Əbəzadə Abdullah Əfəndi (v. 1714, Sakarya ili) — Osmanlı alimi, şair və şeyxülislamı.[1] Kürəkəni Zeynalabdin Əfəndi Sultan Mahmud səltənətində şeyxülislamlığa yüksəlmişdir.
Əbəzadə Abdullah Əfəndi | |
---|---|
Əvvəlki | Sədrəddinzadə Sadiq Mehmed Əfəndi |
Sonrakı | Başmaqçızadə Əli Əfəndi |
13 fevral 1712 – 14 mart 1713 | |
Əvvəlki | Başmaqçızadə Əli Əfəndi |
Sonrakı | Mehmed Ataullah Əfəndi |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Vəfat yeri |
Doğum tarixi bilinməsə də, atasının Qazı Mustafa Əfəndi olduğu bilinir. Anası Lehistan səfəri əsnasında IV Mehmedin övladının dünyaya gəlişində iştirak etmiş, bu səbəbdən tarixi mənbələrdə "Əbəzadə" olaraq anılır. Təhsilini tamamladıqdan sonra müxtəlif mədrəsələrdə müdərris olaraq, ardından isə qazı olaraq 1685–1695-ci illər ərzində Misir, Ədirnə və Məkkədə çalışdı. 1695-ci ildə Anadolu başqazısı, bir müddət işsiz qaldıqdan sonra isə Rumeli başqazısı seçildi. 1698-ci ildə vəzifədən alınsa da, Əndərunda olduqca güclü nüfuzu səbəbilə, ənənələrə zidd olaraq birbaşa padşah fərmanı ilə yenidən vəzifəyə qaytarıldı. Bir illik müddətin sonunda Əndərun çalışanları Abdullah Əfəndinin vəzifə müddətinin uzadılması haqqında padşahdan xahiş etsələr də, Şeyxülislam Feyzullah Əfəndi özünə rəqib olaraq gördüyü üçün Abdullah Əfəndini əvvəlcə Mərəş qazısı təyin etdi. Ancaq getmək istəmədiyi üçün Kipr adasına sürgün edildi. Ancaq III Əhmədin taxta çıxmasından bir müddət öncə Bursada yaşamağına icazə verildi. Ancaq Əskişəhərə çatanda yeni padşahın taxta çıxdığını və Feyzullah Əfəndinin vəzifədən alındığı xəbərini aldı və Bursa yerinə İstanbula hərəkət etdi. Padşah icazəsi olmadan paytaxta geri dönməsi çox da xoş qarşılanmasa da, bağışlandı və İstanbulda qalmasına icazə verildi. 1705-ci ildə üçüncü dəfə Rumeli başqazısı, 25 yanvar 1708-ci ildə isə şeyxülislamlığa yüksəldi. Ancaq 2,5 ilin ardından 16 iyul 1710 tarixində vəzifədən alındı. Ancaq çox keçmədən 13 fevral 1712 tarixində ikinci dəfə şeyxülislam seçildi.
Əbəzadə Abdullah Əfəndi Osmanlıya sığınan İsveç kralı XII Karlın vətəninə göndərilməsi üçün Rusiya ilə gedən danışıqlarda iştirak etmiş, hətta kralın vətəninə qaytarılmalı olduğunu, əks halda Dimetokada həbs olunmalı olduğunu müdafiə etmişdir. Ancaq şeyxülislamın bu dərəcədə kəskin mövqe tutması İstanbul əhalisi arasında xoş qarşılanmadı və bu söz-söhbətlər get-gedə böyüdü. Bu səbəbdən 14 mart 1713 tarixində vəzifədən alındı. Ardından Rumeli hasarı yaxınlığındakı köşkünə çəkilən Əbəzadə bura gələn siyasi qonaqları səbəbilə şeyxülislam və sədrəzəmin diqqətini cəlb etmişdi. Bu səbəblə 1714-cü ildə Trabzona sürgün edildi. Ancaq fırtınalı bir gündə yola çıxan Əbəzadə Abdullah Əfəndinin mindiyi gəmi Sakarya sahillərində batdı.[2]