Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Astrabad
Gürgan və ya Qorqan — İranın Gülüstan ostanının və Gürgan şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 269,226 nəfər və 73,702 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti mazandaranlılardan ibarətdir və mazandaran dilində danışırlar. Mazandaranlılardan əlavə türkmənlər və s...də az sayda bu şəhərdə yaşayırlar. Bu şəhərin keçmiş adı Astrabad idi.
Astraxan
Həştərxan (rus. Астрахань) — Rusiya Federasiyasında yerləşən şəhər, Həştərxan vilayətinin mərkəzidir. == Tarixi == 1558-ci ildə, Həştərxan xanlığının ləğv olunmasından sonra salınıb. Müasir Astarxan Rusiyada vilayət mərkəzi və şəhərdir. Volqa çayının hər iki sahilində yerləşir. Astarxan Volqa-Kama hövzəsində ən iri çay və dəniz limanı sayılır. Tarixən Aştarxan və ya Astarxan adlanan bu şəhər Volqanın sahilində indiki yerindən 12 km aralıda yerləşirdi. Karvan və su yollarının üzərində yerləşməsi səbəbilə tezliklə iri ticarət mərkəzinə çevrilmişdir. Astarxan xanları Cuci Xanədanına mənsub idi; hökuməti Şeybanilər sülaləsi idarə edirdi, lakin 1395-ci ildə Terek döyüşündə Əmir Teymur Toxtamış xana qalib gəldi və zamanın axarı dəyişdi. Bu zəfər və məğlubiyyətlə Qızıl Orda dövlətinin beli bükülür.
Asırqal
Asırqal (lat. Veratrum) — zanbaqçiçəklilər sırasının melantkimilər fəsiləsinə aid bitki cinsi.
Astrabad vilayəti
Səfəvi Astrabadı və ya Astrabad vilayəti (həmçinin Gürgan da adlandırılır) — Səfəvi imperiyasının tərkibindəki vilayətlərdən biri olan Astrabad nəzərdə tutulur. Vilayət Səfəvi imperiyasının cənub-şərqində, həmçinin Xəzər dənizinin də cənub-şərqində yerləşmişdir. Vilayət şimaldan Atrek çayı, cənubdan Əlburz dağları, qərbdən Mazandaran vilayəti və şərqdən Cajarm ilə həmsərhəd olmuşdur. 1501-ci ildə Səfəvi imperiyasının əsasını qoyan I İsmayıl bundan sonra uzun müddət durmadan öz dövlətinin ərazisini böyütdü. Bu böyümə prosesinin bir parçası kimi Astrabad vilayəti 1510-cu ildə Səfəvi imperiyasına birləşdirildi. Səfəvi imperiyasının sonuna doğru vilayət bu inzibati vahidlərə bölünməkdə idi: Girayi, Göklan, Hacılar, Cəlair, Kura-çupi və Yamut. Bu adların hamısı müxtəlif türk tayfalarının adlarından gəlməkdədir. Çünki bu bölgələrin idarə olunması bu tayfalara tapşırılmışdı və tayfa üzvləri də müvafiq olaraq orada məskunlaşmışdılar. Qıpçaqlar və türkmənlərdən bəzi tayfalar vilayətin şimalında yaşamaqda idilər və nominal olaraq Səfəvi imperiyasına tabe idilər. 1589-cu ildən 1598-ci ilə qədər Yaka türklərindən olan Saen-xanilər vilayət üzərində hakimiyyəti ələ keçirdilər.
Astarqan (Vərziqan)
Astarqan (fars. استرقان‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 157 nəfər yaşayır (41 ailə).
Astrabad bəylərbəyliyi
Astrabad bəylərbəyliyi— Səfəvilər dövlətinə bağlı bölgələrdən biri. == Tarixi == Bəylərbəyiliyinin mərkəzi Astrabad şəhəri idi. Əyaləti əsasən Qacar elinin nümayəndələri idarə edirdilər. Hicri 932 (1526)-ci ildə Durmuş xanın vəfatından sonra Xorasandakı qarışıqlıqdan istifadə edən özbəklər Amudəryanı keçərək Tus şəhərini mühasirəyə aldılar və onu tutdular. Hicri 933 (1527)-cü ildə qızılbaşlar Bistam yaxınlığında yenidən məğlubiyyətə uğradılar. Özbəklər Astrabadı tutdular. Übeydulla xanın Xorasana yürüşləri bir nəticə vermədi. Səfəvilər bu mühüm vilayəti öz əllərində saxlayaraq özbəklərin bütün basqınlarını dəf etdilər. Deməli, Səfəvilər dövlətinin qərb cəbhəsində Osmanlı türklərinə qarşı olduğu kimi, özbəklər əleyhinə də hərbi əməliyyatları müdafiə xarakteri daşıyırdı. Özbək xanları özlərinin basqınları zamanı bir neçə dəfə Astrabad ərazisinə qədər gəlib çıxmış, dəfələrlə Xorasanın paytaxtı, Səfəvilər dövlətinin ən böyük şəhərlərindən biri olan Heratı almışdılar.
Astrabad körfəzi
Astrabad körfəzi — Xəzər dənizinin İran sahillərində yerləşən körfəz. Körfəz dənizdən Mianqala yarımadası vastəsi ilə ayrılır. Laqunun uzunluğu 60 km, orta eni 7, maksimal isə 11 km təşkil edir. Orta dərinlik 4 m metrdir. Körfəzi dənizlə eyni adlı boğaz birləşdirir. Onun eni 3 km təşkil edir. Onun cənubu düzən və hamardır, şimal sahilləri isə qumluluqlardır. Şimal-şərqində Aşur adası yerləşir. Balıqçılıq inşaf etmişdir. Hazırda sahillərində Bender-Türkmən stansiyası və limanı (əvvəllər Bəndər-Şah) yerləşir.
Astraxan vilayəti
Həştərxan vilayəti (rus. Астраханская область) — Rusiya Federasiyasının subyektlərindən biri. Cənub Federal Dairəsinə daxildir. Volqoqrad vilayəti ilə şimalda, Kalmıkiya Respublikası ilə qərbdə, Qazaxıstan ilə şərqdə həmsərhəddir. Regionun inzibati mərkəzi Həştərxan şəhəridir. Ərazisinə görə (49.024 km²) Həştərxan vilayəti 8 Volqaboyu regionlar içərisində 6-cı yeri tutur. Vilayət 27 dekabr 1943-cü ildə formalaşdırılıb.
Ağ asırqal
Ağ asırqal (lat. Veratrum album) — melantkimilər fəsiləsinin asırqal cinsinə aid bitki növü. Veratrum album (=Veratrum lobelianum Bernh.) – Ağ asırqal (Çoxsalxımlı dioskoreya, şamdanabənzər, dioskoreya) == Botaniki xarakteristikası: == Çoxillik ot bitkisidir. Kökümsovu qalın, şaquli və çoxsaylı uzun köklərdən ibarətdir. Gövdəsi qalın, uzunluğu 70-170 sm-ə bərabərdir. Yarpaqları növbəli, iri, qalın, ellipsvari, bütövkənarlı olub, uzun boruşıkillidir. Yarpaqlarında büzməli lövhəciklər yerləşir. Zirvədəki süpürgə çiçəklərinin uzunluğu 20-60 sm-dir. Çiçəkləri görkəmsiz, yaşıl, sadə, 6 bölümlü və geniş kasa yarpağına malikdir. Meyvələri 3 yuvalı qutucuqdan və çoxsaylı toxumlardan ibarətdir.
Yaşıl asırqal
Yaşıl asırqal (lat. Veratrum viride) — melantkimilər fəsiləsinin asırqal cinsinə aid bitki növü.
Astral rəsmlər
Astral rəsmlər — göy cisimlərinin qədim sənət əsərləri üzərindəki təsvirləri. Astral rəsmlər qayaüstü təsvirlər arasında xüsusilə geniş yayılmışdır. Bu rəsmlər qədim inancları ilə bağlı olmuşdur. Qədim insanlar həyatdakı uğurlarını təmin etmək üçün Göy cisimlərinə sitsyiş etmişdir. Astral rəsmlər arasında Günəş və Ayla bağlı təsvirlər xüsusilə geniş yer tutur. Bəzən qədim qəbir abidələrinin konstruksiyasında astral simvolikaya rastlanır. == Mənbə == Vəli Baxşəliyev. Gəmiqaya təsvirləri, Bakı, 2003.
Astral səyahət
Astral səyahət — insanın bədəndən kənar, ruhi səyahətidir. Əslində bu anlayışın hələ ki, tam izahı yoxdur. Amma ümumi izahati belədir: Biz ruhi və fiziki bədənlərdən ibarətik. Biz yatanda ruhi bədən fiziki bədənimizi tərk edir. Bu həmişə baş verir, lakin biz heç də həmişə astral adlanan zonaya düşə bilmirik. Cadugərlik və ya ekstrasenslikdə üç dünya var: ruhi dünya, astral dünya və fiziki dünya. Qədim dövrlərdə müdriklər fizika barədə çox dərin biliklərə sahib idilər. Onlar dörd əsas ünsürün adını çəkirdilər: torpaq, su, hava və od. Bu dörd ünsürdən başqa onlar bəzən beşinci ünsürün də olduğunu deyirdilər. Ona incə enerji, efir deyilirdi.
Astragalus
Gəvən (lat. Astragalus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Astral (film, 2010)
Məkrli (ing. Insidious) — 2010-cu ildə rejissor Ceyms Van tərəfindən çəkilmiş ABŞ istehsalı olan qorxu filmi. == Süjet == Reney və Caş üç uşaqları ilə birgə yeni evə köçürlər. Bir müddət sonra onların oğlu Dalton özbaşına açılan və səslər eşitdiyi çardağın qırmızı rəngli qapısının şəklini çəkir. Çox qəribə səslər eşitməyə başlayır. Bir gün isə həkimlərin başa düşmədiyi komaya düşür. Bütün bədən funksiyalarının normal işləməsinə baxmayaraq oyana bilmir. Üç ay xəstəxanada qaldıqdan sonra ailəsi onu evə aparmaq məcburiyətində qalır. Məhz bu vaxtdan sonra Reney səslər eşitməyə və qarabasmalar görməyə başlayır. Bir gecə Reney uşaq monitorunda yeni doğumuş körpəsi Kalinin otağında səslər eşidir, halbuki otaqda heç kim yoxdur.
Astragalus paradoxus
Astragalus paradoxus (lat. Astragalus paradoxus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" — CR A2c+3c; B1ac(i) +2ab(i,ii,iii). Azərbaycanın nadir, Qafqazın endemik növüdür. == Qısa morfoloji təsviri == Hündürlüyü 4-7 (15) sm olan çoxillik ot bitkisidirdir. Kökətrafı yarpaqlar 3-9 sm uzunluqda, tərs yumurtavari, bəzən dəyirmi; çiçəkləri tək, gövdənin əsasında 2-3 ədəd, kasacıq boruvari çılpaqdır, tac 4-5 sm uzunluqda, ağımtıl, çəhrayı və ya bənövşəyi rəngli, qayıqcıqlıdır. Paxla meyvəsi oturaq, 7-10 mm uzunluğunda, şarşəkilli-yumurtavari, itiucludur. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Çiçəkləmə may, meyvəvermə iyun ayına təsadüf edir. Kserofitdir. Aşağı və orta dağ qurşağında, quru, daşlı-çınqıllı və qumlu yamaclarda təsadüf olunur.
Astragalus badamliensis
Astragalus pinetorum subsp. declinatus (lat. Astragalus pinetorum subsp. declinatus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinin astragalus pinetorum növünə aid bitki yarımnövü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" kateqoriyasına aiddir –CR A2c+3c; B1ac(i)+2ab(i,ii,iii). Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Hündürlüyü 30 sm-ə qədər, gövdəsiz, ağ tükcüklərlə örtülmüş çoxillik bitkidir. Yarpaqları ellipsvari və ya neştərşəkillidir, yarpaqcıqları hər iki tərəfdən sıx olmayan tükcüklüdür, uc hissəsi sivriləşmişdir. Tacı sarı rəngdədir, nəzərə çarpacaq dərəcədə kasacıqdan uzundur, qanadı enlidir, tərs-yumurtaşəkillidir, uc hissəsi oyuqludur. Yumurtalığı və dişiciyi sıx ağ tükcüklərlə örtülüdür.
Astragalus bakuensis
Bakı gəvəni (lat. Astragalus bakuensis) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" CR B1ab (i, ii, iii, iv, v). Regional IUCN Statusu - CR B1ab (i, ii, iii, iv, v). == Botaniki xarakteristikası == Gövdəsiz, cüzi tüklü qabarmış, 5-15 sm hündürlükdə, otvari çoxillik bitkidir. Yarpaqları 4-22 sm uzunluğunda, 12-20 cüt, yumurtavari, dəyirmi-yumurtavari və ya uzunsov-ellipsşəkillidir. Salxım çiçək qrupu 4-6 çiçəklidir. Kasacıq borucuqlu, xətti-bizvari dişlidir, borucuğa nisbətən 4 dəfə kiçikdir. Tac 30 mm uzunluğunda; Lövhə bayraqvari, oval şəklindədir və ya tərs yumurtavari, uzunsov ellipsşəkillidir, tünd-qırmızı, qəhvəyidir. Yumurtalıq 8 sm uzunluğunda, tüklü, uzun ayaqcıqlıdır.
Astragalus caraganae
Astragalus caraganae (lat. Astragalus caraganae) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" – CR B1ab (i, ii, iii)c(i)+2ab(i, ii, iii)c(i). Azərbaycanın nadir, endemik növüdür. Regional IUCN Statusu — CR B1ab (i, ii, iii)c(i)+2ab(i, ii, iii)c(i). == Qısa morfoloji təsviri == Çoxsaylı düzduran gövdəli, 20–50 sm hündürlükdə, çoxillik bitkidir. Yarpaqcıqları 16–27 cütdür, uzunsov-ovalvaridir, üzəri çılpaq, alt hissəsi sıx məxməri tükcüklüdür. Yumurtalığı uzunsov, ayaqcıqlıdır. Salxımı qısa, 4–6 seyrək çiçəklidir. Paxlası düzdür, seyrək tükcüklü, buruncuqlu və ikiyuvalıdır.
Astragalus echinops
Astragalus echinops (lat. Astragalus echinops) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" – NT. Azərbaycanın nadir, endemik növüdür. Regional IUCN Statusu: NT. == Qısa morfoloji təsviri == Gövdəsinin hündürlüyü 30-90 sm olan, sıx a tükcüklərlə örtülmüş çoxillik bitkidir. Yarpaqları 10-16 cütdür, yarpaqcıqları ellipsivari və ya uzunsov-yumurtaşəkillidir, ititəhərdir, üzəri ağ tükcüklüdür. Yarpaqların qoltuğunda yerləşmiş çiçəklər kürəşəkilli çiçək qrupuna aiddir. Tacı sarıdır. Paxlası tükcüklüdür, yuxarı uc hissədə dörtdillidir. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Çiçəkləmə iyun, meyvəvermə iyul-avqust aylarına təsadüf edir. Orta dağ qurşağında, quru, daşlı yamaclarda və qayalı ərazilərdə rast gəlinir.
Astragalus kubensis
Quba gəvəni (lat. Astragalus kubensis) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" – VU D2. Azərbaycanın nadir, prioritet endemikidir. Regional IUCN statusu - VU D2. == Qısa morfoloji təsviri == 5-7 sm hündürlükdə, çoxillik ot bitkisidir. Yarpaqlar 8-12 cüt xırda, uzunsov-yumurtavari, küt, zəif xovlu (tüklü) yarpaqcıqlıdır. Çiçəklər oturan, sıx 5-15 çiçəkli salxım qrupundadır. Kasacıq borucuqlu, qaratüklü, dişilidir; dişləri borucuqdan nisbətən 3-4 dəfə qısadır. Tac parlaq, bənövşəyi-göy, uzunsov bayraqlıdır.
Astragalus nachitschevanicus
Astragalus caraganae (lat. Astragalus caraganae) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" – CR B1ab (i, ii, iii)c(i)+2ab(i, ii, iii)c(i). Azərbaycanın nadir, endemik növüdür. Regional IUCN Statusu — CR B1ab (i, ii, iii)c(i)+2ab(i, ii, iii)c(i). == Qısa morfoloji təsviri == Çoxsaylı düzduran gövdəli, 20–50 sm hündürlükdə, çoxillik bitkidir. Yarpaqcıqları 16–27 cütdür, uzunsov-ovalvaridir, üzəri çılpaq, alt hissəsi sıx məxməri tükcüklüdür. Yumurtalığı uzunsov, ayaqcıqlıdır. Salxımı qısa, 4–6 seyrək çiçəklidir. Paxlası düzdür, seyrək tükcüklü, buruncuqlu və ikiyuvalıdır.
Astragalus pinetorum
Astragalus pinetorum (lat. Astragalus pinetorum) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Astragalus declinatus subsp. pinetorum (Boiss.) Ponert Astragalus tragacanthoides subsp. pinetorum (Boiss.) Podlech Tragacantha pinetorum (Boiss.) Kuntze == Yarımnövləri == Astragalus pinetorum subsp. alamutensis Maassoumi & Podlech Astragalus pinetorum subsp. declinatus (Kuntze) Podlech Astragalus pinetorum subsp. multifoliatus Akpulat & Çelik Astragalus pinetorum subsp.
Astragalus beckerianus
Bekker gəvəni (lat. Astragalus beckerianus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Təbii yayılması == Orta Asiya-Pamir-Alayda (Səmərqənd dağları) təbii halda yayılmışdır. == Botaniki təsviri == Xırda budaqcıqlı, 7-15 sm hündürlükdə, yerə yatıq kolcuqdur. Yarpaqcıqları 6-8 cüt, xətvarı, ucu şiş, üstdən tüksüzdür. Paxlası oturan, uzunsov, biryuvalı, çoxtoxumludur. İyun-iyul aylarında çiçəkləyir, iyul-avqustda toxum verir. Generativ yolla çoxalır. Təbii ehtiyatının dəyişilməsi səbəbləri başlıca olaraq insan fəaliyyətidir. Becərilməsi haqqında məlumat yoxdur.
Astragalus hohenackeri
Hohenager gəvəni (lat. Astragalus hohenackeri) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Təbii yayılması == İlk dəfə Azərbaycanın Zuvand sahəsində təsvir еdilmişdir. Şimali və Qərbi İranda yayılmışdır. == Botaniki təsviri == 9-25 sm hündürlükdə, yastıqvari, budaqları qısa tikanlı, yarpağını tökən kolcuqdur. Yarpaqları 5-7 cüt, xətvari-neştərşəkilli olub, 6 mm uzunluqdadır. İyun ayında çiçəkləyir. == Ekologiyası == Quru, daşlı yamaclarda bitir. İstiyə, quraqlığa davamlıdır. == Azərbaycanda yayılması == Lənkəranın Diabar sahəsində rast gəlinir.
Astragalus husseinovii
Hüseynov gəvəni (lat. Astragalus husseinovii) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda yayılmışdır. == Botaniki təsviri == Təbiətdə 35–45 sm hündürlüyünə boy verən kolcuqdur. Yarpaqları 4–5 cüt dar-xətvarı yarpaqcıqlardan təşkil olunmuşdur. Paxlasının saplağı 3 mm uzunluqda olub yatıq ağ parlaq tüklüdür. Paxlasının uzunluğu 3,5 sm eni isə 3–4 mm ola bilir. May ayında çiçəkləyir, iyul-avqust ayları arasında meyvə verir. == Ekologiyası == Daşlı yamaclarda daha çox rast gəlinir. Təbiətdə toxum vasitəsilə çoxalır.
Astragalus hyrcanus
Hirkan gəvəni (lat. Astragalus hyrcanus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Təbii yayılması == İlk dəfə Dağıstanın Dərbənd şəhəri ətrafında təsvir еdilmişdir. == Botaniki təsviri == 50-90 sm hündürlükdə, çox budaqlı, yarpağını tökən yarımkoldur. Gövdəsinin aşağı hissəsi ağaclaşmış, üzəri çökək, ağ tüklüdür. Yarpağı 4-6 cüt, еnsiz, xətvari, yaxud uzunsov-еllipsvari, 5-15 mm еnində, yuxarısı nisbətən az, aşağısı sıx, ağ tüklüdür. Paxlasının uzunluğu 7 sm-ə, еni isə 1-2 mm-ə çatır, ucu bizvari əyilmiş, üzəri yumşaq, еllips formalı, hər iki ucdan nazikdir. Saplağı 1–2 mm uzunluqda, ağ tüklüdür. Yabanı şəraitdə iyul-avqustda çiçəkləyir. Mеyvəsi avqust-sеntyabrda yetişir.
Astragalus jucundus
Şax astrakanta (lat. Astracantha jucunda) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin astrakanta cinsinə aid bitki növü. == Təbii yayılması == Azərbaycanda Kiçik Qafqazda, Naxçıvan dağlarının orta qurşaq sahələrində yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 5-15 sm-ə çatan, yarpağını tökən kolcuqdur. Nazik budaqların diametri 5–15 mm-ə qədər olub, tikanlarla örtülü, yerə sərilmişdir. Yarpaqcıqları 7-8 cüt, uzunsov, dağınıq, kirpikvarı tüklüdür. Çiçəkləri sarı, şarvari, başcıq çiçək qrupundadır. İyul ayında çiçəkləyir. Paxlası uzunsov-yumurtavari, bir qədər yumşaq tüklüdür. Meyvələri avqust ayında yetişir.
Astragalus lagopoides
Dovşanquyruğu gəvən (lat. Astragalus lagopoides) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Təbii yayılması == Kiçik Qafqaz, Şimali və Qərbi Monqolustan, Kiçik Asiya, Türkiyə və Şimali İranda yayılmışdır. Buna bəzən "sarı akasiya" da deyilir. Gürcüstanda rast gəlinir. == Botaniki təsviri == Hündürlüyü 30 sm-ə çatan kol və ya yarımkoldur. Qısa, hamar gövdəli, budaqları tikanlı, boz qabıqla örtülmüşdür. Yarpaqları cütlələkvari olub, 4-8 cüt yarpaqcıqlardan ibarətdir. Yarpaqcıqlar 10-35 mm uzunluqda, 5-13 mm enində, uzunsov-ellipsvari və ya tərs-yumurtavari, üstdən açıq yaşıldır. Yarpaqaltlıqları şişkin və ucu bizvari, odunlaşmışdır.
Astragalus persicus
Fars gəvəni (lat. Astragalus persicus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Təbii yayılması == İlk dəfə Azərbaycanın Zuvand dağlarında təsvir edilmişdir. == Botaniki təsviri == 25 sm hündürlükdə, tikanlı, gümüşü, yumşaq tüklü, yarpağını tökən kolcuqdur. 5-6 cüt ellipsvari, 16 mm-ə qədər uzunluqda, ucu nazik, tikansız yarpaqcıqlıdır. İyulda çiçəkləyir. Çiçəkaltlığı enli və qısa, azca şişdir. Bəzək bitkisi kimi daşlı yamacların örtülməsində istifadə edilə bilər. Bir növ müxtəlifliyi məlumdur: Rapherrianus (Fisch.) Boiss. == Ekologiyası == Dağlıq sahələrdə, quru, daşlı yamaclarda bitir.
Astragalus strictilobus
Astragalus mercklinii (lat. Astragalus mercklinii) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Təbii yayılması == İlk dəfə Azərbaycanda Talaqon dərəsində tapılmışdır. == Botaniki təsviri == Hündürlüyü 20-40 sm, çətirinin diametri 80 sm olan, sıxbudaqlı, yastıq əmələ gətirən, yarpağını tökən, tikanlı koldur. Tikanları 4-13 sm uzunluqda, möhkəm və yaxud çox oraqvarı əyilmiş, cavanları açıq sarımtıl rəngli olub, yuxarıya meyillidir. Yarpaqaltlıqları cavan vaxtında 1 sm uzunluqda, keçəvari tüklü, darçını rəngdə, sarımtıldır, sonradan azca əyilir. Yarpağı 3-5 cüt, yarpaqcıqları uzunsov- neştərvari, hər iki tərəfdən sıxılmış, tikanlı, keçəvaridir. Çiçəyi sarı, hər yarpağın qoltuğundan 5-7 ədəd çıxaraq, uzunsov, bəzən yumurtavari, 3-5 (8) sm uzunluqda salxım çiçək qrupu əmələ gətirir. Çiçəkaltlıqları qayıqvari, uzun, ucu şiş, üzəri ağ, keçəvari tüklü, kasacığa bərabərdir. Kasacığı qalın, ağ tüklü olub, 8 mm uzunluqda dişləri vardır.
Astragalus uraniolimneus
Göl gəvəni (lat. Astragalus uraniolimneus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Təbii yayılması == Avstraliyada, o cümlədən Qafqazda təbii halda bitir. == Botaniki təsviri == 7-25 sm hündürlükdə, qısa budaqlı, yarpağını tökən koldur. Yarpağı 5-6 cüt, ucu şiş, hər iki tərəfdən ağ, ipək tüklü, 5-10 sm uzunluqdadır. Çiçək oxu yarpağa bərabər, yaxud onlardan uzundur. Çiçək qrupu yumurtavari, şaraoxşar, çılpaqdır. Meyvəsi sıx tüklüdür. İyunda çiçəkləyir, meyvəsi iyul və avqustda yetişir. == Ekologiyası == Dağların yuxarı qurşaqlarında, quru, daşlı yamaclarda yayılmışdır.
Astragalus xiphidium
Qılıncvari gəvən (lat. Astragalus xiphidium) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Təbii yayılması == Kiçik Qafqaz dağlarında yayılmışdır. == Botaniki təsviri == 30-50 sm hündürlükdə yarımkoldur. Yerüstü hissəsi oduncaqlaşmışdır. Bitkinin üzəri çökük, ağ və ya boz tüklüdür. Bütün bitki yerə sərilmiş halda, ağ, yaxud boz tüklü, 3-5 cüt dar, xətvari, ucu küt, 10–14 mm uzunluqda, 1–2 mm enində yarpaqcıqları vardır. Paxlası qısayarpaqlı, adətən horizontal vəziyyətdə, xətvari, bizvari, 3-5 sm uzunluqda və 3 mm enində olub, üzəri tüklə örtülmüşdür. Yabanı halda mayda çiçəkləyir, meyvəsi iyun-iyulda yetişir. Toxum vasitəsi ilə çoxalır.
Astragalus tragacantha
Astragalus tragacantha (lat. Astragalus tragacantha) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Tragacantha vera Medik. === Heterotipik sinonimləri === Astragalus massiliensis (Mill.) Lam. Astragalus massiliensis var. peduncularis Rouy Astragalus massiliensis var. salvatoris Willk. Astragalus massiliensis proles vicentinus Samp. Astragalus salvatoris Willk. Astragalus spinosissimus St.-Lag.
Astragalus tragacanthoides
Astragalus pinetorum subsp. declinatus (lat. Astragalus pinetorum subsp. declinatus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinin astragalus pinetorum növünə aid bitki yarımnövü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" kateqoriyasına aiddir –CR A2c+3c; B1ac(i)+2ab(i,ii,iii). Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Hündürlüyü 30 sm-ə qədər, gövdəsiz, ağ tükcüklərlə örtülmüş çoxillik bitkidir. Yarpaqları ellipsvari və ya neştərşəkillidir, yarpaqcıqları hər iki tərəfdən sıx olmayan tükcüklüdür, uc hissəsi sivriləşmişdir. Tacı sarı rəngdədir, nəzərə çarpacaq dərəcədə kasacıqdan uzundur, qanadı enlidir, tərs-yumurtaşəkillidir, uc hissəsi oyuqludur. Yumurtalığı və dişiciyi sıx ağ tükcüklərlə örtülüdür.
Astral: Fəsil 2 (film, 2011)
Məkrli: 2-ci fəsil (ing. Insidious: Chapter 2) — ABŞ istehsalı olan və rejissor Ceyms Van tərəfindən 2013-cü ildə çəkilmiş qorxu filmidir. Bu film Vanın 2011-ci ildə çəkmiş olduğu "Məkrli" filminin davamıdır. == Rollarda == Patrik Vilson — Caş Lambert Qarret Rian — Caşın uşaqlığı Rouz Bayrin — Reney Lambert Lin Şaye — Elis Ranier Lindsi seim — Elisin gəncliyi Tay Simpkins — Dalton Lambert Stiv Kautler — Karl Hank Harris — Karlın gəncliyi Barbara Herşei — Lorrain lambert Leiq Uannel — Speks Anqus Sampson — Tuker Andre Astor — Foster Lambert Danielle Bisutti — Mişel Kreyn Tom Fitzpatrik — Qara gəlinlikdəki adam / Parker Kreyn Tiler Qriffin — Parkerin uşaqlığı Maykl Biç — Detektiv Sendal C. LaRouz — Uzun saçlı şeytan Bruk Poples — Qonşu Cessika Eduina Fayndli — Tibb işçisi Hillari Stefanie Pirseon — Qara saçlı qadın Corge Pallo — Brayn Priskilla Qarita — Natali Cenna Orteqa — Anna Denei Rodriquez — Elison == Nümayiş olunması == Əvvəlcə Məkrli: 2-ci fəsil filminin nümayişinin 30 avqust 2013-cü ildə olunacağı nəzərdə tutulsada, sonradan 20 sentyabr tarixinə dəyişdirildi. Daha sonradan isə yenidən nümayiş tarixi dəyişdirilərək 13 sentyabr 2013-cü ilə təyin edildi. == Gəlir == Şimali Amerikada 32-35 milyon dollar gəlir əldə film təkcə nümayiş olunduğu gecə 1.5 milyon dollar qazanıb, bütün sentyabr ayında isə bu rəqəm 20 milyon dollara çatıb. Ümumilikdə isə film dünya üzrə 161,919,318 dollar gəlir əldə edib. == Davamı == Əsas məqalə: Məkrli: 3-cü fəsil Filmin davamı olan Məkrli: 3-cü fəsil filminin 5 iyun 2015-ci ildə nümayiş olunacağı gözlənilir. == Ev üçün buraxılış == Məkrli: 2-ci fəsil filminin DVD diski 24 dekabr 2013-cü ildə satışa çıxarıldı.