Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kitab-ül Bəhriyyə
Kitab-ül Bəhriyyə və ya Dənizlər kitabı (osman. >كتاب بحرية türk. Kitâb-ı Bahriye) — Osmanlı dənizçisi, admiralı Piri Rəis tərəfindən hazırlanmış Aralıq dənizi sahillərinin ətraflı xəritəsi-bələdçisi əsəridir. Kitabda dənizçilərə Aralıq dənizi sahilləri, onun adaları, keçidləri, boğazları, körfəzləri, fırtına zamanı hara sığınacaq axtarmalı, limanlara necə yaxınlaşmalı, eləcə də limanlar arasında naviqasiya üçün dəqiq marşrutlar haqqında məlumat verilir. Kitab-ül Bəhriyyənin iki variantı var. Birincisi 1521-ci ilə aiddir və dənizçilərin istifadəsi üçün hazırlanmışdır. İkincisi, 1526-cı ildə Qanuni Sultan Süleymana təqdim edilmək üçün hazırlanmış daha təfərrüatlı və təmtəraqlı nüsxəsidir. == Tarixi == Böyük kartoqraf olmaqla yanaşı, böyük dənizçi olan Piri Rəis getdiyi yerlər haqqında məlumatları qeydə alır, xəritələrini çəkirdi. 1511-1513-cü illər arasında ilk dünya xəritəsini çəkərkən (Piri Rəis xəritəsi) naviqasiya qeydlərini kitab şəklində tərtib etməyə başladı. Nəhayət, xarici mənbələrdən istifadə edərək 1521-ci ildə tamamladığı Kitab-ül Bəhriyyə də bu yerlərin tarixi və coğrafi xüsusiyyətlərini topladı.
Bəqliyyə
Bəqliyyə və ya Buraniyyə — qərmətilərin XX əsrin əvvəllərində Cənubi Mesopotamiyada fəal olmuş alt qrupu. Qrup 907-ci ildə Zikrəveyh ibn Mihrəveyhin qərməti üsyanının Abbasilər xilafəti tərəfindən yatırılmasından sonra yaranmışdır. Zikrəveyh öldürülmüş, lakin onun Səvaddakı ardıcıllarının çoxu onun ölümünə inanmaış, onlara yenidən rəhbərlik etmək üçün qayıdacağına inanmışdır. 907-ci və ya 908-ci ildə Əbu Hatəm Zutti adlı bir dai Səvadda fəal olmuş və ardıcıllarına sarımsaq, kəvər və şalğam yeməyi, heyvan kəsməyi və İslam dininin bəzi ayinlərinə riayət etməyi qadağan etmişdir. Buna görə də onun ardıcılları Bəqliyyə ləqəbini almış və tezliklə bu addan ümumiyyətlə Səvad qərmətiləri üçün istifadə olunmağa başlanmışdır. Çox keçməmiş, Məhəmməd ibn İsmayılın Mehdi olaraq qayıtmasına hələ də inanan Həmdan Qərmət və Əbu Məhəmməd Əbdanın ardıcılları Zikrəveyhin ardıcıllarına qoşulmuşdur. Bu hərəkat sonradan Məsud ibn Hureyt və Əbu Məhəmməd Əbdanın qardaşı oğlu İsa ibn Musanın başçılığı ilə Kufə və Vəsit ətrafındakı ərazilərdə Abbasilərə qarşı bir neçə dəfə üsyan qaldırmışdır. Onlar Bəhreyn qərmətilərinin 927-ci ildə Əbu Tahir Cənnəbinin başçılığı altında İraqa yürüşündən sonra üsyan qaldırmış, lakin Abbasi sərkərdəsi Harun ibn Qərib tərəfindən məğlub edilmişlər. Onların bayraqları ağ fon üzərində Quranda İsrail övladlarının fironun zülmündən xilas olması haqqında yazılar qeydə alınmış şəkildə təsvir edilmişdir. Fars əsilli bir sıra qərməti bəhreynlilərə qoşulmuş, sonra onların ardınca öz yurdlarına qayıtmış və burada "Əcəmiyyun" adlandırılmışlar.
Fərziyyə
Fərziyyə– 1) hipotez – həqiqi mənası qeyri-müəyyən olan haqqında elmi ehtimal. Fərziyyə metodunun meydana gəlməsi tarixən antik riyaziyyatın erkən inkişaf mərhələləri ilə bağlıdır; 2) bir şey haqqında təxmini mülahizə; güman, ehtimal, fikir, zənn == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Fəxriyyə
Fəxriyyə — qəsidənin bir növü. Bu janrda yazılmış əsərlərdə müəllif öz şairlik qüdrətindən fəxrlə söz açır. == Ərəb Ədəbiyyatında Fəxriyyə == Klassik ərəb ədəbiyyatında fəxriyyə mövzusu ən çox yayılmış mövzulardan biridir. Bu şeirlərdə şairlər öz tayfaları ilə, əcdadları, özləri, qəhrəmanlıqları, igidləri ilə fəxr edirlər.
Hərbiyyə
Ordu - Silahdan da istifadə etməklə, güc tətbiqi ilə ölkəni müdafiə edən səlahiyyətli orqan
Mərziyyə
Mərziyə — Azərbaycanlı adı. Mərziyə Məhərrəmova — Azərbaycanlı ağır atlet. Mərziyə Üskuyi – Azərbaycan şairi və ictimai xadimi. Mərziyə Afham — İran İslam Respublikasının Malayziyadakı fövqəladə və səlahiyyətli səfiri Mərziyə Xalitova — Krımtatar mənşəli Sovet və Ukrayna bəstəkarı.
Xəmriyyə
Xəmriyyə (ərəb. خمريات‎, fars. خمریه‎ — şərab poeziyası) - ərəbdilli və farsdilli ədəbiyyatda İslamın qadağan etdiyi şərabı mədh edən ədəbi hərəkatdır. == Həmçinin bax == Esat Ayyıldız, "Ebû Nuvâs’ın Şarap (Hamriyyât) Şiirleri". Bozok Üniversitesi İlahiyat Fakültesi Dergisi 18/18 (Aralık 2020): 147-173.
Bəğliyyə
Bəğliyyə (ərəb. بغلية‎, fr. Baghlia) — Əlcəzairin şimalında, Bumerdes vilayətində kommuna. == Coğrafi mövqe == Kommuna vilayətin şərq hissəsində, dəniz səviyyəsindən 57 metr (187 ft) yüksəklikdə yerləşir. == Demoqrafiya == 2008-ci ildə əhalinin sayı 18,052 nəfər idi.
Fəxriyyə Evcen
Fəxriyyə Evcən (4 iyun 1986, Zolingen[d], Şimali Reyn-Vestfaliya) — Türk aktrisası. == Həyatı == Fəxriyyə Evcən 4 iyun 1986-cı ildə Almaniyada anadan olub. Atası Salonik köçkünü, anası isə çərkəz mənşəlidir. Ailəsi uzun müddət Samsunda yaşayıb. Fəxriyyə evin kiçik qızıdır. Ailədə ondan yaşca böyük üç bacısı var: Neşe, Ayşən və Dəmət. Fəxriyyə Düsseldorf Universitetinin sosial elmlər fakültəsində təhsil alıb. O, türk, alman, ingilis və ispan dillərini bilir. Fəxriyyə Almaniyadan Türkiyəyə tətilə gəldiyi zaman rejissorların diqqətini cəlb edib. Təhsilini yarımçıq qoyan Fəxriyyə anası ilə birlikdə İstanbula yerləşib.
Fəxriyyə Evcən
Fəxriyyə Evcən (4 iyun 1986, Zolingen[d], Şimali Reyn-Vestfaliya) — Türk aktrisası. == Həyatı == Fəxriyyə Evcən 4 iyun 1986-cı ildə Almaniyada anadan olub. Atası Salonik köçkünü, anası isə çərkəz mənşəlidir. Ailəsi uzun müddət Samsunda yaşayıb. Fəxriyyə evin kiçik qızıdır. Ailədə ondan yaşca böyük üç bacısı var: Neşe, Ayşən və Dəmət. Fəxriyyə Düsseldorf Universitetinin sosial elmlər fakültəsində təhsil alıb. O, türk, alman, ingilis və ispan dillərini bilir. Fəxriyyə Almaniyadan Türkiyəyə tətilə gəldiyi zaman rejissorların diqqətini cəlb edib. Təhsilini yarımçıq qoyan Fəxriyyə anası ilə birlikdə İstanbula yerləşib.
Fəxriyyə Xələfova
Xələfova Fəxriyə Rafiq qızı — azərbaycanlı rəssam-modelyer, əməkdar incəsənət xadimi (2006), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Modelləşdirmə kafedrasının dosenti, "Fakhriya Khalafova" moda evinin təsisçisi. == Həyatı == Bakı şəhərində, ziyalı ailəsində anadan olmuşdur. Məşhur Xələfbəyovlar nəslindəndir. Orta təhsilini Bakı şəhəri 6 saylı orta məktəbində almışdır. Azərbaycan Dövlət Universitetinin İnsan beyninin neyrofiziologiyası ixtisası üzrə Biologiya fakültəsində təhsil almışdır (1985-1990). Sonra Psixologiya ixtisası üzrə Azərbaycan Elmlər Akademiyasının aspiranturasını bitirmişdir (1994). Türkiyədə təhsilini davam etdirərək Xüsusi Ali Bədii dizayn məktəbini bitirmişdir (1997). 1998-ci ildən peşəkar modelyer kimi moda sahəsində fəaliyyət göstərir. "Sirr", "Neft ilahəsi", "Ays", "Ümid ritmləri" kimi moda kolleksiyaları Rusiya, Qazaxıstan, Gürcüstan, Belarus və Almaniyada nümayiş etdirilmişdir. "EKSPO-2000" Ümumdünya sərgisində və bir sıra beynəlxalq moda müsabiqələrində münsiflər heyətinin üzvü və sədri olmuşdur.
Mərziyyə Davudova
Mərziyyə Yusif qızı Davudova (Dautova) (25 noyabr (8 dekabr) 1901, Həştərxan – 6 yanvar 1962, Bakı) — Azərbaycanın teatr və kino aktrisası, SSRİ xalq artisti (1949), Azərbaycan SSR xalq artisti (1936), Azərbaycan Teatr Cəmiyyətinin sədri (1956–1961). == Həyatı == Mərziyə Davudova 8 dekabr 1901-ci ildə Həştərxanın Sarevo çayının sahilində yerləşən eyniadlı kənddə anadan olmuşdur. 1908–1912-ci ildə kəndlərindəki dördillik "Darültəhsil", 1912–1915-ci illərdə "Qaliyə" və 1915–1918-ci illərdə "İqbal" rus-tatar məktəblərində oxumuşdur. Bu dövrlərdə teatr fəaliyyətinə başlamış, burada həvəskarların hazırladıqları tamaşalarda oynamışdır. Hüseyn Ərəblinski 1918-ci ildə Həştərxanda qastrolda olarkən onun oyununu bəyənmiş və onu Bakıya dəvət etmişdi. 1919-cu ildə anasını itirdikdən sonra Bakıya gəlmişdir. İlk dəfə Birləşmiş Dövlət Teatrosu nəzdində Türk Dram Teatrosu kollektivinə aktrisa qəbul edilib. Arada çox qısa müddət Tiflis Azərbaycan Dram Teatrında və Bakı Türk İşçi Teatrında işləsə də, ömrünün sonunadək Akademik Milli Dram Teatrının aparıcı sənətçilərindən olmuşdur. 1956–1961-ci illərdə Azərbaycan Teatr Cəmiyyətinin (hazırkı Azərbaycan Teatr Xadimləri İttifaqı) sədri vəzifəsində işləmişdir. Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur.
Mərziyyə Nəcəfova
Mərziyyə Nəcəfova (tam adı: Mərziyyə Allahyar qızı Nəcəfova; d. 1970, Bakı, Azərbaycan SSR) — ədəbiyyatşünas, filologiya elmləri doktoru. == Həyatı == Mərziyyə Nəcəfova 1970-ci il martın 18-i Beyləqan rayonu İkinci Şahsevən kəndində dünyaya gəlmişdir. Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdir. 1997-ci ildən AMEA Nizami adına Ədəbiyyat İnstitutunda çalışır, hal hazırda filologiya elmlər doktoru, baş elmi işçidir. Azərbaycan Yazıçılar birliyinin, AMEA-nın Ədəbiyyat İnstitutunun Seminar Şurasının və Sumqayıt Dövlət Universitetinin Müdafiə Şurasının üzvüdür. Ailəlidir. 2 övladı var. == Elmi fəaliyyəti == 2015-ci ildə “Xurşid Banu Natəvan” mükafatçısıdır. 2018-ci ildə “Avropa Nəşr Mətbuat Evi”nin qızıl medalı ilə təltif olunub.
Ossillyasion-fərziyyə
Ossillyasion-fərziyyə (rus. осцилляционная гипотеза, ing. oscillation hypothesis fr. oscillation) — titrəyiş, tərəddüd Xaarman tərəfindən təklif edilmiş fərziyyə. O.f. tektonik strukturların əmələ gəlməsini kosmik quvvələrin təsiri altında yaranan qabıqaltı plastik kütlənin yerdəyişməsi nəticəsində əmələ gələn yer qabığının titrəyişli hərəkətləri ilə izah edir. Xaarman qırışıqların əmələgəlməsində sıxılmanın rolunu rədd edir. Xaarman fərziyyəsinə qarşı müxtəlif etirazlar mövcuddur.
Üskülü Mərziyyə
Üskülü Mərziyyə və ya Mərziyyə Əhmədi (1941, Üskü, Şərqi Azərbaycan ostanı – 1974, Tehran) — şair, müəllim, inqilabçı, şah rejiminə qarşı müqavimət hərəkatının tanınmış qadın üzvlərindən biri. İran Xalq Partizanları-Fədailəri təşkilatının üzvü. 1974-cü ildə SAVAK-la atışmada dünyasını dəyişib. == Həyatı və fəaliyyəti == Mərziyyə Əhmədi 1941-ci ildə Üskü şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra Təbriz Pedaqoji Texnikumuna daxil olur. Pedaqoji Texnikumda təhsilini başa vurduqdan sonra Üskü mahalının ibtidai məktəblərində müəllim kimi fəaliyyətə başlayır. Burada 3 il fəaliyyət göstərdikdən sonra Təbriz Universitetinə daxil olur. Təhsilini davam etdirməklə yanaşı o həm də pedaqoji fəaliyyətlə məşğul olur. Kənd məktəblərini gəzərək onlar üçün "kitab evləri" yaratmağa çalışır. İlk şeirini "Dalğa" ləqəbi ilə çap edib.
Şərqiyyə Hüseynova
Şərqiyyə Hüseynova — televiziya aparıcısı, Azərbaycanın xalq artisti (2006). == Həyatı == Şərqiyyə Hüseynova Bakıda anadan olub. Atası hərbçi, anası isə tibb işçisi olub. 5 uşaqlı ailənin ilk övladıdır. Televiziyaya 1967-ci ildə müsabiqə yolu ilə gəlib. 1969-cu ildə ailə qurub. 1971-ci ildə qızı Mehriban dünyaya gəlib. Qızının da bir qızı var — Ayan. 4 noyabr 2006-cı ildə Azərbaycan televiziyası və radiosunun inkişafındakı xidmətlərinə görə Hüseynova Şərqiyyə Qurban qızına Azərbaycan Respublikasının "Xalq artisti" fəxri adı verilmişdir. Aktyor Ələkbər Hüseynovun xalası qızıdır.
Şərqiyyə Vəliyeva
Şərqiyyə Vəliyeva (Şərqiyyə Əkbər qızı Vəliyeva; 1 iyul 1936, Piçənis, Laçın rayonu) — Sosialist Əməyi Qəhrəmanı (1966), Qəhrəman Ana, Azərbaycan SSR Ali Sovetinin VII və VIII çağırış deputatı. == Həyatı == Şərqiyyə Vəliyeva 1 iyul 1936-cı ildə Laçın rayonunun Piçənis kəndində anadan olub. Ailədə 4 bacı, 1 qardaş olmuşdurlar. Atası Əkbər kişi Böyük Vətən müharibəsinə getdikdən sonra ailəliklə Nağdalı kəndinə köçmüşlər. Anası və özü Kirov sovxozunda sağıcı işləmişlər. Maldarlıq təsərrüfatında uzun müddət sağıcı işlədikdən sonra, il ərzində öhdəsində olan hər inəkdən bir bala və hər inəkdən əl ilə 7400 litr süd sağdığına görə 22 mart 1966-cı ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. Müxtəlif illərdə 2 dəfə "Lenin", "Şərəf Nişanı", "Oktyabr İnqilabı", "Qırmızı Əmək Bayrağı", "Xalqlar Dostluğu" ordenləri və SSRİ-nin bir çox digər orden və medalları ilə təltif olunub. Azərbaycan SSR Ali Sovetinin VII və VIII çağırış deputatı olmuşdur. SSRİ Kənd Təsərrüfatı sərgisinin iştirakçısı olmuş 2 qızıl, 1 gümüş və 2 bürünc medal almışdır. 1952-ci ildən ÜİLKGİ üzvü, 1965-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü olmuşdur.
Bəhriyə Üçox
Bahriyə Üçox (1919, Trabzon – 6 oktyabr 1990, Ankara) Türk tarixçi və siyasətşünası, ehtiyat kadrdan senator, Ordu millət vəkili və Sosial-demokrat Xalqçı Partiya Məclis üzvü. == Həyatı == Hamit Ataçın qızıdır. Ankara Universiteti Hüquq fakültəsinin müəllimi Coşqun Üçox ilə evlənmiş və Qumru adlı bir qızı olmuşdur. İlk və orta məktəbi Orduda oxuyan Üçox, İstanbul Kandilli qız liseyini bitirdi. Ali təhsilini Ankara Universiteti Dil və tarix-coğrafiya fakültəsi orta əsr türk-islam tarixi ixtisası üzrən alıb. O, eyni zamanda Ankara Dövlət Konservatoriyasının Opera bölümündə də təhsil almışdır. Samsun və Ankarada on bir il müəllimlik etdikdən sonra, 1953-cü ildə Ankara Universiteti İlahiyat fakültəsində müəllim kimi çalışdı. O, bu fakültənin ilk qadın müəllimidir. 1957-ci ildə doktor, 1964-cü ildə "İslam Dövlətlərində Qadın Hökmdarlar" adlı dissertasiyası ilə də dosent olmuştur. Farsca və ərəbcəni yaxşı dərəcədə bilirdi.
Dəriyyə əmirliyi
Birinci Səudiyyə dövləti və ya Diriyyə əmirliyi (ərəb. إمارة الدرعية‎) — 1744-cü ildən 1818-ci ilə qədər Osmanlı Ərəbistanı torpaqlarında (indiki Səudiyyə Ərəbistanı) mövcud olmuş dövlət. Səud sülaləsinin idarə etdiyi birinci dövlət. Paytaxtı Diriyyə şəhəri olduğundan, bəzi tarixçilər əmirliyi Diriyyə əmirliyi adlandırırlar. == Tarixi == Diriyyə şəhərinin əmiri Məhəmməd ibn Səud yerli əmirlərlə yaxın münasibətlər qurur, tərəfdarları ilə ətraf bölgələrə yürüşlər edirdi. Məhəmməd ibn Əbdülvahhab öz adına xütbələr oxutmağa başladı. Bu da, Osmanlı imperiyasına qarşı mübarizədə ərəb hərəkatının əsas ideoloji bazasını təşkil edirdi. 1765-ci ildə Məhəmməd ibn Səud öldü və yerinə oğlu Əbdüləziz keçdi. Əbdüləziz ibn Məhəmməd əl-Səud müsəlman-vəhhabilərin imamı kimi Diriyyə əmirliyini güclü bir dövlətə çevirə bildi. 1773-cü ildə Ər-Riyadı işğal edən Səudlar, bütün Nəcdi özlərinə tabe etdilər.
Səriyyə Cəfərova
Səriyyə Cəfərova — yazıçı, publisist, müstəqil jurnalist. Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyinin sədri. Qarabağ müharibəsi veteranı - hərbi repartyor. == Həyatı == Səriyyə Müslüm qızı Cəfərova 1960-cı ildə Xocalı şəhərində anadan olmuşdur. Xocalı soyqırımının canlı şahididir. Soyqırım zamanı anasını, yaxın qohumlarını itiribdir. 1992-ci ildə Xankəndindəki Pedoqoji Universitetini bitirmişdir. 1991-ci ildə Jurnalist Sənətkarlığı İnstitutunu bitirmişdir. == Yaradıcılığı == 1991-ci ildə "Xocalının səsi" qəzetində xüsusi müxbir, həm də "Səhər" qəzetinin bölgə müxbiri işləmişdir. Xocalı soyqirımından bəhs edən ilk kitabı "Qan üstünə qan yağırdı" adı altında 1992-ci ildə nəşr olunmuşdur.
Səriyyə Xəlilova
Səriyyə Xəlilova — Əli Bayramov adına Qadın klubunun tikiş fabrikinin işçisi Azərbaycanda qadınların çadradan azad olması hərəkatının fəallarından və çadrasını atan ilk qadınlardan biri idi. == Qətli == Səriyyə Xəlilova 1933-cü ilin yanvarında Bakıda doğmaları – atası və qardaşı tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir. Bu cinayət mövhumatçı kəsimin yenilikçi qadınlara qarşı çıxmasının tipik nümunəsi sayılır. Belə ki, Səriyyə Xəlilova Azərbaycanda qadınların çadradan azad olması hərəkatının fəallarından və çadrasını atan ilk qadınlardan biri olmuşdur. Səriyyə Xəlilovanın dəfn mərasimi qadınların köhnə, patriarxal-mövhumatçı məişətinin dayaqlarına qarşı ciddi etiraz nümayişinə çevrilmiş, minlərlə qadın dəfn mərasiminə qatılmışdır. Fabrik, zavod, kolxoz və sovxozlarda işçi və kəndli qadınlar Səriyyənin öldürülməsi ilə bağlı dərin hiddətlərini bildirmiş və öz hüquqları uğrunda daha inadla mübarizə aparacaqlarına and içmişdilər. Azərbaycanın ilk qadın neft mühəndisi olan Füruzə Kərimovanın qızı Rəbiyyə Sultanzadə bu haqda belə xatırlayır: "Anam danışırdı ki, Qadın klubunun fəalı Səriyyə Xəlilovanın həlak olduğu günü heç vaxt unutmayacaq. Onu idman kostyumu geyindiyinə görə, atası və qardaşı qətlə yetirir. Onun tabutunun arxasınca gedən bir çox qadınlar əl-ələ verərək çadralarını çıxarıb tulladılar. Bu, əsl qadın tətili idi və bu haqda onun iştirakçıları əvvəldən heç düşünməmişdilər də." == Xatirəsi == Səriyyə Xəlilovanın xatirəsi cəmisi 1 il sonra "İsmət" (digər adı — "Adətin məhvi") bədii filminin çəkilişləri ilə əbədiləşdirilir.
Xeyriyyə
Xeyriyyəçilik və ya xeyriyyəçilik fəaliyyəti (philanthropy) – fiziki şəxs və (və ya) xeyriyyə təşkilatı tərəfindən həyata keçirilən, maddi və ya digər yardıma ehtiyacı olan fiziki şəxslərə və ya bilavasitə bu cür yardım göstərən təşkilatlara, o cümlədən xeyriyyə təşkilatlarına, birbaşa bu cür təmənnasız yardım göstərməkdən, o cümlədən əvəzsiz pul köçürməkdən ibarət olan fəaliyyət, yaxud, ictimai mənafelər naminə həyata keçirilən elmi, təhsil və ya başqa fəaliyyətdir. Aşağıdakı hallarda yardım göstərilməsi xeyriyyəçilik fəaliyyəti sayılmır: 1.Bu cür yardımı alan şəxs yardımı göstərən şəxsin qarşısında mülkiyyət və ya qeyri-mülkiyyət xarakterli öhdəlik (alınan vəsaitdən və ya əmlakdan məqsədli təyinatla istifadə olunmasına dair öhdəlikdən başqa) qəbul edirsə; 2.Bu cür yardımı alan və yardımı göstərən şəxslər qarşılıqlı surətdə asılı olan şəxslər sayılırlarsa; 3.Bu cür yardım hər hansı fiziki və ya hüquqi şəxsə seçki kampaniyasında iştirak etmək üçün göstərilirsə. Xeyriyyə təşkilatı, xeyriyyəçilik fəaliyyətini həyata keçirən qeyri-kommersiya təşkilatı.
Əl Şərqiyyə TV
Əl Şərqiyyə TV — İraqda sünni kəsimi ön plana çıxarmaqla xalqın çətinliklərini işıqlandıran kanal. == Tarixçə == Sünni qrupuna aid Əl Şərqiyyə televiziyası Səddam dövrünün ən güclü illərində İraqın yazışmalar üzrə katibi olmuş və Səddam Hüseynin həyat hekayəsini qələmə almış, sünni ərəb Saad Əl Bəzzaz tərəfindən yaradılıb. O, ABŞ-nin İraqı işğal etməsindən bir il sonra 30 milyon dollar büdcə ilə Dubayda bir televiziya kanalı qurub. Kanalın baş direktoru Alla Əl Dahhandır. Kanalla yanaşı “Əl Zaman” və “Əl Şərqiyyə” FM radioları da eyni vaxtlarda yaradılıb. == Kanalın yaradılmasında məqsəd == İraqın birlik və həmrəyliyini müdafiə edərək işğalın sona çatdırılması, məzhəb toqquşmalarına fürsət verilməməsi, iqtidara qarşı tənqidi verilişlər hazırlanması başlıca məqsədlər sırasındadır. Yaxın Şərq xalqları üzərində böyük təsirə malik “Əl Şərqiyyə” TV İraqda mətbuat orqanlarının etnik qruplara bərabər səviyyədə yanaşmadığını nəzərə alıb həqiqəti çatdırmaq üçün qurulub. == Fəaliyyəti == “Əl Şərqiyyə” televiziya kanalı xəbərlərlə yanaşı musiqi, əyləncə və teatr mövzularına yer vermişdir. Eyni zamanda ölkədəki zorakılıq hadisələrini başqa formada tamaşaçılara çatdıran “Əl Şərqiyyə” TV kanalı komediya, əyləncə və musiqi ilə tamaşaçıların diqqətini xəbərlərə yönəldib. Kanalda “Əl Musaadə” (“Yardım”), “Əl Pitaka Əl Təmviniyyə”, “Bitaka Əl Şəxsiyyə”, “Şəyif Əl Xayir” və “Mustahlə” “Əl Burc Əl Ali”, “Kursə və Aməl”, “Miğtaribun” verilişləri yayımlanır.
Fateh-Hərbiyyə (roman)
Fateh-Hərbiyyə (roman) — Türk yazıçısı Peyami Səfanın romanı. 1931-ci ildə nəşr edilmişdir. == İdeya-məzmunu == Əsər Şərq və Qərb mədəniyyəti dilemması əsasında qurulmuşdur. Bu ziddiyyət əsərin adında da özünü göstərir. Fateh-Hərbiyyə iki müxtəlif məkan arasında gedib-gələn tramvay xəttinin adıdır. Burada Fateh səmti Şərq toplumunun, Bəyoğlu (Hərbiyə) Qərb toplumunun simvoludur. Simvolların diliylə ənənəvi və dünyəvi dəyərlərin ehtiva olunduğu "Fateh-Hərbiyyə" türk ruhunu, milli-mənəvi dəyərləri özündə əks etdirən ayna vəzifəsini görür. Əsərin əsas qəhrəmanı 20 yaşlarında Nəriman adlı gənc bir qızdır. Yazıçı bu obraz vasitəsilə Avropa meyilli, "müasir" gənclərin tipik obrazını yaradır. Nəriman atasının iradı ilə konservatoriyada ud dərsləri alır.
Asəf ibn Bərxiyə
Asəf ibn Bərxiyə – rəvayətlərə görə Süleyman peyğəmbərin vəziri olmuşdur. O, çox imanlı bir şəxs kimi tanınır. Süleyman peyğəmbər Səba kraliçasının taxtını onun yanına gətirtmək əmrini verdikdə, öncə İfrit adlı bir cin onu gətirmək istəmişdir. Ancaq sonra, Asəf ibn Bərxiyə Süleymanı inandırdı ki, o bu işi daha yaxşı yerinə yetirəcəkdir. O, taxtı bir göz qırpımında gətirəcəyini vəd vermiş və verdiyi vədi də həyata keçirmişdir. Bu hadisə Quranda (27: 40) anılmaqdadır.
Bədriyə Tahir Gökmən
Bədriyə Tahir Gökmən — ilk Türk qadın pilotdur."Gökmən Bacı" adı ilə tanınır. == Həyatı == 1932-ci ildə Vecihi Uçuş Məktəbində aviasiya təliminə başladı. Dövlət qulluqçusu olduğu müddətdə uçuş təliminə davam etdi. 1933-cü ildə nişan aldı. Abdurrahman Türkkuşu ona Gökmən ləqəbini verdi. Gökmən Bacı kimi tanınan Bədriye Tahir 1934-cü ildə Soyad Qanunu qəbul edilərkən Gökmən soyadını götürdü.Bədriye Tahir, aviasiya səyləri səbəbindən bir çox reaksiya və maneə gördü. Aviasiya ilə maraqlandığı üçün maaşından kəsildi və nəticədə işindən qovuldu. 1934-cü ildə Vecihi Məktəbi, şagirdlərin döş nişanlarını təsdiqləmək üçün onların Hava Qüvvələri Müsteşarlığı tərəfindən test edilməsini istədi. Ancaq imtahan komitəsi gələndə imtahan keçirilə bilmədi, çünki məktəbin yeganə aktiv təyyarəsi məhv edilmişdi, nümayəndə heyəti yenidən gəlməkdən imtina etdikdə məktəb bağlandı və Gökmən Bacı-nın pilotluğu təsdiqlənmədi. O dövrdə işdən qovulan Bədriye Tahir Gökmənin sonrakı həyatı məlum deyil.
Vaqiəyi-Xeyriyyə
Vaqiəyi-Xeyriyyə (Yaxşı Hadisə) — 16 iyun 1826-cı ildə Osmanlı sultanı II Mahmud tərəfindən Yeniçəri ocağının artilleriya atəşinə tutulması və sağ qalanlarının isə edamı ilə nəticələnən hadisələrə verilən addır. == Yeniçəri ocaqlarını ləğv etmə cəhdləri == Ruse deputatı, Ələmdar Mustafa Paşa və ardıcılları 1807-1808-ci illərdə baş vermiş Kabakçı Mustafa üsyanı zamanı hakimiyyətdən salınmış Sultan III Səlimi yenidən taxta çıxarmaq üçün bəzi danışıqlar aparmağa başladılar. Nəhayət 16000 nəfərlik bir ordu ilə İstanbula gedən Ələmdar Mustafa Paşa Hacı Əli Ağanı İstanbula göndərdi və Kabakçı Mustafanı öldürdü (19 iyul 1808). Ordusu ilə İstanbula gələn Ələmmdar Mustafa Paşa, bir çox qiyamçını öldürdükdən sonra Babıalıya gəldi. Arif Əfəndini (Ərəbzadə) şeyxülislam etdikdən sonra saraya getdi. Sultan IV Mustafa, Ələmdar Mustafa Paşanın Sultan III Səlimi padşah etmək üçün gəldiyini söyləyən şeyxülislamı qovdu və qardaşı Şahzadə Mahmudun və əmisi Sultan III Səlimin öldürülməsi əmrini verdi. Sultan III. Səlim dərhal öldürüldü. Şahzadə Mahmud, cariyələrin və xidmətçilərinin köməyi ilə sarayın damına qaçırıldı. Ələmdar Mustafa Paşa, Sultan IV Mustafanı taxtdan endirərək taxta II Mahmudu gətirdi. Sultan II Mahmud, taxta çıxmasına səbəb olan Ələmdar Mustafa Paşanı sədrəzəm (böyük vəzir) etdi.
Xeyriyyə təşkilatı
Xeyriyyə təşkilatı, ehtiyacı olanlara kömək etmək üçün qurulan qeyri-kommersiya təşkilatıdır. İnsanların pulsuz istifadəsi üçün bir xeyriyyə təşkilatı və ya xeyriyyəçi tərəfindən inşa edilən bulaq, məktəb və xəstəxana kimi tikililərə xeyriyyəçilik üçün tikilmiş binalar deyilir. Xeyr, ərəb dilindən Azərbaycan dilinə keçən bir söz olub, mənası “qarşılıq gözləmədən edilən yaxşılıq” deməkdir. == Fəaliyyət sahəsi == Xeyriyyəçilik təşkilatları çox geniş sahələrdə fəaliyyət göstərirlər. Məsələn, həm yaşlılara, həm küçə uşaqlarına, həm kasıblara, həm sahibsiz heyvanlara, həm qaçqınlara, həm müəyyən bir xəstəlikdən əziyyət çəkən insanlara həm maddi baxımdan, həm də mənəvi bacuny yardım etməyə çalışan xeyriyyə təşkilatları olduğu kimi, təbiətin və ətraf mühitin qorunması üçün fəaliyyət göstərən xeyriyyə təşkilatları da mövcuddur. == Maliyyə == Xeyriyyə təşkilatlarının fəaliyyəti, ümumiyyətlə, toplanan yardım və ianələr hesabına maliyyələşdirilir. Bundan əlavə, bəzi xeyriyyə təşkilatları hökumətlər və beynəlxalq təşkilatlar tərəfindəndə dəstəklənirlər. Bəzi xeyriyyə təşkilatlarının xərcləri onların adından yaradılan fondlar vasitəsilə təmin edilir.
Behiyyə Naxçıvani
Behiyyə Naxçıvani (24 fevral 1948, İran) — Uqandada böyüyən və Birləşmiş Krallıq və ABŞ-də təhsil alan İranlı Bəhai dinin ardıcılı olan yazıçıdır. İndi dərs dediyi Fransada yaşayır. Belçikada Avropa və Amerika ədəbiyyatını tədris etmiş, sonradan Fransaya getmişdir. 2007-ci ildə Behiyyə Naxçıvani Lyej Universitetindən fəxri doktorluq dərəcəsi qəbul etmişdir. Onun kitabları dünyanın bir çox dillərə tərcümə olunmuşdur. == Həyatı == 1948-ci ildə İranda dünyaya gəlmiş, Uqandada böyümüş və Böyük Britaniyada təhsil almışdır. == Ailəsi == Behiyyə Naxçıvaninin atası Əli Naxçıvani dünyaca məşhur Bəhailərdən biridir. Əli Naxçıvanı 1919-cu ildə Şüvəlanda anadan olmuşdur. O anadan olan ərəfədə atası Əli Əkbər Naxçıvani vəfat etmişdir. Bundan sonra fələstinli Bəhai olan anası onu Fələstinə gətirmiş və o, burada təhsil almışdır.