Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bacgiran
Bacgiran— İranın Rəzəvi Xorasan ostanının Qoçan şəhristanının Bacgiran bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 753 nəfər və 217 ailədən ibarət idi. Bu şəhərin əhalisi kurmanclar və xorasan türklərindən ibarətdir, kurmanc, xorasan-türk və fars dillərində danışırlar və şiə müsəlmandırlar.
Bəcistan
Bəcistan— İranın Rəzəvi Xorasan ostanının şəhərlərindən və Bəcistan şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 11,136 nəfər və 3,090 ailədən ibarət idi. Bəcistanın ən əhəmiyyətli məhsulları zəfəran və nardır.
Basilan
Basilan (taqal Basilan) — Filippinin cənubunda yerləşən ada. == Coğrafi yerləşmə == Filippin arxipelaqına daxil olan 7107 adadan biridir. lokal olaraq isə Sulu arxipelaqının 400 adasından biridir. Adanın sahəsi 1234,2 km², uzunluğu 66 km, eni 44 km təşkil edir. Adada 293 322 nəfər yaşayır (2010). Mindoro adasından 17 km enə malik Basilan boğazı ilə ayrılır. Adanın qərbindən şərqinə dağ silsiləsi keçir. Cənubunda hündürlüyü 1020 metr olan zirvə vardır. == Əhalisi == Ərazisinin 4/5 hissəsi Basilan vilayətinə daxildir. Basilan vilayəti Müsəlman Mindanao Muxtar Bölgəsinə daxildir.
Balistan (Urmiya)
Balistan (fars. بالستان‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 973 nəfər yaşayır (248 ailə).
Bəcistan şəhristanı
Bəcistan şəhristanı— İranın Rəzəvi Xorasan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Bəcistan şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 29,495 nəfər və 8,098 ailədən ibarət idi.
Adolf Bastian
Аdolf Bastian (alm. Philipp Wilhelm Adolf Bastian‎; 26 iyun 1826[…], Bremen – 2 fevral 1905[…], Port-of-Speyn) — Alman etnoqrafı, səyyahı və filosofu. == Həyatı == Alman təkamül məktəbinin nümayəndəsi Adolf Bastian (1826–1905) ixtisasca həkim idi. О, ömrünün üçdə birini səyahətlərdə keçirmiş və demək olar ki, dünyanın hər yerində olmuşdu. Səyahətləri zamanı çoxlu etnoqrafik materiallar toplamışdı ki, bu da onun yaratdığı və başçılıq etdiyi "Berlin Хalqşünaslıq muzeyi"nin təşkili üçün əsas olmuşdu. "Tarixdə insan" və "Adi təfəkkür" əsərlərində onun insanların eyni təfəkkür qabiliyyətinə malik olması və bəşər mədəniyyətinin vahidliyi haqqında fikirlər əsas yer tuturdu. О, həm də "Antropologiya, etnoqrafiya və tarixəqədərki dövr" cəmiyyətinin yaradılmasının fəal təşəbbüskarı olmuş və bu cəmiyyətin nəşr etdirdiyi etnoloji jurnalın redaktoru olmuşdu. Bastianın "Adi təfəkkür" əsəri nə qədər qarışıq və mürəkkəb olsa da mütərəqqi idi. İnsan nəslinin və şüurunun vahidliyi, əqli tərəqqi, onun ətraf mühitdən asılılığı о dövr üçün əsas ideyalar idi. Bastian хarici aləmin təsiri üzərində dayansa da, bütün bəşər tarixini psiхologiyaya, adi və хalq təfəkkürünün formalaşmasına qurban vermək onun ideyalist baxışlarından irəli gəlirdi.
Basiyan döyüşü
Basiyan döyüşü — 13-cü əsrdə Gürcüstan krallığı ilə Rum sultanlığı arasında baş vermiş döyüş. Döyüş Ərzurum şəhərindən 60 km şimal-şərqdə, Basiani vadisində baş vermişdir. Döyüş 1202-1205 tarixləri arasında baş vermişdir. Son dövrün mənbələrində döyüşün tarixi əsasən 1203-1204-cü illər arası göstərilir. Müsəlman tarixçi İbn Bibi müharibənin hicri 598-ci ildə (miladi 1 oktyabr 1201 - 19 sentyabr 1202) baş verdiyini iddia edir. Döyüş Rum sultanlığının məğlubiyyəti ilə nəticələnib. Döyüş zamanı yaralanan II Süleyman şah Ərzuruma doğru geri çəkilmişdir. == Mənbələr == (gürc.) D. Ivane Javakhishvili, (1983), ქართველი ერის ისტორია (History of Georgian Nation), [1] Arxivləşdirilib 2019-09-27 at the Wayback Machine Tbilisi: Georgia, USSR. (gürc.) Melikishvili, Giorgi et al. (1970), საქართველოს ისტორიის ნარკვევები (Studies in the History of Georgia), Vol. 2.
Bastian Steqer
Bastian Steqer (19 mart 1981) — Almaniyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Bastian Steqer Almaniyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və Komanda turnirində bürünc medalın sahibi olub.
Bastian Trinker
Bastian Trinker (11 may 1990-cı ildə anadan olub) — ATP Çelencer Turunda iştirak edən Avstriyalı peşəkar tennisçi. 12 dekabr 2015-ci ildə o, Dünya ATP reytinqində 241-ci sırada qərarlaşaraq rekorduna imza atmışdır.
Bastian Şvanştayger
Bastian Şvanştayger (alm. Bastian Schweinsteiger‎; 1 avqust 1984) —Alman futbolçusu. 183 santimetr boya malikdir.Almaniya milli futbol komandasının oyunçusudur.
Bastian Şvaynştayger
Bastian Şvanştayger (alm. Bastian Schweinsteiger‎; 1 avqust 1984) —Alman futbolçusu. 183 santimetr boya malikdir.Almaniya milli futbol komandasının oyunçusudur.
III Axsitan
III Axsitan – Şirvanşahlar dövlətinin iyirmi doqquzuncu hökmdarı, Şirvanşah II Fərruxzadın oğlu. == Fəaliyyəti == XIV əsrə aid "Səffət əs-səfa" adlı mənbədə XIII əsrin ikinci yarısında öz iqamətgahını, Dərbənd ərazisinin Bakıya qədər Elxanilərlə Cucilər arasında hərbi əməliyyat meydanına çevrilməsi və Şirvanşahın həmin yerlərdə qalmasının təhlükəli olması ilə bağlı Güştəsbiyə köçürən Şirvanşah Axsitan barəsində bəzi məlumatlar verilir. Məlumdur ki, Abaqanın oğlu və Hülakü xanın nəvəsi olan Arqun 1284-cü ildən 1291-ci ilədək hökmranlıq etmişdir. II Axsitan isə Hülakü xanın əmri ilə 1260-cı ildə öldürülmüşdür. Beləliklə, II Axsitan Arqunun vaxtında Şirvanda hökmranlıq edə bilməzdi. S. Aşurbəyliyə görə, söhbət II Fərruxzadın oğlu III Axsitandan gedir. Bunu, Təvəkkül ibn Bəzzazın verdiyi başqa məlumatlar da təsdiq edir. Onun dediyinə görə, Səfəvilər sülaləsinin banisi şeyx Səyfi əd-Dinlə (d.h.650 (1252/3)-h.735 (1334/5) qohum olmaq istəyən Şirvanşah Axsitan öz qızını şeyxə ərə vermək niyyətinə düşüb, cehiz olaraq 14 000 dinar və gəliri bir neçə min taqar düyü olan suvarma kanalı verməyi vəd etmişdir. Səfi əd-Din bunun cavabında demişdir. "Mən buna nə deyə bilərəm?
II Axsitan
II Axsitan (1243, Şamaxı – 1260, Şamaxı) — Şirvanşahlar dövlətinin iyirmi yeddinci hökmdarı, Şirvanşah III Fəribürzün oğlu. == Fəaliyyəti == III Fəribürzdən sonra Şirvanda hakimiyyətə onun oğlu II Axsitan keçdi. II Axsitan hakimiyyətə h. 641 (1243/4) – 653 (1255/6)-cü illər arasında başlamışdır. Bu dövrdə yaşamış Zəkəriyyə Qəzvini (1203-1283) öz əsərində II Axsitanın adını çəkərək yazır: "Şirvan müstəqil vilayətdir. Onun hökmdarının adı Axsitandır". Zəkəriyyənin sözlərinə görə, "Şirvanın hakimi əzəmətli, güclü və qüdrətli hökmdar idi". O, sonra Axsitanın o vaxtlar Zirehgəranı tutmaq üçün ora yollandığını, lakin əhalinin bundan əvvəl Dərbənd hakimlərinin hücumu kimi, onun da hücumunu dəf etdiyini deyir. Göründüyü kimi, bu məlumatlar II Axsitanın hökmranlığın lap başlanığıcına, Hülakü xanın ölkəni işğal etməsindən əvvələ aiddir. Daha sonra Şirvanda son dərəcə möhkəmləndirilmiş Biqur (Buqrurt) adlı qala barəsində məlumat verilir.II Axsitanın hökmranlığı az sürmüşdür.
I Axsitan
I Axsitan (XII əsr, Şamaxı – 1196, Şamaxı) – Şirvanşahlar dövlətinin iyirmi birinci hökmdarı, Şirvanşah III Böyük Mənuçöhrün oğlu. == Adı == Axsitanın adının yazılışı və oxunuşu uzun müddət alimlər arasında mübahisələrə səbəb olmuşdur. Xaqani və Nizaminin əsərlərinin müxtəlif əlyazmalarında onun adı Axtsan, yaxud Axtşan, yaxud da Axsitan yazılmışdır. Bir sıra müəlliflər – Dorn, Xanıkov, Paxomov və başqaları onun adını müxtəlif cür oxmuşlar. Fars əlyazmalarında göstərilən üç variantdan biri – "Axstan" Axsitanın adı çəkilən sikkə və kitabələrdə rast gəlinən formaya uyğundur. Sonra, Hadi Həsənin fıkrincə, Xaqani poemasındakı Zeleman tərəfındən araşdırılan Axstan sözünün ölçüsü və adın "Kartlis tsxovreba"dakı oxunuş variantı -Axsartan – onun Axsatan kimi tələffüzünü daha düzgün hesab etməyə imkan verir. Paxomovun, Zelemanın və S. Aşurbəylinin fikrincə isə, Xaqani şerinin vəzninə əsaslanaraq, Axsitan kimi tələffüz etmək daha doğrudur. Dornun cədvəlində bu Şirvanşahın adı atasının adı ilə birləşdirilərək bir şəxs – Mənuçöhr Axsitan kimi verilmişdir. Axsitanın titullarına kitabələrdə və sikkələrdə, habelə Nizaminin "Leyli və Məcnun" poemasının altı bəndində rast gəlinir. Poemada Axsitanın adı aşağıdakı ləqəblərlə çəkilir: Cəlal əd-Dövlə və-d-Din Əbü-1-Müzəffər Məlik əl-Müəzzəm Axsitan ibn Mənuçöhr, Şirvanşah, Xaqan-i Kəbir, yaxud Əkbər.
Rot Basian
Rot Basian — Yuxarı Qarabağın mahallarından birinin adı. == Toponimikası == Rot Basian ilk dəfə VII əsrə aid mənbədə mahal adı çəkilir. Bir fikrə görə Rot-Pasian və Aliye sonrakı Cavıanşir mahalıdır. İndiki Türkiyənin şərqində e.ə. II əsrdə məskunlaşmış bir qədim türk dilli tayfa Basnan (Pasian) adlanırdı. Bu barədə e.ə. V əsr müəllifi Ksenofont yazmışdır. (Ksenofont, Anabazis, IY, 18) Bu el sakların tərkibində gəlmişdir. Ona görə ki,Ksenefakt basanların skiflərlə (yəni saklarla) bir yerdə yaşadıqlarını yazmışdır. Bir fikrə görə bu indiki Kars, Sarıqamış, Kaqızman və Sürməli ərazilərinldə yaşayırdılar.
Baciyan-i Rum
Baciyan-i Rum (Roma bacıları) — Anadolu tarixinin bəylik dövrünün axırlarında mövcud olmuş, qadınlardan ibarət milis təşkilatı. == Mənşə == Baciyan-i Rum termini ilk dəfə XV əsrdə yaşamış Osmanlı tarixçisi Aşıqpaşazadə tərəfindən qeyd edilmişdir.Təşkilatın sadəcə qadınlardan ibarət olması və Aşıqpaşazadənin əsərindən başqa heç bir yerdə adlarının çəkilməməsi araşdırmaçıların diqqətini cəlb etmişdir. İddiaya görə, bu, yazı xətası olmuşdur. Frans Teşner irəli sürmüşdür ki, terminin ilkin versiyası "Hacıyan-ı Rum" (Roma Həccləri) və ya "Bəxşiyan-ı Rum" (Roma məmurları) olmuşdur. Əhməd Zəki Vəlidi Toğan da bu iddianı dəstəkləmişdir.Digər tərəfdən, Mehmed Fuad Köprülü Hacı Bəktaş Vəlinin onlarla olan əlaqəsi və Bəktaşın sektasının qadın üzvlərinə adətən "bacı" ləqəbi ilə xitab edildiyini nəzərə alaraq, bildirmişdir ki, belə bir təşkilatın mövcud olması mümkündür. Bertrandon de la Brokyerin səyahətlərini təsvir edən kitab Körpülünün iddialarını dəstəkləmişdir. La Brokyer qeyd etmişdir ki, Dulkadir bəyliyində qadınlardan ibarət bir türkmən milisi mövcuddur.
Bağıstan (Urmiya)
Bağıstan (fars. ‎‎باغستان‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 309 nəfər yaşayır (82 ailə).