Əlimərdan Topçubaşov

Əlimərdan bəy Ələkbər bəy oğlu Topçubaşov və ya Əlimərdan bəy Topçubaşi (az.-əski. علی مردان بك علی اکبر بك اوغلو توپچوباشف‎; 4 may 1862, Tiflis8 noyabr 1934, Paris, Üçüncü Fransa Respublikası) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri, Azərbaycan Xalq Cümhuriyyətinin 2-ci xarici işlər və portfelsiz naziri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü, Zaqafqaziya SeymininZaqafqaziya Seyminin Müsəlman fraksiyasının üzvü, Ümumrusiya Müəssislər Məclisinin üzvü, Bakı Müsəlman İctimai Təşkilatları Şurası İcraiyyə Komitəsinin sədri, Nicat Cəmiyyətinin sədri, Rusiya imperiyası I Dövlət Dumasında Müsəlman fraksiyasının sədri, Rusiya imperiyası I Dövlət Dumasının üzvü, İttifaqi-Müslimin Partiyasının sədri, Bakı Şəhər İdarəsinin rəisi, Bakı Şəhər Dumasının üzvü, Kaspi qəzetinin baş redaktoru.

Əlimərdan bəy Topçubaşov
29 dekabr 1919 – 27 aprel 1920
ƏvvəlkiƏlimərdan bəy Topçubaşov (özü)
SonrakıVəzifə ləğv olundu.
7 dekabr 1918 – 29 dekabr 1919
ƏvvəlkiVəzifə təsis olundu.
SonrakıƏlimərdan bəy Topçubaşov (özü)
20 avqust 1918 – 22 aprel 1919
SonrakıYusif Vəzir Çəmənzəminli
bayraq
Azərbaycan Xalq Cümhuriyyətinin 2-ci xarici işlər naziri
bayraq2
6 oktyabr 1918 – 7 dekabr 1918
HökumətII Xoyski hökuməti
ƏvvəlkiMəmmədhəsən Hacınski
SonrakıFətəli xan Xoyski
17 iyun 1918 – 6 oktyabr 1918
HökumətII Xoyski hökuməti
ƏvvəlkiVəzifə təsis olundu.
SonrakıVəzifə ləğv olundu.
7 dekabr 1918 – 27 aprel 1920
FraksiyaFraksiyasızlar
ƏvvəlkiVəzifə təsis olundu.
SonrakıVəzifə ləğv olundu.
27 may 1918 – 7 dekabr 1918
FraksiyaMüsavat və demokratik bitərəflər qrupu
ƏvvəlkiVəzifə təsis olundu.
SonrakıVəzifə ləğv olundu.
23 fevral 1918 – 26 may 1918
FraksiyaMüsəlman fraksiyası
QrupMüsavat və demokratik bitərəflər qrupu
ƏvvəlkiVəzifə təsis olundu.
SonrakıVəzifə ləğv olundu.
5 yanvar 1918 – 6 yanvar 1918
Seçki dairəsiZaqafaziya
Seçki siyahısıMüsavat və Müsəlman Milli Komitələrinin 10-cu siyahısı
ƏvvəlkiVəzifə təsis olundu.
SonrakıVəzifə ləğv olundu.
1915 – 24 mart 1916
De-fakto sədrİsa bəy Aşurbəyov
ƏvvəlkiQasım Qasımzadə
SonrakıBehbud xan Cavanşir
12 iyul 1907 – Dekabr 1917
ƏvvəlkiMəmmədhəsən Hacınski
bayraq
Rusiya imperiyası I Dövlət Dumasında Müsəlman fraksiyasının sədri
bayraq2
21 iyun 1906 – 9 iyul (22 iyul) 1906
ƏvvəlkiVəzifə təsis olundu.
SonrakıVəzifə ləğv olundu.
27 aprel (10 may) 1906 – 9 iyul (22 iyul) 1906
FraksiyaMüsəlman fraksiyası
Seçki dairəsiBakı quberniyası
QrupMuxtariyyətçilər Birliyinin parlament qrupu
ƏvvəlkiVəzifə təsis olundu.
Sonrakıİsmayıl Tağıyev
İttifaqi-Müslimin Partiyasının sədri
16-21 avqust 1906 – 1907
ƏvvəlkiVəzifə təsis olundu.
SonrakıVəzifə ləğv olundu.
1902 – 1905
Kaspi qəzetinin baş redaktoru
24 iyun 1898 – 20 oktyabr 1907
ƏvvəlkiNikolay Sokaliski
SonrakıƏli bəy Hüseynzadə
Şəxsi məlumatlar
Doğum tarixi 4 may 1862(1862-05-04)
Doğum yeri
Vəfat tarixi 8 noyabr 1934(1934-11-08) (72 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Sen-Klu qəbiristanlığı[d][1]
Partiya
Təhsili
  • Sankt-Peterburq Dövlət Universitetinin Hüquq fakültəsi[d],
  • Sankt-Peterburq İmperator Universiteti[d]
Fəaliyyəti vəkil, siyasətçi
Atası Ələkbər bəy Topçubaşov
Həyat yoldaşı
Uşaqları
Dini sünni islam

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əlimərdan bəy Topçubaşov 1896-cı ildən sonra Bakı Şəhər Dumasının üzvü seçilmiş və oradakı fəaliyyəti ilə Bakıda tanınmağa başlamışdır. I Dövlət Dumasına üzv seçilməsi, Ümum-Rusiya Müsəlmanlar Qurultaylarında iştirak etməsi onu daha da məşhurlaşdırmışdır. 1917-ci ildən etibarən Azərbaycanın azadlığı uğrunda fəaliyyət göstərməyə başlayan Əlimərdan bəy İctimai Təşkilatların Şurasının sədri seçilmiş və Müsavat Partiyası ilə hazırlanan ortaq siyahı üzrə həm Bakı Şəhər Dumasına, həm də Ümumrusiya Müəssislər Məclisinə üzv seçilmişdir. Ümum-Rusiya Müəssislər Məclisinin ləğv olunmasından sonra təsis olunmuş Zaqafqaziya Seyminin, daha sonra isə Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurasının üzvü olmuşdur.[2]

1918-ci ildə Əlimərdan bəy Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının sədri tərəfindən İstanbula fövqəladə səlahiyyətli səfir və nazir olaraq ezam olunmuş və burada başda VI Mehmed olmaqla bir sıra yerli və beynəlxalq əhəmiyyətli görüşlər keçirmişdir.[3]

1918-ci ilin 7 dekabr tarixində Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin açılışında yekdilliklə parlamentin sədri seçilən Əlimərdan bəy sonrakı iclaslarda Azərbaycan Xalq Cümhuriyyətinin Paris Sülh Konfransına göndərəcəyi Nümayəndə Heyətinə üzv və sədr seçilmişdir.[2]

1919-cu ildə bir sıra maneələrdən sonra Parisə çatan Əlimərdan bəy burada Azərbaycanın de-fakto və de-yure tanınması üçün bir sıra vacib görüşlər keçirmişdir. Bunlardan ən vacibi isə Amerika Birləşmiş Ştatlarının prezidenti Vudro Vilsonla olan görüş olmuşdur.[3] Əlimərdan bəy Amerika Birləşmiş Ştatlarının prezidenti ilə görüşən ilk azərbaycanlılardan biri və ilk azərbaycanlı dövlət xadimi olmuşdur.[4]

1919-cu ilin yanvar ayının 14-də Azərbaycan Paris Sülh Konfransı tərəfindən de-fakto tanınmış, yanvar ayının 15-də isə müvafiq sənədlər Əlimərdan bəyə təqdim olunmuşdur.

Aprel işğalından sonra Parisdə mühacir həyatına başlayan Əlimərdan bəy işğalla bağlı 1 həftə sonra məlumat ala bilmişdir. Ölümünədək mühacir həyatı yaşayan Azərbaycanın azadlığı və Qafqaz respublikalarının birliyi üçün çalışan Əlimərdan bəy səfalət içində yaşamış, 1934-cü ildə Parisdə vəfat etmişdir.[2]

Əli bəy Hüseynzadə, Əlimərdan bəy Topçubaşov, Nəsir bəy Tahirov. Sankt-Peterburq, 1887-ci il

Əlimərdan bəy Topçubaşov 1863-cü ilin may ayının 4-də[5] Tiflis şəhərində qulluqçu ailəsində dünyaya gəlmişdir. Onun doğum tarixi ilə bağlı müəyyən mübahisələr olsa da, Rusiya Dövlət Arxivində saxlanılan doğum şəhadətnaməsində 1863-cü il göstərilib.[6] O, ilk təhsilini müsəlman mədrəsəsində almışdır. Daha sonra Tiflis birinci klassik gimnaziyasında təhsil almışdır. Bu səbəbdən ona Qafqaz təqaüdü verilmişdir. 1868-ci ildə atası vəfat etmiş, ardınca da anası vəfat etmişdir.[7] Bu səbəbdən o, nənəsinin himayəsində yaşamışdır.[8] 1885-ci ildə gimnaziyanı bitirərək Peterburq Universitetinin tarix-filologiya fakültəsinə daxil olmuşdur, lakin birinci semestrdən sonra o, hüquq fakültəsinə keçmişdir.[9] 1887-ci ildə 3-cü kursda oxuyarkən gizli tələbə təşkilatlarındakı iştirakına görə universitetdən xaric edilsə də, professorların müdaxiləsi ilə məhkəmənin qərarı karser cəzası ilə əvəzlənmiş və o, ali məktəbə bərpa olunmuşdur.

Əlimərdan bəy universiteti bitirən il dissertasiya müdafiə etmiş və hüquq elmləri namizədi adını almışdır. Peterburq Universitetinin hüquq fakültəsinin Elmi Şurası Əlimərdan bəy Topçubaşovun mülki hüquq kafedrasında saxlanması və professor vəzifəsi almaq üçün hazırlaşması haqqında qərar qəbul etmişdir, lakin bu qərar yalnız Əlimərdan bəy Topçubaşov provaslavlığı qəbul etdikdə qüvvədə ola bilərdi. Əlimərdan bəy Topçubaşov isə provaslavlığı qəbul etməkdən imtina etdi.[10]

Əlimərdan bəy Topçubaşov bu hadisədən sonra Tiflisə gələrək Dairə Məhkəməsində çalışmışdır. O, əvvəlcə Tiflis Dairə Məhkəməsi sədrinin göstərişi ilə 2 sentyabr 1889-cu ildə Tiflis şəhəri Barışıq Məhkəməsində hakim köməkçi vəzifəsinə təyin olunmuş, 8 may 1890-cı ilə qədər bu vəzifədə çalışmışdır. Həmin sədrin göstərişi ilə 16 may 1899-cu ildən Məhkəmədə Mülkü Kollegiyanın katibi vəzifəsinə, Senatın Məlumat Yayım Departamentinin 20 dekabr 1891-il tarixli göstərişi ilə isə kollegiya katibi vəzifəsinə təyin edilmiş və katibliyin rəhbərliyi ona tapşırılmışdır. Senatın 22 iyun 1893-cü il № 87 saylı göstərişi ilə stajı nəzərə alınaraq titulyar müşavir təyin olunur və müşavirliyin rəhbərliyi ona tapşırılır. Senatın Məlumat Yayım Departamentinin № 28 saylı 1895-ci il tarixli göstərişi ilə isə kollegiya assessoru vəzifəsinə təyin olunur və burada da rəhbərlik ona həvalə edilir. Mülki işlərə dair 1895-ci il tarixli 17 saylı əmrə əsasən ailə vəziyyəti ilə əlaqədar olaraq işdən azad edilir.[11]

Əlimərdan bəy 1893-cü ildə Həsən bəy Zərdabinin qızı Pəri xanım Topçubaşova ilə ailə həyatı qurmuşdur. Həsən bəy Zərdabi qızı üçün Əlimərdan bəy Topçubaşovdan 10 min rubl başlıq pulu istəmişdi, amma onun bu qədər pulu yox idi. Elə buna görə də Əlimərdan və Pəri toy mərasimi keçirməməyi və qənaət olunan pulu Həsən bəyə verməyi qərara almışdılar.[8] Əlimərdan bəy 1896-cı ildə ailəsi ilə birgə Bakıya köçmüşdür.

1918-ci ildən bəri Azərbaycan Nümayəndə Heyətinin sədri olaraq xaricdə fəaliyyət göstərən Əlimərdan bəy 1919-cu ilin başlanğıcından Parisdə yaşamağa başlamışdır.

Aprel işğalından sonra Fransada mühacir həyatına davam edən Əlimərdan bəy orada çətin günlər yaşamışdır. İşğaldan əvvəl Əlimərdan bəy Nümayəndə Heyətinin maddi problemləri ilə bağlı 1920-ci ilin yanvarın 29-da Ceyhun Hacıbəyliyə məktub yazmışdır:[12]

" Bizim maddi vəziyyətimiz çox ağırdır: Gürcüstandan aldığımız 100 min frank artıq xərcləndi. Fevrala qədər çətinliklə yaşayarıq, sonra isə dava-dalaş! "

İşğaldan sonra maddi vəziyyəti çətinləşən Əlimərdan bəy bu barədə Ceyhun Hacıbəyliyə məktublarında məlumat vermişdir. Ceyhun Hacıbəyli 1928-ci ilin 30 iyulunda yazdığı bir məktubda onda və Nümayəndə Heyətinin kassasında pul olmadığını bildirmişdir. Əlimərdan bəy Topçubaşov isə 1931-ci ilin 17 aprelində yazdığı məktubda mənzillə bağlı dəhşətli məsələnin hələ həll edilmədiyini, ödəmək üçün "əjdaha" tələblər qoyulduğunu və onun bu tələbləri qarşılaya bilmədiyini qeyd etmişdir.[12]

Əlimərdan bəyin 1926-cı ildə 25 yaşlı oğlu Rəşid bəy Topçubaşov vərəm xəstəliyindən vəfat etdi. Yaxın dostu Xəlil bəy Xasməmmədova 1931-ci ilin aprelin 2-də yazdığı məktubda bu o, bu haqda belə demişdir:[13]

" Mən artıq sizə yazmışdım: ən yaxşı təsəllini verdiyimiz qurbanlarla bağlı xatirələrdə tapmaq olar. Artıq 4 ildən çoxdur ki, özüm də sakitliyi və aramı məndən ötrü həmişəyaşar fikirlərdə, hərəkətlərdə, jestlərdə, xarakterlərdə – bir sözlə, əziz Rəşidimi xatırladan, surətini gözümdə canlandıran hər şeydə tapıram. Siz də, Suad xanım da onu tanıyırdınız… Hər cümə axşamı xanımımla, Əliəkbərlə birlikdə qəbrinin üstünə gedirəm, dua oxuyuram, məzarını çiçəklərlə bəzəyirəm. Tez-tez yazılarını, kitablarını, qeydlərini gözdən keçirirəm. Ötən ildən yazı masama yenidən oğlumun portretini qoymuşam. Ağlımla onun artıq dünyada olmaması fikri ilə barışıram, ürəyimsə övladımla birlikdədir. "

Əlimərdan bəy 1932-ci ilin aprelin 2-də yazdığı məktubda Heydər Bammata telefon etmək və yaxud onun yanına getmək imkanın və maliyyəsinin olmadığını, evdən çıxa bilmədiyini qeyd etmişdir.[14] 1932-ci ilin 14 mayında yazdığı məktubda isə son günlərdə baş verən hadisələrlə bağlı əhvalının ikrahedici olduğunu, borcların üstələdiyini, soyuq olduğunu və ehtiyatlarının tam tükəndiyini yazmışdır.[14]

Əlimərdan bəyin dəfni. Soldan 5-ci Məhəmməd Əmin Rəsulzadədir

Əlimərdan bəy Topçubaşov Ceyhun Hacıbəylinin oğlunun məktəbdə təhsilinin davam etdirilməsi ilə bağlı 1932-ci ilin fevralın 26-da direktora xahiş məktubu da yazmışdır:[15]

" Böyük təəssüflə və kədərlə öyrəndim ki, bizim Nümayəndə Heyətinin üzvü Ceyhun Hacıbəylinin oğlu sizin rəhbəri olduğunuz Kollecdə təhsil haqqını ödəyə bilmədiyindən dərsə davamiyyətdən məhrum edilib… Öz üzərimə götürüb təsdiqləyirəm ki, ilk imkan yaranan kimi həmin şagirdin atası tərəfindən gözlənilən maliyyə sizə ödəniləcək. "

Əlimərdan bəy 8 noyabr 1934-cü ildə Paris ətrafında, vəfat etmişdir. Məzarı Sen Klu şəhər qəbirstanlığında yerləşir.[16] Onun dəfnində Məhəmməd Əmin Rəsulzadə və Rusiya imperiyasının dağılmasından sonra yaranan bütün respublikaların sürgündə olan hökumətlərinin nümayəndələri iştirak etmişdir. Onlar Topçubaşovun həyat və fəaliyyəti barədə çıxış etmişdir.[8]

Məzarı başında çıxış edən Məhəmməd Əmin Rəsulzadə demişdir:[17]

" Xanımlar, bəylər! Millət yolunda çalışanlarımızdan bir böyüyü ilə halallaşırıq. Heyhat! Azərbaycan parlamentinin şanlı rəisini, Nümayəndə Heyətinin sayğılı başçısını müsafiri olduğumuz Fransa torpağına əmanət buraxırıq. Parlamento rəisi, Nümayəndə Heyətinin başçısı, Milli Mərkəz üzvü və sairə kimi mərhumun daşıdığı ünvanları zikr etməklə Əli Mərdan bəy adının mənasını tamamilə anlatmaq, mövzunu bütün şümülü ilə qavramaq qətiyyən mümkün deyildir. Yetmiş beşi haqlayan yaşının heç olmasa əllisini, mərhum durmadan, yorulmadan camaat işinə və millət yoluna vermişdir. Əlli il ömür; yarım əsrlik həyat! Qoca bir dövr!… Bəli, Əli Mərdan bəyin geçinməsi ilə biz, milli həyatımızda başlı-başına bir dövrü təmsil edən mühüm şəxsiyyətdən ayrılırıq; çünki, Topçubaşi Əlimərdan bəyin ismi müəyyən bir nəsli və müəyyən bir dövrü andırır. Rusiyada ali təhsil görmüş, Türk və müsəlman ziyalısını barmaqla saymaq qəbul olduğu bir zamanda idi ki, Əli Mərdan bəy meydana çıxmışdı.

…Çox çəkməz məmləkət qurtular; və o zaman mütəşəkkir millət ilk parlamentinin rəisini, istiqlal davasının vəkilini xatırlar, gələr, səni oğlunla bərabər buradan alar, arzu etdiyin vətən torpağına götürər və xatirəni əbədiləşdirər…

Budur sənə söyləyəcəyim son söz! … Sənə bizlərdən minlərlə rəhmət ! … Sənə bizlərdən minlərlə hörmət!! …

"

Daha sonra Məhəmməd Əmin Rəsulzadə Əlimərdan bəy Topçubaşovun xatirəsinə "Qurtuluş" jurnalında yazmışdır:[18]

" Bir millətin siyasi tarixində mühüm və davamlı bir yer tutan adam üçün “öldü” deyərlərsə, inanmayınız – Əlimərdan bəy ölməmişdir! "

Siyasi-ictimai fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Rusiya imperiyası və keçid dövrü

[redaktə | mənbəni redaktə et]

Qəzet fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1896-cı ildə Bakıya gələn Əlimərdan bəy Topçubaşov vəkilliklə məşğul olmuş və bir sıra məhkəmə proseslərini qazanmışdır. Bu nailiyyətlər şəhər əhalisi içərisində ona böyük nüfuz və hörmət qazandırmışdır.

İsmayıl Qaspıralı, Həsən bəy Zərdabi, Əlimərdan bəy Topçubaşov. Bakı, 1894-cü il[19]

Əlimərdan bəy 1888-ci ildən "Bakinski torqovo–promışlennı listok"un redaktoru olmuşdur.[20] 1897-ci ildə Nikolay Sokalinskinin ölümündən sonra "Kaspi" qəzetinin naşirliyini Hacı Zeynalabdin Tağıyev öz üzərinə götürür və redaksiyanı Nikolayevski küçəsindəki binaya köçürür. 1898-ci ildə Əlimərdan bəy Topçubaşov Hacı Zeynalabdin Tağıyevin aldığı "Kaspi" qəzetində baş redaktorluq etməyə başladı. Əlimərdan bəy Topçubaşov 1898-ci ilin iyunun 24-dən 1907-ci ilin oktyabr ayının 20-nə qədər "Kaspi" qəzetinin baş redaktorluğunu etdi. Onun redaktoru olduğu dövrdə "Kaspi"də Həsən bəy Zərdabi, Məhəmməd ağa Şahtaxtinski, Əhməd bəy Ağayev, Firidun bəy Köçərli, Haşım bəy Vəzirov kimi şəxslər yazılarla çıxış edirdi. Bu dövrdə onun "Müsəlmanlar azadlıq hərəkatında"[21], "Müsəlmanların dirçəliş dövrü"[22], "Milli qırğına nə vaxt son qoyulacaq?"[23] məqalələri "Kaspi" qəzetində nəşr olunmuşdur

Əlimərdan bəyin 1905-ci ilə qədər "Kaspi" qəzatində 25 məqaləsi işıq üzü görmüşdür.[24] Əlimərdan bəyin "Kaspi" qəzetinin baş redaktoru olması ilə qəzet daha çox ictimai maraq kəsb etməyə başladı. "Qafqaz təqvimi"ndə verilən məlumata görə 1899-cu ildə "Kaspi" qəzeti 2500 tirajla, 1900–1902-ci illərdə 3500 tirajla, 1904-cü ildə 5100 tirajla, 1906-cı ildə isə 10 000 tirajla nəşr edilirdi.[25] Əlimərdan bəy həmçinin "Bakı" və "Həyat" qəzetlərinin də redaktoru olmuşdur.

Bakı general-qubernatoru Dimitri Odintsov polis departamentinə 1901-ci il 14 noyabr tarixində göndərdiyi tamamilə gizlin məlumatında əhali arasında məzhəb məsələsinə, xüsusən də İranTürkiyəyə münasibətə, panislamizmə, gənc türklərlə əlaqəyə diqqət yetirməyi tapşırdı. Bakı general-qubernatoru Dimitri Odintsov bir qrup azərbaycanlının izlənilməsini, onların fəaliyyətlərinin təftişini Jandarm İdarəsindən tələb edirdi. İzləniləcək ziyalıların siyahısında Həsən bəy Zərdabinin, Əlimərdan bəy Topçubaşovun, Əhməd bəy Ağaoğlunun, Nəriman Nərimanovun, Haşım bəy Vəzirovun, Sultan Məcid Qənizadənin, Əliabbas Müznibinin adları var idi.[26]

Bakı Şəhər Dumasında

[redaktə | mənbəni redaktə et]

Əlimərdan bəy Topçubaşov 1897-ci ilin oktyabr ayının 14-də Bakı Şəhər Dumasına keçirilən seçkilərdə 154 səs yığaraq Dumaya üzv seçilmişdir.[11] Əlimərdan bəy Həbib bəy MahmudbəyovFərrux bəy Vəzirovla birgə Bakı Şəhər Dumasına üzv seçilmiş ilk müsəlman şəxslər oldular.

Əhməd bəy Ağaoğlu, Əlimərdan bəy Topçubaşov və İllarion Vorontsov-Daşkov. Tiflis, 1906-cı il

1901-ci ilin oktyabr ayının 29-u və noyabr ayının 18-də yeni qaydalar əsasında dörd il müddətinə Bakı Şəhər Dumasına keçirilən seçkilərdə Əlimərdan bəy yenidən üzv seçilmiş, seçkinin nəticələri 1902-ci ilin fevralın 25-də Tiflisdə Qafqazın Mülki Hissəsinin baş rəisi tərəfindən təsdiqləndikdən sonra o, Bakı Şəhər İdarəsinin sədri kimi fəaliyyətə başlamışdır.[3]

İmperatriça Aleksandra Rus-Müsəlman Qız Məktəbində. Ortada Hacı Zeynalabdin Tağıyev, oturanlardan soldan 1-ci Əlimərdan Topçubaşovdur. Bakı, 1901-ci il

1901-ci ildə İmperatriça Aleksandra Rus-Müsəlman Qız Məktəbinin açılışı baş tutur. Açılışda məktəbin ünvanına göndərilən təbrik teleqramları oxundu. Əlimərdan bəy Topçubaşov da tədbirdə iclasda iştirak edərək təbrik məktubu oxumuşdur.

Duma fəaliyyəti boyunca o, Şəhər Məktəb Komissiyasının üzvü, Mariya qadın gimnaziyasının, Bakı Kommersiya Məktəbininİmperatriça Aleksandra Rus-Müsəlman Qız Məktəbinin Qəyyumlar Şurasının üzvü olmuşdur.[11]

Bakı Kommersiya Məktəbinin Qəyyumlar Şurasının üzvü olmuş Əlimərdan bəy Topçubaşov təhsil alan kontingentin milli və dini xüsusiyyətlərini nəzərə almağın zəruriliyi məsələsini irəli sürürdü.[27] Rusiyanın Şərqlə ticarət əlaqələrinin genişlənəcəyini nəzərə alan Əlimərdan bəy Topçubaşov məktəbdə təhsil alanlara Şərq dillərini, həmçinin Qafqaz ölkələri ilə qonşu ölkələrin iqtisadi coğrafiyasını öyrənməyi lazım bilirdi.[27]

Əlimərdan bəy 1905-ci ildə yaradılan Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin İdarə Heyətinin üzvü seçilmişdir.

1905-ci ilin iyununda fəhlə etirazları zamanı burjuaziyanın təşəbbüsü ilə "Barışıq Komitəsi" yaradıldı. Bakı Şəhər Duması tərəfindən komitəyə 28 üzv seçildi. Onların sırasında Kərbəlayı İsrafil Hacıyev, Hacı Aslan Aşurov, Kərbəlayı Abdulla Zərbəliyev, İsa bəy Hacınski, Mirzə Əsədullayev, İsmayıl bəy Səfərəliyev, Abdulla Səlimxanov, Əlimərdan bəy Topçubaşov və Əhməd bəy Ağayev də var idi.

I Dövlət Dumasında

[redaktə | mənbəni redaktə et]
Topçubaşov I Dövlət Dumasının üzvü olarkən

1905-ci ilin sentyabrında çarizm Bakı proletariatını inqilabi mübarizədən çəkindirmək məqsədilə neft sənayeçiləri ilə fəhlə nümayəndələrinin müşavirəsini keçirməyə icazə verdi. Müşavirəyə nümayəndələr göndərmək üçün seçkilər keçirildi. Müşavirəyə seçilən nümayəndələr arasında Əlimərdan bəy Topçubaşov da olmuşdur. Müşavirə sentyabrın 30-da Sankt-Peterburqda açılmış və Əlimərdan bəy Topçubaşov müşavirədə Bakı fəhlələrinin acınacaqlı vəziyyəti haqqında məlumat verərək onların mənafeyini müdafiə etmişdir.

Vıborq müraciətnaməsi üçün toplaşan Duma üzvləri. Sağdan aşağı ilk sıra və ikinci sırada duran iki şəxsin arasındakı Əlimərdan bəy Topçubaşovdur

Çar 1905-ci ilin dekabrında Dövlət Dumasına seçkilər haqqında qanun çıxardı. 1906-cı ilin mart-aprel aylarında BakıYelizavetpol quberniyalarında ilk dəfə olaraq Dövlət Dumasına seçkilər keçirildi. Azərbaycandan Rusiya imperiyası I Dövlət Dumasına Bakı quberniyasından Əsədulla bəy Muradxanov, Məmmədtağı Əliyev, Əlimərdan bəy Topçubaşov,[28] Yelizavetpol quberniyasından isə Əbdürrəhim bəy Haqverdiyevİsmayıl xan Ziyadxanov deputat seçilmişdir.[9] 1906-cı il aprelin 27-dən iyulun 8-nə qədər Peterburqda Birinci Dövlət Duması fəaliyyət göstərmişdir. Birinici Dövlət Dumasında ümumilikdə 25 müsəlman deputat fəaliyyət göstərmişdir. 1906-cı ilin iyunun 21-də Əlimərdan bəy Topçubaşovun sədrliyi ilə Dumada Müsəlman fraksiyası yaradıldı.[29] O, həmçinin Dumadakı Xalq Azadlığı fraksiyasının sol qanadına qatılmış və Xalq Azadlığı Partiyasının üzvü olmuşdur.[30]

Əlimərdan bəy Topçubaşov Dumada müzakirə edilən bir sıra məsələlərin müzakirəsində iştirak etmiş, hökumətin aqrar və köçürmə siyasətini pisləmiş, Rusiyadakı azsaylı xalqlara, əsasən müsəlmanlara muxtariyyət verilməsi tələbinin tərəfdarı olmuşdur. Müsəlman fraksiyanın, eləcə də onun daxil olduğu Muxtariyyətçilər Birliyinin parlament qrupunun fəaliyyəti çar hakimiyyətini narahat edirdi. Çar hökuməti onun fəaliyyətini tənqid edən inqilabi mövqeli Dumanı 72 gündən sonra qovdu. 1906-cı ilin iyulun 8-də Duma buraxıldı və kadetlər deputatlara Peterburqdan bir qədər kənarda – Vıborqda toplaşmağı təklif etdilər. 200-ə yaxın deputat Dumanın qovulmasına etiraz edərək 1906-cı il iyulun 9–10-da Vıborqda iclas keçirdilər və "Vıborq müraciətnaməsi"ni qəbul etdilər. Həmin sənəddə Dumanın müdafiəsi üçün vergidən imtina, hərbi xidmətdən yayınma formalarından istifadə əsaslandırılırdı. Həmin Vıborq çağırışını 6 deputatla birgə Əlimərdan bəy Topçubaşov da imzalamış, bu fəaliyyətinə görə 1908-ci ilin yayında üç ay müddətinə həbsdə saxlanılmışdı. Bu zaman o, "Kaspi" qəzetindəki işindən və Bakı Şəhər Dumasının üzvlüyündən xaric edilmişdir.[9]

Bu dövrdə Əlimərdan bəy Qacar dövləti tərəfindən ədliyyə nazirliyindəki departamentlərin birinə rəhbərlik etməyə dəvət edilmişdir, lakin o, bu dəvəti qəbul etməmişdir.

Ümum-Rusiya müsəlmanları qurultaylarında

[redaktə | mənbəni redaktə et]

1905-ci il avqustun 15-də Nijni Novqorodda yarmarka zamanı icazəsiz keçirilən Ümum-Rusiya müsəlmanlarının I qurultayında sədr İsmayıl bəy Qaspıralı, Əlimərdan bəy Topçubaşov, Rəşid İbrahimov və Əbülsüqut Axtyamov isə onun müavinləri seçildilər. Qurultayı Əlimərdan bəy Topçubaşov açmışdır. Qurultayda müzakirə edilən əsas məsələlərdən biri siyasi və mədəni sahədə bütün Rusiya müsəlmanlarını birləşdirməyə qabil müsəlman siyasi partiyasının yaradılması məsələsi idi. Müzakirələrdən sonra "İttifaqi-müslimin"in yaradılması qərara alındı.[9][31]

1906-cı il yanvarın 13–23-də Peterburqda gizli şəraitdə, rəsmi icazə olmadan keçirilən Ümum-Rusiya müsəlmanlarının II qurultayında Azərbaycandan Əlimərdan bəy Topçubaşov, Qara bəy QarabəyovƏsədulla Axundov iştirak etmişdir. Qurultayda Əlimərdan bəy Topçubaşov tərəfindən hazırlanmış "İttifaq"ın proqram və nizamnamə layihələri, Rusiya imperiyası I Dövlət Dumasına seçkilərdə taktikası müzakirə olunmuşdu. 23 bənddən ibarət nizamnamə və müvəqqəti proqram layihəsi qəbul edilmiş, növbəti qurultaya qədər çatışmazlıqların aradan qaldırılması tövsiyə olunmuşdu. Qurultay Duma seçkilərində kadetlərlə birlikdə hərəkət etməyi qərara almışdı.[9][32]

Azərbaycan siyasətçiləri və ziyalıları. Ayaq üstə sağdan 2-ci Əlimərdan bəy Topçubaşovdur. Tiflis, 1906-cı il

1906-cı il avqustun 15–21-də yenə də Nijni Novqorodda keçirilən Ümum-Rusiya müsəlmanlarının III qurultayında Əlimərdan bəy Topçubaşov sədr seçildi. Qurultay hər biri 15 nəfərdən ibarət iki komissiya (təhsil və dini işlər üzrə) yaratdı. Komissiya sədrlərinin məruzələri əsasında 33 maddəlik "Məktəb islahatı" və 13 maddədən ibarət dini siyasətin təkmilləşdirilməsi haqqında qərar qəbul edildi. Qurultayda həmçinin "İttifaqi-Müslimin"in Əlimərdan bəy Topçubaşov tərəfındən hazırlanan 11 bölmə və 79 maddədən ibarət proqramı qəbul edildi. Proqramda konstitusiyalı monarxiya ideyası irəli sürülürdü. "İttifaqi-Müslimin"in 15 nəfərdən ibarət Mərkəzi Komitəsi və onun nəzdində 3 nəfərlik daimi büro seçilmişdi. Əlimərdan bəy Topçubaşov Mərkəzi Komitənin və büronun üzvü seçilmişdi. O həmçinin partiyanın və hüquq komissiyasının sədri də seçilmişdir.[9][33]

1914-cü ilin iyun ayının 15–25-də Rusiyanın müsəlman vilayətlərindən olan 6 nəfər Duma deputatı və 34 nəfər tanınmış ictimai-siyasi, nüfuzlu ruhani Peterburqda toplaşıb müşavirə keçirdi. Müşavirəyə sədrlik edən IV Dumada müsəlman fraksiyasının rəhbəri K. M. Tevkelevin təklifi ilə bu toplantı IV Müsəlman qurultayı hesab edildi. Bu müşavirə-qurultayda Əlimərdan bəy Topçubaşov Əbülsüqut Axtyamovla birlikdə sədrin müavinləri seçildilər. Ümum-Rusiya müsəlmanarının icazəli IV qurultayı 15 avqustun Rusiya müsəlmanlarının həmrəyliyi günü kimi bayram edilməsini qərara almışdı. Qurultay "Ruhani yığıncaqları" və müsəlman dini məktəblərinin islahatı məsələlərinə həsr olunmuşdu. Qurultayın 8 may tarixli iclasında Əlimərdan bəy Topçubaşov Azərbaycan nümayəndələri adından növbədənkənar çıxış edərək Azərbaycan xalqını gözləyən milli qırğın təhlükəsi haqqında Rusiya müsəlmanlarını, həm də müvəqqəti hökuməti xəbərdar etmişdi. Bu məsələ ilə bağlı qurultay Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Peterburqa nümayəndə heyəti göndərilməsi haqqında qərar qəbul etdi.[9][34]

Fevral inqilabından sonra qurultay sayları sıfırlanmışdır. 1–11 may 1917-ci ildə milyonçu Şəmsi Əsədullayevin Moskvadakı evində Rusiya müsəlmanlarının qurultayı keçirildi. Əlimərdan bəy qurultayın idarə heyətinə üzv seçilmişdir.[35] Qurultayda idarə etmə, milli-mədəni muxtariyyət məsələsi ətrafında müzakirələr başlamış və böyümüş, nəticədə nümayəndələr Əlimərdan bəy Topçubaşovun rəhbərliyi altında bir daha onun müzakirəsinə başlamışdır. Nümayəndələrə müraciət edən Topçubaşov idarə üsulu məsələsinin çox mühüm və böyük bir siyasi problem olduğunu və bunun onlar üçün bir imtahan məqamı olduğunu qeyd etmişdir. O, həmçinin belə bir fikir də səsləndirmişdir:

" Hər şeydən əvvəl, biz xalq cümhuriyyəti (demokratik-federal cümhuriyyət) istəyirik, bu bizim əsas diləyimizdir. Xalq cümhuriyyəti demək, bütün hakimiyyətin tamamilə xalqın, demokrasinin öz əlində bulunan idarə deməkdir. Buna digər bir sözlə, "xalq hakimiyyəti" də deyilir "

1914–1917-ci illərdə

[redaktə | mənbəni redaktə et]
İsmayıl bəy Qaspıralı və Topçubaşov. Sankt-Peterburq, 1914-cü il

Əlimərdan bəy Topçubaşov 1914-cü ildə Bakıda 45 nəfərdən ibarət "Məşvərət Məclisi" təşkil etmiş, müsəlmanların "Tələblər paketi"ni hazırlayaraq, çar hakimiyyəti orqanlarına göndərmişdir.[3] 1915-ci ildə Bakıda Nicat Cəmiyyətinin rəhbər postlarına seçkilər keçirildi. Əlimərdan bəy seçkilərdə cəmiyyətin sədri seçildi. Baxmayaraq ki, cəmiyyətin sədri de-fakto İsa bəy Aşurbəyov idi, lakin müxtəlif dövrlərdə müxtəlif şəxslər cəmiyyətə de-yure sədrlik etmişdir. Əlimərdan bəy isə bu vəzifədə 1916-cı ilədək çalışmışdır.[36]

Fevral inqilabından sonra, 1917-ci ilin aprelin 15–20-də Bakıda Qafqaz Müsəlmanları Qurultayının keçirildi. Həmin qurultaya sədrliyi Əlimərdan bəy Topçubaşov etdi. Qurultayın açılışında o, dedi:[37]

" Qafqaz müsəlmanlarının bugünkü qurultayı ötən yüz il ərzində birinci xalq qurultayıdır ki, burada Qafqaz müsəlmanlarının azad sözü eşidiləcək. Bu qurultay gərək Qafqazın keçmiş tarixi əzəmətini bərpa etsin. "

O həmçinin Qafqazda milli zəmində baş verən toqquşmalara işarə edərək bildirdi:[38]

" Köhnə rus hökumətinin Rusiyada yaşayan rus olmayan xalqlara qarşı siyasəti ayırıcı siyasət idi, ermənilərlə azərbaycanlılar arasında olan toqquşma da insana nifrət siyasətinin nəticəsi idi. "

Qurultayda Rəyasət Heyəti adından çıxış edən Əlimərdan bəy Topçubaşov mayın 7-də keçirilən altıncı iclasa da sədrlik etmişdi.

1917-ci il avqustun 12–15-də Moskvada dövlət müşavirəsi çağırıldı. Müvəqqəti hökumətin çağırdığı bu müşavirəyə Rusiyanın müxtəlif yerlərindən gəlmiş 34 müsəlman nümayəndə arasında Əlimərdan bəy Topçubaşov da var idi. Avqustun 13-də Moskva müşavirəsinin müsəlman nümayəndələrinin iclası keçirildi. Burada müşavirədə çıxış edəcək nümayəndənin məruzəsini hazırlayacaq komissiya təşkil edildi. Komissiya məruzəni hazırlamağı və nitq söyləməyi Əlimərdan bəy Topçubaşova tapşırdı. Əlimərdan bəy Topçubaşov müşavirədəki nitqində qeyd etdi ki, Rusiyada yaşayan müsəlmanlar çarizmin devrilməsini alqışlayır, hər yerdə demokratik əsaslarla yaranmağa başlamış ictimai və siyasi təşkilatları, inqilabi nailiyyətləri – azadlıq, bərabərlik və qardaşlığı qoruyur və möhkəmləndirirlər.

İctimai Təşkilatlarının Şurasında

[redaktə | mənbəni redaktə et]

1917-ci il martın 5-də Bakıda Müsəlman İctimai Təşkilatları Şurası və onun İcraiyyə Komitəsi yaradıldı. Məmmədhəsən Hacınski, İ. Frolov, İbrahim bəy Heydərov və başqaları ilə yanaşı Əlimərdan bəy Topçubaşov da Komitənin tərkibinə daxil oldu. 1917-ci il martın 29-da Bakıda Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsi təşkil edildi. Onun tərkibinə Məhəmməd Əmin Rəsulzadə, Məmmədhəsən Hacınski, Əlimərdan bəy Topçubaşov və başqaları seçildi. 17 iyul 1917-ci ildə isə 33 nəfərdən ibarət yeni icraiyyə komitəsi təşkil olundu. Əlimərdan bəy Topçubaşov yeni İcraiyyə Komitənin sədri seçildi.

Bakı Müsəlman İctimai Təşkilatları Şurasının İcraiyyə Komitəsi 1917-ci il avqustun 29-da Kornilov əks-inqilabi qiyamını qətiyyətlə pisləyərək, Müvəqqəti hökuməti tam müdafiə etdiyini bildirdi.

1917-ci il sentyabrın 5–6-da və 12-də Bakı Müsəlman İctimai Təşkilatları Komitəsinin növbəti iclası çağırıldı. İclasda Komitənin sədri Əlimərdan bəy Topçubaşov, sədrin müavinləri Məhəmməd Əmin RəsulzadəFətəli xan Xoyski seçildi.[39]

1917-ci ildə Rusiyada baş vermiş Oktyabr inqilabının nəticəsində, Stepan Şaumyanın başçılıq etdiyi bolşevik Bakı Soveti, Bakı quberniyasında hakimiyyəti ələ keçirmişdi. Bakıda rus və erməni silahlı dəstələri Azərbaycan əhalisini qarət etməyə başlayır. Soyğunçuluq, qarma-qarışıqlıq və özbaşına axtarışlar ancaq azərbaycanlıların yaşadığı məhəllələrdə baş veririrdi. Buna etiraz edən müsəlman tacirləri bütün mağazaları bağlamışdılar. 1917-ci il dekabrın 26-da Bakıda türklərin dükan və mağazalarının, demək olar ki, çoxu bağlanmışdı. Hadisələrdən təlaşa düşən azərbaycanlılar narahat olmağa başlayırlar. "İsmailiyyə" binasının qarşısında mitinq keçirilir və buraya 3000 nəfərə qədər türk toplaşır və onlar Müsəlman İctimai Təşkilatları Komitəsindən tələb edir ki, şəhərdə qayda-qanun yaradılması üçün tədbir görsünlər. Çıxış edən natiqlər soyğunçuluğa, zorakılığa və özbaşına axtarışlara etiraz edirdilər. Mitinqə gələn Bakı Soveti İcraiyyə Komitəsinin sədr müavini Prokofi Caparidze əhalini sakiləşdirmək məqsədilə, Sovet tərəfindən hər cür özbaşınalığa son qoymaq üçün lazımi ölçü götürüləcəyinə söz verir. Mitinqdə iştirak edən Məhəmməd Əmin Rəsulzadə şəhərdə qarma-qarışıqlıq olmasın deyə, 5 nəfərdən ibarət komissiya yaradılmasını təklif edir. Uzun müzakirələrdən sonra qəbul edilən qətnamədə göstərilirdi ki, özbaşına axtarışların aparılmasına və silahların müsadirə olunmasına yol verilməsin, müsəlmanların yaşadığı sahələrə müsəlman milisləri qoyulsun. Eyni zamanda, qeyd olunurdu ki, qəbul edilmiş qərarları həyata keçirmək üçün Hərbi İnqilabi Komitəsi ilə birgə 5 nəfərdən ibarət komissiyanın yaradılmasını Milli Komitəyə tapşırılsın. Elə həmin gün qoyulan tələbləri yerinə yetirmək üçün Milli Komitənin təcili yığıncağı keçirilir. Bu yığıncaqda Əlimərdan bəy Topçubaşov, Bəşir bəy Aşurbəyov, Məhəmməd Əmin Rəsulzadə, İbrahim bəy HeydərovMəmmədhəsən Hacınski iştirak edirdi.[40]

Buna baxmayaraq 31 mart tarixində kütləvi soyqırım həyata keçirildi. Bakı Şəhər İnqilabi Müdafiə Komitəsi (İMK) 1918-ci il aprelin 1-də müsəlman təşkilatlarına ultimatum vermişdi. Ultimatumun tələblərin yerinə yetirilməsi müddəti 1 aprel 1918, gündüz saat 3-ə təyin olunmuşdu. Danışıqlar axşam saat 5-də başlamışdı. Sülh danışıqlarında inqilabi müdafiə komitəsindən Çaparidze, Saakyan, Zevin, Fioletov və Dudin, Müsavat partiyasından Kazımzadə, Rusiyada Müsəlmançılıq partiyasından Tağıyev, şəhərin rəisi İlyuşkin, Zaqafqaziya Milli Komitəsinin üzvü Topçubaşov, Molla Hacı Mir Mirmöhsün və Hacı Hüseyn Tağıyev, Erməni Milli Şurasından L. Atabekyan və Ter-Mikaelyan, görkəmli müsəlman və erməni ictimai xadimləri, İranın konsulu Həbibulla xan və başqaları iştirak etmişdi. Azərbaycan nümayəndə heyətinin üzvləri tələbləri yerinə yetirməyə razı olduqlarını bildirdilər və cavab sənədinə imza atdılar.[41]

Müsavat Partiyasının 1917-ci ilin oktyabrında keçirilən Birinci Qurultayında Müsəlman Milli Komitəsinin sədri Əlimərdan bəy Topçubaşov çıxışında bəyan etdi ki, Milli Komitənin arzu və məqsədləri Müsavatın arzu və məqsədləri ilə tamamilə uyğun gəlir. Bakı Müsəlman İctimai Təşkilatları Komitəsi ilə Müsavat Partiyasının proqramları üst-üstə düşdüyündən onlar 1917-ci ilin oktyabrında Bakı Şəhər Dumasına seçkilərə vahid siyahı ilə gedirdilər. Oktyabr-noyabr aylarında Əlimərdan bəy Topçubaşov ümumi seçki hüququ əsasında Bakı Şəhər Dumasına keçirilmiş seçkilərdə iştirak etmiş və Bakı Şəhər Dumasına üzv seçilmişdir.

10 nömrəli vahid siyahı

1917-ci ilin noyabrın 26-dan 28-nə qədər Cənubi Qafqazda Ümumrusiya Müəssislər Məclisinə seçkilər keçirildi. Müsavat PartiyasıMüsəlman Milli Komitələri seçkilərdə vahid 10 nömrəli siyahı ilə iştirak etdi. Bu siyahıda birinci sırada Xüsusi Zaqafqaziya Komitəsinin üzvü Məmməd Yusif Cəfərov, ikinci sırada isə Əlimərdan bəy Topçubaşovun adı yazılmışdı. Müsavat PartiyasıMüsəlman Milli Komitələrinin vahid 10 nömrəli siyahısı Zaqafqaziya seçki bölgəsində 615 816 (25.08%) səs toplayaraq əsasən Gürcüstan əhalisinin səs verdiyi menşeviklərdən sonra seçkini ikinci tamamladı.[42][43][44] Bu, həmçinin 10 nömrəli siyahıya müsəlmanlarının 63 faizinin səs verdiyi mənasına gəlirdi.[45]

Əlimərdan bəy Topçubaşov bu seçkilərdəki qələbədən sonra, 1917-ci ilin dekabr ayında Cənubi Qafqaz Müsəlman Komitəsinin rəhbərliyindən istefa verdi, lakin Rusiyada hakimiyyətə gələn bolşeviklər 1918-ci ilin yanvarın 5-də fəaliyyətə başlayan Ümumrusiya Müəssislər Məclisinin yanvarın 6-da buraxılması haqqında dekret verdilər.[39]

Zaqafqaziya Seymində

[redaktə | mənbəni redaktə et]

Bu hadisədən sonra 1918-ci ilin yanvarında Tiflisdə Zaqafqaziyadan Müəsisslər Məclisinə seçilən nümayəndələr regional qanunverici orqan olan Zaqafqaziya Seyminin yaradılması qərarına gəldilər və Seymin ilk iclası 1918-ci ilin fevralın 23-də keçirildi. Əlimərdan bəy Topçubaşov da Seymin üzvü olmuşdur. Seymdə müsəlman üzvlər Müsəlman fraksiyasını təsis etdilər. Əlimərdan bəy Topçubaşov "Müsəlman və demokratik bitərəflər qrupu"nun üzvü olaraq bu fraksiyaya daxil oldu.[2]

Azərbaycan Xalq Cümhuriyyəti dövrü

[redaktə | mənbəni redaktə et]
Əlimərdan bəy Topçubaşov

1918-ci ilin mart hadisələrindən sonra aprel ayının 3-də Əlimərdan bəy Topçubaşov erməni əsgərləri tərəfindən həbs edilib bir ay saxlanıldı. Sonradan Hümmət təşkilatının zaminliyinə verilib azad olunsa da, ermənilərin tələbi ilə yenidən tutulub Bayıl həbsxanasına göndərildi.[46] Həbsxanadakı ağır şəraitdən sonra nəzarət altında xəstəxanaya yerləşdirilən Topçubaşov yenidən zaminə verilərək azadlığa buraxıldı.[47]

28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası Tiflisdə Azərbaycanın İstiqlal Bəyannaməsini imzaladığı vaxtda Əlimərdan bəy Bakıda həbsdə idi. Bu səbəbdən o, ilk hökumət olan I Xoyski hökumətində post tuta bilməmişdir.

Əlimərdan bəy Topçubaşov Fətəli xan Xoyskinin 1918-ci ilin 17 iyunu tarixində təşkil etdiyi II Xoyski hökumətində portfelsiz nazir təyin olunmuşdur. 6 oktyabr tarixində kabinə daxili dəyişikliklər zamanı Topçubaşov xarici işlər naziri vəzifəsinə təyin edilmişdir. Hökumət Osmanlı imperiyası və onun vasitəsilə Avropa ölkələri ilə diplomatik əlaqələr yaratmaq məqsədilə Əlimərdan bəy Topçubaşovu fövqəladə səlahiyyətli nazir kimi İstanbula göndərmişdir. 1918-ci ilin avqustunda Nazirlər Şurasının sədri Fətəli xan Xoyski bu məzmunda 1144 saylı qərar verdi və bununla bağlı İstanbuldakı Azərbaycan Sülh Nümayəndə Heyətinin sədri Məhəmməd Əmin Rəsulzadəyə teleqram göndərdi:[48]

" Azərbaycan Sülh Nümayəndə Heyətinin cənab sədrinə.

Hökumətin 1918-ci ilin 20 avqust tarixli qərarına əsasən Azərbaycan Respublikası hökumətinin üzvü, nazir Əlimərdan bəy Topçubaşov Azərbaycan Respublikasının maraqlarına aid olan bütün məsələlərlə bağlı fövqəladə səlahiyyətlə Osmanlı hökuməti imperatorluğuna göndərilir. Hökumət qərara aldı ki, sədrlik etdiyiniz nümayəndələri məlumatlandıraq ki, əgər Beynəlxalq konfrans baş tutarsa, Əlimərdan bəy Topçubaşovla əlaqədə olun və o, Azərbaycan Sülh Nümayəndəliyinin tamhüquqlu üzvü kimi orada iştirak etmək hüququna malikdir.

"

1918-ci il avqustun 23-də Gəncədən yola düşən Əlimərdan bəy Topçubaşov əvvəlcə Tiflisdə qalaraq bir sıra görüşlər keçirmişdir. Burada o, Gürcüstan hökumətinin rəhbərləri və Osmanlı nümayəndəsi Əbdül Kərim Paşa ilə görüşlər keçirmiş, daha sonra isə Batum marşrutu ilə hərəkət etmişdir. Əlimərdan bəy Topçubaşov fövqəladə nümayəndə və səlahiyyətli nazir kimi 1918-ci il sentyabrın 28-də İstanbula gəldi və bir neçə gün sonra rəsmi görüşlərə başladı.[47]

Əlimərdan bəy Topçubaşovun ilk görüşünü Osmanlı imperiyasının sədrəzəmi Tələt Paşa ilə keçirmişdir. Tələt Paşa həmin görüşdə Berlinə olan səfəri haqqında məlumat verdi və orada Azərbaycanın maraqlarından çıxış etdiyini söylədi. O, Avstriya-MacarıstanınAlmaniyanın hələlik Azərbaycanın dövlət müstəqilliyini tanımaq istəmədiyini söylədi. Tələt Paşa Rusiyanın mövqeyini açıqlayan səfir İoffenin "Müsəlmanlar Qafqazda Türkiyənin təzyiqi ilə müstəqil dövlətlərini yaradırlar" fikrini qeyd etdi. Əlimərdan bəy Topçubaşov isə belə demişdir:[49]

" Mən bir qədər rus bolşevizmi ilə tanışam, Sizi inandırıram ki, indiki Rusiya hökuməti də müsəlmanlara yaxşı münasibətdə deyil. Bunu bolşeviklər, tanınmış millətçi-şovinistlər olan və bir gündə bolşeviklərə çevrilən erməni daşnaklarını Bakıda özlərinə köməyə dəvət edərkən sübut etdilər "

Tələt Paşa öz növbəsində demişdi ki, bizim yalnız bir arzumuz, yəni Rusiya imperiyasının dağılması yerinə yetmişdir. Bu, həm bizim, həm sizin, həm də ki, bütün Qafqaz və Rusiya xalqları üçün yaxşı nəticədir. Bundan səmərəli istifadə etmək üçün azərbaycanlılar, ermənilər və gürcülər öz aralarında olan kiçik ziddiyyət və narazılıqları unudub, səmimi əlaqələr yaratmalıdırlar. Əlimərdan bəy Topçubaşov Bakının azad olunmasında göstərilən köməyə görə Türkiyə hökumətinə öz təşəkkürünü bildirdi.[50]

Əlimərdan bəy Topçubaşov oktyabrın 2-də eyni gündə Osmanlı xarici işlər naziri Əhməd Nəsimi ilə də görüş keçirdi. Bu görüşdə də Əhməd bəy Əlimərdan bəyə Osmanlı imperiyasının Azərbaycana kömək etməyə hər zaman hazır olduğunu qeyd etdi və ölkənin erməni və gürcülərlə sərhədləri məsələsinə toxundu.[49] Osmanlı xarici işlər naziri Əhməd Nəsim bəy Qafqaz respublikalarının öz aralarında olan ixtilafları aradan qaldırmağın, qarşılıqlı razılıq əsasında sərhədləri müəyyənləşdirməyin zəruriliyini qeyd etmişdir. Əlimərdan bəy Topçubaşov isə ermənilərlə bir yerdə işləməyin qeyri-mümkünlüyünü əsaslandırmış və demişdi ki, ermənilərin iştahı çox böyükdür. Bu iştahı onlar özgələrin, ilk növbədə bizim hesabımıza doyurmaq istəyirlər. Onlar demək olar ki, bütün ölkələrin paytaxtlarında əks-təbliğat aparıb bizim millətin öz dövlət həyatını qurmağa qadir olmadığını və qonşu xalqlarla sülh şəraitində yaşamağı bacarmadığına dair saxta məlumatlar yayıb Azərbaycanın mənafeyinə ziyan vururlar. Buna görə də Avropa paytaxtlarında nümayəndəliyimizin olması bizim üçün zəruridir.

Əlimərdan bəyin Azərbaycan Sülh Nümayəndə Heyətinə sədr təyin olunması haqqında qərar

Əlimərdan bəy oktyabrın 2-də Osmanlı sultanı VI Mehmed Vahidəddinin qəbulunda olmuşdur. Əlimərdan bəy danışıqlar zamanı qeyd etmişdi ki, azərbaycanlıları çoxlu istəməyənlər vardır, lakin azərbaycanlılar heç vaxt düşmənlərdən qorxmamışlar, çünki bilirlər ki, onların böyük dostu vardır. "Dost yox, qardaş!", -deyə Sultan söhbətə başlamış və bildirmişdi ki, bütün türklər azərbaycanlıların qardaşıdır və bu qardaşlıq əbədi olmalıdır.[3]

Əlimərdan bəy İstanbulda bu xronologiya ilə görüşlər keçirmişdir:[49]

  1. 1918-ci il, 3 oktyabr, 3-cü gün, saat 12:40-da Osmanlı imperiyasının ədliyyə naziri Xəlil bəylə (Menteşe) görüş;
  2. 1918-ci il, 3 oktyabr, 3-cü gün, saat 12:50-də Osmanlı imperiyasının hərb naziri Ənvər Paşa ilə görüş;
  3. 1918-ci il 21 oktyabr, birinci gün, saat 14:15-də Osmanlı imperiyasının yeni sədrəzəmi Əhməd İzzət Paşa ilə görüş;
  4. 1918-ci il 27 oktyabr, bazar günü, saat 12-də Osmanlı imperiyasının yeni xarici işlər naziri Mehmed Nəbi bəylə görüş;
  5. 1918-ci il 28 oktyabr, birinci gün, saat 12:15-də Osmanlı imperiyasının xalq maarif nazirinin müavini ilə görüş;
  6. 1918-ci il 28 oktyabr, birinci gün, Osmanlı imperiyasının yeni şeyxülislamı Ömər Hulusi əfəndi ilə görüş;
  7. 1918-ci il 3 noyabr, saat 21:30-da Osmanlı imperiyasının dəniz (bəhriyyə) naziri və Osmanlının Batum və Trapezund konfransındakı nümayəndə heyətinin sədri Rauf bəylə görüş;
  8. 1918-ci il 4 noyabr, saat 12:10-da Osmanlı imperiyasının xarici işlər nazirinin müavini Rəşad Hikmət bəylə görüş;
  9. 1918-ci il 5 noyabr, saat 11:20 — də Osmanlı imperiyasının Xarici İşlər Nazirliyində Mehmed Nəbi bəylə görüş;
  10. 1918-ci il 8 noyabr, saat 14-də, Osmanlı imperiyasının maliyyə naziri Mehmed Cavid bəylə görüş

Hərbi nazir Ənvər Paşa ilə danışıqlar zamanı Azərbaycan ordusu üçün hərbi kadrların hazırlanması, silah və hərbi sursat təchizatı ilə bağlı məsələlər, xalq maarifi nazirinin müavini ilə görüşdə azərbaycanlı gənclərin Türkiyəyə oxumağa göndərilməsi məsələsi müzakirə edilmişdi.

Əlimərdan bəy şeyxülislamla Ömər Hulusi əfəndi ilə görüşündə yüzillik rus müstəmləkəçiliyinin Azərbaycan mənəviyyatına vurduğu zərbəni qeyd edərək sünni-şiə ədavətinin qızışdırılmasının ənənəvi rus siyasəti olduğunu göstərmiş və Rusiya imperatoru I Pyotrun vəsiyyətlərini misal gətirmişdi.

Mudros müqaviləsi
[redaktə | mənbəni redaktə et]

1918-ci ilin payızında Almaniya, Osmanlı, Avstriya-MacarıstanBolqarıstanın daxil olduğu Dördlər İttifaqı Birinci Dünya müharibəsində məğlubiyyətə uğramışdı. Oktyabrın 30-da Osmanlı imperiyası Mudros müqaviləsinin ağır şərtlərinə imza atmağa məcbur olmuşdu. Həmin sazişin 11-ci maddəsinə görə, türk ordusu tezliklə Azərbaycan və Zaqafqaziyanı tərk etməli, Azərbaycanda olan Osmanlı dəstələri bir həftədən gec olmayaraq Bakıdan, bir aydan gec olmayaraq bütün Azərbaycandan çıxmalı idi. 15-ci maddəyə görə, Türkiyə Zaqafqaziya dəmir yolu üzərində nəzarət hüququnu Antantaya verməli və müttəfiqlərin Bakını tutmasına heç bir etiraz etməməli idi.

Noyabrın 4-də Əlimərdan bəy Mudros müqaviləsinin Azərbaycana aid hissəsi ilə bağlı Osmanlı hökumətinin xarici işlər nazirinin müavini Rəşad Hikmət bəyə etiraz notası verdi. O, Bakı şəhəri haqqında maddənin Mudros müqaviləsinə daxil edilməsinin beynəlxalq hüquqa zidd olmasını, Azərbaycanın ingilislər tərəfindən işğal edilməsinin asanlaşmasına xidmət etdiyini bildirdi. Osmanlı Xarici İşlər Nazirliyi isə cavab notasında bildirirdi ki, Antanta ilə barışıq şərtlərini yerinə yetirərkən sultan hökuməti ingilis qoşunlarının Bakını tutması ilə bağlı yarana biləcək münaqişədən kənarda qalmaq istəyir.[3]

Mudros müqaviləsinə əsasən Azərbaycan ərazisi ingilis qoşunlarının işğal zonasına daxil edilmişdi. Əlimərdan bəy oktyabrın 31-də İstanbuldan baş nazir Fətəli xan Xoyskiyə yazdığı məktubunda təcili surətdə RəştƏnzəlidə olan ingilislərlə danışığa girməyi və Milli Şuranın çağırılmasını məsləhət görmüşdü. Bu çağırışa cavab olaraq Nəsib bəy Yusifbəyli, Əhməd bəy AğaoğluMusa bəy Rəfiyevdən ibarət nümayəndə heyəti noyabrın əvvəlində Böyük Britaniyanın Şimali İran ordusunun komandanlığı ilə görüşmək üçün Ənzəliyə yola düşmüşdü. Azərbaycan hökumətinin nümayəndələri hələ 1918-ci ilin noyabrında Ənzəlidə Müttəfiq qoşunların baş komandanı general Vilyam Tomsonla danışıqlar zamanı Azərbaycanın beynəlxalq sülh konfransında iştirak edəcəyinə təminat almışdılar. Topçubaşov erməni və gürcü nümayəndələri ilə təmasda olub əlaqələri möhkəmləndirməyi və Azərbaycanın konfransa hazırlaşmasını zəruri hesab edirdi.

1918-ci il noyabrın 17-də general Vilyam Tomsonun başçılığı ilə ingilis qoşunları Bakıya daxil oldu. Həmin vaxt İstanbulda Antanta, Fransa, İngiltərə, Amerika, İtaliya, YunanıstanYaponiya diplomatik nümayəndələrinə təqdim edilmiş memorandumun müəllifi olan Topçubaşov Azərbaycan hökuməti adından əsrlər boyu qonşuluq etmiş erməni və gürcü xalqları ilə daha da yaxınlaşmağın, bu xalqların bir konfederasiyada birləşməsinin mümkün hesab edildiyini bildirdi.

Əlimərdan bəy Topçubaşov İstanbulda Ukraynanın Osmanlıdakı təmsilçisi Sukovkin, Qacar dövlətinin Osmanlıdakı təmsilçisi Mirzə Mahmud xan, ingilis polkovniki Tamp, Rusiya müvəqqəti hökumətinin sabiq xarici işlər naziri Pavel Milyukov, Amerika rəsmisi, prezident Vilsonla yaxınlığı ilə seçilən cənab Braun, İtaliya Krallığının Osmanlıdakı nümayəndəliyinin katibi qraf Sfort, İsveçin Osmanlı təmsilçisi Ankarxberd, Rusiya imperiyasının keçmiş xarici işlər naziri Sergey Sazonov, Amerikanın Osmanlıdakı diplomatik təmsilçisi Heyk, Qacar dövlətinin xarici işlər naziri Muşavərəl Məmalək xan, Hollandiyanın Osmanlıdakı təmsilçisi Van Der Does de Villebua, Ukraynanın Bolqarıstan təmsilçisi A. Sulqin, Erməni Milli Şurasının sədri və Erməni nümayəndələrinin Paris Sülh Konfransındakı başçısı Avetis Aqaronyan ilə də görüşlər keçirmişdir.[3] Əlimərdan bəy Topçubaşov bu görüşlərdə həmin ölkə təmsilçilərinə Azərbaycanla bağlı məlumatlar verir, onların münasibət və yanaşmalarını öyrənirdi. Bu görüşlərdə Topçubaşov onlara Mudros müqaviləsi ilə bağlı Azərbaycanın etiraz notasını təqdim etmişdir.

Amerika diplomatik nümayəndəsi Naesk ilə görüşündə Amerika Birləşmiş Ştatları pezidenti Vudro Vilsonun "on dörd sülh prinsipi"nin Azərbaycana şamil edilməsini, respublikanın istiqlaliyyətinin Amerika Birləşmiş Ştatları tərəfindən tanınmasına köməklik göstərməsini xahiş etmişdi. Eyni zamanda, ağqvardiyaçı KolçakDenikin hökumətinin nümayəndəsi, Sergey Sazonovla görüşündə Azərbaycanın Rusiya əsarətindən qurtarıb müstəqil respublika yaratdığını və Rusiyanın daxili işlərinə qarışmayacağını əsaslandırdı. Topçubaşovun Qacar dövlətinin xarici işlər naziri Əliqulu xan Ənsari ilə danışığından sonra İran tərəfinin düşmənçilik mövqeyini bir qədər yumşaltmaq mümkün oldu.

İngilis polkovniki Tampla görüşdən sonra o, Admiral Londondan Rusiya imperiyasından ayrılmış dövlətlərin təmsilçilərini qəbul etməmək haqqında formal tapşırıq aldığını yazırdı.[39]

Rusiya imperiyasının keçmiş xarici işlər naziri Sergey Sazonovla keçirilən bir görüşdə isə o, Qafqaz müsəlmanlarının ruslara çox yaxın olduğunu və Rusiyadan ayrılmaq istəmədiyini Əlimərdan bəy Topçubaşova çatdırdı.[39] Əlimərdan bəy Topçubaşovun keçirdiyi digər görüşdə Qacar dövlətinin xarici işlər naziri Muavərəl Məmalək Əli Qulu xan "Bu da doğrudur ki, Azərbaycan bizim şahların hakimiyyətinə tabe olmuşdu." deyə fikir bildirmişdi.[39]

7 dekabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentinin açılışı keçirildi və mövcud II Xoyski hökuməti istefa verdi. Yenə Fətəli xan Xoyski rəhbərliyində qurulan III Xoyski hökumətində isə Əlimərdan bəy Topçubaşov nazir təyin olunmadı.

1918-ci ilin dekabrın 16-da Əlimərdan bəy Topçubaşov Azərbaycanın müstəqil dövlət olaraq tanınmasında yarana biləcək problemlə bağlı Nazirlər Şurasının sədri Fətəli xan Xoyskiyə məktub yazdı və Paris Sülh Konfransında iştirak üçün bütün Zaqafqaziya Respublikalarının təmsilçilərindən Ümumi Nümayəndə Heyəti formalaşdırmağı təklif etdi:[39]

" Kiminlə görüşdümsə, sədrəzəmdən başlayaraq Türkiyə nazirləri, xaricilər, publisistlər, onların sırasında Türkiyənin dəniz naziri, Türkiyənin sülh danışıqlarında Nümayəndə Heyətinin sədri Rauf bəylə olan görüşlərimizdə hamı bir fikrə önəm verirdi ki, müstəqilliyə nail olmağın yolu Qafqaz xalqlarından ibarət Konfederasiya yaratmaqdır. Məncə bu, hələlik yeganə çıxış yoludur "
Əlimərdan bəy Topçubaşovun deputatlıq nişanı

1918-ci ilin 23 dekabrında Əlimərdan bəy Topçubaşovun Fransa Respublikasının Osmanlıdakı diplomatik təmsilçisinə, Fransa hökumətinə memorandumun çatdırılması ilə bağlı məktubu təqdim olundu. Həmin məktub Amerika Birləşmiş Ştatlarınınİtaliyanın Osmanlıdakı təmsilçilərinə də çatdırıldı. Bu məktubda o, əlavə olunmuş memorandum haqqında məlumat verirdi. Qeyd edirdi ki, memorandumda Qafqaz Azərbaycanı ilə bağlı, onun bolşeviklərə qarşı apardığı mübarizə, müstəqil Azərbaycan Respublikası, əhalisi, ərazisi, gələcək quruluşu haqqında məlumatlar vardır. Əlimərdan bəy Topçubaşov məktubunda Fransa Respublikasının Azərbaycan Respublikasının müstəqilliyini tanıyacağına ümid etdiyini qeyd edirdi.[47]

1918-ci il dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti təsis olundu. Azərbaycan Xalq Cümhuriyyəti Milli ŞurasınınMüsavat Partiyasının sədri Məhəmməd Əmin Rəsulzadə parlamenti açaraq bu münasibətlə onun üzvlərini təbrik etdi və onları xalqın mənafeyinin və əmin-amanlığının müdafiəçisi olmağa çağırdı. Eyni zamanda Məhəmməd Əmin Rəsulzadə parlamentin sədrinin və müavinin seçilməsini təklif etdi. O, sədr postuna Əlimərdan bəy Topçubaşovu namizəd göstərdi. İstanbulda olmasına baxmayaraq səsvermə zamanı həm sosialistlər, həm ittihadçılar, həm də müsavatçılar tərəfindən Əlimərdan bəy dəstəklənərək yekdilliklə sədr seçildi, lakin o, səfərdə olduğu üçün parlamentin fəaliyyətinə əvvəlcə Həsən bəy Ağayev, daha sonra isə Məmməd Yusif Cəfərov rəhbərlik etdi.[51][52] Əlimərdan bəy parlamentdə heç bir fraksiyanın üzvü olmamışdır.[2]

1918-ci ilin dekabr ayının 28-də isə parlament Paris Sülh Konfransına gedəcək nümayəndə heyətinin tərkibini seçdi. Bu tərkibə Əlimərdan bəy Topçubaşov (sədr), Məmmədhəsən Hacınski (sədr müavini), Əkbər ağa Şeyxülislamov, Əhməd bəy Ağayev, Məhəmməd Məhərrəmov, Ceyhun HacıbəyliMir Yaqub Mehdiyev daxil oldu.

Parlament komissiyalarının və sədarətin tərkibi bir il tamam olduqdan sonra (7 dekabr 1919) yenilənməli idi, lakin üzvlərin təklifi ilə yeni daxili seçkilər təxirə salınmışdır.

Parlamentin 29 dekabr 1919 tarixli sayca yüz on birinci iclasında sədarət üçün səsvermə keçirilir. Sədrliyə Əlimərdan bəy Topçubaşov Məhəmməd Əmin Rəsulzadə tərəfindən yenidən namizəd göstərilir. Qapalı səsvermə (ağ-qara şarlarla) yolu ilə Əlimərdan bəy Topçubaşov lehinə 67 şar (ağ), əleyhinə 8 şar (qara) istifadə olunur. Beləliklə Əlimərdan bəy Topçubaşov yenidən 1 illik müddətə yenidən sədr seçilir.[11]

Nümayəndə Heyətində

[redaktə | mənbəni redaktə et]
GürcüstanPolşa nümayəndələri ilə. Ön cərgədə (soldan sağa): Məmmədhəsən Hacınski, Əkbər ağa Şeyxülislamov, Gürcüstan Nümayəndə Heyətinin sədri Nikolay Çxeidze, Əlimərdan bəy Topçubaşov, Polşa Nümayəndə Heyətinin üzvü Roman Dmovski. Paris, 1920-ci il

1919-cu il yanvarın 20-də Paris Sülh Konfransında iştirak edəcək Azərbaycan Nümayəndə Heyəti İstanbula gəldi, lakin Fransa hökuməti onların Parisə gəlməsinə viza vermədi.[53] Azərbaycan Nümayəndə Heyətinin Parisə buraxılmaması onlarda və Azərbaycan hökumətində narahatlıq yaradırdı. Əlimərdan bəy Topçubaşovun 1919-cu ilin 22 fevralında göndərdiyi teleqramda yazılırdı:[47]

" Konstantinopoldan Bakıya – İngilis Qərargahına teleqramma.

Hökumətin sədrinə çatdırmağı xahiş edirəm ki, icazə verilmədiyindən hələ Parisə gedə bilməmişəm.

"

Bu zaman Əlimərdan bəy Topçubaşov Türkiyə, İran, Rusiya, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Fransa diplomatları və nümayəndələri ilə görüşlər keçirmiş, onlara Azərbaycanın siyasi və iqtisadi vəziyyəti haqqında məlumat vermiş, Azərbaycanın bir müstəqil dövlət kimi öz ölkələri tərəfindən tanınmasına köməklik göstərmələrini xahiş etmişdir.

Azərbaycan Nümayəndə Heyəti Parisdə

Əlimərdan bəy Topçubaşovun Nazirlər Şurasının sədri Fətəli xan Xoyskiyə yazdığı 17 mart 1919-cu il tarixli məktubundan məlum olur ki, müttəfiq qüvvələrin təmsilçiləri Azərbaycan Nümayəndə Heyətinin Paris Sülh Konfransına getməsinə maneçilik yaradırlar. Fransa rəsmiləri ilə aparılan danışıqlar nəticəsində martın 29-da Azərbaycan Nümayəndə Heyətinin yalnız 2 və ya 3 nəfərin Parisə getməsinə icazə verildiyi bildirilirdi. İngilis nümayəndəliyi Əlimərdan bəy Topçubaşovun Londona getməsinə də icazə vermir, Fransa nümayəndəliyi isə yalnız fransızların müəyyən etdikləri 3 nəfərin Parisə getməyinə razılaşırdı. Parisə Azərbaycan nümayəndələri ilə yanaşı Don, Kuban, Dağlılar Respublikası, UkraynaGürcüstan nümayəndələrinin bir hissəsi də buraxılmamışdı. Bu ölkələrin nümayəndələri Parisə viza almaq üçün birlikdə mübarizə aparmağa başladılar. Əlimərdan bəy Topçubaşovun başçılığı ilə memorandum hazırlandı və nümayəndələr onu imzalayıb İstanbulda olan Böyük Britaniya ali komissarı admiral Vebbə təqdim etdilər, lakin gözlənilmədən Amerika Birləşmiş Ştatları prezidenti Vudro Vilsonun rəsmi şəkildə Versal konfransında Qafqaz məsələsini qoymasını nəzərə alınaraq nümayəndələrin Parisə getməsinə icazə verildi.[54] 1919-cu il aprelin 22-də Azərbaycan Nümayəndə Heyəti Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Parisə yola düşdü. May ayının əvvəllərində Parisə gələn Azərbaycan Nümayəndə Heyəti üzvləri Əlimərdan bəy Topçubaşov, Əhməd bəy AğaoğluCeyhun Hacıbəyli tərəfindən "Qafqaz Azərbaycanı Respublikasının Paris Sülh Konfransına memorandumu" adlı sənəd hazırlanaraq fransız və ingilis dillərində nəşr olundu. Sənəddə qeyd olunurdu ki, "bu bir həqiqətdir ki, milyonlarla azərbaycanlını indiyə qədər heç kim tanımır, onların etnoqrafiyası: tarixi, ədəbiyyatı, həyat tərzləri indiyə qədər dərin tədqiqatın predmeti olmayıb. Azərbaycanda hakimiyyəti yüz il davam edən rus rejimi devrilmişdir. Bu rejim hər vasitə ilə Azərbaycan xalqını ruslaşdırmağa, onun milli xarakterini sıxışdırıb çıxarmağa çalışırdı." Heyət həmçinin "Qafqaz Azərbaycanı əhalisinin etnik və antropoloji tərkibi", "Qafqaz Azərbaycanının iqtisadi və maliyyə vəziyyəti" adlı sənədlər də hazırlamışdır.[55]

1919-cu ilin may ayı ərzində Azərbaycan Nümayəndə Heyəti Polşa, Gürcüstan, İran, ErmənistanDağlılar Respublikasının nümayəndə heyətləri ilə görüşmüş və siyasi-iqtisadi vəziyyətlə əlaqədar söhbətlər aparmışlar. Azərbaycan Nümayəndə Heyəti bu dövrdə 12 informasiya bülleteni də nəşr etmişdir.[56]

Bu dövrdə Bakıda I Yusifbəyli hökumətinin 1919-cu il 26 may tarixli qərarı ilə həmin il mayın 28-də Azərbaycanın müstəqilliyinin elan olunmasının 1-ci ildönümü günü kimi qeyd edilmişdi. Bayram günü bütün qəzetlərin, xüsusilə Azərbaycan və rus dillərində nəşr olunan hökumət qəzeti "Azərbaycan"ın bir nömrəsi başdan-başa İstiqlaliyyətin ildönümünə həsr edilmişdi. 6 səhifədə çıxan "Azərbaycan" qəzetinin bütün səhifələrində aşağıdakı şüarlar manşetə çıxarılmışdı: "Yaşasın müstəqil Azərbaycan Cümhuriyyəti", "Yaşasın Cahan Demokratiyası!", "Yaşasın təyini müqəddərat hüququ!", "Yaşasın türk milləti!", "Yaşasın millətlərin qardaşlığı!", "Yaşasın Hürriyyət və İstiqlal, qəhr olsun düşmənlər!". Həmin nömrədə Əlimərdan bəy Topçubaşov, Məhəmməd Əmin Rəsulzadə, Nəsib bəy Yusifbəyli, Həsən bəy AğayevSəməd bəy Mehmandarovun portretləri dərc olunmuşdu.[57]

Vahid Rusiya problemi

[redaktə | mənbəni redaktə et]

Müttəfiqlərin Kolçak hökumətini ümum-Rusiya hökuməti kimi tanımaqlarına qarşı yeni yaranmış respublikaların Parisdəki nümayəndələrindən birinci olaraq, Azərbaycan Nümayəndə Heyəti etiraz etdi. Bu barədə Dördlər Şurasının iclasları qapalı keçirilsə də, may ayının axırlarında Paris mətbuatı artıq ümumi əhval-ruhiyyəni əks etdirirdi. İnformasiya vasitələrinin məlumatları yaxın vaxtlarda ağqvardiyaçı hökumətlərin müttəfiqlər tərəfindən tanınacağını fikirləşməyə əsas verirdi. Ona görə hələ may ayının 31-də Azərbaycan Nümayəndə Heyətinin sədri Əlimərdan bəy Topçubaşov nümayəndəlik adından bəyanat verib bildirdi ki, admiral Aleksandr Kolçak hökumətinin dağılmış Rusiya imperiyasının bütün ərazisində tanınmasının mümkünlüyü barədə Paris mətbuatının xəbərləri, keçmiş Rusiya ərazisindən ayrılmış yeni respublikalarla yanaşı, Qafqaz Azərbaycanının da ən ciddi şəkildə həyati mənafeyinə toxunur. Müstəqillik uğrunda on minlərlə qurbanlar vermiş Azərbaycan xalqının Rusiyada hər hansı ad altında bərpa edilən və fəaliyyət göstərən hökuməti tanımayacağı bildirilməklə yanaşı, qeyd edilirdi ki, Qafqaz Azərbaycanının ərazisi gələcək Rusiya dövlətinin ərazisinə daxil edilməməlidir.[58]

Kolçak hökumətinin tanınması Parisə gəlmiş yeni dövlətlərin nümayəndələrini narahat edirdi. Bu səbəbdən Azərbaycan, Estoniya, Gürcüstan, Latviya, Şimali Qafqaz, BelarusUkrayna nümayəndələri ortaq bəyannamə imzalamağı qərara aldılar. Bəyannamənin mətni müzakirə edildikdən sonra onu Azərbaycan Nümayəndə Heyəti adından Əlimərdan bəy Topçubaşov, Estoniya nümayəndələri adından İ. Poska, Gürcüstan nümayəndələri adından Nikolay Çxeidze, Latviya nümayəndələri adından Z. Meerovits, Şimali Qafqaz nümayəndələri adından Tapa Çermoyev, Belorusiya nümayəndələri adından A. Leşkeviç və Ukrayna nümayəndələri adından Q. Sidorenko imzaladılar. Bəyanatda deyilirdi:[59]

" Azərbaycan, Estoniya, Gürcüstan, Latviya, Şimali Qafqaz, BelorusiyaUkrayna respublikaları bu dövlətlərin xalqlarının azad iradəsinə uyğun olaraq yaradılıb və fəaliyyət göstərir. Bu respublikaların konstitusiyaları hazırlanma mərhələlərindədir və qonşu dövlətlərlə qarşılıqlı münasibətlər orada təsbit ediləcək və ümumi səsvermə əsasında seçilmiş və seçiləcək Müəssislər Məclisində müəyyən ediləcəkdir. Rusiyada hər hansı dövlət hakimiyyətinin qərarları heç bir halda müstəqil dövlətlər olan Azərbaycan, Estoniya, Gürcüstan, Latviya, Şimali Qafqaz, BelorusiyaUkraynaya aid edilə bilməz. Sənədi imzalayan respublikalar Sülh konfransının qarşısında belə bir xahişlə çıxış edirlər ki, böyük dövlətlər tezliklə onların siyasi müstəqilliyini tanısınlar. "

Bəyanatda irəli sürülən bir sıra fikirlər Azərbaycan Nümayəndə Heyətinin iyun ayının 5-də Paris Sülh Konfransının sədrinin və Müttəfiq Dövlətlərinin baş nazirlərinin adına göndərilmiş etiraz notasında öz əksini tapdı.[58] Notada Omsk hökumətinin keçmiş Rusiya imperiyasının hüdudlarında tanınmasına etiraz edilir və Azərbaycanın imperiyadan birdəfəlik ayrıldığı təsdiq edilirdi. Notada göstərilirdi ki, Azərbaycan hökuməti öz ərazisini bolşeviklərdən təmizləmək üçün yarım il mübarizə aparmış, mübarizənin gedişində çoxlu qurbanlar vermiş, maddi itkilərə məruz qalmışdır. Orada qeyd edilirdi ki, yüz ilə yaxın tərkibində olduğu Rusiya hökuməti Azərbaycan xalqına yad bir rejim idi və bu rejim xalqın taleyində çox ağır izlər qoymuşdur. Notanın axırında Azərbaycan Nümayəndə Heyəti bildirirdi:

" Rusiyada hansı hökumətin tanınmasından asılı olmayaraq, yalnız öz parlament və hökumətini tanıyan Azərbaycan Rusiyanın hüdudlarına daxil edilməməlidir. "

İyun ayının 23-də Azərbaycan, GürcüstanŞimali Qafqaz respublikaları adından yeddi maddədən ibarət olan üçüncü etiraz notası Paris Sülh Konfransının sədrinə göndərildi. Azərbaycan Nümayəndə Heyətinin sədri Əlimərdan bəyin imzaladığı əvvəlki iki sənəddən bu notanın fərqi onda idi ki, burada Qafqaz respublikaları Rusiyada gedən proseslərə öz taleləri baxımından yanaşır, Kolçakla bərabər Qafqaz respublikaları üçün ciddi təhlükəyə çevrilmiş Denikinə qarşı etiraz edilirdi. Notada göstərilirdi ki, böyük dövlətlər Qafqaz respublikalarına müstəqil siyasi qurumlar kimi baxmalıdırlar və yalnız belə olduqda Rusiya ilə bu ərazilərin gələcək siyasi quruluşu barədə saziş bağlamaq olar. Sənədə imza atan respublikaların nümayəndələri admiral Kolçakla yazışmalarda xatırladılan Millətlər Cəmiyyətinin Rusiya hökumətinin tərkibində bu respublikaların muxtariyyətinin tanınması məsələsinə etiraz edir və Qafqaz dövlətlərinin müstəqilliyinin siyasim cəhətdən tanınmasını Rusiya ilə hər hansı əlaqənin mühüm şərti kimi göstərirdilər.[60]

Bütün bu cəhdlərə baxmayaraq Qafqaz ölkələrinin nümayəndələrinin bəyanat və etiraz notalarına o qədər də əhəmiyyət verilmədi. Bu haqda Əlimərdan bəy Topçubaşov yazırdı:

" "Bu etirazlara nə Konfrans, nə də Müttəfiqlər cavab vermədilər. Eyni zamanda çox güclü şəkildə, hər vasitə ilə Kolçak hökumətinin və Könüllülər ordusunun tərəfi saxlanılır. Bolşeviklər üzərində qələbə qazanıldıqdan sonra onların (müttəfiqlərin) arasında vahid Rusiya yaradılacağına inam artmışdır. Bununla belə, bir şey diqqətdən yayınmışdır: bu məqsədə can atarkən onlar hüquq və maraqlarını himayə etdikləri kiçik xalqların, göründüyü kimi, azadlıq və müstəqilliyini qurban vermişlər. Müttəfiqlər Dağlılar Respublikasının darmadağın edilməsinə elə etinasız yanaşırlar ki, biz, doğrudan da, onların halına acımalı oluruq və buna görə də öz gələcəyimizə həyəcansız baxa bilmirik. "

O, həmçinin İtaliyanın və Fransanın vahid Rusiya yaratmaq istədiyini, İngiltərə və Amerikanın isə bu fikri guya dəstəkləyirmiş kimi davrandığını yazmışdır.[61] Azərbaycan Nazirlər Şurasının sədrinə respublikanın Parisdəki nümayəndələrinin yazdığı hesabatda qeyd edilirdi:[61]

" "Müttəfiqlər, nəinki bizim müstəqillik məsələmizi müzakirəyə qoymurlar, hətta göründüyü kimi, buna yol vermək belə istəmirlər. Doğrudur, onların nümayəndələri ilə görüşlər zamanı hər biri ayrılıqda bizə xeyirxahlıqla yanaşır və müstəqil olmaq uğrunda atdığımız addımları yüksək dərəcədə qiymətləndirirlər. Bunu biz mətbuatdan, ayrı-aуrı deputatlardan, iqtisadi qurumların və başqa təşkilatların nümayəndələrindən də eşidirik. "
Amerika Birləşmiş Ştatları ilə əlaqələr
[redaktə | mənbəni redaktə et]

May ayının 2-də Vudro Vilsonun təşəbbüsü ilə ilk dəfə Azərbaycan məsələsi Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Fransaİtaliya hökumət başçılarından ibarət Dördlər Şurasının iclasında müzakirə edildi. Vudro Vilson bildirdi ki, Azərbaycan nümayəndələri Paris Sülh Konfransına buraxılsınlar və Əlimərdan bəy Topçubaşov Azərbaycan Nümayəndə Heyətinin başçısı kimi tanınmalıdır.[9]

Amerika Birləşmiş Ştatları Prezidenti Vudro Vilson 1919-cu ilin mayın 28-də günün ikinci yarısında Azərbaycan Nümayəndə Heyətini qəbul etdi. Qəbul zamanı Əlimərdan bəy Topçubaşov Amerika Birləşmiş Ştatları Prezidentinə müraciət edərək dedi:[3][62]

Azərbaycan Nümayəndə Heyəti Parisdə
" Biz uzaq Qafqazdan, buradan bir neçə min mil uzaq olan Azərbaycandan gələrək xalqımızın azad və müstəqil həyatı üçün minnətdarlığımızı, dərin hörmətimizi, azadlıq və müstəqil həyat ruhu ilə yaşamaq istəyən xalqımızın təşəkkürlərini bildiririk. Qüdrətli Amerikanın nümayəndəsi kimi Sizə müraciət edib xahiş edirik ki, cənab Prezident, bizim ölkəmiz, bizim xalqımız və elə bizim özümüz haqqında məlumatları bizdən eşidəsiniz. Çünki biz Avropa və Amerika mətbuatında tez-tez Azərbaycan haqqında səhv, saxtalaşdırılmış və həqiqətə uyğun olmayan məlumatların verildiyini eşitməli oluruq. Doğrudur, bizi hələ yaxşı tanımırlar, biz indi birinci dəfədir ki, Avropadayıq, lakin Sizi əmin edirik ki, müstəqil yaşamaq üçün bizdə hər şey vardır. Biz ümid edirik ki, konfrans bizi dinləyəcək və biz Millətlər Cəmiyyətinə buraxılacağıq. Biz əminik ki, bütün xalqlar kimi, biz də Sizin böyük prinsipləriniz əsasında yardım alacağıq. Biz bildiririk ki, nə Kolçakın, nə Denikinin, nə də köhnə Rusiya imperiyasının hüdudlarında hakimiyyəti bərpa etmək niyyətində olan qeyri-birisini tanımayacağıq. Biz Azərbaycan üçün yalnız öz parlamentimizi və öz hökumətimizi tanıyırıq və tanıyacağıq. "

Əlimərdan bəy Topçubaşov çıxışından sonra Azərbaycan Nümayəndə Heyətinin memorandumunu Amerika Birləşmiş Ştatları Prezidentinə təqdim etmişdi. Vudro Vilsonla görüşdə Azərbaycan Nümayəndə Heyətinin altı bənddən ibarət olan tələbləri Amerika Birləşmiş Ştatları Prezidentinə təqdim olundu:[4]

  1. Azərbaycanın müstəqilliyi tanınsın;
  2. Vilson prinsipləri Azərbaycana da şamil edilsin;
  3. Azərbaycan nümayəndələri Paris Sülh Konfransına buraxılsın;
  4. Azərbaycan Millətlər Cəmiyyətinin üzvlüyünə qəbul edilsin;
  5. Amerika Birləşmiş Ştatlarının Hərbi Departamentliyi Azərbaycana hərbi yardım göstərsin;
  6. Amerika Birləşmiş Ştatlarıyla Azərbaycan Respublikası arasında diplomatik münasibətlər yaradılsın.

Amerika Birləşmiş Ştatları Prezidenti Vudro Vilson söhbətdə Amerikalıların dünyanı kiçik hissələrə bölmək istəmədiyini və Azərbaycan məsələsinin "rus məsələsi"ndən əvvəl həll edilməsinin mümkünsüzlüyünü bildirdi.[9]

Əlimərdan bəy Topçubaşovun Azərbaycan Nazirlər Şurasının sədrinə Parisdən 1919-cu ilin 22–25 sentyabrında göndərdiyi məktubda isə Azərbaycanın tanınması ilə bağlı ciddi çətinliklərin olduğu qeyd edilir və müttəfiqlər Azərbaycanın müstəqilliyi ilə bağlı məsələni nəinki müzakirəyə çıxarmaq, heç bunu etmək istəmədiyi yazılırdı.[63]

Vudro Vilsonun 1918-ci ilin yanvarında elan edilmiş on dörd sülh prinsipində kiçik xalqların təyini müqəddəratı hüququ təsbit edilsə də, həmin prinsiplərdə Rusiya imperiyasının dağılması nəzərdə tutulmamışdı. Qafqazdakı bu respublikalar haqqında Amerika prezidentinin və Amerika Birləşmiş Ştatlarının ictimaiyyətinin məlumatı çox az idi. Bunu nəzərə alaraq Əlimərdan bəy Topçubaşov AzərbaycanGürcüstanı Amerikada təbliğ etməyi, onları siyasi cəhətdən tanıtmağı öz üzərinə götürmüş, Nyu-York şəhərindən ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü, vəkil Valter Çandler vasitəsilə sentyabr ayının 26-da prezident Vudro Vilsona məktub və bir sıra materiallar göndərmişdi. Məktubda 1919-cu ilin may ayının 28-də istiqlaliyyət elan edilməsinin birinci ildönümü günü Azərbaycan Nümayəndə Heyətinin Vilson tərəfindən qəbul edilməsi prezidentə xatırladılır və bu görüşün onlar üçün unudulmaz hadisə olduğu qeyd edilirdi. О yazırdı:[64]

" Biz sizin simanızda xalqları, xüsusən sizin prinsipləriniz əsasında milli və siyasi cəhətdən öz müqəddəratını təyin etmiş kiçik xalqları sülhə, azadlığa və yanaşı yaşamağa çağıran müasir Apostolu görürük. Belə xalqlardan biri olan Azərbaycan xalqının nümayəndəsi kimi, biz ümidvarıq ki, xalqımız Böyük Amerika və Sizin tərəfinizdən də müstəqilliyini və azadlığını qorumaq kimi müqəddəs işdə müdafiə olunacaq və yardım alacaqdır. "

Vudro Vilsonun Azərbaycan haqqında məlumatının azlığını nəzərə alaraq[65] Əlimərdan bəy Topçubaşov Azərbaycanın müstəqilliyi haqqında memorandumu, sərhədlər göstərilən iqtisadi xəritəni, Azərbaycanın iqtisadi və maliyyə vəziyyəti haqqında diaqramları, etnoqrafik xəritə ilə birlikdə Azərbaycan əhalisinin milli-etnik tərkibi haqqında memorandumu ona göndərdi.

1919-cu ilin sentyabr ayında Əlimərdan bəy Topçubaşov bütün nümayəndə heyətinin iştirakı ilə ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Valter Çandlerlə iki müqavilə imzalamışdı. Birinci müqaviləyə görə, Valter Çandler [66] təbliğat məsələləri ilə bağlı Azərbaycan Nümayəndə Heyətinə hüquq məsləhətçisi qəbul edilirdi. O, 3 ay müddətinə Azərbaycan mənafeyini və müstəqilliyini qorumağı öz öhdəsinə götürürdü. Azərbaycan tərəfi isə bu xidmətin müqabilində Valter Çandlerə 5 min Amerika dolları həcmində zəhmət haqqı verməli idi. Bu məbləğin yarısı müqavilə imzalanan kimi, qalan yarısı isə 1919-cu ilin dekabr ayının 1-dən gec olmayaraq ödənilməli idi. Qarşılıqlı razılığa əsasən müqavilə imzalandığı andan qüvvəyə minirdi. Valter Çandler öz müqavilə öhdəliklərinin icrasına 1919-cu il oktyabrın 4-də başlamalı idi. Daha sonra 2-ci müqavilə imzalandı. İmzalanmış müqavilənin şərtlərinə görə, yuxarıda qeyd edilən vəzifəni yerinə yetirmək üçün Əlimərdan bəy Topçubaşov Valter Çandler ilə Amerika Birləşmiş Ştatları Azərbaycanın tam müstəqilliyini de-fakto tanıyan kimi əlli min dollar zəhmət haqqı verməli idi. Müqavilədə göstərilirdi ki, Amerika Birləşmiş Ştatları Azərbaycanın tam müstəqilliyini tanımaqdan imtina edərsə, Azərbaycan hökuməti tərəfindən Çandlerə heç bir kompensasiya ödənilməyəcəkdir. Əlimərdan bəy Topçubaşovun və Çandlerin imzaladığı müqavilə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində təsdiq edildikdən və Azərbaycan hökuməti tərəfindən möhürləndikdən sonra hüquqi cəhətdən qüvvəyə minirdi. Bu müqavilələr daha sonra Topçubaşov-Çandler kontraktı adlandırdıldı.[67] Öz növbəsində Gürcüstan Respublikası da Valter Çandler ilə təxminən bu məzmunda bir saziş imzalamışdı. Valter Çandlerlə imzalanmış müqavilə barədə Əlimərdan bəy Topçubaşov Azərbaycan hökumətinə yazırdı:[68]

" "Amerikalı vəkil Çandlerlə bağlanmış kontraktlara gəldikdə, deməliyəm ki… bu vəkil Estlandiyanın (Estoniyanın), Litvanın və Letoniyanın (Latviyanın), həmçinin, GürcüstanAzərbaycanın mənafelərini müdafiə etməyi öz üzərinə götürür… Bütün bunlar ondan irəli gəlir ki, Amerikada kimi isə əldə saxlamaq zəruridir. "

Əlimərdan bəy Topçubaşov, 1919-cu ilin sentyabrın 26-da Çandler vasitəsilə Vudro Vilsona məktub və Azərbaycanın iqtisadi, maliyyə vəziyyətinə dair material və xəritələr göndərmişdi. Valter Çandler 1919-cu il oktyabrın 18-də Amerikadan Əlimərdan bəyə birinci məktubunu göndərmişdi. Məktubda o, Amerikada ermənilərin Azərbaycan əleyhinə geniş təbliğat aparmasından bəhs edir, noyabrın 1-də yazdığı növbəti məktubda isə ABŞ-də ermənilərə münasibətdə xristian həmrəyliyinin xeyli qüvvətləndiyini qeyd edirdi. Çandlerin 1919-cu il 10 noyabr tarixli məktubunda Valter Çandler yeni respublikaların müstəqilliyinin tanınması ilə bağlı Amerika Birləşmiş Ştatları Dövlət Departamentinə sorğu ilə müraciət etmiş və aldığı cavabda Departamentdə yeni yaranmış respublikaların xeyrinə rəyin dəyişməkdə olduğunu bildirmişdi[69]. Valter Çandler qeyd edirdi ki, kiçik xalqlar öz müstəqilliklərinin tanınmasını bir necə ay, yəni çar generallarının tam məğlubiyyətinədək gözləməli olacaqlar.[67]

Valter Çandler Amerika Birləşmiş Ştatlarına yola düşdükdən sonra Əlimərdan bəy Topçubaşov Parisdə olan və Vaşinqtona yola düşmək ərəfəsində olan Amerika Nümayəndə Heyətinin üzvü Henri Morqentau ilə görüşüb xahiş etdi ki, Azərbaycanın Amerika Birləşmiş Ştatlarında müvəkkili olan Valter Çandlerə köməklik göstərsin. Henri Morqentau buna razılıq verərək məsləhət gördü ki, "Amerika Birləşmiş Ştatlarının Azərbaycanın öz nümayəndəliyi olsa, daha yaxşı olar." Morqentau bildirdi:[70]

" Biz bütün kiçik xalqların dostuyuq. Sizin hamınıza kömək etməyə şadıq, lakin beynəlxalq siyasətdə, təkcə biz hər şeyi həll etmirik. Mən sizin memorandumla tanış oldum və görürəm ki, Azərbaycan varlı ölkədir və özü sərbəst yaşaya bilər. Siz Amerikada yaxşı qəbul edilirsiniz və həm də ola bilsin ki, sizin sərvətinizə layiq kapital tapıla bilər. "

Oktyabr ayının 18-də Valter Çandler Amerikadan Əlimərdan bəy Topçubaşova özünün hesabat xarakterli birinci məktubunu göndərdi. О yazırdı ki, Amerika Birləşmiş Ştatlarında GürcüstanAzərbaycan kimi ölkələr barədə təbliğat kampaniyası aparmaq çox çətindir, çünki onlar Amerikada tanınmırlar və eyni zamanda estonlar, ukraynalılar, latışlar və ermənilər kimi koloniyaya malik deyildirlər. Valter Çandler təklif edirdi ki, ya Azərbaycan və Gürcüstan nümayəndələri Amerikaya gəlməlidir, ya da bu işi о özü dostları ilə birlikdə görməlidir. Valter Çandler prezident Vilson sağaldıqda onunla mütləq görüşəcəyini, Əlimərdan bəy Topçubaşovun məktubunu və Azərbaycana aid materialları ona çatdıracağını bildirirdi. İndi isə o, Azərbaycan nümayəndələrindən aldığı materialları Amerika senatorları arasında yayaraq qeyd edirdi ki, prezident işə çıxdıqda AzərbaycanınGürcüstanın müstəqilliyinin tanınmasına aid qətnaməni Senata və Konqresə verəcək. Məktubda o, Azərbaycanın istiqlaliyyətini tanıtmaq üçün bütün vasitələrdən istifadə edəcəyini, Əlimərdan bəy Topçubaşov və gürcü nümayəndəsi Z. Avalovun Amerikaya gəlməsi üçün çalışdığını göstərirdi.

Əlimərdan bəy Topçubaşov Valter Çandlerə yazdığı cavab məktubunda konfransda Qafqaz barədə cərəyan edən hadisələr, konfransda Azərbaycana münasibət, Denikinlə və digər məsələlərlə bağlı ətraflı məlumat vermişdi. O, Parisdə Amerika nümayəndə heyətinin üzvü və Henri Morqentaunun onunla tanış etdiyi Mark Buklerlə görüşmüş və Qafqazda cərəyan edən hadisələrlə bağlı Buklerin çoxlu suallarına cavab vermişdi. Xüsusən, Qafqazda ermənilərlə bağlı eşitdikləri Mark Bukler üçün yenilik olmuşdu.[71]

Noyabr ayının 1-də yazdığı məktubda Valter Çandler Amerika Birləşmiş Ştatlarında ermənilərə münasibətdə xristian həmrəyliyinin xeyli qüvvətləndiyini qeyd edirdi. O, göstərirdi ki, qarşılaşdığım hər hansı senator və deputat bu fikirdədir ki, guya azərbaycanlılara çox diqqət yetirmək lazım deyil, ona görə ki, onlar türk, tatar və müsəlmandırlar. Mən onları başa salıram ki, "Azərbaycan xristian ölkəsi olan Gürcüstanla tam həmrəydir, azərbaycanlılar və xristian gürcülər bu yaxında müdafiə paktı imzalamışlar və siyasi cəhətdən müttəfiqdirlər, onlar erməniləri də bu pakta dəvət etmişlər."[72] Valter Çandlerin bu məktubuna cavab olaraq, Parisdə olan AzərbaycanGürcüstan nümayəndələri yazıb xahiş etdilər ki, "ermənilərlə heç bir mübahisəyə girmədən orada bizim xeyrimizə xüsusi təbliğat komitəsi yaratsın."

Valter Çandlerin noyabr ayının 10-da Əlimərdan bəy Topçubaşova göndərdiyi məktubda daha qabarıq şəkildə açılır. O, rəsmi şəkildə Azərbaycanın müstəqilliyinin tanınmasını Dövlət Departamenti qarşısında qaldıranda aydın olur ki, Birləşmiş Ştatlar Kolçak, Denikin və Yudeniçin aqibətinin nə ilə qurtaracağını gözləyir.

Əlimərdan bəy Topçubaşovun 1919-cu ilin 6–10 noyabr tarixli Azərbaycan Nazirlər Şurasının sədrinə göndərdiyi məktubda yazılmışdı:[73]

" Doğrudur, bizi hələ dövlət kimi tanımırlar. Lakin getdiyimiz hər yerdə və hamıya artıq il yarımdan bəri bir dövlət kimi faktiki mövcudluğumuzu bildirir, öz parlamenti, hökuməti, inzibatçılığı, məhkəməsi, məktəbləri, ordusu olan Azərbaycanın müstəqil yaşadığını göstəririk. Bu, Azərbaycan bolşeviklərlə amansız mübarizəyə tab gətirib. Deməli, azərbaycanlılar həyat qabiliyyətinə malikdirlər və özlərinin müstəqil dövlətini qura bilərlər. Gücümüz çatdığı qədər, hətta gücümüz çatmasa belə, bu vəziyyəti qoruyub saxlamaq, bu özünütəsdiqi mühafizə etmək lazımdır. Biz istərdik ki, hamı, bütün xalqımız indi özümüzün müstəqil ictimai-siyasi və iqtisadi həyata qabil olduğumuzu sübut etmək üçün imtahan verdiyimizi yaxşı başa düşsün. İnanıram ki, buna gücümüz çatacaq. Çünki xalqımız, doğrudan da, qabiliyyətlidir, ölkəmiz isə təbii sərvətlərlə zəngindir. Lakin bizdə indiyə qədər əxlaqi başlanğıca əsaslanan siyasi məktəb olmadığından geniş xalq kütlələrinin öz gənc dövlətinin müəssisələrindən, qurumlarından nümunə götürməsi və yaşadığımız indiki sınaq anının bütün ciddiyyətini dərk etməsi çox zəruridir. Paytaxt və rəhbər xadimlər bax, Azərbaycana bütün varlığı ilə xidmət etməyin nümunəsini geniş xalq kütlələrinə onlar göstərməlidirlər. Çünki biz artıq şüurlarda geriyə dönüş üçün yer olmadığına və ola bilməyəcəyinə əminik. Qarşımızda yalnız bir yol var – bu da Azərbaycanın müstəqilliyinə aparan yoldur! Bu yolu təhlükəsiz şəkildə keçmək üçün ilk növbədə ölkənin daxili vəziyyətini sahmana salmaq və möhkəmləndirmək zəruridir. Ölkənin özündə, onun inzibati qurumlarında və məhkəmələrində qayda-qanun yaratmaq və ümumən qanunçuluğa hörmət zəruridir. Ümumi mənafelərə qayğı və onlara sevgi hissi ilə yanaşmaq zəruridir. Dövlət mənafelərini qorumaq yolunda xalqın mütəşəkkilliyi və birliyi zəruridir. Azərbaycan yalnız öz daxili həyatını bu şəkildə nizamlayacağı təqdirdə dövlət ola bilər. Həm də elə bir dövlət ola bilər ki, artıq heç kəsin onu tanımasına möhtac qalmaz. Çünki daxilən güclü, sabit Azərbaycan artıq öz-özlüyündə real və inkaredilməz bir fakt kimi tanınmış olacaqdır. Daxildə dövlətçilik baxımından möhkəmləndikdə o, xaricdən gələn hər cür təhdidə layiqli cavab vermək üçün fiziki və mənəvi qüvvə əldə edəcəkdir. Biz əminik ki, hökumət özünün mövcud qüvvələrini dövlət quruculuğunun bütün sahələrində Azərbaycanın daxili vəziyyətinin möhkəmləndirilməsinə sərf edəcəkdir. Biz hökumətimizdən onun məhz ölkənin daxili həyatını nizama salmaq yolunda atdığı hər yeni addım, verdiyi hər yeni sərəncam barəsində xəbərlər almaq arzusu ilə yaşayırıq. Hökumət yalnız bu yolla indiki vaxtda xalqın rəğbətini qazanmaq, eyni zamanda bizim də müstəqil dövlətçilik şəraitində yaşamağa qabil olduğumuzu nümayiş etdirmək iqtidarına malikdir. Yalnız daxildən güclü Azərbaycanın mövcudluğu şəraitində Nümayəndə Heyətinin buradakı fəaliyyətinin səmərə verəcəyinə ümid bəsləmək olar. Nümayəndə Heyəti isə öz növbəsində qarşıya qoyulan məqsədə çatmaq yolunda hər cür fədakarlığa hazırdır. "
İtaliya ilə əlaqələr
[redaktə | mənbəni redaktə et]

Paris Sülh Konfransında yeni yaranmış respublikaların böyük dövlətlərin himayəsinə verilməsi qərara alınmışdı. Azərbaycan Xalq Cümhuriyyətinin İngiltərə, Fransaİtaliyadan birinin mandatlığına girəcəyi gündəmdə idi. Fransaİngiltərə Azərbaycan Xalq Cümhuriyyətini mandatlığa götürməkdə maraqlı deyildilər. İngiltərə qoşunları Bakıya girdiyi ərəfədə burada qısa müddətə olduqlarını, yaxın zamanda buranı tərk edəcəklərini elan etmişdilər. 1919-cu ilin may ayının 10-da İngiltərə Ali Hərbi Şurası ingilis qoşunlarının Bakıdakı hissələrinə oranı tərk etmək əmri verdi. General Tomson öz hökumətinin qərarını qeyd edildiyi kimi, may ayının 10-da Azərbaycan hökumətinə çatdırdı və eyni zamanda həmin məlumatda xatırlatdı ki, Azərbaycanı tərk edən ingilis ordusu İtaliya ordusu ilə əvəz ediləcəkdir.[74] Paris Sülh Konfransı adından general Tomson Azərbaycan hökumətinə göndərdiyi teleqramda yazırdı:[75]

" Sizə bildirməliyəm ki, Britaniya qoşunlarını İtaliya hərbi hissələri əvəz edəcəkdir. İtaliya zabitlərindən ibarət olan hərbi heyət artıq Gürcüstana gəlmişdir… Cənubi Qafqazda bu əvəzlənmə yalnız hərbi xarakter daşıyır və məsələnin siyasi həlli demək deyildir. Bu addım Sülh konfransının son qərarını özündə ehtiva etmir və konfransın Cənubi Qafqaz dövlətləri haqqında qərarı hələ qarşıdadır. "

Qafqaza İtaliya ordusu göndərmək məsələsini müzakirə etmək üçün polkovnik Qabba iyun ayının əvvəllərində Romaya çağırıldı. İtaliya hökuməti Qabbanın AzərbaycanGürcüstan barədə məlumatını dinləyib, ora ordu göndərilməsinə tərəfdar olduğunu bildirdi. Az sonra, iyun ayının 28-də Böyük Britaniya hökuməti rəsmi şəkildə ingilis ordusunun Qafqazdan və ümumilikdə, keçmiş Rusiya ərazisindən çıxarılması barədə Paris Sülh konfransına məlumat verdi. Belə olduqda müttəfiqlər Qafqazdan çıxan ingilis ordusunu İtaliya ordusu ilə əvəz etmək haqqında rəsmi qərar qəbul etdilər. Qafqaza İtaliya ordusu göndərilməsi məsələsinə AzərbaycanGürcüstan respublikalarının Versalda olan nümayəndələrinin münasibətini öyrənmək məqsədilə italyanlar onlarla əlaqə yaratdılar. İyun ayının 13-də polkovnik Qabbanın hərbi hissəsinin keçmiş nümayəndəsi Valeri Əlimərdan bəy Topçubaşovla görüşdü. О bildirdi ki, İtaliya hökuməti Qafqaza ordu göndərilməsinin tərəfdarıdır. Danışıqlar zamanı Valeri qeyd etdi:[76][77]

" Biz əgər sizə ordu göndərməli olsaq, bu işğal və polis məqsədləri daşımayacaq, yalnız mədəni və iqtisadi məramlara xidmət edəcək. Amma iş orasındadır ki, biz indi belə ağır vəzifəni çiynimizə götürə bilmərik və mən bura sizin bu məsələyə münasibətinizi öyrənməyə gəlmişəm. "

Söhbət zamanı aydın oldu ki, italyanlar Qafqaza daxil olmaq üçün bu respublikaların ya dəvətini, ya da razılığını almaq arzusundadırlar. Belə bir arzu İtaliya hökumətinin italyan xalqı və parlamenti qarşısında özünə bəraət qazandırması zərurətindən irəli gəlirdi, lakin vəziyyət qeyri-müəyyən olduğu üçün, bu görüş keçirilən zaman ingilislər isə hələlik Qafqazdan çıxacaqlarını Sülh Konfransına rəsmi şəkildə bildirmədikləri üçün Əlimərdan bəy Topçubaşov İtaliya nümayəndəsinə aydın cavab vermədi.

Əlimərdan bəy gündəlik qəzetlərlə tanış olarkən. Paris, 1920-ci il

İyun ayının axırlarında Əlimərdan bəy Topçubaşov və İ. Q. Sereteli İngiltərə nümayəndə heyətinin rəhbərlərindən biri L. Malletlə görüşdülər. O, ingilislərin Qafqazdan çıxmaq haqqında qərarını təsdiq edərək bildirdi ki, Qafqazda olan ordu indi onlara başqa yerdə lazımdır. İyun ayının 28-də Əlimərdan bəy Topçubaşovla yeni görüşündə İtaliya nümayəndəsi Valeri Nitti hökumətinin Qafqaz məsələsində tərəddüd etdiyini təsdiq etdi, lakin bununla belə o, İtaliyanın Qafqazda güclü iqtisadi marağının olduğunu göstərdi. İyul ayının 7-də Azərbaycan, gürcü və dağlı nümayəndələri İtaliyanın Parisdəki hərbi attaşesi Sadino ilə görüşdülər.[78] Bu məsələlər müzakirə edilən zaman Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyi tərəfindən Parisə ezam edilən müttəfiq komandanlığı yanında xüsusi nümayəndə Ə. Tahirov yolüstü Romada dayandı və İtaliya Xarici İşlər Nazirliyinin nümayəndələri ilə bir sıra görüşlər keçirdi. İtaliya Xarici İşlər Nazirliyinin rəsmisi Mayoni ilə görüşdə Ə. Tahirov Azərbaycana ordu göndərilib-göndərilməyəcəyini soruşduqda Mayoni ona bir neçə kağız göstərərək bildirdi ki, Parisdə olan İtaliya nümayəndələri ilə görüşdə Əlimərdan bəy Topçubaşov Azərbaycana İtaliya ordusunun göndərilməsinin arzuolunmazlığını bəyan edib. Əlimərdan bəy Topçubaşov öz bəyanatında əhalinin bu addımdan narazı qalacağını vurğuladığından Mayoni bilmək istəyirdi ki, belə münasibət Əlimərdan Topçubaşovun şəxsi fikridir, yoxsa, doğrudan da, əhali və hökumət Azərbaycana İtaliya ordusu göndərilməsinin əleyhinədir.

Nitti hökumətinin avqustun 5-də Qafqaza ordu göndərməkdən imtina etməsi oriyentasiya məsələsini yenidən kəskin şəkildə meydana çıxardı. Avqust ayının 6-da Azərbaycan, GürcüstanDağlılar respublikaları nümayəndələrinin birgə iclasında oriyentasiya məsələsi geniş şəkildə müzakirə edildi. İclasa sədrlik edən Əlimərdan bəy Topçubaşov qeyd etdi ki, indiki vaxtda bizim dövlətlərimizin müstəqil olmaları hər birimizin ən böyük arzusu olmasına baxmayaraq, müəyyən bir dövrdə yaxın vaxtlar üçün kənardan siyasi kömək və hərbi yardım almadan keçinə bilmərik.

Avqust ayının axırlarında ingilislər Qafqazı tərk etdilər. Azərbaycan hökumətinin Parisdə olan nümayəndələrinə Xarici İşlər Nazirliyi tərəfindən respublikanın beynəlxalq vəziyyəti ilə bağlı gürcü nümayəndəsi Qambaşidzedan göndərilən hesabatda göstərilirdi ki, avqust ayının axırlarında sonuncu ingilis hərbi dəstələri Azərbaycan ərazisindən çıxmışdır. Azərbaycandan çıxmaq ərəfəsində, avqust ayının 23-də Müttəfiq qoşunlarının komandanlığı adından ingilis generalı Şatelvort Bakı əhalisinə vida çağırışı ilə müraciət etmişdi.[79] Əlimərdan bəy Topçubaşovun ingilis nümayəndələri ilə görüşündə aydın oldu ki, Britaniya hökuməti tərəfindən qoşunların geri çağırılması artıq həll edilmişdir. O, yazırdı:[80]

" Biz möhkəm əmin idik ki, ingilis qoşunları bizdə qalacaqdır. Ancaq məlum oldu ki, yanılmışıq. Həm də təkcə biz yox, о biri Zaqafqaziya respublikalarının -GürcüstanErmənistanın nümayəndələri də yanılıblar. İngilis nümayəndələri ilə şəxsi görüşlər zamanı Britaniya hökuməti tərəfindən qoşunların geriyə çağırılması məsələsinin artıq həll olunduğundan başqa heç nə öyrənə bilmədik. Belə bir vəziyyətdə biz, gürcülərermənilər bir уеrə yığışdıq, Sülh konfransına və bütün müttəfiqlərə ayrılıqda, respublikalarımızın taleyi konfransda həll oluncaya qədər, qoşunların bizdə qalması üçün xahişnamə ilə müraciət etməyi qərara aldıq. "
İranla əlaqələr
[redaktə | mənbəni redaktə et]

1919-cu ilin oktyabr ayında iki dövlət arasında əməkdaşlıq haqqında müqavilənin əsaslarını hazırlamaq üçün Parisdə Azərbaycan Xalq Cümhuriyyəti-İran birgə komissiyası yaradıldı.[67][81] Komissiyanın tərkibinə Azərbaycandan Mir Yaqub MehdiyevCeyhun Hacıbəyli, İran tərəfindən Zəkov Mülk və Mustan Sarüs-Səltənə daxil idi.[67] 29 oktyabr 1919 tarixində komissiyanın ilk iclası keçirilmişdi. Oktyabrın 30–31-i və noyabrın 1-də müzakirələr davam etdirilmişdi. 1919-cu il noyabrın 1-də Parisdə Azərbaycanla İran arasında Azərbaycanın müstəqilliyinin tanınması haqqında müqavilə bağlandı və iki ölkə arasında diplomatik münasibətlərin yaradılmasına dair razılıq əldə edildi. Əlimərdan bəy Topçubaşovun Nazirlər Şurasının sədrinə göndərdiyi məlumata görə, sonuncu iclasda İran nümayəndələri Azərbaycan nümayəndəliyinin təqdim etdiyi saziş layihəsini qəbul etmişdi.[81]

Azərbaycanın tanınması
[redaktə | mənbəni redaktə et]

1920-ci ilin yanvar ayının 10-da İngiltərənin təşəbbüsü ilə Paris Sülh Konfransı Ali Şurasının sessiyası çağırıldı və burada Cənubi Qafqaz respublikalarının məsələsi geniş müzakirə olundu. Yanvarın 11-də Müttəfiqlərin Ali Şurası İngiltərənin xarici işlər naziri lord Kerzonun təklifi ilə belə bir qərar qəbul etdi: "Müttəfiq və birlik ölkələri Azərbaycan və Gürcüstan hökumətlərini birlikdə de-fakto səviyyəsində tanıyırlar".[9]

Azərbaycan Nümayəndə Heyətinin üzvləri. Paris, 1919-cu il

Yanvarın 15-də isə Azərbaycan nümayəndələri Əlimərdan bəy Topçubaşov və Məhəmməd Məhərrəmov, Gürcüstan nümayəndələrindən İ. Sereteli və Z. Avalov Fransa Xarici İşlər Nazirliyinə dəvət edildilər. Nazirliyin birinci katibi Jül Kambon Azərbaycanın yanvarın 11-də Ali Şura üzvləri və müttəfiq dövlətlər tərəfindən de-fakto tanındığını bildirdi və Topçubaşova Paris Sülh Konfransının rəsmi sənədini təqdim etdi. O, bunun üçün təşəkkürünü və Azərbaycan Respublikasının de-yure tanınmasını gözlədiklərini bildirdi.[9]

Əlimərdan bəy Topçubaşov Parisdən baş nazir Nəsib bəy Yusifbəyova yazırdı:[82][83]

" Siyasət qədər çox elastik və dəyişkən heç nə yoxdur… bizim də azad və müstəqil yaşamaq ümidlərimizin möhkəmləndiyi bir dövr başlanır. Biz heç vaxt ümidimizi itirmirdik… Ona görə də belə hərəkət edirdik ki, xalqımızın müstəqil yaşaya biləcəyinə, hər hansı yolla olursa olsun müstəqillik əldə edəcəyimizə inanırdıq… Belə dəyərli xoşbəxtliyin qarşısında biz heç vaxt geri çəkilməmişik və çəkilməyəcəyik də, çünki biz bu səadətə bərabər olan heç nə tanımırıq. "

Yanvarın 19-da İngiltərə, Fransa, İtaliya və digər dövlətlərin hökumət başçılarının iştirakı ilə Paris Sülh Konfransı Ali Şurasının iclasında Cənubi Qafqaz respublikalarının vəziyyəti müzakirə olundu. Lloyd Corcun Azərbaycanın silahlı qüvvələri haqqında sorğusuna cavab verən Azərbaycan Nümayəndə Heyətinin müşaviri Məhəmməd Məhərrəmov zəruri silah-sursatın olacağı təqdirdə Azərbaycanın qısa müddətdə 100 min nəfəri orduya səfərbər edə biləcəyini bildirdi. Əlimərdan bəy Topçubaşov Ənzəlidəki ingilis donanmasının Bakının müdafıəsinə mühüm yardım göstərə biləcəyini nəzərə çatdırdı. O, həmçinin sovet Rusiyası ilə Cənubi Qafqaz respublikaları arasında bufer rolu oynayan Dağlılar Respublikasınm müttəfıqlər tərəfindən de-fakto tanınmasını təklif etdi. İclasa yekun vuran Lloyd Corc Cənubi Qafqaza ordu göndərilməsinin qeyri mümkünlüyünü, yardımın yalnız silah-sursat formasında olmasının vacibliyini bildirdi. O, açıq bəyan etdi ki, bu respublikalar hərbi qüvvələrini möhkəmləndirmək üçün özləri ciddi tədbirlər görməlidirlər.[2]

Azərbaycan Nümayəndə Heyəti Azərbaycanın qərb dövlətləri tərəfindən de-yure tanınmasına çalışsalar da, bu cəhdlər nəticəsiz qaldı.

Cümhuriyyət tələbələri
[redaktə | mənbəni redaktə et]
Parisdəki bir qrup azərbaycanlı tələbə. 18 noyabr 1920-ci il. Fotoşəkil Ramiz Abutalıbov tərəfindən Paris Sülh Konfransındakı Azərbaycan nümayəndə heyətinin keçmiş müşaviri, vaxtilə gənc tələbələrin Avropada yerləşməsinə kömək edən Məhəmməd Məhərrəmovdan hədiyyə olaraq alınmışdır[84]

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 1919-cu il sentyabrın 1-də keçirilən sayca yetmişinci iclasında yüz nəfər azərbaycanlı gəncin hökumət hesabına təhsil almaq üçün xarici ölkələrin nüfuzlu ali məktəblərinə göndərilməsi haqqında məsələ də müzakirə edilmişdir.[85] Xaricə göndəriləcək tələbələri seçmək üçün Xalq Maarifi Nazirliyi yanında Məhəmməd Əmin Rəsulzadə (sədr), Əhməd bəy Pepinov, Qara bəy Qarabəyov, Mehdi bəy HacınskiAbdulla bəy Əfəndizadədən ibarət münsiflər heyəti yaradılmışdı. Münsiflər heyətinin seçdiyi tələbələrdən 10 nəfərinin İngiltərəyə, 23 nəfərinin İtaliyaya, 45 nəfərinin Fransaya, 9 nəfərinin Türkiyəyə göndərilməsi nəzərdə tutulurdu. Nəticədə isə Xalq Maarifi Nazirliyi tərəfindən xaricə göndərilən tələbələrdən 49 nəfərinə Almaniyanın, 27 nəfərinə Fransanın, 4 nəfərinə İtaliyanın, 1 nəfərinə İngiltərənin, 6 nəfərinə isə Türkiyənin müxtəlif ali məktəblərinə göndərilmələri barədə rəsmi sənəd verilmişdi. Qalan 13 nəfər isə Rusiyaya göndərilməli idi. Rusiyada vətəndaş müharibəsi ilə əlaqədar yaranmış şəraitə görə oraya tələbə göndərmək mümkün olmamışdı. Xaricə göndərilən tələbələr 1920-ci il yanvarın 14-də parlament və hökumət üzvlərinin, xeyriyyəçilərin, iş adamlarının, din xadimlərinin, ictimaiyyət nümayəndələrinin və valideynlərin iştirakı ilə təntənəli surətdə yola salındılar. Tələbələrin Batuma getmələri üçün xüsusi vaqon ayrılmışdı. 1920-ci il fevralın 11-də Parisə çatan tələbələr burada Paris Sülh Konfransında iştirak edən Azərbaycan Nümayəndə Heyəti tərəfindən hərarətlə qarşılandı. Nümayəndə heyətinin rəhbəri Əlimərdan bəy Topçubaşov tələbələr qarşısında böyük nitq söylədi. Bundan sonra tələbələr təhsil almaq üçün Avropanın müxtəlif ölkələrinə yollandılar.[86]

Mühacir fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1920-ci ilin aprelin 27-də Azərbaycan bolşeviklər tərəfindən işğal edildi. Həmin dövrdə – mayın əvvəlində Azərbaycan Nümayəndə Heyəti San-Remo konfransından Parisə yenicə qayıtmışdı. Mayın 3-də Əlimərdan bəy Topçubaşov fransız hökumətindən baş verən hadisələri öyrənmək üçün Azərbaycan hökumətinə teleqram göndərməyi xahiş etdi. O, yalnız mayın ikinci yarısında Tiflisdə olan Azərbaycan hökuməti rəhbərliyi ilə əlaqə saxlaya bildi. 1920-ci ilin iyunun 30-da Topçubaşov Londonda bolşevik ticarət nümayəndəsi L. Krasinlə sənəd imzalayan Antanta Ali Şurasının Sədri Klemansoya nota göndərdi[87]

Məhəmməd Məhərrəmov, Miryaqub Mehdiyev və Əlimərdan bəy Topçubaşov. Genuya, 1922-ci il

İyulun 4-də Əlimərdan bəy Topçubaşov Belçikanın Spa şəhərində keçirilən Sülh Konfransının sədri, İngiltərənin baş naziri Lloyd Corca xüsusi nota göndərdi. Həmin notada o, Azərbaycan xalqının bolşevizmdən xilas olmasının əhəmiyyətini vurğulayırdı. Əlimərdan bəy Topçubaşov 1920-ci ilin 15 iyulunda Belçikanın Spa şəhərindən Ceyhun Hacıbəyliyə göndərdiyi məktubda nota verdiklərini, İtaliyanın, Belçikanın, Polşanın xarici işlər nazirləri ilə görüşdüklərini yazırdı.[88]

1920-ci ilin oktyabrın 8-də Əlimərdan bəy Topçubaşov Fransa Nazirlər Şurasının sədri və xarici işlər naziri Klemansoya da nota göndərdi. O, bu notada əsas diqqəti Azərbaycanın zəngin təbiətinə, Xəzərin neftinə yönəldir və Parisin Azərbaycandakı müqavimət hərəkatına silahla kömək edəcəyi təqdirdə bu ölkənin Fransa üçün əhəmiyyətli bazar rolunu oynaya biləcəyini nəzərə çatdırırdı.[89]

Əlimərdan bəy Topçubaşov göndərdiyi notalara əhəmiyyət verilmədiyini görüb, oktyabrın 9-da Fransa Xarici İşlər Nazirliyinin baş katibi Filip Berteloya, ona Azərbaycanda yaranmış vəziyyəti izah etmək üçün şərait yaradılması xahişi ilə müraciət etdi. Bu müraciət əsasında Bertelo özü yox, Xarici İşlər Nazirliyinin siyasi və iqtisadiyyat departamentinin direktor müavini Laroş onunla görüşdü. Əlimərdan bəy Topçubaşov görüşdə Qafqaza xüsusi hərbi missiyanın göndərilməsini, Azərbaycanda silahlı üsyanın hazırlanmasında rol oynamağı və bunun müqabilində Fransaya Azərbaycanın neft müəssisələrinin müəyyən payının verilməsini vəd etdi.

Oktyabrın 27-də Fransa Xarici İşlər Nazirliyində olan Əlimərdan bəy Topçubaşov Dağıstanda və Azərbaycandakı üsyançılara Parisdən silah göndərilməsi vacibliyini bildirdi.

1921-ci ilin aprel ayının 29-dan may ayının 5-dək keçirilən ikinci London konfransında Əlimərdan bəy Topçubaşov başda olmaqla mühacirətdə olan Azərbaycan Nümayəndə Heyəti də iştirak edirdi.[3]

Əlimərdan bəy Topçubaşovun təşəbbüsü ilə 1921-ci il mayın 8-də Qafqaz ölkələrinin nümayəndələri Azərbaycan Xalq Cümhuriyyətinin Parisdəki nümayəndəliyinə toplaşaraq, Qafqaz Konfederasiyası fikrini yenidən müzakirə etdilər. 1921-ci ilin iyunun 10-da Topçubaşovun sədrliyi ilə keçirilən ilk iclasda Əlimərdan bəy Topçubaşov, Akaki Çxenkeli, Avetis Aqaronyan və Tapa Çermoyev Qafqaz Respublikaları İttifaqının yaradılması ilə bağlı bəyannamə imzalamışdılar. 1921-ci il iyulun 7-də Qafqaz respublikaları və Rusiya nümayəndələrinin ilk birgə iclası keçirildi. Mühacirlər Fransa hökumətinə müraciət etdilər. Qafqaz və Rusiya mühacirlərinin vahid antibolşevik cəbhədə birləşməsinə meyilli olan Fransa hökuməti 1922-ci ilin əvvəllərində Qafqaz respublikalarının səlahiyyətli təmsilçilərinə maddi yardım göstərməyi qərara aldı. İclasda ilk çıxış edən Əlimərdan bəy Topçubaşovun Qafqaz Konfederasiyası ideyasına Türkiyənin də müsbət münasibət bəslədiyini bildirərək bu dövləti müdafiə etməsi və müttəfiq dövlətlərə tutduğu iradlar Fransa hökuməti və ermənilər tərəfindən narazılıqla qarşılandı.

1925-ci ilin iyulun 26-da Parisdə Azərbaycan, Şimali Qafqaz, GürcüstanUkrayna nümayəndələri arasında Qafqaz-Ukrayna əlaqələrinin möhkəmləndirilməsi və inkişafı ilə bağlı bəyannamə imzalandı. Sənəddə Sovet Rusiyasının həmin bölgələri işğal etməsi ilə bağlı ümumiləşmələr qeyd edildi. Sənəddə bu ölkələrin təmsilçiləri ərazilərinin bütünlüklə azad edilməsinə qədər siyasi və iqtisadi sahədə bir-birlərinə dəstək olacaqları qeyd olunurdu. Həmin sənədi Azərbaycan Nümayəndə Heyətinin sədri Əlimərdan bəy Topçubaşov, Dağlılar Respublikası nümayəndə heyətinin müvəqqəti sədri Heydər Bammat, Gürcüstanın daxili işlər naziri Noe Ramişvili, Ukrayna xalq təhsili naziri V. Prokopoviç imzalamışdılar.[90]

Əlimərdan bəy Topçubaşov 1925-ci ilin aprelində İstanbula Məhəmməd Əmin Rəsulzadəyə yazdığı məktubda, xüsusən, Lozanna Sülh Konfransından sonra Avropa dövlətlərinin Azərbaycana qarşı münasibətlərinin dəyişdiyini qeyd edirdi.

Əlimərdan bəy Xosrov bəy Sultanova yazdığı 1925-ci il 2 yanvar və 1925-ci il 31 avqust tarixli məktublarında da fəaliyyət üçün maddi vəsaitin yoxluğunu bildirmişdi.[14]

Əlimərdan bəy Topçubaşov

1926-cı ilin 18 martında Parisdə Qafqaz Respublikası Şurasının iclası keçirildi. İclasda Əlimərdan bəy Topçubaşov, Ceyhun Hacıbəyli, Xosrov bəy Sultanov, A. Mgerman, Heydər Bammat, Seid Şamil, Akaki Çxenkeli, S. Amiredjibi, Noe Ramişvili, Q. Qvazava iştirak edirdilər. İclasa sədrlik Əlimərdan bəy Topçubaşov tərəfindən aparılırdı. İclasda 3 Qafqaz Respublikası Şurası ilə Müstəqil Qafqaz Komitəsinin münasibətləri müzakirə edildi.[91]

Əlimərdan bəy Topçubaşovun 1933-cü ilin 27 martında Məhəmməd Əmin Rəsulzadəyə göndərdiyi məktubda yazılırdı:

" Çox hörmətli Məmməd Əmin bəy! Qafqaz Konfederasiyasının formalaşması məsələsinə xəstəliyimdən sonra indi fikir söyləyə bilərəm. Etiraf etməliyəm ki, çoxlu suallar olandan sonra məni onun necə formada mövcud olacağı düşündürür. Ola bilsin ki, mühacirətin aktual şərtləri daxilində başqa bir formaya meyillənmək çox çətindir. Ancaq mənə elə gəlir ki, qəzetin köməkliyi ilə anketin Qafqaz Xalqlarının təmsilçilərinin baxışlarını tam şəkildə işıqlandırıb toplanmış cavablardan düzgün nəticə çıxarılacağına təsir edəcəyi də çətindir. Bu fikirlərimi bildirməklə, anket formasına uğurlar arzulayır və onda iştirak etməyi vacib sayıram. Və həm də mən Qafqaz Konfederasiyasının coşqun tərəfdarlarındanam. Bununla bağlı isə 1924-cü ilin oktyabr və noyabr aylarında Azərbaycan, Gürcüstan və Şimali Qafqaz xalqları təmsilçilərinin yığıncaqlarında bu haqda fikirlərimi bildirmişəm və orada Qafqaz Konfederasiyasının formalaşması üçün baza da hazırlanıb. Bu məsələyə mənim baxışlarım ümumi xarakterlidir və bu göndərilən məktubda qeyd olunub. "

1920-ci ildə Rusiya bolşeviklərinin Azərbaycanı işğal etməsinə etiraz əlaməti olaraq Əlimərdan bəy (Paris Sülh Konfransının digər azərbaycanlı üzvləri ilə birlikdə) soyadındakı "ov" sonluğundan imtina edərək Topçubaşi soyadını qəbul etmişdir.

Əlimərdan bəy Topçubaşov mühacirətdə olarkən Məhəmməd Əmin Rəsulzadə ilə məktublaşmışdır. Əlimərdan bəy 19, Məhəmməd Əmin bəy isə 16 belə məktub yazmışdır.[92]

Partiya fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Əlimərdan bəy Topçubaşov Xalq Azadlıq Partiyasının (kadetlər) üzvü olmuşdur. 1906-cı il avqustun 15–21-də yenə də Nijni Novqorodda keçirilən Ümum-Rusiya müsəlmanlarının III qurultayında Əlimərdan bəy Topçubaşov yeni yaradılmış İttifaqi-Müslimin Partiyasının sədri seçilmişdir.[9][33] Lakin daha sonra İttifaqi-Müsliminin ləğv olmuş, Əlimərdan bəy Topçubaşov isə ömrünün sonunadək bitərəf, partiyasız siyasətçi olaraq fəaliyyət göstərmişdir.

Əlimərdan bəyin nəsli əslən Gəncədəndir. Ulu babalarından biri Tiflisə, digəri isə İrəvana köçüb orada yaşamışdır. Topçubaşov soyadı onun ulu babası Əliəkbər bəyə topçuluq peşəsini dərindən bildiyinə görə II Irakli tərəfindən verilmişdir.[8][11]

2013 və 2019-da buraxılmış Azərbaycan poçt markaları
  • Bakının Nəsimi rayonunda "Əlimərdan bəy Topçubaşov" adlı küçə var. Bu küçə "İbrahim Əbilov" küçəsindən "Həzi Aslanov" küçəsinədək davam edir. Küçənin sırası ilə "Əlövsət Quliyev", "Bəşir Səfəroğlu", "Vidadi", "Dilarə Əliyeva", "Mirzəağa Əliyev", "Şəmsi Bədəlbəyli", "Süleyman Rəhimov", "Şamil Əzizbəyov" küçələri, "Cəlil Məmmədquluzadə" döngəsi, "Salatın Əsgərova", "Əli bəy Hüseynzadə", "Balababa Məcidov" küçələri ilə kəsişməsi mövcuddur.
  • 1998-ci ildə Əlimərdan bəy Topçubaşovun hökumətə ünvanlanmış rəsmi məlumatları toplanmışdır. Həmin məlumatlar Azərbaycan dilində ilk dəfə 1998-ci ildə "Paris məktubları" adlı kitabda çap olunmuşdur.[98]
  • 2013-cü ildə ADA Universitetində professor Cəmil Həsənlinin Əlimərdan bəy Topçubaşova həsr olunmuş "Tarixi şəxsiyyətin tarixi" kitabı çap olunmuşdur.[99]
  • 25 fevral 2013 tarixində Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalamışdır.[26]
  • 19 aprel 2013-cü ildə Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyinə həsr olunmuş poçt markası çap olunmuşdur. Qiyməti 20 qəpik, ölçüsü 40x28, tirajı isə 100 min olmuşdur.[100]
  • 2015-ci ildə Əlimərdan bəy Topçubaşov haqqında "Qərib məzarlar" adlı filmin Baku Media Center tərəfindən çəkilişlərinə başlandığı elan olundu.[101][102]
  • 2016-cı ildə rejissor Vüqar İslamzadə və Fariz Əhmədovun birgə çəkdiyi sənədli-bədii film olan Əbədi ezamiyyət filmi Azərbaycan Nümayəndə Heyətinin üzvlərinə həsr olunmuşdur. Əlimərdan bəy Topçubaşovu aktyor Kamran İsrafilov canlandırmışdır.
  • 2016-cı ildə araşdırmacı-tarixçi Dilqəm Əhməd tərəfindən yazılmış Fərqlilər kitabında Əlimərdan bəy Topçubaşov haqqında məlumatlar, şəkillər və məktublar da yer tapmışdır.[103]
Əlimərdan bəy Topçubaşovun ölümü ilə bağlı xəbərlər
Parisdə yaşadığı evin önündəki xatirə lövhəsi
  • Vəfatı ilə bağlı Şimali Qafqaz, PrometeyQurtuluş jurnallarının üz qabığında şəkli dərc olunaraq məlumat nəşr olunmuşdur.
  • Professor, diplomat Ramiz Abutalıbov tərəfindən Əlimərdan bəyin məzarı aşkar olunaraq təmir edilmişdir.
  • 1993-cü ildə Azərbaycan Respublikasının 3-cü prezidenti Heydər Əliyev Fransaya ilk səfərində Sen-Klu qəbiristanlığına baş çəkmiş və həmin tarixdə Heydər Əliyev Əlimərdan bəyin yubileyinin keçirilməsi ilə də bağlı sərəncam imzalayıb.[104]
  • 2014-cü ildə Rusiyanın Sankt-Peterburq şəhərində Əlimərdan bəy Topçubaşovun şərəfinə büst qoyulmuşdur.[105][106]
  • 2014-cü ildə Azərbaycanın Polşadakı səfirliyinin təşkilatçılığı ilə Poznan şəhərindəki İqnaçı Paderevski adına Musiqi Akademiyasında 1918–1920-ci illərdə bu ölkənin baş naziri olmuş İqnaçı Paderevskinin və Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun barelyefi açılıb.[107]
  • Fransada yaşadığı evin önünə xatirə lövhəsi vurulmuşdur.
  • 2018-ci ildə Sen Klu şəhərinin meri Erik Berdoati Sen Kluda Əlimərdan bəy Topçubaşova büst qoyulacağını bildirmişdir.[108]
  • 2019-cu ildə tarix elmləri doktoru Cəmil Həsənlinin Londonda Routledge nəşriyyatında Əlimərdan bəy Topçubaşovun həyatına həsr olunan "Azərbaycanda liderlik və millətçilik" adlı kitabı ingilis dilində nəşr olunub.[109]
Əlimərdan bəy Topçubaşovun məzarı
  • Azərbaycanın təşəkkülü. İstanbul. 1918;[9]
  • "Müsəlmanlar azadlıq hərəkatında" — "Kaspi" qəzetinin baş redaktoru olduğu müddətdə nəşr olunan məqaləsi.[21]
  • "Müsəlmanların dirçəliş dövrü" — "Kaspi" qəzetinin baş redaktoru olduğu müddətdə nəşr olunan məqaləsi.[22]
  • "Milli qırğına nə vaxt son qoyulacaq?"— "Kaspi" qəzetinin baş redaktoru olduğu müddətdə nəşr olunan məqaləsi.[23]
  • "Azərbaycanın yol göstərəni" — qayınatası Həsən bəy Zərdabi haqqında 1925-ci ildə dərc olunmuş məqalə [110]
  • "Qafqazlılar arasında" — Parisdə 1926-cı ildə Azərbaycan Respublikasının müstəqilliyinin elan olunmasının 8-ci ildönümünün qeydi təsvir olunur.[111]
  1. SAINT-CLOUD (92) : cimetière.
  2. 1 2 3 4 5 6 Mahmudov, 2005. səh. 285-286
  3. 1 2 3 4 5 6 7 8 9 "Əlimərdan bəy Topçubaşov (1863–1934)". 2020-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-18.
  4. 1 2 "Cəmil Həsənli: Azərbaycan-Amerika münasibətlərinin 100 ili tamam olur". 2021-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-20.
  5. Cəmil Həsənli. "Əlimərdan bəy Topçubaşovun doğum tarixi ilə bağlı dəqiqləşdirmə" (az.). Azadlıq. 2013-04-20. 2017-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-17.
  6. Həsənli, 2013. səh. 19
  7. Həsənli, 2013. səh. 23
  8. 1 2 3 4 Yılmaz, Harun. "Ömürdən uzun mühacirət: Əlimərdan bəy Topçubaşov". 9 November 2014. 2018-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-18.
  9. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 "Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə aid arxiv araşdırmaları". 2021-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-16.
  10. "Görkəmli azərbaycanlılar" (PDF). 2019-03-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2013-06-18.
  11. 1 2 3 4 5 Milli Arxiv. "Əlimərdan bəy Topçubaşov". 22.06.2018. 27.06.21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27.01.18.
  12. 1 2 Abutalıbov, 2006. səh. 50
  13. 1 2 Vilayət Quliyev. Əlimərdan bəy Topçubaşovun kədərli bir məktubu Arxivləşdirilib 2018-06-30 at the Wayback Machine. edebiyyatqazeti.az, 28. dekabr 2017 (az.)
  14. 1 2 3 Abutalıbov, Mamulia, 2014. səh. 168-233
  15. Yaqublu, 2018. səh. 74
  16. Yaqublu, 2018. səh. 71
  17. ""Millət qurtular, gələr, səni Vətənə götürər" – Rəsulzadə Topçubaşovun məzarı başında". 2021-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-21.
  18. "Qurtuluş" jurnalı. Berlin, 1934, № 2.
  19. Həsənli, 2013. səh. 294
  20. Brokhaus, Efron, 1890–1907
  21. 1 2 "Kaspi", 1905, № 216
  22. 1 2 "Kaspi", 1905, № 222
  23. 1 2 "Kaspi", 1905, № 225
  24. Yaqublu, 2011. səh. 55
  25. Yaqublu, 2011. səh. 52-53
  26. 1 2 birinci dünya müharibəsi ərəfəsində milli mətbuat Arxivləşdirilib 2019-05-28 at the Wayback Machine.s.97
  27. 1 2 İsmayılov, Maksvell, 2012. səh. 173
  28. Боиович, Милан Михайлович. Члены Государственной думы : (портреты и биографии) : Первый созыв, 1906–1911 г. (rus). Москва: Типография Т-ва И. Д. Сытина. 1907. səh. 449. 2021-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-07.
  29. Abutalıbov, 2012. səh. 12
  30. "Topçubaşov professor adından buna görə imtina etmişdi". 2021-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-18.
  31. Krımlı, 1996
  32. "Rusiya müsəlmanlarının ikinci qurultayının nümayəndələri". e-derslik.edu.az. 2021-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 iyul 2021.
  33. 1 2 "Сибирская торговая газета. № 138. 22 августа 1906 года. Тюмень. Ст. 2". 2021-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-16.
  34. Məmmədzadə, 1938
  35. Синенко С. "Первый всероссийский мусульманский съезд". POSREDI.RU. 2013-11-17. 2017-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-22.
  36. Bakı qəzeti, 20 may 1915-ci il sayı.
  37. "Kaspi", 1917, № 84.
  38. 1 "Kaspi", 1917, № 85.
  39. 1 2 3 4 5 6 Yaqublu, 2018. səh. 60
  40. Abışov, 2007. səh. 59-60
  41. Abışov, 2007. səh. 68
  42. Süni, 2019. səh. 177-178
  43. Svetoxovski, 2004. səh. 107
  44. Radkey, 1989. səh. 129-131
  45. Həsənli, 2013. səh. 274-275
  46. Həsənli, 2013. səh. 278-279
  47. 1 2 3 4 Yaqublu, 2018. səh. 61
  48. Yaqublu, 2018. səh. 58
  49. 1 2 3 Yaqublu, 2018. səh. 59
  50. Yaqublu, 2018. səh. 62
  51. "Həsən bəy Ağayev". azadliq.org. 28.05.2021. 27.06.21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27.01.18.
  52. Nəsiman Yaqublu. "Həsən bəy Ağayev". 525.az. 11.07.2018. 27.06.21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27.01.18.
  53. Yılmaz, Harun. "1919-cu ildə Avropaya viza gözləyən Azərbaycan nümayəndə heyəti". 2021-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-20.
  54. Həsənli, 2013. səh. 353
  55. Yaqublu, 2018. səh. 65-67
  56. Abutalıbov, 2006. səh. 56
  57. Mahmudov, 2005. səh. 197-198
  58. 1 2 Həsənli, 2009. səh. 236
  59. Həsənli, 2009. səh. 236-237
  60. Həsənli, 2009. səh. 237
  61. 1 2 Həsənli, 2009. səh. 239-240
  62. Həsənli, 2013. səh. 359-360
  63. Mehdiyev, 1998. səh. 38
  64. Həsənli, 2009. səh. 323
  65. "ABŞ – Azərbaycan əlaqələrinin 100 illiyi". 2021-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-20.
  66. Mahmudov, 2005. səh. 185-186
  67. 1 2 3 4 Həsənli, 1993
  68. Həsənli, 2009. səh. 324
  69. "Index to Politicians". 2021-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-17.
  70. Həsənli, 2009. səh. 325
  71. Həsənli, 2009. səh. 327
  72. Həsənli, 2009. səh. 328
  73. Mehdiyev, 1998. səh. 43
  74. Həsənli, 2009. səh. 276
  75. Svetoxovski, 2004. səh. 156
  76. Şteyn, 2004. səh. 107
  77. Həsənli, 2009. səh. 278
  78. Həsənli, 2009. səh. 279
  79. Həsənli, 2009. səh. 284
  80. Həsənli, 2009. səh. 287
  81. 1 2 Nəsibli, 1996
  82. "Topçubaşovun diplomatik manevrləri, Cümhuriyyət naminə etdiyi fədakarlıqlar. Əli Cəfəroğlu". 2018-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-29.
  83. "Topçubaşovların Azərbaycan tarixindəki yeri" (az.). "Azadlıq" qəzeti. 14 fevral 2012. 2023-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-04.
  84. Mikeladze. Q. Беседы с Рамизом Абуталыбовым: Первые азербайджанские студенты в Европе и Джейхун бек Гаджибейли. 2010-04-13 tarixində arxivləşdirilib.
  85. Tağıyeva, 1998
  86. Azərbaycan, 1998
  87. Abutalıbov, Mamulia, 2014. səh. 68
  88. Yaqublu, 2018. səh. 68
  89. Abutalıbov, Mamulia, 2014. səh. 72
  90. Mamulia, 2012. səh. 55-56
  91. Mamulia, 2012. səh. 70
  92. İshaqov, 2012
  93. Əhmədov, 2014. səh. 193-198
  94. "Абаева Ханифа Асланбековна - просветительница / Hənifə Aslanbek qızı Abayeva – maarifçi" (rus. ). ourbaku.com. 6 noyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 noyabr 2020.
  95. Aşırlı, 2016. səh. 3-6
  96. İbrahım Yıldırım. "Təpədən-dırnağa Azərbaycan sevdalı şəxsiyyət". www.dia.az. 1 oktyabr 2015. 14 yanvar 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 yanvar 2021.
  97. Мәликова Гәрибсолтан Һәсән бәј гыз // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VI ҹилд: КубаМисир. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1982. С. 940.
  98. "Paris Məktubları – Azərbaycan Xalq Cümhuriyyəti Sülh Nümayəndə heyəti sədrinin Azərbaycan hökumətinə məlumatları (mart 1919 – noyabr 1919)" (PDF). 2018-12-23 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2021-08-17.
  99. ""Tarixi Şəxsiyyətin Tarixi – Əlimərdan bəy Topçubaşov" [Skype-Müsahibə]". 2021-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-16.
  100. "19.04.2013. Azərbaycanın görkəmli şəxsiyyətləri". 2018-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-17.
  101. "Qərib məzarlar": Əlimərdan bəy Topçubaşov haqqında film çəkilir //Mədəniyyət.- 2015.- 21 avqust.- S.7.
  102. "Bakı Media Mərkəzi "Qərib məzarlar" adlı layihə üzərində işləyir (FOTO)". 2016-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-16.
  103. "Fərqlilər". 2017-04-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-08-17.
  104. "Cumhuriyyət liderlərinin xaricdəki məzarları üçün Azərbaycan haqq ödəyirmi?". 2020-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-18.
  105. "Sankt-Peterburqda Əlimərdan bəy Topçubaşovun büstü qoyulub". 2021-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-18.
  106. "Rusiyada Topçubaşovun büstünün qoyulmasının tarixi əhəmiyyəti – Alimlər danışır". 2021-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-18.
  107. "Polşada Əlimərdan bəy Topçubaşovun barelyefi açılıb". 2014-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-20.
  108. "Erik Berdoati: Sən Klu muzeyində Əlimərdan bəy Topçubaşovun büstü qoyulacaq". 2020-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-20.
  109. "Londonda Cəmil Həsənlinin kitabı nəşr edilib". 2020-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-20.
  110. Aşırlı, 2009. səh. 112-133
  111. "Трудовой Кодекс Азербайджанской Республики. Статья 105. Праздничные дни". Официальный интернет сайт Президента Азербайджанской Республики. 2014-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-31.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]