XİDMƏT

is. [ ər. ]
1. Bir idarədə, müəssisədə və s.-də maaşla qulluq etmə, işləmə, rəsmi vəzifə yerinə yetirmə.
□ Xidmət etmək – bir idarədə, müəssisədə və s.-də maaşla işləmək, qulluq etmək, rəsmi vəzifə yerinə yetirmək.
Qorodovoy Kərbəlayı Zal iyirmi beş ildən artıq polis idarəsində xidmət edirdi. Ə.Haqverdiyev.

// Vəzifə, iş.
Zeynal ötəyə-bəriyə müraciət edib sabiq xidmətini geri istəyirdisə də, müvəffəq olmayırdı. S.Hüseyn.
Xalça fabrikində girib xidmətə; Bağlandı zəhmətə vicdanla Rəna. M.Rahim.

2. Hərbi vəzifə yerinə yetirmə, ordu sıralarında və ya donanmada qulluq etmə; əsgəri vəzifə. Orduda xidmət. Həqiqi hərbi xidmətə çağırış.
– Bu qürbət şəhərdə hərbi xidmətdə olan bir neçə yoldaşla bərabər əlahiddə bir evdə yaşayırdıq, evdə su lüləsi yoxdu, qonşu evdən aldığımız quyu suyunu qaynadıb içirdik. Ə.Məmmədxanlı.

3. Orduda hərbi məşğələlər, vəzifələr sahəsi, habelə onlara xidmət edən idarələr sistemi. Ordunun tibbi xidmət idarələri. İnzibati xidmət. Kəşfiyyat xidməti.
4. İstehsalat sahəsi, habelə bir işin xüsusi sahəsinə baxan idarə, təşkilat. Hava xidməti. Qəza-bərpa xidməti. Dəmir yolunun hərəkət xidməti.
// Adamların ehtiyaclarını, rahatlığını təmin edən təsərrüfat və ya başqa vasitələr sistemi. Kommunal xidməti. Rabitə xidməti.
5. Yüksək qiymətə, ada, nüfuza layiq olan hərəkət, fəaliyyət, iş. Vətən qarşısında böyük xidmət. Yubilyarın xidmətləri haqqında danışmaq.
– Sənin işin, xidmətin, bir qəhrəmanlıq kimi tarixdə qalacaqdır. R.Rza.
[Rəşid:] …Mən bizim xidmətimiz və mövqeyimiz arasındakı fərqi başa düşürdüm. İ.Hüseynov.

□ Xidmət etmək (eləmək) – birinin və ya bir şeyin xeyri, səadəti, xoşbəxtliyi, rifahı naminə iş görmək, çalışmaq, əmək sərf etmək.
Xidmət göstərmək – bax xidmət etmək.
Mərhum Həsən bəy [Zərdabi] ömrünün əvvəlindən axırınadək … millət yolunda xidmət göstərməklə camaat içində çox şöhrət qazanmışdı. Mol. Nəsr.
”.
6. Birinə qulluq göstərmə; birinin ehtiyac və tələbatını təmin etmək üçün görülən iş. Dostcasına xidmət. Öz xidmətini təklif etmək. Əvəzsiz xidmət. Əhaliyə mədənimaarif xidməti.
– Mən labüd qaldım bunlara [hamballara] deyim ki, bir surətdə ki, bunlar bizə qulaq asmırlar, bizə bunların xidməti heç lazım deyil. C.Məmmədquluzadə.
[Fəxrəddin:] Gözəl Səba! – dedi, – sən məni bu xidmətinlə minnətdar edirsən. M.S.Ordubadi.
Kosa bu xidmətin qabağında özünü ömürlük kuryerlik vəzifəsindən azad olmuş sayırdı. S.Rəhimov.

□ Xidmət etmək (göstərmək) – başqalarının hər hansı bir ehtiyac və tələbatını təmin edəcək iş görmək. Alıcılara yaxşı xidmət etmək.
– Əmin qəsrində xəlifə tərəfindən təyin edilən qızıl kəmərli qulamlar, zümrüd və yaqut xalxallı cariyələr və zərinələrə bürünmüş kənizlər Azərbaycan heyətinə xidmət edirdi. M.S.Ordubadi.
Tarix göstərir ki, öz zamanında tərəqqiyə xidmət edən əsərlərin ömrü daha uzun olur. M.Hüseyn.
Rəşidin atası neft mütəxəssisi olmaq, xalqına kömək, Vətəninə xidmət etmək istəyirdi. Ə.Vəliyev.

Синонимы

  • XİDMƏT iş — vəzifə — qulluq
  • XİDMƏT 1. XİDMƏT, ƏSGƏRİ VƏZİFƏ 2. xidmət bax iş 2
Xİ-Xİ-Xİ!
XİDMƏTÇİ
OBASTAN VİKİ
Hərbi xidmət
Hərbi xidmət, istər könüllü, istərsə də məcburi orduda vəya digər hüquq-mühafizə orqanı və güc qurumlarında xidmətdir. Məcburi hərbi xidmət dünyanın bir çox ölkələrində artıq ləğv edilib. İsrail kimi bir neçə ölkə, hər bir vətəndaşdan müəyyən miqdarda hərbi xidmət tələb edir. Hərbi çağırış sistemlərindən istifadə edən ölkələrin əksəriyyətində yalnız kişilər hərbi xidmətə çağırılır, bir neçə ölkə qadınları dahərbi xidmətə çağırır. Məsələn, Norveç, İsveç, Şimali Koreya, Cənubi Koreya, İsrail və Eritreya həm kişiləri, həm də qadınları hərbi xidmətə çağırır. Bununla belə, yalnız Norveç və İsveçdə gender baxımından neytral hərbi xidmətə çağırış sistemi mövcuddur, burada kişilər və qadınlar hərbi xidmətə çağırılır və bərabər rəsmi şərtlərlə xidmət edirlər. Əksər ölkələrdə xidmət 6 ay, 1 il, 2 və daha çox il də təşkil edə bilər. Adətən daha kiçik dövlətlərin ümumiyyətlə silahlı qüvvələri yoxdur və ya silahlı daxili təhlükəsizlik qüvvələrinə (məsələn, polis, sahil mühafizəsi) arxalanır. Dünyada təxminən 107 ölkə və ərazidə məcburi hərbi çağırış olmadığı müəyyən edilmişdir. == Azərbaycanda hərbi xidmət == Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı, həqiqi hərbi xidmətə çağırışı, ehtiyatda xidmət keçməsi, səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırışı, xüsusi hərbi ixtisaslar üzrə hazırlığı, ali təhsil müəssisələri tələbələrinin zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi hazırlığı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sülh dövründə çağırışçılarla, səfərbərlik zamanı və müharibə dövründə Silahlı Qüvvələrin və digər silahlı birləşmələrin, habelə xüsusi birləşmələrin hərbi vəzifəlilərlə və hərbi-nəqliyyat vasitələri ilə, eləcə də mülki heyət vəzifələrində işləmək üçün vətəndaşlarla komplektləşdirilməsi sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Meteoroloji xidmət
Meteoroloji xidmət – iqlimin vəziyyətinin təbii, süni və ya antropogen dəyişməsinə nəzarət xidməti. Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə həvalə olunmuşdur. == Meteoroloji müharibə == Düşmənə iqtisadi zərər yetirmək və onun hərbi əməliyyatlarını çətinləşdirmək məqsədilə atmosfer hadisələrinə fəal təsir göstərmək üsullarının məcmusu (yağmurlu rayonların su rejimini dəyişdirmək, daşqınlar, tufan, qasırğa törətmək, yolları keçilməz hala salmaq, azyağmurlu rayonlarda uzun sürən quraqlıq törətmək və s.).
Hidrogeoloji-meliorativ xidmət
Hidrogeoloji-meliorativ xidmət – meliorasiya olunmuş torpaqların meliorativ vəziyyəti üzərində nəzarəti yerinə yetirən xidmətdir. == Ümumi Məlumat == Hidrogeoloji-meliorativ xidmət suvarılan regionlarda hidromeliorativ sistemlərin istismarı orqanlarının (təşkilatının) tərkib hissəsidir. Xidmətin əsas vəzifəsi meliorasiya olunmuş torpaqlarda dayanıqlı – qənaətbəxş su, hava, duz və qida rejimlərini təmin edən tədbirlərin əsaslandırılması və yerinə yetirilməsi üçün torpaqların meliorativ vəziyyəti üzərində nəzarəti həyata keçirməkdir. Torpaqların meliorativ vəziyyəti üzərində nəzarətin nəticələri aşağıdakı məsələlərin həlli üçün vacibdir: su və torpaq ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi, proqnoz məsələlərinin həlli, suvarma və drenaj sistemlərinin tikintisi və yenidənqurulması layihələrinin ekoloji əsaslandırılması və sair. 1981-ci ildən etibarən respublikanın suvarılan torpaqlarının meliorativ vəziyyətinin hərillik kadastrı tərtib edilir. Hidrogeoloji-melorativ xidmət idarəsi kadastrın və müvafiq xəritələrin tərtibi üçün öz müşahidələrindən əlavə, respublikanın digər layihə-axtarış və geoloji təşkilatlarının materiallarından da istifadə edir. Suvarılan torpaqların meliorativ vəziyyətinin əsas göstəriciləri kimi aşağıdakılar qəbul edilir: kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı; qrunt suları səviyyəsinin yatım dərinliyi; 0-1 m, 0-2 m-lik qatda torpaqqruntların şorlaşma dərəcəsi; aerasiya zonasında (qrunt suları səviyyəsinə qədər) ümumi duzların miqdarı və profil üzrə yayılma xarakteri; torpaqların şorlaşma və şorakətləşmə dərəcəsi; qrunt və suvarma sularının ümumi minerallığı, kimyəvi tərkibi və qələviliyi və s. Suvarılan torpaqların meliorativ vəziyyətinin göstəricələri bir neçə əvvəlki illərlə müqayisədə istiqaməti nəzərə alınaraq qiymətləndirilir. Hidrogeoloji-meliorativ xidmətin vəzifəsinə eləcə də meliorasiya olunan torpaqlarda su və duz balansları müşahidələrinin təşkili və aparılması aiddir. Hidrogeoloji-meliorativ xidmətin yerinə yetirdiyi işlərin tərkibi aşağıdakılardır: suvarılan torpaqların meliorativ vəziyyətini müəyyənləşdirən təbii və meliorativ təsərrüfat amilləri barədə məlumatların toplanılması və təhlili; meliorasiya olunan torpaqların su və duz balansları müşahidələri: meliorasiya olunmuş torpaqlarda qrunt suları rejimi üzərində müşahidələr; suvarma üçün istifadə olunan səth, drenaj və yeraltı suların keyfiyyətinə nəzarət; aparılan meliorativ tədbirlərin səmərəsinin müəyyənləşdirilməsi ilə təsnifatlaşdırılmış meyar və kateqoriyalara görə suvarılan torpaqların vəziyyəti; torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması və ya pisləşməsinin qarşısının alınması üzrə təklif və tədbirlərin işlənib hazırlanması; bitkilərin yerləşdirilməsinə, suvarma rejimlərinə və yumaların aparılmasına, meliorativ tədbirlərin aparılması planlarına, sudan istifadə planlarına və başqa işlərə operativ düzəlişlərin aparılması üçün su təsərrüfatı və digər təşkilatların lazımi məlumatlarla təmin edilməsi.
Kingsman: Məxfi xidmət
Kingsman: Məxfi xidmət (ing. Kingsman: The Secret Service) — 2014-cü il istehsalı döyüş-komediya filmi. == Süjet xətti == Eqqsi dəniz piyadasında xidmət keçmiş, yüksək intellektə malik gəncdir. O həyatda çox şeyə nail ola bilərdi, lakin xırda cinayətlərlə məşğul idi. Günlərin birində Eqqsi atasının uzun illər əvvəl xilas etdiyi Harri Hartla tanış olur. Bu adam Eqqsinin güzəranını yaxşılaşdırmaq və qarşısında yeni imkanlar açmaq üçün gəlib. Harri ona bütün dünyanın keşiyini çəkən müstəqil sirli təşkilatın agenti olduğunu bildirir və Eqqsiyə komandanın yeni üzvü olmaq üçün təlim keçməyi təklif edir. Eqqsi təklifi qəbul edir və bütün sınaqlardan çıxıb Harrinin ümidlərini doğruldur.
Kinqsman: Məxfi xidmət
Kingsman: Məxfi xidmət (ing. Kingsman: The Secret Service) — 2014-cü il istehsalı döyüş-komediya filmi. == Süjet xətti == Eqqsi dəniz piyadasında xidmət keçmiş, yüksək intellektə malik gəncdir. O həyatda çox şeyə nail ola bilərdi, lakin xırda cinayətlərlə məşğul idi. Günlərin birində Eqqsi atasının uzun illər əvvəl xilas etdiyi Harri Hartla tanış olur. Bu adam Eqqsinin güzəranını yaxşılaşdırmaq və qarşısında yeni imkanlar açmaq üçün gəlib. Harri ona bütün dünyanın keşiyini çəkən müstəqil sirli təşkilatın agenti olduğunu bildirir və Eqqsiyə komandanın yeni üzvü olmaq üçün təlim keçməyi təklif edir. Eqqsi təklifi qəbul edir və bütün sınaqlardan çıxıb Harrinin ümidlərini doğruldur.
Kütləvi xidmət sistemləri
Kütləvi xidmət sistemləri (Q-sxemləri) -Kəsilməz stoxastik yaxınlaşmada riyazi sxemlər kimi Q-sxemləri adlandırılan kütləvi xidmət sistemlərindən (Queuing system) istifadə edilir. Kütləvi xidmət sistemləri mahiyyətinə görə xidmət prosesi olan sistemlərin fəaliyyət proseslərini formalaşdırmaq üçün kütləvi xidmət nəzəriyyəsində və ona əlavələrdə işlənilmiş riyazi sxemlər sinifini təmsil edirlər. Xidmət prosesi kimi öz fiziki təbiətinə görə müxtəlif iqtisadi, istehsal, texniki və digər sistemlərin fəaliyyət proseslərini göstərmək olar. Bu zaman qeyd olunan obyektlər üçün xidmətə qəbul olunan sifarişlərin təsadüfi meydana gəlməsi və onların xidmətinin başa çatması təsadüfi zaman anlarında olması xarakterikdir. Başqa sözlə onların fəaliyyət prosesi stoxastik xarakter daşıyır .
Hava gəmisinə yerüstü xidmət
Hava gəmisinə yerüstü xidmət (ing. handling ) — təyyarənin dayanacaqda qəbul edilməsi, uçuşa hazırlıq və uçuşa buraxılması üçün görülən işlər. == Görüş == Təyyarənin qarşılanması üzərində iş dayanacaqda taksilər zamanı əyani siqnallarla idarə edilməsini, yastiqciqlar quraşdırılmasını, təyyarənin uçuşdan sonrakı müayinəsini əhatə edir. == Çəkmə == Təyyarənin yedəklənməsi, aerodrom yerinin məhdud olduğu təqdirdə, öz mühərriklərindən istifadə etməklə təyyarənin taksi sürməsini, habelə istismar işləri zamanı təyyarənin ekipaj iştirakı olmadan hərəkət etməsini mümkünsüz edir. == Yerüstü elektrik təchizatı == Yanacaq istehlakını azaltmaq və təyyarə sistemlərindəki yükü azaltmaq üçün, xüsusən də köməkçi elektrik stansiyasından istifadəni azaltmaq üçün parkinqdəki təyyarə sistemlərinin enerji təchizatı ümumiyyətlə yer mənbəyindən həyata keçirilir. Hazırda əksər təyyarələr 400 Hz tezliyində 115 V fazalı gərginlikli üç fazalı elektrik cərəyanını istifadə edirlər. Təyyarələrin bəzi növləri 28 V sabit bir gərginlik istifadə edir. == Daxili kondisioner == Soyuq iqlimlərdə qızdırılan hava verilir, isti havalarda isə soyudulmuş hava verilir. Hava, hava kondisioner sisteminə (SCR), kondisioner sistemində tez bir şəkildə kəsilmə bağlantısı vasitəsilə bir kol (böyük diametrli nazik divarlı bir hortum) ilə verilir, ümumiyyətlə dəridə lyukla bağlanır. == Boşaltma və yükləmə == Baqajın yüklənməsi və boşaldılması adətən xüsusi qruplar tərəfindən həyata keçirilir.
ASAN xidmət
"ASAN xidmət" — Azərbaycan Respublikasında dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin həyata keçirilməsini təmin edən mərkəzlər. ASAN sözünün açılışı ingiliscə "Azerbaijan Service and Assessment Network"dür (azərb. Azərbaycan Xidmət və Qiymətləndirmə Şəbəkəsi‎). "ASAN xidmət" Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tabedir. İlk "ASAN xidmət" mərkəzi 2013-cü ildə fəaliyyətə başlayıb. Hal-hazırda 27 mərkəz fəaliyyət göstərir. Onlardan 7-si Bakıda, iyirmisi isə Azərbaycanın bölgələrindədir. "ASAN xidmət"ə indiyə qədər 70 milyondan çox müraciət edilib. Xidmətlərin göstərilməsində könüllülər də cəlb olunur. "ASAN xidmət" mərkəzlərində müxtəlif dövlət orqanlarının vətəndaşlara göstərdiyi xidmətlərdən başqa funksional yardımçı xidmətlər də təklif olunur.
Məxfi xidmət
Məxfi xidmət və ya Gizli xidmət kəşfiyyat agentlikləri üçün istifadə olunan tərifdir. Bunlar dövlətlər tərəfindən məlumat almaq, məlumat toplamaq və qiymətləndirmək, toplanmış məlumatların operativ istifadəsi məqsədilə yaradılan təşkilatlardır və gizli iş prinsiplərinə görə çox vaxt “gizli xidmətlər” və ya “məxfi xidmətlər” adlandırılırlar. CIA, KGB, MI6, MOSSAD, Stasi, Əl Mühabərat gizli xidmətlərə misaldır. == Türkiyədə gizli xidmət == Türkiyədəki gizli xidmət MAH adı ilə qurulmuş, ümumiyyətlə Milli Təhlükəsizlik şəklində xatırlanmışdır.
Texniki xidmət
Texniki xidmət (ing. maintenance, ru.сопровождение, поддержка, эксплуатация, техническое обслуживание)-proqram təminatının istismara verilməsindən sonra təkmilləşdirilməsi, optimallaşdırılması və aşkarlanan xətaların aradan qaldırılması prosesi. Müşayiətin gedişində proqramda aşkarlanmış xətaları və çatışmazlıqları düzəltmək, eləcə də proqram təminatının istifadəsini daha əlverişli etmək məqsədilə ona yeni funksiyalar əlavə etmək üçün proqramlarda dəyişikliklər edilir. Texniki xidmət proqramları kompüterin düzgün işlənməsinə nəzarət etmək və nasazlıqları aşkar etmək üçündür. Kompüterin işinə nəzarət etmək üçün müxtəlif üsullar mövcuddur. Bu üsullardan bəziləri kompüterin aparat vasitələri ilə, bəziləri aparat proqram vasitələri ilə, bəziləri isə proqram vəsitələri həyata keçirilir. Proqramla nəzarət test proqramları və xüsusi nəzarət proqramları vasitəsilə həyata keçirilir. Testlə yoxlama kompüterin və onun ayrı-ayrı blokıarının işini yoxlayan test- proqramlar vasitəsilə yerinə yetirilir. Test proqramları adətən kompüterin daimi yaddaş qurğusunda saxlanılır və kompüter elektrik şəbəkəsinə qoşulduqda avtomatik olaraq işə düşülür. Xüsusi nəzarət proqramları kompüterdə məsələləsin həlli üçün tətbiq olunan proqramların icrası zamanı əvvəlcədən müəyyənləşdirilmiş vəziyyətlərin, asılılıqların və məhdudiyyətlərin ödənilib-ödənilməməsini yoxlayır.
Xidmət iqtisadiyyatı
Xidmətlərdə iqtisadiyyatı son iki iqtisadi hadisədən birinə və ya hər ikisinə aid edilə bilər: Sənayeləşmiş ölkələrdə xidmət sektorunun əhəmiyyətinin artması. Mövcud Fortune 500 siyahısında əvvəlki onilliklərə nisbətən daha çox xidmət şirkəti və daha az istehsalçı var. Məhsul təklifində xidmətin nisbi əhəmiyyəti. İnkişaf etməkdə olan ölkələrdə xidmət iqtisadiyyatı əsasən maliyyə xidmətləri, qonaqpərvərlik, pərakəndə satış, səhiyyə, sosial xidmətlər, informasiya texnologiyaları və təhsildə cəmlənmişdir. Bu gün məhsullar əvvəlki onilliklərə nisbətən daha yüksək bir xidmət hissəsinə malikdir. İdarəetmə ədəbiyyatında buna məhsul servisləşdirmə və ya məhsul xidmət sistemi deyilir. Bu gün demək olar ki, hər məhsulun bir xidmət hissəsi var. Məhsul və xidmət arasındakı köhnə ikitirəlik, xidmət məhsulu davamı ilə əvəz edilmişdir. Bir çox məhsul xidmətə çevrilir. Məsələn, IBM öz işinə bir xidmət işi kimi baxır.
Xidmət modulu
Xidmət modulu kosmik gəmiyə lazım olan yanacaq, mühərriklər üçün lazım olan helium, yanacaq hücrələri və astronavtlar üçün lazım olan oksigenin olduğu və s. şeyləri özündə saxlayan hissədir. Misal üçün; Apollo Spacecraftda Xidmət Modulunda bir mühərrik yerləşdirilmişdir. Bu mühərrik 2 dəfə işə düşərək birində Ayın orbitinə girilməsinə, digərində isə Ayın orbitindən çıxaraq Yerə qayıtmağa imkan yaratmışdır. Modulun qalan hissəsi anbarlardan ibarətdir. Bunlar; yanacaq ambarları, mühərriklərə lazımi təzyiqi təmin etmək üçün heliumun olduğu hücrələr, yanacaq hücrələrini işlədəcək və astronavtların nəfəs alması üçün lazım olan oksigenin olduğu anbarlar və hidrogen anbarlarıdır. Xidmət modulu atmosferə yenidən daxil olan zaman tərk edilir, buna görə də istilik dəf edicisi ilə örtülmür.
Xidmət səviyyəsi
Xidmət səviyyəsi (ing. grade of service; rus. уровень обслуживания) — kütləvi telefon şəbəkəsi kimi kollektiv istifadəli rabitə şəbəkələrində trafikin emalının keyfiyyət göstərici. Xidmət səviyyəsi, istifadəçinin "bütün kanallar tutulub" siqnalını alma ehtimalının birə tamamlanma əmsalıdır. Məsələn, xidmətin səviyyəsinin 0.002 olması onu göstərir ki, normal şəraitdə bütün çağırışların 99.8 faizində bağlantı alınır. Grandstream avadanlığının bazası əsasında Çağrı Mərkəzi üçün standart həllər. IP telefoniya həlli daxildir. == Həllin məqsədi == Kütləvi zənglərin qəbulu üçün şəhər telefon şəbəkəsinə inteqrasiya olunmuş çoxxətli IP telefoniya sisteminin yaradılması.Biznes mərkəzində icarəçilərə rabitə xidmətinin təşkili məqsədilə IP telefoniya və IP video nəzarət sisteminin qurulması. == Tələblərin siyahısı == Eyni zamanda daxil olan kütləvi zənglərin qəbulu və emalı üçün sistemin etibarlı fəaliyyətini təmin etmək. Çağrı Mərkəzində Kommunikasiyaların montaj xərclərini azaltmaq.
Xidmət sahəsi
Xidmət sahəsi termini — müştərilərə xidmət göstərən və ya onların ehtiyaclarını qarşılayan sahələri ifadə edir. Xidmət sektoru bütün növ kommersiya və qeyri-kommersiya xidmətlərini özündə birləşdirən iqtisadiyyatın bir hissəsidir: müəssisələr, təşkilatlar, habelə fiziki şəxslər tərəfindən göstərilən müxtəlif növ xidmətlərin təkrar istehsalını özündə birləşdirən ümumiləşdirilmiş kateqoriya. İqtisadiyyatın qalan hissələri istehsal — sənaye və kənd təsərrüfatı hesab olunur.
Apollon xidmət modulu
Xidmət modulu kosmik gəmiyə lazım olan yanacaq, mühərriklər üçün lazım olan helium, yanacaq hücrələri və astronavtlar üçün lazım olan oksigenin olduğu və s. şeyləri özündə saxlayan hissədir. Misal üçün; Apollo Spacecraftda Xidmət Modulunda bir mühərrik yerləşdirilmişdir. Bu mühərrik 2 dəfə işə düşərək birində Ayın orbitinə girilməsinə, digərində isə Ayın orbitindən çıxaraq Yerə qayıtmağa imkan yaratmışdır. Modulun qalan hissəsi anbarlardan ibarətdir. Bunlar; yanacaq ambarları, mühərriklərə lazımi təzyiqi təmin etmək üçün heliumun olduğu hücrələr, yanacaq hücrələrini işlədəcək və astronavtların nəfəs alması üçün lazım olan oksigenin olduğu anbarlar və hidrogen anbarlarıdır. Xidmət modulu atmosferə yenidən daxil olan zaman tərk edilir, buna görə də istilik dəf edicisi ilə örtülmür.
Meksika Xidmət Medalı
Meksika Xidmət Medalı, 1911–1919 illəri arasında Meksikada xidmət vermərdikləri üçün Amerika ordusunun mükafatıdır. == Tarixi == Ordu tərəfindən verilən Meksika Xidmət Medalı, Birləşmiş Ştatlar Müharibə Dairəsi Baş katibi tərəfindən 1917-ci ilin 12 Dekabrında quruldu. Donanmanın Meksika Xidmət Medalı, Dənizçilik Şöbəsi tərəfindən dəyişdirilmiş edilən 11 fevral 1918-də Dənizçilik Dairəsinin 365 nömrəli əmrlə baş katib tərəfindən quruldu. ABŞ Dənizçilik Dairəsi 1919-cu ilin 27 Aprelin 464 saylı Ümumi Əmri üzrə dəyişdirildi. Meksika Xidmət Medalı, 1911-ci ilin 12 Apreli və 16 iyun 1919-cu ilin 16 İyunu arasında Meksika qüvvətlərinə əsgərlik xidməti verən üzvləri tanıdı. Meksika Xidmət Medalı'na layiq görülməsi üçün, bir xidmət üzvündən, uyğunluq müddəti ərzində və aşağıdakı hərbi öhdələin birində hərbi vəzifə etmək istəndi. Verakruz Ekspedisiyası: 1914-cü ilin 21 Aprelindən 23 Noyabrına qədər. Meksikaya Cəzalandırıcı Səfər: 1916-cı ilin 14 Martından 1917-ci ilin 7 Fevralına qədər. Buena Vista, Meksika: 1917-ci ilin 1 Dekabrı San Bernardino Kanyonu, Meksika: 1917-ci ilin 26 Dekabrı. La Qrulla, Texas: 1918-ci ilin 8 Yanvarından 9 Yanvarına qədər.
Məcburi hərbi xidmət
Məcburi hərbi xidmət — Bəzi ölkələrdə, ölkə qanunlarına görə müəyyən yaşa çatan kişinin (və bəzən qadınlarında) məsuliyyət daşıdığı, müddəti qanunlarla müəyyən edilən dövlət xidməti. == Dünyada məcburi hərbi xidmət == Avropanın iki vacib ölkəsi Fransa və Birləşmiş Krallıqda məcburi hərbi xidmət götürülmüşdür. Bu ölkələrdə hərbi xidmət professional olaraq tətbiq edilir. Və əsgərlərə aylıq maaş verilir. Almaniyada məcburi hərbi xidmət tətbiqetməsi 2011-ci ildə götürülmüşdür. Bu ölkədə götürülməmişdən əvvəl məcburi hərbi xidmət 3 ay idi. Hərbi xidmətə gələnlər, evlərinin yerləşdiyi şəhərdəki hərbi hissədə xidmət edib, şənbə və bazar günlərini evlərində keçirirdilər. Belçika və Hollandiyada məcburi hərbi xidmət götürülmüşdür. Yunanıstanda məcburi hərbi xidmətin götürülməsi düşünülür. === İsrail === İsraildə məcburi hərbi xidmət var.
Texniki xidmət proqramları
Texniki xidmət proqramları — kompüterlərin işləmə vəziyyətini yoxlamaq üçündür. Bu proqramlar (Norton Utilities, PC Tool Deluxe, Icecream Screen Recorder və s.) kompüterin ayrı-ayrı qurğularının normal fəaliyyətinin yoxlanmasını həyata keçirir. kompüterin işinə nəzarət etmək üçün müxtəlif üsullar mövcuddur. bu üsullardan bəziləri kompüterin aparat vasitələri ilə, bəziləri aparat-proqram vasitələri ilə, bəziləri isə proqram vasitələri ilə həyata keçirilir. proqramla nəzarət test proqramları və xüsusi nəzarət proqramları vasitəsilə həyata keçirilir. testlə yoxlama (testləşdirmə) kompüterin və onun ayrı-ayrı bloklarının işini yoxlayan test-proqramlar vasitəsilə yerinə yetirilir. ilkin test proqramları (testləşdirmə), adətən kompüterin daimi yaddaş qurğusunda saxlanılır və kompüter elektrik şəbəkəsinə qoşulduqda avtomatik olaraq işə düşür. xüsusi nəzarət proqramları kompüterdə məsələlərin həlli üçün tətbiq olunan proqramların icrası zamanı əvvəlcədən müəyyənləşdirilmiş vəziyyətlərin, asılılıqların və məhdudiyyətlərin ödənilib-ödənilməməsini yoxlayır. bütün hallarda nasazlıqların xarakteri, mənbəyi və bəzən də səbəbi haqqında ekrana məlumat çıxır. == Ədəbiyyat == Hesablama maşınları və kompüterlər haqqında ümumi məlumat, R.Q. Ələkbərov, t.e.n., AMEA İnformasiya Texnologiyaları İnstitutu.
Yanszı Xidmət Medalı
Yanszı Xidmət Medalı, ABŞ Hərbi Donanması və Amerika Dəniz Piyadaları (və daha az bir nisbətdə Amerika Ordusu üzvləri) üzvlərinə təqdimat üçün 1930-cu ildə qurulan ABŞ Silahlı Qüvvələri bir dekorasyasıdır. Yanszı Xidmət Medalı, Yantszı çayı vadisində, 3 sentyabr 1926 və 31 dekabr 1932 tarixləri arasında bölgədə ciddi bir qarışıqlıq dövründə verildi. Bəzəmə ayrıca, Yanszı çayı Vadisindəki geniş əməliyyatlarının (məsələn, Nanjing hadisəni) birbaşa dəstəkləndiyi halda, Şanxay, Çində daimi vəzifəsində olan hərbi xidmət üzvləri üçün verilə bilər. Yanszı Xidmət Medalı, 1940-cı ildə Çin Xidmət Medalı ilə dəyişdirildikdə köhnə halına gəldi. == Həmçinin Bax == Çin ABŞ Nikaraqua Kampaniyası Medalı İkinci Nikaraqua Kampaniyası Medalı Şanxay == İstinadlar == == Xarici keçidlər == "Yangtze Service Medal". History.navy.mil. Dəniz tarixi və İrsi Komandirliyi. Alındı 2012-03-24.
İnternet xidmət provayderi
İnternet xidmət provayderi (ing. Internet service provider, ISP) — internetə daxil olmaq, ondan istifadə və idarə etmək və ya orada iştirak etmək üçün xidmətlər göstərən təşkilat. ISP-lər müxtəlif formalarda təşkil edilə bilər. Məsələn, bu, kommersiya, icmaya məxsus, qeyri-kommersiya və ya başqa şəkildə özəl mülkiyyətə sahibdir. Adətən ISP-lər tərəfindən təmin edilən internet xidmətlərinə internetə çıxış, internet tranziti, domen adının qeydiyyatı, veb-hostinq, "Usenet" xidməti və kolokasiya daxil ola bilər. İnternet xidmət provayderi adətən istifadəçiyə internetdə mövcud olan hər şeyə çıxışı təmin edən giriş nöqtəsi və ya şlüz kimi xidmət edir. Belə bir şəbəkəni göz alma şəbəkəsi də adlandırmaq olar. == Tarixi == İnternet (orijinal olaraq ARPAnet) dövlət tədqiqat laboratoriyaları və universitetlərin iştirakçı şöbələri arasında şəbəkə kimi hazırlanmışdır. Digər şirkətlər və təşkilatlar onurğa sütununa birbaşa əlaqə ilə, ya da digər əlaqəli şirkətlər vasitəsilə, bəzən UUCP kimi "dial-up" alətlərindən istifadə edərək qoşulurdular. 1980-ci illərin sonlarında internetdən kommersiya məqsədli istifadəsi baş tutmuşdur.
İnternet xidmət təchizatçısı
İnternet xidmət provayderi (ing. Internet service provider, ISP) — internetə daxil olmaq, ondan istifadə və idarə etmək və ya orada iştirak etmək üçün xidmətlər göstərən təşkilat. ISP-lər müxtəlif formalarda təşkil edilə bilər. Məsələn, bu, kommersiya, icmaya məxsus, qeyri-kommersiya və ya başqa şəkildə özəl mülkiyyətə sahibdir. Adətən ISP-lər tərəfindən təmin edilən internet xidmətlərinə internetə çıxış, internet tranziti, domen adının qeydiyyatı, veb-hostinq, "Usenet" xidməti və kolokasiya daxil ola bilər. İnternet xidmət provayderi adətən istifadəçiyə internetdə mövcud olan hər şeyə çıxışı təmin edən giriş nöqtəsi və ya şlüz kimi xidmət edir. Belə bir şəbəkəni göz alma şəbəkəsi də adlandırmaq olar. == Tarixi == İnternet (orijinal olaraq ARPAnet) dövlət tədqiqat laboratoriyaları və universitetlərin iştirakçı şöbələri arasında şəbəkə kimi hazırlanmışdır. Digər şirkətlər və təşkilatlar onurğa sütununa birbaşa əlaqə ilə, ya da digər əlaqəli şirkətlər vasitəsilə, bəzən UUCP kimi "dial-up" alətlərindən istifadə edərək qoşulurdular. 1980-ci illərin sonlarında internetdən kommersiya məqsədli istifadəsi baş tutmuşdur.
İnternet xidmət təminatçısı
İnternet xidmət provayderi (ing. Internet service provider, ISP) — internetə daxil olmaq, ondan istifadə və idarə etmək və ya orada iştirak etmək üçün xidmətlər göstərən təşkilat. ISP-lər müxtəlif formalarda təşkil edilə bilər. Məsələn, bu, kommersiya, icmaya məxsus, qeyri-kommersiya və ya başqa şəkildə özəl mülkiyyətə sahibdir. Adətən ISP-lər tərəfindən təmin edilən internet xidmətlərinə internetə çıxış, internet tranziti, domen adının qeydiyyatı, veb-hostinq, "Usenet" xidməti və kolokasiya daxil ola bilər. İnternet xidmət provayderi adətən istifadəçiyə internetdə mövcud olan hər şeyə çıxışı təmin edən giriş nöqtəsi və ya şlüz kimi xidmət edir. Belə bir şəbəkəni göz alma şəbəkəsi də adlandırmaq olar. == Tarixi == İnternet (orijinal olaraq ARPAnet) dövlət tədqiqat laboratoriyaları və universitetlərin iştirakçı şöbələri arasında şəbəkə kimi hazırlanmışdır. Digər şirkətlər və təşkilatlar onurğa sütununa birbaşa əlaqə ilə, ya da digər əlaqəli şirkətlər vasitəsilə, bəzən UUCP kimi "dial-up" alətlərindən istifadə edərək qoşulurdular. 1980-ci illərin sonlarında internetdən kommersiya məqsədli istifadəsi baş tutmuşdur.
Xidmət kimi proqram
Xidmət kimi proqram təminatı (ing. Software as a service; SaaS) — proqram təminatının abunə əsasında lisenziyalaşdırıldığı və mərkəzləşdirilmiş şəkildə yerləşdiyi lisenziyalaşdırma və çatdırılma modeli. SaaS həmçinin tələb olunan proqram təminatı, veb-əsaslı proqram təminatı və ya veb-host proqram təminatı kimi də tanınır. SaaS, xidmət kimi infrastruktur (IaaS) və xidmət kimi platforma (PaaS) ilə birlikdə bulud hesablamalarına xas biznes modelidir. SaaS proqramlarına adətən veb brauzer istifadəçiləri ("incə" müştəri) daxil olurlar. SaaS ofis proqramı, mesajlaşma proqramı, əmək haqqı emal proqramı, DBMS proqramı, idarəetmə proqramı, CAD proqramı, inkişaf proqramı, oyunlaşdırma, virtuallaşdırma, mühasibatlıq, əməkdaşlıq, müştəri münasibətlərinin idarə edilməsi (CRM), idarəetmə məlumat sistemləri (MIS), müəssisə resurslarının planlaşdırılması (ERP), faktura, sahə xidmətinin idarə edilməsi, insan resurslarının idarə edilməsi (HRM), istedadların əldə edilməsi, öyrənmə idarəetmə sistemləri, məzmunun idarə edilməsi (CM), coğrafi informasiya sistemləri (GIS) və xidmət masasının idarə edilməsi daxil olmaqla bir çox iş proqramları üçün ümumi çatdırılma modelidir. SaaS demək olar ki, bütün korporativ proqram təminatı şirkətlərinin strategiyalarına daxil edilmişdir. == Tarixi == Biznes proqramlarının mərkəzləşdirilmiş hostinqi 1960-cı illərə təsadüf edir. Həmin illərdən başlayaraq, IBM və digər əsas kompüter provayderləri tez-tez vaxt mübadiləsi və ya kommunal hesablama kimi adlandırılan bir xidmət bürosu işi aparmağa başladılar. Bu cür xidmətlərə hesablama gücü və verilənlər bazası saxlanması, banklara və digər böyük təşkilatlara öz ümumdünya məlumat mərkəzlərindən təklif etmək daxildir.
Xarici Xidmət İnstitutu (ABŞ)
Xarici Xidmət İnstitutu, ( FSI ) ing. Foreign Service Institute — Arlinqton şəhərində, (Virciniya ştatı) Corc Şults adına xarici dillər milli tədris mərkəzində yerləşir (ing. George P. Shultz National Foreign Affairs Training Center). 1924-cü ildə qurulmuş Xarici Xidmət Məktəbinin (ing. Foreign Service School) əvəznə yaradılaraq ABŞ diplomatları üçün əsas təhsil mərkəzi sayılır. FSİ ABŞ-nin federal təşkilatı kimi Dövlət Depertamenti üçün diplomatlar və ABŞ-nin xaricdəki maraqlarını qorumaq üçün digər mütəxəssislər hazırlayır. 600-dən çox kursu, o cümlədən 70-dən çox xarici dil kursu fəaliyyət göstərir. İnstitutda Dövlət Depertamentindən, 40-dan çox hökumət təşkilatından və hərbi strukturlardan 100 mindən çox dinləyici təhsil alır. Məktəbin proqramı ABŞ dövlət qulluğunda və ölkənin xaricdəki nümayəndəliklərində peşəkar işçilərin hazırlanmasını nəzərdə tutur. Kurslar bir gündən iki il müddətinə qədər müddətə nəzərdə tutularaq məzunlarını ABŞ xarici siyasətinin həyata keçirilməsi üçün digər ölkələrə və mədəniyyətlərə adaptasiyasının asanlaşdırılmasına və vəzifəsini uğurla həyata keçirilməsinə və liderlik və idarəçilik keyfiyyətlərinin artırılmasına hazırlayır.
Xidmət ordeni (Böyük Britaniya)
Xidmət ordeni (ing. Order of Merit, fr. Ordre du Mérite) — Kral VII Eduard tərəfindən 1902-ci ildə Böyük Britaniyada qurulmuş məhdud cəmiyyət (nizam) üzvlərinin fərqlənmə mükafatı. Sərəncamın rəhbəri ingilis monarxdır. Prussiya Pour le Mérite ilə bənzətmə ilə yaradıldı. Sərəncama üzv olmaq, silahlı qüvvələrdə üstün xidmətə görə və ya elm, incəsənət, ədəbiyyat, mədəniyyətin inkişafına xüsusi töhfə üçün mükafat olaraq verilir. Hərbi mükafat olaraq verilən fərqli işarələrin növü, mərkəzi medalyonun arxasında çarpaz bir qılınc ilə mülki birindən fərqlənir. Orden üçün təyinatlar, hökumətin tövsiyəsi ilə verilən digər sifarişlərin əksəriyyətindən fərqli olaraq monarxın şəxsi qərarıdır. Orden üzvlüyü 24 üzv və bir fəsil ilə məhdudlaşır, ancaq xaricilər əlavə olaraq "fəxri üzvlər" olaraq sıraya daxil edilə bilərlər. Yarandığı gündən bu əmr qadınlar üçün açıqdır; Florens Naytinqeyl, 1907-ci ildə orden təqdim olunan ilk qadın idi.
Hava gəmilərinin texniki xidməti
Hava gəmilərinin texniki xidməti — uçuş aparatlarının istismar müddəti ərzində onların daimi sazlığının və uçuşa hazırlığının təmin edilməsinə yönəldilmiş yerüstü mühəndis-texniki təminatıdır. Texniki xidmət və lazımi qayğı olmadan istənilən hava gəmisi uçuşa yararsız hala çox tez gəlir. Hava gəmilərinin Səlahiyyətli texniki xidməti uçuşların təhlükəsizliyinin əsas amilidir. == Xaricidə istehsal olan kommersiya təyyarələrinə texniki xidmət == Müəyyən bir müddətdən və ya müəyyən bir uçuş saatlarından sonra(aviaşirkətin Maintenance Program'ında göstərilən) aviaşirkətlər (texniki xidmət təşkilatları) tərəfindən həyata keçirilməli olan təyyarələrin texniki vəziyyətinin dövri yoxlamalarından ibarətdir. Yoxlamaların bir neçə növü mövcuddur: transit check, daily check, weekly check, A-check, B-check, C-check və D-check. A-check və B-check — sadə, С və D-check texniki yoxlamaların ən çətin növləridir. Təyyarələrin bəzi növləri üçün istismar formalarına daxil olan iş həcmi istehsalçı tərəfindən aviasiya orqanlarının nümayəndələri və operatorların nümayəndələri ilə birlikdə hazırlanan texniki xidmət qaydaları ilə müəyyən edilir. Daha müasir tipli hava gəmiləri üçün vahid reqlament mövcud deyil və istismarçı zavodun rəhbər sənədləri (MRBR), tövsiyələri (MPD) və hakimiyyət orqanlarının göstərişləri əsasında konkret hava gəmisi üçün texniki xidmət proqramını hazırlamalıdır. Bu halda istismarçı tətbiq etdiyi siyasətə uyğun olaraq texniki xidmət formalarının formalaşdırılması ilə məşğul olmalıdır. Belə ki, əgər aviaşirkət yalnız gündüz reysləri həyata keçirirsə, gecə saatlarında texniki xidmətin aparılması məqsədəuyğun olardı.
Homoseksualları hərbi xidmətdən azad etmiş ölkələr
=== Ölkələr ===
Hostinq Xidmətləri provayderi
Hərbi xidmətlərə görə medalı
"Hərbi xidmətlərə görə" medalı — Azərbaycan Respublikasının hərbi medalı. 10 noyabr 1992-ci ildə təsis edilmiş, əsasnaməsi 6 dekabr 1993-cü ildə təsdiq edilmişdir. == Əsasnaməsi == "Hərbi xidmətlərə görə" medalı Azərbaycan Respublikasının 1992-ci il 10 noyabr tarixli 370 saylı Qanunu ilə təsis edilmişdir. "Hərbi xidmətlərə görə" medalının əsasnaməsi Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 759 saylı Qanunu ilə təsdiq edilmişdir. Əsasnaməyə əsasən medal Azərbaycan Respublikasının hərbi qulluqçularına aşağıdakılara görə verilir: Öz xidmət vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə; Dövlət sərhədlərinin qorunmasında xidmətlərinə görə. "Hərbi xidmətlərə görə" medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda "Tərəqqi" medalından sonra taxılır. == Təsviri == "Hərbi xidmətlərə görə" medalının təsviri 3 fərqli formada verilsə də, ilk versiya ilə heç kəs təltif olunmamışdır. İlk təsvir Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 759 saylı Qanunu ilə təsdiq edilmişdir. Həmin əsasnamədə medalın təsviri aşağıdakı kimi verilmişdir: "Hərbi xidmətlərə görə" medalı gümüşdəndir, qabarıq formalı uzunsov səkkizguşə şəklindədir. Medalın qırağı və üz tərəfi sağanaqla əhatələnmişdir.
Kikinin çatdırma xidməti
Kikinin çatdırma xidməti (魔女の宅急便, Majo no Takkyūbin) — 1989-cu ildə Studio Ghibli tərəfindən Hayao Miyazakinin rejissorluğu ilə 1985-ci ildə Yaponiyalı yazıçı Eiko Kadanonun eyni adlı romanı əsasında çəkilmiş anime filmi. Bu Studio Ghibli tərəfindən hazırlanmış dördüncü filmdir. Miyazakinin fikrincə yapon gəncləri uşaqlıq dövrünü başa vurduqdan sonra ailə bağlılığı və azadlıq arasında sıxışıb qalırlar. Bu film onlara həyatta istədiyini qazanmaq üçün güclü olmağı, çox çalışmalı və özlərini kəşf etməyi göstərir. Film eyni zamanda Walt Disney Pictures ilə birgə hazırlanan ilk Studio Ghibli filmidir. 1997-ci ildə ingilis dilində dublaj olduqdan sonra Beynəlxalq Seattle Film Festivalı-nda nümayiş olunmuşdur. == Məzmun == Kiki on üç yaşlı cadugərdir. Qaydalara görə on üç yaşı tamam olmuş hər bir cadugar, cadugarlıq praktikası üçün evdən ayrıəlaraq bir il tək yaşamalıdır. Kiki pişiyi Cici ilə birlikdə anasının verdiyi süpürgəyə minərək cadugər olmayan başqa şəhərə gedir. Kikinin sadəcə uçmaq bacarığı olduğu üçün özünə məxsus bir çatdırma xidməti verən bir iş yaratmaq istəyir.
Kikinin çatdırma xidməti (anime, 1989)
Kikinin çatdırma xidməti (魔女の宅急便, Majo no Takkyūbin) — 1989-cu ildə Studio Ghibli tərəfindən Hayao Miyazakinin rejissorluğu ilə 1985-ci ildə Yaponiyalı yazıçı Eiko Kadanonun eyni adlı romanı əsasında çəkilmiş anime filmi. Bu Studio Ghibli tərəfindən hazırlanmış dördüncü filmdir. Miyazakinin fikrincə yapon gəncləri uşaqlıq dövrünü başa vurduqdan sonra ailə bağlılığı və azadlıq arasında sıxışıb qalırlar. Bu film onlara həyatta istədiyini qazanmaq üçün güclü olmağı, çox çalışmalı və özlərini kəşf etməyi göstərir. Film eyni zamanda Walt Disney Pictures ilə birgə hazırlanan ilk Studio Ghibli filmidir. 1997-ci ildə ingilis dilində dublaj olduqdan sonra Beynəlxalq Seattle Film Festivalı-nda nümayiş olunmuşdur. == Məzmun == Kiki on üç yaşlı cadugərdir. Qaydalara görə on üç yaşı tamam olmuş hər bir cadugar, cadugarlıq praktikası üçün evdən ayrıəlaraq bir il tək yaşamalıdır. Kiki pişiyi Cici ilə birlikdə anasının verdiyi süpürgəyə minərək cadugər olmayan başqa şəhərə gedir. Kikinin sadəcə uçmaq bacarığı olduğu üçün özünə məxsus bir çatdırma xidməti verən bir iş yaratmaq istəyir.
Kikinin çatdırma xidməti (cizgi filmi, 1989)
Kikinin çatdırma xidməti (魔女の宅急便, Majo no Takkyūbin) — 1989-cu ildə Studio Ghibli tərəfindən Hayao Miyazakinin rejissorluğu ilə 1985-ci ildə Yaponiyalı yazıçı Eiko Kadanonun eyni adlı romanı əsasında çəkilmiş anime filmi. Bu Studio Ghibli tərəfindən hazırlanmış dördüncü filmdir. Miyazakinin fikrincə yapon gəncləri uşaqlıq dövrünü başa vurduqdan sonra ailə bağlılığı və azadlıq arasında sıxışıb qalırlar. Bu film onlara həyatta istədiyini qazanmaq üçün güclü olmağı, çox çalışmalı və özlərini kəşf etməyi göstərir. Film eyni zamanda Walt Disney Pictures ilə birgə hazırlanan ilk Studio Ghibli filmidir. 1997-ci ildə ingilis dilində dublaj olduqdan sonra Beynəlxalq Seattle Film Festivalı-nda nümayiş olunmuşdur. == Məzmun == Kiki on üç yaşlı cadugərdir. Qaydalara görə on üç yaşı tamam olmuş hər bir cadugar, cadugarlıq praktikası üçün evdən ayrıəlaraq bir il tək yaşamalıdır. Kiki pişiyi Cici ilə birlikdə anasının verdiyi süpürgəyə minərək cadugər olmayan başqa şəhərə gedir. Kikinin sadəcə uçmaq bacarığı olduğu üçün özünə məxsus bir çatdırma xidməti verən bir iş yaratmaq istəyir.
Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti
== Yaranma tarixi == Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2006-cı il tarixli 511 nömrəli Fərmanı ilə "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi haqqında Əsasnamə" təsdiq edilmiş və həmin tarixdən etibarən Müfəttişlik fəaliyyətə başlamışdır. Azərbaycan Respublikası Prezidentinin 7 noyabr 2016-cı il tarixli Fərmanına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olan Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin və Dövlət Sularda Xilasetmə Xidmətinin bazasında Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti yaradılmışdır. == Əsasnamə == Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli Fərmanı ilə "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti haqqında Əsasnamə" təsdiq edilmişdir. == Haqqında == Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti Əsasnaməsinə uyğun olaraq Azərbaycan Respublikasının daxili dəniz və ərazi sularında, çaylarında, su anbarlarında, digər sututarlarda kiçikhəcmli gəmilərin təhlükəsiz hərəkətinə dövlət nəzarətini, kiçikhəcmli gəmilərin və onların dayanacağı üçün bazaların, qurğuların, yanalma körpülərinin və su keçidlərinin təhlükəsiz istismarına texniki nəzarəti, həmçinin çimərliklərdə, su hövzələrində və digər sututarlarda, dənizkənarı kütləvi istirahət yerlərində axtarış-xilasetmə tədbirlərini, dalğıc-axtarış işlərini, insanların sularda təhlükəsizliyinin təmin edilməsi sahəsində idarəetməni, əlaqələndirməni və nəzarəti həyata keçirən icra hakimiyyəti orqanıdır. == Fəaliyyət istiqamətləri == kiçikhəcmli gəmilərin və onların dayanacaq bazalarının istifadəsi zamanı dövlət və texniki nəzarəti, kiçikhəcmli gəmilərin dayanacaq bazalarında insanların təhlükəsizliyi ilə bağlı tələblərə əməl olunmasına nəzarəti həyata keçirir; kiçikhəcmli gəmilərin təsnifatına uyğun olaraq onların dövlət qeydiyyatını və uçotunu aparır, onları ilkin və illik texniki müayinədən və baxışdan keçirir; kiçikhəcmli gəmilərə dövlət - bort nömrəsinin, qeydə alınmış gəmilərə gəmi biletinin və digər sənədlərin verilməsini təmin edir; kiçikhəcmli gəmilərin dayanacaq bazalarının, yanalma körpülərinin, su keçidlərinin, eləcə də çimərliklərin texniki baxışdan keçirilməsini təmin edir; kiçikhəcmli gəmilərin reyestri, onları idarə etmək hüququ verən sürücülük vəsiqələri, həmçinin kiçikhəcmli gəmilərin və gəmi sürücülərinin qeydiyyat sənədlərinin uçotunu aparır; kiçikhəcmli gəmilərin öz təyinatı üzrə istismar olunmasına nəzarət edir; çimərliklərdə, su hövzələrində və sututarlarda insanların axtarışını və xilasını, dalğıc-axtarış işlərini, insanların sularda təhlükəsizliyinin təmin edilməsinə nəzarəti həyata keçirir; çimərliklərin yararlı hala salınması və çimərliklərdə təhlükəsizlik qaydalarına əməl edilməsi üçün tədbirlər görür, burada yaradılmış xilasetmə məntəqələrinin xilasetmə avadanlıqları, rabitə və digər texniki vasitələrlə təchizatına nəzarət edir; kiçikhəcmli gəmilərin istismarı zamanı qəzaların qarşısını almaq və insanların su obyektlərində təhlükəsizliyini təmin etmək məqsədi ilə əhali arasında maarifləndirmə işləri aparır, bu sahədə aidiyyəti qurumların fəaliyyətini əlaqələndirir. == Region şöbələri == Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin kiçikhəcmli gəmilərə nəzarət üzrə 5 region şöbəsi var: Bakı şəhəri və Abşeron rayonu üzrə kiçikhəcmli gəmilərə nəzarət şöbəsi; Şimal regionu üzrə kiçikhəcmli gəmilərə nəzarət şöbəsi; Muğan regionu üzrə kiçikhəcmli gəmilərə nəzarət şöbəsi; Cənub regionu üzrə kiçikhəcmli gəmilərə nəzarət şöbəsi; Daxili su hövzələri üzrə kiçikhəcmli gəmilərə nəzarət şöbəsi. Bu region şöbələri kiçik həcmli gəmilərə texniki nəzarət, qeydiyyatdan yayınan kiçik həcmli gəmilərin qeydiyyata cəlb olunması, gəmilər üzərində seriya və bort nömrəsinin yazılmasına nəzarət, əhali arasında maarifləndirmə işinin aparılması və sair bu kimi funksiyaları həyata keçirirlər. == Ümumi məlumat == Kiçikhəcmli gəmilərin təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə ölkə ərazisindəki fiziki və hüquqi şəxslərə məxsus kiçik həcmli gəmilərə texniki nəzarəti həyata keçirir. Texniki baxış zamanı gəminin texniki sənədləri yoxlanılaraq gəminin tutumu, onun yük və sərnişin götürmə qabiliyyəti üzrə texniki tələb və normaları, mühərriklərin gücü və sayı, yelkənlərin sahəsi, üzmə rayonu, suüstü bortun minimal hündürlüyü, gəminin üzə biləcəyi dalğa hündürlüyü, gəmidə xilasetmə və yanğın əleyhinə vasitələr, siqnal işıqları, naviqasiya və digər avadanlıq ilə təchizatı yoxlanılır. Texniki baxışdan keçirilmiş kiçik həcmli gəmilər Xidmət tərəfindən dövlət qeydiyyatına alınaraq müvafiq bort və seriya nömrələri, gəmi bileti və texniki talonlarla təmin edilirlər.
Koreya Meşə Xidməti
Koreya Meşə Xidməti (kor. 산림청) – Cənubi Koreyanın meşə resurslarını qorumaq, artırmaq və zəngiləşdirməkdən məsul olan dövlət agentliyi. Kənd Təsərrüfatı, Qida və Kənd Məsələləri Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Agentlik meşə məhsullarının istehsalı və meşə menecmenti tədqiqatları ilə məşğuldur. Qərargahı Tecon şəhərində yerləşir. == Tarixi == Koreya Meşə Xidməti 1967-ci ildə yaradılmışdır. Əvvəllər Kənd və Meşə Təsərrüfatı Nazirliyinin Meşə Bürosu kimi fəaliyyət göstərmişdir. 1977-ci ildə agentliyin tərkibində Meşəçilik Təlimi İnstitutu açılmışdır. Təşkilat 1973–1978, 1979–1987, 1988–1997, 1998–2007 və 2008–2017-ci illərdə meşə planları həyata keçirmişdir. == Fəaliyyəti == Koreya Meşə Xidmətinin əsas vəzifəsi meşələrlə bağlı qanunların tətbiqinə nəzarət etməkdir.
Lokallaşdırma xidmətləri
Lokallaşdırma xidmətləri hər hansı bir məhsulun, veb-saytın və ya kontentin müəyyən region, ölkə, yaxud bazar üçün adaptasiya edilməsi prosesidir. Bu prosesə aşağıdakılar daxildir: mətnlərin tərcüməsi; hədəf seçilən bazarların tələbatına uyğunlaşmaq üçün kontentin dəyişdirilməsi; tərcümə olunan mətnin düzgün əks olunması üçün dizayn və maketin adaptasiyası; yerli tələblərə uyğunlaşmaq (məsələn, valyuta, ölçü vahidləri və s.); vaxt, ünvan və telefon nömrələrinin yerli formatlarından istifadə; yerli qanunvericilik tələblərinə və digər normalara uyğunlaşma. Lokallaşdırma işlərini həyata keçirərkən mədəni xüsusiyyətlərin nəzərə alınması mühüm əhəmiyyət kəsb edir. Reklam kampaniyasının hər bir kiçik elementi üzərində bəzən saatlarla düşünülür. Çünki kiçik bir nüans böyük bir uğursuzluğun səbəbi ola bilər. Hər hansı bir reklam mətni beynəlxalq bazara təqdim edildikdə bir çox mədəni nüansları nəzərə almaq, hər bir ölkədə onun doğuracağı reaksiyanı öncədən qiymətləndirmək lazımdır. Ona görə də dil xidmətləri göstərən şirkətlər hədəf bazarını seçərkən mədəni xüsusiyyətləri nəzərə almalı, mövcud mətnləri, yaxud digər reklam materiallarını həmin bazara uyğunlaşdırmalı, lazım gələrsə yenisini hazırlamalıdırlar. Lokallaşdırma zamanı daha bir vacib proses adların testləşdirilməsidir. Hər hansı şirkətin, məhsulun və ya xidmətin adının seçilməsi çox mühüm əhəmiyyət kəsb edir. Əlbəttə, hər hansı adın çoxdilli bazarlarda eyni məna kəsb etməsi çox yaxşı haldır.
Maliyyə Monitorinqi Xidməti (Azərbaycan)
Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti — cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin (ƏL/TM) qarşısının alınması sahəsində qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən, habelə müvafiq sahədə siyasətin formalaşmasında iştirak edən orqandır. == Tarix == 30 dekabr 2022-ci il tarixində "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" 767-IIIQ saylı Qanunun qəbul edilməsindən sonra Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2009-cu il tarixli 66 nömrəli Fərmanı ilə Maliyyə Monitorinqi Xidməti Azərbaycan Respublikasının Mərkəzi Bankının yanında müstəqil struktur vahidi olaraq yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli 760 saylı Fərmanı ilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxs kimi yaradılmış və Maliyyə Monitorinqi Xidməti struktur vahidi olaraq onun tabeliyində fəaliyyət göstərmişdir. 25 may 2018-cı il tarixli 95 nömrəli Fərmana uyğun olaraq, Maliyyə Monitorinqi Xidməti Maliyyə Bazarlarına Nəzarət Palatasından ayrılaraq fəaliyyətini publik hüquqi şəxs kimi davam etdirir. 24 fevral 2020-ci ildə 2018-ci il 18 iyul tarixli 215 nömrəli Fərman ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin imzaladığı Fərman ilə Maliyyə Monitorinqi Xidməti fəaliyyət müstəqilliyi təmin edilməklə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin tərkibində fəaliyyət göstərməyə başlayıb. == Məqsəd == Maliyyə Monitorinqi Xidmətinin Nizamnaməsinə əsasən müəyən edilmiş məqsədlərə xidmət edir: Azərbaycan Respublikasında cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq üçün qanunla müəyyənləşdirilmiş tələblərə riayət olunmasına nəzarət etmək, vahid tənzimləməni həyata keçirmək, siyasətin formalaşmasında və həyata keçirilməsində iştirak etmək; Milli risk qiymətləndirilməsini həyata keçirmək, bu istiqamətdə dövlət orqanlarının və qurumlarının fəaliyyətini əlaqələndirmək; Monitorinq iştirakçılarının, monitorinqdə iştirak edən digər şəxslərin, nəzarət və digər dövlət orqanlarının fəaliyyətini əlaqələndirmək, onlardan daxil olan məlumatları toplamaq və təhlil etmək; Monitorinq subyektlərindən məlumatların əldə edilməsi, təhlili və mübadiləsi vasitəsilə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dəstək vermək. == MMX-nin idarə olunması == MMX-nin idarəetmə orqanı MMX-yə rəhbərliyi və nəzarəti həyata keçirən İdarə Heyətidir. İdarə Heyətinin tərkibi Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin təqdimatı ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən üç üzvdən – İdarə Heyətinin sədrindən və onun iki müavinindən ibarətdir. İdarə Heyətinin səlahiyyət müddəti 5 ildir.
Mallar və xidmətlər
Mallar və xidmətlər (ing. goods and services) — istehsalın, iqtisadi fəaliyyətin nəticəsini xarakterizə edən termin. Müəyyən bir müddət ərzində ayrı bir müəssisənin (təşkilatın), sənayenin, kənd təsərrüfatının və ya ölkənin və ya bütün dünyanın bütün xalq təsərrüfatının istehsalı nəticəsində yaranan məhsullar məcmusudur. == Məhsulun planlaşdırılması və uçotu == Məhsulların bütün dəsti ümumiyyətlə istehsal vasitələri (əmək vasitələri və əmək obyektləri) və istehlak malları (qida və qeyri-ərzaq məhsulları) bölünür . Planlaşdırma və mühasibat məqsədləri üçün məhsullar fiziki (fiziki vahidlər) və dəyər (pul vahidləri ilə) ölçülə bilər. Ənənəvi şəklində istehsal həcminin ölçüləri bunlardır: fiziki vahidlər (ton, kiloqram , metr (elektrik, fiber optik kabel), kvadrat metr (üzlüklü plitələr, parket) və digərləri); şərti təbii vahidlər (minlərlə (aşağıya baxın) şərti bankalar, şərti şifer təbəqələr, şərti parçalar, rulonlarda, rulonlarda və digərləri). sayma çəkisi — çox sayda kiçik homojen tarazlıq məhsulunun (yarı bitmiş məhsullar, (mini) aqreqatlar, qoz-fındıqlar, yuyucular, boltlar, toplar, düymələr və s.) sürətli sayılması üçün; hesablanmış çəkidə əhəmiyyətli (bilinməyən) məhsul sayı müəyyən nisbətdə eyni ölçülü (məlum olmayan) kiçik (məlum) sayı ilə tarazlaşdırılır (ölçüsüz - 10: 1, 100: 1, 1000: 1); Hesablanmış ağırlıq fabriklərdə, anbarlarda, qida fabriklərində və bənzərlərində istifadə olunur. İstehsalın dəyər ifadəsində həcmi müxtəlif göstəricilərlə müəyyən edilir. hazır məhsullar — hazırkı standartlara və ya təsdiq olunmuş spesifikasiyalara cavab verən, tamamən işlənmiş (pərçimlənmiş) bir məhsul olan müştəri və ya təşkilatın anbarı tərəfindən qəbul edilmiş öz istehsalımızın məhsulları və yarımfabrikatları. kommersiya məhsulları - satış üçün nəzərdə tutulmuş məhsulların qiymətləndirilməsi (hazır məhsullar, yarımfabrikatlar, istehsal xarakterli işlər və xidmətlər); ümumi məhsul (ümumi məhsul və məhsulların payı (ümumi məhsulun ümumi həcmində)) müəssisə tərəfindən istehsal olunan bütün növ məhsulların maya dəyəri və satışa təqdim olunan məhsulları təşkil edən elementlərə əlavə olaraq müvafiq dövr üçün bitməmiş istehsalın dəyişməsi, xammal dəyəri və müştəri materialları və bəzi digər elementlər; xalis istehsal — müəssisənin müəyyən bir dövr üçün iqtisadi fəaliyyəti nəticəsində yeni yaradılan dəyər.
Milli Geoloji Kəşfiyyat Xidməti (Azərbaycan)
Milli Geoloji Kəşfiyyat Xidməti — Milli Geoloji Kəşfiyyat Xidməti sistemləşdirilmiş geoloji tədqiqatların (regional geoloji, geofiziki, hidrogeoloji, mühəndis-geoloji, geoekoloji) aparılmasını, perspektiv sahələrdə geoloji axtarış və geoloji-kəşfiyyat işlərinin yerinə yetirilməsini, mineral-xammal ehtiyatlarının və resurslarının hesablamasını, yerin dərinlik quruluşunun, seysmohidrogeodinamik şəraitinin, ekzogen geoloji proseslərin və digər təbiət hadisələrinin öyrənilməsini həyata keçirir.
Milli Hidrometeorologiya Xidməti
Milli Hidrometeorologiya Xidməti (tam adı: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti) — Azərbaycan Respublikasında xidmət == Haqqında == Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti Azərbaycan Respublikasının ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində, hidrometeorologiya, o cümlədən meteorologiya, aviameteorologiya, aqrometeorologiya, hidrologiya, okeanologiya, iqlimşünaslıq və atmosfer proseslərinə fəal təsir işlərinin aparılması, məlumatların toplanılması, təhlili, hazırlanması, saxlanılması və ötürülməsi, metrologiya və standartlaşdırma fəaliyyətinin təşkili, təbii mühitin, o cümlədən atmosfer havasının, yeraltı su obyektləri istisna olmaqla, su obyektlərinin monitorinqi və su kadastrının aparılması sahələrində dövlət siyasətinin həyata keçirilməsində iştirak edən, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olan qurumdur. == Tarixi == Hidrometeoroloji məlumatların əldə olunma mənbəyi hidrometeoroloji stansiyaların paylanma qanunauyğunluğu prinsipinə əsaslanaraq respublikanın ərazisi üzrə yerləşdirilmiş hidrometeoroloji stansiyalar və məntəqlər hesab edilir ki, bu da öz növbəsində hidrometeoroloji şəbəkə adlandırılır. Azərbaycanda ilkin hidrometeoroloji müşahidələrin tarixi çox qədimdir. Belə ki, ilk müşahidələr 1830-cu ildə Xəzər dənizinin səviyyəsi üzərində, ilk meteoroloji müşahidələr 1843-cü ildə Naxçıvanda başlamış və sonradan müşahidə şəbəkəsi genişlənərək 1847-ci ildə Lənkəranda, 1848-ci ildə Bakıda və və Şuşada, 1871-ci ildə Gəncədə, 1872-ci ildə Zaqatalada və Şəkidə, 1879-cu ildə Göytəpədə aparılmışdır. Kənd təsərrüfatı bitkiləri üzərində ilkin aqrometeoroloji müşahidələr 1882-ci ildə Gəncə meteoroloji stansiyasında aparılmışdır. Respublikamızda ilk dəfə atmosferin ozon təbəqəsi üzərində müşahidələrə 1993-cü ildə Bakı şəhərində başlanılmışdır. Çay suları üzərində ilk hidroloji müşahidələr 1861-ci ildə Kür çayının Salyan məntəqəsində aparılmışdır. 1920-ci ildə Azərbaycan Hidrometeoroloji Xidmət İdarəsi, 1925-ci ildə Bakı Hava Bürosu yaradılmışdır. İlk radiozondun buraxılışı 1936-cı ildə Maştağa qəsəbəsində, 1953-cü ildə isə Lənkəran şəhərində təşkil edilmişdir. 1952-ci ildə ilk dəfə olaraq açıq dənizdə "Neft Daşları" hidrometeoroloji stansiyası təşkil olunmuşdur.
Milli Sertifikat Xidmətləri Mərkəzi (Azərbaycan)
Milli Statistika Xidməti (Ermənistan)
Ermənistan Respublikası Milli Statistika Xidməti (erm. Ազգային վիճակագրական ծառայություն, MSX; ERMSTAT) — Ermənistan Respublikasının milli statistika idarəsi. == Tarixi == 7 yanvar 1922-ci il tarixində Ermənistan Sovet Sosialist Respublikası Statistika Departamenti adı ilə fəaliyyətə başlayan qurum, daha sonralar bu adları alıb: Ermənistan Sovet Sosialist Respublikası Dövlət Statistika Komitəsi (1987-1992) Ermənistan Respublikası Statistika, Dövlət qeydiyyatı və Analiz Departamenti (1992-1998) Ermənistan Respublikası Statistika, Dövlət qeydiyyatı və Analiz Nazirliyi (aprel 1998-may 2000) == Beynəlxalq əməkdaşlıq == 7 noyabr 2003-ci il tarixində Ermənistan Beynəlxalq Valyuta Fondunun Məlumatların Yayılmasının Xüsusi Standartlarına qoşulan sayca 3-cü MDB ölkəsi oldu.
Milli Təhlükəsizlik Xidməti (Ermənistan)
Ermənistan Milli Təhlükəsizlik Xidməti (Azərbaycan mətbuatında MTX; erm. Հայաստանի Ազգային Անվտանգության Ծառայություն, Hayastani Azqayin Anvtanqutyan Tsarayutyun) — Ermənistan milli təhlükəsizliyi, kəşfiyyat, sərhəd mühafizəsi, informasiya təhlükəsizliyi — kriptoqrafiya, o cümlədən Ermənistan Baş Nazirinin mühafizəsinə cavabdeh dövlət qurumu. == Tarixi == Ermənistan Respublikasının 1991-ci ilin sentyabr ayında SSRİ-nın tərkibindən ayrılmasından sonra, yeni hökumətin qərarı ilə 4 dekabr 1991-ci ildə keçmiş SSRİ Dövlət Təhlükəsizlik Komitəsi Milli Təhlükəsizlik üzrə Dövlət İdarəsi adını almışdır. İdarənin ilk rəisi general-mayor Husik Suren Harutyunyan olmuşdur. O, bu vəzifədə 1992-ci ilin fevral ayına qədər qalmışdır. Ermənistan hökumətinin müvafiq qərarına əsasən 1996–1999-cu illər arasında, Milli Təhlükəsizlik Nazirliyi və Daxili İşlər Nazirliyi birləşdirilmişdir. 17 dekabr 2002-ci ildə, prezident Robert Koçaryan Dövlət Təhlükəsizlik Xidmətinin yaradılması haqqında fərman vermişdir. 2004-cü ildə 12 il Müdafiə Nazirliyinin tərkibində olan Sərhəd Mühafizə Xidməti MTX-nin tərkibinə verilmişdir.
Milli sertifikat xidmətləri mərkəzi

Значение слова в других словарях