Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Adil
Adil — kişi adı və təxəllüs. Adil Gəray — Adil şah — Adil Şirin — Adil Rüstəmov — Azərbaycan rəssamı Adil xan Ziyadxanov — Adil Üseyran — Məşədi Adil — Adil Vəliyev — Adil Aşırım — Adil Barmal — Adil Kaskabay — Adil Yaqubov — Adil Baxşəliyev — tibb elmləri doktoru, professor Adil Babayev Adil Babayev (şair) — şair, tərcüməçi Adil Babayev (hüquqşünas) — Azərbaycan SSR-in baş prokuroru (1954–1958) Adil Babayev (professor) — Filologiya elmləri doktoru, professor.
Aldin Ağanoviç
Aldin Ağanoviç (8 dekabr 2000, Avstriya) — "Stripfing" Avstriya klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Avstriyalı futbolçudur. Ağanoviç Liferinq akademiyası vasitəsilə inkişaf etmişdir. Ağanoviç öz peşəkar karyerasında debütünü 29 sentyabr 2017-ci ildə Ried klubuna qarşı oyunda etmişdir. O, 54-cü dəqiqədə Aleksander Şmidti əvəz etmişdir. Həmin görüşdə Liferinq liqa görüşündə rəqibinə 1-6 hesabı ilə məğlub olmuşdur. 2 Yanvar 2018 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Avstriya Superkuboku görüşləri daxildir.
Aldis Adamovis
Aldis Adamovis (latış. Aldis Adamovičs‎; 1970) — Latviya dövlət və siyasi xadimi, Latviya Seyminin XII (2014—2018) və XIII (2018—) çağırış üzvü. Aldis Adamovis 1977-ci il fevralın 1-də anadan olub. Aldis Adamovis ali təhsilini Latviya Universitetində alıb. Aldis Adamovis «Vahid» Partiyanın üzvüdür. 2014-cü ildə XII çağırış Latviya Seyminə seçkilər baş tutdu. «Vahid» Partiyanın üzvü olan Aldis Adamovis, Latqale ərazisindən Latviya Seyminə üzv seçildi. 2018-ci ildə XIII çağırış Latviya Seyminə seçimlər baş tutdu. Yenə «Vahid» Partiyanın üzvü olan Aldis Adamovis, Latqale ərazisindən Latviya Seyminə üzv seçildi.
Allil spirti
Allil spirti (propen-2-ol-1) – doymamış spirtlər sinfinə daxil olan oksigenli üzvü maddədir. Spirt iyli, rəngsiz mayedir. Bir çox üzvi həlledicilərdə həll olur, bütün nisbətlərdə su ilə qarışaraq azeotrop qarışıq (28,3% Н2О; qayn.t. 89,0 °C) əmələ gətirir. Allil spirti allil birləşmələri və spirtlərin daxil olduğu reaksiyalara daxil olur. Halogenləri, hidrogenhalogenidləri, HClO-nu özünə birləşdirir. 100°С temperaturda üzvi hidrogenperoksidlərlə (katalizatorlar – Mo və W-ın birləşmələri) qarşılıqlı təsirdə olduqda qlisidola çevrilir. Allil spirtini 1000C-də ZnCl2-in iştirakı ilə və ya 200C–də CuCl2-in iştirakı ilə qatı HCl ilə işlədikdə allilxloridə çevrilir, 200-3000C-də Al2O3 üzərindən keçirtdikdə isə diallilefiri alınır. Allil spirtindən asanlıqla sadə və mürəkkəb efirlər alınır.[3] Allilxloridin hidrolizindən Propilen oksidin izomerləşməsindən Propanol-1-in dehidrogenləşməsindən Qliserinin qarışqa turşusu ilə reaksiyasından[4] Propilenin allilasetata oksoasilləşməsindən Qliserinin, akroleinin, qlisidolun və sadə və polimerləşən mürəkkəb allil efirlərinin, xüsusilə, diallilftalatın sintezində tətbiq edilir. Toksikliyi və təhlükəsizliyi Çox zəhərlidir, gözləri qözyaşına qədər qıcıqlandırır, mərkəzi sinir sisteminə təsir edir, qara çiyəri zədələyir, iş sahəsində buraxıla bilən qatılığı (BBQ) 2 mq/m3-dir.
Adil Abbas
Adil Möhsün oğlu Abbasov (18 avqust 1951, Tehran) — Azərbaycan operatoru, əməkdar mədəniyyət işçisi (2006), Azərbaycanın əməkdar incəsənət xadimi (2018), "Humay" və "Qızıl Çıraq" mükafatları laureatı (2002). Adil Abbasov 18 avqust 1951-ci ildə Tehranda anadan olub. ÜDKİ-nin kinooperatorluq fakültəsini bitirib (1984). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində işləyir. 1 avqust 2018-ci ildə isə Azərbaycanın əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür. Ordubad (film, 1983) Bayramda yağış (film, 1985) Arif Məlikov. "Məhəbbət əfsanəsi" (film, 1987) Gənc qadının kişisi (film, 1988) Maestro (film, 1988) Rüstəm İbrahimbəyov (film, 1988) Anarla üz-üzə (film, 1989) Biznesmen (film, 1989) Oxu, tar (film, 1989) Ağa, cəddinə qurban (film, 1993) "Atikva" ümid deməkdir (film, 1994) Pirə qayıdan yol (film, 1994) Hacı Arif (film, 1995) Novruz (film, 1995) Zəng (film, 1995) Avşarlar (film, 1996) Səhnəmizin Yaşarı (film, 1996) Sənətinin Vaqifi (film, 1996) Nigarançılıq (film, 1998) Tikdim ki, izim qala. III film (film, 1998) Borçalı elləri. Qaraçöp (film, 1999) Xoşbəxt adam (film, 1999) Maraqlı adamlar (film, 1999) Yaşıl eynəkli adam-2 (film, 1999) Zirvədən boylanan Xınalıq (film, 1999) Dədəgünəş (film, 2000) Ana duasından başlanan yol (film, 2001) Başmaq (film, 2001) Dan ulduzu, tale ulduzu (film, 2001) Əliməmməd dayı (film, 2001) Qədir Rüstəmov (film, 2001) Mədəniyyət salnaməsi (film, 2001–2004) Muğam (film, 2001) Nekroloq (film, 2001) Ömrün yuxuları (film, 2001) Pənah Xəlilov (film, 2001) Salur Qazanın evi talandığı boy (film, 2001) Zaqatala qoruğu (film, 2001) Altay Məmmədov (film, 2002) Çiçi xalçaları (film, 2002) Ömür ağacı (film, 2002) Padarçöl (film, 2002) Səsin Məcnunu (film, 2002) Yaşıl eynəkli adam-3 (film, 2002) Yeddi oğul istərəm, bircə dənə qız gəlin (film, 2002) Aşıq Məhəmməd Sadaxlı (film, 2003) Dəvətnamə (film, 2003) Yumurta (film, 2003) İsrafil müəllim (film, 2003) Qara Qarayev (film, 2003) Qısa monoloqlar (film, 2003) Mötəbər insanlarımız (film, 2003) Sirkə (film, 2003) Abşeron lövhələri (film, 2004) Molokanlar. Saf ruh (film, 2004) Teatr (film, 2004) Yaxşı adam haqqında (film, 2004) Yalçın (film, 2004) Akademik Heydər Hüseynov (film, 2005) Ağaxan (film, 2006) İlisu (film, 2006) Kişiləri qoruyun (film, 2006) Nağılların Dərbəndi (film, 2006) Şəki teatrında (film, 2006) Üçüncü zəng (film, 2006) Ev (film, 2007) Həsən Abdullayev xatirələrdə… (film, 2007) Qaragülün nağılı (film, 2007) Yorulmamışam.
Adil Abbasov
Adil Möhsün oğlu Abbasov (18 avqust 1951, Tehran) — Azərbaycan operatoru, əməkdar mədəniyyət işçisi (2006), Azərbaycanın əməkdar incəsənət xadimi (2018), "Humay" və "Qızıl Çıraq" mükafatları laureatı (2002). Adil Abbasov 18 avqust 1951-ci ildə Tehranda anadan olub. ÜDKİ-nin kinooperatorluq fakültəsini bitirib (1984). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində işləyir. 1 avqust 2018-ci ildə isə Azərbaycanın əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür. Ordubad (film, 1983) Bayramda yağış (film, 1985) Arif Məlikov. "Məhəbbət əfsanəsi" (film, 1987) Gənc qadının kişisi (film, 1988) Maestro (film, 1988) Rüstəm İbrahimbəyov (film, 1988) Anarla üz-üzə (film, 1989) Biznesmen (film, 1989) Oxu, tar (film, 1989) Ağa, cəddinə qurban (film, 1993) "Atikva" ümid deməkdir (film, 1994) Pirə qayıdan yol (film, 1994) Hacı Arif (film, 1995) Novruz (film, 1995) Zəng (film, 1995) Avşarlar (film, 1996) Səhnəmizin Yaşarı (film, 1996) Sənətinin Vaqifi (film, 1996) Nigarançılıq (film, 1998) Tikdim ki, izim qala. III film (film, 1998) Borçalı elləri. Qaraçöp (film, 1999) Xoşbəxt adam (film, 1999) Maraqlı adamlar (film, 1999) Yaşıl eynəkli adam-2 (film, 1999) Zirvədən boylanan Xınalıq (film, 1999) Dədəgünəş (film, 2000) Ana duasından başlanan yol (film, 2001) Başmaq (film, 2001) Dan ulduzu, tale ulduzu (film, 2001) Əliməmməd dayı (film, 2001) Qədir Rüstəmov (film, 2001) Mədəniyyət salnaməsi (film, 2001–2004) Muğam (film, 2001) Nekroloq (film, 2001) Ömrün yuxuları (film, 2001) Pənah Xəlilov (film, 2001) Salur Qazanın evi talandığı boy (film, 2001) Zaqatala qoruğu (film, 2001) Altay Məmmədov (film, 2002) Çiçi xalçaları (film, 2002) Ömür ağacı (film, 2002) Padarçöl (film, 2002) Səsin Məcnunu (film, 2002) Yaşıl eynəkli adam-3 (film, 2002) Yeddi oğul istərəm, bircə dənə qız gəlin (film, 2002) Aşıq Məhəmməd Sadaxlı (film, 2003) Dəvətnamə (film, 2003) Yumurta (film, 2003) İsrafil müəllim (film, 2003) Qara Qarayev (film, 2003) Qısa monoloqlar (film, 2003) Mötəbər insanlarımız (film, 2003) Sirkə (film, 2003) Abşeron lövhələri (film, 2004) Molokanlar. Saf ruh (film, 2004) Teatr (film, 2004) Yaxşı adam haqqında (film, 2004) Yalçın (film, 2004) Akademik Heydər Hüseynov (film, 2005) Ağaxan (film, 2006) İlisu (film, 2006) Kişiləri qoruyun (film, 2006) Nağılların Dərbəndi (film, 2006) Şəki teatrında (film, 2006) Üçüncü zəng (film, 2006) Ev (film, 2007) Həsən Abdullayev xatirələrdə… (film, 2007) Qaragülün nağılı (film, 2007) Yorulmamışam.
Adil Abdullayev
Adil Abdullayev Polad oğlu — Azərbaycan alimi, fizika üzrə elmlər doktoru. Abdullayev Adil Polad oğlu 30 mart 1969-cu ildə Ağstafa rayonunun Poylu kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin (Bakı Dövlət Universiteti) Fizika fakültəsini bitirib. AMEA-nın Radiasiya Problemləri İnstitutunun baş elmi işçisi, dosenti, fizika üzrə elmlər doktorudur. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində müəllimlik fəaliyyəti ilə məşğuldur (Riyaziyyat və Fizika kafedrası). “TlS və TlIn1-xRx S2 (Rx=Fe, Ge, Au, Si) bərk məhlulunun polimorf modifikasiyalarının dielektrik xassələrinin və qəfəs dinamikasının əsas xüsusiyyətləri” mövzusunda namizədlik dissertasiyası işini müdafiə edərək 01.04.10- “Yarımkeçirici və dielektriklər fizikası” üzrə Fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini, sonra isə dosent elmi işini adını almışdır. Elmi fəaliyyətini davam etdirərək “Radiasiya təsirinə məruz qalmış А3В6 və А3В3С26 qruplu zəncirvari kristallarda dielektrik relaksasiyasının və keçiriciliyin xüsusiyyətləri” mövzusunda doktorluq dissertasiya işini müdafiə edərək “Radiasiya materialşünaslığı” və “Yarımkeçiricilər fizikası” ixtisaslarında fizika elmləri üzrə elmlər doktoru elmi dərəcəsi alıb. Respublika və Beynəlxalq konfranslarda (Bakı, Ulyanovsk, Almatı, Maxaçqala, Moskva, Honq Konq, Ankara, İspaniya, Minsk, Florida, Voronej, Kişinyov, Kipr, Norveç, Daşkənd və s. şəhərlərdə) müzakirə olunmaqla yanaşı, eyni zamanda xarici mətbuatda “Science index”-nə aid olan jurnallarda (Rusiya, ABŞ, Fransa, Türkiyə, Yaponiya, Qazaxıstan, Ukrayna və s. kimi onlarla xarici ölkə mətbuatlarında) dərc olunmuş 130 elmi əsərin və 4 kitabın müəllifidir.
Adil Adilzadə
Aprel döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2016-cı ilin 2-5 aprel tarixlərində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında təmas xətti boyunca, əsasən Tərtər-Ağdərə cəbhəsində Talış istiqaməti üzrə, Cəbrayıl-Füzuli cəbhəsində isə Lələtəpə istiqaməti üzrə baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 89 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin neçə hərbi qulluqçusunun şəhid olduğu barədə rəsmi məlumat verilməmişdir. Bu siyahı hazırlanan zaman KİV-lərdə şəhidlərin dəfn mərasimləri ilə bağlı verilən xəbərlərdən və Meydan TV-nin araşdırmasından istifadə edilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 1-ci Ordu Korpusunun 39 hərbi qulluqçusu, Quru Qoşunlarının 2-ci Ordu Korpusunun 19 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 27 hərbi qulluqçusu, Hərbi Hava Qüvvələri 3 hərbi qulluqçusu və Hərbi Dəniz Qüvvələrinin 1 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 87-si hərbi əməliyyatlar zamanı, 2-si isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 21-i zabit, 19-u gizir, 12-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 37-si isə sıravi əsgər (çağırışçı) idi. Azərbaycan Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixində Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və Silahlı Qüvvələr qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Aprel döyüşləri zamanı şəhid olan 2 hərbi qulluqçu Azərbaycanın Milli Qəhrəmanı adı, 3 hərbi qulluqçusu "Azərbaycan Bayrağı" ordeni, 2 hərbi qulluqçu 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 6 nəfər "Vətən uğrunda" medalı, 13 nəfər isə "İgidliyə görə" medalı ilə təltif edildi. Həmçinin 61 şəhid hərbi qulluqçu müdafiə naziri Z. Ə. Həsənovun 19 aprel 2016-cı il tarixli əmrilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. Müalicə aldığı hospitalda şəhid olan Nəcməddin Savalanov hələ sağlıqında "İgidliyə görə" medalı ilə təltif edilib.
Adil Allahverdiyev
Adil Allahverdiyev (tam adı: Allahverdiyev Adil Məhəmmədəli oğlu; 1 mart 1951, Culfa rayonu) — Elmlər doktoru, professor. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi,V.Y.Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Allahverdiyev Adil Məhəmmədəli oğlu 1951-ci il martın 1-də Azərbaycan Respublikası Naxçıvan MR-in Culfa rayonunda müəllim ailəsində anadan olub. 1968-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutuna (indiki Azərbaycan Tibb Universiteti) qəbul edilib. 1974-cü ildə institutu əla qiymətlərlə başa vurması və aktiv ictimai fəaliyyətinə görə S.M.Kirov adına Azərbaycan Elmi-Tədqiqat Tibbi Parazitologiya və Tropik Təbabət İnstitutuna həkim-baş laborant vəzifəsinə təyin edilib. 1975-1977-ci illərdə A.Allahverdiyev elə həmin institutda klinik ordinaturanı davam etdirib. Ordinaturanı bitirdikdən sonra hemoqlabin-enzimopatiya laboratoriyasında kiçik elmi işçi işləyib. 1978-1981-ci illərdə A.Allahverdiyev elmi-tədqiqat fəaliyyətini Moskvada, Tibb Elmləri Akademiyası nəzdində Y.İ.Marsinovski adına Tibbi Parazitologiya və Tropik Təbabət İnstitutunun məqsədli aspiranturasında davam etdirib, 1981-ci ildə aspiranturanı bitirib, tibb elmləri namizədi elmi dərəcəsini alıb. Həmin illərdə də onun tərəfindən ilk dəfə tətbiq edilmiş “qlükoza-6-fosfatdehidrogenaz (G-6PD) ferment çatışmazlığından əziyyət çəkən, dərman preparatlarına həssaslığı olan insanlarda “in vitro” hemolizinin müəyyən edilməsi” metodu elmdə ciddi problemlərin həll olunmasına kömək edib. Tədqiqatlarda natrium formiatın antioksidant xüsusiyyəti də aşkara çıxarılıb. Bu, primaxinin yaratdığı G-6PD ferment çatışmazlığı olan adamlarda eritrositlərin hemolizinin qarşısını alır.
Adil Üseyran
Adil Üseyran (ərəb. عَادِل عُسَيْرَان‎; 5 iyun 1905 – 18 iyun 1998, Sayda) — Livanlı siyasətçi, ədliyyə naziri, müdafiə naziri, daxili işlər naziri və 1953–1959-cu illərdə Livan Milli Məclisinin sədri.
Adil İbrahimli
Adil Asəm oğlu İbrahimli (9 sentyabr 1992, Sumqayıt – 7 noyabr 2020, Şuşa) — Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. Adil İbrahimli 9 sentyabr 1992-ci ildə Sumqayıt şəhərində anadan olub. 1999–2008-ci illərdə Sumqayıt şəhərində 14 nömrəli tam orta məktəbdə, 2008–2011-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2011–2015-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi. 2 övladı yadigar qaldı. Adil İbrahimli 2015–2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmət edirdi. 2017-ci ildən isə Xüsusi Təyinatlı Qüvvələrin sıralarında Baş Kəşfiyyatçı, Qrup Komandirinin müavini, Qrup Komandiri vəzifələrində xidmət edirdi. Azərbaycan Ordusunun baş leytenantı olan Adil İbrahimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ döyüşlərində, həmçinin Cəbrayılın, Füzulinin, [[Hadrutun azad edilməsi|Xocavənd]]in və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Adil İbrahimli noyabrın 7-də Şuşanın azad edilməsi zamanı şəhid olub.
Adil İsgəndərov
Adil İsgəndərov (tam adı: Adil Rza bəy oğlu İsgəndərov; 5 may 1910, Yelizavetpol – 18 sentyabr 1978, Bakı) — Azərbaycan-sovet teatr və kino rejissoru, aktyoru, SSRİ xalq artisti (1959), Azərbaycan SSR Ali Sovetinin 4-cü (1955–1959) və 5-ci çağırış (1959–1962) deputatı. Adil İsgəndərov 1910-cu il mayın 5-də Gəncədə bəy ailəsində dünyaya gəlib. Ağır təbiətli idi, ancaq həmişə qeyri-adi, özünəməxsus zarafatları ilə insanlara xoş ovqat bəxş etməyi sevərdi. Zabitəli insan idi. Onunla təmas yaratmaq o qədər də asan deyildi, ancaq dostları, yaxınları deyirdilər ki, Adil müəllimə yaxınlaşdınsa, ondan aralanmaq da müşkül işə çevrilir. "Köhnə kişilər"in təbiəti var idi onda. Elə kinoda rol seçəndə də, görünür təbiətindəki bu ştrixləri nəzərə alırdı. Adil müəllim Teatr Texnikumu və A. V. Lunaçarski adına Moskva Dövlət Teatr Sənəti İnstitutunda təhsil almışdı, Moskvadakı Bədaye Teatrında rejissorluq təcrübəsi keçmişdi. 1936-cı ildə Akademik Dövlət Teatrına qədəm basan Adil İsgəndərov çox keçmədi bu sənət məbədinə baş rejissor, sonra isə direktor seçildi və 25 ilə yaxın bir dövrdə bu teatrda öz məktəbini yaratdı. Heç təsadüfi deyildi ki, o vaxtlar bu sənət ocağını "Adil İsgəndərov teatrı" adlandırırdılar.
Adil Şirin
Adil Şükürov
Adil Teymur oğlu Şükürov (16 avqust 1977, Laçın) — Azərbaycanın sabiq futbolçusu, Turan Tovuz Futbol Akademiyasının direktoru. Adil Şükürov 16 avqust 1977-ci ildə Laçın rayonunda anadan olmuşdur. Ailəsi Bakıya köçdüyündən, 1984-cü ildə Bakı şəhərində birinci sinfə getmişdir. 1994-cü ildə orta məktəbi bitirir və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olur. Paralel olaraq, məşqlərini də davam etdirir. 1999-cu ildə İdman Akademiyasını bitirib. Evlidir, 3 qızı var. 1985-ci ildən "Neftçi" futbol cəmiyyətində ilk dəfə olaraq Ruslan Abdullayevin rəhbərliyi altında futbolun sirlərinə yiyələnməyə başlamışdır. 1987-ci ildə Ruslan Abdullayev Əlcəzair milli komandasını çalişdırmağa getdiyindən, Adili özündən bir il böyük yaş qrupuna — Pankratov Valeri Pavloviçin rəhbərlik etdiyi "Neftçi" cəmiyyətinin digər komandasına məsləhət görür. Özündən bir yaş böyük uşaqlarla oynamağına baxmayaraq, əsas heyətdə möhkəmlənməyi bacarmış və bu komanda ilə iki il ardıcıl olaraq Bakı şəhər birinciliyinin qalibi olmuşdur.
Adil Şıxəliyev
Adil Həmdulla oğlu Şıxəliyev (12 aprel 1946, Quba) — Azərbaycanın qobelençi rəssamı, Azərbaycan Respublikasının əməkdar rəssamı (2021). Şıxəliyev Adil Həmdulla oğlu 12 aprel, 1946-cı ildə Quba şəhərində anadan olmuşdur. O, 1974-cü ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini bitirmişdir. Adil Şıxəliyev 1981-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. O, beynəlxalq dekorativ tətbiqi sənət simpoziumların, beynəlxalq qrup sərgilərin iştirakçısıdır. Rəssam "Fəryad", "Odlar yurdu", "Səhər nəğməsi" qobelenlərin müəllifidir. Adil Şıxəliyevin əsərləri Moskva, Gürcüstan, Almaniya, Çexoslovakiya, Türkiyə və Azərbaycanda nümayiş edilmişdir. O, respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır.
Adil şah
Adil şah və ya Əliqulu xan (1719, Xorasan – 20 may 1749, Məşhəd) — Əfşarlar xanədanlığından olan 2-ci Azərbaycan, İran və Xorasan şahı (1747–1748). Əliqulu xan İbrahim xan oğlu 1719-cu ildə Xorasan əyalətinin Əbivərd ətrafında doğulmuşdu. Əmisi Nadir şaha xidmət etmişdi. Əliqulu xan əmisinin səfərlərində iştirak etmişdi.Mosul ətrafında yaşayanlar üsyan etdikdə cəza dəstəsinə başçılıq etmişdi. Üsyançıları darmadağın edib xeyli qənimət ələ keçirmişdi. Əliqulu xan yezidi-kürdlərin qiyamını yatırmışdı. Başçıları Yezidi döyüş meydanında öldürmüş, Əsa isə Nadirqulu xanın yanına gəlib itaətini bildirmişdi. Əliqulu xan Rzaqulu mirzədən sonra Xorasanın hakimi təyin edilmişdi. Əliqulu xan 1745-ci ilin may ayında Nadir şahın göstərişi ilə Xivəyə yürüş etmişdi. Əliqulu xan 1746-cı ilin noyabrın 10-da Sarı xan, Allahvеrdi xan və Şahqulu xanla birlikdə Xarəzmə, qiyamçı yomutların üstünə getmişdi.
Adil Əfəndiyev
Adil Əfəndiyev və ya Adil Nəcdət (1907 – 9 fevral 1973, Bakı) — Axısqa türkü, alim, Bakı Sovetinin II, IV, V, VI, VIII, IX çağırış deputatı. Adil Ələddin oğlu Əfəndiyev 1929-cu ildə Azərbaycan Dövlət Universitetinin şərq fakültəsinin dilçilik şöbəsini bitirmişdir. Əmək fəalyyətinə hələ tələbə ikən başlamışdır. 1924-cü ildə "Kəndli qəzetəsi"nin katibi, 1925–1939-cu illərdə Azərbaycan Dövlət Nəşriyyatı – "Azərnəşr"də orfoqraf, tərcüməçi, redaktor, şöbə müdiri vəzifələrində çalışmışdır. 1939–1953-cü ildə Azərbaycan Radio Verilişləri Komitəsində baş redaktor, sədrin birinci müavini və sədr vəzifəsində çalışmışdır. 1954–1964-cü illərdə Azərbaycan Dövlət Nəşriyyatı-"Azərnəşr"in müdiri vəzifəsində çalışmışdır. 1964–1972-ci illərdə Azərbaycan SSR Dövlət Mətbuat Komitəsi sədrinin birinci müavini olmuşdur. 1972–1973-cü illərdə Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunda tərcümə bölməsinin müdiri olmuşdur. Nizami Yubiley Komitəsinin məsul katib və sədr müavini, terminoloji komitənin, toponimika komissiyasının, Azərbaycan Sovet Ensiklopediyası baş redaksiyasının üzvü olmuşdur. Bir çox bədii, siyasi əsərlərin, o cümlədən K. Marks, F. Engels, V. İ. Lenin, Ö. Xəyyam, İ. S. Turgenyev, L. Tolstoy, M. Tven, C. Oldric və başqalarının əsərlərnin, tarix və coğrafiya dərsliklərinin Azərbaycan dilinə tərcüməçisi və tərcümələrinin redaktoru olmuşdur.
Adil Əliyev
Adil Abış oğlu Əliyev (25 sentyabr 1969, Maxta, İliç rayonu) — Azərbaycan ictimai-siyasi xadimi, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı (2024-cü ildən), Azərbaycan Kikboksinq Federasiyasının prezidenti (2000-ci ildən), Azərbaycan Respublikası Milli Məclisinin sabiq sədr müavini (2020–2024), Milli Məclisin III, IV, V və VI çağırış deputatı (2005–2024). Adil Əliyev 1969-cu il sentyabrın 25-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndində anadan olmuşdur. 1987-ci ildə Bakı idman təmayüllü internat məktəbini bitirib. 1992-ci ildən İdman Ustasıdır. 1992-ci ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindəki M. V. Frunze adına Ali Hərbi Dənizçilik Akademiyasını bitirib. 1998-ci ildə [https://www.pa.edu.az/ Daxili İşlər Nazirliyinin Polis Akademiyasını] bitirib. 2004-cü ildə Bakı Dövlət Universitetinin magistraturasını bitirib. 2010-cu ildə BDU-nun aspiranturasını bitirib. 2009-cu ildə Kikboksinq üzrə veteranlar arası dünya çempionu olub. 2012-ci ildə çap olunmuş "Erməni soyqırımı: mif və gerçəklik" adlı kitabın ingiliscədən Azərbaycan və rus dilinə tərcüməsinin ideya müəllifi olmuşdur.
Adil Əsədov
Adil İsgəndər oğlu Əsədov (1 oktyabr 1958, Quba) — Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun Estetika şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor, Fəlsəfi Maarifçilik Assosiasiyasının prezidenti Adil Əsədov 1 oktyabr 1958-ci ildə Quba şəhərində anadan olmuşdur. 1975-ci ildə Quba İnternat Məktəbini, 1980-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu, (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti) bitirmişdir. 1986–1989-cu illərdə fəlsəfə ixtisası üzrə Azərbaycan SSR Elmlər Akademiyası (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasında təhsil almışdır. "Təfəkkürün tarixi tipləri və mühəndis fəaliyyəti" mövzusunda dissertasiyasını vaxtından əvvəl, aspirantura müddəti başa çatmamış müdafiə edərək fəlsəfə elmləri namizədi alimlik dərəcəsini almışdır. 1994-cü ildə "Təfəkkür tipləri dinamikası "cəmiyyət və təbiət" sistemi kontekstində" mövzusunda dissertasiyanı müdafiə edərək fəlsəfə elmləri doktoru alimlik dərəcəsini almışdır. Aspiranturanı bitirdikdən sonra Akademiyada işə qəbul olunmuş və burada elmi karyeranın bütün mərhələlərindən keçmişdir: əvvəlcə kiçik elmi işçi, sonra isə elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi, baş elmi işçi, qrup rəhbəri və şöbə müdiri vəzifələrində çalışmışdır. Azərbaycan Milli Elmlər Akademiyasında 1986-cı ildən fasiləsiz olaraq çalışmaqla yanaşı, 1991-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində, Azərbaycan Memarlıq və İnşaat Universitetində, Bakı Dövlət Universitetində dərs demişdir. 2005-ci ildə Fəlsəfi Maarifçilik Assosiasiyasını təsis etmişdir. Assosiasiyanın xətti ilə dünya fəlsəfi irsinin Azərbaycan dilinə tərcümə olunmasında və təbliğində iştirak etmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının himayəsi altında həyata keçirilən "Azərbaycanın dünya birliyinə inteqrasiyası prosesində milli mədəniyyətin inkişaf perspektivləri" (2009), "Azərbaycan mədəniyyəti dünya sivilizasiyasi kontekstində" (2011), "Azərbaycan mədəniyyətinin inkişafinda regional resurslarin əhəmiyyəti" (2012), "Azərbaycan mədəniyyətinin inkişaf perspektivləri modernləşmə kontekstində"(2013) layihələrnin rəhbəri olmuş, hazırda isə "Mənəvi birliyimizi yaşadaq və inkişaf etdirək" layihəsinin gerçəkləşməsinə Assosiasiyasının prezidenti olaraq umumi rəhbərliyi həyata keçirir.
Məşədi Adil
Məşədi Adil Əbdülrəhim oğlu — 1868-ci ildə Bakının Kürdəxanı kəndində anadan olmuşdur. Bakı qoçuları arasında igidliyi ilə ad çıxarmışdı. 1918-ci il mart hadisələri zamanı əhalini erməni qırğınından qoruyan şəxslərdən biri olmuşdur. Dostları Xırdalanlı Dadaş,Hökmalılı Qubad,Sana Pırcan və digərləri ilə birlikdə Biləcəri-Xocahəsən yolunda səngərlər qazaraq Andronik və Amazaspın qoşunlarına qarşı döyüşmüşlər. Təsadüfi deyil ki,ermənilər Bakı şəhərində genişmiqyaslı qətliam törətdikləri halda Bakı kəndlərinə girə bilməmişdilər. Məşədi Adil və silahdaşları Türklər Bakıya girənədək, yəni 1918-ci il sentyabrın 15-dək özlərini bolşevik adlandıran daşnaklardan şəhəri qorumuşlar.Türklər Məşədi Adil və onun silahdaşlarını yüksək qiymətləndirmişlər. Məşədi Adil şəxsən Nuru paşa ilə görüşmüş deyilənlərə görə öz atını ona bağışlamışdır. Türklər Məşədi Adilə paşa titulu veriblərmiş. Məşədi Adil 1919-cu ildə Bakıda qızdırma xəstəliyindən vəfat etmişdir. Hazırda Kürdəxanıda Məşədi Adil adına küçə vardır.
Sabir Adil
Sabir Adil (Sabir Xasay oğlu Əhmədov; 10 may 1950, Bəydövül, Göyçay rayonu – 7 fevral 2005) — Azərbaycan Yazıçılar İttifaqının üzvü, Teatr Xadimləri İttifaqının üzvü, Kinematoqraflar ittifaqının üzvü. Sabir Xasay oğlu Əhmədov 1950-ci il may ayının 10-da Azərbaycanın Göyçay rayonunun Bəydövül kəndində anadan olmuşdur. Atası Xasay şair çox kiçik yaşlarında olarkən vəfat edib. Sabir Adil anası Nadilə və dayısı Bahadurun köməyilə böyüdülmüşdür. Göyçay rayonunda orta məktəbə daxil olub. Orada orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində təhsil almışdır (1969-1974). Sonra C.Cabbarlı adına kinostudiyada senarist, H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında ədəbi hissə müdiri, Azərbaycan Yazıçılar Birliyində məsləhətçi, həmçinin müxtəlif mətbuat orqanlarında işləmişdir. Tələbəlik illərindən ədəbi fəaliyyətə başlamışdır. Onun ssenarisi əsasında "Papaq" ("Evlənmək istəyirəm") bədii fılmi çəkilmişdir. Şerləri və digər yazıları "Azərbaycan", "Ulduz", "Qobustan" jurnallarında, "Ədəbiyyat" qəzetində və digər mətbuat orqanlarında çap olunmuşdur.
Adil Sadıqov
Adil Məmmədtağı oğlu Sadıqov (25 dekabr 1941, Bakı – 14 yanvar 1990) — Azərbaycan dövlət və partiya xadimi, Azərbaycan Kommunist Partiyası Lenin Rayon Komitəsinin birinci katibi (1981–1987), Azərbaycan SSR Ali Sovetinin 11-ci çağırış deputatı. Adil Məmmədtağı oğlu Sadıqov 25 dekabr 1941-ci ildə Bakıda anadan olmuşdur. 1965-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirdikdən sonra "Azərneft" Birliyinin "Leninneft" Neft və Qazçıxarma İdarəsində neftçıxarma operatoru vəzifəsində əmək fəaliyyətinə başlamışdır. Burada o, sahə rəisi, böyük mühəndis – mədən müdirinin müavini, mədən müdiri, mərkəzi mühəndis-texnoloji xidmət rəisinin müavini işləmişdir. Adil Sadıqov 1974-cü ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Kimya və neft sənayesi şöbəsinin təlimatçısı, şöbə müdirinin müavini vəzifələrində çalışmış, 1981-ci ildə isə Azərbaycan KP Lenin Rayon Komitəsinin birinci katibi seçilmişdir. 1987-ci ildə Azərbaycan KP MK-nın Kimya və neft sənayesi şöbəsinin müdiri təyin edilmiş, 1989-cu ildən isə Azərbaycan KP MK yanında partiya nəzarəti komissiyasının üzvü olmuşdur. Adil Sadıqov 1969-cu ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuş, 11-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. Ali Sovetin Sənaye komissiyasının üzvü olmuşdur. Adil Sadıqov 14 yanvar 1990-cı ildə 49 yaşında vəfat etmişdir. Həyat yoldaşı — Zemfira Sadıqova (01.12.1941 — 21.03.2023) Oğlu Fuad Sadıxov (27.07.1971– 12.11.2015) Nəvəsi Zemfira Sadıxova (2003) - İnşaat Mühəndisi.
Adil Osmanov
Adil Osmanov (2 iyul 2000, Moskva) — Azərbaycan əsilli Moldova cüdoçusu, Moldova cüdo komandasının üzvü, 2024-cü il Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, Böyük Dəbilqə turnirinin (2024), Qran Prinin (2024) və Avropa kubokunun qalibi (2021). == Həyatı == Adil Osmanov 2 iyul 2000-ci ildə Moskvada azərbaycanlı-moldovan ailəsində anadan olub. Atası Azərbaycandan (Xaçmaz rayonundan), anası isə Moldovadandır. Osmanovun Bakıda və Xaçmazda yaşayan qohumları var. Adil Osmanov 2017-ci ildə Moskvadan Kişinyova köçüb. O dövrdən Moldovanı təmsil etməyə başlayıb. === Karyerası === 2018-ci ilin avqustunda o, gənclər arasında Avropa kubokunun qalibi olub. 2019-cu ilin avqustunda yeniyetmələr arasında Avropa kubokunun gümüş mükafatını qazanıb. Həmin ilin sentyabrında yeniyetmələrin Avropa çempionatında ikinci yeri tutub. 2021-ci ilin oktyabrında böyüklər arasında Avropa kubokunun qalibi olub.
I Adil
I Adil (tam adı : əl-Malik əl-Adil Seyfəddin Əbubəkir Əhməd ibn Nəcməddin Əyyub; ərəb : بو بكر سيف الدين "الملك العادل" أحمد بن نجم الدين أيوب; iyun 1145 – avqust 1218) — Nəcməddin Əyyubinin oğlu və Səlahəddin Əyyubinin kiçik qardaşı. 1196–1218-ci illərdə Şam Əyyubi sultanı, 1200-cü ildə Misirdəki hakimiyyəti ələ keçirdikdən sonra həmçinin Misir Əyyubi sultanı kimi hakimiyyətdə olub. == Həyatı == === Səlahəddin Əyyubi dövründə === Adilin harada anadan olması barədə mənbələrdə məlumatlar müxtəlifdir. Mənbələrə görə 1145-ci ildə Dəməşqdə, və yaxud Bəəlbekdə anadan olub. Onun haqqında ilkin məlumatlar Şamdakı Zəngi atabəyi Nurəddin Zənginin ordusuna rəhbərlik edən əmisi Sirkuhun 1168–1169-cu illərdə Misirə üçüncü və sonuncu səfərində iştirakı və burada göstərdiyi hərbi uğurlarla bağlıdır. 1169-cu il yanvarın 18-də əmisi Sirkuh Fatimilər tərəfindən vəzir təyin olunsa da, bir neçə gün sonra gözlənilmədən öldü. Onun yerinə Sirkuhun qardaşı oğlu və Adilin böyük qardaşı Səlahəddin Əyyubi seçildi. Səlahəddinin Qahirədə inzibati vəzifələrə öz adamlarını yerləşdirməsi və getdikcə güclənməsi Fatimilərə tabə olan hərbi qüvvələrin üsyanı ilə nəticələndi. Lakin bu üsyan Adil tərəfindən sərt şəkildə yatırıldı. Həmçinin üsyançıların Nubiyadakı hərbi düşərgələrinə basqın edildi və üsyana rəhbərlik edən şəxslər də daxil olmaqla üsyançıların əksəriyyəti öldürüldü.
Adil Azay
Adil Azay (12 fevral 1957, Kirovabad) — rejissor, rəssam, Azərbaycanın Əməkdar incəsənət xadimi (2019). Adil Azay 12 fevral 1957-ci ildə Azərbaycanın Gəncə şəhərində anadan olub. Rostov na-Donu şəhərində Kino və Televiziya Texnikumunda (1972–1976), Azərbaycan Dövlət İncəsənət İnstitutunun rəssamlıq fakültəsində (1984–1989) təhsil alıb. 1978-ci ildən "Azərbaycanfilm" kinostudiyasında işləyir. 31 iyul 2019-cu ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür. Ötən ilin son gecəsi (film, 1983) Gümüşgöl əfsanəsi (film, 1984) Bircəciyim (film, 1986) Hücum (film, 1989) Qəzəlxan (film, 1991) Qayalarda qalan səs (film, 1995) Səmədbəy (film, 1995) Yük (film, 1995) — Almaniyada "Berlinale" kino festivalının nominant Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996) Kleopatra (film, 1996) Oyun (film, 1996) Ömürdən uzun gecə (film, 1996) Yaz yuxusunun işığı (film, 1996) Qobustan (film) Vahimə (film, 1998) — 1998-ci ildə Lorken(Fransa) şəhərində XXII Beynəlxalq qısametrajlı psixoloji filmlər kinofestivalı 2-ci yer laureatı Qız qalası (film, 2000) Yuxu (film, 2001) Odla qol-boyun (film, 2002) Qırmızı rəngin ekspressiyası (film, 2002) Yaşıl rəngin qamması (film, 2002) Sirlər xəzinəsi-Qız qalası (film, 2003) Arxada qalmış gələcək (film, 2004) Zamanın zirvəsi (film, 2005) Ərazi (film, 2005) Cavid ömrü (film, 2007) Azərbaycan – odlar yurdu (film, 2009) Qarabağdı Azərbaycan (2009) Yaddaş (film, 2010) Son hədd (serial, 2012) Xəlvətdə qalmış Müdrik (2014) Türkiyə Beynəlxalq Safranbolu kinofestivalında "Özəl Ödül" mükafatı. Vulkanın nəfəsi (film, 2015) — "Baku İnternational Tourism Film Festival"-ın milli mükafatı. Daşın yaddaşı (film, 2016) Miras (film, 2017) Şəhərin iç sədası (film,2019) Kəlağayı (film,2019) Kuklaların zamanı (film, 2020) Əlvida silah (film, 2020) Zəfərin sıra nəfərləri (film, 2021) Mənim adım Atəş (film, 2021) Salam Sahil (film 2022) Üzeyir Hacıbəyli.
ALDI
Aldi (alm. Aldi‎; Albrechts Discount - qısaldılmış forması) — dünyada bir çox ölkədə fəaliyyət göstərən Alman supermarketlər şəbəkəsidir. Şirkət 1913-cü ildə Almaniyanın Essen şəhərində yaradılmışdır. Aldi-nin Avropada təxminən 7000-ə yaxın mağazası mövcuddur.