HEYY
HEYZƏ
OBASTAN VİKİ
Heyz
Aybaşı dövrü və ya menstruasiya dövrü — hormon istehsalında və qadın reproduktiv sisteminin uşaqlıq və yumurtalıqların strukturlarında hamilə qalmağa imkan verən bir sıra təbii dəyişikliklər. Yumurtalıq dövrü yumurtaların istehsalını və buraxılmasını, həmçinin estrogen və progesteron hormonlarının dövri buraxılmasını idarə edir. Uterus dövrü, embrionun yerləşməsi üçün uşaqlığın (bətnin) divarının hazırlanmasını və saxlanmasını tənzimləyir. Bu dövrlər eyni vaxtda və əlaqəli şəkildə baş verir, normalda 21–35 gün davam edir, ortalama uzunluğu 28 gündür və təxminən 30–45 il davam edir. Təbii olaraq meydana gələn hormonlar bu dövrləri idarə edir. Follikül stimullaşdırıcı hormonun (FSH) müntəzəm olaraq yüksəlməsi və azalması, yetişməmiş yumurta hüceyrələrinin (oositlərin) istehsalını və böyüməsini təmin edir. Estrogen hormonu, mayalanma baş verərsə, embrionu yerləşdirmək üçün uterus divarını qalınlaşdırır. Qatılaşmış divarın qan axını embrionu qida ilə təmin edir. Embrion implantasiya olunmazsa, bu divar parçalanır və qan xaric olur. Progesteron səviyyəsinin azalması ilə başlayan menstruasiya uterus divarının tsiklik tökülməsidir və hamiləliyin baş vermədiyini göstərir.
Darren Heyz
Darren Heyz (ing. Darren Hayes; 8 may 1972, Brisben) — müğənni, şair və bəstəkar, Savage Garden duetinin yaradıcılarından biri. Bəyəndiyi müğənnilər: Prince, The Smiths, Fleetwood Mac, Marvin Gaye, Diana Ross, Duran Duran, Maykl Cekson, Madonna, U2, Eurythmics, Annie Lennox, Dido, Sarah Mclachlan Darren hələ məktəb illərində məktəb musicallarında çıxış edirdi. Bir neçə zaman sonra isə Darren universitetə qəbul olur. Hələ məktəb illərində bir çox mahnısının yazılmasında Darren’i ruhlandıran – Colby Taylor ilə tanış olur. Ən məşhurlardan biri – "Truly Madly Deeply" Daniel Jones’la tanışlıqdan sonra Darren musiqiyə görə universiteti yarımçıq tərk edir. Sonra onlar "Red Edge" qrupunu tərk edirlər və öz şəxsi qruplarını – "Savage Garden" qrupunu yaradırlar. İlk uğurlu albom "Savage Garden" (1997) albomu olur. 1999-cu ildə Darren və Daniel San-Francisco’ya, Wallyworld studiyasına gəlirlər. Burada onlar ikinci uğurlu albom – "Affirmation" albomunu yazdırırlar.
Elli Heyz
Elli Heyz (10 may 1987, Redlends[d], Kaliforniya) — amerikalı porno ulduzu.
Tiffani Heyz
Tiffani Heyz (ing. Tiffany Hayes; 20 sentyabr 1989) — ABŞ və Azərbaycan peşəkar basketbolçusu, Azərbaycan qadın milli 3x3 basketbol komandasının və Qadınlar Milli Basketbol Assosiasiyasında (WNBA) "Atlanta Dream" komandasının üzvü. 2012-ci il WNBA seçmələrində ikinci turda 14-cü sıradan seçilmişdir. == Erkən illəri və təhsili == Tiffani Heyz 20 sentyabr 1989-cu ildə ABŞ-ın Luiziana ştatının Fort-Polk-Saut şəhərində Renard və Doroti Heyz ailəsində anadan olmuşdur. Onun iki qardaşı, Cerron və Dontey, və bir bacısı, Latişa var. O, Florida ştatının Uinter-Heyven şəhərində böyümüş və Uinter-Heyven Liseyində təhsil almış, burada yerli basketbol komandasında çıxış etmişdir. == Karyerası == Heyz, Konnektikut Universitetində kollec basketbolu oynamış və burada 2009 və 2010-cu illərdə NCAA çempionluğunu qazanmışdır. 2012-ci il WNBA seçmələrində "Atlanta Dream" tərəfindən seçilmiş və o vaxtdan bəri bu komandada çıxış edir. Heyz həmçinin Türkiyə, İsrail və Rusiyada da peşəkar klublarda oynamışdır. 2022-ci ildə Heyz Azərbaycan vətəndaşlığını qəbul etmiş və Azərbaycan milli 3x3 basketbol komandasında çıxış etməyə başlamışdır.
Lüsi Uebb Heyz
Lüsi Uebb Heyz (ing. Lucille "Lucy" Ware Webb Hayes; 28 avqust 1831[…], Çillikoti[d], Ohayo – 25 iyun 1889[…], Fremont[d], Ohayo) — ABŞ-nin Prezidenti Raterford Heysin həyat yoldaşıdır.
Heyzel faciəsi
Heyzel stadionu faciəsi — adlandırılan bu hadisə 29 may 1985-ci ildə Belçikanın Brüssel şəhərində İtaliyanın Yuventus FK və İngiltərənin Liverpul FK klublarının Çempion Klublar Kuboku finalında qarşılaşmasından əvvəl baş vermişdir. Hadisə zamanı izdihamdan qurtulmağa çalışan azarkeşlər divarda sıxışdırılmış, çoxluğunu Yuventus azarkeşləri təşkil etməklə 39 nəfər həlak olmuş, 600 insan isə yaralanmışdır. Yuventus-Liverpul final qarşılaşması başlamazdan təxminən 1 saat əvvəl böyük bir qrup Liverpul azarkeşi hasarları aşaraq "neytral ərazi" adlandırılan, əsasən Yuventus azarkeşlərinin olduğu tribunaya daxil olmuşdular. Azarkeşlər terraslara və təhlükədən qurtulmaq üçün beton istinad divarlarına doğru qaçdılar. Divara yaxın yerdə oturan azarkeşlər əzildi, sonda isə divar uçdu. Bir çox insan yuxarı dırmaşaraq təhlükədən qurtuldu, lakin digərləri qurtula bilməyib həlak oldu və yaxud ağır şəkildə yaralandı. Oyun azarkeşlərin yenidən yarada biləcəyi zorakılığın qarşısını almaq üçün oynandı və Yuventusun 1–0-lıq qalibiyyəti ilə nəticələndi. Faciə UEFA’nın ingilis klublarını bütün UEFA müsabiqələrindən uzaqlaşdırılması ilə nəticələndi. Bu qadağa 1990–91 sezonundan etibarən aradan qaldırıldı, lakin Liverpula əlavə 3 il cəza verilməklə bu güzəştdən istisna edildi. Daha sonra cəza 1 ilə endirildi.
Paul fon Heyze
Paul İohann Lüdviq fon Heyze (alm. Paul Johann Ludwig von Heyse‎, 15 mart 1830[…], Berlin – 2 aprel 1914[…], Münxen) — alman yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1910). Alman şairi, nasir və dramaturq Paul İohann Lüdviq fon Heyze Berlində, professor ailəsində doğulmuşdu. Atası ixtisasca filoloq olsa da, sənətə məhəbbət, yaradıcılıq istəyi və istedadı ona "emosional, qeyri-adi dərəcədə parlaq qadın" kimi xatırladığı yəhudi əsilli anasından keçmişdi. Təbii ki, Berlin bomondunun toplaşdığı evləri və ailə mühiti də burada mühüm rol oynamışdı. Paul Hayze Berlin və Bonn universitetlərində klassik ədəbiyyat və roman filologiyası üzrə mühazirələr kursu dinləmişdi. Sonra təhsilini İtaliyada davam etdirmişdi. İtaliyaya uzun müddətli səfər alman şairini həmişəlik bu ölkəyə bağlamış və onu italyan poeziyasının alman dilinə ən yaxşı tərcüməçilərindən biri kimi tanıtmışdı. Heyzenin ədəbi zövqünün müəyyənləşməsinə Dante, Bokkaçço və Cakomo Leonardi kimi İntibah şairlərinin böyük təsiri olmuşdur. 1854-cü ildə kral II Maksimillian 24 yaşlı gənci Münhenə, öz sarayına dəvət etmişdi.
Verner Heyzenberq
Verner Karl Heyzenberq (alm. Werner Karl Heisenberg‎; 5 dekabr 1901[…], Vürtsburq, Bavariya Krallığı, Almaniya imperiyası – 1 fevral 1976[…], Münxen, Bavariya, Qərbi Almaniya) — alman fiziki, kvant mexanikasının əsas yaradıcılarından biri. 1925-ci ildə nəşr etdiyi məqaləsi ilə böyük şöhrət qazanmışdır. Maks Born və Paskual Yordan ilə sonrakı məqalələr seriyasında, eyni il ərzində onun kvant mexanikasının matris formalaşdırılması əsaslı şəkildə işlənib hazırlanmışdır. O, 1927-ci ildə nəşr etdirdiyi qeyri-müəyyənlik prinsipi ilə tanınır. Heyzenberq 1932-ci ildə "kvant fizikası yaradılmasına görə Fizika üzrə "Nobel" mükafatı layiq görülüb. Heyzenberq həmçinin turbulent axınların hidrodinamikasının, atom nüvəsinin, ferromaqnetizmin, kosmik şüaların və maddə və sahə zərrəcikləri nəzəriyyələrinə töhfələr vermişdir. O, İkinci Dünya müharibəsi zamanı Almaniyanın nüvə silahı proqramında əsas alim olub. O, həmçinin 1957-ci ildə Münhendəki tədqiqat reaktoru ilə birlikdə Karlsruedə ilk Qərbi Almaniya nüvə reaktorunun planlaşdırılmasında mühüm rol oynamışdır. İkinci Dünya müharibəsindən sonra o, Kayzer Vilhelm Fizika İnstitutunun (daha sonra Maks Plank Fizika İnstitutu) direktoru təyin edilmişdir.
Yohan Heyzinq
Yohan Heyzinq, Niderlandlı filosof və tarix professorudur. Fiziologiya professoru Dirk Heyzinqin ailəsində Qroningendə dünyaya gəlib. Anası Yakoba Tonkens Yohanın doğumundan iki il sonra öldü. Yohan Heyzinq Hind-german dillərini öyrənməyə başladı və təhsilini 1895-ci ildə tamamladı. Daha sonra müqayisəli dilçilik oxudu. Sanskrit dilinə hakim oldu. Dissertasiya işini təlxəyin Hind Teatrındakı yeri mövzusunda 1897-ci ildə etdi. 1902-ci ildə Orta əsrlərə və Renesansa yönəldi. Heyzinq Qərbi Avropa, Orta əsrlər və İntibah tarixi ilə əlaqədar tədqiqatlar vasitəsilə dünya şöhrəti qazandı . Ən məşhur əsərləri Orta əsrlərin payızı ( 1919 ) və Erasmus ( 1924 ).
Heyzenberq
Verner Karl Heyzenberq (alm. Werner Karl Heisenberg‎; 5 dekabr 1901[…], Vürtsburq, Bavariya Krallığı, Almaniya imperiyası – 1 fevral 1976[…], Münxen, Bavariya, Qərbi Almaniya) — alman fiziki, kvant mexanikasının əsas yaradıcılarından biri. 1925-ci ildə nəşr etdiyi məqaləsi ilə böyük şöhrət qazanmışdır. Maks Born və Paskual Yordan ilə sonrakı məqalələr seriyasında, eyni il ərzində onun kvant mexanikasının matris formalaşdırılması əsaslı şəkildə işlənib hazırlanmışdır. O, 1927-ci ildə nəşr etdirdiyi qeyri-müəyyənlik prinsipi ilə tanınır. Heyzenberq 1932-ci ildə "kvant fizikası yaradılmasına görə Fizika üzrə "Nobel" mükafatı layiq görülüb. Heyzenberq həmçinin turbulent axınların hidrodinamikasının, atom nüvəsinin, ferromaqnetizmin, kosmik şüaların və maddə və sahə zərrəcikləri nəzəriyyələrinə töhfələr vermişdir. O, İkinci Dünya müharibəsi zamanı Almaniyanın nüvə silahı proqramında əsas alim olub. O, həmçinin 1957-ci ildə Münhendəki tədqiqat reaktoru ilə birlikdə Karlsruedə ilk Qərbi Almaniya nüvə reaktorunun planlaşdırılmasında mühüm rol oynamışdır. İkinci Dünya müharibəsindən sonra o, Kayzer Vilhelm Fizika İnstitutunun (daha sonra Maks Plank Fizika İnstitutu) direktoru təyin edilmişdir.

Значение слова в других словарях