Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aişə
Aişə binti Əbu Bəkr (ərəb. عائشة بنت أبي بكر‎; 614[…], Məkkə – təq. 13 iyul 678, Mədinə) — İslam peyğəmbəri Məhəmmədin həyat yoldaşlarından biri, ilk raşidi xəlifə olan Əbu Bəkr'in qızıdır. Qureyş qəbiləsindəndir. Əhli-sünnəyə görə "Möminlərin Anası" olaraq qəbul edilir. Aişə dövrümüzə qədər gəlib çatan bir çox hədisin mənbəyi olaraq da qəbul edilir. Aişə binti Əbu Bəkr ibn Əbu Quhafə 614-ci ildə Məkkədə dünyaya gəlmişdir. Qüreyş qəbiləsindəndir və atası məşhur səhabə Əbu Bəkrdir. Aişənin uşaqlıq illəri Məkkədə keçmişdir. 6 yaşında Məhəmməd ibn Abdullahla evlənmişdir.
Aişə Qəzzafi
Aişə əl-Qəddafi (ərəb. عائشة القذافي‎; 25 dekabr 1976, Tərabülüs əl-Qərb) — Müəmmər əl-Qəzzafinin övladlarından biri, yeganə qızı, Liviyanın BMT İnkişaf Proqramındakı keçmiş xoşməramlı səfiri. Liviya rəhbərinin yeganə qızıdır. İraqın sabiq rəhbəri Səddam Hüseynin vəkillər qrupunun hüquqi işlər üzrə müşaviri olub. 2006-cı ildən əmisi oğlu, polkovnik Əhməd-əl-Qəzzafi-əl-Qəhsiyə ilə nikahda olan Aişə üç övlad anasıdır. Hazırda "Vəetəsəmu" xeyriyyə fondunun rəhbəridir. 2011-ci ildə Liviyada baş vermiş hadisələrlə bağlı olaraq BMT-nin xoşməramlı səfiri statusundan məhrum edilmişdir. Qardaşlarından fərqli olaraq, Aişə Qəzzafi çox soyuqqanlı təsir bağışlayır. Liviya vətəndaş müharibəsinin ilk günlərində o, "Son insan və son gülləmizə qədər döyüşəcəyik. Kişilər həlak olarsa, biz əlimizə silah alacağıq.
Aişə Sultan
Aişə Sultan — 8. Osmanlı sultanı II Bəyazidin qızı Aişə Sultan — 12. Osmanlı sultanı III Muradın qızı Aişə Sultan — 14. Osmanlı sultanı I Əhmədin qızı Aişə Sultan — 22. Osmanlı sultanı II Mustafanın qızı Aişə Sultan — 23. Osmanlı sultanı III Əhmədin qızı Aişə Sultan — 34.
Şiəlikdə Aişə
Şiələrin Aişəyə baxışı ümumiyyətlə xoş deyil. Bu, ilk növbədə, onun Əhli-Beytə (İslam peyğəmbəri Məhəmmədin ailəsinə) nifrət etməsi və o dövrün "Birinci fitnə"dəki (vətəndaş müharibəsi) hərəkətləri ilə əlaqədardır. Cəməl döyüşündə onun iştirakı geniş şəkildə bu cür hörmətsizlik əlaməti hesab olunur. Şiələr də Aişənin sağlığında siyasi iştirakına görə onu mübahisəli şəxs hesab edirlər. Aişə birinci xəlifə Əbu Bəkrin qızı olduğu üçün siyasi ailə nəslindən idi. Aişə Məhəmmədin siyasi həyatında da fəal rol oynamışdır; o, döyüşçülər arasında müharibədən əvvəl danışıqlara başlamaq, döyüşlər aparmaq və müharibələri bitirmək kimi hərbi bacarıqları öyrəndiyi müharibələrdə onu müşayiət etdiyi bilinirdi. Sünnilər deyirlər ki, Aişə Məhəmmədin xanımı olduğu üçün onu tənqid etmək peyğəmbəri tənqid etməyə bərabərdir. Şiələr isə Quranda həm Nuhun, həm də Lutun xanımlarının vəziyyətinə istinad edərək buna qarşı çıxırlar: Tanınmış Quran təfsirçisi İsmayıl ibn Kəsir bu ayə haqqında demişdir: "Buna görə də ərlərinin bütün məhrəm bilikləri onlara nə kömək etdi, nə də əzabdan çəkindirdi, buna görə də, Allahın “(Onlar Allaha qarşı onlara heç bir fayda vermədilər) kəlamı, zövcələrinin kafir olmalarına görədir." Şiələr Aişənin Məhəmmədin sevimli arvadı olduğu fikrini rədd edir və Quran ayəsinə uyğun olaraq Məhəmmədin öz xanımlarından heç birini fərqləndirmədiyinə inanırlar: Həmçinin Məhəmməddən sitat gətirirlər: "Kişinin iki arvadı olsa və onlardan birinə meyl edərsə, Qiyamət günü bir tərəfi aşağı çökmüş halda gələcəkdir." Digərləri, Ümmü Sələmənin Əhli-Beytə bağlılığına görə onun sevimli həyat yoldaşı olduğuna inanırlar. Ümmü Sələmə Məhəmmədin ailəsinə sədaqəti və ölümündən sonra onun əmrlərinə itaət etməsi ilə Aişədən fərqli olaraq təqdim olunur. Əliyə qarşı ordu toplayan Aişədən fərqli olaraq Ümmü Sələmə gərginliyi sakitləşdirməyə çalışırdı.
Aişə Qurbanlı
Aişə Qurbanlı (28 aprel 1993) — Azərbaycanı təmsil edən cüdoçu. Aişə Qurbanlı beynəlxalq turnirlərdə birinci uğurlarına 2015-ci ilin noyabrında African Open turnirində bürünc, Oceania Open turnirində isə gümüş medala sahib olmaqla imza atdı. IJF Qran-Pri seriyalı turnirlərdə onun ən yaxşı nəticəsi 2017-ci ilin aprelində Antalyada baş tutan turnirdə qeydə alıdı (beşinici pillə). Karyerası ərzində nüfuzlu beynəlxalq turnirlərdə, Dünya və Avropa Çempionatlarında uğura imza ata bilməyən Aişə Qurbanlı Azərbaycanı 2021-ci ildə Yaponiyada baş tutan XXXII Yay Olimpiya Oyunlarında təmsil elədi. Qadınların -48 Kq. turnirində çıxış edən Aişə Qurbanlı olimpiadanın 1/16 final mərhələsində Portuqaliya nümayəndəsi Katarina Kostaya vaza-ari balı ilə məğlub oldu və turnirdə mübarizəsini dayandırdı.
Aişə Hasəki Sultan
Aişə Hasəki Sultan (Osmanlı türkcəsi: عایشه سلطان‎);(d. 1614 - ö. 1680) - 17. Osmanlı padşahı IV. Muradın tarixdə bilinən yeganə xanımı. Alban əsillidir. 1630-cu ilin may ayında IV. Muradla Köhnə Sarayda nigahlandı. Qısa zamanda IV. Muradın ən sevimli hərəmi olur. Dünyaya gətirdiyi şahzadələr kiçik yaşlarında vəfat etdiyindən haqqında az məlumat var. IV Muradın vəfatı ilə Köhnə Saraya sürgün edilmiş, 1680-ci ildə vəfat etmişdir. Şahzadə Əhməd (d.
Aişə Hümaşah Sultan
Ayşə Hümaşah Sultan (Osmanlı türkcəsi: هوما شاه سلطان عائشة هانم) — I Süleymanın və Xürrəm Sultanın yeganə qızı Mihrimah Sultanın və əri sədrəzəm Rüstəm Paşanın qızıdır. Ayşə Hümaşah Sultan 1541-ci ildə İstanbulda dünyaya gəlmişdir. Uşaqlıq illərini balaca qardaşı Sultanzadə Osman bəylə anası Mihrimah Sultan və atası Rüstəm Paşanın yanında keçirmişdir. Babası I Süleymanın son səfəri olan Zigetvar səfərinin ardından ilk nigahı sədrəzəm Səmiz Əhməd Paşa ilə bağlanmışdır. Bu evlilikdən 4 oğlu dünyaya gəlmişdir. Semiz Əhməd Paşanın vəfatının ardından 10 aprel 1582-ci ildə təntənəli bir mərasimlə Nişançı Firidun bəy ilə evlənən Ayşə Hümaşah Sultanın bir qızı da dünyaya gəlmiş və bir il sonra təkrar dul qalmışdır. 1594-cü ildə oğlu ilə həccə gedən Ayşə Hümaşah Sultan ziyarətdən döndükdən sonra Üsküdardakı sarayında vəfat etmişdir. Cənazəsi ikinci əri Nişançı Firidun bəyin Əyyubsultandakı türbəsinə dəfn edilmişdir. Sultanzadə Əbdürrəhman bəy - Cığalızadə Yusif Sənan Paşanın qızı ilə evlənmiş və bu nigahdan Sultanzadə Mehmed Paşa dünyaya gəlmişdir. Sultanzadə Mehmed bəy (ö.
Aişə Həfsə Sultan
Aişə Həfsə Sultan (təq. 1479, bilinmir – 29 mart 1534, Konstantinopol) — 9-cu Osmanlı sultanı Yavuz Sultan Səlimin xanımı və Qanuni Sultan Süleymanın anası, Validə sultan. Həyatı haqqında yetərli məlumat yoxdur. Vəfat etdiyi əsnada 56 yaşında olması səbəbilə, doğum tarixi olaraq 1478-ci il qəbul edilir. Bir çox vəqf sənədlərində adı Ayşə, Hafsa bint Əbdülmuin, Ayşə bint Əbdürrəhman olaraq qeyd olunur. Atasının adının bu formada qeyd edilməsi, onun saraya cariyə olaraq alındığını sübut edir. Beləcə, onun Krım xanı Məngli Gərayın qızı və Yavuz Sultan Səlimin digər hasəkisi Ayşə Xatunla eyni insan olmadığı isbat olunur. Aişə Həfsə Sultanın, Şahzadə Səlimin Trabzon sancaqbəyliyi dönəmində saraya alındığı və ilk illərini Trabzon sarayında keçirdiyi bilinir. Burada keçirdiyi 20 il boyunca sırayla yeganə oğlu Şahzadə Süleymanı və qızları Xədicə, Beyhan, Fatma, Hafsa, Şahıhuban Sultanları dünyaya gətirdi. Oğlu Şahzadə Süleyman hələ 15 yaşında ikən babası Sultan Bəyazid tərəfindən Kəfə sancaqbəyliyinə təyin edilmiş, atası Yavuz Sultan Səlimin taxta çıxmasından sonra isə vəliəhd şahzadə olaraq Manisa sancaqbəyliyinə gətirilmişdir.
Aişə Səniyəpərvər Sultan
Aişə Səniyəpərvər Sultan (1761 – 11 dekabr 1828, Konstantinopol) — 27. Osmanlı sultanı I Əbdülhəmidin üçüncü xanımı. Doğum tarixi tam olaraq bilinməsə də, 1761-ci ildə dünyaya gəldiyi düşünülür. Bəzi mənbələrdə bolqar əsilli, bəzi mənbələrdə isə çərkəz əsilli olduğu qeyd olunur. Saraya nə vaxt alındığı məlum olmasa da, 1775-ci ildə Sultan Əbdülhəmidə təqdim edildiyi bilinir. Bu müddət ərzində 4 övladı dünyaya gəlmişdir: Şahzadə Əhməd, Əsma Sultan, Şahzadə Mustafa və Fatma Sultan. Ancaq bir oğlu və bir qızı uşaq yaşlarında vəfat etmişdir. 1789-cu ildə ərinin vəfatı ilə Köhnə saraya göndərildi. Sultan Səlimin səltənəti dönəmində oğlunun taxta çıxarılması uğrunda mübarizə apardı. Nəticədə çıxan Qabaqçı Mustafa üsyanıyla Sultan Səlim devrildi və oğlu IV Mustafa taxta çıxarıldı.
Aişə Xatun Önal
Aişə Xatun Önal (29 iyul 1981, Adana, Türkiyə) — türkiyəli müğənni, aparıcı və aktrisadır. Anadolu Universitetini bitirmişdir. 1999-cu ildə "Miss Turkey" gözəllik müsabiqəsində Türkiyə Gözəli seçilmişdir. Uzun müddət model və aparıcı kimi fəaliyyət göstərmişdir. 2003-cü ildə "Sonunda" adlı albomundakı "Çeksene Elini" mahnısı ilə tanınmışdır. 2008-ci ildə "Sustuysam" albomunu təqdim etmişdir. 2014-cü ildə "Çak Bir Selam" , 2015-ci ildə "Güm Güm" sinqlları ilə Türkiyə hit-paradlarını alt-üst etmişdir. 2017-ci ildə "Selam Dengesiz" adlı ikinci studiya albomunu təqdim etmişdir. 2004 : Sonunda 2004 : Çeksene elini 2007 : Kalbe ben 2012 : Sen ve Ben ft.
Şiə islamında Aişə
Şiələrin Aişəyə baxışı ümumiyyətlə xoş deyil. Bu, ilk növbədə, onun Əhli-Beytə (İslam peyğəmbəri Məhəmmədin ailəsinə) nifrət etməsi və o dövrün "Birinci fitnə"dəki (vətəndaş müharibəsi) hərəkətləri ilə əlaqədardır. Cəməl döyüşündə onun iştirakı geniş şəkildə bu cür hörmətsizlik əlaməti hesab olunur. Şiələr də Aişənin sağlığında siyasi iştirakına görə onu mübahisəli şəxs hesab edirlər. Aişə birinci xəlifə Əbu Bəkrin qızı olduğu üçün siyasi ailə nəslindən idi. Aişə Məhəmmədin siyasi həyatında da fəal rol oynamışdır; o, döyüşçülər arasında müharibədən əvvəl danışıqlara başlamaq, döyüşlər aparmaq və müharibələri bitirmək kimi hərbi bacarıqları öyrəndiyi müharibələrdə onu müşayiət etdiyi bilinirdi. Sünnilər deyirlər ki, Aişə Məhəmmədin xanımı olduğu üçün onu tənqid etmək peyğəmbəri tənqid etməyə bərabərdir. Şiələr isə Quranda həm Nuhun, həm də Lutun xanımlarının vəziyyətinə istinad edərək buna qarşı çıxırlar: Tanınmış Quran təfsirçisi İsmayıl ibn Kəsir bu ayə haqqında demişdir: "Buna görə də ərlərinin bütün məhrəm bilikləri onlara nə kömək etdi, nə də əzabdan çəkindirdi, buna görə də, Allahın “(Onlar Allaha qarşı onlara heç bir fayda vermədilər) kəlamı, zövcələrinin kafir olmalarına görədir." Şiələr Aişənin Məhəmmədin sevimli arvadı olduğu fikrini rədd edir və Quran ayəsinə uyğun olaraq Məhəmmədin öz xanımlarından heç birini fərqləndirmədiyinə inanırlar: Həmçinin Məhəmməddən sitat gətirirlər: "Kişinin iki arvadı olsa və onlardan birinə meyl edərsə, Qiyamət günü bir tərəfi aşağı çökmüş halda gələcəkdir." Digərləri, Ümmü Sələmənin Əhli-Beytə bağlılığına görə onun sevimli həyat yoldaşı olduğuna inanırlar. Ümmü Sələmə Məhəmmədin ailəsinə sədaqəti və ölümündən sonra onun əmrlərinə itaət etməsi ilə Aişədən fərqli olaraq təqdim olunur. Əliyə qarşı ordu toplayan Aişədən fərqli olaraq Ümmü Sələmə gərginliyi sakitləşdirməyə çalışırdı.
Şiə İslamda Aişə

Aişə binti Əbu Bəkir
Aişə binti Əbu Bəkr (ərəb. عائشة بنت أبي بكر‎; 614[…], Məkkə – təq. 13 iyul 678, Mədinə) — İslam peyğəmbəri Məhəmmədin həyat yoldaşlarından biri, ilk raşidi xəlifə olan Əbu Bəkr'in qızıdır. Qureyş qəbiləsindəndir. Əhli-sünnəyə görə "Möminlərin Anası" olaraq qəbul edilir. Aişə dövrümüzə qədər gəlib çatan bir çox hədisin mənbəyi olaraq da qəbul edilir. Aişə binti Əbu Bəkr ibn Əbu Quhafə 614-ci ildə Məkkədə dünyaya gəlmişdir. Qüreyş qəbiləsindəndir və atası məşhur səhabə Əbu Bəkrdir. Aişənin uşaqlıq illəri Məkkədə keçmişdir. 6 yaşında Məhəmməd ibn Abdullahla evlənmişdir.
Aişə binti Əbu Bəkr

Aişə Sultan (III Mehmedın qızı)
Aişə Sultan (d. 1588 — ö. 1628) — Osmanlı sultanı III Mehmedın qızı. Aişə Sultan III Mehmedin və Handanın qızı idi. O, ilk dəfə uşaq ikən vəfat edən iki oğlu və bir qızı olan Destari Mustafa Paşa ilə evləndi. Mustafa Paşa 1610-cu ildə vəfat etdikdən sonra 1613-cü ildə Qazi Xosrov Paşa ilə yenidən evləndi. Öləndə Şahzadə külliyəsi birinci əri və uşaqlarının yanında dəfn edildi.
Aişə Sultan (III Muradın qızı)
Aişə Sultan (1567, Manisa vilayəti – 15 may 1605, Konstantinopol) — Osmanlı padşahı III. Muradın və Hasəki Safiyə Sultanın ən böyük və ən sevimli qızlarıdır. 1570-ci ildə III. Murad və Safiyə Sultanın Şahzadə Mehmeddən sonrakı ilk övladı olaraq Manisa Sarayında dünyaya gəldi. 15 dekabr 1574-cü ildə atasının taxta keçməsiylə İstanbula gətirildi. Hərəmxananın həqiqi qurucusu qəbul edilən III. Murad anasının vəfatından sonra bir müddət Köhnə Sarayda yaşadı və bu müddət ərzində Memar Sinana Topqapı Sarayı üçün yeni bir hərəmxananın tikilməsi üzrə əmr verdi. 1585-ci ilin avqust ayında III. Murad Baş Hasəkisi Safiyə Sultan, hasəkiləri Mehriban, Nazpərvər, Şahuban, Fəxriyə Sultanlar və şahzadələri ilə birlikdə yeni hərəmxanaya köçdü. Aişə Sultanın ilk nikahı 1586-cı ilin may ayında Vəzir İbrahim Paşa ilə məhz bu sarayda bağlandı. Bu evlilikdən sonra Aişə Sultan saray daxilində güc qazandı. Aişə Sultan atasının ən sevdiyi qızı idi. Bunun iki səbəbi vardı: anasının Safiyə Sultan olması, ikincisi isə III. Muradın ilk qızı olması. 1595-ci ildə atası vəfat etdi və yerinə qardaşı III. Mehmed taxta keçdi.
Aişə Sultan (III Əhmədin qızı)
Aişə Sultan (ərəb. عیسائی بن احمد سلیمان‎, 11 oktyabr 1715 və ya dekabr 1718, Konstantinopol – 9 iyul 1775, Konstantinopol) — 23-cü Osmanlı sultanı III Əhmədin qızı. Eyni illərdə yaşayan əmisi II Mustafanın qızı Aişə Sultanla qarışdırılmaması üçün Kiçik Aişə Sultan olaraq anılır. Aişə Sultan 1713-cü ildə Topqapı sarayında dünyaya gəlmişdir. Atası dövrün Osmanlı sultanı III Əhməd, anası isə xanımlarından Əminə Qadınəfəndidir. 1724-cü ildə hələ 11 yaşında ikən atasının silahdarı Mehmed Paşayla nişanlandı. Nişan mərasiminin ardından Mehmed Paşa Rumeli bəylərbəyi təyin edildi. Toy mərasimi isə 22 may 1728-ci ildə Topqapı sarayında baş tutdu. 1730-cu ildə baş verən Patrona Xəlil üsyanı nəticəsində sədrəzəm Nevşəhərli İbrahim Paşa edam edilmiş, atası Sultan Əhməd isə taxtdan endirilmişdi. Həmin ilin oktyabrında əri Mehmed Paşa sədarətə gətirilsə də, 3 ay sonra vəzifədən alındı və Hələb bəylərbəyliyinə gətirildi.
Aişə Sultan (II Bəyazidin qızı)
Aişə Sultan (1465, Amasya – 1515, Konstantinopol) — 8. Osmanlı sultanı II Bəyazidin qızı. Aişə Sultan 1465-ci ildə Amasyada dünyaya gəldi. Atası Fateh Sultan Mehmedin oğlu və o illərdə Amasya sancaqbəyi olan Şahzadə Bəyazid, anası isə onun kənizlərindən Nigar Xatundur. Uşaqlıq illəri Amasyada keçən Aişə Sultan 1480-ci ildə Sənan Paşayla evləndi və nigahın ardından Sənan Paşa kaptan-ı dərya təyin edildi. Aişə Sultan daha sonra Anadolu bəylərbəyi təyin edilən əriylə birlikdə Anadolunun müxtəlif bölgələrində yaşadı. Cütlüyün bu nigahdan 1 oğlu və 5 qızı dünyaya gəldi. Ərinin vəfatından sonra övladlarıyla birlikdə 1504-cü ildə İstanbula döndü. Atasının və onun vəfatından sonra ögey qardaşı Yavuz Sultan Səlimin səltənətlərində sarayda nüfuz sahibi oldu. Ədirnədə bir məscid, Gəliboluda isə məscid və məktəb inşa etdirən Aişə Sultan ərindən miras qalan bir çox torpaq mülklərini bunlara vəqf etdi.
Aişə Sultan (II Mustafanın qızı)
Aişə Sultan (ərəb. عائشہ بن مصطفی -انی‎) (30 mart 1696, Ədirnə – 26 sentyabr 1752, Konstantinopol) — 22-ci Osmanlı sultanı II Mustafanın qızı. Eyni illərdə yaşayan əmisi III Əhmədin qızı Aişə Sultanla qarışdırılmaması üçün Böyük Aişə Sultan olaraq anılır. Aişə Sultan 1696-cı ildə Ədirnə sarayında dünyaya gəlmişdir. Anasının kim olduğu bilinmir. O əsnada atası II Mustafa Belqrad üzərinə səfərə çıxmışdı. Taxta yeni çıxan atasının ilk övladı olması səbəbilə doğumu ilə bağlı dünyanın dörd tərəfinə fərmanlar yazıldı. 7 yaşı olanda keçmiş sədrəzəmlərdən Fazil Mustafa Paşanın oğlu və Anadolu bəylərbəyi olan Körpülü Numan Paşa ilə nişanlandı. Tamamilə siyasi səbəblərdən baş tutan bu evlilik planı, o əsnada atasının taxtdan endirilməsi və bir neçə ay sonra vəfat etməsi səbəbilə 5 il sonraya təxirə salındı. 9 aprel 1708-ci ildə Topqapı sarayında keçirilən mərasimlə Ayşə Sultan Numan Paşayla, bacısı Əminə Sultan isə sədrəzəm Çorlulu Əli Paşayla nigahlandı.
Aişə Sultan (II Əbdülhəmidin qızı)
Aişə Həmidə Sultan (31 oktyabr 1886, Konstantinopol – 11 avqust 1960, İstanbul) — 34. Osmanlı sultanı II Əbdülhəmidin qızı. Aişə Sultan 31 oktyabr 1886-cı ildə Yıldız sarayında dünyaya gəldi. Atası Sultan Əbdülhəmid, anası isə onun abxaz əsilli səkkizinci xanımı Müşfiqə Qadınəfəndidir. Onun doğum xəbərini eşidən atası Sultan Əbdülhəmid xəbəri verən Filurya kalfaya bahalı bir cəvahirat, doğuşda iştirak edən Əbəzadə Kamilə xanıma isə 300 lirə hədiyyə etdi. Özündən bir ay kiçik olan bacısı Şadiyə Sultanla birlikdə Yıldız sarayında mükəmməl təhsil aldı. Coğrafiya, tarix, din, Osmanlı türkcəsi ilə yanaşı, ərəbcə və farsca dərsləri də aldı. Hərəm xəzinədarlarından Dürrüyekta xanımdan (sonradan qardaşı Səlim Əfəndiylə evləndi) piano dərsləri aldı. 1908-ci ildə atasının istəyilə Fahri bəyin oğlu Əhməd Nami bəylə nişanlandı. Ancaq bir il sonra atası taxtdan endirilərək Salonikiyə sürgün edildi.
Aişə Sultan (I Əhmədin qızı)
Aişə Sultan (1605, Konstantinopol – 1660, Konstantinopol) — 14-cü Osmanlı sultanı I Əhmədin qızı. Aişə Sultan 1605-ci ildə İstanbulda dünyaya gəlmişdir. Atası Osmanlı sultanı I Əhməd, anası isə Mahpeykər Kösəm Sultandır. Osmanlı tarixində ilk dəfə atası Sultan Əhmədin səltənətində başlanılan və uşaq yaşdakı xanım sultanların dövlət xadimləriylə evləndirilməsinə əsaslanan saray ənənəsinə uyğun olaraq, bacısı Gövhər Sultan kimi, Aişə Sultan da hələ azyaşlı bir uşaq ikən evləndirildi. İlk nigahı 7 yaşında ikən - 1612-ci ilin fevralında şeyxülislam Xocazadə Mehmed Əfəndi tərəfindən sədrəzəm Nasuh Paşayla bağlandı. Bu şənliklər əsnasında bacısı Gövhər Sultan da kaptan-ı dərya Mehmed Paşayla nigahlandı. Atası Sultan Əhmədin istəyilə baş tutan bu evliliklər tamamilə siyasi xarakter daşımaqda idi. Belə ki, o əsnada sədrəzəm şərq cəbhəsində Səfəvi şahı Şah Abbasla sülh müzakirələrini davam etdirməkdə idi. Səfəvilərlə bağlanan İstanbul sülhünün ardından 1612-ci ilin dekabrında cütlüyün toy mərasimi keçirildi və mərasimin ardından azyaşlı sultan Nasuh Paşanın Atmeydanındakı sarayına (İbrahim Paşa sarayı) göndərildi. Ancaq yaşı səbəbilə, zifaf gecəsi olmadı və saray ənənələrinə görə, Aişə Sultanın həddi-buluğa çatması gözlənildi.
Aişə Sultan (Sultan İbrahimin qızı)
Aişə Sultan (1643, Konstantinopol – 1673, Qahirə) — Sultan İbrahimin qızı və Turhan Sultanın qızı. Evliliklər Ayşə Sultan Sultan İbrahimin qızı və Turhan Sultanın böyük qızı idi. Bir çox mənbələrdə onun varlığı tez-tez şübhə altına alınır və tez-tez bibisi ilə qarışdırılır, buna görə də Ayşə Sultana xalasının son ərləri İbşir Mustafa Paşanın və ya erməni Süleyman Paşanın evli olduğu deyilir. İlk dəfə on yaşında Bağdad və Hələb valisi Haseki Mehmed Paşa ilə evləndi. Bundan əvvəl, 1645-ci ildə Mehmed Paşa, Ayşə ilə evlənmədən əvvəl ölən IV Muradın qızı Gevherhan Sultanla evləndi. Mehmed Paşa 1661-ci ilin iyununda edam edildi və Ayşə dul qaldı. Qardaşı Sultan Mehmed ərini edam etdikdən sonra onu Qahirənin yeni valisi Defterdar İbrahim Paşa ilə evləndirir. Evlilik onun ölümünə qədər davam etdi. Daha sonra bibisi Fatma Sultanın ögey oğlu Hüseyn paşa ilə evlənir. Hüseyn paşa Buda valisi və iki il Misir valisi olmuşdur.
Aidə
Aida və ya Aidə — Qadın adı. Aida Abdullayeva — musiqiçi, Azərbaycan Respublikasının əməkdar artisti. Aida İmanquliyeva — şərqşünas, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi. Aida Şahmurova — Baş elmi tədqiqatçı, professor. Aida Qasımova — professor, filologiya elmləri doktoru Aida Bağırova — Şərqşünas alim, Yaxın Şərq üzrə ekspert Aida Predele — latviyalı dövlət və siyasi xadim Aida Hüseynova Aida Hüseynova (aktrisa) Aida Hüseynova (musiqişünas) Aidə Şahbazova — Azərbaycan dilçi alimi, professor. Digər Aida (opera) — İtalyan bəstəkar Cüzeppe Verdinin bəstələdiyi opera əsəri. AIDA (marketinq) — hər hansı bir malı almaq qərarını verəndə alıcı reaksiyasının baş verən ardıcıl etaplarıdır.
Ailə
Ailə sözü — aralarında qohumluq münasibəti olan insanlar üçün işlədilir. Ailə sosiologiya baxımından evlənmək ya da qohumluq xətti ilə gələn bir həyat birliyidir. Ailə sözü Qərbdə əsasən ana-ata və uşaqlar anlayışını verir. Şərq xalqlarında ailə daha çox eyni evdə yaşayan, ya da eyni nəsildən gələn insanların cəminə deyilir. Biologiyada ailə sözü bir-birlərinə qohumluq dərəcəsi baxımından bir qrupda birləşən heyvanat ya da nəbatat üçün işlədilir. Ailə sözünün əsli ərəbcədən gələn عائلة (ailə) sözündəndir. Bu söz ərəbcədə dayanmaq mənasında olan عول (avl) kökündəndir. Bir-birlərinə dayanan, etimad edən insanlar üçün işlədilir. Ailə sözü müştərək xüsusiyyətləri olan elmi, texniki və sosial qruplar üçün də işlədilir. Misal üçün, bir istehsalçının bir məhsul xəttindəki məhsullara o istehsalçının məhsul ailəsi də deyilə bilər.
Ayişə
Aişə binti Əbu Bəkr (ərəb. عائشة بنت أبي بكر‎; 614[…], Məkkə – təq. 13 iyul 678, Mədinə) — İslam peyğəmbəri Məhəmmədin həyat yoldaşlarından biri, ilk raşidi xəlifə olan Əbu Bəkr'in qızıdır. Qureyş qəbiləsindəndir. Əhli-sünnəyə görə "Möminlərin Anası" olaraq qəbul edilir. Aişə dövrümüzə qədər gəlib çatan bir çox hədisin mənbəyi olaraq da qəbul edilir. Aişə binti Əbu Bəkr ibn Əbu Quhafə 614-ci ildə Məkkədə dünyaya gəlmişdir. Qüreyş qəbiləsindəndir və atası məşhur səhabə Əbu Bəkrdir. Aişənin uşaqlıq illəri Məkkədə keçmişdir. 6 yaşında Məhəmməd ibn Abdullahla evlənmişdir.
Ayşə

Şişə (Əhər)
Şişə (fars. شيشه‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 87 nəfər yaşayır (22 ailə).
Ədl (ailə)
Ədl - İranın Azərbaycan əsilli zadəgan ailəsi. Ailənin üzvləri Pəhləvi sülaləsi dövründə İran oliqarxiyasının bir hissəsini təşkil etmişdir. Ailənin müxtəlif nümayəndələri İran siyasətində və diplomatiyasında 70 ildən çox müddətdə mühüm rol oynamışdır. Ailənin soykökü Təbriz şəhərindəndir. Ailənin əsasını Hacı Seyid Hüseyn (1840-cı ildə vəfat etmişdir) qoymuşdur. O, Hüseyn Şah adı ilə də tanınıb və Təbriz şəhərinin varlı tacirlərindən olmuşdur. Onun övladları Səid Mirzə İbrahim Xəlil və Mirzə Həsən ənənəvi dini təhsil almış, lakin sonradan ataları onları müasir təhsil almaq üçün xaricə göndərmişdir. Ölkəyə geri döndükdən sonra isə ölkənin müasirləşdirilməsinin pionerləri olmuşdurlar. İbrahim Xəlilin oğlu Mustafa Ədl ilk mülki məcəlləni hazırlamış, onun əmisi oğlu Yəhya Ədl isə ilk müasir cərrahiyyə əməliyyatını etmişdir. Həbib Ədl X-ray kimi tibbi texnologiyaları ölkəyə gətirmişdir.
Ədllər (ailə)

Aidə İsayeva
Aidə İsayeva (12 sentyabr 1973) — Azərbaycanı təmsil edən yüngül atlet. Aidə İsayeva Azərbaycanı 2000-ci ildə Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib. Amma o, finişə çata bilmədi və olimpiadanı nəticəsiz başa vurdu.
Ailə büdcəsi
Ailə büdcəsi— müəyyən bir müddət ərzində bütün ailə üzvlərinin imkanlarını təsvir edən gəlir, xərc və əmanət planı. BRE-yə görə ailə büdcəsi ailədə faktiki gəlir və xərclərin məbləği və strukturudur; həyat səviyyəsinin xarakterik xüsusiyyətləri. 1980-ci illərin sonlarında İngilis sosioloqları J. Pal və K. Vogler ailə büdcəsinin idarə edilməsi növlərinin təsnifatını təklif etdilər, bunun nəticəsi Volger, Pal cütlüyü tərəfindən yekunlaşdırıldı. Nəticə aşağıdakı sxemdir : Tam qadın və ya kişi nəzarət sistemi Ev təsərrüfatı üçün sabit büdcə sistemi Müstəqil nəzarət sistemi Xərclər sabit və dəyişənlərə bölünür. Onlar da tez-tez aktuallıq və tezliyə görə bölünür: illik, mövsümi, aylıq, həftəlik, gündəlik və dəyişən . Elmi ədəbiyyatda rifah səviyyəsinə görə ailə büdcələrinin bir neçə növü fərqləndirilir: yaşayış minimumu büdcəsi, bərpa istehlak büdcəsi və yüksək gəlir büdcəsi. Steinberqin araşdırmasına görə, əlverişsiz iqtisadi vəziyyətdə olan kənd mühitində ailə büdcəsi "şəbəkə resursu"ndan alınan resursların 30–70%-ni təşkil edir və ailənin zənginliyindən asılı olaraq onun genoqramı əhəmiyyətli dərəcədə dəyişir : aztəminatlı ailə qohumlarından əhəmiyyətli donor dəstəyi alır ki, bu da birtərəflidir; orta gəlirli ailə qarşılıqlı mübadilə əsasında qurulmuş ən inkişaf etmiş şəbəkəyə malikdir; yüksək gəlirli ailə "kasıb ailə" konfiqurasiyasına malikdir, lakin rifah səviyyəsini qorumaq və gücləndirmək üçün qəsdən belə şərait yaradır. "Şəbəkə resursu" fenomeni "mənəvi iqtisadiyyat"ın xarakterik xüsusiyyəti olan mübadilənin ekvivalentliyinin dərk edilməsidir. Ailənin nüvə vahidi kimi anlayışının formalaşması ilə yanaşı, "böyük ailə" anlayışı keçmişə çevrilir ki, bu da əvvəllər bütün iştirakçılara "əsas son məqamların" uğurla keçməsinə zəmanət verirdi: bir ailənin doğulması. uşaq, universitetə ​​daxil olan uşaqlar, evlilik, dəfn.
Ailə psixologiyası
Ailə psixologiyası— bəşər cəmiyyətinin böyük sosial kəşflərindən və təsisatlarından biri olan ailə insanlar arasındakı qarşılıqlı münasibətləri əks etdirən mənəvi-psixoloji və sosial birliyin spesifik formasıdır. Sosial sistem kimi ailənin sabitliyi cəmiyyətdə onun yalnız spesifik instutsional funksiyasını yerinə yetirməsi ilə yanaşı, həm də özünün daxili psixoloji iqlimindən, mənəvi dəyərlərdən, emosiyalardan, iqtisadi maraq və s. kimi digər amillərdən də asılıdır. Elmlər bir-birindən obyektinə görə yox, predmetinə (mövzusuna) görə fərqlənirlər. Elmin obyekti dedikdə, onun tədqiq etdiyi real gerçəklik nəzərdə tutulur. Bu baxımdan insanları və heyvanları öyrənən bütün elmlərin obyekti eynidir. Elmin predmeti dedikdə, onun öz obyektindən ayırd etdiyi, seçdiyi cəhətlərə hansı baxımdan, hansı nəzəri və ya praktik aspektdə yanaşması nəzərdə tutulur. Məlumdur ki, ailə sferası – insanın şəxsiyyət kimi formalaşması və psixi inkişafını müəyyən edən güclü mənbədir. Ailə psixologiyasının tətbiq edilməsi aktuallığı ailənin həyat fəaliyyətinin optimallaşdırılması, nikah və valideyn-övlad münasibətlərinin effektivliliyinin artması, ailədə uşaqların tərbiyəsi problemlərinin həlli və s. ilə əlaqədardır.
Ayşə Cəlal
Ayşə Cəlal (1956, Lahor, Qərbi Pakistan; urdu عائشہ جلال‎) — Pakistan əsilli amerikalı tarixçi. O, Tafts Universitetində Meri Riçardson adına tarix professorudur və 1998-ci ildə Makartur Vəqfi Təqaüdünə layiq görülmüşdür. Ayeşə Cəlal Pakistanın, eləcə də Cənubi Asiyanın aparıcı tarixçisi hesab olunur və çoxsaylı mükafatlar və təşəkkürlər alıb: Triniti Kolleci (Kembric) Təqaüdü(1980–1984) Makartur Təqaüd Proqramı Təqaüdü (1998–2003) Pakistan Prezidenti tərəfindən Sitarə-i İmtiaz (Fərqlənmə Ulduzu) (2009) Hindistanda məşhur "The Hindu" qəzeti onu "…Pakistanın ən məşhur tarixçilərindən biri…" kimi adlandırır və Pakistanın "Ekspres Tribune" qəzeti "…Cəlal bütün dünyada ciddi metodlara malik bir tarixçi kimi hörmətlə qarşılanır" kimi qeyd edib. 16 aprel 2016-cı ildə Pakistanın BMT-dəki səfiri Maleeha Lodhi "Pakistanın yetişdirdiyi ən böyük tarixçi" olduğunu söylədi.
Ayşə Keşir
Ailə (dəqiqləşdirmə)
Ailə — aralarında qohumluq münasibəti olan insanlar. Ailə (film) — film.
Kisə
Kisə (qab) — çox sayda dağıla bilən əşyaların , ərzağın və tikini materiallarının saxlanılması və daşınmsı üçün əski çağlardan məişətidə istifadə edilən xüsusi qab. Kisə (ölçü vahidi) — riyaziyyatda əski çağlarda əsasən ərzağın çəkisini ölçmək üçün istifadə edilən çəki ölçü vahidi. Kisə (hamam əşyası) — yuyunarkən bədəndən çirki (kiri) çıxarmaq üçün cod parçadan tikilən və ələ keçirilərək istifadə edilən torbacıq.
RISE
RISE - Scotland's Left Alliance (azərb. RISE - Şotlandiyanın Sol Alyansı‎, qısa RISE kimi tanınır) – Şotlandiyada Şotlandiya Sol Layihəsi və Şotlandiya Sosialist Partiyası seçki ittifaqından mövcud olan siyasi partiya. İttifaq Radikal Sol Koalisiya nümunəsi üzərində qurulmuşdur. Partiyanın adı Hörmət (Respect), Azadlıq (Independence), Sosializm (Socialism) and Environmentalizm (Environmentalism) qısaltmasından yaranmışdır. Şotlandiya Sol Layihəsi oktyabr 2014-də Şotlandiyanın müstəqilliyi üzrə referendumdan sonra onlayn layihə kimi yaranıb. Layihə 2015-ci ilin avqustun 29-da Qlazqonun "Mariott" mehmanxanasında RISE partiyası kimi qeyd olub və ilk konfransını keçirmişdir.
ASE
Azərbaycan Sovet Ensiklopediyası və ya qısaca ASE (azərb-kiril. Азәрбајҹан Совет Енсиклопедијасы (АСЕ)) — 10 cilddən ibarət Azərbaycan dilində ensiklopediya. "Azərbaycan Sovet Ensiklopediyası"nın nəşr edilməsi haqqında" qərar Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Soveti tərəfindən 1965-ci il 30 dekabrda verilmişdir. Qərara əsasən, oncildlik "Azərbaycan Sovet Ensiklopediyası (ASE)" və "Azərbaycan SSR" xüsusi cildi (Azərbaycan və rus dillərində) buraxılmalı idi. Həmin dövrdə respublikada ensiklopediya nəşretmə təcrübəsi olmadığına və peşəkar kadr azlığına baxmayaraq, 1970-ci ildə Rəsul Rzanın rəhbərliyi ilə ASE-nin "Azəri Sovet Ensiklopediyası" adlı 1-ci cildi buraxıldı. Sov.İKP MK Siyasi Bürosunun qərarına əsasən, həmin cild sovet ideologiyasının tələblərinə cavab verməyən nəşr hesab edilərək 20 min nüsxəlik ilk tirajı qısa müddətdə satışdan yığışdırılaraq mütləq əksəriyyəti məhv edildi. Rəsul Rza baş redaktor vəzifəsindən azad olundu. Azərbaycan KP MK-nın 1975-ci il 24 oktyabr tarixli qərarı ilə bərpa olunan ASE-nin ümumi nəşri 1987-ci ildə başa çatdırılsa da, xüsusi cild buraxılmadı. Halbuki onun bütün cildlərində Azərbaycanla bağlı bəzi məqalələr yeri gəldikcə "Azərbaycan SSR" xüsusi cildinə istinadən verilmişdi. SSRİ-də "perestroyka" başlayanda da "Azərbaycan SSR" xüsusi cildinin nəşri baş tutmadı.
Kisə (qab)
Kisə — çox sayda dağıla bilən, səpələnən əşyaların, ərzağın və tikini materiallarının saxlanılması və daşınmsı üçün əski çağlardan bu günümüzə qədər məişətimizdə istifadə edilən xüsusi qab. Xalqımızın məişətində əski çağlardan bir çox məmulatları kisəyə qablaşdırmışlar. Kisə sözü bu gün də məişətimizdə yaşamaqdadır. Əsasən ərzaqlar - un, düyü, şəkər, arpa, buğda, eləcədə bir çox tikinti materialları - qum, gips və sairə kisələrə qablaşdırılır.
Luis Arse
Luis Alberto Arse Katakora (isp. Luis Alberto Arce Catacora; 28 sentyabr 1963, La-Pas) — 2020-ci ildən etibarən Boliviyanın 67-ci Prezidenti vəzifəsində çalışan Bolivya siyasətçisi. Arse La-Pasda anadan olub. 1984-cü ildə La-Pazdakı Bank Təhsili İnstitutundan mühasib olaraq məzun olub, San Andres Ali Universitetində və İngiltərədəki Uorvik Universitetində iqtisadiyyat dərəcəsi alıb. 1990-cı illərin çox hissəsini dövlət məmuru olaraq bir-birinin ardınca dövlət postlarında və müxtəlif universitetlərdə iqtisadiyyat müəllimi olaraq keçirdi. 2006-cı ildə yeni seçilmiş Prezident Evo Morales tərəfindən Maliyyə Naziri təyin edildi. Arse Boliviyada iqtisadi yüksəliş dövrünə nəzarət etdi və SUH üzvü olaraq texnokrat olduğu üçün şöhrət qazandı. Arse ilk turda səslərin 55.1%-i aldığı 2020-ci il ümumi seçkilərində Sosializm Hərəkatından prezidentliyə namizəd olaraq seçildi. Luis Arse 28 sentyabr 1963-cü ildə La-Pasda anadan olub. Hər iki valideyni müəllimdir, Karlos Arse Qonzales və Olqa Katakoranın oğludur.
Maisə Nəcəfova
Maisə Nəcəfova (tam adı: Maisə Aşum qızı Nəcəfova) — AMEA-nın akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun “Spektroskopik analizi” laboratoriyasının kimya üzrə elmlər doktoru, baş elmi işçisi. Maisə Aşum qizi Nəcəfova 1943-cü ildə mayın 11-də Bakida ziyalı ailəsində anadan olmuşdur. 1959-ci ildə Bakı şəhəri 26 saylı rus orta məktəbinə daxil olmuş və oranı 1960-ci ildə əla qiymətlərlə bitirmişdir. 1960-65-ci illərdə S.M.Kirov adına Dövlət Universitetinin fizika fakultəsinin tələbəsi olmuş və oranıda əla qiymətlərlə bitirmişdir. Təyinatı Azərbaycan EA-nın Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutuna verilmişdir. 1965-1968-ci illərdə orada böyük mühəndis vəzifəsində işləmişdir. 1969-1971-ci illərdə Moskva şəhəri SSRİ EA-nın N.N.Semyonov adına Kimyəvi Fizika İnstitutunun (N.M.Emanuelin şöbəsində ) aspiranturasında çalışmışdır. 1978-ci ildə “Qlükozamin, onun törəmələri və qlikoproteidin qamma şüalandırılması zamanı alınan radikalların fiziki-kimyəvi tədqiqi “(02.00.04 – fiziki kimya) mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 2010–cu ildə AAK-nın qərarı ilə M.A.Nəcəfovaya kimya elmləri doktoru alimlik dərəcəsi verilmişdir.
Maisə Rəhimova
Maisə Nurbala qızı Rəhimova (16 may 1945, Bakı) Maisə Nurbala qızı Rəhimova 16 may 1945-ci ildə Bakı şəhərində qulluqçu ailəsində dünyaya göz açmışdır. 1952-ci ildə Oktyabr rayonu 18 №-li orta məktəbə daxil olmuş və 1962-ci ildə həmin məktəbi bitirmişdir. Elə həmin ildə S. V. Kirov adına Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsinə daxil olmuşdur. 1967-ci ildə ali təhsili başa vuraraq, həmin ildən Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışmağa başlamışdır. 1967-ci ildə Tarix insitutunun aspiranturasına daxil olaraq 1971-ci ildə aspiranturanı bitirmişdir. 1973-cü ildən 1978-ci ilə qədər Azərbaycan EA Tarix İnstitutunun Arxeologiya və Etnoqrafiya Sektorunun Arxeoloji Texnologiya laboratoriyasında kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1978-ci ilin noyabr ayında Arxeologiya və Etnoqrafiya Sektorunun elmi katibi vəzifəsinə təyin olunmuşdur. 1993-cü ildə müstəqil Arxeologiya və Etnoqrafiya İnstitutu yaradıldıqdan sonra həmin İnstitutun elmi katibi, elmi işlər üzrə direktor müavini vəzifəsində çalışmışdır. 1984-cü ildə SSRİ AAK-nın qərarı ilə "elm və texnika’ ixtisası üzrə "böyük elmi işçi" elmi adı verilmişdir. 2005-ci ildə "Eneolit və tunc dövrü Azərbaycan metallurgiyası" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək tarix elmləri doktoru alimlik dərəcəsinə layiq görülmüşdür.
Nisə Bəyim
Nisə Bəyim (tam adı: Rəhimova Nisəbəyim İsmayıl qızı; 6 mart 1955, Sabirabad, Azərbaycan SSR) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1998). Rəhimova Nisəbəyim İsmayıl qızı 6 mart 1955-ci il tarixində Sabirabad şəhərində ziyalı ailəsində anadan olmuşdur. Atası Rəhimov İsmayıl Cabbar oğlu Şamaxı şəhərindən, anası Məlikova Məryəm Əlabbas qızı Zərdab rayonunun Əlvənd kəndindəndir. 1961-ci ildə Sabirabad şəhərində M. Müşfiq adına 4 saylı orta məktəbə daxil olmuş, 1971-ci ildə həmin məktəbi bitirmişdir. 1976-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu fərqlənmə ilə bitirərək, Sabirabad şəhər M. Müşfiq adına 4 saylı orta məktəbində əmək fəaliyyətinə başlamış və hal-hazırda həmin məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi çalışır. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2020-ci ilin noyabr ayının 26-da vəfat etmişdir. Yaradıcılığa tələbəlik illərindən başlasa da, Azərbaycan mətbuatında 1988-ci ildən çap olunur. İlk dəfə "Vətən mənəm" adlı şeiri 1988-ci ildə "Azərbaycan müəllimi" qəzetində çap olunur. Bu vaxtdan etibarən onun yazıları "Azərbaycan", "Ulduz", "Gənclik", "Azərbaycan qadını", "Pəncərə" və digər dərgilərində, müxtəlif qəzetlərdə, Tehranda nəşr olunan "Yol" jurnalında, "Yaşıl budaqlar", "Vətən sevgisi", "Min beş yüz ilin oğuz şeiri", "Poeziya günü", "Aran" toplu və almanaxlarında dərc olunmuşdur.
Nisə Mehdiyeva
Mehdiyeva Nisə Əşrəf qızı — Mikrobiologiya sahəsində ilk qadın elmlər doktoru (1969), professor (1986). 1928-ci il aprel ayının 12-də Bakıda anadan olmuşdur. O, 1950-ci ildə Lomonosov adına Moskva Dövlət Universitetini müvəffəqiyyətlə bitirmişdir. Nisə Mehdiyeva 1950-1952-ci illərdə Azərbaycan Dövlət Universitetində (indiki BDU) müəllim işləmiş, 1952-1955-ci illərdə SSRİ Elmlər Akademiyasının Botanika İnstitutunun aspirantı olmuşdur. Nisə Mehdiyeva 1955-ci ildə namizədlik, 1969-cu ildə isə doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1986-cı ildə mikrobiologiya üzrə respublikada ilk professor elmi adını almışdır. Nisə Mehdiyeva 1955-1957-ci illərdə Respublika Elmlər Akademiyasının Rəyasət Heyətində biologiya üzrə elmi katib işləmişdir. 1958-ci ildə Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Torpaq biologiyası laboratoriyasını təşkil edərək akademiyada mikrobiologiya elminin əsasını qoymuşdur. 1968-ci ildə akademiyada ilk dəfə neft mikrobiologiyası sahəsində laboratoriyaya rəhbərlik etmişdir. Nisə Mehdiyeva 1972-ci ildə laboratoriya Mikrobiologiya sektoru, 1994-cü ildə isə Mikrobiologiya İnstitutu statusu almışdır.