Şəhzadə Bəyazid (I Süleymanın oğlu)

Şahzadə Bəyazid (Osmanlıca: الأمير بايزيد; 1525, Topqapı sarayı25 sentyabr 1561, Qəzvin), Sultan Süleyman Qanuninin Xürrəm Sultanla nikahdan dünyaya gələn oğlu. Kütahya, KonyaKaraman vilayətlərində vali olmuşdur.

Şahzadə Bəyazid
türk. Şehzade Bayezid
Şəxsi məlumatlar
Doğum tarixi 1525
Doğum yeri
Vəfat tarixi 25 sentyabr 1561
Vəfat yeri
Dəfn yeri
Atası Sultan Süleyman Qanuni
Anası Xürrəm Sultan

Anası Xürrəm Sultanın dəstəyi ilə özünü taxtın varisi hesab etmiş, amma anasının vəfatından sonra gücünü itirmişdir. Bacısı Mihrimah Sultanın Şahzadə Səlimin tərəfində olduğunu gördükdən sonra özünə tərəfdar yığmağa başlamışdır. Atası hələ sağ olduğu vaxtlarda Şahzadə Səlim ilə apardığı taxt mübarizəsində məğlub olaraq, Səfəvi şahına sığınmışdır. Sığındığı Səfəvi şahının sarayında atasının adamları tərəfindən oğulları ilə birlikdə boğularaq öldürülmüşdür.

1525-ci ildə İstanbulda dünyaya gəlmişdir. Atası Osmanlı sultanı Qanuni Sultan Süleyman, anası isə Xürrəm Sultandır. Qardaşı Şahzadə Cahangirlə birlikdə möhtəşəm bir mərasimlə sünnət edilmişdir. 28 sentyabr 1539-cu ildə baş tutan və 2 həftə davam edən mərasim əsnasında bacısı Mihrimah Sultan da o illərdə Diyarbəkir bəylərbəyi olan Rüstəm Paşayla evləndirilmişdir.

1543-cü ildə Macarıstan səfərinə qoşuldu. 1546-cı ildə Karaman vilayətinə vali olaraq göndərildi. 1548-ci ildə ikinci Azərbaycan səfərinə çıxan atasını qardaşı Şahzadə Mustafa ilə birlikdə Akşehirdə qarşıladı. Sultan Süleyman 1553-cü ildə Naxçıvan səfərinə (3-cü Azərbaycan səfəri) çıxarkən Şahzadə Bəyazidi taxtın qorunması üçün Ədirnəyə göndərdi. Ordu səfərə gedərkən Konyada Şahzadə Mustafanın boğdurularaq öldürülməsi və Şahzadə Cahangirin xəstələnərək Hələbdə vəfat etməsindən sonra Bəyazid taxtın iki varisindən biri olaraq qaldı. Digər varis böyük qardaşı Şahzadə Səlim idi.

Kütahya vilayətinin valisi

[redaktə | mənbəni redaktə et]

Şahzadə Mustafanın öldürülməsindən sonra ortaya çıxan Şahzadə Mustafaya qarşı oynalınan böyük oyun hadisələrində Şahzadə Bəyazidin, üsyançı qüvvələrin qarşısını almaqda çətinlik çəkməsi, hətta bu üsyanı onun təşkil etdiyi iddiası ortaya atıldı. Sultan Süleyman Qanuninin ona olan etibarı sarsıldı, ancaq yenə də özünü bağışlayıb Kütahyaya vali göndərdi. Bəyazid bunun üzərinə atasına yazdığı məktubda "mən qulunuzu muradına çatdırdınız" deyərək təşəkkür etmiş və özünü taxtın varisi olaraq görməyə başlamışdır

Anasının Bəyazidi qoruması

[redaktə | mənbəni redaktə et]

Xürrəm Sultan, öz oğullarından yalnız xasiyyət ilə atası qanuni Sultan Süleymana oxşayan Bəyazidin taxta çıxmasını istəyirdi. Həyatı boyunca da onu hər bir təhlükədən qorumağa çalışmışdır. Hətta Şahzadə Mustafaya qarşı oynalınan böyük oyun hadisələrində Bəyazidin, bağışlanılmasını Xürrəm Sultana borclu olduğu deyilməkdədir. Ancaq Xürrəm Sultanın 1558-ci ildə ölümündən sonra, Bəyazid qoruyucusuz qalmış və özünə tərəfdar toplamağa başlamışdır. Bəyazidin Şahzadə Səlim əleyhinə hərəkətə keçməsində, Lələ Mustafa Paşanın rolu olduğu düşünülür.[1]

Şahzadə Səlimə məğlub olması

[redaktə | mənbəni redaktə et]

Oğullarının tərəfdar toplamağa başlamalarını görən Qanuni Sultan Süleyman onları bir-birlərindən uzaqlaşdırmış, 1558-ci ildə Şahzadə Səlimi Konyaya , Bəyazidi isə Amasiyaya göndərmişdir. Bəyazid bunu özünə bir təhqir saydı və Kütahyada qalmağa çalışdı . Ancaq atasının israrları nəticəsində 21 dekabr 1558-ci ildə Amasiyaya getmək məcburiyyətində qaldı. Qanuni Sultan Süleyman onu müxtəlif vədlərlə başını qatmağa çalışarkən, o bir məktubunda atası üçün "padşah olan yalan söyləyərmi" dedi və tərəfdar toplamağa davam etdi.

Qanuni Sultan Süleyman, eyni şəkildə Şahzadə Səlimin də əsgər toplamasını söyləmiş və Sokollu Mehmed Paşanı ona köməyə göndərmişdir. Bu vaxt Bəyazidin bayrağından (burada qərargahından) çıxması üsyan olaraq qiymətləndirildi və Şeyxülislam Əbussuud Əfəndi və başqa din adamları tərəfindən öldürülməsinin vacib olduğuna dair fətvalar verildi. Bu əsnada Amasiyadan Ankaraya gəlmiş olan Bəyazid , 29 may 1559-cu ildə Konya yaxınlığında Səlimin ordusuyla vuruşdu, ancaq 2 gün davam edən döyüşdə məğlub oldu. Bundan sonra Amasiyaya geri dönərək və müfti Muhyiddin Cürcaniyi atasının yanına bağışlanılması xahişi üçün göndərdi.

Səfəviyə sığınması

[redaktə | mənbəni redaktə et]

Qanuni Sultan Süleyman, Bəyazidin əfv tələbini rədd edib tutulmasını əmr etdi. Bunu eşidən Bəyazid oğullarını alaraq 7 İyulda Amasiyadan çıxdı. Avqust ayının ortalarında Səfəvi İmperatorluğuna sığınmaq məcburiyyətində qaldı.

Şah Təhmasib tərəfindən Qəzvində böyük bir mərasimlə qarşılanan Bəyazid, onun vasitəsilə atasından əfvini istədi. Təhmasib, SəlimQanuni Sultan Süleyman arasında Bəyazidin təslimi mövzusunda yazışma və bazarlıqlar edildi. Təhmasibin istəklərindən bir qismini qəbul etmək məcburiyyətində qalan Qanuni Sultan Süleyman, ona 1.200.000 qızıl ödəyəcəyini və Qars Qalasını buraxacağını vəd etmişdir. Ayrıca Səlim də padşah olduğunda, Səfəvi İmperiyası ilə dost qalacağına dair bir vəd vermişdir.

Təhmasib, Səlim və Qanuni Sultan Süleyman arasında olan razılaşmadan sonra Osmanlı elçiləri 25 sentyabr 1561 tarixində əvvəl Bəyazidi ardından da oğullarını boğaraq öldürdülər. Bəyazid və oğullarının cənazələri Sivasa gətirilərək "Məlik-i Acem türbəsi"nə dəfn edilmişdir. Bu türbə Abdulvahabi Qazi Məscidi içərisindədir.

Şahzadə Bəyazidin ölümündən sonra Bursaya göndərilən arvadı bir qala içində saxlanılmış və yanında olan üç yaşındakı oğlu da öldürülmüşdür.

  • Şahzadə Orxan (d.1543 Kütahya, — ö. Qəzvin, 25.9.1561 öldürülmüş).
  • Şahzadə Osman (d.1545 Kütahya, — ö. Qəzvin, 25.9.1561 öldürülmüş).
  • Şahzadə Abdullah (d.1548 Kütahya, — ö. Qəzvin, 25.9.1561 öldürülmüş).
  • Şahzadə Mahmud (d.1552 Kütahya, — ö. Qəzvin, 25.9.1561 öldürülmüş).
  • Şahzadə Mehmed (d.1558 Amasya, — ö. Bursa, 3.10.1561 öldürülmüş).
  • Mihrimah Sultan (d.1547 Kütahya — ö. Istanbul, 1593), 1562-ci ildə Kürəkən Müzəffər Paşa ilə evləndi.
  • Xədicə Sultan (d. 1550 Kütahya, — ö. ?)
  • Aişə Sultan (d.1553 Kütahya, — ö. Tokat, 1573), 1568-ci ildə Kürəkən Əli Paşa ilə evləndi və bir oğlu doğum əsnasında öldü.
  • Xanzadə Sultan (d. 1556 Kütahya, — ö. ?)

Ölümündən sonra

[redaktə | mənbəni redaktə et]

Bəyazid hadisəsindən sonra, yeniçərilərin Anadoluya gözətçi olaraq yayılması və şahzadələrin yalnız ən böyüyünə bayraq verilməsi kimi inzibati dəyişikliklər edildi. Ona sədrəzəmlik vədi verən Səlimin taxta çıxmasını istəyən və Bəyazidi atasına qarşı üsyana təşviq edən Lala Mustafa Paşa, ancaq III. Murad zamanında, təxminən 3 ay sədrəzəmlik edə bildi.

Bəyazidin "Şahi" təxəllüsü ilə yazdığı şeirləri, Türkcə və Farsca şeirlərindən ibarət bir divanı vardır. Şeirlərində səltənət arzusu, eşq, günahlarından bağışlanması üçün yalvarış mövzularını işlətmişdir. Divanının iki əl yazma surəti Millət Kitabxanası Əli Əmri kolleksiyasında tapılmışdır. Divanı Filiz Kılıç tərəfindən yeni Türk əlifbasına köçürülmüş[2], lakin bu köçürmə çox səhv olduğu iddiasıyla tənqid olunmuşdur.[3]

  1. "Fəxri Unan, Qanuni Sultan Süleyman dövründə Şahzadənin mübarizəsi və bunun Osmanlıda Siyasi və Sosial Tarixi Baxımından əhəmiyyəti". 2012-03-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-04-09.
  2. Şahin Divanı, (İyun: Filiz KILIÇ), Mədəniyyət Nazirliyi Nəşrləri, Ankara 2000.
  3. Azad Ağaoğlu, "Şahi Divanımı, dəhşətli Divanımı?", İctimai Tarix jurnalı., SAYI: 93 DƏRGİ: 16 SENTYABR 2001