Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aynur
Aynur — Azərbaycanlı qız adı. Aynur Məmmədova — Taekvondo üzrə 3 qat dünya və 2 qat Avropa çempionu Aynur Sofiyeva — Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini. Aynur Camalqızı — sabiq deputat, jurnalist, yazıçı, “Gündəlik Teleqraf” MMC-nin direktoru.
Aynur Aydın
Aynur Aydın (15 dekabr 1985, Münhen) — Türkiyəli müğənni və bəstəkar.[mənbə göstərin] == Həyatı == 15 dekabr 1985-ci ildə Almaniyanın Münhen şəhərində dünyaya gəlib. İlk səhnə təcrübəsini teatrda qazanıb. Mühnehndəki "Westend Opera Musical" məktəbini bitirib. 1999-cu ildə "Sürpriz" musiqi qrupuna qatılmaqla professional musiqiyə başlayıb.
Aynur Camalqızı
Aynur Camal qızı Quliyeva (7 fevral 1975, Mamırlı, Mirbəşir rayonu) — Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı, jurnalist, yazıçı, "Gündəlik Teleqraf" MMC-nin direktoru, publika.az və teleqraf.com saytlarının rəhbəri. == Həyatı == 1975-ci il fevralın 7-də Tərtər rayonunun Mamırlı kəndində anadan olmuşdur. 1996-cı ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun (BSİPİ) Politologiya fakültəsini bitirib. == İctimai-siyasi fəaliyyəti == 1996–2000-ci illərdə "Azərbaycan Ordusu", "Xalq qəzeti", "Şans", "Ulus", "Millətin səsi", "Yeni Yüzil" qəzetlərinin müxbiri işləyib. 2001–2005-ci illərdə "Yeni Müsavat" qəzetinin müxbiri işləyib. 2005-ci il noyabrın 6-da 95 saylı Tərtər seçki dairəsindən deputat seçilmişdir. Aynur Camalqızı Müsavat üzvü kimi Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin tərkibinə daxil edilmiş bu digər müsavatçı deputatlar tərəfindən etirazla qaşılanmışdır. Nəticədə Aynur Camalqızı partiyadan uzaqlaşdırıldı. Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyasının üzvü olub. Azərbaycan-İordaniya, Azərbaycan-Qazaxıstan, Azərbaycan-Norveç, Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olub.
Aynur Mustafayeva
Aynur Abbasova (qızlıq soyadı: Mustafayeva; 13 fevral 1998) — Azərbaycanı təmsil edən bədii gimnast. == Həyatı == Aynur Mustafayeva 1998-ci il fevralın 13-də olub. == Karyerası == 2014-cü ilin iyununda baş tutan Avropa Çempionatında Azərbaycanı Aleksandra Platonova, Aliyə Paşayeva, Aynur Mustafayeva, Diana Doman və Siyana Vasilevadan ibarət qrup təmsil elədi. Ümumi turniri 34.050 balla beşinci, 10 gürz turnirini isə 17.166 balla altıncı pillədə başa vuran Platonova, Paşayeva, Mustafayeva, Doman və Vasilevadan ibarət qrup 3 top+2 lent turnirində 17.650 ballıq nəticə göstərdi və Avropa Çempionatının gümüş medalına sahib oldu. Daha sonra Aynur Mustafayeva 2014-cü ilin sentyabrında İzmir şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı. Aleksandra Platonova, Aliyə Paşayeva, Aynur Mustafayeva, Diana Doman, Səbinə Abbasova və Siyana Vasilevadan qrup ümumi turniri 33.332 balla altıncı, 10 gürz turnirini 15.416 balla, 3 top+2 lent turnirini isə 16.608 balla 8-ci pillələrdə başa vurdu. Aynur Mustafayeva 2015-ci ilin sentyabrında Almaniyanın Ştutqart şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı. Aleksandra Platonova, Aynur Mustafayeva, Diana Doman, Nigar Əbdüsəlimova, Səbinə Abbasova və Siyana Vasilevadan qrup ümumi turniri 32.532 balla 12-ci, 6 gürz+2 halqa turnirini isə 16.566 balla 8-ci pillələrdə başa vurdu.
Aynur Məmmədova
Aynur Tofiq qızı Məmmədova (21 fevral 1979, Təzə Şilyan, Ucar rayonu) – Paralimpiyaçı Taekvondo üzrə 3 qat dünya və 4 qat Avropa çempionu, Azərbaycan Respublikasının əməkdar idman ustası və ictimai-siyasi xadim, Paratekvando üzrə Azərbaycan Milli Yığmasının üzvü, Prezident Mükafatçısı, Əlilliyi olan uşaq və gənclərin idmana inteqrasiyası ictimai birliyinin sədri. == Həyatı == Aynur Tofiq qızı Məmmədova 21 fevral 1979-cu il tarixdə Azərbaycan SSR-in Ucar rayonunun Təzə Şilyan kəndində anadan olmuşdur. Uşaqlığı Təzə Şilyan kəndində keçmişdir. 1997-ci ildən Bakı şəhərində yaşayır. MirKamal Bəşirli adlı bir oğlu var. === Təhsili === 1996-cı ildə Təzə Şilyan kənd orta məktəbini bitirib. 2001-ci ildə Bakı Maliyyə İqtisad Kollecini bitirib. 2014-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasıda təhsil almış, 2019-cu ildə bitirmişdir. == Fəaliyyəti == 1998-ci ildən ictimai-siyasi və xeyriyyəçilik fəaliyyəti fəal məşğul olmuşdur. 1998–2000-ci illərdə Azərbaycan Əlil Qadınlar Cəmiyyəti İdarə Heyətinin üzvü, 2000–2004-cü illərdə Azərbaycan Respublikası Müharibə Veteranları Cəmiyyətinin Sədr müavini, 2004–2009-cu illərdə "Pənah" Əlillər Cəmiyyətinin İdarə Heyətinin üzvü vəzifəsini tutmuşdur.
Aynur Poladov
Aynur Şıxbaba oğlu Poladov (20 oktyabr 1980, Dəvəçi rayonu – 2 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Aynur Poladov 1980-cı il oktyabrın 20-də Şabran rayonunun Zeyvə kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun baş giziri olan Aynur Poladov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Aynur Poladov oktyabrın 2-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Şabran rayonunun Zeyvə kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aynur Poladov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Aynur Poladov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Aynur Poladov ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi. Azəbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli sərəncamı ilə Aynur Poladov ölümdən sonra " Cəsur döyüşçü" medalı ilə tətif edilib.
Aynur Quliyeva
Aynur Quliyeva — Azərbaycan Respublikası Milli Məclisinin III çağırış deputatı.
Aynur Rzayeva
Aynur Rzayeva (13 sentyabr 1989, Bakı) — Azərbaycanı təmsil edən qadın boksçu. == Karyerası == Aynur Rzayeva 2014-cü ilin 31 may-8 iyununda Rumıniyanın Buxarest şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. Rzayeva 1/4 final mərhələsi çərçivəsində baş tutan görüşdə Macarıstan nümayəndəsi Petra Szatmari ilə üz-üzə gəldi və rəqibinə 0:3 hesabı ilə məğlub oldu.Daha sonra Aynur Rzayeva 2014-cü ilin 16–24 noyabrında Cənubi Koreyanın Jeju şəhərində baş tutan Dünya Çempionatında çıxış elədi. Rzayeva 1/8 final mərhələsi çərçivəsində baş tutan görüşdə Rusiya nümayəndəsi Zemfira Məhəmmədəliyevaya məğlub oldu (TKO) və mübarizəsini dayandırdı.Aynur Rzayeva 2016-cı ilin 18–28 mayında Qazaxıstanın Astana şəhərində baş tutan Dünya Çempionatında da mübarizə apardı. Rzayeva 1/8 final mərhələsində Hindistan təmsilçisi Sema Puniaya məğlub oldu (0:3) və turniri medalsız başa vurdu.Daha sonra Aynur Rzayeva 2016-cı ilin 15–24 noyabrında Bolqarıstanın Sofiya şəhərində baş tutan Avropa Çempionatında çıxış elədi. Rzayeva 1/4 final mərhələsində Ukrayna nümayəndəsi İrina Vinniyə qalib gəlsə də (TKO), 1/2 final mərhələsində Rusiya təmsilçisi Zemfira Məhəmmədəliyevaya məğlub oldu (0:3) və Avropa Çempionatının bürünc medalına sahib oldu.COVID-19 pandemiyasına görə əvvəl 2020-ci ilin martında Birləşmiş Krallıqda, sonra isə 2021-ci ilin iyununda Fransada baş tutan Avropa Olimpiya Təsnifat Turnirində mübarizə aparan Aynur Rzayeva, turnirin 1/8 final mərhələsindəcə Polşa nümayəndəsi Yelizabieta Voyçiya məğlub oldu (0:5) və mübarizəsini dayandırdı.Aynur Rzayeva 2022-ci ildə Monteneqronun Budva şəhərində baş tutan Avropa Çempionatında çıxış elədi. Rzayeva 1/2 final mərhələsində Moldova nümayəndəsi Darya Kozoreza qalib gəlsə də (4:1), final görüşündə Ukrayna təmsilçisi Mariya Lovçinshaya məğlub oldu (1:4) və Avropa Çempionatının gümüş medalına sahib oldu.Daha sona Aynur Rzayeva 2023-cü ilin 16-26 martında Hindistanın Yeni Dehli şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı. Rzayeva 1/4 final mərhələsində Yeni Zelandiya nümayəndəsi Seline Li-Loya qalib gəlsə də (5:0), 1/2 final mərhələsində Qazaxıstan təmsilçisi Ləzzət Kunqeybayevaya məğlub oldu (0:5) və Dünya Çempionatının bürünc medalına sahib oldu.
Aynur Sofiyeva
Aynur Sofiyeva (19 iyul 1970, Qax) — Azərbaycan şahmatçısı, beynəlxalq qrosmeyster (1991), ikinci çağırış Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini, 2002–2007-ci illərdə Azərbaycan Şahmat Federasiyasının prezidenti. == Həyatı == Sofiyeva Aynur Məmmədiyyə qızı 19 iyul 1970-ci ildə Azərbaycan Respublikasının Qax şəhərində anadan olmuşdur. 1977-ci ildə Qax şəhərindəki 1 nömrəli məktəbin ikinci(birbaşa) sinfinə daxil olmuş, 1986-cı ildə həmin məktəbi qızıl medalla bitirmişdir. 1986-cı ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olmuşdur. 1991-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə başa vurmuşdur. 1997–2001-ci illərdə Bakı Dövlət Universitetində hüquqşünas ixtisası da almışdır. 1998–2000-ci illərdə Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aparıcı, daha sonra baş hüquq məsləhətçisi vəzifələrində çalışmışdır. İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. 1974-cü ildən idmanın şahmat növü ilə məşğul olur. 6 yaşında gənclər arasında rayon çempionu, 14 yaşında qızlar arasında, 15 yaşında qadınlar arasında Azərbaycan çempionu, 16 yaşında qızlar arasında SSRİ çempionu adını qazanmışdır.
Aynur Talıbova
Aynur Talıbova (1976, Mingəçevir) — azərbaycanlı televiziya və radio aparıcısı, vloger. == Həyatı == 1976-cı ildə Mingəçevir şəhərində anadan olmuşdur. Türkiyədə jurnalistika üzrə təhsil almışdır. Həyatının 10 ili İstanbulda keçmişdir. Azərbaycana döndükdən sonra ANS-də çalışmağa başlayır. Daha sonra Xəzər TV-də işləmişdir. "Qrin kard" qazandıqdan sonra ailəsi ilə birlikdə ABŞ-yə köçmüşdür. Simran Baxşıyevlə ailə qurub. Uğur adlı oğlu 2013-cü ildə anadan olub. Hazırda ABŞ-də yaşayır.
Aynur İmranova
Aynur İmran (tam adı: Aynurə İmran qızı İmranova; 11 noyabr 1976, Zərdab rayonu) — Azərbaycan jurnalisti və siyasətçisi. == Həyatı və təhsili == Aynur İmran 11 noyabr 1976-cı ildə Azərbaycan Respublikasının Zərdab rayonunda ziyalı ailəsində anadan olub. 1982-1993 cü illərdə Zərdab rayon Həsən bəy Zərdabi adına 1 nömrəli məktəbini bitirən Aynur İmran 1993-1997 cü ilində Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda bakalavr, 2010-2012-ci illərdə Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının magitsr dərəcəsinə yiyələnmişdir. 2012-2013 illərində Avropa Şurasının mərkəzi Fransanın Strasburq şəhərində yerləşən Siyasi biliklər Məktəbindən də məzun olub. 2021-ci ildə QS Runkihg siyahısında Rusyanın ilk 300-ə daxil olan yeganə universiteti Rusiya Xalqlar Dostluğu Universitetinin beynəlxalq münasibətlər üzrə doktorantura təhsilinə haqq qazanıb. Hal-hazırda təhsilini davam etdirir. == Jurnalistika fəaliyyəti == Fəaliyyətə 1994-cü ildə "Müxalifət" qəzetinin jurnalisti kimi başlayıb. "Cümhuriyyət" qəzetində, ANS ÇM radiosunda, "Yeni Müsavat", "Azadlıq" qəzetlərində , Azad Azərbaycan Televiziyasında jurnalist və redaktor fəaliyyətində olub. 2010–2013-cü illərdə inetrnet televiziyası olan Kanal 13-də siyasi debatlardan ibarət olan "Aktual" proqramını aparmağa başlayıb. == İctimai-siyasi fəaliyyəti == 1993-cü ildən 2003-cü ilə qədər Müsavat Partiyasının sıralarında fəaliyyət göstərib.
Aynur İsgəndərli
Aynur Akif qızı İsgəndərli — Azərbaycan müğənnisi. == Həyatı == Aynur İsgəndərli 20 avqust 1987-ci ildə Bakı şəhərində musiqiçilər ailəsində dünyaya göz açmışdır. == Musiqi karyerası == Aynur İsgəndərli Samir Hacıyev adına 5 saylı ümumtəhsil məktəbini bitirmişdir. Təhsil illərində məktəbin bütün tədbirlərində fəal iştirak etmiş, fəxri diplomlarla təltif olunmuşdur. Eyni zamanda K. Səfərəliyeva adına 16 saylı yeddi illik musiqi məktəbində musiqi təhsili almiş, fortepiano sinfini bitirmişdir. Hələ 5 yaşında "Hər birimiz bir çiçək" (Ələkbər əmi) televiziya verilişinin solisti olmuşdur. Həmçinin Bənövşə uşaq xorunun tərkibində fəaliyyət göstərmişdir . Məktəb yaşlarından Vaqif Gərayzadənin rəhbərliyi altında "Şərq ulduzları" uşaq estrada-vokal ansamblının tərkibində böyük səhnələrdə konsertlərdə çıxış etmişdir. 2004-cü ildə "Azəri star" telelayihəsində ugurla iştirak edərək 3-cü yeri tutmuşdur. Musiqili Qədəmlər" adlı albomu telelahiyədən sonra işıq üzü görmüşdür.
Aynur Əliyeva
Aynur Tahir qızı Əliyeva - Qadın Çüdoçu, Çüdo üzrə Azərbaycan çempionu. == Həyatı == Aynur Tahir qızı Əliyeva 1987-cı ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində anadan olmuşdur. O, hələ kiçik yaşlarından idmanın cudo novü ilə məşğul olmağa başlamışdır. Onun məşqiçisi SSRİ idman ustası Nazim Təhməzov Aynurun qeyri-adi bacarığını, əsil idmançılara məxsus xarakterini duyaraq onunla fərdi məşqlər aparmış, Aynurun məharətinin üzə çıxmasına çalışmışdır. Aynur Əliyeva ilk vaxtlar bir sıra respublika əhəmiyyətli yarışlarda iştirak edərək uğurlar əldə etsə də, nəticələr onun ürəyincə olmamışdır. O, 2006-cı ildə Türkiyədə, 2007-ci ildə Gürcüstanda cudo üzrə qadınlar arasında keçirilən mötəbər yarışlarda III yeri tutmuşdur. Gərgin məşqlər, məşqiçi tövsiyələridən sonra Aynur Əliyeva 2011-ci ildə Bakı şəhərində qadınlar arasında keçirilən cüdo üzrə respublika turnirində birinci yeri tutaraq Azərbaycan çempionu adını qazandı[mənbə göstərin].
Aynur Səfiyeva
Aynur Səfiyeva (31 mart 1974) — Azərbaycan alimi, ümumi cərrah, 2016-cı ildən 2021-ci ilə kimi Avropa Koloproktologiya Cəmiyyətinin Azərbaycan üzrə ilk milli təmsilçisi və 2021-ci ildən Avropa Koloproktologiya Cəmiyyətinin Şərqi Avropa üzrə Regional Təmsilçisi, AMEA-nın Əlaqələndirmə Şurasının Tibb üzrə elmi katibi və Azərbaycan Kolon Rektum Cərrahi Dərnəyinin elmi katibidir. == Həyatı == Aynur Səfiyeva 1974-cü ilin 31 martında anadan olmuşdur. 1991-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil olmuş, 1997-ci ildə fərqlənmə ilə bitirmişdir. 1997–1998-ci illərdə Məlikov adına 6 saylı Bakı Xəstəxanasında internatura keçmişdir. 1999-cu ildə Gürcüstanda Tbilisi Mərkəzi Xəstəxanasında diplomdan sonrakı təhsil təcrübəsi əldə etmişdir. 2004–2007-ci illərdə Səudiyyə Ərəbistanın Cizan şəhərində ümumi cərrahiyyə ixtisası üzrə təhsil almışdır. 2007-ci ildə Səudiyyə Ərəbistanın Əbu Ariş Mərkəzi Xəstəxanasında ultrasəs müayinəsin üzrə təlim keçmişdir. 2009-cu ildə Türkiyənin Ankara Universitetində kolorektal cərrahiyyə ixtisası üzrə, 2010-cu ildə isə həmin universitetdə GIS endoskopiyası üzrə ixtisaslaşma keçmişdir. 2012-ci ildə İtaliyanın Modena şəhərində Yeni Müqəddəs Avqustin Xəstəxanasında kolorektal cərrahiyyə üzrə ixtisas təhsili almışdır. 2013-cü ildə İstanbulda CAPA xəstəxanasında Anorektal fiziologiya üzrə kurs keçmiş, daha sonra Avstriyanın Vyana Tibb Universitetində Kolorektal cərrahiyyə üzrə ixtisasartırma etmişdir.
Aynur İmran
Aynur İmran (tam adı: Aynurə İmran qızı İmranova; 11 noyabr 1976, Zərdab rayonu) — Azərbaycan jurnalisti və siyasətçisi. == Həyatı və təhsili == Aynur İmran 11 noyabr 1976-cı ildə Azərbaycan Respublikasının Zərdab rayonunda ziyalı ailəsində anadan olub. 1982-1993 cü illərdə Zərdab rayon Həsən bəy Zərdabi adına 1 nömrəli məktəbini bitirən Aynur İmran 1993-1997 cü ilində Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda bakalavr, 2010-2012-ci illərdə Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının magitsr dərəcəsinə yiyələnmişdir. 2012-2013 illərində Avropa Şurasının mərkəzi Fransanın Strasburq şəhərində yerləşən Siyasi biliklər Məktəbindən də məzun olub. 2021-ci ildə QS Runkihg siyahısında Rusyanın ilk 300-ə daxil olan yeganə universiteti Rusiya Xalqlar Dostluğu Universitetinin beynəlxalq münasibətlər üzrə doktorantura təhsilinə haqq qazanıb. Hal-hazırda təhsilini davam etdirir. == Jurnalistika fəaliyyəti == Fəaliyyətə 1994-cü ildə "Müxalifət" qəzetinin jurnalisti kimi başlayıb. "Cümhuriyyət" qəzetində, ANS ÇM radiosunda, "Yeni Müsavat", "Azadlıq" qəzetlərində , Azad Azərbaycan Televiziyasında jurnalist və redaktor fəaliyyətində olub. 2010–2013-cü illərdə inetrnet televiziyası olan Kanal 13-də siyasi debatlardan ibarət olan "Aktual" proqramını aparmağa başlayıb. == İctimai-siyasi fəaliyyəti == 1993-cü ildən 2003-cü ilə qədər Müsavat Partiyasının sıralarında fəaliyyət göstərib.
Aynurə Həşimova
Aynurə Abdulla qızı Həşimova — Azərbaycan Rəssamlar İttifaqının üzvü, Təsviri Sənət Qalereyasının müdiri, Sənətşünaslıq üzrə fəlsəfə doktoru (2015). == Həyatı == Həşimova Aynurə Abdulla qızı 29 iyul 1979-cu ildə Bakı şəhərində anadan olub. 1993–1997-ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq Texnikumunu bitirib. 1998–2002-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının bakalavr pilləsini bitirib. 2002–2005-ci illərdə həmin Akademiyada magistr təhsili alıbdır. 2006-cı ildə Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun dissertantı olaraq "Dizayn tərkibli təsviri incəsənət məşğələlərində uşaqların təfəkkürünün və qabiliyyətlərinin inkişafı imkanları" mövzusunda dissertasiya müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. 2001-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Fərdi sərgiləri keçirilib, dövlət tədbirlərinin yüksək səviyyədə təşkilinə görə dəfələrlə fəxri fərmanlarla , diplomlarla , təşəkkürnamələrlə təltif edilibdir. 2007-ci ilədə Bakı Şəhər Təhsil İdarəsinin fəxrə fərmanı ilə təltif edilib. 2006-cı il 10 may Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin təşəkkürnaməsi ilə təltif edilib.
Aynurə İmranova
Aynur İmran (tam adı: Aynurə İmran qızı İmranova; 11 noyabr 1976, Zərdab rayonu) — Azərbaycan jurnalisti və siyasətçisi. == Həyatı və təhsili == Aynur İmran 11 noyabr 1976-cı ildə Azərbaycan Respublikasının Zərdab rayonunda ziyalı ailəsində anadan olub. 1982-1993 cü illərdə Zərdab rayon Həsən bəy Zərdabi adına 1 nömrəli məktəbini bitirən Aynur İmran 1993-1997 cü ilində Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda bakalavr, 2010-2012-ci illərdə Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının magitsr dərəcəsinə yiyələnmişdir. 2012-2013 illərində Avropa Şurasının mərkəzi Fransanın Strasburq şəhərində yerləşən Siyasi biliklər Məktəbindən də məzun olub. 2021-ci ildə QS Runkihg siyahısında Rusyanın ilk 300-ə daxil olan yeganə universiteti Rusiya Xalqlar Dostluğu Universitetinin beynəlxalq münasibətlər üzrə doktorantura təhsilinə haqq qazanıb. Hal-hazırda təhsilini davam etdirir. == Jurnalistika fəaliyyəti == Fəaliyyətə 1994-cü ildə "Müxalifət" qəzetinin jurnalisti kimi başlayıb. "Cümhuriyyət" qəzetində, ANS ÇM radiosunda, "Yeni Müsavat", "Azadlıq" qəzetlərində , Azad Azərbaycan Televiziyasında jurnalist və redaktor fəaliyyətində olub. 2010–2013-cü illərdə inetrnet televiziyası olan Kanal 13-də siyasi debatlardan ibarət olan "Aktual" proqramını aparmağa başlayıb. == İctimai-siyasi fəaliyyəti == 1993-cü ildən 2003-cü ilə qədər Müsavat Partiyasının sıralarında fəaliyyət göstərib.
Aynar Karlson
Aynar Karlson (13 oktyabr 1988) — Estoniyalı boksçu. Aynar Karlson Estoniyanı 2015-ci ildə I Avropa Oyunlarında təmsil etdi. Karlson 10 yaşından boks ilə məşğul olmağa başlamışdır. Kikboksinq üzrə dünya gənclər çempionu və 9 dəfə Estoniya boks çempionudur. Boksdan əlavə kikboksinq, sərbəst güləş, cüdo və ciu-citsu ilə məşğul olur. == Karyerası == Aynar Karlson birinci dəfə Avropa Oyunlarına 2015-ci ildə qatıldı. O, Bakıda baş tutan I Avropa Oyunlarında kişilər 81 kq çəki dərəcəsində, 1/32 final mərhələsində Monteneqronun nümayəndəsi Bosko Draskoviç ilə üz-üzə gəldi. Həmin görüşdə Aynar Karlson rəqibinə 1:2 hesabı ilə uduzdu.
Eynur Abdullayev
Eynur Abdullayev (d. 14 avqust 1968; Zəngilan, Azərbaycan - ö. 29 oktyabr 1993; Zəngilan, Azərbaycan) — Azərbaycan Milli Ordusunun əsgəri, 1-ci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Eynur Abdullayev 1968-ci ilin 14 avqust günündə Zəngilan rayonunun Ağbiz kəndində anadan olub. Abdullayev 1985-ci ildə İsgəndərbəyli kənd orta məktəbini bitirib. Sovet ordusunda hərbi xidmət keçib və bir müddət polis çalışıb. == Qarabağ müharibəsi == Eynur Abdullayev 1993-cü ildə Azərbaycan Milli Ordusunun sıralarına könüllü kimi daxil olub. 1993-cü ilin 29 oktyabr tarixində Zəngilan rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə şəhid olub.
Aynu dili
Aynu dili(Ainu: aynu. アイヌ・イタㇰ, Aynu itak; Yaponca: yap. アイヌ語 Ainu-go)-Aynu dilləri​​ndən biridirki Aynu etnik qrupu üzvləri tərəfindən şimalı Yapon adası Hokkaydoda danışılır. == Şifahi ədəbiyyat == Aynu malik zəngin bir yukar adlı qəhrəman-sagas şifahi ənənəyə malikdir ki bir sıra qrammatik və leksik arxaizmləri qoruyur.
Aynu mifologiyası
Aynu mifologiyası – aynuların mifoloji təsəvvürlərinin toplusudur. Aynuların mifoloji təsəvvürlərinin və mifoloji folklorunun xarakteri və inkişaf səviyyəsi dağınıq məskunlaşma xüsusiyyəti, təsərrüfat növü (yığımcılıq, balıqçılıq, ovçuluq) kimi amillərlə müəyyənləşdirilir. Bu cür yaşam təbii mühitdə və insan populyasiyasında (demoqrafik partlayışa inkişafın qarşısını almaq) balansı saxlamaq üçün zəruri idi. Aynuların mifologiyası Şimal-Qərb Asiya xalqlarının, xüsusi ilə də yapon mifologiyası ilə təmas edərək inkişaf etmiş, lakin bununla birgə sonuncudan mühüm fərqlilikləri qorumağı bacarmışdır. Aynuların mifologiyasının araşdırılması mənbəsi qismində miflərin şifahi olaraq nəsildən-nəsilə ötürlməsinin 19-cü əsrin sonları – 20-ci əsrin əvvələri avropalı missionerlərin qələmə aldığı və müasir yapon tarixçilərinin araşdırdığı sənədlər çıxış edir. Aynu mifləri ilə bağlı elmi tənqidi nəşrlər mövcud deyil. Aynu mifologiyası animistik təsəvvürlərlə doludur – ona əsasən, insan, heyvan, balıq, quş kimi, bitkilər və hətta dünyada olan hər bir əşya və hadisələr də ruha malikdir. Hər şeyin ruha malik olması aynuların dini və mifoloji təsəvvürlərinin politeistik olmasında əks olunur. Aynuların mifoloji toplusunda kosmoloji, kosmoqonik, toponimik, totemistik miflər və bəd ruhlar (şeytanlar) çoxluq təşkil edir. == Aynu ilahlarının ierarxiyası == Aynu miflərində ilahlar “örtən kimsə (nəsə)” anlamını verən “kamuy” (aynu カムイ, yap.
Ainur (Orta Dünya)
Ainur (kvenya: Ainur, yəni "müqəddəslər"; tək halda Ainu) - C. R. R. Tolkinin legendariumunda, Eä və Ardanın yaradılmasından əvvəl Eru İlúvatarın yaratdığı ilk varlıqlar. Onlar fiziki forma almağa qadir olan cisimsiz ruhlar idi. Qüvvət baxımından, Ainular İlúvatardan sonra ikincidirlər. Onların hər birinə İlúvatarın planının yalnız bir hissəsi məlumdur amma hər şey heç birinə məlum deyil. Ainular əbədi olaraq Eru ilə birlikdə Eädan kənar Zamansızlığ Qəsrində olurlar. Əvvəlcə onunla tək danışırdılar və ifa edirdilər. Sonra Erunun istəyi ilə onların səsi birləşərək Ainur Musiqisində səsləndi, bu Musiqidən kainatın boşluğunda böyük bir xəyal əmələ gəldi, parlayan kürə. İlúvatar Aynur Musiqisini görünən etdi, bu xəyala həyat verdi və beləliklə Eä əmələ gəldi - Varlıq Dünyası. Ainuların bir hissəsi Eäya daxil olmağı arzuladı və İluvatarın gələcək övladları üçün Ardanın formalaşdırmasını öz öhdəliklərinə götürdülər. Bu Ainuları elflər Valar və ya Ünsürlər adlandırırdı, insanlar isə onları tanrılar hesab edirdilər.
İbrahim Ethem Atnur
İbrahim Ethem Atnur (türk. İbrahim Ethem Atnur) – Çağdaş Türkiyə tarixçisi, tarix elmləri doktoru, Atatürk Universitetinin tarix şöbəsinin professoru == Həyatı və fəaliyyəti == İbrahim Ethem Atnur 2 mart 1966-cı ildə Türkiyənin Ərzurum şəhərində doğulmuşdur. 1989-cu ildə Ərzurumdakı Atatürk Universiteti Fənn-Ədəbiyyat fakültəsinin tarix bölümün məzunu olmuşdur. 1990-cı ildə Atatürk Universitetində araşdırmaçı kimi çalışmağa başlamışdır. Həmin universitetdə 1991-ci ildə “Deportasiyadan dönən yunan və ermənilərin köçürülməsi” (“Tehcirden Dönen Rum ve Ermenilerin Yeniden İskânı”) adlı çalışması ilə yüksək lisansını, 1996-cı ildə “Osmanlı yönətimindən Sovet yönətiminə qədər Naxçıvan (1918-1921)” adli dissertasiyası ilə doktorasını tamamlamışdır. Uzun müddət Atatürk Universiteti Ədəbiyyat fakültəsi Tarix bölümü Cümhuriyyət tarixi şöbəsində mühaziərlər oxuyan professor İbrahim Atnur, 2009-2014-cü illər arasında Türk Tarix Qurumunda çalışmışdır. O, Türk Tarix Qurumunda Bilim Kurulunun və Türk Hərbi Tarix Komissiyası üzvü olmuşdur. 2002-ci ildə Türkiyə Yazarlar Birliyi tərəfindən Naxçıvan haqqındaki əsəri ilə araşdırma sahəsində ilin yazarı seçilmişdir. 2014-cü ildə İbrahim Atnura elmi fəaliyyətinə görə Naxçıvan Muxtar Cümhuriyyəti Ali Məclis Başkanlığı tərəfindən “Xidmət Nişanı” verilmişdir. TRT tərəfindən tarixi mövzuda çəkilən 3 sənədli filmə elmi məsləhətçi olmuş və ssenari yazmış İbrahim Atnur Türkiyə və xaricdə çox sayda konqres, simpozium və konfransa qatılmışdır.
Anura
Quyruqsuzlar (lat. Anura) — heyvanlar aləminin xordalılar tipinin suda-quruda yaşayanlar sinfinə aid heyvan dəstəsi. 5600-dən artıq(bəzi mənbələrə görə 2100-ə yaxın) növü var. == Maraqlı məlumatlar == • Hələ XVIII əsrdə italyan alimi L. Qalvani şimşək çaxanda qurbağaların ayaq əzələlərinin yığılıb açılmasını müşahidə etmişdi. Sonralar bu müşahidədən elektrikin təsirinin öyrənilməsində istifadə edilmişdir. • Məşhur rus fizioloqu İ. M. Seçenov (1862) ilk dəfə qurbağa üzərində baş beynin reflekslər əmələ gəlməsində rolunu öyrənmişdir. • Şimali Amerikada bəzi qurbağaların səsi bir neçə kilometrlikdən eşidilir. Onların səsi öküz səsinə oxşadığı üçün öküz qurbağa adlandırılır. • Kamerunda qoliaf adlı qurbağa yaşayır. Bütün dünyada ən iri hesab edilən bu qurbağanın kütləsi 3 kq 300 qr, gövdəsinin uzunluğu isə 32 sm-dir.
Assur
Qədim Aşşur (akkadca: Aššur; ərəbcə: أشور Aššûr; yəhudicə: אַשּׁוּר Aššûr) — Aşşur şəhəri ətrafında yaranmış qədim dövlət. Daha sonralar, Aşşur imperiyası Yaxın Şərqdə, Misirdə və Anadoluda böyük əraziləri tərkibinə daxil edən qüdrətli bir dövlətə çevrilmişdir. Aşşur (Assuriya) dövləti – Babildən şimalda yaranmışdır. Bu dövlət b.e.ə. VIII–VII əsrlərdə güclü dövlət olmuşdur. Babil, Suriya, Fələstin əraziləri Aşşur tərəfindən işğal olunmuşdur. E.ə. 605-ci ildə Aşşur dövləti Babil və Midiya tərəfindən süquta yetirildi və torpaqları iki dövlət tərəfindən bölündü. == Xronologiya == E.Ə. 10.-9. əsrlər Aşşur Ön Asiyanın ən qüdrətli dövləti oldu.
Aybar
Aybar (isp. Aibar) — İspaniyanın Navarra əyalətində bələdiyyə. == Tarixi == == Coğrafiyası == == Əhalisi == 2010-cu ilin məlumatına görə bu bələdiyyənin əhalisi 904 nəfərdir.
Aykun
Aygün
Aygün — Azərbaycanda qız adı. Aygün Kazımova — Azərbaycan müğənnisi. Aygün Bünyadzadə — Azərbaycan uşaq yazıçısı.