Araz Zərgər — Azərbaycan Respublikasının Füzuli rayonunun Bala Bəhmənli kənd inzibati ərazi dairəsində kənd.[1]
Araz Zərgər | |
---|---|
39°34′07″ şm. e. 47°37′18″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Araz çayının sahilində, Mil düzündədir. Oykonim Araz (hidr.) və Zərgər (etnotoponim) sözlərindən düzəlib, "Araz sahilində Zərgər kəndi" deməkdir. Kəndi r-nun ərazisindəki Zərgər adlı digər kənddən fərqləndirmək üçün Araz sahilində olan bu kənd belə adlandırılmışdır. Kəndin əhalisi 1820-ci ildə Cənubi Azərbaycandan köçürülmüş ailələrdən ibarətdir.[2]
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 482 nəfər əhali yaşayır.[3]
1999-cu il bələdiyyələrin təsis edilməsi zamanı ayrıca Araz Zərgər Bələdiyyəsi[4] təşkil edilib, onun ilk Nizamnaməsi 2000-ci ildə, yeni Nizamnaməsi isə 29.08.2024-cü il tarixində qəbul edilmişdir[5].
Araz Zərgər Bələdiyyəsi 2000-ci ildə “Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında” Əsasnaməyə[6] uyğun olaraq yaradılmış Füzuli rayonu üzrə Bələdiyyələrin Əlaqələndirmə Şurasının üzvülüyünə qəbul edilib.
03.05.2005-ci il tarixli 903-IIQ nömrəli Qanunla təsdiq edilmiş "Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə[7] uyğun olaraq, Araz Zərgər Bələdiyyəsi Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının üzvü olmuşdur.
Araz Zərgər Bələdiyyəsinin 11.09.2024-cü il tarixli 9 nömrəli Protokolu ilə verilən Qərara əsasən bu Bələdiyyə Bala Bəhmənli Bələdiyyəsi ilə birləşmə niyyətini bildirib[8].
"Bələdiyyə əraziləri tə torpaqları haqqında" Qanuna[9] əsasən Araz Zərgər kəndi Araz Zərgər Bələdiyyəsinin (vergi kodu: 7504, statistika kodu: 60630037[10]) mərkəzidir. Həmin Bələdiyyənin ərazi hüquqlarına yalnız Bala bəhmənli kənd inzibati ərazi dairəsində yerləşən Araz Zərgər kəndi mövcuddur.
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.