ƏLİMƏRDAN

“Mərdlərin Əlisi” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

ƏLİHEYDƏR
ƏLİNİYAZ
OBASTAN VİKİ
Əlimərdan
KəndlərƏlimərdan (Vedibasar)
Əlimərdan (Vedibasar)
Əlimərdan — İrəvan xanlığının Vedibasar mahalında kənd adı. == Haqqında == Əlimərdan kəndi İrəvan xanlığının Vedibasar kəndində azərbaycanlıların məskunlaşdıqları yaşayış məntəqələrindən biri olmuşdur. 1828–1832-ci illərdə İrandan və Türkiyədən köçürülən ermənilərin bir hissəsi çar Rusiyası tərəfindən bu kənddə yerləşdirilmişdir. 1946-cı ildə kəndin adı ermənilər tərəfindən dəyişdirilərək Karadzor adlandırılmışdır. Kənddə yaşayan azərbaycanlılar 1949-cu ildə Azərbaycana köçürüldükdən sonra kənd ləğv edilmişdir. == Toponimi == Bir sıra mənbələrə əsasən kəndin əsl adı "El Mərdin", yəni "Mərdin eli" olmuşdur. Tədqiqatçıların fikrincə, kənd "Kitabi-Dədə Qorqud" dastanlarında adı çəkilən Mərdin qalasından gələnlər tərəfindən yaradılmışdır. == Mənbə == B. Ə. Budaqov, Q. Ə. Qeybullayev. Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti. Bakı,1998.
Əlimərdan (Xudabəndə)
Əlimərdan (fars. علي مردان‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 112 nəfər yaşayır (20 ailə).
Əlimərdan (Çaldıran)
Əlimərdan (fars. علي مردان‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 80 nəfər yaşayır (15 ailə).
Əlimərdan Bağışov
Bağışov Əlimərdan Aşur oğlu - ATU-nun Urologiya kafedrasının professoru, tibb elmləri doktorudur. == Həyatı == 09 aprel 1958-ci ildə Masallı rayonunun Tüklə kəndində anadan olmuşdur. 1975-ci ildə bu kənddə orta məktəbi bitirmişdir. 1976-1978-ci illərdə keçmiş Sovet Ordusu sıralarında xidmət etmişdir. == İş təcrübəsi == 1986-cı ildə Azərbaycan Tibb İnstitunun (hazırkı Universitetin) müalicə-profilaktika fakültəsini adlı təqaüdlə bitirmiş və Urologiya kafedrasında elmi işçi kimi saxlanmışdır. 1992-ci ildə bu kafedranın nəznində aspiranturanı bitirərək “Mamalıq və ginekoloji praktikada sidik yolları zədələnmələrinin operativ müalicəsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və Rusiya AAK-nın qərarı ilə Tibb Elmləri namizədi alimlik dərəcəsini almışdır. Həmin ildə urologiya kafedrasının assistenti, 1997-ci ildə dosent, 2017-ci ildə kafedranın professoru təyin olunmuşdur. 2008-cu ildə “Qadınlarda fiziki gərginlik zamanı sidik saxlanmazlığı (sidiyin stress inkontinensiyası) - etiopatogenez, diaqnostika və müalicəsi” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Elmi tədqiqat işlərini Rusiya Hərbi Tibb Akademiyasının Urologiya kafedrası və klinikasında aparmışdır. 2009-cu ildə tibb üzrə elmlər doktoru adını almışdır.
Əlimərdan Hüseynov
Əlimərdan Hüseynov (azərb. Hüseynov Əlimərdan Əbil oğlu) - 20 yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir. == Həyatı == 1962-ci il yanvarın, 14-də Biləsuvar rayonunda anadan olub. 1983-cü ildən Azərelektroterm elm-istehsal birliyində elektrik montyoru işləmişdir. 19-dan 20-nə keçən gecə Salyan qazarmasının yanında olmuşdur. Qohum-qardaşının hadisə ilə bağlı geniş məlumatı yoxdur. Yanvarın 21-də morqdan tapılmışdır. Güllələr ona qolundan və sinəsindən dəymişdir. Sifətinin sağ tərəfində ağır zərbə izləri olub.
Əlimərdan Quluzadə
Əlimərdan Fəttah oğlu Quluzadə (14 fevral 1993; Masallı rayonu, Azərbaycan — 6 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əlimərdan Quluzadə 1993-cü il fevralın 14-də Masallı rayonunun Birinci Yeddioymaq kəndində anadan olub. == Hərbi xidməti == O, 2009-cu ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə, 2011-ci ildə isə Heydər Əliyev adına hərbi akademiyaya daxil olmuşdur. 2015-ci ildə leytenant, 2018-ci ildə baş leytenant hərbi rütbəsini almışdır. 2016-cı il Aprel döyüşlərində iştirak etmişdir. Azərbaycan Ordusunun baş leytenantı olan Əlimərdan Quluzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əlimərdan Quluzadə oktyabrın 6-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Masallı rayonunun Birinci Yeddioymaq kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əlimərdan Quluzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Əlimərdan Quluzadə ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Əlimərdan Topçubaşov
Əlimərdan bəy Ələkbər bəy oğlu Topçubaşov və ya Əlimərdan bəy Topçubaşi (az.-əbcəd علی مردان بك علی اکبر بك اوغلو توپچوباشف‎; 4 may 1862, Tiflis – 8 noyabr 1934, Paris, Üçüncü Fransa Respublikası) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri, Azərbaycan Xalq Cümhuriyyətinin 2-ci xarici işlər və portfelsiz naziri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü, Zaqafqaziya Seyminin və Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının üzvü, Ümumrusiya Müəssislər Məclisinin üzvü, Bakı Müsəlman İctimai Təşkilatları Şurası İcraiyyə Komitəsinin sədri, Nicat Cəmiyyətinin sədri, Rusiya imperiyası I Dövlət Dumasında Müsəlman fraksiyasının sədri, Rusiya imperiyası I Dövlət Dumasının üzvü, İttifaqi-Müslimin Partiyasının sədri, Bakı Şəhər İdarəsinin rəisi, Bakı Şəhər Dumasının üzvü, Kaspi qəzetinin baş redaktoru. Əlimərdan bəy Topçubaşov 1896-cı ildən sonra Bakı Şəhər Dumasının üzvü seçilmiş və oradakı fəaliyyəti ilə Bakıda tanınmağa başlamışdır. I Dövlət Dumasına üzv seçilməsi, Ümumrusiya Müsəlmanlar Qurultaylarında iştirak etməsi onu daha da məşhurlaşdırmışdır. 1917-ci ildən etibarən Azərbaycanın azadlığı uğrunda fəaliyyət göstərməyə başlayan Əlimərdan bəy İctimai Təşkilatların Şurasının sədri seçilmiş və Müsavat Partiyası ilə hazırlanan ortaq siyahı üzrə həm Bakı Şəhər Dumasına, həm də Ümumrusiya Müəssislər Məclisinə üzv seçilmişdir. Ümumrusiya Müəssislər Məclisinin ləğv olunmasından sonra təsis olunmuş Zaqafqaziya Seyminin, daha sonra isə Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurasının üzvü olmuşdur.1918-ci ildə Əlimərdan bəy Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının sədri tərəfindən İstanbula fövqəladə səlahiyyətli səfir və nazir olaraq ezam olunmuş və burada başda VI Mehmed olmaqla bir sıra yerli və beynəlxalq əhəmiyyətli görüşlər keçirmişdir.1918-ci ilin 7 dekabr tarixində Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin açılışında yekdilliklə parlamentin sədri seçilən Əlimərdan bəy sonrakı iclaslarda Azərbaycan Xalq Cümhuriyyətinin Paris Sülh Konfransına göndərəcəyi Nümayəndə Heyətinə üzv və sədr seçilmişdir.1919-cu ildə bir sıra maneələrdən sonra Parisə çatan Əlimərdan bəy burada Azərbaycanın de-fakto və de-yure tanınması üçün bir sıra vacib görüşlər keçirmişdir. Bunlardan ən vacibi isə Amerika Birləşmiş Ştatlarının prezidenti Vudro Vilsonla olan görüş olmuşdur. Əlimərdan bəy Amerika Birləşmiş Ştatlarının prezidenti ilə görüşən ilk azərbaycanlılardan biri və ilk azərbaycanlı dövlət xadimi olmuşdur.1919-cu ilin yanvar ayının 14-də Azərbaycan Paris Sülh Konfransı tərəfindən de-fakto tanınmış, yanvar ayının 15-də isə müvafiq sənədlər Əlimərdan bəyə təqdim olunmuşdur. Aprel işğalından sonra Parisdə mühacir həyatına başlayan Əlimərdan bəy işğalla bağlı 1 həftə sonra məlumat ala bilmişdir. Ölümünədək mühacir həyatı yaşayan Azərbaycanın azadlığı və Qafqaz respublikalarının birliyi üçün çalışan Əlimərdan bəy səfalət içində yaşamış, 1934-cü ildə Parisdə vəfat etmişdir. == Həyatı == Əlimərdan bəy Topçubaşov 1863-cü ilin may ayının 4-də Tiflis şəhərində qulluqçu ailəsində dünyaya gəlmişdir.
Əlimərdan bəy Topçubaşov
Əlimərdan bəy Ələkbər bəy oğlu Topçubaşov və ya Əlimərdan bəy Topçubaşi (az.-əbcəd علی مردان بك علی اکبر بك اوغلو توپچوباشف‎; 4 may 1862, Tiflis – 8 noyabr 1934, Paris, Üçüncü Fransa Respublikası) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri, Azərbaycan Xalq Cümhuriyyətinin 2-ci xarici işlər və portfelsiz naziri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü, Zaqafqaziya Seyminin və Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının üzvü, Ümumrusiya Müəssislər Məclisinin üzvü, Bakı Müsəlman İctimai Təşkilatları Şurası İcraiyyə Komitəsinin sədri, Nicat Cəmiyyətinin sədri, Rusiya imperiyası I Dövlət Dumasında Müsəlman fraksiyasının sədri, Rusiya imperiyası I Dövlət Dumasının üzvü, İttifaqi-Müslimin Partiyasının sədri, Bakı Şəhər İdarəsinin rəisi, Bakı Şəhər Dumasının üzvü, Kaspi qəzetinin baş redaktoru. Əlimərdan bəy Topçubaşov 1896-cı ildən sonra Bakı Şəhər Dumasının üzvü seçilmiş və oradakı fəaliyyəti ilə Bakıda tanınmağa başlamışdır. I Dövlət Dumasına üzv seçilməsi, Ümumrusiya Müsəlmanlar Qurultaylarında iştirak etməsi onu daha da məşhurlaşdırmışdır. 1917-ci ildən etibarən Azərbaycanın azadlığı uğrunda fəaliyyət göstərməyə başlayan Əlimərdan bəy İctimai Təşkilatların Şurasının sədri seçilmiş və Müsavat Partiyası ilə hazırlanan ortaq siyahı üzrə həm Bakı Şəhər Dumasına, həm də Ümumrusiya Müəssislər Məclisinə üzv seçilmişdir. Ümumrusiya Müəssislər Məclisinin ləğv olunmasından sonra təsis olunmuş Zaqafqaziya Seyminin, daha sonra isə Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurasının üzvü olmuşdur.1918-ci ildə Əlimərdan bəy Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının sədri tərəfindən İstanbula fövqəladə səlahiyyətli səfir və nazir olaraq ezam olunmuş və burada başda VI Mehmed olmaqla bir sıra yerli və beynəlxalq əhəmiyyətli görüşlər keçirmişdir.1918-ci ilin 7 dekabr tarixində Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin açılışında yekdilliklə parlamentin sədri seçilən Əlimərdan bəy sonrakı iclaslarda Azərbaycan Xalq Cümhuriyyətinin Paris Sülh Konfransına göndərəcəyi Nümayəndə Heyətinə üzv və sədr seçilmişdir.1919-cu ildə bir sıra maneələrdən sonra Parisə çatan Əlimərdan bəy burada Azərbaycanın de-fakto və de-yure tanınması üçün bir sıra vacib görüşlər keçirmişdir. Bunlardan ən vacibi isə Amerika Birləşmiş Ştatlarının prezidenti Vudro Vilsonla olan görüş olmuşdur. Əlimərdan bəy Amerika Birləşmiş Ştatlarının prezidenti ilə görüşən ilk azərbaycanlılardan biri və ilk azərbaycanlı dövlət xadimi olmuşdur.1919-cu ilin yanvar ayının 14-də Azərbaycan Paris Sülh Konfransı tərəfindən de-fakto tanınmış, yanvar ayının 15-də isə müvafiq sənədlər Əlimərdan bəyə təqdim olunmuşdur. Aprel işğalından sonra Parisdə mühacir həyatına başlayan Əlimərdan bəy işğalla bağlı 1 həftə sonra məlumat ala bilmişdir. Ölümünədək mühacir həyatı yaşayan Azərbaycanın azadlığı və Qafqaz respublikalarının birliyi üçün çalışan Əlimərdan bəy səfalət içində yaşamış, 1934-cü ildə Parisdə vəfat etmişdir. == Həyatı == Əlimərdan bəy Topçubaşov 1863-cü ilin may ayının 4-də Tiflis şəhərində qulluqçu ailəsində dünyaya gəlmişdir.
Əlimərdan bəy Təklə
Əlimərdan bəy Təklə (1762- ?) — Qarabağ bəylərindən, mahal naibi. == Həyatı == III Əlimərdan bəy Məhəmmədəmin bəy oğlu 1762-ci ildə Qarabağ xanlığının Dəmirçihəsənli mahalının Təklə obasında dünyaya pənah gətirmişdi. Molla yanında ibtidai təhsil almışdı. Bir müddət Mеhdiqulu xan Sarıcalı-Cavanşirin sarayında еşikağası işləmişdi. Sonra Dəmirçihəsənli mahalının naibi, еlin minbaşısı olmuşdu. 1822-ci ildə xanla bərabər İrana qaçmışdı. III Əlimərdan bəyin törəmələri Əlimərdanbəyov soyadını daşıyırdılar. == Ailəsi == Əlimərdan bəyin Məhəmmədəmin bəy, Potu bəy, Məmmədəli bəy, Ramazan bəy, Haqnəzər bəy, Ağarza bəy adlı oğulları vardı. == Mənbə == Ənvər Çingizoğlu, Əlimərdanbəyovlar, "Soy" еlmi-kütləvi dərgi, 2010, №9, səh.7-14.
Əlimərdan xan Bəxtiyari
Əlimərdan xan Bəxtiyari (Səfəvilər – 1754, Kirmanşah) — Bəxtiyari elinin Çaharləng oymağının başçısı. == Həyatı == Beləliklə, Nadir şah Əfşarın vəfatından sonra bu qüvvələr arasında İranın faktiki olaraq hər yerində hakimiyyət uğrunda mübarizə genişlənmişdi. Belə ki, bu qüvvələr bir-birlərinə qarşı mübarizə aparırdılar, həm də bu mübarizə də özünə müqabil qruplaşmalarda da birləşirdilər. Bu onların həmin mübarizədə təkcə hərbi vasitələrdən deyil, həmçinin siyasi vasitələrdən də istifadə etmələrinin məqsədəuyğunluğunu əsaslandırırdı. Belə bir vəziyyətdə Mərkəzi İranda bəxtiyar tayfası olan Çaharləngin başçısı Əlimərdan xan da mərkəzi hakimiyyətin olmamasından istifadə edərək, bəxtiyarilərin hakimiyyət uğrunda mübarizəsinə başçılıq etdi. Bu mübarizədə onların başlıca rəqibi o qədər də güclü olmayan zənd tayfası idi. Tərəflər arasındakı toqquşmada bəxtiyarilər məğlub oldu. Bəxtiyariyə qaçan Əlimərdan xan burada əsas rəqibi olan Kərim xan Zəndlə hərbi ittifaq bağladı. O ilk öncə Gülpayigan və Xansar şəhərlərini ələ keçirdi və 1750-ci ilin mayında Əlimərdan xan İsfahanın qapılarına vardı. İsfahan valisi Əbülfəth xan Bəxtiyari və şəhərin böyükləri qalanı qorumaq üçün toplaşdılar, lakin Əlimərdanın təkliflərindən sonra onlarla əməkdaşlıq etməyə razı oldular və İsfahan qapılarını Əlimərdan xan ordusuna açdılar.Əlimərdan xan, Əbülfəth xan və Kərim xanla birlikdə Səfəvi sülaləsini bərpa etmək məqsədiylə İranın qərbində bir ittifaq qurdular və 17 yaşlı Səfəvi şahzadəsi Əbu Torabi nayib olaraq hökmdar təyin edildi - 1750-ci ilin 29 iyununda Əbu Torab şah elan edildi və ona sülalə adı olaraq III İsmayıl ünvanı verildi.
Əlimərdan xan Teymuri
Əlimərdan xan Teymuri Nüsrətülmülk ləqəbi ilə Dostməhəmməd xan Teymurinin oğlu və Məhəmmədrza xan Teymurinin qardaşı,Teymuri elinin başçısı və Məhəmmədibrahim Əmir Teymurun atası idi.
Əlimərdan xan Zığ
Əlimərdan xan Gəncəli xan oğlu Zığ (?- aprel, 1657) —kürd mənşəli Səfəvi sərkərdəsi, Kəşmirin sövbədarı. == Həyatı == Əlimərdan xan Gəncəli xan oğlu Kirmanda anadan olmuşdu. Böyük Moğol hökmdarı Şah Cahan (1628–1658 dövründə Səfəvi-Moğol dövlətləri arasında Qəndəhar üstündə çəkişmələr yenidən qızışır və Səfəvilərin bu məntəqədəki bəylərbəyi Əlimərdan xan Qəndəharı Moğollara təslim (1638) edir. Səfəvi Moğol dövlətləri arasında Qəndəhar üstündə baş vermiş yeni münaqişələr və bu məntəqənin idarə quruluşu haqqında "Abbasnamə" müfəssəl məlumat verir. Qaynaqda qeyd edilir ki, Gəncəli xanın oğlu Əlimərdan xan I Şah Səfinin dövründə Qəndəhar əmir əl-ümərası və hakimi idi. O, Şah Səfidən üz döndərib Hindistan şahına məktub yazmış və onu Qəndəhara dəvət etmişdi. Hind şahı isə Səfdər (Səid) xanın başçılığı altında Qəndəhara hərbi dəstə göndərib oranı öz hakimiyyətinə tabe etmişdi. Əlimərdan xanın İbrahim xan adlı oğlu vardı.
Əlimərdan bəy Abdallı-Qacar
Əlimərdan bəy Abdallı-Qacar — Qarabağ bəylərindən Qızılbaş ordusunda yüzbaşı. == Həyatı == Əlimərdan bəy Vərəndə nahiyəsinin Qacar obasında anadan olub. Mədrəsə təhsili almışdı. Yüzbaşı kimi Qızılbaş ordusunda xidmət etmişdi. Ordudan tərxis olduqdan sonra doğma kəndlərinə qayıtmış, şahın ona tiyul kimi verdiyi mülkləri idarə etmişdi. Qarabağın nüfuzlu bəylərindən idi. 1650-ci ildə II Şah Abbas Səfəvi onun şahidliyi əsasında Məlik Şahnəzəri Vərəndə nahiyəsinə məlik təyin etmişdi. == Ailəsi == Əlimərdan bəyin Əliabbas bəy adlı oğlu vardı. == Mənbə == Ənvər Çingizoğlu. Qacarlar və Qacar kəndi.
Anna Əlimərdanova
Anna Əlimərdanova (6 may 1991) — Azərbaycanı təmsil edən qadın boksçu. == Karyerası == Anna Əlimərdanova 2014-cü ilin 31 may-8 iyununda Rumıniyanın Buxarest şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. Əlimərdanova 1/16 final mərhələsi çərçivəsində baş tutan görüşdə Rusiya nümayəndəsi Yelena Saveleva ilə üz-üzə gəldi və rəqibinə 0:2 hesabı ilə məğlub oldu.Daha sonra Anna Əlimərdanova 2014-cü ilin 16-24 noyabrında Cənubi Koreyanın Jeju şəhərində baş tutan Dünya Çempionatında çıxış elədi. Əlimərdanova 1/16 final mərhələsində Meksika nümayəndəsi Denia Sosaya (3:0), 1/8 final mərhələsində isə İrlandiya təmsilçisi Miçaela Valşa (2:0) qalib gəlsə də, 1/4 final mərhələsində Türkiyə nümayəndəsi Ayşe Taşa məğlub oldu (0:3) və mübarizəsini dayandırdı.2015-ci ilin 12-28 iyununda baş tutan I Avropa Oyunlarında da mübarizə aparan Anna Əlimərdanova, turnirin 1/4 final mərhələsində Bolqarıstan nümayəndəsi Stanimira Petrovaya qalib gəlsə də (3:0), 1/2 final mərhələsində Rusiya təmsilçisi Yelena Savelevaya məğlub oldu (0:3) və I Avropa Oyunlarının bürünc medalına sahib oldu.Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamına əsasən I Avropa Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Anna İvanovna Əlimərdanova "Tərəqqi" medalı ilə təltif edildi.Anna Əlimərdanova 2016-cı ilin 18-28 mayında Qazaxıstanın Astana şəhərində baş tutan Dünya Çempionatında da mübarizə apardı. Əlimərdanova 1/16 final mərhələsində ABŞ nümayəndəsi Virciniya Fuşa qalib gəlsə də (2:0), 1/4 final mərhələsində Birləşmiş Krallıq təmsilçisi Nicola Adamsa məğlub oldu (0:3) və turniri medalsız başa vurdu.Daha sonra Anna Əlimərdanova 2016-cı ilin 15-24 noyabrında Bolqarıstanın Sofiya şəhərində baş tutan Avropa Çempionatında çıxış elədi. Əlimərdanova 1/8 final mərhələsində Belarus nümayəndəsi Qalina Bruyeviçi 3:0, 1/4 final mərhələsində İsveç təmsilçisi Helena Envalı 3:0, 1/2 final mərhələsində isə Fransa nümayəndəsi Delfine Mancinini 3:0 hesabı ilə məğlub elədi və final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə isə o, Bolqarıstan nümayəndəsi Stanimira Petrovaya 0:3 hesabı ilə məğlub oldu və Avropa Çempionatının gümüş medalına sahib oldu.
Aşıq Nəcəf Əlimərdanlı
Aşıq Nəcəf Əlimərdanlı (tam adı:Nəcəf Alı oğlu Hüseynov; 1900, Əlimərdanlı – 1946, Tovuz rayonu) — Azərbaycanlı aşıq, şair, 1937-ci ildən SSRİ Yazıçılar İttifaqının üzvü. == Həyatı == Aşıq Nəcəf Əlimərdanlı 1900-cü ildə) Tovuzun Əlimərdanlı kəndində anadan olub. Kiçik yaşlarından qoyun-quzu otarmış, təhsil ala bilməmişdir. 1926-cı ilin axırlarına kimi həmin rayonun Oaracaəmirli kəndində çoban olmuşdurAşıq sənətini Aşıq Hüseyn Bozalqanlidan öyrənib. Bir yaradıcı aşıq kimi qoşma, gəraylı, təcnis, ustadnamə, divani, müxəmməs yazıb. Dayısı Molla İsmayılın yanında mükəmməl şəriət təhsili almışdır. Aşıq nəcəfin babası Kərbəlayı Hüseyn Kərbəlayı Pənah oğlu uzun müddət Əlimərdanlı kəndinin koxası olmuşdur. Üç şeirlər kitabı nəşr edilib. 1937-ci ildən SSRİ YB-nin üzvü olub. 1928-ci ildə aşıqların birinci qurultayına nümayəndkeçirsə başa, ə seçilib.
Elvin Əlimərdanov
Elvin İlham oğlu Əlimərdanov () — Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elvin Əlimərdanov 1994-cü ilin dekabr ayının 12-də Sumqayıtda anadan olmuşdur. Orta məktəbi Gürcüstan respublikasının Bolnisi rayonun Saraçlı kəndində bitirmişdir. Subay idi. == Hərbi xidməti == Elvin Əlimərdanov 6 oktyabr 2020-ci il tarixdə könüllü olaraq cəbhəyə yollanmışdır. O 27 sentyabr 2020-ci il tarixində başlanan İkinci Qarabağ müharibəsi zamanı 16 oktyabr 2020-ci il tarixində Suqovuşanın azad edilməsi üçün aparılan döyüş əməliyyatlarında iştirak etmiş və Ermənistan ordusunun top atəşi açması nəticəsində səhid olmuşdur. Lakin Elvin Əlimərdanovun nəşi 2020-ci ilin 16 oktyabr tarixindən 1 dekabr tarixinədək tapılmamışdır. Şəhidin nəşi 1 dekabr 2020-ci il tarixində DNT analizi nəticəsində aşkar edilərək ailəsinə təhvil verilmişdir. Şəhid Elvin Əlimərdanov Xırdalan şəhər şəhidlər xiyabanında dəfn edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgəri Elvin İlham oğlu Əlimərdanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Hafiz Əlimərdanov
Hafiz Əlimərdanov (tam adı: Hafiz Mütəllim oğlu Əlimərdanov; d. 01.01.1948, İsmayıllı rayonu, Lahıc qəsəbəsi) — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun "Alitsiklik birləşmələr" laboratoriyasının müdiri, kimya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü (2014). == Həyatı == Hafiz Əlimərdanov 1948–ci ildə anadan olmuş, 1971-ci ildə indiki Bakı Dövlət Universitetinin (BDU) kimya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildə Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnistitunun aspiranturasına daxil olmuş, 1975-ci ildə “Tsiklopentanon və onun homoloqlarının C5-C8 alfa olefinlərə birləşmə reaksiyasının tədqiqi və heptiltsiklopentanonun alınma prosesinin işlənib hazırlanması” mövzusunda namizədlik, 1993-cü ildə isə “Beş və altıüzvlü alitsiklik karbohidrogenlərin oksid və seolit katalizatorlarının iştirakı ilə tsikloolefinlərə oksidləşdirici dehidrogenləşdirilməsi” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir, 2005-ci ildə ona professor elmi adı verilmişdir. == Əsas elmi nailiyyətləri == Beş və altı üzvlü alitsiklik karbohidrogenlərin tsikloolefinlərə qismən dehidrogenləşməsi üçün müvafiq katalizatorlar seçilmiş və reaksiyaların əsas qanunauyğunluqları müəyyən edilmişdir. Tsikloheksan karbohidrogenlərinin polialkilbenzollara dehidrodisproporsiallaşması və C1-C3 biratomlu spirtlərlə dehidroalkilləşməsi prosesləri üçün katalizatorun seçilməsi əsaslandırılmış və prosesin getmə qanunauyğunluqları müəyyən edilmişdir. Beş və altı üzvlü alitsiklik ketonların təcrübi-sənaye qurğularında istehsalı təşkil olunmuşdur. Beş və altı üzvlü alitsiklik ketonların müvafiq laktonlara oksidləşdirilməsi qanunauyğunluqları öyrənilmiş və bu laktonların təcrübi-sənaye qurğularında istehsalı təşkil olunmuşdur. Doymamış mono-və bitsiklik karbohidrogenlərin oksidlərə, ketonlara, spirtlərə (bir və ikiatomlu) maye fazada oksidləşməsi üçün katalizatorların seçilmiş və proseslərin getmə qanunauyğunluqlarının öyrənilmmişdir.
Əli Əlimərdanlı
Əli Əlimərdanlı (24 oktyabr 1996-cı ildə Azərbaycanda anadan olub) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Sumqayıt FK klubunda hücumçu kimi çıxış edən peşəkar Azərbaycanlı futbolçudur. == Klub karyerası == === Sumqayıt === Əlimərdanlı Sumqayıt FK akademiyası vasitəsilə inkişaf etmişdir. Əlimərdanlı əsas komanda ilə debütünü 18 oktyabr 2015-ci ildə etmişdir. O, 93-cü dəqiqədə İnter Bakı PİK klubu ilə qarşılaşmada Pərviz Fərcad-Azadı əvəz etmişdir. Həmin görüşdə Sumqayıt Azərbaycan Premyer Liqası görüşündə İnter Bakı ilə 1-1 hesabı ilə bərabərə qalmışdır. == Karyera statistikası == === Klub === 4 Mart 2017 tarixində yenilənib1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Azərbaycan Superkuboku görüşləri daxildir.
Əlimərdanlı
Əlimərdanlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Əlimərdanlı kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Oykonim əlimərdanlı nəslinin adını əks etdirir. Etnotoponimdir. == Tarixi == Əlimərdanlı kəndi öz adını təqribən 1680-ci ildə Şəmsəddin mahalının Əmirli obasında anadan olan Əlimərdan adlı şəxsin adından götürmüşdür. Əlimərdanın Pənah, onun da Məhəmmədəli adlı oğlu olmuşdur. Məhəmmədəlinin İbrahim və Qara Əlimərdan adlı oğullarının adları məlumdur. İbrahimin Pənah və İsmayıl adlı oğlanlarının adları məlumdur. Pənahın Hüseyn, Həsən, Ələkbər, Ələsgər adlı oğulları və bir neçə qızı olub. Hüseynin Alı, Abbas, Qəhrəman adlı oğulları və bir neçə qızı olub. Məşhur el sənətkarı Aşıq Nəcəf Əlimərdanlı Alının oğludur.

Значение слова в других словарях

аболициони́ст ва́зовский вска́тывать метросексуа́льный подседе́льная подшиби́ть поса́дский поста́ивать прота́чивать сластёны словоохо́тливый тра́пеза фрега́т агрохими́ческий высокопа́рно озорнича́ть отбры́киваться поги́бшая древо market basket land-ice precocial заполаскивать нащупывать тебе