Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Alum
Alumlar ikiqat duz qrupuna aid olan kimyəvi birləşmələrdirlər. Onların ümumi düsturu [ Me +1 Me +3 (SO 4 )<substrat>2.12H 2 O ] formasındadır. Burada Me +1 = K +, NH 4 +, Rb +, Cs +, TI + ; Me +3 = Al +3, Fe +3, Ga +3, In +3, Cr +3, V +3 kimi ifadə edilə bilər. İplik və ya parça rəngləmədə və yaxud da suyun təmizlənməsində müntəzəm olaraq istifadə olunan alum hal-hazırda aluminium sulfatla əvəz edilmişdir. Alumlar suda asanlıqla həll oluna bilirlər və onların şirin dadları olur. Türkiyənin Gediz-Şaphane ərazisində onlara çox rast gəlinir.
Anbar Alum
Anbar Alum və ya Anbar Olum - İranın Gülüstan ostanının Ağqala şəhristanının Voşmgir bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5 859 nəfər və ya 1 247 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti türkmənlərdən ibarətdir və türkmən dilində danışırlar.
Aluminium sulfat
Aluminium sulfat Al2 (SO4)3 formuluna malik olan kimyəvi birləşmədir. Suda həll olunur və ilk növbədə içməli suyun və çirkab suları təmizləmə qurğularının təmizlənməsində, eləcə də kağız istehsalında qatılaşdırıcı agent kimi istifadə olunur.
Alam
Alam və ya Alamos (yun. Άλαμος) — Azərbaycanda qədim yaşayış məntəqəsi. II əsrdə yaşamış yunan coğrafiyaşünası Ptolemeyin "Coğrafi təlimnamə" əsərində Alban çayı (Samurçay) ilə Kas çayı (Qusarçay) arasında olduğu göstərilmişdir. Yeri müəyyənləşdirilməmişdir. Bəzi tədqiqatçılar Alamı indiki Xaçmaz rayonunun Yalama kəndi ilə əlaqələndirirlər.
Alim
Alim — ərəb dilindən tərcümədə elmlə məşğul olan, düşünən və yaradıcı təbəqənin nümayəndəsi olan şəxsdir. Alimlər digər insanlardan öz bacarıqları, savad və düşüncələri ilə fərqlənirlər. Onlar bir tədqiqat sahəsi ilə sistematik şəkildə məşğul olaraq yeni biliklərin əldə olunmasına çalışırlar. Alimlərin məqsədi mövcud iş şəraitində birbaşa və ya dolayı yolla insanların həyat tərzinin yaxşılaşdırılmasından ibarətdir. Ona görə də, tarix boyu alimlərin işləri dövlətlərdə söz sahibi olan şəxslər və qurumlar tərəfindən dəstəklənmiş və nəzarət edilmişdir. İlk təşkil olunmuş şəkildə aparılan elmi işlərə Qədim Yunanıstanda, Platon akademiyasında rast gəlinir. Əvvəllər elmlə məşğul olan şəxslər saray əyanları kimi xüsusi imtiyazlara malik olsalar da, sonradan onlara verilən elmi dərəcələrlə cəmiyyətdə elitar bir təbəqə yaranmışdır.
Almu
Almu — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 250 nəfərdir.[mənbə göstərin] == Tarixi == Almu Lerik rayonunun Vizəzəmin inzibati ərazi vahidində kənd. Burovar silsiləsinin ətəyindədir. Türk dillərində alım/alımı "yaxın; əldə edilmiş" deməkdir. Oykonim kəndin mərkəzə yaxın olmasını bildirir. Qədim Ələmrud qalası buradadır.
Arum
Danaayağı (lat. Arum) — bitkilər aləminin baqəvərçiçəklilər dəstəsinin aroidkimilər fəsiləsinə aid bitki cinsi. == Arealı == Danaayağı növü Mikroneziya, Avropa, eləcə də Aralıq dənizi sahillərindən Qərbi Çinə qədər yayılmışdır. == Növləri == Arum alpinariae (Alpinar & R.R.Mill) P.C.Boyce Arum apulum (Carano) P.C.Boyce Arum balansanum R.R.Mill Arum besserianum Schott Arum byzantinum Blume Arum concinnatum Schott Arum creticum Boiss. & Heldr. Arum cylindraceum Gasp. Arum cyrenaicum Hruby Arum dioscoridis Sm. Arum dioscoridis var. cyprium (Schott) Engl. Arum dioscoridis var.
Atum
Atum — Atum bəzən Atem və ya Tem kimi tərcümə olunur, Misir mifologiyasında mühüm tanrıdır. == Adı == Atumun adının "tamamlamaq" mənasını verən tm felindən törədiyi güman edilir. Beləliklə, o, xaosa çevrilən dünyanı yaratmaqla yanaşı, "mükəmməllik timsalı" kimi şərh edilmişdir. Yaradıcı kimi o, dünyanın əcdadı hesab olunurdu. Dünyanın əsas substansiyası, tanrılar və başqa hər şey onun təbiətindən yaranmışdır. == Mənşəyi == Atum ən qədim dövrlərdən bəri ən mühüm və tez-tez xatırlanan tanrılardan biridir, bunu padşahın yaradıcısı və atası kimi təsvir olunduğu Piramida Mətnləri də sübut edir. Bir neçə müqəddəs kitab Atumun necə yarandığı ilə ziddiyyət təşkil edir. Bəziləri Atumun öz adını çəkərək yaratdığını, bəziləri isə onun mavi lotus çiçəyindən və ya yumurtasından gəldiyini iddia edir. == Rolu == Heliopolit yaratma mifində Atum kurqanda ilkin sulardan özünü yaradan ilk tanrı hesab olunurdu. İlk miflərdə deyilir ki, Atum Şu tanrısı və ilahə Tefnutu ağzından tüpürərək yaradıb.
İlum
İlum (ing. Ilum) — "Ulduz müharibələri" kainatında uydurma planet. İlum cırtdan planetdən bir qədər kiçik olan astronomik yer cismidir. Kayber-kristall nüvəsi və soyuq iqlimi var, həcminə baxmayaraq planet hesab edilir. İlum arktik planetdir, demək olar ki, bütün planet buz və qarla örtülüdür və buna görə də əksər növlər üçün əlverişsizdir, lakin burada sayıqlığı olmayan canlılar yaşayır. İlumun buzlu səthinin altında kayber-kristallarının yerləşdiriyi bir kristal mağarası var. Bu səbəbdən planet əsrlər boyu ceday ordeni üçün müqəddəs yer olmuşdur. Ilum — Vukipediya saytında.
Chenopodium album var. album
Ağımtıl tərə (lat. Chenopodium album) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin tərə cinsinə aid bitki növü. == Sinonimləri == Anserina candidans (Lam.) Montandon Atriplex alba (L.) Crantz Atriplex viridis (L.) Crantz Blitum viride (L.) Moench Botrys alba (L.) Nieuwl. Botrys alba var. pauper Lunell Botrys pagana (Rchb.) Lunell Chenopodium agreste E.H.L.Krause Chenopodium album var. album album Chenopodium album subsp. bernburgense Murr Chenopodium album var. candicans Moq. Chenopodium album subsp. collinsii Murr Chenopodium album var.
Eupatoriophalacron album
Eupatorium album
Eupatorium album (lat. Eupatorium album) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin asırqalotu cinsinə aid bitki növü.
Galium album
Galium album (lat. Galium album) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin qatıqotu cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Galium mollugo subsp. album (Mill.) Tzvelev == Yarımnövləri == Galium album subsp. album Galium album subsp. amani Ehrend. & Schönb.-Tem. Galium album subsp. prusense (K.Koch) Ehrend. & Krendl Galium album subsp.
Harold Blum
Harold Blum (ing. Harold Bloom) (11 iyul 1930[…], Nyu-York, Nyu-York ştatı – 14 oktyabr 2019[…], Nyu-Heyven, Konnektikut) — amerikalı ədəbiyyatşünas. == Fəaliyyəti == Kornell Universitetini bitirmişdir (1951). Yel Universitetində dərs demişdir (1955-ci ildən). Nəzəri görüşləri freydizm və strukturalizmin təsirilə formalaşmışdır. Blumun erkən yaradıcılığında romantizm poeziyasına dair əsərləri və mədəni irs problemlərinə həsr olunmuş tetralogiyası əsas yer tutur; burada o, dahinin ("güclü şair") ədəbi sələfinə ("mənəvi ata") qarşı mübarizəsini şərh edir: "Təsirin qorxusu" (1973), "Yanlış oxu xəritəsi" (1975), "Kabbala və tənqid" (1975), "Poeziya və repressiya" (1976). Nüfuzlu yazıçı və onun xüsusi təsir qüvvəsi kimi estetik prioritetləri formalaşdıran mətnləri yaradıcılığının yetkin dövrünün daimi mövzusudur. Uilyam Şekspiri "Qərb mədəniyyəti kanonunun" əsası hesab edən Blum, postmodernizmin ənənəvi ədəbi dəyərləri dekonstruksiyalaşdırmaq cəhdinə qarşı çıxır ("Qərb kanonu: kitablar və epoxalar məktəbi", 1995; "Şekspir: insanlığın kəşfi", 1998). "Müqəddəs həqiqətlərin süqutu: Bibliyadan bugünədək poeziya və inam" (1989) və "Amerika dini: postxristian millətinin yaranması" (1992) kitablarının müəllifidir.
Heidi Klum
Heidi Klum(alm. Heidi Klum‎; doğ. 1 iyun 1973, Berqiş-Qladbax, Şimali Reyn-Vestfaliya, Almaniya) — alman supermodeli, aktrisası. == Həyatı == Heidi Klumun bioqrafiyası olduqca maraqlıdır. 1973-cü ildə Almaniyada anadan olub. Karyerası 1992-ci ildən başlayıb. O, 18 yaşında "1992-ci ilin Modeli" müsabiqəsinin qalibi seçilib. Bu qələbə ona 300 minlik gəlir gətirdi və "Late-Night Show"-da iştirak hüququ verdi. Beləliklə, dizaynerlik təhsilini yarımçıq qoyaraq model karyerasına başladı. 1993-cü ildə Klum ABŞ-yə köçdü.
Lamium album
Ağ dalamaz (lat. Lamium album) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin dalamaz cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Çoxillik ot bitkisi olub yarpağının formasına görə gicitkənə oxşayır. Şimal jarımkürəsinin mülayim zonasında, keçmiş SSRİ-də hər yerdə, o cümlədən Azərbaycanda alaq bitkisi kimi yayılmışdır. Çiçək və yarpaqlarında aşı maddəsi, saponin, askorbin turşusu var. Yaxşı balverən bitkidir. == Sinonimləri == === Homotipik sinonimləri === Lamium vulgatum Benth. Lamium vulgatum var. album (L.) Benth. == Yarımnövləri == Lamium album subsp.
Ligustrum album
Adi birgöz (lat. Ligustrum vulgare) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin birgöz cinsinə aid bitki növü. == Sinonimləri == Ligustrum album Gueldenst. ex Ledeb. Ligustrum angustifolium Gilib. [Invalid] Ligustrum decipiens Gand. Ligustrum insulare Decne. Ligustrum insulense Decne. Ligustrum italicum Mill. Ligustrum lodense Glogau Ligustrum oviforme Gand.
Lolium album
Bihuşedici quramit (lat. Lolium temulentum) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin quramit cinsinə aid bitki növü. == Sinonimləri == Bromus temulentus Bernh. Craepalia temulenta (L.) Schrank Lolium aegyptiacum Bellardi ex Rouville [Invalid] Lolium album Steud. [Invalid] Lolium annuum Lam. Lolium arvense With. Lolium asperum Roth ex Kunth [Invalid] Lolium asperum Roth Lolium berteronianum Steud. Lolium cuneatum Nevski Lolium decipiens Dumort. Lolium giganteum Roem. & Schult.
Marrubium album
Adi itotu (lat. Marrubium vulgare) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin i̇totu cinsinə aid bitki növü.
Meteora (album)
Meteora – Linkin Parkın 2-ci studiya albomudur. 25 mart 2003 tarixində Warner Bros. tərəfindən şatışa çıxardılmışdır. Albomun ilk sinqlı Somewhere I Belong mart ayında yayımlandı. Sonra müvafiq olaraq "Faint", "Lying from You", "From the Inside", "Breaking the Habit" və "Numb" sinqlları yayımlandı. Meteora Modern Rock mahnıları siyahısının ən uğulu albom sayılır. Bu albom 2003-cü ildə Qremmi mükafatı almışdır. İndiyədək dünya üzrə 10 milyonun üzərində satış rəqəminə çatmışdır. Albomun 8-ci mahnısı "Figure.09" S.W.A.T filminin soundtreki olmuşdur. 12-ci mahni "Session" isə "The Matrix Reloded" filminin soundtreki olmuşdur.
Müzəffər Aləm
Müzəffər Aləm (d.1882-ö.1973) — İranın Xarici İşlər vəziri. Müzəffər Aləm 1882-ci ildə Osmanlı imperiyasının Trabzon şəhərində anadan olmuşdu. Atası Mirzə Əliəkbar xan Mötamədəlvüzəra Qəzvini Bakı, İstanbul, Dəməşq, Bağdad şəhərlərində konsul işləmişdi. Növbəti xidməti yerində Müzəffər xan dünyaya gəldi. İlk təhsilini Bakıda, sonra Tehranda aldı. İstanbulda Osmanlı Hərbiyyə məktəbində oxudu. Sonra Fransaya Sen-Sir (Saint Sier) Artileriya məktəbində təhsilini davam etdirdi. Müzəffər xan vətənə döndükdən sonra İran Xarici İşlər vəzarətində işə düzəldi. Dəməşq şəhərində konsul kimi xidmət etdi. Müzəffər xan 1910-cu ildə Xarici İşlər vəzarətindən istefa etdi.
Məmməd Alim
Məmməd Alim (d. 1949 – ö. 28 avqust 2014) — Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsinin sədri, Respublikanın əməkdar incəsənət xadimi, Rəsul Rza mükafatı laureatı. Şair 1989-cu ildən Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri vəzifəsində çalışırdı. Məmməd Alimin 20-yə qədər kitabı işıq üzü gorüb. Bundan başqa onun dünya ədəbiyyatından tərcümələri də çoxdur. İlk kitabı olan “Ürəyimin şəkli” 1979-cu ildə 30 yaşı olarkən dərc edilib. 2007-ci ildə onun haqqında "Yuva qurdum söz içində. Məmməd Alim" adlı sənədli film çəkilib. Həmin ekran əsərində şairin bütün yaradıcılığı, şeirlərinin yaranma tarixcəsi öz əksini tapıb.
Nelumbium album
Fındıqcalı şanagüllə (lat. Nelumbo nucifera) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin şanagülləkimilər fəsiləsinin şanagüllə cinsinə aid bitki növü.
Orlando Blum
Orlando Blum (ing. Orlando Jonathan Blanchard Bloom; 13 yanvar 1977[…], Kenterberi, İngiltərə, Birləşmiş Krallıq) — Britaniya aktyoru. Ona bu nadir adı XVI əsrdə yaşamış bəstəkar Orlando Gibbonsun şərəfinə qoyublar. Orlando uşaqlıqdan disleksiya xəstəliyindən əziyyət çəkib. Çətinliklə danışsa da, bir neçə saat içərisində məktəb dərnəyi üçün Şekspirin bütün pyes və monoloqlarını əzbər öyrənirdi. Orlando Blum sənətə gəlişini belə izah edir: "Mənim 9 yaşım olanda məktəb yoldaşlarımla bir qıza vurulmuşduq. Hər gün parkda qaçıb, onun sevgilisinin bu dəfə kim olacağını müəyyən edirdik. Mən istəyirdim ki, Supermen olum və onu xilas edim. Bir gün anladım ki, Supermenləri aktyorlar ifa edir. Onda özümə dedim "Bax bu iş əsl mənlikdir""...
Puli Alam
Puli alam — Əfqanıstanın Lövgər vilayətində şəhər. Məşhur əfqan kriketçilər Məhəmməd Nəbi və Gülbəddin Nayib burada anadan olub.
Pterophyllum altum
Pterophyllum altum (lat. Pterophyllum altum) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin tsixlosomkimilər dəstəsinin tsixlosomlar fəsiləsinin skalyarlar cinsinə aid heyvan növü. Bəslənmə forması: Həm heyvan ilə, həm bitki ilə bəslənən Davranış forması: Uda bilməyəcəyi boydakı balıqlara qarşı təcavüzkar olmayan. Öz növlərinə davranışı: Orta dərəcədə təcavüzkar. Üzmə səviyyəsi: Orta səviyyə Cinsiyyət ayrı-seçkiliyi: Kişi və dişi arasında diqqətə çarpan bir fərq yoxdur. Artıma: Düz yumurta tökərlər. Dişi kişi birlikdə yumurtalara baxarlar. Akvarium şərtlərində istehsalı çətindir. İstilik: 26-28°C Ən çox böyüdüyü boy: 20 sm, yüksəkliyi 40 smi keçə bilər. Ən az akvarium həcmi: 300 lt, yüksəklik ən az 60 sm olmalıdır.
Plüm
Plüm - [lat. pluma-lələk] alt mantiyadan Yer qabığına qalxan mantiya şırnaqları; alt mantiya maddəsi olub, seysmoayrıcıdan (660 km yuxarı) nüvə-mantiya sərhədinədək yerləşən "isti", aşağı sıxlıqlı qatdan əmələ gəlir. Mantiya şırnaqları və "isti nöqtələr" konsepsiyası plitədaxili maqmatizm hadisəsini izah etmək üçün S.Vilson (1963–1965) və S. Morqan (1971) tərəfindən irəli sürülmüşdir. Konsepsiya belə bir fikirə əsaslanır ki, mantiya şırnaqları – plümlər mantiyanın çox dərin qatlarında yaranır və daha yüksək səviyyədə hərəkət edən litosfer plitələri sanki "yandıraraq" xətti vulkan silsilələri (okeanda-vulkanik adalar) əmələ gətirir və "qızmar (isti) nöqtələrlə" kəsişən plitələrin hərəkəti istiqamətində, qanunauyqun sürətdə onların yaşını get-gedə qədimləşdirir . Mantiya Yer qabığı Litosfer plitə Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Ölüm
Ölüm — canlı orqanizmin həyat fəaliyyətinin dayanması. Ölümün səbəbi qocalma, aclıq, xəstəlik, özünəqəsd, qətl və digər proseslər ola bilər. Ölüm vahid zaman ərzində populyasiyada ölən fərdlərin sayını göstərir. Ölüm də populyasiyada bir çox səbəbdən fərdlərin genetik və fizioloji mükəmməlliyindən (yararlığından), əlverişsiz fiziki mühit şəraitinin və yırtıcı, parazit, xəstəliklərin təsirindən asılıdır. Hər nəslin həyat tsiklinin müxtəlif mərhələlərində bu amillərin təsir gücü müxtəlif olur. Bir generasiya fərdlərinin hamısı bioloji yaş həddinə çatması və sonra qısa müddətdə ölməsi ideal hadisə sayılır. Hind filosofu Vivekananda belə hesab edirdi ki, ölüm zəifliyin bir ifadəçisidir: Zəifin nə bu dünyada, nə də başqa dünyada yeri yoxdur. Zəiflik ölümdür, deyirdi Vivekananda. Sokratın öz ölümü ərəfəsində son dəfə etdiyi söhbəti xatırlayın. Bu söhbət Fedonda təsvir edilir.
Aləm gözəl (ablom)
Olum ya ölüm (mahnı)
Olum ya Ölüm — Azərbaycanın repçisi Hüseyn Dərya tərəfindən yazılan dini mahnıdır. Mahnı 2012-ci ildə "Youtube" portalına yerləşdirilib. 60 min baxış sayına yüksəlib. Söz: Hüseyn Dərya Musiqi: Hüseyn Dərya Rejissor: Hüseyn Dərya Operator: Hakim Ağayev Montaj: Samir Xəttab Ney: Vüqar Hüseynov Hüseyn Dəryanın "Sus" albomunun bir hissəsidir. Dini məzmunda olan repdir. Vaxtı 4 dəqiqə 28 saniyədir. 2012-ci ildə buraxılıb.
Klinik ölüm
Klinik ölüm - insanın bir müddət ölüm halına oxşar hala düşməsidir. Ürək dayandıqdan beyin qabığı ölənə qədər keçən vaxt klinik ölüm adlanır. Bu termin qan dövranının və nəfəs almağın dayanmasını ifadə edir ki, bu iki meyar insanların və bir çox digər orqanizmin həyatını davam etdirmək üçün zəruridir. Ölüm klinik və bioloji olmaqla 2 mərhələyə bölünür. Belə ki, orqanizmdə oksigen çatışmazlığına ən az davamlı beyin qabığıdır. Ürək fəaliyyəti və tənəffüs dayandıqdan sonra 2-3 dəqiqə ərzində beyin qabığı məhv olur. Xüsusi hallarda - bədən çox soyudulduqda və ya uşaqlarda bu müddət 10-15 dəqiqəyə qədər uzana bilər. Bu vaxt ərzində xəstənin ürək fəaliyyətini bərpa etmək mümkün olsa onu yenidən həyata qaytarmaq da mümkündür. Beyin qabığı məhv olduqdan sonra klinik ölüm bioloji ölümə keçir. Klinik ölüm vəziyyətinə hər birimiz şahid ola bilərik.
Manuel Blüm
Manuel Blyum (ing. Manuel Blum; 26 aprel 1938, Karakas) — hesablama sistemləri nəzəriyyəsi sahəsində ixtisaslaşmış alim. == Həyatı == 26 aprel 1938-ci ildə hesablama sistemləri nəzəriyyəsi sahəsində ixtisaslaşmış alim, Karnegi-Mellon Universitetinin informatika üzrə professoru Manuel Blyum (Manuel Blum) anadan olmuşdur. 1995-ci ildə o, mürəkkəb hesablamalar nəzəriyyəsinin tədqiqatlarında əldə etdiyi nailiyyətlərə və onların kriptoqrafiyada və proqramların yoxlanmasında tətbiqinə görə Türinq mükafatına layiq görülmüşdür. == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.