"Şəki" — 1920-ci ildən nəşr edilən qəzet.
"Şəki" qəzeti | |
---|---|
Format | 1 çap vərəqi (A1) |
Təsisçi |
Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin qəzeti (8 may 1962-ci il tarixi 1-ci say və 20 yanvar 1965-ci il tarixli 458 sayından 39 iyun 1965-ci il tarixli sonuncu -525-ci sayınadək) Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin Nuxa rayonlararası qəzeti (10 may 1962-ci il tarixli 2-ci sayından, 15 mart 1963-cü il tarixdə çap edilmiş 174-cü sayınadək) Vartaşen Kolxoz-Sovxoz İstehsalat İdarəsi Partiya Komitəsinin, Nuxa Şəhər Partiya Komitəsinin, Vartaşen Rayon və Nuxa Şəhər Sovetləri İcraiyyə Komitələrinin orqanı (17 mart 1963-cü il tarixli 175-ci sayından, 17 yanvar 1965-ci il tarixli 457-ci sayınadək)) |
Redaktor | Məhyəddin Abbasov |
Yaranma tarixi | 1920 |
Dil | azərbaycanca |
Qiymət | 2 qəpik (LB) |
Səhifə | 4 (LB) |
Ünvan | Nuxa, Şəki küçəsi 38 |
İlk olaraq "Şəki fəhləsi" adı ilə nəşrə başlamış, daha sonra "Nuxa işçisi", "Nuxa fəhləsi" adlanmışdır. Qəzet "Nuxa fəhləsi" adı ilə 6 may 1962-ci ilə qədər Azərbaycan KP Nuxa şəhər komitəsi və rayon zəhmətkeş deputatları Soveti icraiyyə komitəsinin orqanı idi.
8.05.1962-ci il − 30.06.1965-ci il tarixləri arasında Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin[a] Nuxa məhəlli kolxoz-sovxoz istehsalat idarəsi yanında rayonlararası qəzet kimi "Lenin bayrağı" adı ilə nəşr olunmuşdur. "Nuxa fəhləsi"nin həftədə 3 sayı çap olunmuşdusa (1961), "Lenin bayrağı" əvvəlcə bir müddət həftədə 4 dəfə çap edildi. Daha sonra "Lenin bayrağı" qəzetinin 175-ci sayından (17.03.1963) 457-ci sayınadək (17.01.1965) qəzet Vartaşen Kolxoz-Sovxoz İstehsalat İdarəsi Partiya Komitəsinin, Nuxa Şəhər Partiya Komitəsinin, Vartaşen Rayon və Nuxa Şəhər Sovetləri İcraiyyə Komitələrinin orqanı olmuş, o dövrlərin rayon qəzetləri kimi həftədə cəmi 3 dəfə çıxmışdı.
"Lenin bayrağı" qəzetinin 30 iyun 1965-ci il tarixli 525-ci sayından sonra, qəzet yenidən "Nuxa fəhləsi" adlandırılmışdır. Qəzet "Nuxa fəhləsi" adlananda da, "Lenin bayrağı" olanda da redaktoru Məhyəddin Abbasov idi.
2 iyul 1965-ci ildən "Nuxa fəhləsi" adı bərpa edilmişdir[b]. Bundan sonra "Vartaşen kolxozçusu" qəzeti "Lenin bayrağı" adlandı[1] və Sovet dövrünün sonuna qədər həmin ad altında nəşr olundu.
18 mart 1968-ci ildə Nuxa şəhərinin və Nuxa rayonunun adları müvafiq olaraq “Şəki şəhəri” və “Şəki rayonu” olaraq dəyişdirildikdən sonra "Nuxa fəhləsi" qəzetinin adı da "Şəki fəhləsi" olaraq dəyişdirildi. 1991-ci ildən sonra isə qəzet "Şəki" adı ilə nəşr edilir.[2]