Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xınalıq
Xınalıq və ya yerli dildə: Kətiş — Azərbaycan Respublikasının Quba rayonunun eyni adlı inzibati ərazi vahidində kənd və həmin ərazi vahidinin mərkəzi. Qafqaz Albaniyasının qədim tayfalarından, Şahdağ xalqlarının nümayəndələrindən biri olan xınalıqlıların tarixi və mərkəzi məskəni. Quba xanlığı dövründə Xınalıq mahalının, SSRİ dövründə Xınalıq kənd sovetliyinin, hazırda Xınalıq bələdiyyəsinin mərkəzi (1999-cu ildən). Dünyanın ən yüksək yaşayış məntəqələrindən biri (dəniz səviyyəsindən 2180 metr yüksəklikdə. 5000 illik tarixə malik olan Xınalıq fenomeni təkcə Azərbaycan tarixində deyil, həm də bəşər tarixində ən zəngin etnoqrafik dəyərlərdən biri, əfsanəvi yaşayış məntəqəsidir. 2023-cü ildə xınalıqlıların mədəni mühiti və köç yolu UNESCO Dünya irsi olaraq qeydiyyata alınmışdır. == Ümumi məlumat == Böyük Qafqaz dağları silsiləsinin Şahdağının yaxınlığında dağlar ilə əhatə olunmuş bir ərazidə, Baş Qafqaz və Yan silsilələri arasındakı çökəklikdə olan Xınalıq kəndi, Quba şəhərindən 57 km cənub-qərbdə, Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərindən isə 225 km məsafədə, 41°10′41″ şimal enində və 48°07′36″ şərq uzunluğunda yerləşir. 8 avqust 1930-cu ildən Qonaqkənd rayonunun tərkibində olmuş Xınalıq kəndi 4 dekabr 1959-cu ildən Quba rayonunun ərazisinə keçirilmişdir. İnzibati-ərazi bölgüsünə görə SSRİ dövründə Qalayxudat kəndi ilə birlikdə Xınalıq kənd sovetliyinin tərkibində olan Xınalıq kəndi həmin kənd sovetliyinin mərkəzi olmuşdur.Hazırda kənd Xınalıq bələdiyyəsinin ərazisindədir. 1999-cu ildə yaradılmış Xınalıq bələdiyyəsinin tərkibinə Xınalıq kəndindən başqa Qalayxudat kəndi də daxildir.
Adnalı
Adnalı (Şamaxı) — Azərbaycanın Şamaxı rayonunda kənd. Adnalı (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd.
Xınalıq və Xınalıq yolu
Xınalıq və Xınalıq yolu — 2006-cı ildə isə "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin çəkdiyi sənədli film. == Məzmunu == Filmdə Xınalıq kəndinin tarixi barədə məlumat verilir. İki minə yaxın sakini olan bu kəndin öz dili — Xınalıq dili var.
Aydınlıq (qəzet)
Aydınlıq qəzeti - Respublika “Qayğı” cəmiyyətinin qəzeti == Haqqında == ”Aydınlıq” qəzeti 1990-cı ildə açılan “Aydınlıq” müstəqil mediamızın ilk qaranquşlarındandır. Baş redaktor tanınmış jurnalust Babək Hüseynoğlu idi. İstedadlı qələm sahibləri Məmməd Nazimoğlu, Mahal İsmayıloğlu da “Aydınlıq”ın qurucularından idi. “Aydınlıq” mətbuata yeni forma və məzmun gətirən qəzetlərdən oldu. İlk məhkəməyə verilən müstəqil qəzet də “Aydınlıq” olub.Qəzet 4 avqust 1990-cı ildən çıxır. Təsisçi Respublika “Qayğı” cəmiyyətidir. Baş redaktorun müavini Məmməd Nazimoğlu olmuşdur. == Əlaqə == tel: Ünvan: Bakı, Bülbül küç. 20 == Mənbə == “Aydınlıq” qəzeti, №13(142). 19 mart 1993-cü il.
Xınalıq (dəqiqləşdirmə)
Xınalıq — Azərbaycanın Quba rayonunda kənd. Xınalıq dili — Xınalıqlılar danışdığı dil. Xınalıqlılar — Azərbaycanın milli etnik nümayəndələri. Xınalıq — Azərbaycanın Quba rayonunda dağ. Xınalıq — qəzet.
Xınalıq bələdiyyəsi
Quba bələdiyyələri — Quba rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Xınalıq dağı
Xınalıq dağı — Azərbaycan Respublikasının Quba rayonunda, Baş Qafqaz silsiləsində dağ. Baş Qafqaz silsiləsindən şimal istiqamətində ayrılan qolun zirvəsidir. Qudyal çayı və onun sağ qolu Ağçayın mənbə hissəsi buradadır. Hündürlüyü 3730 metrdir. Yura dövrünün gilli şistləri və qumdaşılarından təşkil olunmuşdur. == Adlanması == Dağ adını ərazidəki eyniadlı yaşayış məntəqəsindən - Xınalıq kəndindən almışdır.
Xınalıq dili
Xınalıq dili (xın. kətşi mi) — Xınalıqlıların danışdığı dil. Rəvayətlərə görə xınalıqlılar Nuh peyğəmbərin danışdığı dildə danışırlar. Xınalıqlılar özləri də bunu inkar etmir. == Tarixi == Əslində Xınalıq dili haqqında olan dastan və ya miflər bizə heç də yanlış informasiya vermir. Bir neçə alim-dilşünas Xınalıq dilinin tədqiqi ilə məşğul olmuşdur. Xınalıq dili haqqında bir neçə elmi kitab nəşr olunub. Xınalıq dilinin hansı dil qrupuna aid edilməsi barəsində illər boyu mübahisələr gedib. Xınalıq dilinin ən təqdirəlayiq tədqiqatçısı Yunus Deşeriyev sayılır. O 1950-54 illərinin yay aylarında Xınalıqda böyük tədqiqatlar keçirib və 1959-cu ildə "Xınalıq dilinin qrammatikası" kitabını dərc edib.
Xınalıq kurqanları
Xınalıq kurqanları — Xınalıq Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun Xınalıq kəndinə aid ərazisində aşkarlanmış kurqanlar. == Tarixi == Xınalıq kurqanları 2011-ci ilin iyul ayında Xınalıq Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun Xınalıq kəndinə aid ərazisində aşkarlanmışdır. Burada aşkarlanan iri kurqanların sayı 5 ədəddir. Bu iri kurqanların e.ə. III-II minilliklərə aid olması ehtimal edilir. Bu məqsədlə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və etnoqrafiya institutunun əməkdaşı Qəhrəman Ağayev və institutun digər əməkdaşları Xınalıq kəndinə ezam olunub və əraziyə baxış keçiriblər. "Kurqanların qədim Tunc dövrünə, e.ə. III-II minilliklərə aid olması ehtimal edilir. Kurqanlardan birini sel suları yuduğundan onun üst hissəsi dağılıb" deyə Qəhrəman Ağayev bildirmişdir. Onun sözlərinə görə, kurqanların tədqiqindən sonra Xınalıq kəndilə bağlı bəzi mübahisəli məsələlərə aydınlıq gətirilə bilər.
Xınalıq kəndi
Xınalıq və ya yerli dildə: Kətiş — Azərbaycan Respublikasının Quba rayonunun eyni adlı inzibati ərazi vahidində kənd və həmin ərazi vahidinin mərkəzi. Qafqaz Albaniyasının qədim tayfalarından, Şahdağ xalqlarının nümayəndələrindən biri olan xınalıqlıların tarixi və mərkəzi məskəni. Quba xanlığı dövründə Xınalıq mahalının, SSRİ dövründə Xınalıq kənd sovetliyinin, hazırda Xınalıq bələdiyyəsinin mərkəzi (1999-cu ildən). Dünyanın ən yüksək yaşayış məntəqələrindən biri (dəniz səviyyəsindən 2180 metr yüksəklikdə. 5000 illik tarixə malik olan Xınalıq fenomeni təkcə Azərbaycan tarixində deyil, həm də bəşər tarixində ən zəngin etnoqrafik dəyərlərdən biri, əfsanəvi yaşayış məntəqəsidir. 2023-cü ildə xınalıqlıların mədəni mühiti və köç yolu UNESCO Dünya irsi olaraq qeydiyyata alınmışdır. == Ümumi məlumat == Böyük Qafqaz dağları silsiləsinin Şahdağının yaxınlığında dağlar ilə əhatə olunmuş bir ərazidə, Baş Qafqaz və Yan silsilələri arasındakı çökəklikdə olan Xınalıq kəndi, Quba şəhərindən 57 km cənub-qərbdə, Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərindən isə 225 km məsafədə, 41°10′41″ şimal enində və 48°07′36″ şərq uzunluğunda yerləşir. 8 avqust 1930-cu ildən Qonaqkənd rayonunun tərkibində olmuş Xınalıq kəndi 4 dekabr 1959-cu ildən Quba rayonunun ərazisinə keçirilmişdir. İnzibati-ərazi bölgüsünə görə SSRİ dövründə Qalayxudat kəndi ilə birlikdə Xınalıq kənd sovetliyinin tərkibində olan Xınalıq kəndi həmin kənd sovetliyinin mərkəzi olmuşdur.Hazırda kənd Xınalıq bələdiyyəsinin ərazisindədir. 1999-cu ildə yaradılmış Xınalıq bələdiyyəsinin tərkibinə Xınalıq kəndindən başqa Qalayxudat kəndi də daxildir.
Xınalıq mahalı
Xınalıq mahalı — Quba xanlığında mahal. Quba xanlığı dövrünə aid XVIII yüzilliyin sənədlərində göstərilir ki, Xınalıq mahalının mərkəzi Xınalıq kəndi olmuşdur. Həmin dövrdə xanlıq 10 mahala bölünmüşdü və həmin mahallardan da biri Xınalıq mahalı idi. Tarixi ədəbiyyatda olan bir məlumata görə Xınalıq mahalının kənd icmaları nəinki xəzinəyə vergi və mükəlləfiyyətlərdən azad idilər, hətta xandan bəxşişlər alırdılar. F.F.Simonoviçin yazdığına görə isə, Quba malikanəsi 8 mahala bölünmüşdü. Buduq və Xınalıq həmin mahallardan idilər və hər biri 9 kəndi birləşdirirdi. İki mahalın ərazisi birlikdə, coğrafi mövqeyinə görə "Dağıstan" adlanırdı. Həmin mahallar Qonaqkənd, Yerfi, Cimi, Xaltan, Utuq, Dərk, Söhüb, Buduq, Zeyid, Cek, Qrız və Xınalıq kəndlərini birləşdirirdi. Bu kəndlərdə 950-yə qədər təsərrüfat mövcud idi. P.Q.Butkov da Buduq və Xınalıq mahallarını birlikdə "Quba Dağıstanı" adlandırır və bildirir ki, Buduq mahalı 13 kəndi əhatə edir və həmin kəndlərdə 387 təsərrüfat vardır.
Xınalıq pendiri
Xınalıq pendiri — Xınalıqlıların Xınalıqda istehsal etdiyi pendir növü; Azərbaycanda ən məşhur pendirlərdən biri.Xınalıq pendirinin kütləvi istehsalı Xınalıq kəndində yaradılan süd emalı sexində həyata keçirilir.
Xınalıq ədəbiyyatı
== Xınalıqlı ədəbiyyatçılar ==
Xınalıq əlifbası
Xınalıq əlifbası — Xınalıqlı şair-müəllim Rəhim Alxas tərəfindən Xınalıq dili üçün tərtib olunmuş əlifba. == Xınalıq əlifbası == === Xınalıq Kiril Əlifbası === 2013-cü ilə qədər Xınalıq dilində yazılan bütün yazılı sənədlər xınalıq kiril əlifbası ilə yazılırdı. Xınalıq kiril əlifbası xınalıqlı şair-müəllim Rəhim Alxas tərəfindən tərtib olunmuşdur (Xınalıq və Xınalıqlılar. Rəhim Alxas. Bakı, Şirvannəşr 2003). === Xınalıq Latın Əlifbası === Hal-hazırda isə Xınalıq dilində yazılan bütün yazılı sənədlər Xınalıq latın əlifbası əsasında hazırlanır. Xınalıq latın əlifbası 2013-cü ildə Məmmədov Elnur tərəfindən tərtib olunmuşdur. 2013-cü ilin may ayında Xınalıq kənd tam orta məktəbində keçirilmiş toplantıda Xınalıq latın əlifbası məktəb kollektivi və xınalıq kənd ictimaiyyəti tərəfindən qəbul olunmuşdur. Məmmədov Elnur tərəfindən Xınalıq əlifbasının kompüter klaviatura proqramı hazırlanmışdır. Hazırda Xınalıq əlifbası üzərində işlər davam edir.
Adnalı (Cəlilabad)
Adnalı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Adnalı (oyk.), (düz.) — Cəlilabad rayonunun Şiləvəngə inzibati ərazi vahidində kənd. İncəçayın sahilindən bir qədər aralı, Burovar/Buravar silsiləsinin şimal-şərq ətəyindədir. Adnalı toponimi farsca "cümə günü, həftənin beşinci günü" mənasındakı "adinə / adına / adna" sözüylə əlaqələndirmək olar. Bu mənada olan digər toponimlər mövcuddur (məsələn, Adinəməscidbala kəndi, Adinəqulukəndi, və s.). "Adinə" sözü həmçinin ad və soyad olaraq da istifadə olunur; belə halda "Adnalı" toponimini də şəxs adından yarandığını fərz etmək olar. Digər açıqlamalara əsasən, "adna" qədim türk dillərində adana/adına/aduna formasında olub, "axtalanmış dəvə; at ilxısı; at saxlanılan yer" mənalarında işlənmişdir. == Tarixi == Kənddə məscid və məktəb fəaliyyət göstərir. Məktəb uzun müddət təmir olunmamış, 2013-cü ildə isə böyük bir hissəsi yanmışdır. Kənd tarixinin ən böyük incisi onun bulağıdır.
Adnalı (Şamaxı)
Adnalı — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 iyun 2003-cü il tarixli, 493-IIQ saylı Qərarı ilə Şamaxı rayonunun Adnalı kəndi Çarhan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Adnalı kənd inzibati ərazi vahidi yaradılmışdır. == Coğrafiyası və iqlimi == Kənd Ələt-Ləngəbiz silsiləsinin şimal yamacında, rayon mərkəzindən 7,5 km cənub-qərbdə yerləşir. == Əhalisi == Kənd əhalisi 941 nəfərdir ki, onun da 467 nəfəri kişi, 474 nəfəri isə qadınlar təşkil edir. == İqtisadiyyatı == Kənddə 175 təsərrüfat var. == Mədəniyyəti == Kənddə klub və kitabxana var. == Təhsil == Kənddə tam orta məktəb və uşaq bağçası fəaliyyət göstərir. == Din == Kənddə Adnalı kənd məscidi dini icması fəaliyyət göstərir. == Səhiyyə == Kənddə tibb məntəqəsi mövcuddur.
Analıq medalı
Analıq medalı - SSRİ Ali Sovetinin 8 iyul 1944-cü il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı. == Qalereya == == Xarici keçidlər == Медаль Материнства.
Xınalıq və Xınalıq yolu (film, 2006)
Xınalıq və Xınalıq yolu — 2006-cı ildə isə "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin çəkdiyi sənədli film. == Məzmunu == Filmdə Xınalıq kəndinin tarixi barədə məlumat verilir. İki minə yaxın sakini olan bu kəndin öz dili — Xınalıq dili var.
Aydınlıq (qəzet, Azərbaycan)
Aydınlıq qəzeti - Respublika “Qayğı” cəmiyyətinin qəzeti == Haqqında == ”Aydınlıq” qəzeti 1990-cı ildə açılan “Aydınlıq” müstəqil mediamızın ilk qaranquşlarındandır. Baş redaktor tanınmış jurnalust Babək Hüseynoğlu idi. İstedadlı qələm sahibləri Məmməd Nazimoğlu, Mahal İsmayıloğlu da “Aydınlıq”ın qurucularından idi. “Aydınlıq” mətbuata yeni forma və məzmun gətirən qəzetlərdən oldu. İlk məhkəməyə verilən müstəqil qəzet də “Aydınlıq” olub.Qəzet 4 avqust 1990-cı ildən çıxır. Təsisçi Respublika “Qayğı” cəmiyyətidir. Baş redaktorun müavini Məmməd Nazimoğlu olmuşdur. == Əlaqə == tel: Ünvan: Bakı, Bülbül küç. 20 == Mənbə == “Aydınlıq” qəzeti, №13(142). 19 mart 1993-cü il.
Aydınlıq Türkiyə Partiyası
Aydınlıq Türkiyə Partiyası (türk. Aydınlık Türkiye Partisi), ATP — Türkiyə Respublikasındakı siyasi partiyalardan biridir. Hal-hazırda Oktay Öztürk partiyanın başındadır. Partiya Oktay Öztürk tərəfindən 27 noyabr 1998 tarixində qurulub. Partiyanın ideologiyası milliyyətçilik və idealizmdir.
Arianlıq
Arianlíq — IV—VI yüzilliklərində yaranan və İsanın təbiətinin Ata tərəfindən yaradılmış olduğunu iddia edən xristian təlimlərdən biri. Təlimin yaradıcısı İskəndəriyyə keşişi Arius (q. yun. Ἄρειος, ö. 336) olmuşdur. Arianlıq öncə Roma imperiyasının Şərq vilayətlərində yayılmışdır. Sonra imperator Konstantindən sonra II Valentin dövrüvə qədər, daha sonra isə Alman kralıqlarında rəsmi dövlət statusunda olmuşdur. Sonda ortodoks kilsələrlə mübarizədə məğlub olmuşdur, tarixdən silinmişdir. == Yaranma öncəki olaylar == IV əsrin əvvəllərində, Roma imperiyasında Xristianlığa, əvvəlcə, başqa dinlərlə bərabər hüquqlar verilmişdi, sonra isə bu din imperiyanın rəsmi dininə çevrilmişdir. Xristianlığın dövlət dini səviyyəsinə qaldırılması imperator Konstantinusun adı ilə bağlıdır.
Adanalı (teleserial, 2008)
== Rollarda ==
Quba-Xınalıq yolu
Quba–Xınalıq yolu — Azərbaycan Respublikasının Quba rayonunda Quba şəhərindən Xınalıq kəndinə gedən yol. Bu yol Azərbaycanın əsas turizm marşrutlarından biridir. == Tarixi == Ucqar dağ kəndi olan Xınalığa gediş-gəliş tarixən at arabaları vasitəsilə olmuşdur. === Köhnə yol === Xınalığa ilk avtomobil yolu 1968-1969-cu illərdə çəkilmişdir. Həmin yolun uzunluğu 70 km idi. Sərt hava şəraiti səbəbindən qış aylarında yol bağlı olurdu və əhali piyada hərəkət etmək məcburiyyətində qalırdı. Yol açıq olduqda isə avtonəqliyyat vasitəsi kimi yalnız yük avtomobillərindən – "QAZ-66", "Kamaz", "Zil", "Ural" və s., minik avtomobillərindən isə "Niva" əhalinin köməyinə çatırdı. === Yeni yol === 1988-1989-cu illərdə yolun istiqamətini dəyişərək Qudyalçay boyunca çəkmişlər. Bu yol da qışda çox vaxt bağlı olurdu. Nəhayət, 2006-cı ildə həmin istiqamətdə ölkə Prezidenti İlham Əliyevin göstərişi ilə Xınalığa Qubadan 57 km uzunluğunda asfalt yol çəkilərək istismara verilmişdir.
Quba–Xınalıq yolu

Xınalıq Etüdləri (1974)
== Məzmun == Film Quba rayonunun dağlıq hissəsində yerləşən nadir Xınalıq kəndi və onun sakinləri haqqındadır.
Xınalıq haqqında filmlər
Afinalı Solon
Solon (yun. Σόλων; təq. e.ə. 630, Qədim Afina, Attika – təq. e.ə. 560, Kipr, Akrotiri və Dekeliya) — Afinalı şair, siyası xadim və mütəfəkkiri. Yunanıstanın yeddi müdriyindən biri. == Həyatı == E.ə. 640 – E.ə. 560-ci illərdə yaşadığı təxmin edilir.
Afinalı Teetet
Afinalı Teetet (yun. Θεαίτητος; E.ə. 417 – E.ə. 368) — Qədim yunan riyaziyyatçısı, Kirenalı Feodor və Platonun şagirdidir; irrasionallıq nəzəriyyəsini qurmuş, dodekaedr, ikosaedr və oktaedri kəşf etmişdir..
Plutarx (Afinalı)
Afinalı Plutarx (yun. Πλούταρχος ὁ Ἀθηναῖος, 350, Afina, Axeya – 430-cu illər, Afina, Axeya) — antik filosof, neoplatonçuluğun Afina məktəbinin yaradıcısı. Aristotelin və Platonun əsərlərinə şərhlər yazmış, ancaq oonlar dövrümüzə gəlib çatmamışdır. Onun yaradıcılığı haqqında yazan başqa yazarlara görə öz əsərlərində Plutarx Artistotel və Platonun fəlsəfələrini bir-birinə uyğunlaşdırmağa çalışmışdır. Plutarx Plotinin və ümumiyyətlə yeni-platonizmin Vahid-Əql-Ruh üçlüyü haqqında təliminini təkmilləşdirmiş, onu Platonun “Parmenides” dialoqundakı hipotezlərinə ("Platon" məqaləsinə bax) uyğunlaşdırmışdır. Plotində bu üçlüyün maddə və dünya ilə necə bağlı olduğu dəqiq verilməmişdir. Buna görə də, Plutarx varlıq haqqında baxışlarında bu üçlüyü əsas götürərək ona maddənin eidosunu (yun. εἶδος – ideyasını) və özünü əlavə etmişdir. Bundan başqa Plutarx Platonun “Parmenides” dialoquna uyğun olaraq buraya başqa hipotezlər də əlavə etmişdir.Plutapx həm də fantaziya haqqında fikirlər irəli sürmüşdür. O hesab edirdi ki, duyğularla duyulan şeylər bizim hisslərimizi, hisslər isə duyğulardan gələn təsəvvürlərimizi oyadır.
Afinalı Filostrat
Lusi Flavi Filostrat (q.yun. Φλάβιος Φιλόστρατος, Flavios Filostratos), həmçinin Afinalı Filostrat (təq. 170[…] – 250-ci illər və ya 245, Afina, Axeya) — qədim yazıçı, ikinci sofistika nümayəndəsi. O, uzun müddət Afinada oxumuş və yaşamışdır, lakin sonradan imperatriça Yuliya Domnanın tərəfdaşları dairəsinə daxil edilmişdir. Filostrat onun məhkəmə natiqi olmuş və Romaya köçmüşdür. Burada ona Appoloni haqqında ətraflı bir əsər yazılması tapşırılmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Лосев А. Ф. История античной эстетики. Ранний эллинизм. — М.: Искусство. 1979.
Afinalı Apollodor
Afinalı Apollodor — (yun. Απολλόδωρος ο Αθηναίος, təq. e.ə. 180, Qədim Afina, Attika – ən tezi e.ə. 120 və ən geci e.ə. 110, Qədim Afina, Attika) O bu aralıqda yaşamış yunan alimi, tarixçisi və qrammatikidir. Atası Asklepiaddır. Müasir Dionysius Thrax ilə yanaşı, o, Babilli Diogenin, Stoik Panaetiusun və dilçi Samotrakiyalı Aristarxın tələbəsi idi. O, İsgəndəriyyəni tərk etdi (bəlkə də qaçdı), ehtimal ki, təxminən eramızdan əvvəl 146-cı ildə Perqama getdi və nəhayət Afinada məskunlaşdı.