Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Abadə
Abadə- İranın Fars ostanının şəhərlərindən və Abadə şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 52,042 nəfər və 14,184 ailədən ibarət idi.
Abadə Təşk
Abadə Təşk — İranın Fars ostanının Neyriz şəhristanının Abadə Təşk bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,213 nəfər və 1,614 ailədən ibarət idi.
Abadə şəhristanı
Abadə şəhristanı — İranın Fars ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Abadə şəhəridir.
Abidə
Abidə — tarixi əhəmiyyəti olan bir hadisəyə və ya tarixi bir şəxsə xatirə olaraq qoyulan nişangah, heykəl və s. və ya qədim dövrlərə aid mədəniyyət əsəri. İnsanların, hadisələrin, obyektlərin, ədəbiyyat və kinofilm personajların xüsusi əhəmiyyətini göstərmək üçün ucaldılan tikili, qurğu, oxşadılan fiqur. Ölkənin, xalqın, bəşəriyyətin maddi sərvətinin bir hissəsi, bədii və tarixi dəyəri olan tikili; Görkəmli şəxsiyyət və tarixi hadisələrin şərəfinə yaradılan heykəltaraşlıq və memarlıq əsəri. "Abidə" anlayışı "monument" anlayışına yaxındır. Abidənin ən çox yayılmış tipi əslindən böyük olan heykəltaraşlıq fiquru, yaxud kompozisiyasıdır. Abidə postament üzərində və adətən, görkəmli yerdə, yaxud tarixən müəyyən hadisə ilə bağlı yerdə qoyulur. Sənət nümunələri olan qədim qəbirüstü daşlar da xüsusi Abidə tipidir; Məcazi mənada – yadigar, xatirə, diqqətəlayiq iş, əsər. Abidə bir qayda olaraq nəyinsə xatirəsi əhəmiyyətini daşıyır. Daha çox rast gəlinən növləri — heykəl, ctatuya, büst, yazılı divar üstü lövhə, zəfər tağı, sütun, obelisk və s.
ABAD
ABAD — Ailə Biznesinə Asan Dəstək publik hüquqi şəxs Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılıb. == Yaranma tarixi == Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) tabeliyində "ABAD" publik hüquqi şəxs Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə yaradılıb. Qurumun yaradılmasında məqsəd Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verməkdir. "ABAD" pilot layihə olaraq Masallıda 7 ailə təsərrüfatı ilə başladı. Hazırda dəstək proqramina daxil olan ailələrin sayı 553-ü ötüb. Sərəncam əsasında "ABAD"ın yaranmasına 1.000.000 manat tranş alınıb. Layihə publik hüquqi şəxs olduğundan özünümaliyələşdirmə sistemi üzrə fəaliyyət göstərir. Dəstək və yeni mərkəzlərin tikilişi donor və tərəfdaşlar (yerli və beynəlxalq, özəl və dövlət) tərəfindən ayrılan vəsait sayəsində həyata keçirilir (məsələn, nazirliklər, SOCAR, TİKA, PAŞA Holding, GILAN Holding, EU, UNDP, GIZ, AZAL, Azər-Türk Bank və s.). == İstiqamətlər == Hazırda "ABAD" mərkəzləri tərəfindən prioritet olan 2 sahə üzrə fəaliyyət göstərən ailələrə dəstək göstərilir: dekorativ-tətbiqi xalq sənətkarlığı və qida məhsullarının istehsalı sahəsi. ==== Qida ==== "ABAD" ilkin yeyinti məhsullarının, yəni ərzaq xammalı, qida məhsulları və əlavələri (inqrediyentləri), tamlı mallar qrupuna daxil edilmiş məhsulları deyil, məhz insan tərəfindən təbii və ya emal edilmiş halda istifadə olunan məhsullar daxildir.
Badə
Badə — haqq aşıqlarına və dastan qəhrəmanlarına röyada müqəddəslərin əli ilə ərməğan olunan rəmzi məcazi içki. İnanışa görə, üzərində ilahi aləmin nəzəri olan gənc bir adam (yetim bir oğlan, çoban, tacir oğlu, əkinçi və s.) yatıb yuxuya gedir və röyada ağ libaslı dərviş, Xızır və ya Həzrət Əli ona mey dolu badə təklif edir. Gənc adam əvvəlcə badədən imtina edib onun haram buyrulduğunu bildirir. Badə verən onu inandırır ki, bu, haram badələrdən deyildir. Gənc badəni içdikdən sonra badə verən müqəddəs ona haqq aşiqliyi verildiyini söyləyib qeyb olur. Gənc oğlan yuxudan ayılıb özünün başqa bir adama çevrildiyini görür. O, bədahətən söz demək, saz çalmaq, qayibdən xəbər söyləmək istedadı qazanır. Beləcə, haqq aşığına çevrilir və ona verilmiş butanın arxasınca yollanır.
Abadi (qəzet)
Abadi — İndoneziya qəzeti. Cakartada nəşr olunan qəzet 1951–1960-cı və 1968–1974-cü illərdə fəaliyyət göstərmişdir. Qəzet "Masyumi" siyasi partiyasına bağlı idi və qədər Sukarnonun hakimiyyəti dövründə ən böyük qəzetlərdən biri idi. Qəzet 1960-cı ildə qadağan olmuşdur. Sukarnonun süqutundan sonra 1968-ci ildə fəaliyyətini bərpa etmiş, Suhartonun hakimiyyəti dövründə Malari hadisəsindən sonra, 1974-cü ildə ikinci dəfə qadağan edilmişdir.
Abidə Sultan
Abidə Sultan (1618, Konstantinopol – 1648, Konstantinopol) — I Əhmədin qızıdır. Anasının bətnində ikən atası vəfat etmişdir. 1632-ci ildə Sədrəzəm Dabanıyasdı Mehmed Paşa ilə evləndirildi. Bu evlilik paşanın vəfatına qədər davam etdi. Mehmed Paşanın vəfatından 36 il sonra vəfat etdi.
Azadə Hüseynova
Azadə Hüseynova (tam adı: Azadə Cəbrayıl qızı Hüseynova; 2 yanvar 1937 – 1 dekabr 2016) — Azərbaycan alimi, texnika üzrə elmlər doktoru, professor. == Həyatı == Azadə Cəbrayıl qızı Hüseynova 1937-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1959-cu ildə M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun kimya-texnologiya fakultəsini bitirdikdən sonra “SK” zavodunda (Sumqayıt şəhərində) işləmiş, 1960-cı ildə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin aspiraturasına daxil olmuş, 1963-cü ildə dissertasiya işini müdafiə etmiş və kimya elmlər namizədi elmi dərəcəsini almışdır. 1963-cü ildən AMEA-nın Y.H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitututunda kiçik elmi işçi, böyük elmi işçi və 1982-2016-cı illərdə “Avtomobil benzinləri” laboratoriyasının müdiri vəzifəsində çalışmışdır. 1980-cı ildə “Xırda dispersli katalizator iştirakında katalitik krekinq prosesindən istifadə etməkə yükəkoktanlı etilləşməmiş avtomobil benzinlərinin alınma texnolgiyasının işlənib hazırlanması” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və texnika elmlər doktoru elmi dərəcəsini almışdır. 1990-cı ildə “Qaz və yanacağın kimyəvi texnologiyası” ixtisası üzrə professor adına layiq görülmüşdür. A.C. Hüseynova 2016-cı il dekabr ayının 1-də vəfat etmişdir. == Elmi fəaliyyəti == A.C. Hüseynovanin elmi fəaliyyəti neftkimyası və neft emalı sahəsində yeni tullantısız texnoloji proseslərin elmi əsaslarının işlənib hazırlanmasına və yüksəkoktanlı etilləşməmiş Aİ-93 benzininin alınmasının yüksəkeffektli texnologiyasının yaradılmasına, həmçinin avtomobil benzinlərinə yüksəkoktanlı əlavələrin alınmasına, ağır neft xammallarının emalı üçün yeni texnoloji sistemlərin və katalizatorların yaradılmasına yönəlmişdir. A.C. Hüseynova az və yüksək kükürdlü vakuum distillatlarının əsasında birbaşa katalitik krekinq prosesinin özündə etilləşməmiş Aİ-93 benzininin alınmasına verilmiş patentin müəlliflərindən biridir. O, əsas rejim parametrlərini və xammalın karbohidrogen tərkibini dəyişmək yolu ilə etilləşməmiş Aİ-93 benzininin alınmasını proqnozlaşdırmağa imkan verən bu prosesin elmi əsaslarını işləyib hazırlamışdır.
Azadə Musabəyli
Azadə Şahbaz qızı Musabəyli — Azərbaycan Milli Elmlər Akademiyasının M.Füzuli adına Əlyazmalar İnstitutu, Türkdilli yazmaların tədqiqi şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi. == Elmi fəaliyyəti == Azadə Şahbaz qızı Musabəyli 1968-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsini bitirmiş, 1974-cü ildən Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutunun Türkdilli əlyazmaların tədqiqi şöbəsində çalışır. 1978-82-ci illərdə aspiranturada təhsilini davam etdirmiş, 1982-ci ildə Şərq xalqları ədəbiyyatı ixtisas indeksi ilə filologiya elmləri namizədi elmi dərəcəsi almışdır. 1987-89-cu illərdə Sankt-Peterburq Əlyazmalar bölməsində doktoranturada olmuş, 1994-cü ildə Azərbaycan ədəbiyyatı və Türk xalqları ədəbiyyatı ixtisas indeksləri ilə dissertasiya müdafiə edərək, filologiya elmləri doktoru alimlik dərəcəsi almışdır. 1999-cu ildən Türkdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri olan A.Musabəyli 2000-ci ildə "Mətnşünaslıq" ixtisası üzrə dosentlik, 2011-ci ildə "Türk xalqları ədəbiyyatı" ixtisası üzrə professor elmi adlarına layiq görülmüşdür. İxtisasca türkoloq-mətnşünas olan A. Musabəyli orta əsrlər Azərbaycan-Türkiyə yazılı abiələrinin paleoqrafik-tekstoloji tədqiqi üzrə səriştəli və yüksək ixtisaslı mütəxəssis sayılır. Onun ilkin olaraq üzə çıxararaq, tədqiqata cəlb etdiyi Xəlilinin "Firqətnamə"si (1475), Füzulidən sonra Bağdadın yetirdiyi ən böyük türk şairi Ruhi Bağdadinin (-1606) Divanı, Seyyid Yəhya Bakuvinin tələbəsi Dədə Ömər Rövşəninin (-1487) "Külliyyat"ı, Şeyx İbrahim Gülşəni Bərdəinin (1427-1534) türk və ərəb divanları kimi əlyazma abidələrinin hər biri ədəbiyyat tariximiz baxımından mühüm hadisə sayıla bilər. Təsəvvüfi poeziya, Türkiyədə və Bağdadda yaranan Azərbaycan ədəbiyyatı, Azərbaycandakı Türkiyə əlyazmaları və sairənin ilkin yazılı qaynaqlar əsasında tədqiqi, xarici ölkələrdəki Azərbaycanla bağlı əlyazmalar haqqında bilgilərin üzə çıxarılaraq sistemli şəkildə təqdim edilməsi A.Musabəyli yaradıcılığının elmi istiqamətlərindəndir. A.Musabəyli Azərbaycandakı Türkiyə ilə bağlı əlyazmaların üzə çıxarılması, sistemləşdirilməsi, elmi-paleoqrafik təsviri, kataloqlaşdırılması, tekstoloji-filoloji tədqiqi kimi yeni bir elmi istiqamət üzərində çalışmaqdadır. Onun bütün bu araşdırmaları Azərbaycan-Türkiyə ədəbi əlaqələri və türk xalqları ədəbiyyatı kontektsində aparması təqdirəlayiqdir.
Bayterek (abidə)
Bayterek (qaz. Baiterek) — Qazaxıstanın paytaxtı Astanada yerləşən abidə. Şəhərin ən əhəmiyyətli və tanınan simvoludur. == Quruluşu == Layihənin ideya müəllifi Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev olmuşdur. Məhz onun təşəbbüsü ilə memar Ağmurza Rüstəmbəyov layihənin icrasına başlamışdır.. Tikinti zamanı torpaq işlərinin həcmi 8600 m³, beton - 2900 m³, metal konstruksiyalar - 1 kiloton, günbəz şüşəsi - 1555 m² təşkil etmişdir. Layihəni bitirmək, mühəndislik və xüsusi işlər üçün 23 subpodratçı cəlb edilmişdir. Metal işlərinin və şüşələrin təxmini dəyəri təxminən 6 milyon dollardır. Obyekt 2003-cü ildə Dövlət Komissiyasının aktı ilə istismara verilib. Abidənin hündürlüyü 105 metr, ağırlığı isə 1000 tondur.
Koroğlu (abidə)
Naxçıvan şəhərində Koroğlu abidəsi - Naxçıvan Muxtar Respublikasının paytaxtı Naxçıvan şəhərinin cənub girişində xalq qəhrəmanının şərəfinə qoyulmuş abidə. Naxçıvan şəhərində Naxçıvançayın sahilində Əziz Əliyev küçəsində Koroğlu meydanında ucaldılmışdır. Xalq qəhrəmanı Koroğlunun at üstündə heykəlinin müəllifi heykəltaraş Azərbaycan Respublikasının xalq rəssamı, əməkdar incəsənət xadimi Hüseynqulu Əliyevdir. 1988-ci ildə ucaldılmış bu abidəyə 2008-ci ildə yeni tərtibat verilmişdir.
Newborn (abidə)
NEWBORN — Müstəqilliyi qismən tanınmış Kosovonun paytaxtı Priştinada qoyulan abidə. Abidə Gənclər və İdman Sarayının qarşı tərəfində qoyulmuşdur. 17 fevral 2008-ci ildə, Kosovonun müstəqillik gününüdə açılmışdır. Abidə ingiliscə "Newborn" yazısından ibarətdir. Hansı ki, bu yazı çap hərfləri formasındadır. İlk əvvəllər parlaq sarı rəngə boyanan bloklar şəklində idi. Sonradan isə Kosovonun müstəqilliyini tanıyan dövlətlərin bayraqları ilə bəzədilmişdir. Abidənin səthi hər il 17 fevral ərəfəsində yenilənir. "NEWBORN" Kosovo müstəqilliyindən sonra, bir çox kütləvi informasiya vastələrini xüsusilə The New York Times qəzetinin ön səhifəsində göründü. Abidə Fisnik İsmaili və «Ogilvy Kosova» agentliyi tərəfindən hazırlanmışdır.
Vikipediyaya abidə
Vikipediyaya abidə (pol. Pomnik Wikipedii) — Polşanın Slubitse şəhərində yerləşən və dünyada vikipediyaya həsr edilmiş ilk abidə. Açılışı 22 oktyabr 2014-cü il tarixində olmuşdur.
Abidə insan
Abidə insan sənədli televiziya filmi rejissor Vaqif Ağayev tərəfindən çəkilmişdir. Film Azərbaycantelefilmdə istehsal edilmişdir. Film türk alim, professor, Türkiyə Cümhuriyyəti Ali Məktəb Rektorları Şurasının ilk sədri, dünya şöhrətli pediatr İhsan Doğramacıya həsr edilmişdir. == Məzmun == Film türk alim, professor, Türkiyə Cümhuriyyəti Ali Məktəb Rektorları Şurasının ilk sədri, dünya şöhrətli pediatr İhsan Doğramacıya həsr edilmişdir.
ABAD (qurum)
ABAD — Ailə Biznesinə Asan Dəstək publik hüquqi şəxs Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılıb. == Yaranma tarixi == Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) tabeliyində "ABAD" publik hüquqi şəxs Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə yaradılıb. Qurumun yaradılmasında məqsəd Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verməkdir. "ABAD" pilot layihə olaraq Masallıda 7 ailə təsərrüfatı ilə başladı. Hazırda dəstək proqramina daxil olan ailələrin sayı 553-ü ötüb. Sərəncam əsasında "ABAD"ın yaranmasına 1.000.000 manat tranş alınıb. Layihə publik hüquqi şəxs olduğundan özünümaliyələşdirmə sistemi üzrə fəaliyyət göstərir. Dəstək və yeni mərkəzlərin tikilişi donor və tərəfdaşlar (yerli və beynəlxalq, özəl və dövlət) tərəfindən ayrılan vəsait sayəsində həyata keçirilir (məsələn, nazirliklər, SOCAR, TİKA, PAŞA Holding, GILAN Holding, EU, UNDP, GIZ, AZAL, Azər-Türk Bank və s.). == İstiqamətlər == Hazırda "ABAD" mərkəzləri tərəfindən prioritet olan 2 sahə üzrə fəaliyyət göstərən ailələrə dəstək göstərilir: dekorativ-tətbiqi xalq sənətkarlığı və qida məhsullarının istehsalı sahəsi. ==== Qida ==== "ABAD" ilkin yeyinti məhsullarının, yəni ərzaq xammalı, qida məhsulları və əlavələri (inqrediyentləri), tamlı mallar qrupuna daxil edilmiş məhsulları deyil, məhz insan tərəfindən təbii və ya emal edilmiş halda istifadə olunan məhsullar daxildir.
Abad (Ağdaş)
Abad — Azərbaycan Respublikasının Ağdaş rayonunun Abad kənd inzibati ərazi dairəsində kənd. Əhalisinin sayı 1765 nəfərdir (2008). == Etimologiyası == 1809-cu ildə Avat, 1917-ci ildə Avad şəklində qeydə alınmışdır. Yerli sakinlərin dilində Avat kimi tələffüz olunur və "təmiz və bol məhsul verən yer" mənasında izah edilir. Mənbələrin verdiyi məlumata görə, avat qırğız tayfalarından birinin adıdır. Tümen vilayətində Abat, Gürcüstanda Abatxevi, Qazaxıstanda Avat, Qafqazda Avat dağ və kənd adları Abad (Ağdaş) oykoniminin avat etnonimi ilə bağlı olduğunu söyləməyə əsas verir. Türklərin Qərb yürüşlərində iştirak edən avatların XI–XIII əsrlərdə Səlcuq oğuzlarının tərkibində Azərbaycana gəlmələri ehtimal olunur. == Tarixi == Kəndin əsası 1809-cu ildə qoyulub. 1913-cü ildə Yelizavetpol quberniyasının inzibati-ərazi bölgüsünə əsasən kənd Ərəş qəzasının Avad kənd cəmiyyətinə tabe idi. 1926-cı ildə Azərbaycan SSR-in inzibati-ərazi bölgüsünə əsasən kənd Göyçay qəzasının Ləki dairəsinə aid edilirdi.
Abad bələdiyyəsi
Ağdaş bələdiyyələri — Ağdaş rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Rəhim abad
Rəhimabad (Urmiya) — Rəhimabad (İran) — İranın Gilan ostanında yerləşən şəhər. Rəhimabad (Zəngibasar) — Zəngibasar mahalında kənd.
Tell Abad
Abada - İraqın Diyala çayı hövzəsində yerləşən arxeoloji abidə. Yaşayış yenində arxeoloji qazıntılar 1977-1978-ci illərdə Sabah Abboud Jasimin rəhbərliyi ilə aparılmışdır. Orada Übeyd mədəniyyətinə aid dulusçuluq aşkar edilmişdir (III səviyyə), bir hissəsi Samərra, Çoqa Mami və Xassuna mədəniyyətindən götürülmüşdür. Burada 14-16 otaqdan ibarət böyük evlər də tapıldı. Daha sonra Hacı Məhəmməd tipli keramika, habelə böyük evlər, o cümlədən ictimai bina olma ehtimalı olan bir ev 2-ci səviyyədən aşkar edilmişdir. Bu təbəqələrdən çox miqdarda çaxmaqdaşı , gil heykəlciklər, sümük və daş əşyalar, uşaq qəbirləri və s. aşkarlandı. Qalinj Ağa D tipli keramika parçaları və Dalma təpə tipli barmaq basqılı keramika nümunələri, Übeyd IV tipli keramikanın tək örnəkləridir. Sabah Abboud Jasim, « Excavation of Tell Abada, Iraq », Paléorient, 7/2, 1981, p. 101-104.
Pasita Abad
Pasita Abad (Pasita Abad; 5 oktyabr 1946, Batanes[d] – 7 dekabr 2004, Batan adası) — Amerika-Filippinli rəssam. O, Filippinin şimal hissəsində, Luson və Çin Respublikası arasında kiçik bir adada, Baskoda anadan olub. Onun 30 illik sənət karyerası təhsilini təkmilləşdirmək üçün ABŞ-yə səfəri zamanı başlayıb. Onun əsərləri 200-dən çox muzey, qalereya və digər məkanlarda, o cümlədən dünyanın 75 fərdi sərgisində nümayiş etdirilib. Rəssamın əsərlərini indi 70-dən çox ölkədə ictimai, korporativ və şəxsi kolleksiyalarda görmək olar. 1967-ci ildə Abad Filippin Universitetində siyasi elmlər üzrə bakalavr dərəcəsi alıb. 1970-ci ildə o, hüquq təhsili almaq niyyəti ilə ABŞ-yə gəldi, lakin əvəzində 1972-ci ildə San Fransiskodakı Lone Mountain Universitetində Asiya Tarixi üzrə bakalavr və magistr (MA) dərəcələrini aldı. Rəssam Koliforniyada beynəlxalq inkişaf iqtisadiyyatı üzrə magistr dərəcəsi almış Stanford tələbəsi Cek Qarriti ilə ailə həyatı qurur. Abad Vaşinqtonda Corcoran İncəsənət Məktəbində və Nyu Yorkda İncəsənət Tələbələri Liqasında rəssamlıq təhsili alıb. Yaradıcılıq karyerası boyunca Pasita bir çox mükafatlar alıb, lakin birincisi — TOYM sənətinə görə (1984) həyatında ən vacib mükafat olub..
Eviniz abad
Eviniz abad ― 2018-ci ildə çəkilmiş Azərbaycan filmidir. Film Azərbaycan və Gürcüstanda çəkilib. == Məzmun == Film müharibədə torpaqlarını, əzizlərini, evini itirmiş iki gəncin — azərbaycanlı Qafar və gürcü qızı Leylanın sevgi hekayəsindən bəhs edir. Qafarı səhvən köşklə birgə Gürcüstana aparırlar. Köşkünü geri almaq istəyəndə onun kimi evsiz gürcü qızı Leyla ilə rastlaşır. Film müharibələrdə evlərini itirmiş bütün insanlara həsr olunub. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Akif Rüstəmov Quruluşçu rejissor: Mirsadıq Ağazadə Ssenari müəllifləri: İmir Məmmədli, Mirsadıq Ağazadə Prodüser: Müşfiq Hətəmov İcraçı prodüser: Ülvi Qasımov Quruluşçu operatorlar: Elxan Rüstəmov, Ruslan Ağazadə Bəstəkar: Rauf Əliyev Rəssam: Əziz Məmmədov === Rollarda === Sənan Əlləz, Nino İaşvili, Zaza Qoquadze, Kamran Şahmərdan, Paata Quliaşvili, Qorxmaz Əlicanzadə, Zanda İoseliani, Nofəl Quliyev, Sofiya Qorelaşvili, Oleq Əmirbəyov və başqaları.
Badə İşçil
Badə İşçil (8 avqust 1983, İstanbul) — Türkiyə aktrisası. == Həyatı == Badə İşçil 1983-cü ildə avqust ayının 8-i İstanbulda dünyaya gəlib. Yeditəpə Universiteti Moda Dizayn Fakültəsinin məzunu olub. 2007-ci ildə Badə İşçil Cine5 kanalında nəşr olunan Metropol Cafe adlı komediya serialına ilk dəfə rol alıb. Amma onu əslində daha da məşhur edən rolu isə 2009 və 2011-ci illər arasında "Ezel" adlı televiziya serialında Şəbnəm Sertuna obrazıdır. "Ezel"in ardından hələ də davam etməkdə olan "Kuzey Güney" adlı televiziya serialında Banu Sinaner xarakterini canlandırmaqdadır. Badə İşçilin ən böyük şikayəti xarici görünüşündən ötrü insanların fərqli baxması, yanılmasıdır. Bir reportajında ​​da vəziyyəti belə şərh edir: "Saçımın rəngi və türk standartlarına görə fərqli bir tipin meydana gəlməsi "sarı saçına, mavi gözünə güvənir" kimi təəssürat yaradır." Məni tanımayanlar özündən razı və ərköyün zənn edir. Halbuki çox cana yaxın və səmimi biri olduğumu düşünürəm. Dünya malı yalan gəlir mənə.
Bəngü-Badə
"Bəngü-Badə" (azərb. بنگ و باده‎) və ya "Tiryək və Şərab" və ya "Bəngü-Badə münəzərəsi" ("Şərab ilə həşişin mübahisəsi") — Füzulinin Azərbaycan dilində yazdığı allegorik və satirik əsəridir. == Yazılma tarixi == Səfəvilər dövlətinin hökmdarı Şah İsmayıl Xətai Bağdadı ələ keçirdikdən sonra və 1508-ci ildə Kərbəla və Nəcəf (Füzulinin ehtimal olunan doğum yerləri) şəhərlərini ziyarət etdikdən sonra, gənc şair Füzuli Azərbaycan türkçəsində yazdığı özünün ilk poeması "Həşiş və şərab"ı İsmayılın hakimiyyətinə həsr etdi. İtalyan şərqsünas Alessio Bombaci və bəzi digər tədqiqatçılar güman edirlər ki, Füzuli bu poemanı Şah İsmayıla həsr edib, bundan başqa həmçinin şair əsərin ön sözündə şahı çoxlu tərifləyir. Bəzi tədqiqatçılar hesab edirdilər ki, 1508-ci il elə poemanın yazıldığı ildir. Lakin əsərdə qeyd olunur ki, Şah İsmayılın əmri ilə 1510-cu ildə Mərv döyüşündə məğlub olan özbək xanı Məhəmməd Şeybani öldürülür və onun kəlləsindən qızıl inkrustasiyalarla bəzədilərək, şərab badəsi düzəldilir; bu məlumat bizə "Bəngü Badə"- nin 1510 və 1524 illəri arasında yazıldığını deyir. Mir Həmzə Nigari çayın keyfiyyətləri haqqında "Çaynamə" əsərini yazmışdır. Əsər Məhəmməd Füzulinin "Bəngü-Badə" əsərinə uyğun modelləşdirilmişdir. == Məzmunu == Əsərin əsas qəhrəmanları Bəngü (həşiş) və Badədi (şərab kuboku), onlar Füzulinin tənqidinin əsas hədəflərini özlərində təcəssüm etdirilər, yəni bütün dünya üzərində hökmranlığını əldə etmək istəyən lovğa və təkəbbürlü feodal obrazlarını. Həm Bəngü, həm də Badə bütün dünyanı şəxsən özlərinə tabe etmək istəyirlər.
Bəngü Badə
"Bəngü-Badə" (azərb. بنگ و باده‎) və ya "Tiryək və Şərab" və ya "Bəngü-Badə münəzərəsi" ("Şərab ilə həşişin mübahisəsi") — Füzulinin Azərbaycan dilində yazdığı allegorik və satirik əsəridir. == Yazılma tarixi == Səfəvilər dövlətinin hökmdarı Şah İsmayıl Xətai Bağdadı ələ keçirdikdən sonra və 1508-ci ildə Kərbəla və Nəcəf (Füzulinin ehtimal olunan doğum yerləri) şəhərlərini ziyarət etdikdən sonra, gənc şair Füzuli Azərbaycan türkçəsində yazdığı özünün ilk poeması "Həşiş və şərab"ı İsmayılın hakimiyyətinə həsr etdi. İtalyan şərqsünas Alessio Bombaci və bəzi digər tədqiqatçılar güman edirlər ki, Füzuli bu poemanı Şah İsmayıla həsr edib, bundan başqa həmçinin şair əsərin ön sözündə şahı çoxlu tərifləyir. Bəzi tədqiqatçılar hesab edirdilər ki, 1508-ci il elə poemanın yazıldığı ildir. Lakin əsərdə qeyd olunur ki, Şah İsmayılın əmri ilə 1510-cu ildə Mərv döyüşündə məğlub olan özbək xanı Məhəmməd Şeybani öldürülür və onun kəlləsindən qızıl inkrustasiyalarla bəzədilərək, şərab badəsi düzəldilir; bu məlumat bizə "Bəngü Badə"- nin 1510 və 1524 illəri arasında yazıldığını deyir. Mir Həmzə Nigari çayın keyfiyyətləri haqqında "Çaynamə" əsərini yazmışdır. Əsər Məhəmməd Füzulinin "Bəngü-Badə" əsərinə uyğun modelləşdirilmişdir. == Məzmunu == Əsərin əsas qəhrəmanları Bəngü (həşiş) və Badədi (şərab kuboku), onlar Füzulinin tənqidinin əsas hədəflərini özlərində təcəssüm etdirilər, yəni bütün dünya üzərində hökmranlığını əldə etmək istəyən lovğa və təkəbbürlü feodal obrazlarını. Həm Bəngü, həm də Badə bütün dünyanı şəxsən özlərinə tabe etmək istəyirlər.
Aqade
Akkad və ya Aqade (akkad. 𒀀𒂵𒉈𒆠, A-ga-de3ki; şum. 𒌵𒆠, URIKI) — Cənubi Mesopotamiyanın şimalında, Sippar (indiki Abu Habba) yaxınlığında qədim şəhər. Babilistanın sami əhalisinin yaşadığı şəhərlərdən biri olmuşdur. Akkadın yeri hələlik dəqiq məlum deyil. E.ə. 2,300-cü ildə Sarqonun yaratdığı Akkad dövlətinin paytaxtı olmuşdur. E.ə. təqribən 2,200-cü ildə Akkadı yarımköçəri quti tayfaları dağıtmış, o vaxtdan Babil şəhəri Cənubi Mesopotamiyanın əsas mərkəzi olmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == Foster, Benjamin R., Akkad (Agade) // Bagnall, Roger S. (redaktor), The Encyclopedia of Ancient History, Chicago: Blackwell, 2013, 266–267, doi:10.1002/9781444338386.wbeah01005, ISBN 9781444338386 Meador, Betty De Shong, Inanna, Lady of the Largest Heart.
Abide Pərvin
Abide Pərvin (20 fevral 1954, Larkan, Sind əyaləti) - Pakistanlı sufi müsəlman, bəstəkar və musiqiçi. O həm də rəssam və pedaqoqdur. Abide Pərvin Pakistanın ən çox qazanan müğənnilərindən biridir. İfası və musiqisi ona xeyli sayda mükafatlar qazandırmış və o, "Sufi musiqisinin şahzadə"si adlandırılmışdır. Abide Pərvin Larkanda sindli-sufi ailəsində anadan olmuşdur. O atası Ustad Qulam Heydərdən ilk təhsilini almışdır (bu şəxsi bəstəkar Qulam Heydərlə səhv salmayın). O çoxsimli musiqi aləti olan Sitarda, Orqan kimi səslənən klavişli (dilli) nəfəslə çalınan musiqi alətində ifa etməyi bacarırdı. Pərvin ifa etməyə 1970-ci ildə başlamış və dünyada 1990-cı ildə tanınmışdır. 1993-cü ildə Pərvin bütün dünya üzrə qastrol səfərinə çıxmış və Kaliforniyada Buena Parkda ilk beynəlxalq konsertini vermişdir. O bir neçə dəfə kilsələrdə çıxış etmişdir.
Alessandro Abate
Alessandro Abate (25 noyabr 1867, Kataniya, Siciliya – 29 mart 1953, Kataniya, Siciliya) — İtaliyadan olan rəssam, dekorator və bütün İtaliya kilsələrində olan çoxsaylı freskaların müəllifi. == Haqqında == Alessandro Abate 25 noyabr 1867-ci ildə Kataniyada anadan olub. İlk bədii təhsilini Siciliyada rəssam Antonino Qandolfo və qravüraçı Françesko di Bartolodan almışdır. 1893-cü ildə müəllimi Françesko di Bartolonun verdiyi maliyyə dəstəyi sayəsində təhsilini Neapolda rəssam Vinçenzo Marinelli ilə davam etdirib. Təhsilini Romada, Tətbiqi Sənətlər Akademiyasında başa vurub. Alessandro Abate məşhur akvarel, mənzərə və portret rəssamı idi. 1902-ci ildə Alessandro Abate Romada İncəsənət və Sənaye Muzeyinin təşkil etdiyi müsabiqədə qalib gəlib. Rəssamın karyerası 1890-cı ildə Kataniyada Bellini Sərgisi, 1895-ci ildə Roma Dövlət Sərgisi, 1902-ci ildə Turində keçirilən Müasir Dekorativ Sənət Sərgisi və Siciliya Kənd Təsərrüfatı Nailiyyətlərinin Sərgisi kimi yerli və milli səviyyəli sərgilərdə iştirak etməsi ona böyük uğur qazandırıb. 1897-ci ildə Raffaello Ogettinin rəhbərliyi altında İncəsənət və Sənaye Muzeyində Roma İncəsənət Məktəbindən qızıl medal və yüz lirə qazanmışdır. Tez bir zamanda Siciliyanın aparıcı Modern rəssamı kimi tanındı.