Ulduzlu xalça

Ulduzlu” xalçaları ilk öncə Zən­gəzur mahalında, Sisyanın Urud kəndində toxunub. Burada toxunan xalçalar rəng­lərinin tü­nd­lüyü ilə fərqlənir. Bu da bölgənin bitki örtüyündən irəli gəlir. Xalçanın ara haşiyəsində verilən naxışlar Urud kəndinin ərazisindəki tarixi abidələr və daş sənduqələrin üzə­rindəki naxışlarla eynilik təşkil edir. Bu həndəsi formalar Azərbaycanın qə­dim inancından süzülüb gəlir, yer və göy cisimlərinin obrazlı ifadəsi kimi çıxış edir. Bu xalçanın üzərində qədim türk boylarının damğalarına da rast gəlinir. "Ulduzlu” motivində olan bu çeşni Qafqaz regionunda azər­baycanlıların məs­kunlaşdığı yer­lər­də məhdud sayda toxunub.

Xalça
Ulduzlu xalçaları
Xalça haqqında məlumatlar
Məktəbi Qazax xalçaçılıq məktəbi
Ölkə Azərbaycan
Bölgə Qazax
Toxunması haqqında məlumatlar
Tarixi XIX əsr
Digər məlumatlar
Material Yun

Sisyanda toxunan bu xalçanın ölçüləri 250x150 sm, Qazaxın Şıxlı kəndində toxunan 280x160 sm, Gürcüstanın azər­­baycanlıların ya­şa­dığı Qabal kən­dində toxunan xalçaların ölçüsü isə 200x200; 180x180 sm olmuşdur.

Sisyanda toxunan, rəngləri daha tünd olan "Ulduzlu” xalçası Qarabağ, Qazaxın Şıxlı kəndində toxunan xalça Qazax, Gürcüstanın Qabal kəndində toxunan xovu hündür xalça isə qədim türk-səlcuq texnologiyası əsasında toxunub.

"Ulduzlu” çeşnisində olan xalça­lar Zaqatalanın qədim Car və Muxax kənd­lərində də toxunub. Mu­­xaxda toxunan "Ulduzlu” çeşnili xalçalar türk-səl­cuq, Carda toxunan xalçalar isə təkarğac tex­no­logiyası ilə toxunmuşdur. Bu xalça­ların az say­da olması onların unikallığını, bədii-tarixi əhəmiyyətini artırır və kompozisiya həllinə görə dünya sənət­şünasları tərəfindən yük­sək qiy­mət­ləndirilir. Daş sənduqə və onun üzərində olan təsvir, yazı, həmçinin bu xalça Urud kəndində yaşayan azərbaycanlıların qə­dim mə­də­niyyətindən, xalçaçılıq ənə­­nə­sindən xəbər verir.