Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çuxa
Çuxa — kişi üst geyimlərindən biri. Azərbaycanda iki cür — vəznəli və çərkəzi çuxalar mövcuddur. Hər iki çuxanın yaxası açıq biçilir. Çuxa belə qədər kip və astarlı, ətəyi büzməli yaxud qırçınlı tikilir. Bel hissəsində çuxanın bəndi olur. Vəznəli çuxanın qolları düz və uzun biçilib hər iki döşünə vəznə xəzinələri tikilir. Başları gümüş yaxud qızıl ilə ziynətləndirilmiş vəznələr xəzinələrə geydirilir. Çərkəzi çuxa vəznəlidən qolunun biçiminə görə fərqlənir. Çərkəzi çuxanın şiş və ya dairəvi uclu əlçəkli qondarma qolunun astarı ipək parçadan tikilir. Bu qolların kəsiyi boyu çox vaxt qaytandan duzəldilmiş ilgək və düymələri olur.
Arxalıq
Arxalıq — Qafqaz xalqları arasında və İranda milli kişi və qadın geyiminin bir hissəsidir. Arxalıq beşmetdən (qədim türk üst paltarı, sonralar kazaklar (rus hərbi dəstələri) da geyinirdi) əmələ gəlib. Arxalıq bütün Azərbaycanda ən geniş yayılmış geyimlərindən hesab edilir. Arxalıqlar müxtəlif olur. == Xarici görünüşü == Arxalıq uzun, beli ensiz gödəkcədir. Arxalıq da çəpkən kimi astarlı və belə qədər bədənə kip biçilir. Arxalığa beldən aşağı hissədə büzmə, yaxıd qırçınlı müxtəlif endə ətək tikilir. Bəzi arxalıqlar gen və düz biçilir, yan hissədə isə çapığı olur. Arxalıqların qollarının da biçimləri müxtəlif olur. Bəziləri düz və uzun olub, dirsəkdən aşağı əlçəklə qurtaran qondarma qol şəklində tikilir.
Çuxa sultan Təkəli
Çuxa sultan Təkəli – qızılbaş sərkərdəsi, I Şah Təhmasibin vəkili, əmir əl-üməra. Əsl adı Bəxşi bəy olan bu Təkəli əmiri I Şah Ismayıla (1501 – 1524) xidmət etmişdi. Şah onu zarafatla "Çuxa sultan" adlandırırdı. Sonra bu adla da tanındı. Çuxa sultan 1525-ci ildə İsfahanın hakimi təyin edilmişdi. Qızılbaşlar dövlətinin böyük əmirlərindən idi. I Şah Təhmasibin hakimiyyətinin ilk illərində vəzifə uğrunda qızılbaşlar arasında mübarizə gedirdi. Ustaclı eli ilə Təkəli eli arasında bir neçə qanlı çarpışma olmuşdu. Təkəli elinə Əmir çuxa sultan rəhbərlik edirdi. Təkəlilər və ustaclılar Səksəncək adlı yerdə qarşılaşdılar.
Nuxa
Şəki — Azərbaycan Respublikasında şəhər, Şəki rayonunun inzibati mərkəzi. 4 yanvar 1963-cü ildən respublika tabeli şəhərdir. 1846-cı ildən 1968-ci ilə qədər "Nuxa" adlandırılmışdır. Şəki rayonunun inzibati mərkəzidir. Sovet dövründə respublika tebeliyində olan şəhər statusuna malik idi. Hal-hazırda da Şəki rayonu tərkibində deyil, birbaşa respublika tabeliyindədir. Amma Şəki şəhər icra hakimiyyəti başçısının səlahiyyətləri həm də Şəki rayonuna şamildir. Şəki şəhəri respublikanın şimal-qərbində, Kiş çayının sol sahilində, dəniz səviyyəsindən 700 metr yüksəklikdə, paytaxt Bakı şəhərindən 370 km aralıda, Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində, mərkəzi regionlardan uzaqda – təcrid olunmuş bir məkanda yerləşir. Şəhəri əhatə edən təbiət, meşələrlə örtülmüş dağlar öz gözəlliyi ilə insanı valeh edir. Xan yaylağının sıldırım yollarıyla şimal tərəfdən şəhərə yaxınlaşacaq olursaq qarşımıza nəticəsində iki yarğanın əmələ gəldiyi iki böyük uçuruma — Çaqqaldar və Ottal uçurumlarına rast gələrik.
Ruxa
Ruxa (əsil və tam adı ilə Ruhəngiz Rezabala qızı Əliyeva) — Azərbaycanlı stilist, vizajist və rəssam. Azərbaycan estrada müğənniləri və bir çox başqaları üçün albom üzlükləri, fotosessiya və çıxışlar üçün təsvirlərin müəllifidir. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin (indiki Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kolleci) Rəssamlıq fakultəsinin məzunudur Heydər Əliyev Sarayında rəssam kimi fəaliyyət göstərib. İlk olaraq, Azərbaycanın xalq artistləri Zülfiyyə Xanbabayeva, Aygün Kazımova, Brilliant Dadaşova, Samir Bağırov, Röya Ayxanla, Nisə Qasımova, 54-cü Avroviziya Mahnı Müsabiqəsinin laureatı Aysel Teymurzadə və b. ilə çalışmışdır. Zülfiyyə Xanbabayevanın dördüncü solo albomu "Sənsiz"in fotoqrafı olub. 2003-cü ildə Planet Parni iz Bakunun Fransada çəkilən xüsusi buraxılışının stilisti olub. 2012-ci ildə Bakıda keçirilən Avroviziya (Eurovision) Mahnı Müsabiqəsinin "core time" qrupunda 20-dən artıq müsabiqə[mənbə göstərin] iştirakçılarının stilisti olub. Aygün Kazımovanın 16 iyun 2016-cı ildə təqdim olunan "Orasına-burasına" sinqlının fotosessiyasının stilisti olub. "by Rukha" adlı kosmetika markasını təqdim etmişdir.
Çufa
Arpalıq
Arpalıq (fars. ارپاليق‎) – İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Aralıq
Aralıq — Bərzəx Aralıq (İğdır) — İğdır ilinin ilçələrindən biridir. Aralıq (Şörəyel) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd. Aralıq (Talin) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talin rayonu ərazisində kənd. Aralıq qoyun — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Çəmbərək (Krasnoselo) rayonu ərazisində qışlaq. Aralıq Kolanlı — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda kənd. Aralıq Oxçu — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. Aşağı Aralıq — Azərbaycanın Şərur rayonunda kənd. Yuxarı Aralıq — Azərbaycanın Şərur rayonunda kənd.
Axalıq
Axalıq Tiflis quberniyasının Borçalı qəzasında kənd adı. == Toponimkası == Tiflis əyalətinin Pətək nahiyəsində iki kənd Axalıq adlanıb. Kənddə XIX əsrin ikinci yarısında Türkiyədən gəlmə ermənilər və yunanlar yaşayırdı.Birincisi,kəndin adı ərəb dilində əxi (Sufi-dərviş cəmiyyətləri üzvlərinin bir birinə verdyi ad,ərəbcə əxi "qardaş" sözündən) və Azərbaycan dilində - lik şəkilçisindən ibarətdir.Orta əsrlərdə Səfəvi şahları Ermənistanda,Azərbaycanda və qismən Gürcüstanda əxilərə torpaq (əkin) sahələri (zəraətlər) və məntəqələrin adlarının əvvəli "əxi" sözündən ibarət olurdu.Sonralar bu toponimlərdə əxi sözü təhrifə uğrayaraq çox hallarda "ağa" formasına düşmüşdür.Axalıq "əxiyə" mənsub yer,məntəqə mənasındadır.İkincisi,toponim ərəb mənbələrində Dəclə çayının sahilində qeyd olunmuş Axul əyalətindən gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmış məntəqənin adıdır,"Axul" adı gətirilmədir.Belə halda Axalıq "Axulluq","Axuldan gəlmə" mənasındadır.
Uxa
Uxa (rus. Уха) — rus balıq şorbası.
Nuxa dialekti
Şəki dialekti və ya əvvəlki adı ilə Nuxa dialekti — Azərbaycan dilinin dialektlərindən biri. Azərbaycan dilinin dialekt və şivələrinin formalaşması Azərbaycan xanlıqları və sultanlıqlarının yarandığı XVIII əsrə gedib çıxsa da, Nuxa dialekti fərqlənir. Oleq Mudrak(ru) tərəfindən həyata keçirilən dillər arasındakı uyğunluq analizinə və morfologiya və tarixi fonetikaya əsaslanan qlottoxronologiya metodlarına əsasən Nuxa dialektinin ümumazərbaycan dilindən ayrılması Əmir Teymurun (~1360-cı il) dövrünə gedib çıxır. Şəki şivəsi bəzi xüsusiyyətləri etibarilə cənub ləhcəsinin qədim izlərini daşıyır. Bunun səbəbi tarixən olmuş miqrasiyanın — Azərbaycanın cənub hissəsindən əhalinin köçürülməsidir. Həmçinin bəzi dialektik xüsusiyyətlər Qarabağdan Şəkiyə köçmüş və yerlilərlə qarışmış əhalidən miras qalmışdır. Filologiya elmləri doktoru Məmmədağa Şirəliyev tarixi–coğrafi prinsip əsasında Şəki dialektini Şimal qrupuna aid edir: Alman əsilli altayşünas və türkoloq Gerhard Dörfer Nuxa dialektini Şimal qrupuna aid edir: İsveçli dilçi və türkoloq Lars Yohanson Nuxa dialektini Şimal qrupu dialektlərinə aid edir: cincar — kicitkən, gürcü dilində eyni mənada işlənir; məngəl — oraq, qədim gürcü dilində orağa manqal deyilirdi; axşebı — yer adı, gürcü dilində axo — əkin yeri, eb — cəm şəkilçisidir.
Nuxa fəhləsi
"Şəki" — 1920-ci ildən nəşr edilən qəzet. İlk olaraq "Şəki fəhləsi" adı ilə nəşrə başlamış, daha sonra "Nuxa işçisi", "Nuxa fəhləsi" adlanmışdır. Qəzet "Nuxa fəhləsi" adı ilə 6 may 1962-ci ilə qədər Azərbaycan KP Nuxa şəhər komitəsi və rayon zəhmətkeş deputatları Soveti icraiyyə komitəsinin orqanı idi. 8.05.1962-ci il − 30.06.1965-ci il tarixləri arasında Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin Nuxa məhəlli kolxoz-sovxoz istehsalat idarəsi yanında rayonlararası qəzet kimi "Lenin bayrağı" adı ilə nəşr olunmuşdur. "Nuxa fəhləsi"nin həftədə 3 sayı çap olunmuşdusa (1961), "Lenin bayrağı" əvvəlcə bir müddət həftədə 4 dəfə çap edildi. Daha sonra "Lenin bayrağı" qəzetinin 175-ci sayından (17.03.1963) 457-ci sayınadək (17.01.1965) qəzet Vartaşen Kolxoz-Sovxoz İstehsalat İdarəsi Partiya Komitəsinin, Nuxa Şəhər Partiya Komitəsinin, Vartaşen Rayon və Nuxa Şəhər Sovetləri İcraiyyə Komitələrinin orqanı olmuş, o dövrlərin rayon qəzetləri kimi həftədə cəmi 3 dəfə çıxmışdı. "Lenin bayrağı" qəzetinin 30 iyun 1965-ci il tarixli 525-ci sayından sonra, qəzet yenidən "Nuxa fəhləsi" adlandırılmışdır. Qəzet "Nuxa fəhləsi" adlananda da, "Lenin bayrağı" olanda da redaktoru Məhyəddin Abbasov idi. 2 iyul 1965-ci ildən "Nuxa fəhləsi" adı bərpa edilmişdir. Bundan sonra "Vartaşen kolxozçusu" qəzeti "Lenin bayrağı" adlandı və Sovet dövrünün sonuna qədər həmin ad altında nəşr olundu.
Nuxa qalası
Nuxa qalası — indiki Şəki şəhərindəki qala. Şəki şəhəri 1969-cu ilə qədər "Nuxa" adlandığına görə bu qala da "Nuxa qalası" adı ilə məşhur idi. Hal-hazırda Azərbaycan Respublikası ərazisindəki salamat qalmış ən böyük orta əsr istehkamı olsa da, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Qala divarları" adı altında memarlıq abidəsi kimi inventarlaşdırılmışdır (inventar № 330). Bəzi mənbələrə görə qala 1765-ci ildə tikilmişdir. Qala divarlarının ümumi uzunluğu 1300 m, şimal tərəfdəki divar 4 m hündürlüyündə, cənub tərəfindəki divar isə 8 m hündürlüyündədir. Qala divarlarının qalınlığı 2.2 m-dir. Qalanın cənub və şimal tərəflərdən iki darvazası və mühafizəsi üçün nəzərdə tutulmuş bürcləri vardır. 1825-cı ilə aid mənbədə göstərilir ki, qala divarları bişmiş kərpiclə tikilmişdir, lakin hal-hazırda divarlar əsasən çay daşından hörülmüş vəziyyətdədir. Firidun bəy Köçərlinin şəhadətinə görə, qalanın divarları elə tikilmişdir ki, yuxarıdan baxdıqda adı ərəb əlifbası ilə "Məhəmməd… (xan)" kimi oxunur. Xanlıq dövründə qalada xanın özü, ailəsi, qohumları yaşayırdılar.
Nuxa qəzası
Nuxa qəzası (rus. Нухинский уезд ), Şəki qəzası — 1840-1929-cu illər arasında Cənubi Qafqazda inzibati ərazi. İnzibati mərkəzi Nuxa şəhəri idi. Cənubi Qafqazın Rusiya imperiyasının işğalı altında olduğu dövrdə, Şəki əyalətinin 22 (10) aprel 1840-cı il tarixli "Zaqafqaziyada inzibati islahat qanunu"na əsasən yeni yaradılmış Kaspi vilayətinin tərkibinə daxil edilməsi və bundan sonra qəza adlandırılması nəticəsində meydana çıxmışdır. Kaspi vilayətinin 1846-cı ildə ləğv olunmasından sonra, əvvəl Kaspi vilayətinin yerində yaradılmış Şamaxı quberniyasının (1859-cu ildən Bakı quberniyası) tərkibində saxlanılsa da, 1867-ci ilin sonunda Bakı quberniyasının tərkibindən çıxarılaraq, yeni yaradılmış Yelizavetpol quberniyasının tərkibinə daxil edilmişdir. 1873 ildə isə ərazisinin bir hissəsində ayrıca bir qəza — Ərəş qəzası təşkil edilmiş və bununla da qəzanın ərazisi yarıbayarı kiçildilmişdir. Qəza Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918–1920) və Azərbaycan Sovet Sosialist Respublikasının ilk 9 ili ərzində də inzibati-ərazi kimi mövcud olmuşdur. 1929-cu ildə ləğv edilmiş, ərazisi yeni yaradılmış Zaqatala-Şəki mahalına daxil edilmişdir. Qəza 1840–1846-cı illərdə "Şəki qəzası", 1846–1918-ci illərdə isə "Nuxa qəzası" adlanmışdır. 1918–1929-cu illərdə qəza həm "Nuxa qəzası" və həm də "Şəki qəzası" adlanıb.
Nuxa rayonu
Şəki rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi. Şəki Azərbaycanın ən qədim şəhərlərindən biridir. Orta əsrlərə aid mənbələrdə onun adı Şaki, Şəka, Şakki və.s. kimi adlandırılmışdır. Şəki şəhəri uzun müddət Nuxa da adlanmışdır. Qədim müəlliflərdən biri olan Ptolomey Alban şəhərləri içərisində "Niqa" adlı yaşayış məntəqəsinin olduğunu qeyd etmişdir. A.Bakıxanovun yazdığına görə Nuxa şəhəri yerinin vəziyyətinə görə həmin Naxiya və Naciya şəhəridir ki, qədim tarixlərdə Şirvan şəhərlərindən sayılırdı. A. Y. Krimski Niqanın sonrakı Nuxa olması mülahizəsinə şərik çıxır. Lakin XIX əsrin başlanğıcında həmin mülahizənin əleyhdarları da var idi. Akademik V. Dorn belə hesab edirdi ki, Niqa Liberiya ilə Alazan arasında olan sahədə yerləşirdi və onu Nuxa ilə eyniləşdirmək olmaz.
Alfons Muxa
Alfons Muxa (çex. Alfons Maria Mucha; 24 iyul 1860, Moraviya, Avstriya-Macarıstan — 14 iyul 1939, Praqa) — Çexoslovakiyada Masonluğun əsasını qoymuş dahi rəssam. Çox uzun zaman boyunca öz şah əsəri olan Slavyan Dastanı (Slovanská epopej) üzərində çalışmışdır. Bu əsər Slavyan xalqlarının tarixini izah edən bir sıra geniş şəkillərdən ibarətdir. Sənətçi bu əsəri 1928-ci ildə Praqa şəhərinə hədiyyə etmişdir.
Nuxa tətilləri
Şəki tətilləri və ya Nuxa tətilləri — Şəki (o vaxtlar Nuxa) fəhlələrinin iqtisadi və siyasi tətilləri. 1903, 1905, 1907, 1912, 1915 və 1917-ci illərdə keçirilmişdir. Tətillərin səbəbləri müxtəlif olmuşdur. 1903-cü il tətili Bakı tətili ilə həmrəylik, 1905-ci il tətili Qanlı bazar hadisəsinə etiraz, 1907-ci il tətili Lena gülləbaranına etiraz, digər tətillər isə iqtisadi və siyasi problemlərə etiraz üçün keçirilmişdi. Yerli bolşevik rəhbərliyinin iştirakı ilə keçirilən tətillərin əksəriyyəti fəhlələrin qələbəsi ilə nəticələnmişdir. Bakı proletariatının iyul ümumi tətili ilə həmrəylik əlaməti olaraq Nuxa (indiki Şəki) ipək emalı müəssisələrində baş vermişdir. Fəhlələr iş və mənzil şəraitlərinin yaxşılaşdırılması, əmək haqqının artırılması və s. tələblər irəli sürmüşdür. Fəhlələrin inqilabi çıxışından narahat olan Çar Rusiyası hökuməti polis nəzarətini qüvvətləndirmişdir. "İskra" hökumətin bu tədbiri haqqında yazmışdır ki, ölkəni ram etmək üçün hökumət Cənubi Qafqazın 4 şəhərində, o cümlədən Nuxada polis nəzarəti tətbiq etmişdir.
Nuxa şəhəri
Şəki — Azərbaycan Respublikasında şəhər, Şəki rayonunun inzibati mərkəzi. 4 yanvar 1963-cü ildən respublika tabeli şəhərdir. 1846-cı ildən 1968-ci ilə qədər "Nuxa" adlandırılmışdır. Şəki rayonunun inzibati mərkəzidir. Sovet dövründə respublika tebeliyində olan şəhər statusuna malik idi. Hal-hazırda da Şəki rayonu tərkibində deyil, birbaşa respublika tabeliyindədir. Amma Şəki şəhər icra hakimiyyəti başçısının səlahiyyətləri həm də Şəki rayonuna şamildir. Şəki şəhəri respublikanın şimal-qərbində, Kiş çayının sol sahilində, dəniz səviyyəsindən 700 metr yüksəklikdə, paytaxt Bakı şəhərindən 370 km aralıda, Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində, mərkəzi regionlardan uzaqda – təcrid olunmuş bir məkanda yerləşir. Şəhəri əhatə edən təbiət, meşələrlə örtülmüş dağlar öz gözəlliyi ilə insanı valeh edir. Xan yaylağının sıldırım yollarıyla şimal tərəfdən şəhərə yaxınlaşacaq olursaq qarşımıza nəticəsində iki yarğanın əmələ gəldiyi iki böyük uçuruma — Çaqqaldar və Ottal uçurumlarına rast gələrik.
Soltan Nuxa
Soltannuxa — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Soltannuxa kəndi Böyük Pirəli kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Soltannuxa kənd inzibati ərazi vahidi yaradılmışdır. Oykonim Soltan antroponimindən və Nuxa toponimindən ibarətdir. Kəndin əsasını Nuxa (indiki Şəki) şəhərindən çıxmış Soltan (Nuxalı Soltan) adlı şəxs qoyduğuna görə belə adlanmışdır. Rayonun ərazisində Soltanuşağı adlı yer də qeydə alınmışdır. Kənd sakinlərinin verdiyi məlumata görə, Şəki bəyi olan Soltan bəy Şəkinin Nuxa adlandığı vaxtlarda bu kəndə sahiblənmiş və kəndin hazırkı adının Soltannuxa olması bilavasitə Nuxa kəndindən Soltan bəy mənasını daşıyır. Kənd 1768-cu ildə yaradılmışdır. Qəbələ radiolokasiya stansiyası bu kəndin təpələrində yerləşir. Kənd Alazan-Əyriçay çökəkliyində yerləşir. Soltannuxa kəndi təpədə meşədən, yamacda otlaq sahələrindən və ətəkdə isə yaşayış evlərindən ibarətdir.
Nuxa dairəsi
Nuxa dairəsi və ya Nuxa mahalı — Azərbaycan Sovet Sosialist Respublikasında 1930-cu ilin yanvar–avqust aylarında mövcud olmuş inzibati-ərazi vahidi. Şəki dairəsi və ya Şəki mahalı kimi də anlandırılmışdır. Nuxa dairəsi Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 25 yanvar 1930-cu il tarixli qərarı ilə Zaqatala-Nuxa dairəsinin iki yerə (Zaqatala və Şəki dairələrinə) bölünməsi nəticəsində müstəqil inzibati vahid kimi yaradılmışdır. SSRİ Mərkəzi İcraiyyə Komitəsi və Xalq Komissarları Sovetinin "Dairələrin ləğv edilməsi haqqında" 23 iyul 1930-cu il tarixli qərarına uyğun olaraq Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi və Xalq Komissarları Soveti 8 avqust 1930-cu ildə Azərbaycan SSR ərazisində dairələrin ləğv edilməsi haqqında qərar qəbul etmişdir. Bununla Nuxa dairəsi də daxil olmaqla ölkə ərazisindəki bütün dairələr ləğv olunmuş, onların ərazisində ümumilikdə 63 rayon təşkil edilmişdir.
Nuxa mahalı
Nuxa dairəsi və ya Nuxa mahalı — Azərbaycan Sovet Sosialist Respublikasında 1930-cu ilin yanvar–avqust aylarında mövcud olmuş inzibati-ərazi vahidi. Şəki dairəsi və ya Şəki mahalı kimi də anlandırılmışdır. Nuxa dairəsi Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 25 yanvar 1930-cu il tarixli qərarı ilə Zaqatala-Nuxa dairəsinin iki yerə (Zaqatala və Şəki dairələrinə) bölünməsi nəticəsində müstəqil inzibati vahid kimi yaradılmışdır. SSRİ Mərkəzi İcraiyyə Komitəsi və Xalq Komissarları Sovetinin "Dairələrin ləğv edilməsi haqqında" 23 iyul 1930-cu il tarixli qərarına uyğun olaraq Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi və Xalq Komissarları Soveti 8 avqust 1930-cu ildə Azərbaycan SSR ərazisində dairələrin ləğv edilməsi haqqında qərar qəbul etmişdir. Bununla Nuxa dairəsi də daxil olmaqla ölkə ərazisindəki bütün dairələr ləğv olunmuş, onların ərazisində ümumilikdə 63 rayon təşkil edilmişdir.
Yuxa (səhra)
Yuxa (ing. Yuha) — ABŞ ərazisində yerləşən Sonora səhrasının tərkib hissəsini təşkil edən qumlu səhra. Meksika-ABŞ sərhəddində qərarlaşır (Kaliforniya ştatı).
Çuka ryori
Yaponiya Çin mətbəxi (Çuka (中華, 中華料理 çuka ryori, hərfi mənada "Çin yeməyi")) - Çindən Yaponiyaya gəlmiş və illər ərzində dəyişilmiş yapon xörəkləri. Bəzi yaponlar səhv olaraq bu xörəkləri Çin sayırlar, lakin çinlilər heç vaxt onları öz xörəkləri hesab etməyib və elə üsulla hazırlamayıblar. Bəzi hallarda onları Çin xörəyi edən yalnız əriştə olur, digər inqridientlər isə Yaponiyadan (hiyaşi-çuka) və ya hətta Avropadan (vetçina) olur. MDB ölkələrində hərdən yosunu səhvən çukka adlandırırlar, lakin bu salata aidiyyəti olmayan xörək də ola bilər.
Çula xaqan
Çula xaqan (VI əsr – 620, Ordu-Balıq, Arxanqay) — Şərqi Göytürklərin üçüncü xaqanı. Çula xaqan qardaşından sonra taxta keçmişdi. Onun dövründə Çində vətəndaş müharibəsi davam edirdi. O son Suy imperatriçasına sadiq qüvvələri Tan sülaləsinə qarşı müdafiə edirdi. Nazirləri hər nə qədər ona müharibədən qaçınmalarını məsləhət görsə də xaqan bunu Suy sülaləsinə olan borcu kimi izah edirdi. Əslində isə Göytürklər Çini bacardıqları qədər qarışdırmaq istəyirdi. Xaqan elə bir il hakimiyyət edəndən sonra xəstəlikdən öldü. Şahzadə Yiçenqlə evlənmişdir. Oğulları: Aoşe şad (奧射設) Aşina Momo (阿史那摸末, 607 - 649) - Yuşe şad (郁射設) titulu almışdı. Li (李氏) klanından biri ilə evlənmişdi.
Çuya gölü
Çuya gölü — Rusiya Federasiyasındə, Altay Respublikasında, Altayın cənub-şərqində dağarası çuxur. Çuya cayının (Ob hövzəsi) yuxarı axınında, Kuray silsiləsi ilə (şimalda) Cənubi Çuya silsiləsi (cənubda) arasında,1750–2200 m hündürlüyündədir;Uzunluğu 70 km-ədək, eni 30–40 km-dir. Buzlaq və göl-çay çöküntülərindən ibarətdir. Otlaq kimi istifadə olunan yarım-səhralar var. Çuya çayındən Çuya avtomobil yolu keçir. "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. Azərbaycan Milli Ensiklopediyası. Bakı. 2015. səh.
CUDA
CUDA (ing. Compute Unified Device Architecture — Birləşmiş Cihaz Arxitekturasının Hesablanması) — Nvidia tərəfindən yaradılmış, qrafika emalı üçün paralel hesablama arxitekturasıdır. CUDA, Nvidia GPU-larında hesablama mühərrikidir. GPU-da proqram yazmaq üçün proqramlaşdırma dili kimi C dilinin Nvidia tərəfindən xüsusi olaraq CUDA üçün hazırladığı (genişləndirdiyi) versiyadan istifadə olunur.
Cuba
Cuba (ərəb. جوبا‎, ing. Juba) — Cənubi Sudanın paytaxtı, Cənubi Sudanda Mərkəzi Ekvatoriya əyalətinin inzibati mərkəzi. Ölkə rəhbərliyi müstəqillikdən sonra paytaxtı başqa şəhərə köçürmək planlarını açıqlamışdır. == Mənbə == Equatorians Abroad Fisher, J. 2005, 'Southern Sudan's Front-line Town', BBC News, 20 April 2005.
Cuğa
Cuğa — Culfa rayonunun Gülüstan kəndindən şimal-qərbdə, orta əsrlərə aid yaşayış yeri, şəhər xarabalığı olan arxeoloji abidə. Tarixi mənbələrədə adı Böyük İpək Yolu üzərində olan mühüm ticarət qovşaqlarından biri kimi çəkilən Cuğa şəhərinin əhalisinin əksəriyyətini xristian albanların təşkil etdiyi güman edilir. Şəhərin qəbiristanlığındakı qəbirlər bunu deməyə əsas verir. Cuğa nekropolundakı xaç daşlar alban xaç daşlarının xüsusi qrupunu təşkil etməklə böyük tarixi əhəmiyyətə malikdir. Şəhər şimalda hündür dağ silsiləsi, cənubda Araz çayı, qərbdə qəbirsanlıqla məhdudlaşır. Şəhərin ərazisi Araz çayının sol sahilində ensiz zolaq şəklində qərbdən şərqə doğru uzanır. Şəhərin əksər yaşayış binaları və tarixi-memarlıq abidələri tamamilə dağılmış, tikinti qalıqları (xüsusilə bişmiş kərpic) ətrafa səpələnmişdir. Buradan müxtəlif kompozisiyalı ornamentlərlə naxışlanmış çəhrayı rəngli şirli və şirsiz saxsı məmulatı (fayansdan hazırlanmış kasalar xüsusilə diqqəti cəlb edir), mis sikkələr və külli miqdarda digər maddi mədəniyyət nümunələri aşkar olunmuşdur. Tapıntılara əsasən Cuğada şəhər həyatının aktiv dövrünün XI–XVII əsrlərə təsadüf etməsi fikri söylənmişdir. == Cuğa karvansarası == Cuğa şəhəri ərazisində yerləşən karvansara, Azərbaycanda bu tipli abidələrin ən gözəl nümunələrindən biridir.
Molla Cuma
Molla Cümə (tam adı: Süleyman Salah oğlu Orucov; d. 1854, Aşağı Layısqı, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası — ö. may 1920, Aşağı Layısqı, Nuxa qəzası, Azərbaycan SSR) — Azərbaycan aşığı və şairi. Molla Cümənin həyatı haqqında ən səhih mənbə şeir və dastanlarıdır. Molla Cümənin anadan olma tarixi indiyə qədər təxmini qeyd edilmişdir. O, 1854-cü ildə Nuxa qəzasının Aşağı Layısqı kəndində anadan olmuşdur. "Molla" təxəllüsünü ona savadlı olduğu üçün verilmişdir. Molla Cümənin əsas peşəsi əkinçilik olmuşdur. Qax, Zaqatala, Balakən varlılarının zəmisində biçin biçmiş və bundan aldığı zəhmət haqqı ilə ailəsini dolandırmışdır. Molla Cümə ilk təhsilini Aşağı Göynük kəndində İbrahim Əfəndizadənin mədrəsəsində almışdır.
Almalıq
Almalıq (Kəlbəcər)
Aralığı
Hərbidə: əldə edilə bilən ən uzaq məsafə Mənzil — Qədim türk ölçü vahidi Mənzil — Adıyaman əyalətinin Kaxta qəzasında kənd. Mənzil — Nəqşibəndiliyin qollarından biri olan camaat Mənzil (din) — sufinin çatmağı hədəf aldığı yer Mənzil (yay) — türk yayınının variantlarından biri.
Arianlıq
Arianlíq — IV—VI yüzilliklərində yaranan və İsanın təbiətinin Ata tərəfindən yaradılmış olduğunu iddia edən xristian təlimlərdən biri. Təlimin yaradıcısı İskəndəriyyə keşişi Arius (q. yun. Ἄρειος, ö. 336) olmuşdur. Arianlıq öncə Roma imperiyasının Şərq vilayətlərində yayılmışdır. Sonra imperator Konstantindən sonra II Valentin dövrüvə qədər, daha sonra isə Alman kralıqlarında rəsmi dövlət statusunda olmuşdur. Sonda ortodoks kilsələrlə mübarizədə məğlub olmuşdur, tarixdən silinmişdir. == Yaranma öncəki olaylar == IV əsrin əvvəllərində, Roma imperiyasında Xristianlığa, əvvəlcə, başqa dinlərlə bərabər hüquqlar verilmişdi, sonra isə bu din imperiyanın rəsmi dininə çevrilmişdir. Xristianlığın dövlət dini səviyyəsinə qaldırılması imperator Konstantinusun adı ilə bağlıdır.
Qarğalıq
Qarğalıq (Masallı) — Azərbaycanın Masallı rayonunda kənd. Qarğalıq (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd. Qarğalıq (Naxçıvan) — Naxçıvan MR-də Naxçıvan şəhərində qəsəbədir.
Arpalıq (Şot)
Arpalıq (fars. ارپاليق‎) – İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Arpalıq (Şövt)
Arpalıq (fars. ارپاليق‎) – İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.