Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ən bahalı fotoşəkillərin siyahısı
Bu fotoşəkillər üçün ödənilən ən yüksək 30 qiymətin siyahısı (başqa cür göstərilmədiyi təqdirdə ABŞ dolları ilə). Bütün qiymətlərə işin aparılması üçün hərrac evi haqqı olan alıcının mükafatı daxildir.
Ən bahalı futbolçu transferləri
Futbol tarixi ərzində ən baha qiymətə transfer olunan futbolçuların siyahısı aşağıdakı kimidir :
Ən bahalı rəsm əsərlərinin siyahısı
Aşağıdakı siyahıda bir rəsm əsərinə görə ödənilmiş bilinən ən böyük məbləğlər göstərilmişdir. Siyahıdakı ən erkən satış (Vinsent van Qoqun "Günəbaxanlar" əsəri) 1987-ci ilə aid olmaqla cəmi iki il əvvəl qeydə alınmış ən bahalı rəsm satışını dəfələrlə geridə qoymaqla, bahalı rəsm satışında yeni mərhələ başlamışdır. Bu satış həm də onunla diqqət çəkmişdir ki, "müasir" rəssamın (bu halda 1888-ci ilə aid) əsəri qədim ustadların adətən baha qiymətləndirilən əsərlərini geridə qoymuşdur. Hazırkı rekord qiymət Leonardo da Vinçinin "Dünyanın xilaskarı" əsərinin 2017-ci ilin noyabrında $450 milyona satılması ilə qeyd edilmişdir. Dünyanın ən məşhur əsərləri, xüsusilə qədim ustadların 1803-cü ildən əvvələ aid işləri adətən muzeylərdə və ya patronların nəzarətində saxlanılır. Muzeylər çox nadir hallarda belə əsərləri satırlar və buna görə də onlar qiymətsiz hesab edilirlər. Leonardo da Vinçinin "Mona Liza" portreti ən böyük sığorta dəyəri olan əsər kimi Ginnesin Rekordlar Kitabına salınmışdır. Luvr muzeyinin daimi ekspozisiyasına daxil olan "Mona Liza" 14 dekabr 1962-ci ildə $100 milyona sığortalanmışdır. İnfilyasiya nəzərə alınmaqla 1962-ci ilin qiyməti 2016-cı ildə $620 milyona bərabər olmuşdur. Siyahıdakı ən erkən satış (Vinsent van Qoqun "Günəbaxanlar" əsəri) 1987-ci ilin martında həyata keçirilmişdir; £24.75 milyonla (2016-cı ildə £53.5 milyon) bu satış özündən əvvəlki ən yüksək nəticəni üç dəfə geridə qoymaqla bahalı rəsm satışında yeni mərhələ başlamışdır.
Ən bahalı futbolçu transferlərinin siyahısı
Futbol tarixi ərzində ən baha qiymətə transfer olunan futbolçuların siyahısı aşağıdakı kimidir :
Babalı
Babalı (Cəlilabad) — Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Babalı (Çaldıran) — Bəbəli — Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.
Baharlı
Baharlı — Azərbaycanda daha çox işlədilən təxəllüs. Bu təxəllüsü olan tanınmış insanlar Məhəmməd Baharlı — nasir, publisist. Bayramxan bəy Baharlı — ictimai xadim, Əbdürrəhim xan Baharlı — Böyük Moğolların dövlətinin görkəmli dövlət xadimi və sərkərdəsi. Bayram xan Baharlı — XVI yüzillikdə Hindistanın tarixində böyük rol oynamış şəxsiyyətlərdən biri Mirzə Vəli bəy Baharlı — Qarabağ xanlığının vəziri, şair Kəndlər Baharlı (Ağdam) — Azərbaycanın Ağdam rayonunda kənd. Gül Baharlı — Azərbaycanın Ağdam rayonunda kənd. Birinci Baharlı — Azərbaycanın Ağdam rayonunda qəsəbə. İkinci Baharlı — Azərbaycanın Ağdam rayonunda qəsəbə. Baharlı (Zəngilan) — Azərbaycanın Zəngilan rayonunda kənd. Baharlı (Qafan) — Ermənistan Respublikasının cənubunda keçmiş Qafan rayonunda kənd. Baharlı (Qafan, 2) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd.
Baharı
Baharı — Azərbaycanlılar arasında keçmişdə geyilən qısaqollu dondur.
Ağbaba mahalı
Ağbaba nahiyəsi — XIV əsr — 1930 əsr-XIX əsrlərdə inzibati nahiyə. Şərqi Anadolunun bölgələrindən biri. Adı Ağbaba (dağ)ndandır. Ermənistan ərazisində mahal. 1593-cü ildə Osmanlı İmperiyasının Tiflis əyalətinin Arpalı sancağının nahiyəsi Ağbaba mahalı tarixən Şərqi Anadoluya aid olub. Bu torpaqlar Qars vilayətinin tərkib hissəsi kimi,1877–1878-ci illərdə Çar Rusiyası tərəfindən işğal edilərək Tiflis quberniyasının Qars qəzasının Ağbaba nahiyyəsi şəklində Rusiyanın tərkibinə qatılıb.SSRİ dövründə 1930-cu ilə qədər Gümrü qəzasının Ağbaba nahiyyəsi adlanmış,Ermənistan SSR rayonlaşdırılan zaman burada Amasiya inzibati rayonu yaradılmışdır. Ağbaba mahalının bir hissəsi də Qızıl Qoç rayonu ərazisinə düşür. 1920-ci ildə SSRİ-Türkiyə sərhədləri dəqiqləşdirilərkən Ağbaba mahalının Köhnə İbiş və Bəzirkan kəndləri Türkiyə ərazisində qalmışdır. Mahal Qaraxaç silsiləsi, Bazum, Şirək və Qızıl Qoç dağ silsilələri ilə əhatələnmişdir. 1914–1918-ci illərdə Qars vilayətində ermənilərin törətdikləri qırğınların ən qaynar bölgəsindən olan Ağbaba nahiyəsinin əksər və Şörəyel nahiyəsinin bir hissəsi 1921-ci il Qars müqaviləsinə əsasən Ermənistan ərazisinə qatılmışdır.
Babalı (Cəlilabad)
Babalı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Babalı toponimi Pirembel tayfasının tirələrindən olan eyni adlı nəslin adındandır. Babalı kəndi Cəlilabad rayonunun qədim yaşayış məskənlərindən biridir.Kəndin ərazisindən tapılmış bəzi maddı-mədəniyyət nümunələri belə bir fikir söyləməyə imkan verir. Təsadüfi tapıntılara baxmayaraq ,kəndin ərazisində indiyə qədər nə arxeoloji nə də etnoqrafik tədqiqatlar aparılmayıb. Mövcud məlumatların qeyri-qənaətbəxş olması müəyyən araşdırmalar aparmağı zəruri etdi.Araşdırmalar zamanı bir-çox mənbələrdə Babalı sözü ilə bağlı maraqlı tarixi məlumatlarla rastlaşdım.Lakin,həmin məlumatlar: 1)Kənddə məskunlaşmanın mövcud tarixi versiyalarının yanlış olduğunu bəlli etdi. 2)Babalı sözünün tayfa adı ilə bağlı olduğunu sübut etdi. Mövcud məlumatlar nədən ibarətdir? 1. Babalı əhalisi VII əsrdə Ərəbistandan gəlmədir. 2.Babalı əhalisi Xaçmaz rayonundan gəlmədir.
Babalı (Çaldıran)
Babalı (fars. بابالو‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 354 nəfər yaşayır (61 ailə).
Babalı Ağayev
Babəli Ağayev (1 fevral 1932, Biləsuvar rayonu – 10 avqust 2019) — Lerik Rayon Partiya Komitəsinin birinci katibi. 1932-ci ildə Biləsuvar rayonunda kəndli ailəsində anadan olmuşdur, azərbaycanlıdır, 1958-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvüdür, ali təhsili var – V. İ. Lenin adına Azərbaycan Pedaqoji İnstitutunu və Sovet İttifaqı Kommunist Partiyası MK yanında Ali Partiya Məktəbini bitirmişdir 1955–1965-ci illərdə Puşkin rayonunun məktəblərində pedaqoji işdə çalışmışdır. 1965–1968-ci illərdə Puşkin Rayon Partiya Komitəsinin katibi, partiya məktəbinin müdavimi olmuşdur. 1968–1970-ci illərdə Kürdəmir Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsində işləmişdir. 1970-ci ildən Azərbaycan KP Lerik RK-nın birinci katibidir. Azərbaycan SSR Ali Sovetinin ticarət bə əhaliyə məişət xidməti komissiyasının üzvüdür. Azərbaycan KP təftiş komissiyasının üzvüdür. Səkkizinci və doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir (Lerik seçki dairəsi). 4 övladı var. 87 yaşında vəfat etmişdir.
Bakalı (Xaybulla)
Bakalı kəndi (başq. Баҡалы) - Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu Tanalık kənd sovetliyinə daxil olan kənd. 10 sentyabr 2007-ci ildək Bakalı ferması adlanırdı. 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Bakalı kəndinin milli tərkibi: başqırdlar 82 %. Məsafələr: rayon mərkəzindən (Akyar): 32 km., kənd sovetliyindən (Podolsk): 8 km. ən yaxın dəmiryol stansiyasından (Sara stansiyası): 90 km. Başqırdıstan Respublikası Bələdiyyələr Şurası.
Bakalı rayonu
Bakalı rayonu (başq. Баҡалы районы) — Rusiya Federasiyası, Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Ufa şəhərindən 173 km və Tuymazıdan 75 km məsafədə yerləşən Bakalı kəndidir. Başqırdıstanın qərbində, İleş rayonu, şərqdən - Çekmaquşev rayonu, cənubdan - Şaran rayonu, qərbdən - Tatarıstanla həmsərhəddir. Rayonun sahəsi 1951 km²-dir. Rayon Ağidel çayı vadisinə şimala doğru sürüşən Buqulma-Belebey yüksəkliyinin şimal hissəsində yerləşir. İqlimi kontinental və mülayim rütubətlidir. Su yatağının qaldırılmış hissəsi qarışıq geniş yarpaqlı meşələr, aşağı hissəsi palıd, ağcaqayın meyvələri ilə səciyyələnir. Meşələr rayonun 44% ətarizini tutur. Xun çayı rayon ərazisindən axır, İk çayı cənub-qərb tərəfdən axır.
Balsıklı (Bakalı)
Balsıklı (başq. Балсыҡлы, rus. Балчиклы) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Köhnə Koros kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Bakalı): 27 km, ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 104 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə marilər (74 %) üstünlük təşkil edir.
Bağabürd mahalı
Bağaberd nahiyəsi — XIV əsr-XIX əsrlər. İnzibati ərazi. Qarabağda tarixi-coğrafi bölgə. Osmanlı İmperiyasının İrəvan əyalətinin İsgəndərqalası livası tərkibində nahiyə. 1593-cü ildə tərtib olunmuş Urud və İsgəndərqalası livalarının müfəssəl dəftərinə görə İsgəndərqalası livasının Bağaberd nahiyəsində ümumilikdə 28 kənd olub. Onlardan 3-ü erməni, 25-i türk kəndi idi. Türklər yaşayan kəndlərdən 17-si dağıdılıb, yaşayış olan kəndlərin yalnız beşində etnik tərkib türklər kimi göstərilir. Kəndlərin dağıdılmış, boş olmasına əsas səbəb Osmanlı hücumu ərəfəsində bölgədə, xüsusilə şiə etiqadlı yerli əhali arasında kütləvi köçlərin baş tutmasıdır. — bu rənglə göstərilən qeydlər Urud və İsgəndərqalası livalarının müfəssəl dəftərinin orijinalında göstərilmiş qeydlərdir. 1728-cü ildə Osmanlı İmperiyasının İrəvan əyalətinin Qapan livası tərkibində nahiyə Mahal qərbdə Küpara mahalı, şimalda Əcənan mahalı, şərqdə isə Sisiyan mahalı ilə həmsərhəd idi.
Bölükət mahalı
Bölükət mahalı — Şirvan xanlığının inzibati ərazilərindən biri. Kürdəmir və Ağsu rayonlarının ərazisində mövcud olmuşdur. Mahalın naibi Cəfər bəy (Mustafa xanın naziri olan Hacı Hüseyn bəyin qardaşı) idi. Şirvan xan ailəsinin əsas mülkləri bu mahalda yerləşirdi. 1821-ci ildə 10 kənddə (Ağsu, Kürdəmir, Qarasaqqal (Kürdəmir) (Qarasaqqallı), Nöycü, Cəyli, Külüllü, İsmayıllı, Mollaəlioğlu, Şıxməzid, Ağrı) 300 ailə yaşayırdı. Bölükət mahalının sakinləri bağçılıq, üzümçülük, pambıqçılıq, baramaçılıq, çəltikçiliklə məşğul olurdular. Şirvan xanlığı Fariz Xəlilli-Tarix üzrə fəlsəfə doktoru. "Şirvan xanlığının süqutu: özündən sonra qalanlar…" (az.). Musavat.az. İstifadə tarixi: 2017-04-03.
Cavanşir mahalı
Cavanşir mahalı — Qarabağ xanlığının 25 mahalından biri. Sahəsi - Əhalisi — Cavanşirlər Yaranması — 1747-ci il Mərkəzi— Sarıcalı-Quzanlı obası Sərhədləri —Qərbdən Vərəndə mahalı, şimaldan Xaçın mahalı, şərqdən İyirmidörd mahalı, cənubdan I Kəbirli mahalı. Cavanşir mahalının 1 kənd və 32 oymağında 696 (370 vergi ödəyən və 326 ödəməyən) ailə yaşayırdı. Hamısı müsəlman-azərbaycanlılardan ibarət idi. Mahal sakinlərinin başlıca məşğuliyyəti maldarlıq və taxılçılıq idi. Ən böyük oymaqlar 97 ailədən ibarət Qaravənd, 51 ailədən ibarət Köçərli idi. Mahalı minbaşı Şərifxan bəy idarə edirdi. Ənvər Çingizoğlu, Cavanşir mahalı, "Soy" elmi-kütləvi dərgi, 2011, № 5, səh.30–41.
Diyaş (Bakalı)
Diyaş (başq. Дияш, rus. Дияшево) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Diyaş kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Bakalı): 14 km, ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 60 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə ruslar (79%) üstünlük təşkil edir.
Dizaq mahalı
Dizaq mahalı — Qarabağ xanlığının inzibati bölgələrindən biri. Sahəsi - Əhalisi - Yaranması — 1737-ci il Paytaxtı— Tuğ kəndi Sərhədləri —Qərbdən Bərgüşad mahalı, şimaldan Vərəndə mahalı, şərqdən Cavanşir-Dizaq mahalı, cənubdan Xırdapara-Dizaq mahalı. Adı «qalaça» kimi açıqlanır. Dizaq adı VII əsrə aid hadisələrdə çəkilir. Mirzə Yusif Qarabağlıya görə mahalın uzunluğu Əkərə çayı və Gültəpədən başlayaraq Maltəpəyə kimi, eni isə Arazdan Xurat dağına qədər olan ərazinin əhatə edir. Başqa sözlə, indiki Füzuli və Cəbrayıl rayonlarının ərazilərini əhatə edirdi. XVIII əsrdə İrəvan xanlığının Qırxbulaq mahalında Dizək kənd adı ilə mənaca eynidir. Orta fars dilində dizək “qüvvətləndirilmiş yer“ sözündəndir. Nizami Gəncəvinin “Xosrov və Şirin“ poemasında Dizaknak kimidir. Sınır-sərhəddi dürlü dönəmlərdə gah azalmış, gah da genişlənmişdir.
Dizmar mahalı
Dizmar mahalı — Cənubi Azərbaycanın Qaradağ vilayətində mahal. Yaqut əl-Həməvi yazır: "Dizmar – Azərbaycanda, Təbrizin yaxınlığında qəzaların birində böyük bir qaladı". Həmdullah Mustovfi Qəzvini əski Dizmardan bəhs edərək yazır: "Dizmar – Təbrizin quzeyində yerləşən bir qəzadır. Qəzanın əlli adda bəlli kəndi var. Ən böyükləri Duzal, Kürdəşt, Qulan, Xarar, Xur və Azaq kəndləridir. Baxmayaraq ki, tez-tez istilər olur, iqlimi mülayimdir. Suyu dağlardan axan çaylardan götürürlər. Bu çaylar axıb Araza qarışır. Tarlaların barı-bəhrəsi taxıl, pambıq və dürlü meyvacatdır. Burdan Təbrizə herağac tərəvəz gətirirlər.
Dol mahalı
Dol mahalı — XIV əsr-XIX əsrlərdə inzibati nahiyə. Urmiya xanlığına tabe olmuş mahal. 1725 ci ildə Osmanlı İmperiyasının Təbriz əyalətinin Urmiya livasının nahiyəsi. Dol mahalında avşarlar binə bağlamışdılar. Dol mahalı Qaşqagədikdən Xan-Tavusa qədərdir. Oranın məsafəsinin uzunluğu təxminən 5 ağacdır. Tarix kitablarında yazılır: "Dol mahalı Urmiya gölünün sahilində yerləşir. Kiçik olmasına baxmayaraq çox abaddır. Dol qərb tərəfdən Kurd, Meh dağları, şimaldan Baranduz mahalı ilə həmsərhəd idi. Dol mahalında Urmiya gölü sahilindən külli miqdarda duz əldə edilirdi.
Dəmirçihəsənli mahalı
Dəmirçihəsənli mahalı — Qarabağ xanlığının 25 mahalından biri. Sahəsi - Əhalisi — Dəmirçihəsənlilər Yaranması — 1752-ci il Mərkəzi— I Təklə obası Sərhədləri —Qərbdən Cavanşir-Dizaq mahalı, şimaldan Vərəndə mahalı, şərqdən Şirvan xanlığı, cənubdan Ərdəbil xanlığı. Mahal 1752-ci ildə Gürcüstandan gələn Dəmirçihəsənli eli tərəfindən yaranıb. Dəmirçihəsənli mahalında xanlıq ləğv edilən dövrdə 8 kənddə cəmi 467 (335-ı-vergiödəyən, 138-i ödəməyən) ailə yaşayırdı və bütünlüklə azərbaycanlılardan ibarət idi. Bu mahal Əlimərdan bəy idarə edirdi. Mahalda buğda, arpa yetişdirilməsinə baxmayaraq, maldarlıq daha çox inkişaf etmişdi. Ən böyük kəndləri 134 ailənin yaşadığı Adıgözəl bəy və İmamqulu bəyin oymağı, 110 ailənin daxil olduğu Təklə oymağı idi. Xanlıq ləğv edilən dövrdə Küpara mahalında 6 kənddə cəmi 56 ailə yaşayırdı. Əhalinin əksəriyyəti xristianlar idi. Mahal məliyi Parsadan Qəqərək kəndində yaşayırdı.
Baharlı (Ağdam)
Baharlı, I Baharlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Xındırıstan kənd inzibati ərazi dairəsində kənd. Orta əsrlərdə Baharlı adına ilk dəfə Qaraqoyunlu dövlətinin hökmdarı Cahanşahın hakimiyyəti illərinə təsadüf edilir. Bu soyadı XV əsrdə yaşamış Əlişəkər bəy Baharlı daşımışdır. O, yaxın qohumu Cahanşahın hakimiyyəti illərində Həmədan hakimi idi. Əlişəkər bəy Baharlının nəslinə mənsub insanlar da Baharlı soyadını daşımışlar. XVIII əsrdə Qarabağ xanlığının ictimai-siyasi, mədəni həyatında əhəmiyyətli rol oynamış Bayramxan bəy Abdulla xan oğlu Baharlı, onun oğlu Mirzə Vəli bəy Baharlı Əlişəkər bəy Baharlı nəslinin layiqli övladlarıdırlar. Hal hazırda I Baharlı kəndində yaşayan yerli əhalinin ulu babası Əlişəkər bəy Baharlıdır. I Baharlı kənd əhalisinin əksəriyyəti Mirzə Vəli bəyin nəslinə mənsubdurlar. Onların ulu babası Mirzə Vəli bəyin oğlu İbrahim bəydir. Kəndin on bir illik orta məktəbi var.
Baharlı (Qafan)
Baharlı — Ermənistan Respublikasının cənubunda, Sünik mərzinin mərz mərkəzi Qafan şəhərindən 18 km şimal-qərbdə Qovşud və Gığı kəndləri arasında yerləşmiş hal-hazırda mövcud olmayan kənd. Gığı dərəsində, Qazangölçayın sol sahilində, dağ döşündə yerləşən kəndin əhalisi 1983-cü ildə Qazangölçayın üzərində su anbarı tikilməsi səbəbiylə qonşu kəndlərdən biri olan Zeyvəyə köçürülüb. Baharlı kəndinin əhalisi tamamilə azərbaycanlılardan ibarət idi. Musa Urud, «Zəngəzur», Bakı, "Nurlar", 2005. Əziz Ələkbərli, «Qədim türk-oğuz yurdu "Ermənistan"», Bakı, "Sabah", 1994. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2 Həbib Rəhimoğlu, «Silinməz adlar, sağalmaz yaralar», Bakı, "Azərnəşr", 1997.
Baharlı (Qürvə)
Baharlı (fars. بهارلو‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,128 nəfər yaşayır (269 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Baharlı (Sisyan)
Baharlı — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd. Qarakilsə kəndindən şərqdə, Vağudi kəndinin yaxınlığında yerləşmişdir. Toponim qədim qayı türk tayfasına mənsub olan baharlı etnonimi əsasında əmələ gəlmişdir. Bu tayfa XVI əsrdə qızılbaşların tərkibində indiki Ermənistanın ərazisinə gəlmiş və əsasən Zəngəzurda yaşamışlar. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Kənddə 1831-ci ildə 9 nəfər, 1873-cü ildə 41 nəfər, 1886-cı ildə 55 nəfər, 1897-ci ildə 124 nəfər, 1908-ci ildə 171 nəfər, 1914-cü ildə 49 nəfər azərbaycanlı yaşamışdır. 1917-ci ildə kəndin sakinləri qırğınlarla deportasiya edilmiş və kənd ləğv edilmişdir. İndi xaraba kənddir.
Baharlı (Türkmənistan)
Bäherden (türkm. Baharly) — Türkmənistanın Ahal vilayətində sənaye şəhəri. Bəzi mənbələrdə Baharden kimi yazılır. Şəhər öz adını Qərbi Türkmənlərin Qaraqoyunlu tayfa ittifaqına daxil olan Baharlı tayfasından götürüb. Şəhər Aşqabaddan 101 km-də, Kopetdağın şimal ətəyində yerləşir. Şəhərin əhalisi 24 139 nəfərdən ibarətdir (2008).
Baharlı (Xocalı)
Baharlı (əvvəlki adları: Moşxmhat (? - 29 dekabr 1992); Quşçubaba (29 dekabr 1992 - 20 noyabr 2020) — Azərbaycan Respublikasının Xocalı rayonunun Qarabulaq kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Moşxmhat kəndi Quşçubaba kəndi, Azərbaycan Respublikası Milli Məclisinin 20 noyabr 2020-ci il tarixli, 196-VIQ saylı Qərarı ilə Xocalı rayonunun Qarabulaq kənd inzibati ərazi dairəsi tərkibindəki Quşçubaba kəndi Baharlı kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsi zamanı 2020-ci il noyabrın 7-də Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmişdir. 2005-ci ildə Dağlıq Qarabağda qondarma rejim tərəfindən keçirilən əhalinin siyahıyaalmasına əsasən Baharlı kəndinin əhalisinin faktiki sayı 52 nəfər, qondarma qeydiyyatdakı əhalinin sayı 61 nəfər təşkil edirdi.
Baharlı (Zəngilan)
Baharlı — Azərbaycan Respublikasının Zəngilan rayonunun Çöpədərə kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 21 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Baharlı adına ilk dəfə orta əsrlərə aid mənbələrdə təsadüf edilir. Bu soyadı ilk dəfə XV əsrdə yaşamış Əlişəkər bəy Baharlı daşımışdır. O, yaxın qohumu Qaraqoyunlu dövlətinin hökmdarı Cahanşahın hakimiyyəti illərində Həmədan hakimi idi. XVIII əsrdə Qarabağ xanlığının ictimai-siyasi, mədəni həyatında əhəmiyyətli rol oynamış Bayramxan bəy Abdulla xan oğlu Baharlı, onun oğlu Mirzə Vəli bəy Baharlı Əlişəkər bəy Baharlı nəslinin layiqli övladlarıdırlar. Zəngilan rayonunun Baharlı kəndinin yerli əhalisi Əlişəkər bəy Baharlının, onun nəslindən olan Mirzə Vəli bəy Baharlının ovladlarıdır. Ermənistan Respublikası Silahlı Qüvvələrinin işğalına qədər kəndin geniş, yaraşıqlı orta məktəbi, ikimərtəbəli universamı, kitabxanası, tibb məntəqəsi, klubu və s. vardı.
Badali
Badali — İrəvan quberniyasının Eçmiədzin qəzasında kənd adı. 1920-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1946-cı ildə kənd ermənicə Yexnazut adlandırılmışdır. 1728-ci ilə aid mənbədə İrəvan xanlığının Göycə nahiyəsində Bədəli və Bədəlli adlı iki kəndin adı qeyd olunmuşdur. Yerli tələffüz şəkli Bədili. XIX əsrdə Şimali Qafqazda Ter əyalətinin Xasavyurt dairəsində Bada-Yurt (kənd adı), həmin əyalətin Kızılyar dairəsində Bata-Yort (kənd adı) Azərbaycanda Yelizavetpol quberniyasında Badakənd, Badaçay, Badasu, Cavad qəzasında Badibad, Naxçıvanda Batabat, Talış-Lənkəran bölgəsində Badalan toponimləri ilə mənaca eynidir. XIX əsrdə Qazax qəzasında Bayta (qışlaq adı), Borçalı qəzasında Baytalı (qışlaq adı) toponimləri də bu sıraya aid edilə bilər. Musa Kalankatlının 'Alban tarixində V əsrə aid hadisə ilə əlaqədar olaraq Albaniyada Saz-Baday (saz qamışlıq deməkdir) kənd adı çəkilmişdir. (Alban tarixi, I kitab, 33-cü fəsil). İrəvan quberniyası Eçmiədzin qəzası Şimali Qafqaz Qeybullayev Q.Ə. Qədim türklər və Ermənistan.
Udullu
Birinci Udullu
Umudlu
Umudlu — Soyad və təxəllüs. Şəxslər Vidadi Umudlu – tarix üzrə fəlsəfə doktoru, Dövlət Mükafatı Laureatı. Yaşayış məntəqələri Umudlu (Ağdam) — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənd. Umudlu (Ağdərə) — Azərbaycan Respublikasının Ağdərə rayonunun inzibati ərazi vahidində kənd. Umudlu (Xocalı) — Azərbaycan Respublikasının Xocalı rayonunun inzibati ərazi vahidində kənd. Umudlu (Tərtər) — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd.
Usublu
Yusifli — Azərbaycan Respublikasının Ağdam rayonunun Üçoğlan kənd inzibati ərazi dairəsində kənd. Kəndin adı Qarabağda yaşamış Kəbirli elinin Qərvəndli tayfasının Yusifli tirəsinin adındandır. Qərvəndli tayfası Ətyeməzli, Yusifli, Səfilər, Ballılar, Mərəbasanlar və Bozallar tirələrindən ibarət idi.
Utuqlu
Şamaxı r-nu ərazisində Pirsaat çayının sol tərəfındəki Çobançatladan dağının şərq tərəfındə Əhmədli (Kürdəmic) kəndinin torpaq sahəsindədir. Utuq çayı Gilgilçayın qoludur. Kəndin ərazisindən axdığından Utuq çayı adlanmışdır.19 əsr mənbələrindən məlum olur ki, Utuqlular tarixən Şirvanda heyvandarlıqla məşğul olaraq yaşamışlar. Bakı quberniyası Şamaxı qəzasında Kürdəmir sahəsində Utuqlu köçü (26 ailə, 91 nəfər ) qeydə alınmşdır. Bəzi türk dillərində isə Utuq suvarılan biçənək, otlaq, tarla anlamında da işlədilir. 1921 Göyçay qəzasının Ucar icmasına tabe idi. 112 ev var idi.
Uyuqlu
Uyuqlu — Qubadlı rayonu ərazisində dağ. Azərbaycanla Ermənistan sərhədindədir. Əsli Oyuqludur. Yerli əhali arasında Oyuğun dağı adı ilə tanınır. Oyuq sözü burada “sərhəd nişanı” mənasındadır. XIX əsrdə bu dağda Ermənistanın Gorus rayonundakı Şumux və Azərbaycanın Qubadlı rayonundakı Seytas kəndlərinin sərhədini bildirmək üçün kömür basdırıldığına görə belə adlandırılmışdır.
Quzlu
Quzlu (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı, Ani kəndistanı ərazisinə daxil olan kənd. Quzlu (Kövsər) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. Quzlu (Üngüt) Quzlu (Mahnişan) Aşağı Quzlu (Sayınqala) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. Yuxarı Quzlu (Sayınqala) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. Quzlu-i Əfşar (Sayınqala) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd.
Udulu
Udullu, Udulu — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd.
Birinci Udullu
Birinci Udullu — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində kənd. Birinci Udullu Hacıqabul r-nu-nun Udulu i.ə.v.-də kənd. Pirsaat çayının sol sahilində, Ləngəbiz silsiləsinin (Böyük Qafqaz) ətəyindədir. Əvvəlki adı Cəngan olmuşdur. Yaşayış məntəqəsinin adının şahsevənlərin udullu və ya xəzərlərin edilli tayfa adları ilə bağlı olması haqqında mülahizələr var. Hər iki halda etnotoponimdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2092 nəfər əhali yaşayır.
Elmir Umudlu
Elmir Pərviz oğlu Umudlu (25 mart 2001, İnçə, Şəki rayonu – 28 oktyabr 2020) — vətən müharibəsi şəhidi. Umudlu Elmir Pərviz oğlu 25 mart 2001-ci ildə Şəki rayonunun İnçə kəndində anadan olub. 2007-ci ildə İnçə-Zunud kənd tam orta məktəbinin 1-ci sinfinə gedib. 1-ci sinfi bitirdikdən sonra yenidən valideynlərinin yaşadığı Bakı şəhərinə qayıdıb və VIII sinfə qədər orada təhsil alıb. Orta təhsilinin davamını yenidən Şəki rayonu İnçə-Zunud kənd tam orta məktəbində oxuyub. 2018-ci ildə İnçə-Zunud kənd tam orta məktəbini əla qiymətlərlə bitirib və həmin il də Sumqayıt Dövlət Universitetinin nəzdində olan Sumqayıt Dövlət Texniki Kollecində Nəqliyyat daşınmaların təşkili fakültəsinə qəbul olub. 2019-cu ilin aprel ayında Müdafiə Nazirliyinin «N» saylı hərbi hissəsində həqiqi hərbi xidmətə başlayıb. Əsgəri xidmətini başa vurmağa 3 ay qalmış – 27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsi zamanı xidmət etdiyi hərbi hissənin tərkibində döyüşlərə qatılıb. O, Cəbrayıl şəhərinin alınması uğrunda gedən döyüşlərdə xüsusi fərqlənib. Sonra Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərin iştirakçısı olub.
Fəxri Uğurlu
Fəxri Uğurlu (Əliyev Fəxri Ağa oğlu; 5 sentyabr 1968, Bakı) — Azərbaycanlı yazıçı, jurnalist, nasir. "Multikulturalizm" jurnalının baş redaktoru (2016), Azərbaycan Yazıçılar Birliyinin üzvü (1995). Fəxri Uğurlu 5 sentyabr 1968-ci ildə Bakıda doğulub. 1987–1989-cu illərdə sovet ordusunda xidmət edib. 1993-cü ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. Dövri mətbuatda ilk yazısı 1986-cı ildə "Azərbaycan gəncləri" qəzetində çap edilib. Həmin vaxtdan müntəzəm olaraq mətbuatla əməkdaşlıq edib, "Ulduz", "Pioner", "Gənclik" jurnallarında, "İlham", "Səs", "Novruz", "Dədəm Qorqud" qəzetlərində yazıları çap olunub. 1991-ci ildən "Novruz" qəzetinin müxbiri, 1992-ci ildən "Yol" qəzetinin redaktoru, 1994-cü ildən "525-ci qəzet"in şöbə müdiri vəzifələrini tutub. 1996-cı ilin əvvəlindən iyul ayınadək "Müxalifət" qəzetinin şöbə müdiri vəzifəsində çalışıb. 1996-cı ilin iyul ayından yeni nəşr olunan "Rezonans" qəzetində baş redaktor müavini kimi fəaliyyətə başlayıb.
Geriyə uyumlu
Geriyə uyumlu (Backward compatibility)– köhnə kompüter, yaxud əməliyyat sistemi üçün əvəzetmə imkanı. Məsələn, Windows XP əməliyyat sistemi DOS ilə geriyə uyumludur, belə ki, DOS proqramlarının əksəriyyəti orada çalışa bilir. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s. Vikianbarda Geriyə uyumlu ilə əlaqəli mediafayllar var.
Oğuzlu kilsəsi
Oğuzlu kilsəsi — Türkiyə Cümhuriyyətinin Qars ilində, Ani şəhər xarabalığından 19 km Şimalda, Oğuzlu kəndi ərazisində qədim kilsə. Kilsənin orijinal ermənicə adı bilnmədiyindən yerləşdiyi kəndin adı ilə adlandırılmışdır. Həmçinin kilsənin nə zaman inşa edilməsi də məlum deyil. Kilsə divarındakı naməlum tarixli kitabə isə abidənin Hassan Gntuni adlı bir nəfər tərəfindən inşa etdirilməsi haqqında məlumat verir. Bu şəxs Kral Smbatın (890-914) dövründə Qarsın hakimi olmuşdur. Yazıda Kral Smbatın adının çəkilmədiyinə görə kitabənin X əsrin başında Qarsda baş vermiş üsyan nəticəsində şəhərin bir müddət Kral Smbatın hakimiyyəti altından çıxdığı dövrdə yazıldığı düşünülür. Dövrümüzə çatmayan başqa bir kitabədə isə kilsənin "şahzadələr şahzadəsi" Aşot Pahlavid tərəfindən bərpa etdirildiyi qeyd edilirmiş. Daha sonrakı bir tarixdə isə kilsənin Cənub-Qərb küncü çökdüyü düşünülür. Çünki, kilsə divarlarının bu hissəsi sonrakı tarixdə daha kiçik daşlarla yenidən inşa edilmişdir. Daş işçiliyinin bənzərliyindən eyni dövrdə bayır divarlarının yüksəldildiyi, girişlərə divar çəkildiyi, yada girişlərin ölçüsünün kiçildildiyi düşünülə bilər.
Udullu (Şabran)
Udullu, Udulu — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd.
Ulduzlu xalça
Ulduzlu" xalçaları ilk öncə Zəngəzur mahalında, Sisyanın Urud kəndində toxunub. Burada toxunan xalçalar rənglərinin tündlüyü ilə fərqlənir. Bu da bölgənin bitki örtüyündən irəli gəlir. Xalçanın ara haşiyəsində verilən naxışlar Urud kəndinin ərazisindəki tarixi abidələr və daş sənduqələrin üzərindəki naxışlarla eynilik təşkil edir. Bu həndəsi formalar Azərbaycanın qədim inancından süzülüb gəlir, yer və göy cisimlərinin obrazlı ifadəsi kimi çıxış edir. Bu xalçanın üzərində qədim türk boylarının damğalarına da rast gəlinir. "Ulduzlu" motivində olan bu çeşni Qafqaz regionunda azərbaycanlıların məskunlaşdığı yerlərdə məhdud sayda toxunub. Sisyanda toxunan bu xalçanın ölçüləri 250x150 sm, Qazaxın Şıxlı kəndində toxunan 280x160 sm, Gürcüstanın azərbaycanlıların yaşadığı Qabal kəndində toxunan xalçaların ölçüsü isə 200x200; 180x180 sm olmuşdur. Sisyanda toxunan, rəngləri daha tünd olan "Ulduzlu" xalçası Qarabağ, Qazaxın Şıxlı kəndində toxunan xalça Qazax, Gürcüstanın Qabal kəndində toxunan xovu hündür xalça isə qədim türk-səlcuq texnologiyası əsasında toxunub. "Ulduzlu" çeşnisində olan xalçalar Zaqatalanın qədim Car və Muxax kəndlərində də toxunub.
Ulduzlu xalçaları
Ulduzlu" xalçaları ilk öncə Zəngəzur mahalında, Sisyanın Urud kəndində toxunub. Burada toxunan xalçalar rənglərinin tündlüyü ilə fərqlənir. Bu da bölgənin bitki örtüyündən irəli gəlir. Xalçanın ara haşiyəsində verilən naxışlar Urud kəndinin ərazisindəki tarixi abidələr və daş sənduqələrin üzərindəki naxışlarla eynilik təşkil edir. Bu həndəsi formalar Azərbaycanın qədim inancından süzülüb gəlir, yer və göy cisimlərinin obrazlı ifadəsi kimi çıxış edir. Bu xalçanın üzərində qədim türk boylarının damğalarına da rast gəlinir. "Ulduzlu" motivində olan bu çeşni Qafqaz regionunda azərbaycanlıların məskunlaşdığı yerlərdə məhdud sayda toxunub. Sisyanda toxunan bu xalçanın ölçüləri 250x150 sm, Qazaxın Şıxlı kəndində toxunan 280x160 sm, Gürcüstanın azərbaycanlıların yaşadığı Qabal kəndində toxunan xalçaların ölçüsü isə 200x200; 180x180 sm olmuşdur. Sisyanda toxunan, rəngləri daha tünd olan "Ulduzlu" xalçası Qarabağ, Qazaxın Şıxlı kəndində toxunan xalça Qazax, Gürcüstanın Qabal kəndində toxunan xovu hündür xalça isə qədim türk-səlcuq texnologiyası əsasında toxunub. "Ulduzlu" çeşnisində olan xalçalar Zaqatalanın qədim Car və Muxax kəndlərində də toxunub.
Ulduzlu çömçəxul
Ulduzlu çömçəxul (lat. Benthophilus stellatus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin çömçəxul cinsinə aid heyvan növü. Qara, Azov, Xəzər dənizləri hövzələrində yayılmışdır. D III-IV,I 8-9, A I 7-9-dur. Bel sırasında 27-30, qarın sırasında 22-25 ziyil olur. Belində qonur rəngli 3 xal vardır. Uzunluğu 107 mm-ə qədər olur. Enlənmiş başı ilə seçilir. Bunların üzərində daha çox inkişaf etmiş tikancıqlar vardır. Rəngi bozdur.
Umudlu (Ağdam)
Umudlu — Azərbaycan Respublikasının Ağdam rayonunun Nəmirli kənd inzibati ərazi dairəsində kənd. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Umudlu (Ağdərə)
Umudlu — Azərbaycan Respublikasının Ağdərə rayonunun Umudlu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Umudlu kəndi Tərtər rayonunun inzibati tərkibinə verilmişdir. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qaytarılmışdır. Umudlu kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Umudlu kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir. 5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib. Akif Əzizov Əhəd Kərimov Unutmayacağımız işğal tarixləri: Ağdərə, Çərəkdar, Narınclar, Umudlu...
Umudlu (Tərtər)
Umudlu — Azərbaycan Respublikasının Tərtər rayonunun Sarov kənd inzibati ərazi dairəsində kənd.
Umudlu (Xocalı)
Umudlu — Azərbaycan Respublikasının Xocalı rayonunun inzibati ərazi vahidində kənd. 1992-ci ilin fevral ayından Ermənistan Silahlı Qüvvələrinin işğalı altında idi. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır. Xocalı soyqırımı Ramiz Abbaslı. Umudlu qətliamı. Papravənd müharibəsi.
Uğurlu Məhəmməd
Uğurlu Məhəmməd (?-1477) — Ağqoyunlu şahzadəsi, Şiraz və Sivas valisi, Uzun Həsənin ən böyük oğlu, II Mehmedin kürəkəni. 1473-cü ildə Şiraz hakimi təyin olunmuş Məhəmməd, əmisi Üveysin köməyi ilə üsyana başladı. İsfahan ələ keçirildi, xalq Uğurlu Məhəmmədə dəstək oldu. Əslində Xəlil bəyin anası Səlcuqşah bəyim Uğurlu Məhəmmədin öldürülməsini daha çox istəyirdi və Uzun Həsəni qızışdırırdı. Kontarini özünün "Səyahətnamə"sində yazmışdı: "Təbrizə yetişdikdən sonra bir karvansaraya düşdük. Küçələrdə bərk çaxnaşma vardı. Məlum oldu ki, Uzun Həsənin oğlu Məhəmməd Şirazı tutub öz qayınanasına vermiş, Uzun Həsən də onu dəf etmək üçün Şiraz səmtinə qoşun göndərmişdir. Uğurlu Məhəmmədin tərəfdarlarından biri öz dəstəsi ilə Təbrizə qədər gələ bilmişdi. Təbrizdən hərəkət edib padşah ordusu olan yerə getmək istədim. Lakin gördüm ki, bu çox çətindir.
Vidadi Umudlu
Vidadi Umudlu (tam adı: Vidadi Umud oğlu Umudlu; 5 fevral 1959, İmişli) — Azərbaycan tarixçisi, AMEA Tarix İnstitutunun Azərbaycanın yeni tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, Dövlət Mükafatı Laureatı. Vidadi Umud oğlu Umudlu 1959-cu il fevralın 25-də İmişli rayonunun Otuzikilər kəndində anadan olmuşdur. 1976-cı ildə İmişli şəhər 1 saylı orta məktəbini müvəffəqiyyətlə bitirmişdir. 1976–1980 illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsində ali təhsil almışdır. 1980–1983 illərdə İmişli şəhər 2 saylı orta məktəbində tarix və ictimaiyyat müəllimi vəzifəsində çalışmışdır. 1984-cü ildə ailə vəziyyəti ilə əlaqədar olaraq Bakı şəhərinə köçmüşdür. 1984-cü ildə Azərbaycan Neft və Sənaye Universitetinin Fəlsəfə kafedrasında baş laborant, Azərbaycan tarixi kafedrasında isə saat hesabı müəllim vəzifəsində çalışmışdır. 1985–1989 illərdə Nizami rayonu mənzil idarəsində təşkilatçı-müəllim işləmişdir. 1990-cı ildən Azərbaycan MEA A.A.Bakıxanov adına Tarix İnstitutu "Azərbaycanın yeni tarixi" şöbəsində işləyir. 1989–1993 illərdə Azərbaycan MEA A.A.Bakıxanov adına Tarix İnstitutunun qiyabi aspirantı olmuşdur.
Üzümlü
Kəndlər Üzümlü (Şabran) — Azərbaycanın Şabran rayonunda kənd. Üzümlü (Qax) — Azərbaycanın Qax rayonunda kənd. Üzümlü (Ərzincan) — Türkiyənin Ərzincan ilində kənd.