Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Araz çayı
Araz — Türkiyə, İran, Azərbaycan və Ermənistan əraziləri və sərhədləri ilə axan çaydır. Çay öz mənbəyini Türkiyə ərazisindəki (Cadılar yurdu Nəzrin Bingöl massivi) Ərzurum dağlarından götürür. Azərbaycan Respublikası və İran ərazilərindən keçərək, Azərbaycanın Sabirabad şəhəri yaxınlığında Suqovuşan adlanan ərazisində Kür çayı ilə birləşib Xəzər dənizinə tökülür. Bu çay iki Azərbaycanı — Cənubi Azərbaycan ilə Şimali — Azərbaycan Respublikasını bir-birindən ayıran çay olaraq, hər iki tərəfin mədəniyyətində əks olunur. == Toponimi == Araz çayının adı ilk dəfə Hekatey (er.əv. VI əsr) Herodot (er.əv.V əsr) tərəfindən çəkilmişdir. Araz adının mənbələlərdə ilk dəfə bu əsrlərdə qeyd olunması heçdə onun həmin əsrlərdə yaranması demək deyildir. Sadəcə olaraq bu barədə tarixi mənbə yoxdur. Er.əv.VIII əsrə aid Urartu dilində aid mənbədə (Urartu çarı I Arkiştinin-er.əv..785-753-cü illər arasında yazdırdığı kitabədə) Araz çayı Muna adlandırılır. Məhz bu çar ilk dəfə Muna çayını keçərək indiki Ermənistan ərazisinə hərbi səfər etmişdir.Tədqiqatçılar Muna adının mənasını aça bilməmişlər.
Araz

Araz Naxçıvan
Araz-Naxçıvan PFK — Naxçıvan şəhərini təmsil edən futbol klubu
Araz SES
Araz SES (tam adı: Araz su-elektrik stansiyası) — Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində, Araz çayı, Araz su anbarı üzəində su-elektrik stansiyası. Araz SES-in inşasına 1964-cü ildə başlanılmış və 1970-ci ildə bitirilmiş 1971-ci ildə istismara verilmişdir. SES SSRI dövründə Azərbaycan SSR iləİran dövləti arasındakı razılaşma əsasında inşa edilmişdir. SES torpaq tipli bəndə malik olub, uzunluğu 900 m hündürlüyü isə 40 m-dir. SES 11 MVt gücə malik 2 hidroaqreqat turbinlə təmin olunmuşdur. SES-in ümumi gücü 22 MVt olub istehsal potensialı 148 milyon KVt-saatdir. SES hərbiri İran və Azərbaycan ərazisində yerləşməklə iki binaya malikdir. Hər bir bina özlüyündə 11 MVt gücə malik 2 hidroaqreqat turbinə malikdir.
Araz Seyfullayev
Araz Səlimov
Araz Səlimov (1 iyun 1960, Xocalı, DQMV – 26 fevral 1992, Əsgəran, Xocalı rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Xocalı soyqırımı şəhidi. == Həyatı == 1 iyun 1960-cı ildə Xocalı şəhərində doğulmuşdur. 1975-ci ildə burada orta məktəbin səkkizinci sinfini bitirmişdir. 1978-ci ildə hərbi xidmətə çağırılmışdır. 1980-ci ildə ordudan tərxis edilir və doğma yurdu Xocalıya qayıdır. Burada tərəvəzçilik sovxozunda işləməyə başlayır. == Döyüşlərdə iştirakı == 1988-ci illərdən başlayaraq ermənilərin millətçilik və işğalçılıq siyasəti geniş vüsət almağa başlayanda Araz könüllü olaraq Xocalı özünümüdafiə batalyonlarından birinə yazıldı. Cəsur döyüşçü dəfələrlə qaynar döyüşlərə girmişdi. Araz 1992-ci il 26 fevral Xocalı faciəsi zamanı son gülləsi qalana qədər vuruşdu. Vətənin cəsur oğlu onlarla dinc sakini xilas etdi.
Araz Yaquboğlu
Araz Yaquboğlu (tam adı: Hacıyev Araz Yaqub oğlu; 1 avqust 1973, Yeni Daşkənd, Azərbaycan SSR) — tədqiqatçı, jurnalist, "Qızıl qələm" media mükafatı (2011) və Həsən bəy Zərdabi mükafatı (2023) laureatı, Laçın yurdu jurnalında baş redaktorun müavini, Azərbaycan Jurnalistlər Birliyinin (2023-cü ildən) və Azərbaycan Aşıqlar Birliyinin üzvü (2023-cü ildən). == Həyatı == Araz Yaquboğlu 1973-cü il avqustun 1-də Bərdə rayonunun Yeni Daşkənd kəndində ziyalı ailəsində anadan olub. Əslən Göyçə mahalının Daşkənd kəndindəndir. Atası Yaqub Hacıyev Bərdə rayonunda tanınmış mühəndislərdən olub. Araz Yaquboğlu 1980-ci ildə Bərdə rayonunun Yeni Daşkənd kənd orta məktəbinin I sinfinə getmiş və 1990-cı ildə həmin məktəbin XI sinfini bitirmişdir. 1989-cu ildə Bərdə rayonu üzrə keçirilən riyaziyyatdan fənn olimpiadasında I yeri tutmuşdur. Orta məktəbdə oxuyarkən 1989–1990-cı illərdə məktəbin komsomol təşkilat katibi olmuşdur. 2 avqust 1990-cı ildə ilk əmək fəaliyyətinə Azərbaycan SSR Sənaye Müəssisələri İstehsalat Birliyinin Bərdə Nüşabə Kooperativində fəhlə kimi başlamışdır. 1 fevral 1991-ci ildə iş yerini dəyişərək 9 №li Dəmir Beton Məmulatları Zavodunda çilingər işləmişdir. 1991-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun "İnşaat" fakültəsinə qəbul olmuşdur.
Araz Yağlıvənd
Aşağı Yağlıvənd və ya Araz Yağlıvənd — Azərbaycan Respublikasının Füzuli rayonunun Kərimbəyli kənd inzibati ərazi dairəsində kənd. Kənd rayon mərkəzindən 45 km cənub-şərqdə, Araz çayının sol sahilində, maili düzənlikdə yerləşir. Əhalisi təxminən 1500 nəfərdir. Hazırda əhali asasən əkinçilik və qismən heyvandarlıqla məşğuldur. Kənddə orta məktəb, musiqi məktəbi, kitabxana, klub, tibb məntəqəsi, park, stadion var. Kənd Bakı-Zəngilan şose yolunun solunda, dəmiryol stansiyasının isə "Hacılı" dayanacağında yerləşir. == Tarixi == Aşağı Yağlıvənd kəndi Yağlıvənd obasının əyləşməsi nəticəsində yaranıb. Yağlıvənd obası isə Yağlıvənd oymaqlarının yaşayış biçimidir. Yağlıvənd oymağı Cavanşir elinin qoludur. XVIII yüzildə 5 oymaqdan ibarət idi.
Araz Yağıləvənd
Araz Zeynalov
Araz Hidayət oğlu Zeynalov (7 iyul 1961, Bakı – 3 avqust 2022, Bakı) — azərbaycanlı jurnalist, publisist. == Həyatı == Araz Zeynalov 1961-ci il iyulun 7-də Bakı şəhərində jurnalist ailəsində dünyaya gəlib. 1978–1983-cü illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. Əməkdar jurnalist, "Qızıl qələm" mükafatı laureatı Hidayət Zeynalovun oğludur. O, həm də AiD kimi tanınan azərbaycanlı repçi Orxan Zeynallının atasıdır. == Fəaliyyəti == A. Zeynalov uzun illər jurnalist fəaliyyəti ilə məşğul olub. O, "Azərbaycan gəncləri", "Panorama", "Kaspiy" qəzetlərində çalışıb. O, rusdilli vesti.az saytının ilk baş redaktoru olub. Uzun illər bu sayta rəhbərlik edib. Xəstəlik iş imkanlarını məhdudlaşdırandan sonra isə bir müddət sayt baş redaktorunun müşaviri kimi çalışıb.
Araz Zərgər
Araz Zərgər — Azərbaycan Respublikasının Füzuli rayonunun Bala Bəhmənli kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Araz çayının sahilində, Mil düzündədir. Oykonim Araz (hidr.) və Zərgər (etnotoponim) sözlərindən düzəlib, "Araz sahilində Zərgər kəndi" deməkdir. Kəndi r-nun ərazisindəki Zərgər adlı digər kənddən fərqləndirmək üçün Araz sahilində olan bu kənd belə adlandırılmışdır. Kəndin əhalisi 1820-ci ildə Cənubi Azərbaycandan köçürülmüş ailələrdən ibarətdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 482 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Araz Zərkar

Araz albalısı
Araz albalısı (lat. Prunus araxina) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Təbii yayılması == Bitkinin vətəni Mərkəzi Çindir, buradan bitkinin bir adı da - çin albalısıdır. == Botaniki təsviri == Hündürlüyü 1,5 m, nazik, çubuqvari, açıq, sarımtıl-boz zoğları olan, düz dayanan koldur. Yalançı zoğlarının uzunluğu 0,7 sm-dək, kənarları seyrək dişlidir. Saplaqların uzunluğu 3 mm-dəkdir. Yarpaq ayaları xətvari-lansetvari və ya ensiz lansetvari, mərkəzdə enli, uzunluğu 5-8 dəfə enindən artıq, çox vaxt əyilmiş, kənarları içəriyə qatlanmış və ya təxminən iki dəfə qatlanmış, ucu tədricən biz, bünövrəsində saplağa çevrilmiş, kənarları iti dişlidir. Çiçəkləri bəzən 1-2, çox vaxt 3-6 ədəd olur. Ləçəkləri əks-oval-belvari, qısa saplaqlı, küt, uzunluğu təxminən 0,5 sm və eni 0,3 sm-dir. Çəyirdəklərin uzunluğu təxminən 0,8 sm, yetişmişləri tükcüklüdür.
Araz palıdı
== Ümumi yayılması: == İran, Kiçik Asiya, İraq, Əfqanıstan və Ermənistanda təbii arealları vardır. == Azərbaycanda yayılması: == Zəngilan rayonu (Bərgüşadçay) və Naxçıvan MR-də Babək, Ordubad rayonu ərazilərində yayılmışdır. == Statusu: == Azərbaycanın nadir bitki növüdür. CR A1ab;B1bc(iii,iv). == Bitdiyi yer: == Orta dağ qurşağının qarışıq meşələrində daha çox rast gəlinir. == Təbii ehtiyatı: == Arealı çox da geniş deyildir. == Bioloji xüsusiyyətləri: == Təbiətdə 10-15 metr hündürlükdə olan ağacdır. Cavan yaşlarında zoğları yaşlımtıl rəngdə, tüklü olur, sonradan qırmızımtıl rəng alır. Yarpaqları böyük, uzunsov, tərsinə yumurtaşəkilli olub, üst tə-rəfdən açıq-yaşıl, tüksüz, bəzən sonradan tökülən məxməri tükləri vardır. Yarpağın kənarları tam və ya küt dişli, kiçik və qısa dilimli ola bilir.
Araz qarağacı
Ulmus minor subsp. minor (lat. Ulmus minor subsp. minor) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin qarağackimilər fəsiləsinin qarağac cinsinın kiçik qarağac növünə aid bitki yarımnövü. == Təbii yayılması == Yabanı halda Şimali İranda və Qafqazda bitir. == Botaniki təsviri == Hündürlüyü 20 m-ə çatan ağacdır. Zoğları əvvəlcə sıx tüklü olur, sonralar tədricən tüksüzləşir, bozumtul-qonur və ya çılpaq, bəzən parıldayan, qırmızımtıl-qonur, tünd qəhvəyi rəngdədir. Yarpaqları uzunsov, ellipsvari və ya tərs-oval formalı, dərivari, üst tərəfdən çılpaq, parlaq, yaşıl, alt tərəfdən açıq-yaşıl, məxməri tüklüdür. Ayanın kənarı tam və ya enli, küt dişli, qaidəsi ürəkvari və ya zəif pazvari, üçbucaqlı və ya sivridir. Yarpaqların saplağı 0,5–1,5 sm uzunluqdadır.
Araz qəsəbəsi
Araz — Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi vahidində qəsəbə.
Araz vadisi
Araz vadisi — Araz çayı boyunca yerləşən vadi. == Coğrafiya == Araz vadisi Naxçıvan şəhəri və İmişli rayonu arasındakı Arazqırağı məkanı əhatə edir. == Tarix == Orta əsr ərəb səyyahları və coğrafiyaşünasları bu bölgəni əl-Vadi adlandırırdılar.
Məmməd Araz
Məmməd Araz (doğum adı: Məmməd İnfil oğlu İbrahimov; 14 oktyabr 1933, Nursu, Naxçıvan MSSR – 1 dekabr 2004, Bakı) — Azərbaycan şairi, tərcüməçi, publisist, 1957-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının xalq şairi (1991), "İstiqlal" ordeni laureatı. Məmməd Araz 1933-cü il oktyabr ayının 14-də Şahbuz rayonunda anadan olub. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb. Tələbəlik illərində institutda yazıçı İsmayıl Şıxlının rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin məşğələlərində fəal iştirak etmişdir. Burada bəyənilən "Yanın, işıqlarım" şeiri 1952-ci ildə çap edilib. 1954-cü ildə ali təhsilini başa vuran Məmməd Araz əmək fəaliyyətinə doğma kəndindəki orta məktəbdə müəllimliklə başlayıb, sonra Bakıya köçüb Azərbaycan SSR Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində müvəkkil işləyib. 1959–1961-ci illərdə Moskvada Yazıçılar İttifaqı nəzdindəki Ali Ədəbiyyat Kurslarının müdavimi olub. Sonra "Ulduz" jurnalının məsul katibi, "Ədəbiyyat və incəsənət" qəzetində, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini olmuşdur. Məmməd Araz 1974-cü ildən ömrünün sonuna kimi "Azərbaycan Təbiəti" jurnalının baş redaktoru olub. Uzun müddət Azərbaycan Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edib.
Orxan Araz
Orxan Aras (türkcə:Orhan Aras) (1966, Quzugüdən) — Türkiyənin mühacir yazıçısı, tərcüməçisi və publisisti; Almaniya Yazarlar Birliyinin üzvü, Azərbaycan Yazıçılarlar Birliyi fəxri üzvü. Orhan Aras 1966-cı ildə Türkiyənin Iğdır şəhərinin Quzugüdən kəndində anadan olmuşdur. Yazıçının mənsub olduğu Quzugüdənli əşirəti Prof. Faruq Sümərə görə, Səlcuqlularla birlikdə Anadoluya gəlmiş, Səfəvilər dönəmində Təbrizə köçmüş, 1560-cı illərdə təkrar Anadoluya geri dönmüşlər. Akademik Ziya Bünyadovun “İrəvannın icmal dəftəri” adlı araşdırmasında isə quzugüdənlilərin İrəvan əhalisi olaraq qeydə alındığı göstərilmişdir. Yazar ilk təhsilini Quzugüdən kəndində, orta təhsilini Iğdırda, internat məktəbini isə Ərzurum tamamlamışdır. 1982-ci ildə Almaniyaya mühacirət edən Orhan Aras öncə Bochum Universitesində Prof. Herman Varinin Türkoloji dərslərinə qatılmış, daha sonra İqtisadiyyat fakültəsini bitirmişdir. Əsərlərini almanca yazan Azərbaycan yazıçısı Əsəd bəy (Qurban Səid) haqqında Berlində apardığı araşdırmalar və türkcə və almanca nəşr etdirdiyi “Əsəd bəyin həyatı və jurnalistliyi” adlı araşdırmasıyla 2016-cı ildə filologiya üzrə fəlsəfə doktoru adını almışdır. 2009-ci ildə “Platform” dərgisinin düzənlədiyi şeir yarışmasında “Ağlama nə olursun” şeiri ilə birincilik ödülü alan Orhan Aras, 2020-ci ildə Avropanın ən önəmli qurumlarından olan POYAD tarafından ilin yazıçısı seçilmişdir.
Quru Araz
Quru Araz - İrəvan quberniyasının Eçmiədzin qəzasında,indi Sərdarabad (Oktemberyan) rayonunda kənd. Rayon mərkəzindən 26 km məsafədə yerləşir. Toponim Azərbaycan dilində işlənən quru sözü ilə Araz çayının adı əsasında əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 19.IV.1950-ci il fərmanı ilə adı dəyişdirilib Yerasxaun (Quru Araz. Erməni dilində Araz Yerasx formasında işlədilir) qoyulmuşdur.
Araz Hacıyev
Araz Yaquboğlu (tam adı: Hacıyev Araz Yaqub oğlu; 1 avqust 1973, Yeni Daşkənd, Azərbaycan SSR) — tədqiqatçı, jurnalist, "Qızıl qələm" media mükafatı (2011) və Həsən bəy Zərdabi mükafatı (2023) laureatı, Laçın yurdu jurnalında baş redaktorun müavini, Azərbaycan Jurnalistlər Birliyinin (2023-cü ildən) və Azərbaycan Aşıqlar Birliyinin üzvü (2023-cü ildən). == Həyatı == Araz Yaquboğlu 1973-cü il avqustun 1-də Bərdə rayonunun Yeni Daşkənd kəndində ziyalı ailəsində anadan olub. Əslən Göyçə mahalının Daşkənd kəndindəndir. Atası Yaqub Hacıyev Bərdə rayonunda tanınmış mühəndislərdən olub. Araz Yaquboğlu 1980-ci ildə Bərdə rayonunun Yeni Daşkənd kənd orta məktəbinin I sinfinə getmiş və 1990-cı ildə həmin məktəbin XI sinfini bitirmişdir. 1989-cu ildə Bərdə rayonu üzrə keçirilən riyaziyyatdan fənn olimpiadasında I yeri tutmuşdur. Orta məktəbdə oxuyarkən 1989–1990-cı illərdə məktəbin komsomol təşkilat katibi olmuşdur. 2 avqust 1990-cı ildə ilk əmək fəaliyyətinə Azərbaycan SSR Sənaye Müəssisələri İstehsalat Birliyinin Bərdə Nüşabə Kooperativində fəhlə kimi başlamışdır. 1 fevral 1991-ci ildə iş yerini dəyişərək 9 №li Dəmir Beton Məmulatları Zavodunda çilingər işləmişdir. 1991-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun "İnşaat" fakültəsinə qəbul olmuşdur.
Araz yovşanı
Araz yovşanı (lat. Artemisia araxina) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. == Təbii yayılması == Hündürlüyü 50-80 sm-ə çatan kol bitkisidir. Aşağı yarpaqları 4-8 sm-dən az olmayıb, uc pulcuqları 4-12 mm-dir. Səbəti oturaq, dar silindrşəkilli olub, uzunluğu 4,5 mm-ə çatır. Örtüklə birlikdə çox ağımtıl qabarıq, qızılı tüklüdür. Gövdələri nazik, vegetasiyanın sonunda çılpaq olub tünd-qonur rəng alır. Sentyabr ayında çiçəkləyir, toxumları oktyabr-noyabr ayında yetişir. == Ekologiyası == Quraqlığadavamlıdır, torpağa tələbkar deyildir. == Azərbaycanda yayılması == Naxçıvan MR-da rast gəlinir.
Araz İbadlı
Araz Əliquliyev
Araz Əliquliyev (2 avqust 1962, Bakı) — tibb elmləri doktoru, professor. == Həyatı == Araz Ramiz oğlu Əliquliyev ziyalı ailəsində anadan olmuşdur. O, Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. Araz Əliquliyev 1985-ci ildə Respublika Narkoloji Dispanserinin baş həkimi təyin edilmişdir. 2000-ci ildə Baş narkoloq təyin edilmişdir. calışdığı dövurdə Qlobal fondun, BMT-in İnkişaf Proqramı, ÜST-ün layihələrin icracısı olmuşdur. Narkoloji xidmətin təkmilləşdirilməsi üçün qanunvericiliq təşəbüsləri ilə cixiş etmişdir. "narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların dövriyyəsi haqqında" və "Narkoloji xidmət və nəzarət haqqında" qanunların hazırlanmasında bilavasitə iştirak etmiş, Nazirlər Kabinetinin 30 yaxın qərar layihəsinin müəlifi olmuşdur. Narkotik istifadəciləri üçün yeni müalicə üsulların, zərərin azadılması proqramların Azərbaycanda tədbiq edilməsinin təşəbrıdır. 2007–2012-ci illər ərzində Vitaline özəl narkoloji klinikanın təsiscisi olmuş.
Araz Əliyev
Araz Rafiq oğlu Əliyev (20 fevral 1973, Bakı) – riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar elm xadimi (30 dekabr 2020), Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Ümumi və tətbiqi riyaziyyat kafedrasının müdiri. == Həyatı == Əliyev Araz 1973-cü il fevralın 20-də riyaziyyatçı ailəsində anadan olub. Ata, fizika-riyaziyyat elmləri doktoru, professor Rafiq Musa oğlu Əliyev (10 noyabr 1937 – 22 noyabr 2021) Azərbaycan Memarlıq və İnşaat Universitetinin Ali riyaziyyat kafedrasında çalışmış, Azərbaycan Respublikasının Əməkdar müəllimi fəxri adına layiq görülmüşdür (17 iyun 2016). Ana, fizika-riyaziyyat elmləri namizədi, dosent Sara Göycə qızı Qasımova təqaüdə çıxana qədər Azərbaycan Texniki Universitetinin Riyaziyyat kafedrasında işləyib. Araz Əliyev 1990-cı ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə qəbul olunub, 1992–1995-ci illərdə təhsilində əldə etdiyi yüksək göstəricilərə görə akademik Əşrəf Hüseynov adına təqaüdə layiq görülmüşdür. 1995-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirərək, Universitetin aspiranturasında saxlanılmışdır. Aspirantura müddəti bitməmiş 1998-ci ildə "Kəsilən əmsallı operator-diferensial tənliklər üçün sərhəd məsələlərinin korrekt həll olunması haqqında" mövzusunda namizədlik dissertasiyasını, 2009-cu ildə isə "Hilbert fəzasında bəzi sinif operator-diferensial tənliklərin həll olunma məsələləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 2 may 2006-cı il tarixli qərarı ilə dosent elmi adına, 11 iyul 2014-cü il tarixli qərarı ilə isə professor elmi adına layiq görülmüşdür. 1999–2016-cı illərdə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat kafedrasında baş laborant (1999–2000-ci illər), müəllim (2000–2004-cü illər), dosent (2004–2010-cu illər), professor (2010–2016-cı illər) vəzifələrində işləmişdir. 2016-cı ildən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Ümumi və tətbiqi riyaziyyat kafedrasının müdiridir.
Açay
Açay (rus. Асавка, başq. Аҫау) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Nijnekarışev kənd şurasının tərkibindədir. 2010-cu ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndin əhalisi 416 nəfərdir. == Coğrafi mövqe == Kənd, rayon mərkəzindən 23 kilometr, ən yaxın dəmiryolu stansiyasından isə 84 kilometr uzaqlıqdadır. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə udmurtlar (51%) başqırdlar (31%) üstünlük təşkil edir.
Acay (Çaypara)
Acay (fars. اجاي‎‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Xoy şəhristanının Ətraf bölgəsinin Səkmənabad kəndistanında, Xoy şəhərindən 39,5 km şimal-qərbdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 83 nəfər yaşayır (20 ailə).
Acay Devgan
Acay Devqan (2 aprel 1969, Yeni Dehli) — tanınmış hind aktyoru.
Acay Devqan
Acay Devqan (2 aprel 1969, Yeni Dehli) — tanınmış hind aktyoru.