1. ALLAH [Hacı Qulu:] Ay arvad, Allah bu muzduman səni bizim kəndə bəla göndərib, əl çəkin məndən (M.İbrahimov); ÇƏLƏB (kl.əd.) Çələb Nəsimiyə çün əskik eyləməz şal (Nəsimi); GÖZƏGÖRÜNMƏZ (dan.) Şərəfnisə: Ay gözəgörünməz görəsən bu uşaq hara gedir, kimə qoşulur? (Ə.Cəfərzadə); HAQQ (kl.əd.) Bu müşküllü gel səni həll; Haqq tuta əlin ki, tutasan əl (Xətayi); XUDA Dərviş: Xanım can, şükür olsun xudaya.. (N.Vəzirov); XUDAVƏND Qafar: Mən ki, bu xanənin xeyirxahı olduğumu xudavənd özü bilir (S.Rəhimov); XUDAVƏNDİ-ALƏM Seyid Əhməd: Xudavəndi-aləm bu camaatın qulağını bir az da uzatsın (Ə.Haqverdiyev); İLAHİ O gözəllik ilahidən verilmiş; Əvvəldəndi gözlərinin qarası (Aşıq Əmrah); PƏRVƏRDİGAR İbrahim bəy: Əlacımız təkcə pərvərdigara qalıb (Ə.Vəliyev); RƏBB (kl.əd.) Sona: Mən Qurana and içdim! Ah, rəbbim! Ay menim Allahım! (N.Nərimanov); TANRI Bir an könlüm yaşamaz səndən ayrı; Hər bəladan saxlasın səni tanrı (A.Səhhət).
2. allah bax ağa 2