Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Atlıxan
Atlıxan — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Toponimikası == Atlıxan oyk, sadə. Qusar rayonunun Quzuqışlaq i.ə.v.-də kənd. Qusarçayın sahilində, Yan silsiləsinin ətəyindədir. Oykonim Atlıxan şəxs adı ilə bağlı yaranmışdır. Yerli əhalinin verdiyi məlumata görə, Atlıxan əslən Kuzun kəndindən olan bir tayfa başçısının adıdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 664 nəfər əhali yaşayır. == Təhsilin vəziyyəti == Bir orta məktəb binası var.
Atlıxan Cahangirov
Atlıxan Paşa oğlu Cahangirov Qubadlı Qəza Partiya Komitəsinin birinci katibi 1919-ci ildə Zəngəzur qəzasının (Qubadlı) Qayalı kəndində doğulub. Qubadlıda orta məktəbi bitirdikdən sonra Pedoqoji institutda və iki illik Partiya məktəbində təhsil alıb. Qubadlı rayon partiya komitəsində bir sıra vəzifələrdə çalışan A.cahangirov 1951-ci ilin aprelindən 1954-cü ilin iyuluna kimi Qubadlı rayon partiya komitəsinin birinci katibi vəzifəsində çalışıb.
Arzuxan Əlizadə
Arzuxan Əlizadə (18 mart 1965, Bakı) — Azərbaycan Milli İstiqlal Partiyasının V sədri, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sabiq üzvü. == Həyatı == Arzuxan Baxşəli oğlu Əlizadə 18 mart 1965-ci ildə Bakı şəhərində anadan olub. 1981-ci ildə Bakı şəhəri 75 saylı orta məktəbi qızıl medalla bitirib.1981–1983 və 1985–1986-cı illərdə Bakı şəhəri, Razin qəsəbə sovetində hərbi inspektor vəzifəsində işləyib. 1983–1985-ci — ci illərdə Moskva yaxınlığında ordu sıralarında hərbi xidmətdə olub. 1986–1992-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində hüquqşünas ixtisası üzrə ali təhsil alıb. 1992–1993-cü illərdə Bakı şəhəri Sabunçu rayon İcra hakimiyyətində hüquqşünas, həmçinin şöbə müdiri vəzifəsini icra edib. 1993–1996-cı illərdə təsisçisi olduğu istehsalat kommersiya müəssisəsinə rəhbərlik etməklə biznes fəaliyyəti ilə məşğul olub. 1996–2000-ci illərdə Müstəqil Vəkillər Kollegiyasının üzvü olaraq vəkillik fəaliyyəti göstərib. 2001–2006-cı illərdə Azərbaycan Beynəlxalq Universitetinin "Dövlət hüququ" kafedrasının Baş müəllimi olaraq pedoqoji fəaliyyətlə məşğul olub. Eyni zamanda 2001–2005-ci illərdə AMEA Fəlsəfə və Hüquq İnstitutunun dissertantı olaraq "Fövqəladə vəziyyət şəraitində vətəndaşların Konstitusiya ilə müəyyən olunmuş hüquq və azadlıqları" mövzusunda namizədlik üzərində işləmişdir.
Attutan (Meşkinşəhr)
Attutan (fars. ات توتان‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 15 nəfər yaşayır (6 ailə).
Alaxan Sultan
Alaxan Sultan, Alya xan Sultan Abil oğlu (uyğ. Alahan Sultan) — İli bölgəsindəki 1864-cü il Uyğur üsyanının liderlərindən biri və hazırda ÇXR-in Sincan-Uyğur Muxtar Rayonunda, tarixi Şərqi Türkistan ərazisində mövcud olan dövlət olan İli sultanlığının hökmdarı. == Həyatı == Alaxan Sultan Külçədə, Uyğur məmurların ailəsində anadan olub. İli bölgəsində 1864-cü il uyğurlar və dunqanların üsyanının fəal iştirakçısı olub. Əbdürəsul bəy və Sadır Pəlvanla birlikdə üsyanın əsas təşkilatçılarından sayılırdı. 1865-ci ildə dövlətin hökmdarı olan Məzəmzət bəy tərəfindən Əbdürəsul bəyin öldürülməsindən sonra müxtəlif uyğur qrupları arasında qarşıdurma başladı. Bu qarşıdurmalar dunqanlarla münasibətdə daha ağır formada baş qaldırmışdı. 2 fevral 1865-ci ildə Çin qalası Bayandayın Alaxan və Sadır Pəlvan qüvvələri tərəfindən ələ keçirildikdən sonra onların qruplaşması daha da gücləndi. Bir sıra sui-qəsdlər və qətllər nəticəsində Molla Şövkət Axund hakimiyyətə gəlir. 1866-cı ilin yayında İli diyarı ərazisi üsyançıların əlinə keçir.Əvvəllər Çin hökumətinə qarşı birlikdə mübarizə aparan uyğurlarla dunqanlar arasında döyüşlər baş verir.
Ataxan Paşayev
Ataxan Əvəz oğlu Paşayev (1 may 1938, Disər, Ordubad rayonu – 4 avqust 2022) — Azərbaycan tarixçisi, əməkdar mədəniyyət işçisi, tarix elmləri doktoru, professor, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi. == Həyatı == Ataxan Paşayev 1938-ci ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Culfa rayonunun Başkənd kəndində anadan olub. 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. Əmək fəaliyyətinə 1962-ci ildə Oktyabr İnqilabı və Sosialist Quruculuğu arxivində böyük elmi işçi kimi başlayıb. 1963–1965-ci illərdə Arxiv İdarəsinin baş metodisti, 1966–1982-ci illərdə Respublika Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru, 1982–1984-cü illərdə Azərbaycan Dövlət Politexnik İnstitutunun baş müəllimi işləyib. 1984-cü ildən 2018-ci ilə qədər Milli Arxiv İdarəsinin rəisi olmuşdur. == Fəaliyyəti == 1981-ci ildə Tarix İnstitutunun İxtisaslaşdırılmış Müdafiə Şurasında dissertasiya müdafiə edərək tarix elmləri namizədi, 2008-ci ildə isə AMEA-nın A.A. Bakıxanov adına Tarix İnstitutunun Müdafiə Şurasında "XIX-XX əsrlərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımları və deportasiyalar" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsi alıb. 1984-cü ildən "Azərbaycan arxivi" jurnalının baş redaktorudur. 1968-ci ildə Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif edilıb. Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisidir (1981).
Murtaza Quluxan Zəfər
Şamlı Mürtəzaqulu xan Həsən xan oğlu (1591 – 1649) — şair, vali, xəttat. == Həyatı == Zə­fər" tə­xəl­lü­sü ilə şeir­lər yaz­mış Mür­tə­za­qu­lu xan Şam­lı təx­mi­nən 1591-ci il­də dün­ya­ya gəl­miş, Sə­fə­vi hökm­dar­la­rın­dan Şah Sə­fi (1629-1642) və II Şah Ab­ba­sın (1642-1666) ha­ki­miy­yə­ti döv­rün­də yük­sək döv­lət və­zi­fə­lə­rin­də iş­lə­miş, eşi­ka­ğa­sı­ba­şı, di­van­bə­yi, qor­çu­ba­şı, Ker­man vi­la­yə­ti va­li­si, Şeyx Sə­fiəd­din tür­bə­si­nin mü­tə­vəl­li­si ol­muş­dur. Özü­nün yaz­dı­ğı ki­mi, yüz min bey­tə ya­xın fars­ca şeir­lə­ri olan şa­ir, ya­şı­nın ix­ti­yar ça­ğın­da, 1669-cu il­də Azər­bay­can türk­cə­sin­də şeir­lə­rin­dən iba­rət di­va­nı­nı ta­mam­la­mış­dır. Onun türk­cə şeir­lə­rin­də Ə.­Nə­vai, Ş.İ.Xə­tai və M.Fü­zu­li tə­si­ri gö­rü­nür. Zə­fər di­va­nı­nın di­ba­çə­si, de­mək olar ki, Nə­vai di­va­nı di­ba­çə­si­nin əv­və­li­ni tək­rar edir. Nə­vai di­ba­çə­sin­də in­sa­nı di­gər məx­lu­qat­dan üs­tün ya­ra­dıb ona nitq, şe­ir yaz­maq qa­bi­liy­yə­ti ve­rən ya­ra­da­na şü­kür­lər oxu­yur: "Şükr va si­pas ol qo­dir­ğa kim, çün adam oso­yiş-qo­hi­din vu­cud oro­yi­şi oqoh­la­ri­ğa cil­va ber­di. İnson­ni so­yir max­lu­qot­din nutq şa­ra­fi bi­la mum­taz qil­di. Rü­bai: ­Ul kim, çü ca­hon xil­qə­tin oğoz et­ti, Sü­ni kil­mi­ni naqş par­doz et­ti. İnson xay­lin nutq ila mum­taz et­ti, Nutq ah­li­ni nazm ila sa­naf­roz et­ti". Zə­fər di­va­nı­nın di­ba­çə­sin­də bə­zi söz və ifa­də­lə­ri də­yiş­sə də, mət­ni Azər­bay­can türk­cə­si­nə uy­ğun­laş­dır­sa da, onun Nə­vai­dən bəh­rə­lən­mə­si şüb­hə­siz­dir.
Alxan-Kala
Alxan-Kala (çeçen. Іалхан-Гӏала) kəndi Çeçenistan Respublikasının Qroznı rayonunda yerləşir. Alxan-Kalinski kənd yaşayış məntəqəsinin inzibati mərkəzidir. == Coğrafiya == Kənd Sunja çayının sol sahilində, Qroznı şəhərindən 7 km cənub-qərbdə, Sunja silsiləsinin cənub ətəyində yerləşir. Kəndə yaxın yaşayış məntəqələri: şimal-şərqdə Qroznı şəhərinin Oktyabrskoye kəndi və Zavodskoy rayonu, cənub-şərqdə Alxan-Yurt və Krasnopartizanski kəndi, cənub-qərbdə Kuları kəndi, qərbdə Zakan-Yurt və şimal-qərbdə Krasnostepnovskoye kəndi. == Tarix == Alxan-Yurtovskaya (sonradan Yermolovskaya) kəndi 1851-ci ildə qurulmuşdur. 1860-cı ildə burada Mixaylo Arxangel Kilsəsi inşa edildi. 1914-cü ildə kənddə Uspenski Manastırı, iki illik məktəb və qadınlar üçün bir Kilsə məktəbi olan üç qədim mömin kilsəsi var idi. 1920-ci ilin oktyabrında Sovet rejiminin köçürmə siyasətinə cavab olaraq Yermolovskaya anti-sovet qiyamının mərkəzlərindən birinə çevrildi. 1920-ci il noyabrın əvvəlində qiyam bastırıldıqdan sonra kəndin bütün kazak əhalisi (cəmi 638 ailə, 2704 nəfər) sürgün edildi.
Alxan Alxanov
Alxan Əşrəf oğlu Alxanov (27 aprel 1969; Sabir, Şamaxı rayonu, Azərbaycan SSR — 20 yanvar 1992; Ağdam rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. I Qarabağ müharibəsinin şəhidi. == Həyatı və Hərbi xidməti == Alxan Alxanov 1969-cu il 27 apreldə Şamaxı rayonunun Sabir qəsəbəsində anadan olub. 1992-ci ildə hərbi xidmətə yollanan və bir sıra döyüşlərə qatılan Alxan Alxanov, 1992-ci il 20 yanvarda Ağdam rayonu istiqamətində şəhid olub. Alxan Alxanov, Ağdam rayonunda dəfn olunub. Alxan Alxanov, Azərbaycan Prezidenti Heydər Əliyevin 16 sentyabr 1994-cü il tarixli 203 nömrəli fərmanı ilə ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.
Alxan Bayramoğlu
Alxan Bayramoğlu (Məmmədov) (22 oktyabr 1954, Birinci Şıxlı, Qazax rayonu) — azərbaycanlı filoloq alim, filologiya elmləri doktoru, professor. "Şamaxı ədəbi mühiti (XIX əsrin ortalarından mart 1918-ci ilə qədər)" mövzusunda yazıb, 1998-ci ildə müdafiə etdiyi doktorluq dissertasiyası Azərbaycan ədəbiyyatının regional tədqiqi istiqamətində atılan ilk addımdır. Azərbaycan Demokratik Respublikası dövründə ədəbi fikrin əsas istiqamətlərinə dair yazıb çap etdirdiyi monoqrafiyalar Cümhuriyyət dövrü ədəbiyyatımıza həsr edilmiş ilk monoqrafik tədqiqat nümunələridir. == Həyatı == Alxan Bayramoğlu Qazax rayonunun Birinci Şıxlı kəndində 22 oktyabr 1954-cü ildə anadan olmuş, 1977-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Alxan Məmmədov 2002-ci ildən AMEA Nizami adına Ədəbiyyat İnstitutunun nəzdində fəaliyyət göstərən doktorluq üzrə dissertasiya şurasının , 2006-cı ildən isə həm də BDU-nun nəzdində fəaliyyət göstərən doktorluq üzrə dissertasiya şurasının seminarının üzvüdür. Bundan başqa o, ayrı-ayrı vaxtlarda bir neçə dəfə AMEA Nəsimi adına Dilçilik İnstitutu və ADU-nun, BSU-nun nəzdində fəaliyyət göstərən Dissertasiya Şuralarının tərkibində həlledici səslə birdəfəlik və BDU-nun Jurnalistika fakültəsi nəzdində fəaliyyət göstərən birdəfəlik dissertasiya şurasının üzvü olmuşdur. == Elmi fəaliyyəti == Alxan Məmmədov 1982–1984-cü illərdə istehsalatdan ayrılmaqla Azərbaycan EA Nizami adına Ədəbiyyat institutunun aspirantı olmuş və "M. Ə. Sabir və ictimai-ədəbi mühit (elmi tərcümeyi-hal məsələləri)" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1986). Azərbaycan ədəbiyyatşünaslığında klassik sənətkarın elmi tərcümeyi-halının yazılması istiqamətində elmi tədqiqat işi ilk dəfə bu dissertasiyada yerinə yetirilmişdir. A. B. Məmmədov 1991–1993-cü illərdə istehsalatdan ayrılmaqla AMEA Nizami adına Ədəbiyyat İnstitutunun doktorantı olmuşdur. Onun "Şamaxı ədəbi mühiti (XİX əsrin ortalarından mart 1918-ci ilə qədər)" mövzusunda yazıb, 1998-ci ildə müdafiə etdiyi doktorluq dissertasiyası Azərbaycan ədəbiyyatının regional tədqiqi istiqamətində atılan ilk addımdır.
Alxan Məmmədov
Alxan Bayramoğlu (Məmmədov) (22 oktyabr 1954, Birinci Şıxlı, Qazax rayonu) — azərbaycanlı filoloq alim, filologiya elmləri doktoru, professor. "Şamaxı ədəbi mühiti (XIX əsrin ortalarından mart 1918-ci ilə qədər)" mövzusunda yazıb, 1998-ci ildə müdafiə etdiyi doktorluq dissertasiyası Azərbaycan ədəbiyyatının regional tədqiqi istiqamətində atılan ilk addımdır. Azərbaycan Demokratik Respublikası dövründə ədəbi fikrin əsas istiqamətlərinə dair yazıb çap etdirdiyi monoqrafiyalar Cümhuriyyət dövrü ədəbiyyatımıza həsr edilmiş ilk monoqrafik tədqiqat nümunələridir. == Həyatı == Alxan Bayramoğlu Qazax rayonunun Birinci Şıxlı kəndində 22 oktyabr 1954-cü ildə anadan olmuş, 1977-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Alxan Məmmədov 2002-ci ildən AMEA Nizami adına Ədəbiyyat İnstitutunun nəzdində fəaliyyət göstərən doktorluq üzrə dissertasiya şurasının , 2006-cı ildən isə həm də BDU-nun nəzdində fəaliyyət göstərən doktorluq üzrə dissertasiya şurasının seminarının üzvüdür. Bundan başqa o, ayrı-ayrı vaxtlarda bir neçə dəfə AMEA Nəsimi adına Dilçilik İnstitutu və ADU-nun, BSU-nun nəzdində fəaliyyət göstərən Dissertasiya Şuralarının tərkibində həlledici səslə birdəfəlik və BDU-nun Jurnalistika fakültəsi nəzdində fəaliyyət göstərən birdəfəlik dissertasiya şurasının üzvü olmuşdur. == Elmi fəaliyyəti == Alxan Məmmədov 1982–1984-cü illərdə istehsalatdan ayrılmaqla Azərbaycan EA Nizami adına Ədəbiyyat institutunun aspirantı olmuş və "M. Ə. Sabir və ictimai-ədəbi mühit (elmi tərcümeyi-hal məsələləri)" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1986). Azərbaycan ədəbiyyatşünaslığında klassik sənətkarın elmi tərcümeyi-halının yazılması istiqamətində elmi tədqiqat işi ilk dəfə bu dissertasiyada yerinə yetirilmişdir. A. B. Məmmədov 1991–1993-cü illərdə istehsalatdan ayrılmaqla AMEA Nizami adına Ədəbiyyat İnstitutunun doktorantı olmuşdur. Onun "Şamaxı ədəbi mühiti (XİX əsrin ortalarından mart 1918-ci ilə qədər)" mövzusunda yazıb, 1998-ci ildə müdafiə etdiyi doktorluq dissertasiyası Azərbaycan ədəbiyyatının regional tədqiqi istiqamətində atılan ilk addımdır.
Alxan çölü
Alxan çölü - Füzuli rayonu ərazisində çöl. == Oronimi == Oronim alxan (Köndələnçayla bağlıdır), çöl (düz.) və -ü (mənsububiyyət şəkilçisi) komponentlərindən düzəlib, "Köndələnçayın axdığı çöl" deməkdir.
Alıxan pəyəsi körpüsü
Alıxan pəyəsi körpüsü — Dərələyəz mahalının Keşişkənd (06.12.1957-ci ildən — Yeğeqnadzor) rayonu ərazisində, Səlim çayının üzərində, Qoytul kəndi ilə Həsənkənd kəndi arasında, hazırda xarabalıqları qalan Alıxan pəyəsi kəndinin aşağısında yerləşən biraşırımlı daş körpüdür. == Haqqında == Tarixi abidənin hazırda Səlim çayının sağ sahilində bir hissəsi qalmaqdadır. Körpünün yerində çayın sağ və sol sahilləri arasında məsafə 13 m, körpünün eni 4 m, su səthindən orta xətti 9 m, ümumi uzunluğu 30 m olmuşdur. Körpü divarındakı kitabələrin birində Süleyman şahın adı qeyd olunduğundan onun 1666-cı ildə tikildiyi ehtimal edilsə də, körpünün 1340-1344-cü illərdə Elxani hökmdarı Süleyman xan tərəfindən tikdirilməsi versiyası da mövcuddur.
Alxan-Yurd cümə məscidi
Məhəməd Bəşir Hacı Arsunkayev adına Alxan-Yurd cümə məscidi (çeç. Iалхан-Юрт маьждиг Мохьмад-Башир-хьажин цӀарах дина) — Çeçenistan Respublikası Urus-Martan rayonu, Alxan-Yurd kəndində yerləşən Qafqaz magistral yolunun yaxınlığında tikilmiş, kəndin ən böyük Cümə məscidi. Məscid Çeçenistan Respublikasının ilk müftisi Məhəməd Bəşir Hacı Arsunkayevin adını daşıyır. == Tarixi == 1883-cü ildə Alxan-Yurt kəndində əsas Cümə məscidi olan 7 məscid və 6 məhəllə məscidi fəaliyyət göstərirdi.. Lakin Sovet hakimiyyəti illərində bütün məscidlər bağlanmış və yaxud dağıdılmışdı. Alxan-Yurd cümə məscidi alim və ilahiyyatçı Məhəməd Bəşir Hacı Arsunkayevin adını daşıyır. Maqomed-Bəşir-Hacı Çeçenistan Respublikasının ilk müftisi olmuşdur. == Tikintisi == Müsəlman ziyarətgahının inşası layihəsinin müəllifi Qroznı şəhərinin baş arxitektoru Balaudi Maqomadov olub. Məscidin inşasına 2008-ci ildə başlanmışdır. Lakin 2009-cu ildə çeçen iş adamı Adam Albakovun məscidin inşasına maliyyə dəstəyi göstərməsi ilə işlər daha da canlanmışdır.Məscidin inşasında neft sənayeçisi Mixail Qutseriyev böyük köməklik göstərmişdir.