Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əlmərdan xan Şamlı
Əlmərdan xan Şamlı (?-?)-Nadir şahın səfiri, sərkərdə == Həyatı == Nadir şah Əfşar qüdrətli sərkərdə olmaqla yanası həm də diplomat idi və bu sahədə fəaliyyət gostərən Əlimərdan xan Samlını və basqalarını da bu missiyanı yerinə yetirməyə hazırlamışdı. Əlimərdan xan Samlı Səfərvilər və əfsarlar hakimiyyətləri dovrunun gorkəmli səxsiyyətlərindəndir. O, Luristan hakimi olmuşdu. Nadir şah 1145-ci (1732) ildə II Təhmasibi hakimiyyətdən saldıqdan sonra dövlətin siyasətini xarici dövlətlərə bildirmək sahəsində işə başladı. Nadir şah Qırxlı-Avşar Fars valisi Məhəmmədəli xan Qullarağasını diplomatik numayəndə kimi Hindistana, Məhəmməd şah sarayına göndərdi. Məqsəd bu idi ki, Hindistan şahı Nadir şahın hakimiyyətini tanısın və əfqanlara öz torpağında sığınacaq verməsin. Sahcahanabad sarayında, Dehlidə, Nadir şahın bu tələblərinə əməl olunmadı. Beləliklə, Məhəmmədəli xan ona tapşırılan işi yerinə yetirə bilmədi. Nadir şah hələ Muğan qurultayı günlərində Əlimərdan xanı əfqanlarla bağlı məsələyə aydınlıq gətirmək üçün Hindistana göndərdi. Əlimərdan xan Şamlı Nadirin şahlıq taxtına çıxması xəbərini Hindistan padşahına çatdırmaqla bərabər, ondan əfqanların bu ölkənin daxilində sığınacaq tapmasına yol verməməsini də xahiş etməli idi.
Daşmərdan
Daşmərdan palçıq vulkanı– Çeyildağ qəsəbəsindən 15 km cənub-qərbdə, Pirsaat çayının sol sahilində, Ələt tirəsi hüdudlarında yerləşir. == Haqqında == Qobustan rayonunda, Pirsaat çayının sol sahilində, Ələt tirəsi hüdudlarında yerləşir. Nisbi hündürlüyü 390 m və dik cənub yamaclı yastı konus şəklində iri yüksəklikdir(512m). Krater sahəsinin ölçüsü 500*400 m təşkil edir, krater bəndinin hündürlüyü6-9m-ə çatır. Vulkan eyniadlı pilosen strukturu ilə əlaqədar olub, onun uzununa pozulma ilə mürəkkəbləşən tağ hissəsində yerləşir. Brekçiyanın sahəsi 3191ha, qalınlığı - 72 km təşkil edir. İlk dəfə 1866-cı il 11 avqust tarixində püskürüb. Daha sonra 1976, 2011-ci illərdə püskürüb. Daşmərdan palçıq vulkanının 2011-ci il 12 may tariixində güclü püskürməsi zamanı vulkan brekçiyası krater sahəsini 10 m-dən çox hündürlükdə krater bəndinin yamaclarını örtüb və erupsiya mərkəzindən şimal istiqamətə axıb. 1.0-1.5 m dərinlikdə qısa çatlar əmələ gəlib.
Əlimərdan
Kəndlər
Mərdan
Mərdan — Azərbaycanlı adı. Mərdan Mehdizadə — Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Mərdan Muradxanov — azərbaycanlı pedaqoq-alim, professor Mərdan Feyzullayev — "Tərəqqi" medalı laureatı Mərdan Musayev — Sovet İttifaqı Qəhrəmanı (03.06.1944). Mərdan Camalov — Mərdan Cəlilov — Tanınmış azərbaycanlı alim. Təxəllüs Orxan Mərdan — Prodüser, Rejissor, Ssenarist.
Şahmərdan Cəfərov
Şahmərdan Məhəmməd oğlu Cəfərov (Şahsultan kimi də tanınır) (12 avqust 1958, Məmmədsabir, Noraşen rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ – 29 iyun 1995, Bakı, Azərbaycan) — Azərbaycan Respublikasının Ali Sovetinin deputatı (1990–1995), Azərbaycan Respublikası Sərhəd Qoşunları İdarəsi 1 saylı Naxçıvan Sərhəd Dəstəsinin komandanı (1992–1994), AXC fəalı. == Həyatı == Şahmərdan Məhəmməd oğlu Cəfərov 1958-ci il avqustun 12-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Məmmədsabir kəndində doğulub. 1975–1977-ci illərdə Rusiyanın Kaluqa şəhərində hərbi xidmətdə olub. Hərbi xidməti bitirəndən sonra Kaluqa şəhərində orta ixtisaslı hüquq məktəbini bitirib. 1988-ci ilə qədər Rusiyada milis sıralarında çalışıb. 1988-ci ildə Azərbaycana qayıdıb. 1988-ci ildə Şərur özünümüdafiə batalyonunun komandiri, 1992-ci ildə Qıvraq polkunun komandiri, 1992-ci ildən 1994-cü ilə qədər Azərbaycan Respublikası Sərhəd Qoşunları İdarəsi 1 saylı Naxçıvan Sərhəd Dəstəsinin komandanı vəzifəsində çalışıb. == Siyasi fəaliyyəti == O, 1990-cı ildə Şərur rayonundan Azərbaycan Respublikasının Ali Sovetinin XII çağırışına üzv seçilib. 17 oktyabr 1991-ci ildə Azərbaycanın müstəqillik aktına səs verən 43 deputatdan biridir. 1994-cü ilin avqustunda "Şərur işi" ilə bağlı qanunsuz silahlı dəstənin rəhbərliyində ittiham edilərək barəsində cinayət işi açılmış, Şahmərdanın 20-dən artıq tərəftarı həbs edilmişdir.
Şahmərdan Yesenov
Şahmərdan Yesenov (qaz. Шахмардан Есенұлы Есенов; 5 avqust 1927, Şiyeli vilayəti[d], Qızılordu vilayəti – 24 avqust 1994, Almatı) — Qazaxıstan alimi və dövlət xadimi, Qazaxıstan SSR Geologiya naziri (1961-1967, 1974-1978), geoloq, Qazaxıstan SSR Elmlər Akademiyasının akademiki (1967), Qazaxıstan SSR Elmlər Akademiyasının prezidenti 1967-1974) Geoloji və Mineralogiya Elmləri Doktoru (1970), Lenin mükafatı laureatı (1966), Qazaxıstan SSR Dövlət Mükafatı laureatı (1972). Sov.İKP Mərkəzi Komitəsinin namizəd üzvü (1971-1976). Qazaxıstanın geologiya elminin və geoloji xidmətinin inkişafına böyük töhfə verdi. == Həyatı == 1944-cü ildə Qızılorda pedaqoji texnikumu bitirmişdir. 1949-cu ildə Qazaxıstan Mədən-Metallurgiya İnstitutunu (indiki — K. İ. Satpayev adına Qazaxıstan Milli Texniki Universiteti) bitirib. Əvvəlcə Cezqazqan kompleks geoloji kəşfiyyat ekspedisiyasında geoloq, sonra Cezqazqan kompleks geoloji kəşfiyyat ekspedisiyasının baş mühəndisi vəzifələrində çalışmışdır. 1953-cü ildə 45 saylı seçki dairəsi üçün Cezqazqan Bölgə Şurasının millət vəkili seçildi. 1955-ci ildə 144 saylı seçki dairəsi üçün Cezqazqan Şəhər Şurasının millət vəkili seçildi. 1959-cu ildə Çulak-Tauski seçki dairəsində 5-ci çağırış Qazaxıstan SSR Ali Sovetinin deputatı seçildi.
Şahmərdan Əliyev
Şahmərdan Əliyev (tam adı: Şahmərdan Ramazan oğlu Əliyev) – kimyaçı alim, Milli Elmlər Akademiyasının akademik Ə. M. Quliyev adına Aşqarlar Kimyası İnstitutunun böyük elmi işçisi, kimya üzrə fəlsəfə doktoru "Mühafizəedici aşqarlar" laboratoriyasının işçisi. == Həyatı == Əliyev Şahmərdan Ramazan oğlu 1942-ci ilin mart ayının 5-də Gürcüstan Respublikasının Tiflis şəhərində anadan olub. 1950-ci ildə Gürcüstan Respublikasının Qardabani rayonunun Ağtəhlə kəndində yeddiillik məktəbin birinci sinfinə daxil olub, sonra təhsilini Qaracalar orta məktəbində davam etdirərək oranı 1960-cı ildə bitirib. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə daxil olub, 1967-ci ildə Universiteti bitirib. 1971-ci ildə AMEA Aşqarlar Kimyası İnstitutunda aspiranturaya daxil olub və 1977-ci ildə "Hidroksialkiltiofenolların N-, S-, P- saxlayan törəmələrinin sintezi və onların sürtkü yağlarına aşqarlar kimi tədqiqi " mövzusunda dissertasiya müdafiə edərək, kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür. O, aspiranturanı bitirdikdən sonra mühəndislikdən böyük elmi işçi vəzifəsinə qədər yüksəlmişdir. 2003-ü ildə "Mühafizəedici aşqarlar" laboratoriyasında aparıcı elmi işçi vəzifəsinə təyin edilib və hal-hazırda həmin vəzifədə çalışır. == Elmi fəaliyyəti == Əliyev Şahmərdan Ramazan oğlu "Mühafizəedici aşqarlar" laboratoriyasında mühafizəedici aşqarların sintezinin elmı əsaslarının işlənib hazırlanmasında həmmüəllif kimi iştirak edir. O, tərkibində N- və S- saxlayan yüksək təsirli yeni birləşmələr sintez edir və onları yağlara aşqar kimi tədqiq edir. Onun biləvasitə iştirakı ilə laboratoriyada AzK-18 konservasiya yağı yaradılmış və uzun illər Bakı Yastıq zavodunda tətbiq edilmişdir.
Əlimərdan (Vedibasar)
Əlimərdan — İrəvan xanlığının Vedibasar mahalında kənd adı. == Haqqında == Əlimərdan kəndi İrəvan xanlığının Vedibasar kəndində azərbaycanlıların məskunlaşdıqları yaşayış məntəqələrindən biri olmuşdur. 1828–1832-ci illərdə İrandan və Türkiyədən köçürülən ermənilərin bir hissəsi çar Rusiyası tərəfindən bu kənddə yerləşdirilmişdir. 1946-cı ildə kəndin adı ermənilər tərəfindən dəyişdirilərək Karadzor adlandırılmışdır. Kənddə yaşayan azərbaycanlılar 1949-cu ildə Azərbaycana köçürüldükdən sonra kənd ləğv edilmişdir. == Toponimi == Bir sıra mənbələrə əsasən kəndin əsl adı "El Mərdin", yəni "Mərdin eli" olmuşdur. Tədqiqatçıların fikrincə, kənd "Kitabi-Dədə Qorqud" dastanlarında adı çəkilən Mərdin qalasından gələnlər tərəfindən yaradılmışdır. == Mənbə == B. Ə. Budaqov, Q. Ə. Qeybullayev. Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti. Bakı,1998.
Əlimərdan (Xudabəndə)
Əlimərdan (fars. علي مردان‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 112 nəfər yaşayır (20 ailə).
Əlimərdan (Çaldıran)
Əlimərdan (fars. علي مردان‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 80 nəfər yaşayır (15 ailə).
Əlimərdan Bağışov
Bağışov Əlimərdan Aşur oğlu (9 aprel 1958) — ATU-nun Urologiya kafedrasının professoru, tibb elmləri doktorudur. == Həyatı == 09 aprel 1958-ci ildə Masallı rayonunun Tüklə kəndində anadan olmuşdur. 1975-ci ildə bu kənddə orta məktəbi bitirmişdir. 1976–1978-ci illərdə keçmiş Sovet Ordusu sıralarında xidmət etmişdir. == İş təcrübəsi == 1986-cı ildə Azərbaycan Tibb İnstitunun (hazırkı Universitetin) müalicə-profilaktika fakültəsini adlı təqaüdlə bitirmiş və Urologiya kafedrasında elmi işçi kimi saxlanmışdır. 1992-ci ildə bu kafedranın nəznində aspiranturanı bitirərək "Mamalıq və ginekoloji praktikada sidik yolları zədələnmələrinin operativ müalicəsi" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və Rusiya AAK-nın qərarı ilə Tibb Elmləri namizədi alimlik dərəcəsini almışdır. Həmin ildə urologiya kafedrasının assistenti, 1997-ci ildə dosent, 2017-ci ildə kafedranın professoru təyin olunmuşdur. 2008-ci ildə "Qadınlarda fiziki gərginlik zamanı sidik saxlanmazlığı (sidiyin stress inkontinensiyası) — etiopatogenez, diaqnostika və müalicəsi" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Elmi tədqiqat işlərini Rusiya Hərbi Tibb Akademiyasının Urologiya kafedrası və klinikasında aparmışdır. 2009-cu ildə tibb üzrə elmlər doktoru adını almışdır.
Əlimərdan Hüseynov
Əlimərdan Quluzadə
Əlimərdan Topçubaşov
Əlimərdan bəy Ələkbər bəy oğlu Topçubaşov və ya Əlimərdan bəy Topçubaşi (az.-əski. علی مردان بك علی اکبر بك اوغلو توپچوباشف‎; 4 may 1862, Tiflis – 8 noyabr 1934, Paris, Üçüncü Fransa Respublikası) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri, Azərbaycan Xalq Cümhuriyyətinin 2-ci xarici işlər və portfelsiz naziri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü, Zaqafqaziya Seyminin və Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının üzvü, Ümumrusiya Müəssislər Məclisinin üzvü, Bakı Müsəlman İctimai Təşkilatları Şurası İcraiyyə Komitəsinin sədri, Nicat Cəmiyyətinin sədri, Rusiya imperiyası I Dövlət Dumasında Müsəlman fraksiyasının sədri, Rusiya imperiyası I Dövlət Dumasının üzvü, İttifaqi-Müslimin Partiyasının sədri, Bakı Şəhər İdarəsinin rəisi, Bakı Şəhər Dumasının üzvü, Kaspi qəzetinin baş redaktoru. Əlimərdan bəy Topçubaşov 1896-cı ildən sonra Bakı Şəhər Dumasının üzvü seçilmiş və oradakı fəaliyyəti ilə Bakıda tanınmağa başlamışdır. I Dövlət Dumasına üzv seçilməsi, Ümum-Rusiya Müsəlmanlar Qurultaylarında iştirak etməsi onu daha da məşhurlaşdırmışdır. 1917-ci ildən etibarən Azərbaycanın azadlığı uğrunda fəaliyyət göstərməyə başlayan Əlimərdan bəy İctimai Təşkilatların Şurasının sədri seçilmiş və Müsavat Partiyası ilə hazırlanan ortaq siyahı üzrə həm Bakı Şəhər Dumasına, həm də Ümumrusiya Müəssislər Məclisinə üzv seçilmişdir. Ümum-Rusiya Müəssislər Məclisinin ləğv olunmasından sonra təsis olunmuş Zaqafqaziya Seyminin, daha sonra isə Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurasının üzvü olmuşdur. 1918-ci ildə Əlimərdan bəy Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının sədri tərəfindən İstanbula fövqəladə səlahiyyətli səfir və nazir olaraq ezam olunmuş və burada başda VI Mehmed olmaqla bir sıra yerli və beynəlxalq əhəmiyyətli görüşlər keçirmişdir. 1918-ci ilin 7 dekabr tarixində Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin açılışında yekdilliklə parlamentin sədri seçilən Əlimərdan bəy sonrakı iclaslarda Azərbaycan Xalq Cümhuriyyətinin Paris Sülh Konfransına göndərəcəyi Nümayəndə Heyətinə üzv və sədr seçilmişdir. 1919-cu ildə bir sıra maneələrdən sonra Parisə çatan Əlimərdan bəy burada Azərbaycanın de-fakto və de-yure tanınması üçün bir sıra vacib görüşlər keçirmişdir. Bunlardan ən vacibi isə Amerika Birləşmiş Ştatlarının prezidenti Vudro Vilsonla olan görüş olmuşdur.
Əlimərdan Əliyev
Almaran (Sərdəşt)
Almaran (fars. ‎ال مران‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 107 nəfər yaşayır (16 ailə).
Mehr Mərdan
Mehr Mehran — Təbəristan şahı. == Hakimiyyəti == 717-755-ci illər arasında hökmranlıq etməyindən əlavə haqqında məlumat yoxdur. == Mənbə == Madelung, W. (1975). "The Minor Dynasties of Northern Iran". In Frye, R.N. The Cambridge History of Iran, Volume 4: From the Arab Invasion to the Saljuqs. Cambridge: Cambridge University Press. pp. 198–249. ISBN 978-0-521-20093-6.
Mərdan (Germi)
Mərdan (fars. مردان‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 106 nəfər yaşayır (24 ailə).
Mərdan (şəhər)
Mərdan — Pakistanın Hayber-Paxtunxva əyalətinin Mərdan rayonunda şəhər. Pişəvər dərəsində yerləşir. Pakistanın ən böyük 23-cü şəhəridir.
Mərdan Camalov
Camalov Mərdan Talıb oğlu — == Həyatı == 27 may 1956-cı ildə Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuşdur. 1973–1978-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya, 1983–1988-ci ildə Azərbaycan Dövlət İqtisadiyyat İnstitutunun iqtisadiyyat fakültəsini bitirmişdir. M. T. Camalov əmək fəaliyyətinə 1978-ci ildə Sabirabad rayon Ağacanlı kənd məktəbində müəllim, 1981–1989-cu illərdə Əli Bayramlı şəhər Süni-dəri zavodunda çilingər, usta, növbə ustası, böyük usta, sex rəisi, rəis, 1989–1993-cü illərdə Azərittifaqın Əli bayramlı şəhər İstehlak Cəmiyyətində rəis, sədr, 1993–1995-ci illərdə Azərkooperativ Məişət Ticarət Kontorunun Bakı Universal Bazasının direktoru, 1995–1996-cı ildə "Azəriqaz" Dövlət Şirkətinin Sosial Təchizat Birliyinin rəis müavini, 1996–2005-ci illərdə Quruda Neft və Qazçıxarma İB-nin maddi-texniki təchizat şöbəsinin rəisi vəzifələrində çalışmışdır. Ailəlidir, 4 övladı var. Azərbaycan Respublikasının sabiq müdafiə sənayesi naziri Yavər Camalovun qardaşıdır. == Siyasi fəaliyyəti == 2005–2019-cu illərdə isə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 12 noyabr 2019-cu il tarixli Sərəncamı ilə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. 1997-ci ildən YAP-ın üzvüdür.
Mərdan Cəlilov
Mərdan Cəlilov (tam adı: Mərdan Fərəc oğlu Cəlilov, d.29 iyun, 1952) , Mərdəkan, Bakı şəhəri, Azərbaycan SSR, SSRİ) — Tanınmış azərbaycanlı alim, "SSRİ İxtiraçısı", texnika elmləri doktoru, professor, Azərbaycan Milli Aviasiya Akademiyasının "Avianəqliyyat istehsalatı" kafedrasının professoru. == Həyatı == Mərdan Fərəc oğlu Cəlilov 29 iyun 1952-ci il tarixində Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsidə ziyalı ailəsində anadan olub. 1969-cu ildə Mərdəkan qəsəbəsində orta məktəbini bitirib və həmin il Azərbaycan Neft və Kimya institutunun (indiki ADNSU) Energetika fakültəsinə daxil olub. 1974-cü ildə institutu bitirərək "İstilik energetikası mühəndisi" ixtisasına yiyələnib. 1974–1975-ci illərdə "Şimal" DRES-ində çalışmış və oradan Az. NKİ-nin "Dəniz suyunun sənayedə istifadə edilməsi" problem laboratoriyasına böyük mühəndis vəzifəsinə keçirilmişdir. 1978–2013-cü illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində elmi-pedoqoji fəaliyyət göstərmiş və müxtəlif vəzifələrdə (böyük və baş elmi işçi, dosent, professor, kafedra müdiri) çalışmışdır. 1984-cü ildə Moskva Energetika İnstitutunda namizədlik, 1999-cu ildə isə Azərbaycan Elmi Tədqiqat və Enerjilayihə İnstitutunda (Az. ETELİ) doktorluq dissertasiyasını müdafiə etmişdir. 10 ildən artıq müddətdə Az.
Mərdan Feyzullayev
Mərdan Feyzullayev — "Tərəqqi" medalı laureatı, Azərbaycan diasporunun nümayəndəsi. == Həyatı və fəaliyyəti == Mərdan Əhmədiyyə oğlu Feyzullayev 1959-cu ildə Şəki rayonunun Kiş kəndində anadan olmuşdur. O, 1979–1983-cü illərdə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində, 1984–1989-cu illərdə B. Şukin adına Moskva Ali Teatr İnstitutunun Rejissorluq fakültəsində təhsil alıb. 1983-cü ildə Şəki Dövlət Dram Teatrında aktyor kimi işə başlayan M. Feyzullayev 1985–1989-cu illərdə həmin sənət ocağında quruluşçu rejissor, 1989–1998-ci illərdə isə baş rejissor vəzifəsində işləyib. 1999-cu ildən Moskvada yaşayan Mərdan Feyzullayev həm də Moskvada fəaliyyət gostərən "Dərviş" teat rının yaradıcısı və baş rejissoru idi. M.F.Axundovun "Sərgüzəşti-vəziri-xani-Lənkəran" və Elçinin "Şekspir" əsərlərini rus dilində səhnəyə qoyub və hər iki tamaşa paytaxtda uğurla numayiş etdirilib.2010-cu ildə noyabrın 4-də Rusiyanın ali mukafatı olan II dərəcəli "Vətən qarşısında xidmətlərinə gorə" medalı ilə təltif olunub.2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə incəsənət sahəsindəki nailiyyətlərinə gorə "Əməkdar artist" fəxri adına layiq gorulmuşdur. 13 avqust 2017-ci ildə Moskvada vəfat etmişdir. Şəkidə dəfn olunub.
Mərdan Mehdizadə
Mərdan Əhməd oğlu Mehdizadə (25 mart 1979; Şəki rayonu, Azərbaycan SSR — 12 oktyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) — Azərbaycan Hərbi Dəniz Qüvvələrinin baş miçmanı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mərdan Mehdizadə 1979-cu il martın 25-də Şəki rayonunun Göybulaq kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin baş miçmanı olan Mərdan Mehdizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mərdan Mehdizadə oktyabrın 12-də Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Şəki rayonunun Göybulaq kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Mərdan Mehdizadə ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mərdan Mehdizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Mərdan Mehdizadə ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Mərdan Muradxanov
Muradxanov Mərdan Əsədulla bəy oğlu (1909, Salyan rayonu – 1979) — azərbaycanlı pedaqoq-alim, professor, Azərbaycan SSR Əməkdar elm xadimi. == Həyatı == Mərdan Muradxanov 1909-cu ildə Salyan rayonunda anadan olmuşdur. 1927-ci ildə Bakı Pedaqoji Texnikumunu, 1932-ci ildə Azərbaycan Pedaqoji İnstitutunu bitirmişdir. 1939-cu ildə A. İ. Gertsen adına Leninqrad Pedaqoji İnstitutunun aspiranturasını bitirmişdir. Azərbaycan Elmi Tədqiqat Pedaqogika İnstitutunda elmi işlər üzrə direktor müavini (1946–1952), APİ-də Pedaqogika (1952–1958) və İbtidai təhsil nəzəriyyəsi və metodikası (1960–1979) kafedralarının müdiri işləmişdir. 1961-ci ildə professor adını almışdır. Azərbaycanda çap olunan "Pedaqogika" (1958–1959, 1964) dərsliklərinin, Moskvada nəşr edilən ikicildlik "Pedaqoji lüğət"in və dördcildlik "Pedaqoji ensiklopediya"nın müəlliflərindəndir. Mərdan ilk dəfə olaraq Mirzə Cəlilin "Danabaş kəndinin məktəbi" əsərinin dərin pedaqoji təhlilini vermişdir. == Kitablar == A. S. Makarenkonun pedaqoji irsi və ondan Azərbaycanda istifadə edilməsi təcrübələri. Nəşriyyat: Maarif, Bakı, 1965.
Mərdan Musayev
Musayev Mərdan Məmməd oğlu (1 yanvar 1907, Əlimərdanlı – 25 mart 1982, Tovuz rayonu) — Sovet İttifaqı Qəhrəmanı (03.06.1944). == Həyatı == Musayev Mərdan Məmməd oğlu 1 yanvar 1907-ci ildə Tovuz rayonunun Əlimərdanlı kəndində anadan olmuşdur. 1941-ci ildə Tovuz RHK-dan orduya çağırılmışdır. 28-ci ordunun 2-ci qvardiya mexanikləşdirilmiş korpusunun 5-ci qvardiya mexaniki briqadasının motorlu atıcı bölməsinin komandiri olmuşdur. O, Borisovv şəhəri uğrunda aparılan döyüşlərdə xüsusilə fərqlənmişdir. 1944-cü ilin 9 martından 10 martına keçən gecə bir qrup döyüşçüyə Dnepr çayını keçərək, sağ sahildəki düşmənin mövqeyini müəyyənləşdirmək əmri verildi. Musayev sahili ilk üzərək, keçənlər arasında idi. Düşmən atəşləri altında irəliləyən baş serjant tezliklə düşmənin yerləşdiyi nöqtəyə çataraq, dəzgahlı pulemyotunu məhv etdi. Və nəticədə sovet qoşunlarının irəliləməsi üçün yol maneələrdən azad edildi. 1944-cü ilin 13 martında İnqulets çayı yaxınlığında Musayev batalyon komandirinin həyatını sinəsini qabağa verərək xilas etdi.
Alderaan
Alderaan — "Ulduz müharibələri" kainatında uydurma Yerə bənzər planet. Bu həmçinin, Şahzadə Leya, Beyl Orqana və Uli Kel-Dromanın ev planetidir. Planet qalaktikanın mərkəzində yerləşir və iki milyard əhalisi var. Klon müharibələrindən sonra planetdəki silahlar qadağan edilmişdir. Planetin hökmdarı senator Beyl Orqana Dart Vayderin onun bioloji atası olduğu məlum olmasın deyə Padme Amidalanın yeganə qızı Leyanı övladlığa götürmüşdür. Planet 1977-ci ildə yayımlanmış "Ulduz müharibələri: IV Epizod – Yeni ümid" filmində Moff Tarkin və Dart Vayderin əmri ilə "Ölüm ulduzu" tərəfindən məhv edilmişdir. Planet video oyunlarında da nümayiş edilmişdir.
Amerkan
ABŞ amerikalıları — ABŞ-nin əsas vətəndaşları, əhalisi. == Tarixi == Müasir amerikan millətinin tərkibində 3 əsas komponent ayrılır: ABŞ amerikanları; Aborigenlər; İmmiqrantlar. ABŞ amerikanları ölkə əhalisinin 89 %-ni təşkil edir və burada 4 qrup ayrılır: === Birinci qrup === I qrup – Avropa-Kanada mənşəli "ağ" amerikanlar. 1980-ci il Siyahıya alınması proqramına etnik mənşə ilə bağlı məsələ daxil olmuşdur. "Ağ" amerikanların göstəriciləri 1980-ci il Siyahıya alınmasında 83 %; 1990-cı ildə 76 %; 2000-ci ildə isə 71 % olmuşdur (2050-ci ildə 53 % proqnozlaşdırılır). Hal-hazırda almanlar 23 %, irlandlar 16 %, ingilislər 13 %, italyanlar 6 %, digər xalqlar isə 42 % təşkil edir. Alman mənşəlilər Minnesota, Ayova, Nebraska ştatlarında, italyanlar Nyu-York, Nyu-Cersi, Pensilvaniya, Rod-Aylend, Konnektikutda, fransızlar Luiziana, Texasda, isveçlər İllinoys, Minnesota, Ohayo, Viskonsində, hollandlar Miçiqanda, polyaklar İllinoys, Viskonsin, Miçiqanda yaşayırlar. Ruslar Nyu-York, Texas, Nyu-Cersi, Florida, Kaliforniya, İllinoys ştatlarında, həmçinin Nyu-York, Boston, Filadelfiya, Çikaqo, Detroyt, Los-Ancelos, San-Fransisko və Sietl şəhərlərində cəmlənib. === İkinci qrup === II qrup – Afrika mənşəli amerikanlar (qarışıq nikahlar nəticəsində yaranan mulatlar). Doğum və təbii artımın yüksək göstəriciləri ilə əlaqədar bu qrupun payı 12,7 %-dir (36 mln.
Senecio almeidae
Senecio almeidae (lat. Senecio almeidae) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Riçard Almeyda
Riçard Almeyda (port. Richard Almeida de Oliveira; 20 mart 1989[…], San Paulo) — Braziliya əsilli azərbaycanlı futbolçu. Ağdamın "Qarabağ" futbol klubunun və Azərbaycan milli futbol komandasının oyunçusu. 2017-ci ildən Azərbaycan vətəndaşıdır. 4 dəfə Azərbaycan Premyer Liqasının qalibi, Azərbaycan kubokunun sahibidir. == Karyerası == Almeyda — Santu-Andre klubunun yetirməsidir.8 may 2010-cu ildə İkasaya qarşı oyunda Seria B-də debüt etmişdir, lakin o, əsas heyətdə möhkəmlənə bilmir və yetirməsi olduğu komandada yalnız 4 görüşə çıxır. 2010-cu ildə Portuqaliya ikinci liqası komandası olan Jil Visenteyə gəlir.29 avqust 2010-cu ildə Trofensi klubuna qarşı oyunda "xoruzlar"ın heyətində debüt edir.6 yanvar 2011-ci ildə isə Penafiellə oyunda ilk qolunu vurur. Onunda töhfələri sayəsində klub həmin il ikinci liqada çempion olur. Almeyda 2012-ci ildə Qarabağa keçir.5 avqust 2012-ci ildə İnterlə oyunda debüt edir. İlk qolunu isə Sumqayıta vurur.
UD Almería
Almeriya və ya Almeriya İdman Birliyi (isp. Unión Deportiva Almería) — İspaniyanın Almeriya şəhərində yerləşən futbol klubu. 26 iyul 1989-cu ildə Almeriya Futbol Klubu kimi təsis edilmiş, 2001-ci ildən Almeriya İdman Birliyi adlandırılmışdır. Klub hazırda 2022-ci ildə İspaniya ikinci futbol divizionu titulunu qazandıqdan sonra İspaniya Primera Divizionunda oynayır və ev oyunlarını 15,274 yerlik Estadio de los Juegos Mediterráneosda keçirir.
Ageratina almedae
Ageratina almedae (lat. Ageratina almedae) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.