Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Baho Saakyan
Bako Saakyan (erm. Բակո Սահակյան, 30 avqust 1960, Stepanakert) — Qondarma Dağlıq Qarabağ Respublikasının 3-cü prezidenti. Xocalı soyqırımında iştirak etmişdir. İlk dəfə 19 iyul 2007-ci ildə prezident seçilib. 19 iyul 2012-ci ildə ikinci dəfə beş il müddətinə yenidən seçilib, təxminən üçdə iki səs toplayıb. 2017-ci ildə üç il müddətinə dolayı olaraq yenidən seçildi. İki dəfə beş il müddətinə prezident postunu tutan Arkadi Qukasyanın əvəzinə Saakyan gəldi. == Həyatı == Saakyan 1960-cı ildə Azərbaycan SSR-nin Xankəndi şəhərində anadan olub. Sovet ordusunda xidmət etdikdən sonra Xankəndi fabrikində doqquz il işləmişdir. 1990-cı ildə Dağlıq Qarabağ Müdafiə Ordusuna qoşuldu və bu vəzifədə komandir müavini oldu.
Bahoz Ərdal
Bahoz Ərdal (türk. Bahoz Erdal), həmçinin Fəhman Hüseyn (kürd. Fehman Hûseyn فەهمان حوسێن‎; 3 avqust 1969, Suriya) — kürd hərbi xadimi. O, Kürdüstan Fəhlə Partiyasının (PKK) yüksək komandiridir və əslən Suriyanın Əl-Malikiyyə şəhərindəndir. == Sui-qəsd iddiası == Türkiyənin rəsmi dövlət xəbər agentliyi "Anadolu Agentliyi" və "Daily Sabah"ın verdiyi məlumata görə, Bahoz Ərdal 8 iyul 2016-cı ildə Suriyada öldürülmüşdür. Təl-Hamis Briqadaları adlı rejim əleyhdarı silahlı qruplaşmanın sözçüsü Xalid əl-Həsəkəvi adlı şəxs "Anadolu Agentliyi" müxbirinə bildirmişdir ki, Hüseyn Suriyanın şimalında yerləşən Qamışlı şəhəri yaxınlığında hədəfə alınmışdır. O, 8 iyulda, saat 8:30-da Hüseynin avtomobilinin partladıldığını, mühafizəçiləri də daxil olmaqla 8 nəfərin öldürüldüyünü iddia etmişdir. 12 iyulda "Yeni Şafak" qəzeti bu xəbərin mənbəyi kimi Türkiyənin MİT kəşfiyyat xidmətinə istinadən xəbər yaymışdır.PKK bu iddianı təkzib etmiş və Ərdal 13 iyulda özü radioya müsahibə vermişdir. O, 2017-ci ilin aprel ayında bir videoda görünmüşdür. Ərdal burada 2017-ci il Türkiyə konstitusiya referendumu ilə bağlı Türkiyə vətəndaşlarına müraciət etmişdir.
Bahodir Nəsimov
Bahodir Odimdjonoviç Nəsimov (özbək: Bahodir Nasimov) — Soqdiana futbol klubunda hücumçu mövqeyində oynayan özbək futbolçusudur. == Karyerası == === Klub karyerası === ==== Dinamo Səmərqənd ==== Nəsimov karyerasına "Dinamo Səmərqənd" də başlayıb və 2007-ci ildə Özbəkistan Liqasında debüt edib. Dinamo ilə işlədiyi müddətdə 58 matçda 22 qol vurdu və 2009-cu ildə, "Bunyodkor" da icarə əsasənda çıxış etnətə başladı. Burada o, 16 matçda iki qol vurdu. ==== Neftçi Bakı ==== 2010-cu ildə Nəsimov, üç illik müqavilə ilə, açıqlanmayan haqq müqabilində Rusiya Premyer Liqasının çempionu "Rubin Kazan" a transfer edildi. Azərbaycan Premyer Liqası klubu "Neftçi Bakı" ya 2010/11 mövsümü üçün icarəyə göndərildikdən əvvəl "Rubin" də iki oyunda çıxış edib.Nəsimov "Neftçi" nin altıncı dəfə Azərbaycan çempionu olmasında böyük pay sahibidir. O, 28 oyunda 15 qol vuraraq klubun 2010/11 mövsümünün bombardiri oldu. 2011/12 mövsümündə Nəsimov 16 qolla Azərbaycan Premyer Liqasının ən yaxşı oyunçusu oldu və Bakı "Neftçi" sinin 7-ci çempion tituluna mühüm töhfə verdi. 3 avqust 2013-cü il tarixində, 2013/14 Azərbaycan Premyer Liqasının ilk oyun günündə "Neftçi" nin AZAL-a qarşı keçirdiyi oyunda Nəsimov yeni mövsümdəki ilk qolunu və zədəsindən sonra ilk qolunu vurdu. "Neftçi Bakı"da 32-ci qolunu vurdu və klubun ən yaxşı xarici hücumçusu seçildi.
Babo
Babo, (16 noyabr 1976) — məşhur Meksika reperi.
Bao
Bao - Hun şanyüsü. Onun dövründə Luanti soyadı hun dilində əjdaha mənasına gələn Liu soyadına dəyişmişdir. == Həyatı == Əmisi Huçuquan dövründə 189-cu ildə Sol Müdrik şahzadə titulu ilə 5 qəbilə onun səlahiyyətinə verilmişdi. Çinlilər Hun imperiyasını işğal etdikdən və Huçuquanı həbs etdikdən sonra Bao özünü şanyü elan etdi. Qardaşı Kubey isə Sol Müdrik şahzadə titulu aldı. 35 il şanyülük edərək ən uzun hakimiyyət sürən hökmdarlardan oldu. Titulunun şanyü olmasına baxmayaraq çinlilər onu hökmdar yox, qəbilə başçısı olaraq görürdülər. 260-cı ildə vəfat etdi və onun qəbilələrinin başçılığına qardaşı Kubey keçdi. == Ailəsi == Bao Çindəki vətəndaş müharibəsi vaxtı özünü imperator elan etmiş və Xan sülaləsini devirmiş Tsai Tsaonun qohumlarından biri olan Tsai Ventzini oğurladı və onun məşuqəsi etdi. Ondan 2 övladı oldu.
Al Bano
Al Bano(Al Bano Karrizi) 20 may 1943) — məşhur İtalyan müğənnisi, aktyor və şərabçı. == Həyatı == Al Bano Karrizi 1943-cü ildə İtaliyada Puglia bölgəsinin Brindisi vilayətində çox kasıb italyan ailəsində doğulub. Anası evdar qadın Atası əkinçilik və maldarlıqla məşğul olurdu. Anası İolanda Ottino ona Albano adını verdi, çünki o, doğulduğu zaman, atası Carmelo Karrisi II Dünya müharibəsi dövründə Royal İtaliya Ordusu üçün Albaniya ilə döyüşürdü. Sonralar müğənni öz adından utanaraq onu iki hissəyə ayırır və Al Bano Karrizi olur. Albanonun digər qardaşı isə tanınmış pop musiqiçisi Franko Karrisdi. Al Bano müğənnilik fəaliyyətinə qədər ofisiant, aşpaz, koveyerdə fəhlə kimi işləyib. Al Bano ilk mahnısını 12 yaşında yazır, 16 yaşında isə müğənnilik karyerası üçün Milana gəlirO, 1965-ci ildə Adriano Çelentanonun təşkil etdiyi konkursda iştirak edənədək ofisiant, aşpaz, koveyerdə fəhlə kimi işləyir.1966-cı ildə müğənni olaraq, Delle Rose-de və televiziyada yayımlanan musiqi festivalında çıxış edir,1968-ci ildə "Pensando a te" qrupu ilə birlikdə İtalyan mahnısı olan "L'Estate" Disko musiqisi ilə birciliyi qazanır. O, "La siepe" və "Nel sole" kimi bir sıra böyük hitləri qeyd etdi. "Nel sole" 1967-ci ildə üç ay azadlıq dövründə İtaliyada 600 min nüsxə satdı və nəticədə 1 milyondan çox nüsxə və 1968-ci ilin iyulunda qızıl diskə layiq görülmüşdür.
Baco (xalq)
Baco (Badjao, Badjaw və ya Badjau olaraq da yazılır) — Filippində yerli etnik qrupdur və Sabah, Bruney və Saravakın bölümlərində yaşayırlar. Yerlisi olduqları Suludakı anlaşmazlıqlar üzündən Malayziyaya da köç etmişdilər.Bacolar inanılmaz qabiliyətlərə sahibdirlər.Normal bir insandan daha artıq suyun altında qala bilirlər. Hətta yetişkin bir baco yuxu müddəti xaric günün yarısını suda keçirir.Evləri dəxi sular üzərinə quruludur. Qayıqlarda alış-verişlə məşğul olurlar.
Baha Tofiq
Baha Tofiq (türk. Bahâ Tevfik; 13 aprel 1884, İzmir, Aydın vilayəti – 15 may 1914, Konstantinopol) — Osmanlı mütəfəkkiri, yazıçısı, fərdiyyətçi (individualist) anarxisti. == Həyatı == Baha Tofiq 1884-cü ildə Osmanlı imperiyasının Aydın vilayəti ərazisinə daxil olan İzmir şəhərində anadan olmuşdur. O, ibtidai və orta təhsilini burada almışdır. Tofiq Məktəb-i Mülküyədə ali təhsil almış, 1907-ci ildə oradan məzun olmuşdur. O, İkinci Məşrutiyyətdən sonra vilayət maiyyət məmurluğu ilə qısa bir müddət Məclis-i Əyan katibliyində çalışmışdır. Rəhbər-i İttihad-i Osmani Məktəbində fəlsəfə üzrə dərs deməyə başlamış, vəfatına qədər bu vəzifədə çalışmışdır. Tofiq yazıçı Ömər Seyfəddinin fransız dili müəllimi olmuşdur. Baha Tofiq appendisitdən əziyyət çəkirdi. O, 15 may 1914-cü il tarixində, 30 yaşında vəfat etmişdir.
Bahh Tee
Bahh Tee (tam adı: Bəxtiyar Əliyev 5 oktyabr 1988, Moskva) — Azərbaycan əsilli Rusiya repçisi. == Həyatı == Bahh Tee 1988-ci il oktyabr ayının 5-də Moskvada dünyaya gəlmişdir. === Şəxsi həyatı === == Diskoqrafiya == Bahh Tee-nin diskoqrafiyasına 2 studiya albomu daxildir.
Bako Saakyan
Bako Saakyan (erm. Բակո Սահակյան, 30 avqust 1960, Stepanakert) — Qondarma Dağlıq Qarabağ Respublikasının 3-cü prezidenti. Xocalı soyqırımında iştirak etmişdir. İlk dəfə 19 iyul 2007-ci ildə prezident seçilib. 19 iyul 2012-ci ildə ikinci dəfə beş il müddətinə yenidən seçilib, təxminən üçdə iki səs toplayıb. 2017-ci ildə üç il müddətinə dolayı olaraq yenidən seçildi. İki dəfə beş il müddətinə prezident postunu tutan Arkadi Qukasyanın əvəzinə Saakyan gəldi. == Həyatı == Saakyan 1960-cı ildə Azərbaycan SSR-nin Xankəndi şəhərində anadan olub. Sovet ordusunda xidmət etdikdən sonra Xankəndi fabrikində doqquz il işləmişdir. 1990-cı ildə Dağlıq Qarabağ Müdafiə Ordusuna qoşuldu və bu vəzifədə komandir müavini oldu.
Baxo-Nueva
Baxo-Nueva (isp. Bajo Nuevo, ing. Petrel Islands, Fırtınaquşu adası) — Karib dənizində yaşayışı olmayan rif. Bura bir neçə elə də böyük olmayan ada və rif daxildir. Ərazisi bütünlüklə otla örtülmüşdür. Rif 26 km uzunluğa (16 mil), 9 km (5,6 mil) enə malikdir. Rifə bir çox dövlətlər ərazi iddiasındadır (Kolumbiya, Nikaraqua, Yamayka, ABŞ). Ərazi iddialarının böyük hissəsi dənizdəki iqtisadi zonanı artırmaq məqsədi güdür. Bununla belə hazırda əraziyə Kolumbiya nəzarət edir. == Mənbə == Website with a map of San Andrés and Providencia, Serranilla Bank, Bajo Nuevo Bank and Rosalind Bank Arxivləşdirilib 2017-09-02 at the Wayback Machine Aerial picture of Bajo Nuevo Bank — the website is related to San Andrés and Providencia.
Baxo-Vinalopa
Baxo-Vinalopa (isp. Bajo Vinalopó) — İspaniyada yerləşən rayon.
Diana Başo
Diana Başo (d. 5 dekabr 2000) — Albaniyalı üzgüçü. Diana Başo Albaniyanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Diana Başo birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 200 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 2:22.86 saniyəlik nəticəsi ilə 54 üzgüçü arasında 48-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Kaho Minaqava
Kaho Minaqava (d. 20 avqust 1997) — Yaponiyanı təmsil edən bədii gimnast. Kaho Minaqava 2016-cı ildə Yaponiyanı XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Kaho Minaqava 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, fərdi yarışların təsnifat mərhələsində 68.523 xal topladı və 16-cı yeri tutaraq mübarizəni dayandırdı.
Maho çimərliyi
Maho çimərliyi (nid. Maho Beach) — Sen-Marten adasının cənub-qərbində yerləşən çimərlik. Adanın bu hissəsi Niderlandın tərkibində bir asılı ərazi olaraq Sint-Marten bölgəsinə daxildir.. Çimərliyi məşhurlaşdıran onun Şahzadə Yulian hava limanının yaxınlığında yerləşməsidir. Bu səbəbdən bəzən təyyarələr çimərlikdə istirahət edənlərin 10-20 metr üstlərindən uçaraq hava limanına daxil olur.. çimərlik və hava limanını iki hasar ayırır. Çimərliyin uzunluğu 300 m, eni isə 10-20 metr arasında dəyişir. Çimərlikdə çoxlu sayda kafe vardır. Onlar arasında ən məşhuru Sunset Bar and Grilldir. Burada olan lövhədə təyyarələrin uçuş-eniş vaxtları yazılmışdır.
Maho Şimizu
Maho Şimizu (d. 9 mart 1960) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Matsuo Başo
Matsuo Başo (1644[…] – 28 noyabr 1694) yapon şairi. Daha çox yazdığı hokkularla məşhurdur. Zen Buddizmin təsirinə məruz qalan şair, sonralar uzun müddətli səyahətə çıxmış və bu səfərlərini təsvir edən şeir kitabını yazmışdı. O, təbiətin hər xırda varlığından, nişanəsindən ilham alırdı. O, təxəllüsü “Basyo” sözünü də həyətində əkdiyi banan ağacının ana dilində olan adından götürmüşdü. Buludların parıltısı, bambukun titrəməsi, sərçələrin cikkiltisi, küçədən keçən adamların sifəti – bütün gündəlik xırda şeylərdən o, həzz almaq imkanı tapa bilirdi. Lakin, əhəmiyyətsiz şeyləri sevmək üçün xırda məsələrə görə də iztirab çəkməlisən. Onun zahirən bəlkə də primitiv görünən məşhur bir hokkusunda deyilir: Biz dinləyərkən bəlkə də çox primitivdir bizim üçün, lakin bu hokkuda dərin məna, təbiətin gözəlliyi, şairin könlünün və ətraf dünyanın sakitliyi və harmoniyası çox qısa şəkildə əks olunmuşdur. Bağdakı köhnə gölməçəyə hoppanan qurbağa yüzillik kədəri dağıtdı. Yazıçı Ryunosuke Akutaqava Basyonun bu kiçik şeirinin fəlsəfi məzmununu çox ustalıqla açıb təhlil edir.
Raymund Bado
Raymund Bado (mac. Badó Rajmund; 15 avqust 1902, Budapeşt – 31 dekabr 1986, Nyu-York, Nyu-York ştatı) — macar Yunan-Roma güləşçisi, Avropa çempionu. Raymund Bado 1902-ci ildə Budapeştdə anadan olmuşdur. 1924-cü ildə cavan olmasına baxmayaraq, o, Olimpiya yığmasına daxil edilmişdi və Paris Olimpiya Oyunlarında 82,5 kq-dan yuxarı çəki kateqoriyasında gümüş medalı qazanmışdır. 1925-ci ildə o, Avropa Çempionatının gümüş medalını qazana bilmişdir və 1927-ci il Avropa Çempionatında birinci yeri tutdu. 1928-ci ildə o, Amsterdam Olimpiya Oyunlarında iştirak etdi, amma orada yalnız altıncı oldu. 1934-cü ildə Raymund Bado Misirə köçdü və orada məşqçi kimi fəaliyyət görməyə başladı. Onun sonrakı həyatı haqqında məlumat demək olar ki yoxdur.
Roberto Baco
Roberto Baccio (it. Roberto Baggio; 18 fevral 1967[…]) — Karyerasını başa vurmuş italiyalı futbolçu. Hücumçu və hücuma meyilli yarımmüdafiəçi mövqelərində oynamışdır. Futbolçu karyerasını (1982–2004) vətənində keçirib. Viçentsa, Fiorentina, Yuventus, Milan, "Bolonya", İnter Milan və "Breşiya" klublarının şərəfini qorumuşdur. İtaliya milli komandasının heyətində 1990, 1994 və 1998-ci illərdə keçirilən futbol üzrə dünya çempionatlarında çıxış etmişdir. 1993-cü ildə Dünya və Avropanın ən yaxşı futbolçusu seçilib, 1992–1993-cü il mövsümündə "UEFA Kuboku"nun qalibi, 1990-cı il "Düya Çempionatı"nın bürünc mükafatçısı, 1994-cü il "Dünya Çempionatı"nın gümüş mükafatçısı, 1994–95, 1995–96-cı il mövsümlərində İtaliya çempionatının qalibi, 1994–95-ci illər İtaliya Kubokunun qalibi, üç fərqli dünya çempionatında qol vurmuş yeganə italyan futbolçu. 2000-ci ildə FİFA-nın keçirdiyi rəy sorğusuna əsasən XX əsrin ən yaxşı dördüncü futbolçusu seçilib (Maradona, Pele və Eysebiodan sonra).Futbolçu karyerasını başa vurduqdan sonra xeyriyyəçiliklə məşğul olur. 2002-ci ildən FAO-nun xoşməramlı səfiridir. 2010-cu ildə "World Peace Award" mükafatı qazanıb.
Maho-şoco
Maho-şoco (魔法少女 ; "sehrli qız") – sehrli qabiliyyətlərə malik gənc qızlar haqqında anime və manqa janrı. Adətən "sehrli qız" tipinə malik olan anime və manqanın əsas personajı qızlardır; Bu personajlar dostluğa inanan uşaqlar və ya yeniyetmələrdir. Janr 1966-cı ildə Sally the Witch anime seriyası ilə yaranmışdır.
Baha Səid
Baha Səid (türk. Baha Sait; 1882, Konstantinopol – 1939) — Türkiyə hərbçisi. O, Türkiyə İstiqlaliyyət müharibəsi iştirakçısı olmuşdur. == Həyatı == Baha Səid Qafqazdan Anadoluya köçmüş qumuq ailəsində anadan olmuşdur.O, bəzi mənbələrə görə 1882-ci ildə Biqada, bəzilərinə görə isə Dağıstanda doğulmuş və 16 yaşında Türkiyəyə gəlmişdir.Baha Səid müharibə zamanı İstanbuldan Anadoluya sursat və döyüşçülərin qaçaqmalçılıq yolu ilə gətirilməsini, müharibəyə qarşı plan və yazışmaların öyrənilərək Ankaraya çatdırılmasını təmin edən Karakol cəmiyyətinin qurucularından biridir. O, həm də ələvilik ilə bağlı araşdırmaları ilə tanınır. Baha Səid Azərbaycanın sovetləşdirilməsində müəyyən rol oynamışdır. Baha Səid 16 oktyabr 1939-cu ildə ürək tutmasından vəfat etmişdir. Mərkəzəfəndi qəbiristanlığında dəfn olunmuşdur.
Bao Yuqinq
Bao Yuqinq (d. 23 sentyabr 1993) — Çini təmsil edən bədii gimnast. Bao Yuqinq, 2016-cı ildə Çini XXXI Yay Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Bao Yuqinq, 2016-cı ildə Çin bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Şu Siyao, Yanq Ye, Janq Linq və Jao Jinqnan ilə birgə təsnifat mərhələsində 32.133 xal topladı və 11-ci yeri tutaraq mübarizəni dayandırdı.
Bao-day
Bao-day (vyet. Bảo Đại, tı-nom 保大, qüdrətin keşikçisi) və ya Bao-day-de (vyet. Bảo-đại đế, tı-nom 保大帝), əsl adı Nquyen Fuk və ya Fuk Vin Thyui (vyet. Nguyễn Phúc/Phước Vĩnh Thụy, tı-nom 阮福永瑞) (22 oktyabr 1913[…], Hyue, Annam (Fransa protektoratı), Fransa Hind-Çini – 30 iyul 1997, 31 iyul 1997[…] və ya 1 avqust 1997, Paris) — Nquyen sülaləsinin 13-cü imperatoru, Vyetnamın sonuncu imperatoru, yaponiyapərəst kukla dövləti olan Vyetnam imperiyasının və Fransa tərəfdarı olan kukla Vyetnam Dövlətinin hökmdarı. == Həyatı == O, 1925-ci ildə atası Khay-dinin hakimiyyətindən sonra varis vəzifəsinə yüksəlmişdir. Bao-day Yaponiyanın artan təzyiqlərinə cavab olaraq 1885-ci il Fransa protektorat müqaviləsini rədd etmiş və 11 mart 1945-ci ildə həm Koxinxina, həm də Tonkini əhatə edən Vyetnamın müstəqilliyini təntənəli şəkildə elan etmişdir. Bununla belə, Yaponiyanın məğlubiyyəti və sonradan Ho Şi Min tərəfindən Vyetnam Respublikasının elan edilməsi səbəbindən 20 sentyabrda hakimiyyətdən çəkilmiş, Honkonqa sığınmışdır. 1949-cu ildə fransızların dəstəyi ilə ona Vyetnam Dövlətinin başçısı adı verilmişdir. O, əhəmiyyətli siyasi dəstək almamış və nəhayət Fransaya köçmüşdür. 1955-ci ildə Nqo Din Zyem tərəfindən təşkil edilən referendum ilə taxtdan daimi olaraq devrilmiş və onun hakimiyyəti qəti şəkildə sona çatmışdır.
Bao Day
Bao-day (vyet. Bảo Đại, tı-nom 保大, qüdrətin keşikçisi) və ya Bao-day-de (vyet. Bảo-đại đế, tı-nom 保大帝), əsl adı Nquyen Fuk və ya Fuk Vin Thyui (vyet. Nguyễn Phúc/Phước Vĩnh Thụy, tı-nom 阮福永瑞) (22 oktyabr 1913[…], Hyue, Annam (Fransa protektoratı), Fransa Hind-Çini – 30 iyul 1997, 31 iyul 1997[…] və ya 1 avqust 1997, Paris) — Nquyen sülaləsinin 13-cü imperatoru, Vyetnamın sonuncu imperatoru, yaponiyapərəst kukla dövləti olan Vyetnam imperiyasının və Fransa tərəfdarı olan kukla Vyetnam Dövlətinin hökmdarı. == Həyatı == O, 1925-ci ildə atası Khay-dinin hakimiyyətindən sonra varis vəzifəsinə yüksəlmişdir. Bao-day Yaponiyanın artan təzyiqlərinə cavab olaraq 1885-ci il Fransa protektorat müqaviləsini rədd etmiş və 11 mart 1945-ci ildə həm Koxinxina, həm də Tonkini əhatə edən Vyetnamın müstəqilliyini təntənəli şəkildə elan etmişdir. Bununla belə, Yaponiyanın məğlubiyyəti və sonradan Ho Şi Min tərəfindən Vyetnam Respublikasının elan edilməsi səbəbindən 20 sentyabrda hakimiyyətdən çəkilmiş, Honkonqa sığınmışdır. 1949-cu ildə fransızların dəstəyi ilə ona Vyetnam Dövlətinin başçısı adı verilmişdir. O, əhəmiyyətli siyasi dəstək almamış və nəhayət Fransaya köçmüşdür. 1955-ci ildə Nqo Din Zyem tərəfindən təşkil edilən referendum ilə taxtdan daimi olaraq devrilmiş və onun hakimiyyəti qəti şəkildə sona çatmışdır.
Balo bəy Vəkilov
Balo bəy Vəkilov (1889, Çivə, Şərur-Dərələyəz qəzası – 1982, Naxçıvan) — mücahid. == Həyatı == Balo bəy Cəlil bəy oğlu 1889-cu ildə Şərur-Dərələyəz qəzasının Çivə kəndində doğulub. Uşaq yaşlarında (1905-1907) erməni-müsəlman qırğınlarının şahidi olmuşdur. Onda ermənilərə qarşı amansız nifrət yaranmışdır. 1918-ci il hadisələri başlayandan Balo bəy ermənilərin elə ilk hücumlarından sonra silaha sarılır. Könüllülərdən ibarət güclü müdafiə dəstəsi yaradır. Dəstədə Əhməd bəy (Amo), İsmayıl bəy, Əli bəy, Hüseyn bəy, Qafar bəy, Yusif bəy, Kərbəlayı Əşrəf bəy, Kərbəlayi Firudin bəy və başqa Vəkilovlar Kəllo və Məmili tayfaları ermənilərə qarşı vuruşurdu. Qüvvələrin qeyri-bərabər olmasına baxmayaraq kəndin camaatı igidliklə vuruşur, ermənilərin bütün hücumlarını dəf edir, onlara sarsıdıcı zərbələr vururdu. Döyüşlərdə Balo bəy xüsusilə şücaət göstərirdi. O, həm də mahir atıcı idi.
A Bao A Ku
A Bao A Ku — Mevar bölgəsinin folklorunda uydurma fövqəltəbii varlıq. Nirvanaya mənəvi yüksəlişi simvolizə edir. == Təsviri == Ənənəyə görə, A Bao A Ku Çittorqarhdakı Qələbə qülləsinin spiral pilləkənində yaşayır. Bu varlıq adətən qüllənin aşağı pilləsində yatır, lakin insan ruhunun varlığına reaksiya verərək qüllənin girişində oyanır. Bundan sonra onun içində enerji parlamağa və bədəni hərəkət etməyə başlayır. A Bao A Kunun şüuru yalnız bir insan spiral pilləkəni qalxanda oyanır. Bu varlıq zəvvarların ən çox ayaq basdığı pilləkənlərin kənarlarında addımlayaraq onu izləyir. İnsan pilləkənləri qalxdıqca A Bao A Kunun forması, rəngi və parlaq işığı daha çox görünür. Buna baxmayaraq, onun zahiri yalnız yuxarı pillədə təzahür edir, çünki ona yalnız nirvana vəziyyətində olan və əməllərində pak olan insan çata bilər. Əks halda, A Bao A Kunun bədəni natamam qalır, mavi rəngi solur.
Baca-baca
Baca-baca - Azərbaycanda Novruz bayramı günlərində əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Baca-baca oyunu ilaxır çərşənbədə və Novruz bayramı axşamlarında icra olunan oyunlardan biridir. Xüsusilə subay gənclər tərəfindən icra olunan "qurşaqatdı", "papaqatdı", "qurşaqsalladı", "torbaatdı" mərasim oyunları ilə məzmunca eynidir. Qədim vaxtlarda evlər indiki kimi, şiferli, kirəmitli olmamışdır. Evlərin üstü hamar və damın ortasından baca olmuşdur. Gənclər şal, yaylıq, tənzifdən hazırlanmış örpək sallayıb Novruz payı alardılar. Oyun ustad şair Məhəmməd Hüseyn Şəhriyarın (1905-1988) sözlərində dəqiq əks etdirilmişdir. Baca-baca oyunu Azərbaycanın bir sıra bölgəsində "Nünnünü", "Nünnü getmə" də adlanır. Hüseynqulu Sarabski yazır: "Nünnünü gedən adam ip ucuna kiçik bir torba bağlar, onu mətbəx bacasından (əgər mətbəxdə adam olarsa) və ya sadəcə evin damından, bacasından evə sallar, özünü tanıtdırmamaq məqsədilə şəhadət barmağını burnuna vurmaqla nünnünü səsi çıxarıb ev yiyəsini xəbərdar edərdi. Belə nünnünü gəzənlər qətiyyən boş qaytarılmazdı.