ANALIQ

is.
1. Ananın öz uşaqları ilə olan əlaqə və münasibəti, ana vəzifəsi. Analıq hissi. Analıq borcu. Analıq etmək. Analıq insan sevincinin tükənməz mənbəyidir.
– Cəmalə indi bilirdi ki, onun elmi işləri ilə yanaşı, bir analıq vəzifəsi də vardır. S.Rəhimov.
Ceyran Səltənətin uşağına, analığına, sadəliyinə gülürdü. Mir Cəlal.

2. Ögey ana, ana vəzifəsini görən qadın.
[Sara:] Hərçənd biz bir günah iş görmürük, amma hər halda Gülnisə mənim analığımdır. C.Cabbarlı.

3. sif. Anaya məxsus, anaya aid olan. Analıq hüququ.

Синонимы

  • ANALIQ ögey
  • ANALIQ vəzifə — borc
  • ANALIQ 1. ANALIQ (ana vəzifəsini görən) [Şamxal] anasına haqq versə də atası ilə necə rəftar edəcəyini, ona nə deyəcəyini, evə tezə gətirilmiş analığı ilə ne

Омонимы

  • ANALIQ ANALIQ I is. Ögey ana, doğma olmayan ana. Hərçənd biz bir günah iş görmürük, amma hər halda Gülnisə mənim analığımdır (Çəmənzəminli)
ANALI-BALALI
ANALİTİ́K
OBASTAN VİKİ
Analıq medalı
Analıq medalı - SSRİ Ali Sovetinin 8 iyul 1944-cü il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı. == Qalereya == == Xarici keçidlər == Медаль Материнства.
Surroqat analıq
Surroqat analıq — başqa şəxs və ya şəxslər üçün uşağın qadın tərəfindən bətndə saxlanılması və doğulması. Çox vaxt embrionun formalaşması üçün genetik material (sperma və oositlər) uşağın valideynləri tərəfindən verilir. Bəzi hallarda surroqat ana eyni zamanda genetik ana da ola bilir. Surroqat analıq hamiləliyin və doğuşun arzuolunmaz olduğu və ya tibbi baxımdan mümkün olmadığı, hamiləlik riskinin nəzərdə tutulan ana üçün çox təhlükəli olduğu və ya tək kişi və ya kişi cütlüyün uşaq sahibi olmaq istədiyi zaman tətbiq edilir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, surroqat analıq köməkçi reproduktiv texnologiya kimi təsnif edilir. Bəzi ölkələrdə surroqat analıq qanunsuzdur və insan alverinin bir növü hesab olunur. Surroqat ana ilk dəfə 1986-cı ildə ABŞ-da genetik olaraq övladı olmayan uşağı dünyaya gətirib.

Значение слова в других словарях