == "Sazlı-sözlü Göyçə (II kitab)" (PDF) (az.). Elm və təhsil.
Ağasəməd Əlizadə
Ağasəməd Əbdülhüseyn oğlu Əlizadə (8 mart 1909, Şamaxı – 1990, Bakı) ― Azərbaycan energetiki, texnika üzrə elmlər doktoru (1948), professor (1949), AMEA-nın müxbir üzvü (1968). == Həyatı == Ağasəməd Əlizadə 8 mart 1909-cu ildə Şamaxı şəhərində anadan olub. 1931-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Energetika fakültəsini bitirib. == Əmək fəaliyyəti == Ağasəməd Əlizadə 1938–1940-cı illərdə SSRİ EA-nın Azərbaycan Filialının çöl ekspedisiyasında ildırım boşalmaları cərəyanının əsas parametrlərini tədqiq edib. O, 1941–1944-cü illərdə Bakı Şəhər İcra Hakimiyyəti sədrinin birinci müavini, 1944–1948-ci illərdə isə Azərbaycan SSR xarici işlər nazirinin müavini vəzifələrində çalışıb. Ağasəməd Əlizadə 1948–1950-ci illərdə SSRİ EA Energetika İnstitutunda tədqiqatçı, 1950–1954-cü illərdə böyük elmi işçi, 1954–1958-ci illərdə Azərbaycan Politexnik İnstitutunda kafedra müdiri, 1959–1962-ci illərdə Azərbaycan Energetika İnstitutunda şöbə müdiri, 1962–1980-ci illərdə direktor, İldırım boşalmaları və ildırımdan mühafizə laboratoriyasının müdiri vəzifələrində çalışıb. == Akademik fəaliyyəti == Ağasəməd Əlizadə 1940-cı ildə texnika üzrə fəlsəfə doktoru, 1948-ci ildə texnika üzrə elmlər doktoru elmi dərəcələrini alıb. 1949-cu ildə professor elmi adını almış, 1968-ci ildə isə AEA-nın müxbir üzvü seçilmişdir. 220-dən çox elmi əsərin, 6 monoqrafiyanın və 10-dan artıq ixtiranın müəllifidir. Rəhbərliyi altında 20-dən artıq fəlsəfə doktoru və elmlər doktoru hazırlanıb.
Ağamməd Abdullayev
Ağamməd Səməd oğlu Abdullayev — ADPİ-də rektor (1966-1970) == Həyatı == Ağamməd Abdullayev 1908-ci ildə Bakı şəhərində anadan olmuşdur. Bakı Pedaqoji Texnikumunu bitirıniş (1926)Abdullayev Ağamməd Səməd oğlu 1976-cı ildə vəfat etmişdir.
Ağamməd Ağamalıyev
Ağamməd Elgiz oğlu Ağamalıyev - Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ağamməd Ağamalıyev 13 oktyabr 1990-cı ildə Samux rayonunun Füzuli kəndində anadan olmuşdur. Füzuli kəndindəki tam orta məktəbə daxil olmuşdur və həmin məktəbi bitirmişdir. == Hərbi xidməti == 2020-ci ilin 14 iyul tarixində general-mayor Polad Həşimovun şəhid olmasından sonra Ağamməd Ağamalıyev Orduya könüllü yazılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Ağamməd Ağamalıyev 27 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində qismən səfərbərlik çağırışına qatılmışdır. Ağamməd Ağamalıyev 13 oktyabr 2020-ci ildə Füzulinin azad edilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağamməd Ağamalıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ağamməd Ağamalıyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ağamməd Şixməmmədov
Ağaməhəmməd xan Qacar
Ağa Məhəmməd şah Qacar (fars. محمد خان قاجار‎) — türk Qacarlar sülaləsinə mənsub olub, Qacarlar dövlətinin qurucusu və birinci şahı. O, 1797-ci ildə 2-ci dəfə Qafqaza yürüş edən zaman Şuşada öldürülüb. == Etimologiyası == Qacar etnoniminə ilk dəfə miladdan öncə 650-ci ildə rast gəlinir və burada qacar tayfasının adı aqasif şəklində adlandırılmışdır. Sonradan bu ad ağaçəri olaraq formalaşmışdır ki, bu da türk dillərində qoşun mənasını verir. Səfəvilərin hakimiyyəti dövründə çərik yığma qoşun növü idi. Eyni zamanda Osmanlı dövlətində də yığma ordu yeniçəri adlanırdı. Bu adı müxtəlif alimlər fərqli aspektdən izah edirlər. Məsələn, Qərbi Avropa alimlərinin fikrincə, ağaçəri sözü ağ Xəzər deməkdir, yəni xəzərlərin şərq qolunu təşkil edən bir toplum nəzərdə tutulur. Macar alimləri, xüsusilə Yulius Nemət qeyd edir ki, ağaçəri qoşunun önündə gedəndir, yəni ordunun ağası mənasında işlənir.
Ağaməhəmməd şah Qacar

Mirzə Alməmməd Xəlilov
Mirzə Əlməmməd Xəlilov (1862, Naxçıvan – 1896) — Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunu, pedaqoq. == Həyatı == Mirzə Əliməmməd 1862-ci ildə Naxçıvan şəhərində anadan olmuşdu.Zaqafqaziya (Qori) Müəllimlər seminariyasını bitirmişdi. O. bu seminariyanın ilk şagirdlərindən idi. 1879-cu ildə Qori Müəllimlər Seminariyası nəzdində Azərbaycan şöbəsinin açılması məsələsi müzakirəyə çıxarılan zaman A. Çernyayevski bu şöbənin təşkili və yaradılması üçün ən münasib və layiqli şəxs hesab edilir. Həmin ilin yayında Azərbaycanın bütün irili-xırdalı yaşayış məntəqələrini, kənd və şəhərlərini qarış-qarış gəzib, seminariyanın yenicə açılmış Azərbaycan şöbəsində oxumaq üçün şagird toplayan Aleksey Osipoviç cəmi bir neçə gənc ilə geri qayıdır. Sonralar onlardan yalniz üç nəfəri, Teymur bəy Bayraməlibəyov (Lənkəran), Səfərəli bəy Vəlibəyov (Şuşa) və Mirzə Əliməmməd Xəlilov (Naxçıvan) şəhadətnamə alıb xalq müəllimi adına layiq görülürlər. A. Çernyayevski Səfərəli bəy Vəlibəyovu dərs demək üçün seminariyada saxlayır. Mirzə Əliməmməd müəllim işləmişdi. O, 1896-cı ildə vəfat edib. == Fəaliyyəti == Dövrün tərəqqipərvər, açıqfikirli ziyalılarından Məhəmməd ağa Şahtaxtlı (1846–1931), Qurbanəli Şərifov (1854–1917), Məhəmməd Tağı Sidqi (1854–1903), Cəlil Məmmədquluzadə (1869–1932), Eynəli bəy Sultanov (1866–1935), Mirzə Əlməmməd Xəlilov (1862–1896), Mirzə Ələkbər Süleymanov (1862–1921), Mirzə Məmməd Zamanbəyov və başqalarının təşəbbüsü və səyi nəticəsində 1883-cü ildə Naxçıvanda ilk dəfə olaraq "Müsəlman incəsənəti və dram cəmiyyəti" (R.Nəcəfov.
Ağaməhəmməd şah Qovanlı-Qacar