Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bakıxan Səlimli
Bakıxanov
Bakıxanov — Əsasən Bakı xanlarının soy daşıyıcılarının soyadı. Abbasqulu ağa Bakıxanov — Azərbaycan şairi, yazıçısı, alimi, mütəfəkkiri və tərcüməçisi. Əhməd Bakıxanov — tarzən, pedaqoq, musiqi xadimi Tofiq Bakıxanov — Azərbaycanın görkəmli bəstəkarı Həsən ağa Bakıxanov — Rusiya İmperiyasının generalı, general-mayor (1880) Məmmədxan Bakıxanov — Azərbaycan çalğı musiqisinin görkəmli nümayəndələrindən biri, tarzən, Abdulla ağa Bakıxanov — Rusiya imperator ordusunun general-mayoru Tələt Bakıxanov — Azərbaycan kamança ifaçısı Akif Bakıxanov — musiqiçi. Cəfərqulu ağa Bakıxanov — general-leytenant.
Akif Bakıxanov
Akif Bakıxanov (1933, Bakı – 2020, Bakı) — musiqiçi. == Həyatı == Bakıxanov Akif Məmmədxan oğlu 1933-cü ildə Bakı şəhərində musiqiçi ailəsində anadan olub. Məşhur Bakıxanovlar ailəsinin yaxın dostu dahi bəstəkar Üzeyir Hacıbəyovun məsləhəti və təşəbbüsü ilə Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki (indiki Bülbül adına Orta İxtisas Musiqi Məktəbi, 1940-cı il) 10 illik musiqi məktəbinin skripka sinfinə qəbul olunur. Onun ixtisas müəllimi Üzeyir Hacıbəyovun dəvəti ilə Xarkov şəhərindən Bakıya gələrək, Azərbaycan Dövlət Konservatoriyasında skripka sinfi üzrə müəllim işləyən Nison İliç Simberov olub. Görkəmli incəsənət xadimlərimizdən Ə.Bədəlbəyli, C.Hacıyev, Ç.Hacıbəyov, Ə.Həsənov, T.Bakıxanov və başqaları onun yetirmələridir. Akif Bakıxanov bir solist kimi görkəmli bəstəkar Qara Qarayevə həsr etdiyi viola ilə simfonik orkestr üçün "Konsert-vokaliz"i müvəffəqiyyətlə ifa edib və həmin ifa hazırda qızıl fondda saxlanılır. A.Bakıxanov rus, Qərbi Avropa bəstəkarları ilə yanaşı, Azərbaycan bəstəkarlarının kamera-instrumental əsərlərini də ifaçılıq proqramına daxil edib. Tofiq Bakıxanovun viola və fortepiano üçün 1 saylı sonatasının və bəstəkarın "Elegiya" əsərinin ifaçısıdır. 1950-ci ildə o, Azərbaycan Dövlət Konservatoriyasına viola üzrə dosent Qrosmanın sinfinə təyin olunur və 1955-ci ildə oranı əla qiymətlərlə bitirir. Oxuduğu dövrdə müxtəlif proqramlarla tez-tez uğurlu çıxışları olur.
Məmmədxan Bakıxanov
Məmmədmirzə (Məmmədxan) Məmmədrza oğlu Bakıxanov (1890, Bakı – 20 fevral 1957, Bakı) — Azərbaycan çalğı musiqisinin görkəmli nümayəndəsi, tarzən, Azərbaycan SSR əməkdar artisti (1943). Məmmədxan Bakıxanov 1890-cı ildə Bakıda anadan olmuşdur. Məmmədxanın uşaqlıq və gənclik illəri İranda keçmişdir. O, hələ 7 yaşında ikən atası İranın Rəşt şəhərinə köçmüş və orada ticarətlə məşğul olmuşdur. Balaca Məmmədxan ilk təhsilini Rəştdə almışdır. O, gənc yaşlarından başlayaraq xalq musiqisinə böyük həvəs göstərmişdir. Məmmədxanın atası Məmmədrza kişi tacir olmasına baxmayaraq, musiqi həvəskarı idi. Deyilənə görə, Məmmədrza kişi tar, saz çalar, hərdən bir pəsdən zümzümə edərdi. Məmmədxan ilk musiqi təhsilini İranda almışdır. O, bir tarzən kimi 1916-cı ildən başlayaraq xalq məclislərində çıxış etmişdir.
Tofiq Bakıxanov
Tofiq Bakıxanov (tam adı: Tofiq Əhmədağa oğlu Bakıxanov; 8 dekabr 1930, Bakı) — Azərbaycanın görkəmli bəstəkarı, Azərbaycan SSR xalq artisti (1990), professor (1983). Tofiq Əhmədağa oğlu Bakıxanov 1930-cu il dekabr ayının 8-də Bakıda, görkəmli tarzən, Azərbaycanın xalq artisti Əhməd Bakıxanovun ailəsində dünyaya göz açıb. O, XIX əsrdə Azərbaycanın məşhur alimi, tarixçisi, şairi və ictimai xadimi Abbasqulu Ağa Bakıxanovun (təxəllüsü Qüdsi) nəticəsidir. Tofiq Bakıxanov ilk musiqi təhsilini Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası (indiki Bakı Musiqi Akademiyası) nəzdindəki onillik musiqi məktəbində (indiki Bülbül adına orta ixtisas musiqi məktəbi) skripka aləti üzrə respublikanın Əməkdar müəllimi M. İ. Simberovdan almışdır. Daha sonra Azərbaycan Dövlət Konservatoriyasında iki ixtisas üzrə təhsil almış, buranı 1953-cü ildə skripka ixtisası (Aleksandr Amitonun sinfi), 1957-ci ildə isə bəstəkarlıq ixtisası üzrə (professor Q. Qarayevin sinfi) bitirmişdir. Tələbəlik illərində T. Bakıxanov ifaçılıq fəaliyyəti ilə məşğul olaraq Azərbaycan Dövlət Simfonik Orkestrində, həmçinin Azərbaycan radiosunun simfonik orkestrində solist kimi çalışmışdır. T. Bakıxanovun yaradıcılığında kamera-instrumental və simfonik janrlı əsərlər üstünlük təşkil edir. O, üç balet ("Xəzər balladası", "Şərq poeması" və "Xeyir və Şər"), bəstəkar Nəriman Məmmədovla birlikdə yazdığı 3 musiqili komediya ("Altı qızın biri pəri", "Məmmədəli kurorta gedir", "Qız görüşə tələsir"), tar və müxtəlif alətlər ilə simfonik orkestr üçün 25 konsert, 20 sonata, 5 simfonik muğam ("Nəva", "Şahnaz", "Rahab", "Humayun", "Dügah"), 8 simfoniya, 6 simfonik poema, kamera musiqisi sahəsində 26 sonata, müxtəlif tərkibli ansambllar üçün əsərlərin, 100-dən artıq mahnı və romansın müəllifidir. Bəstəkar yarım əsrdən artıqdır ki, Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətlə məşğuldur. 23 noyabr 1973-cü ildə "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adına layiq görülmüşdür.
Tələt Bakıxanov
Tələt Soltan oğlu Bakıxanov (13 iyun 1927, Bakı – 30 may 2000, Bakı) — Azərbaycan kamançaçalanı, muğam ifaçısı, Azərbaycan SSR əməkdar artisti (1975). Tələt Bakıxanov 13 iyun 1927-ci ildə Bakı şəhərində anadan olmuşdur. Musiqiçi kimi yetişməsində əmisi Əhməd Bakıxanovun böyük rolu olmuşdur. 1945–1947-ci illərdə teatr texnikomunu bitirmiş, 1947–1949-cu illərdə isə Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Məktəbində kamança ixtisası üzrə Hafiz Mirzəliyevdən və Firuz Əlizadədən dərs almışdır. 1947-ci ildən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının mahnı və rəqs ansambılının solisti olmuşdur. Tələt Bakıxanov 30 may 2000-ci ildə Bakı şəhərində beyin insult xəstəliyindən vəfat etmişdir. Fransa, İndoneziya, Malta, İran, Türkiyə, Suriya kimi bir sıra xarici ölkələrdə qastrol səfərlərində olmuş, muğam üçlüyünün tərkibində görkəmli xanəndələri müşayiət etmişdir. Azərbaycan muğamlarının, xüsusilə, “Segah” instrumental muğamının gözəl ifaçılarından biri kimi tanınmışdır. Tələt Bakıxanov respublika və beynəlxalq əhəmiyyətli müsabiqələrin, simpoziumların iştirakçısı və qalibi olmuşdur. 1970–1980-cı illərdə Səmərqənd şəhərində keçirilən “Yaxın və Orta Şərq xalqları peşəkar musiqisinin ənənələri və müasirlik” mövzusunda birinci və ikinci beynəlxalq simpoziumlarinin iştirakçısı olmuş, Bəhram Mansurov, Canəli Əkbərov və Alim Qasımov kimi sənətkarlarla birgə Azərbaycan muğam ifaçılığı sənətini təmsil etmişdir.
Əhməd Bakıxanov
Əhmədağa Məmmədrza oğlu Bakıxanov (5 sentyabr 1892, Bakı – 26 mart 1973, Bakı) — Azərbaycan tarzəni, pedaqoq, Azərbaycan SSR xalq artisti (1973), Azərbaycan SSR əməkdar müəllimi (1943). Əhməd Bakıxanov 5 sentyabr 1892-ci ildə Bakıda anadan olmuşdur. İlk musiqi təhsilini İranda almış, 1920-ci ildən Bakıda musiqi məclislərində və konsertlərdə ifa etmişdir. 1930-cu illərdən Üzeyir Hacıbəyovun dəvəti ilə Azərbaycan Dövlət Konservatoriyasında, daha sonra Azərbaycan Dövlət Musiqi Kollecində muğamdan dərs demişdir. 1931-ci ildə Xalq Çalğı Alətləri Ansamblını yaratmış, ömrünün sonunadək bu ansambla rəhbərlik etmişdir. 1973-cü ildən həmin ansambl Əhməd Bakıxanovun adını daşıyır. Ə. Bakıxanov "Azərbaycan xalq rəngləri" (1964), "Azərbaycan ritmik muğamları" (1968), "Muğam, mahnı, rəng" (1975) kimi not nəşrlərinin müəllifidir. Əhməd Bakıxanovun ifasından bir çox instrumental muğamlar — "Rast", "Şur", "Bayatı-Şiraz", "Segah-Zabul", "Rahab", "Şüştər", "Hümayun", "Şahnaz" muğamları bəstəkar Nəriman Məmmədov tərəfindən nota salınaraq çap olunmuşdur. Ə. Bakıxanovun mənzilində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı yaradılmış, burada tarzənin xalq çalğı alətlərindən ibarət zəngin kolleksiyası nümayiş olunur. 26 mart 1973-cü ildə vəfat etmiş, İkinci Fəxri Xiyabanda dəfn olunmuşdur.
Əhmədxan Bakıxanov

A.A.Bakıxanov adına Tarix İnstitutu
Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının elmi müəssisəsi. == Tarixi == Azərbaycan tarixinin kompleks şəkildə araşdırılmasına və tarixi tədqiqatların məqsədyönlü surətdə təşkilatlandırılması işinə hələ 1923-cü ildə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılması ilə başlanılmışdır. Bununla, əslində, Azərbaycan tarixi problemlərinin elmi surətdə araşdırılması və ümumiləşdirilməsi işini həyata keçirə biləcək akademik elmi-tədqiqat institutunun – bugünkü Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun özülü qoyulmuşdur. Elmi-tədqiqat işlərinin xeyli genişlənməsi nəticəsində 1929-cu ildə həmin cəmiyyətin bazasında yaradılan Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun tərkibində Tarix və Etnoqrafiya şöbəsi yaradılmışdır. 1932-ci ildə həmin İnstitut SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Sektorunun tərkibinə daxil edilmişdir. 1935-ci ildə bu sektorun bazasında SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialı nəzdində müstəqil Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutu yaradılması barədə qərar qəbul olunmuşdur. İnstitut 1936-cı ildən fəaliyyətə başlamışdır. SSRİ Elmlər Akademiyası Azərbaycan Filialı tərkibində Tarix İnstitutu ayrıca bir elmi-tədqiqat müəssisəsi kimi 1940-cı ildən fəaliyyətə başlamışdır. 1945-ci ildə Azərbaycan SSR EA təşkil olunarkən Tarix İnstitutu müstəqil elmi müəssisə kimi onun tərkibinə daxil edilmişdir. Sonradan 1951-ci ildə Tarix İnstitutu Azərbaycan SSR Elmlər Akademiyası Tarix və Fəlsəfə İnstitutuna çevrilmiş və 1956-cı ildə Azərbaycan EA Rəyasət Heyəti yanında Fəlsəfə sektoru yaradıldıqdan sonra yenidən əvvəlki adı ilə müstəqil institut kimi fəaliyyət göstərməyə başlamışdır.
A.Bakıxanov adına Tarix İnstitutu

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu

Abbasqulu Ağa Bakıxanov
Abbasqulu ağa Mirzə Məhəmməd oğlu Bakıxanov (təxəllüsü: Qüdsi; 21 iyun 1794, Əmircan – 31 may 1847, Məkkə, Həbəşistan əyaləti) — Azərbaycan şairi, yazıçı, alim, mütəfəkkir və tərcüməçi. Azərbaycanın ilk tarixçisi hesab olunur. Bir çox məşhur Azərbaycan tarixi əsərlərinin müəllifi Azərbaycan tarix elminin əsasının qoyan ilk tarixçi XIX əsr Azərbaycan maarifçilərindən biri olan Abbasqulu ağa Bakıxanov "Gülüstani-İrəm" əsəri ilə Azərbaycan tarixşünaslıq elminin əsasını qoymuşdur. "Qüdsi" təxəllüsü ilə Azərbaycan, ərəb və fars dillərində şeirlərin müəllifidir. Qubada "Gülüstan" adlı elmi-ədəbi məclisin (1835) təşkilatçılarından biri olmuşdur. 1820–1830-cu illərdə Çar Rusiyası ordusunda qulluq etdiyi zaman Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinin imzalanmasında tərcüməçi kimi iştirak etmişdir. == Həyatı == Abbasqulu ağa Bakıxanov 1794-cü il 21 iyun Bakının Əmircan kəndində anadan olmuşdur. Onun atası II Mirzə Məhəmməd Xan Bakı xanları nəslindən, anası Sofiya xanım isə müsəlmanlığı qəbul etmiş gürcü qızı idi. Bakıxanov 8 yaşına qədər Bakıda yaşamış, uşaqlığının ilk dövrünü Abşeronun Əmircan, Maştağa, Balaxanı kəndlərində keçirmişdir.1802-ci ildə atası xanlıq taxtı uğrunda vuruşmalarda öz əmisi oğlu Hüseynqulu xana məğlub olduğuna görə məcburiyyət qarşısında qalaraq Qubaya, vaxtı ilə dayısı Fətəli xanın ona bağışladığı Amsar kəndinə köçməli olmuşdur. Abbasqulu ağa 1819-cu ilədək Qubada, Amsar kəndində yaşamış, yarımçıq qalan təhsilini davam etdirmişdir.
Abbasqulu Ağa Bakıxanovun Ev-Muzeyi
Abbasqulu Ağa Bakıxanovun Ev-Muzeyi — 7 iyul 1999-cu il tarixində Amsar kəndində istifadəyə verilən A. A. Bakıxanovun Ev Muzeyi Azərbaycanın görkəmli, tarixi şəxsiyyəti A. A. Bakıxanovun XVIII əsrdə yaşadığı ərazidə yaradılmışdır. Ekspozisiyada A. A. Bakıxanovun dövrünü və onun həyatını əks etdirən tarixi eksponatlar nümayiş olunur. == Muzeyin yaranması == Qubada, Amsar kəndi XIX əsrə aid binada – vaxtilə Bakıxanovların yaşadıqları evdə A. Bakıxanovun ev-muzeyi yaradılıb.. == Muzeyin eksponatları == Abbasqulu Ağa Bakıxanovun bir sıra şəxsi əşyaları burada qorunub saxlanılır. Muzeydə Abbasqulu Ağa Bakıxanovun "Gülüstan" elmi-ədəbi məclisinin eksponatlar, müəllifinin əsərlərindən ibarət kitablar toplusu, xalçalar, əlyazmalar və möhürü qorunur. Ümumilikdə isə muzeyin fondunda 300-dək eksponant saxlanılır. Muzeydə A. A. Bakıxanovun bəzi əlyazmaları, əsərlərindən ibarət kitablar toplusu və xalçalar mühafizə olunur. Ziyarətçilər burada görkəmli yazıçının şəxsi möhürünü də görə bilərlər. Bu möhür şəxsi əşyalar arasında ziyarətçilərin ən çox diqqətini çəkən eksponatdır. Muzeydə "Gülüstan" adlı elmi-ədəbi məclisin fəaliyyətini əks etdirən bəzi sənədlər də qorunub saxlanılır.
Abdulla ağa Bakıxanov
Abdulla ağa Bakıxanov (1824, Tiflis, Gürcüstan quberniyası – 20 iyul 1879, Tiflis) — Rusiya imperiyasının azərbaycanlı hərbi xadimi, general-mayor, məşhur azərbaycanlı ictimai xadim Abbasqulu ağa Bakıxanovun qardaşı (ata xətti ilə), yazıçı və maarifçi. == Həyatı == Abdulla ağa Bakıxanov 1824-cü ildə Bakı xanlığının üçüncü xanı II Mirzə Məhəmməd xanın ailəsində anadan olmuşdur. Hərbi xidmətə başladıqdan sonra Qafqaz ordusunun süvari bölməsində yer almışdır. 1843-cü ilin martında zabit, 1859-cu ildə polkovnik, 1871-ci ildə general-mayor rütbəsinə yüksəlməyi bacarmışdır. Abdulla ağa 1877-1878-ci illərdə Rusiya-Osmanlı müharibəsi zamanı Qafqaz ordusunun süvari alayında xidmət etmiş, Qafqaz müharibəsində yer almışdır. Cəfərqulu ağanın vəfatından sonra Bakıxanovlar nəslinin qanuni varisi Abdulla ağa olmuşdur. Onun general olmasını təsdiq edən iki arxiv sənədi var. Birincisi Azərbaycan Dövlət Tarix Muzeyindədir. Həmin sənəd 29 aprel 1894-cü ilə aiddir. Sənədə əsasən 1859-cu ildə qubalı zadəgan, polkovnik Ağabəy Sadıqov Quba qəzasındakı Xudat adlı kəndini hazırda general-mayor rütbəsində olan Abdulla ağa Bakıxanova dövlət qanunu ilə satmışdır.
Bakıxanov (Sabunçu)
Bakıxanov, (1936–1992 Razin) — Bakının Sabunçu rayonunda şəhərtipli qəsəbə. Bakıxanov qəsəbəsi 1936-cı ildə qəsəbə statusu almış, Stepan Razin qəsəbəsi adı verilmiş və 29 aprel 1992-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi adlandırılmışdır. Qəsəbə Bakı dəmir yolu stansiyasından 10 km məsafədə yerləşir. Ərazisi 12 km²-dir. Bura Bakının ən yaşıl qəsəbələrindən biridir. Bu gün burada geniş abadlıq-quruculuq işlərini müşahidə etmək olar. Burada bir çox bağça, bir neçə park vardır. Qəsəbənin mərkəzi hissəsiylə uzanan xiyaban var. == Tarixi adı == Bakıxanov qəsəbəsi Bakı şəhəri Sabunçu rayonunda yerləşir. Bakıxanov qəsəbəsinin ən qədim yerli adının mənasının araşdırmasında AMEA Coğrafiya İnstitutunun toponimika üzrə mütəxəssisi c.ü.f.d.
Bakıxanov (dəqiqləşdirmə)
Bakıxanov — Əsasən Bakı xanlarının soy daşıyıcılarının soyadı. Abbasqulu ağa Bakıxanov — Azərbaycan şairi, yazıçısı, alimi, mütəfəkkiri və tərcüməçisi. Əhməd Bakıxanov — tarzən, pedaqoq, musiqi xadimi Tofiq Bakıxanov — Azərbaycanın görkəmli bəstəkarı Həsən ağa Bakıxanov — Rusiya İmperiyasının generalı, general-mayor (1880) Məmmədxan Bakıxanov — Azərbaycan çalğı musiqisinin görkəmli nümayəndələrindən biri, tarzən, Abdulla ağa Bakıxanov — Rusiya imperator ordusunun general-mayoru Tələt Bakıxanov — Azərbaycan kamança ifaçısı Akif Bakıxanov — musiqiçi. Cəfərqulu ağa Bakıxanov — general-leytenant.
Bakıxanov (qəsəbə)
Bakıxanov, (1936–1992 Razin) — Bakının Sabunçu rayonunda şəhərtipli qəsəbə. Bakıxanov qəsəbəsi 1936-cı ildə qəsəbə statusu almış, Stepan Razin qəsəbəsi adı verilmiş və 29 aprel 1992-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi adlandırılmışdır. Qəsəbə Bakı dəmir yolu stansiyasından 10 km məsafədə yerləşir. Ərazisi 12 km²-dir. Bura Bakının ən yaşıl qəsəbələrindən biridir. Bu gün burada geniş abadlıq-quruculuq işlərini müşahidə etmək olar. Burada bir çox bağça, bir neçə park vardır. Qəsəbənin mərkəzi hissəsiylə uzanan xiyaban var. == Tarixi adı == Bakıxanov qəsəbəsi Bakı şəhəri Sabunçu rayonunda yerləşir. Bakıxanov qəsəbəsinin ən qədim yerli adının mənasının araşdırmasında AMEA Coğrafiya İnstitutunun toponimika üzrə mütəxəssisi c.ü.f.d.
Bakıxanov bələdiyyəsi
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. == Binəqədi rayonu == == Xətai rayonu == == Xəzər rayonu == == Qaradağ rayonu == == Nərimanov rayonu == == Nəsimi rayonu == == Nizami rayonu == == Pirallahı rayonu == == Sabunçu rayonu == == Səbail rayonu == == Suraxanı rayonu == == Yasamal rayonu == == Şəkillər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Bakıxanov qəsəbəsi
Bakıxanov, (1936–1992 Razin) — Bakının Sabunçu rayonunda şəhərtipli qəsəbə. Bakıxanov qəsəbəsi 1936-cı ildə qəsəbə statusu almış, Stepan Razin qəsəbəsi adı verilmiş və 29 aprel 1992-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi adlandırılmışdır. Qəsəbə Bakı dəmir yolu stansiyasından 10 km məsafədə yerləşir. Ərazisi 12 km²-dir. Bura Bakının ən yaşıl qəsəbələrindən biridir. Bu gün burada geniş abadlıq-quruculuq işlərini müşahidə etmək olar. Burada bir çox bağça, bir neçə park vardır. Qəsəbənin mərkəzi hissəsiylə uzanan xiyaban var. == Tarixi adı == Bakıxanov qəsəbəsi Bakı şəhəri Sabunçu rayonunda yerləşir. Bakıxanov qəsəbəsinin ən qədim yerli adının mənasının araşdırmasında AMEA Coğrafiya İnstitutunun toponimika üzrə mütəxəssisi c.ü.f.d.
Bakıxanovlar
Bakıxanovlar — Azərbaycan xalqının tanınmış soylarından biri. Bu soyun nümayəndələri 1747-ci ildən 1806-ci ilədək Bakıda xanlıq ediblər. == Soyun yaranması == Bu soyun əcdadları 1592-ci ildən sonra Bakıya gəldilər. Abbasqulu ağa Bakıxanovun dediyinə görə nəslin əcdadları Malati hökmdarı Sultan Əhməd xanın səltənətinin sonu mənasına gəldiyi bəlli olan "Xan Əhməd məsələsi" ndən sonra Gilandan Bakıya köçmüşlər. O, iddia edir ki, Bakı xanlarının əcdadları Təbəristanda hakim olan Nur və Kucur hökmdarlarından,yəni Paduspanilərdən gəlir. Sülalənin ilk tanınmış üzvləri Məmmədhüseyn bəy və oğlu Heybət bəy idi. Heybət bəyin böyük oğlu Dərgahqulu bəy Maştağada şəhəri ələ keçirmiş və Səfəvilərin təyin etdiyi sultanı öldürmüş mülk sahibi idi, daha sonra özünü xan, Səlim xanı isə Abşeronun naibi təyin etmişdi. Surxay xanın və daha sonra Şirvanlı Hacı Davudun qüvvələrini məğlub edərək hakimiyyətini Şabran və Qobustana qədər uzatdı. Ancaq döyüşdə kiçik qardaşı Hüseyni itirdi. Dərgahqulu 1723-cü ildə 700 əsgərlə birlikdə Mixail Matyuşkinə qalanı təslim etdi və Rusiya imperiyası tərəfindən yerli hökmdar kimi qəbul edildi.
Cəfərqulu ağa Bakıxanov
Cəfərqulu ağa Mirzə Məhəmməd xan oğlu Bakıxanov (6 fevral 1796, Quba xanlığı – 1867, Quba) — zadəgan, general-leytenant. == Həyatı == Bəzi mənbələrdə 1796 ya da 1799-cu ildə anadan olduğu deyildi. Lakin son araşdırmalarda onun 1793-cü il fevralın 6-da Qubada II Mirzə Məhəmməd xan və Sofiya xanımın ailəsində anadan olduğu ortaya çıxdı. 1827-ci ildə Müşkür və 1830-cu illərdə Şabran mahallarının titul naibini almışdır. Buduqun da naibi idi. 1820-ci ildə orduya qoşuldu. Rusiya-İran müharibəsi onun ilk hərbi təcrübəsi, ardınca Rusiya-Osmanlı müharibəsi idi. Ərzurum Serasker Salih Paşanın tutulduğu Mil döyüşündə iştirak etdi. Hasankale və Ərzurumun tutulmasından sonra podporuçik (leytenant) rütbəsinə qaldırıldı. == Həbsi == Quba sakinləri 1837-ci ildə rusların zülmünə və Cəfərqulunun sərt vergi tətbiqinə qarşı üsyan etdilər.
Həsən ağa Bakıxanov
Həsən ağa Bakıxanov — Rusiya imperiyasının generalı, general-mayor (1880). == Həyatı == Cəfərqulu ağanın ölümündən sonra onun üç övladı qalmışdı: Həsən ağa, Əhməd ağa və qızı Nurcahan xanım. Oğlanlarının hər ikisi atasının yolu ilə gedib, onun hərbi işini davam etdirmişlər. Böyük oğlu Həsən ağa general-mayor, kiçiyi Əhməd ağa isə qvardiya polkovniki rütbəsinə qədər yüksəlmişdir. Həsən ağa Bakıxanov 1834-cü ildə Qubada anadan olmuşdur. On dörd yaşında Tiflis kadet korpusunu bitirən Həsən ağa hərbi təhsilini artırmaq üçün Peterburqdakı paj korpusuna daxil olur. Hərbi məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra o, xidmət etmək üçün Əlahiddə Qafqaz Ordusuna göndərilir. Dəfələrlə hərbi yürüşlərdə iştirak etdiyinə görə orden və medallarla təltif olunmuşdur. 1894-cü ildə tərtib olunmuş bir arxiv sənədində general-mayor Həsən ağa Bakıxanovun təltif olunduğu orden və medallar qeydə alınmışdır. O, üçüncü dərəcəli Müqəddəs Vladimir, üzərində igidliyə görə yazısı olan dördüncü dərəcəli Müqəddəs Anna, ikinci və üçüncü dərəcəli Müqəddəs Stanislav, bundan başqa yüz on altı nömrəli ikinci dərəcəli hərbi fərqlənmə ordeni, Georgi lenti üzərində qızıl medalla, Müqəddəs hərbi Georgi ordeninin yüz illiyi şərəfinə buraxılmış bürünc medalla, 1877–1878-ci il müharibəsi xatirəsinə buraxılmış tunc bürünc medal və Qafqazda xidmətinə görə xaçla təltif olunub.
Əhməd Bakıxanov adına İncəsənət Məktəbi (Sumqayıt)
Əhməd Bakıxanov adına İncəsənət Məktəbi — Sumqayıtda musiqi məktəbi Sumqayıt şəhər H.Z.Tağıyev qəsəbəsində 1936-cı ildə xüsusi layihə üzrə tikilmiş bina 1982-ci ilin sentyabrından incəsənət məktəbi kimi fəaliyyət göstərmişdir. Sumqayıt Şəhər Xalq Deputatları Soveti Rəyasət Heyətinin 3 aprel 1992-ci il 16 saylı protokolu ilə məktəbə görkəmli dövlət xadimi, tarzən Ə. Bakıxanovun adı verilmişdir. Məktəbin 35 sinif otağı, kitabxanası, 150 nəfərlik konsert zalı var. Burada fortepiano, skripka, tar, kamança, qarmon, klarnet, nağara, rəsm ixtisasları üzrə 415 nəfər şagird təhsil alır. 84 nəfərdən ibarət müəllim kollektivi şagirdlərə musiqi sənətinin incəliklərini öyrədir. İncəsənət məktəbində müəllim və şagirdlərdən ibarət xalq çalğı alətləri ansamblı, xor kollektivi fəaliyyət göstərir ki, onlar vaxtaşırı şəhər və qəsəbə tədbirlərində iştirak edir. 2004-cü ildə keçirilmiş "İstedad-2004" müsabiqəsində iştirak edən məktəbin şagirdlərindən Mustafayev Elşən qalib, Sadıqzadə Turanə isə diplomant elan olunmuşdur. Ə.Bakıxanov adına İncəsənət Məktəbinə hal-hazırda Vasif Heydərov rəhbərlik edir.
Məmmədrza bəy Bakıxanov
Məmmədrza bəy Məmmədcəfər bəy oğlu Bakıxanov (təq. 1862 — 4 iyul 1919, Bakı) ― Bakıxanovlar ailəsindən mülkədar və tacir. Məmmədcəfər bəy Bakıxanovun və Qızxanım xanımın övladı idi. Hənifə bəy və Haşım bəy adlı qardaşları, Bəyim xanım, Bala xanım, Səlmə xanım və Gülsüm xanım adlı bacıları vardı. Həmçinin Mirzə Fərəc Rzayevin xalasıoğlu idi. Eldar İsmayılovun araşdırmasına görə 1872-ci il martın 30-da Bakı Bəy Komissiyasına verilən ərizədə onun 10 yaşı göstərilirdi. 1890-cı illərdə Məmmədrza bəy ticarətlə məşğul olurdu: buz satır, buğda, qoyun və s. alır, buzlaq, çayxana kimi mülkləri var idi. Adı 1895-ci il noyabrın 15-də Bakı şəhərində törədilmiş bir qətlin istintaqı zamanı hallanmışdır. Müstəntiq S. D. Staroselski, Məmməd Rza bəyi qatillərə rüşvət verməkdə günahlandırılaraq 1897-ci il fevralın 27-də Bakı rayon məhkəməsi tərəfindən müddətsiz ağır işlərə sürgünə, yəni ömürlük məhkum etmişdir. Tiflis Ədliyyə Məhkəməsinə apellyasiya şikayəti verdikdən sonra Rusiyanın tanınmış hüquqşünası Fyodor Plevako tərəfindən müdafiə edilmişdir.
İmam Rza məscidi (Bakıxanov)
İmam Rza məscidi — Sabunçu rayonunun ən böyük məscidlərindən biridir. İmam Rza məscidinin təməli 1993-cü ildə qoyulmuş, 2008-ci ildə tam başa çatdırılmışdır. Məscid 1997-ci ildə əhali tərəfindən tikilib. Binə ağsaqqallarının müraciətləri əsasında Heydər Əliyev Fondu İmam Rza məscidinin yenidən qurulması missiyanı öz üzərinə götürmüş, ibadət evi 2013-cü il iyunun 6-da istifadəyə verilmişdir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Xəzər rayonundan Milli Məclisin deputatı Mehriban Əliyeva və qızı Arzu Əliyeva açılışda iştirak etmişlər. İmam Rza məscidinin təməli 1993-cü ildə qoyulmuş, 2008-ci ildə tam başa çatdırılmışdır. Göstəricilərinə görə, Sabunçu rayonu rayonunun ən böyük məscidlərindən biridir. Qoşa minarəsinin hündürlüyü 32 metrdir. Mehrabın qarşısında Qurani-Kərimdən ayələr yazılmışdır. İbadət zalı təxminən 400 kvadratmetr olan məsciddə eyni vaxtda 500 nəfərin namaz qılması üçün bütün zəruri şərait yaradılmışdır.
Bakıdan Göy-gölədək
Bakıdan Göy-gölədək qısametrajlı sənədli filmi rejissor Həsən Seyidbəyli tərəfindən 1947-ci ildə çəkilmişdir. Bakı Kinostudiyasında istehsal edilmişdir. Mənzərə filmi tamaşaçıları doğma Azərbaycana səyahətə çıxarır. == Məzmun == Mənzərə filmi tamaşaçıları doğma Azərbaycana səyahətə çıxarır. Kinooçerk köhnə və yeni Bakıya, Bakıdan müxtəlif istiqamətlərə gedən dəmir yol xətlərinə, Gəncəyə, Göy-gölə həsr olunmuşdur. == Film haqqında == Film ilk rəngli sənədli filmdir. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: İmran Qasımov Rejissor: Həsən Seyidbəyli Operator: Əsgər İsmayılov == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Bakıdan Göy-gölədək (film, 1947)

Bakugan
Bakuqan Döyüşçüləri (爆丸 バトルブローラーズ, Bakugan Batoru Burōrāzu, ing. Bakugan Battle Brawlers) — Mitsuo Haşimotonun rəhbərliyi altında TMS Entertainment, Dentsu Inc. və Nelvana Limited tərəfindən istehsal olunan macəra janrında Yapon-Kanada anime serialı. Hekayə Bakuqan adlanan canlılar və onlara sahib olan "Döyüşçülər"in həyatı haqqındadır. Bakuqan franşizasının özü Sega Toys və Spin Master arasında ortaq bir müəssisədir. Orijinal yayımının Yaponiyadakı TV Tokyo telekanalında olmasına baxmayaraq, serial 2 mövsümü (Yeni vestroya and Qundaliyalı işğalçılar) izlədi və premyerası Yaponiyadan əvvəl ABŞ və Kanadada nümayiş olundu. Dördüncü və final mövsümü olan Mexanan dalğası (ing. Mechtanium Surge), heç vaxt Yaponiyada yayımlanmadı, ancaq bunun əvəzində Şimali Amerika marketlərində nümayiş olundu, amma yapon eksklüziv manqa seriyası Baku Tech! Bakugan 15 avqust 2010-cu ildən 15 yanvar 2014-cü ilədək fəaliyyət göstərdi. Bu seriya Baku Tech!
Bakuman
Bakuman. (yap. バクマン。) — Death Note müəllifləri Tsuqumi Oba və Takeşi Obata tərəfindən yaradılmış manqa və eyni adlı anime serial. == Məzmun == Rəsm bacarığı olan Maşiro Moritakaya onun sinif yoldaşı Taqaki Akito birlikdə Yaponiyanın ən böyük manqakaları olmağa təklif edir. Maşiro bu yoluynan öz sevdiyi qız — Miho Azukiya ilə evlənmək istəyir, Taqaki isə öz yazıçı talantı ilə ona kömək etməyə çalışır. == Media == === Manqa === Manqanın birinci fəsili Weekly Shonen Jump jurnalında 2008-ci ilin avqustun 11-də çıxıb. Serialın sonuncu fəsili həmin jurnalda 2012-ci ilin aprelın 23-də çıxıb. Beləliklə, üzə çıxmış 176 fəsil 2009-cu ilin yanvarın 5-i və 2012-ci ilin iyulun 4-ü arasında nəşr olunmuş 20 cild tankobonlarda toplanmışdılar. Serialın bir nəçə fəsili Jumpland rəsmi saytında yapon, ingilis, fransız və alman dillərində çıxdı; birinci fəsil 2008-ci ilin avqustun 19-da çıxdı.
Bakuqan
Bakuqan Döyüşçüləri (爆丸 バトルブローラーズ, Bakugan Batoru Burōrāzu, ing. Bakugan Battle Brawlers) — Mitsuo Haşimotonun rəhbərliyi altında TMS Entertainment, Dentsu Inc. və Nelvana Limited tərəfindən istehsal olunan macəra janrında Yapon-Kanada anime serialı. Hekayə Bakuqan adlanan canlılar və onlara sahib olan "Döyüşçülər"in həyatı haqqındadır. Bakuqan franşizasının özü Sega Toys və Spin Master arasında ortaq bir müəssisədir. Orijinal yayımının Yaponiyadakı TV Tokyo telekanalında olmasına baxmayaraq, serial 2 mövsümü (Yeni vestroya and Qundaliyalı işğalçılar) izlədi və premyerası Yaponiyadan əvvəl ABŞ və Kanadada nümayiş olundu. Dördüncü və final mövsümü olan Mexanan dalğası (ing. Mechtanium Surge), heç vaxt Yaponiyada yayımlanmadı, ancaq bunun əvəzində Şimali Amerika marketlərində nümayiş olundu, amma yapon eksklüziv manqa seriyası Baku Tech! Bakugan 15 avqust 2010-cu ildən 15 yanvar 2014-cü ilədək fəaliyyət göstərdi. Bu seriya Baku Tech!
Hacıxan
Anbaq-i Hacıxan (Əhər) — İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. Təzəkənd-i Hacıxan (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd.
Baksan
Baksan (şəhər) — Qafqazda şəhər.
Barxan
Barxan — səhralarda küləyin təsiri altında sovrulan qum təpəsi. == Haqqında == Barxan təpəsi planda oraq və ya nal şəklində göstərilir. Küləktutan yamacı az meyilli, küləktutmayan yamacı isə dik və qısa olur. Barxan küləyin rejimindən asılı olaraq tirə, təpə formasında olur və öz yerini dəyişir. Böyük Səhrada, Liviya və Nubiya səhralarında hündürlüyü 100 metrdən çox olan barxanlar var. == Ədəbiyyata gətirilməsi == Barxan, adını aldığı Türküstan kimi daxili hissələrdəki açıq çöl rayonlarının səciyyəvi xüsusiyyətini təşkil edir. Bu sözü 1881-ci ildə Rus təbiətşünas Alexander von Middendorun elmi ədəbiyyata gətirdiyi qəbul edilir. == Barxan ehramlar == Barxan ehramlar piramidal dyunlar, ulduzvari dyunlardır. Piramidal formalı qum yığınları. Barxan ehramları sadə-bir mərkəzdə birləşən eyni ölçülü, dik yamaclı tirələrdən və kompleks (mürəkkəb) — bir neçə zirvəsi olan, bir çox müxtəlif ölçülü tirələrdən ibarət formaları olur.
Bakkan
Bakkan (vyet. Bắc Kạn) — Vyetnamın şimalında şəhər. birinci dərəcəli inzibati vahid, Bakkan vilayətinin inzibati mərkəzi. Şəhərin əsası 1880-ci ildə Kau çayı yaxınlığında qala kimi qoyulmuşdur. Bakkan qərbdə Tyodonq, (şimal və şimal-şərqdə Batthonq, cənub-şərq və cənub-qərbdə Tyomoy mahalları ilə həmsərhəddir. Şəhərin sahəsi 137 km2-dir. İnzibati cəhətdən 6 şəhər məhəlləsinə və 2 icmaya bölünür.
Babaxan (Bicar)
Babaxan (fars. باباخان‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 84 nəfər yaşayır (16 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Bakının mühasirəsi
Bakının işğalı və ya Bakının tutulması — Rusiyanın Xəzəryanı bölgələrə hərbi yürüşü zamanı (1722-1723) baş vermiş döyüşlərdən biridir. Bakının hələ 1722-ci ildə, Dərbəndin alınmasından sonra işğal edilməsi planlaşdırılırdı, lakin dənizdə baş verən davamlı tufanlar bunu həyata keçirməyə imkan vermədi. Bakının dənizdən mühasirəsi 1723-cü ilin iyulunda başladı. 4 günlük güclü bombardmandan sonra bakılılar təslim olublar. == Zəmin == Dərbəndin işğalından sonra Rusiyaya qayıdan I Pyotr böyük hərbi-strateji və iqtisadi əhəmiyyət kəsb edən Bakı qalasını almaq üçün plan tərtib etdi. Bakının tutulması Rusiya imperiyasına Xəzər dənizində iri dəniz limanlarından birini əldə etməyə imkan verirdi ki, bu da gələcəkdə rus tacirlərinə Şərq ölkələri ilə dəniz yolu ilə fəal ticarət aparmağa imkan verəcəkdi. Çar hökuməti Bakının neft yataqlarının istismarında çox maraqlı idi. Abşerondakı neft quyularının əksəriyyəti xanın mülkiyyəti idi. Ağ neft çıxarılan quyular daşla bağlanırdı və bu lövhədə Bakı xanının adı yazılırdı. I Pyotr bu yerlərdə möhkəmlənmək üçün Xəzərsahili vilayətlərdən, xüsusən Bakıdan yerli camaatı – azərbaycanlıları köçürüb, onların torpaqlarında erməniləri, gürcüləri və rusları yerləşdirmək, özünə xaçpərəstlərdən ibarət istinadgah yaratmaq istəyirdi.
Bakının açarı
Bakının Açarı — 2022-ci ildə çəkilmiş Azərbaycan Film Akademiyası filmidir. Quruluşçu rejissor və ssenari müəllifi Zaur Tahirsoydur. Layihə Azərbaycan Film Akademiyası Postmodern Aktyorluq Məktəbinin tədris proqramı çərçivəsində ərəsəyə gətirilib == Məzmunu == Xanlıqlar dövründə Bakının yeraltı şəhərinin açarı rusların əlinə keçir. Açar ruslarda olsa da Bakının yeraltı şəhərinin yerini ancaq Bakının qoruyucuları bilir. Qoruyuculardan sonuncusu günümüzdə tarix müəllimi işləyir. O açarı ələ keçirmək üçün şəhərin ən yaxşı 5 oğrusunu bir araya yığıb açarı rusların Bakıdakı tarix muzeyindən oğurlamaq planı qurur. Ruslar da muzeydə açarın oğurlanmasını gözləyir ki, qoruyucunun izinə düşsünlər. Tanıtım linki == Filmin janrı == Film Macəra janrındadır. == Yaradıcı heyət == Quruluşçu rejissor: Zaur Tahirsoy Ssenari müəllifi: Zaur Tahirsoy Quruluşçu operator: Elvin Mikail Montaj: Azflix Pro === Aktyor heyəti === Azərbaycan Film Akademiyası aktyor və aktrisa heyəti: Urfan Cabbarlı Nərmin Əhməd Vüsal Dastan Anar Əli İbrahim Əlizadə Fidan İsmayılova Maya Hüseynli == Çəkiliş yerləri == • Filmin çəkilişi Azərbaycan Film Akademiyasında aparılıb.
Tuncer Bakırhan
Tuncer Bakırhan (1970, Qayadibi[d], Qars ili) — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı, DEM Partiyasının həmsədri. Tuncer Bakırhan 1970-ci ildə Qars ilinin Susuz ilçəsində anadan olub. İbtidai və orta təhsilini Qarsda alıb. Bursa Uludağ Universiteti İqtisadiyyat Bölməsindən məzun olub. Siyasi fəaliyyəti ərzində HEP, DEP, HADEP, DEHAP, DTP, BDP, HDP və DEM üzvü olub. 2003-2005-ci illərdə DEHAP sədri olub. 2014-cu ildə Siirt bələdiyyəsinin sədri seçilib. 2016-cı il noyabrın 16-da “PKK/KCK üzvü olmaq” ittihamı ilə həbs edilib və əvəzinə qəyyum təyin edilib. 2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Siirt ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. 15 noyabr 2023-cü ildə HEDEP həmsədri seçilib.
Bakının işıqları
Bakının işıqları tammetrajlı bədii filmi rejissorlar Aleksandr Zarxi, Rza Təhmasib və İosif Xeyfits tərəfindən 1950-ci ildə ekranlaşdırılmışdır. Bakı Kinostudiyasında istehsal edilmişdir. Film Bakı neftçiləri haqqındadır. Əsas rolları Mirzəağa Əliyev, Mərziyyə Davudova, Nikolay Oxlopkov, Rza Təhmasib və Nəcibə Məlikova ifa edirlər. == Məzmun == Film Bakı neftçiləri haqqındadır. Hadisələr 30-cu illərdə başlayır və II Dünya müharibəsi illərində daha da inkişaf edir. Bu vaxt Bakı neft mədənləri artıq yeni texnika ilə təchiz edilmişdi, açıq dənizdə yeni qazma üsulları sınaqdan çıxarılmışdı. Neftçilər alman-faşist işğalçılarına qarşı döyüşən ordunu bol yanacaqla təchiz etmək və qələbəni yaxınlaşdırmaq üçün fədakarcasına çalışırdılar. Filmin sonunda görürük ki, müharibədən sonrakı ilk illərdə Bakıda yeni neft buruqlarının işıqları yandırıldı. Hadisələrin fonunda usta Əlibala (Mirzəağa Əliyev) və onun neftçilər briqadası üzvlərinin əmək qəhrəmanlığı, fədakarlığı, gündəlik qayğıları və şəxsi həyatı öz əksini tapmışdır.
Bakının dastanı
== Bakının Dastanı (poema) == Bakının Dastanı — Səməd Vurğunun Azərbaycan ədəbiyyatında mühüm yer tutan epik poemasıdır. Bu əsər Bakının təbiətini, tarixi irsini və xalq üçün əhəmiyyətini əks etdirir. Əsərdə Bakının yalnız təbii gözəllikləri deyil, onun zəngin tarixi keçmişi və müasir həyatı təsvir olunur. == Məzmun == Poema proloqla başlayır. Burada şair Bakını uzun müddətdir tərənnüm etməyi arzuladığını və nəhayət bu arzunu gerçəkləşdirdiyini bildirir. O, Bakını "böyük bir dəniz" kimi təsvir edərək bu şəhəri dərin məhəbbətlə vəsf edir. Şairin Bakıya olan sevgi və ehtiramı əsərin hər sətrində hiss olunur. İlk nəğmədə şair Bakı baharının gözəlliklərindən bəhs edir. Sakin hava, duru dəniz və səhər mənzərələri şairə ilham verir və onun qəlbində şəhərə qarşı duyğularını gücləndirir. Bakı baharı, şair üçün böyük ilham qaynağına çevrilir.
Babaxan Babayev
Babaxan Muradov
Babaxan Sultan oğlu Muradov (21 mart 1927, Nəsirvaz, Naxçıvan MSSR – bilinmir) — Azərbaycan Respublikasının Milli Məclisi I çağırış deputatı, Dünya Azərbaycanlıları Konqresi Ağsaqqallar Şurasının sabiq sədri, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sabiq katibi, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının əvvəlcə maarif nazirinin müavini sonra isə maarif naziri. == Həyatı == Babaxan Muradov 21 mart 1927-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Nəsirvaz kəndində anadan olmuşdur. 1943-cü ildə orta təhsilini tamamlamış, 1945–1950-ci illərdə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində təhsil almışdır. İxtisasca müəllimdir. 1947-ci ildə Nəsirvaz kənd natamam orta məktəbində müəllim kimi çalışmağa başlamışdır. 1954-cü ildən Bakı Maliyə-Kredit Texnikumunda tarix müəllimi, 1955-ci ildən Bakı şəhər Xətai rayonu maarif şöbəsinin müdiri, 1971-ci ildən Azərbaycan SSR Maarif Nazirliyinin baş məktəblər idarəsinin rəisi, 1972-ci ildən isə Bakı şəhəri Nərimanov rayonu 82 saylı tam orta məktəbin direktoru vəzifələrini daşımışdır. Rus dilini bilirdi. Evli idi, 2 övladı var. == Siyasi fəaliyyəti == Babaxan Muradov 1950–1952-ci illərdə Naxçıvan MSSR maarif nazirinin müavini, 1952–1954-cü illərdə isə Naxçıvan MSSR maarif naziri vəzifələrinı daşımışdır. Babaxan Muradov 1991-ci ildən Azərbaycan Respublikası Müəllimlər Şurasının sədri olmuşdur.
Babaxan Məhəmmədbəyov
Qazı Əhməd bəy Məhəmmədbəyov və ya Xanbaba bəy Məhəmmədbəyov (19 iyun (1 iyul) 1889, Axtı, Samur dairəsi, Dağıstan vilayəti, Rusiya imperiyası – 6 dekabr 1937) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin, İttihad Partiyasının və İttihad fraksiyasının üzvü, Yusifbəyli hökumətinin üzvü == Həyatı == Novorossiya İmperator Universitetində hüquq təhsil alıb. 1877–1878-də Rusiya imperiyasına qarşı qalxan Samur-Axtı üsyanına başçılıq etmişdir. Zaqafqaziya Seymi Müsəlman fraksiyasının və Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasınən üzvü olub. Əvvəllər Müsavat Partiyasının, daha sonra isə İttihad Partiyasının üzvü olmuşdur. 14 aprel 1919-cu ildə İttihad Partiyasının sədr müavini seçilmişdir. Qazı Əhməd bəy 1919-cu ilin iyunundan rus dilində çıxan "İttihad" qəzetinin redaktoru olmuşdur. 1920-ci ildə məhkəmədə hakim kimi işləyib. == Adı == İki adı olmuşdur: Xanbaba və Qazı Əhməd Bəzi mənbələrdə Batum konfransının üzv siyahısında Əhməd bəy Canbaba adlı şəxsin adı da qeyd olunub. Ədalət Tahirzadə bu şəxsin Qazı Əhməd bəy olduğunu söyləyir. Çünki Qazı Əhməd bəyin ikinci adı Xanbaba olmuşdur.
Bamiyan
Bamyan vilayəti (dəri ولایت بامیان) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Vilayətin sahəsi 14.175 km², 2009-cu ilin əvvəlinə olan məlumata əsasən əhalisi 404.7 min nəfər, inzibati mərkəzi isə Bamyan şəhəridir. == Əhalisi == Vilayət əhalisinin 20%-i şəhərlərdə, 80%-i isə kəndlərdə məskunlaşıb. Əhalisi əsasən həzaralardan ibarətdir. Həmçinin vilayətdə az sayda tacik (15%) , tatar (kompakt halda Şebar rayonunda) və puştunlar yaşayır. 24 kənddə 5 mindən artıq puştun məskunlaşıb. Bütün vilayət əhalisinin 96%-i, vilayətdəki kənd əhalisinin 98%-i dəricə danışır. Vilayət inzibati cəhətdən 7 rayona bölünür: Bamyan, Şebar, Saighan, Kahmard, Yakavlang, Pəncab, Varas.
Basilan
Basilan (taqal Basilan) — Filippinin cənubunda yerləşən ada. == Coğrafi yerləşmə == Filippin arxipelaqına daxil olan 7107 adadan biridir. lokal olaraq isə Sulu arxipelaqının 400 adasından biridir. Adanın sahəsi 1234,2 km², uzunluğu 66 km, eni 44 km təşkil edir. Adada 293 322 nəfər yaşayır (2010). Mindoro adasından 17 km enə malik Basilan boğazı ilə ayrılır. Adanın qərbindən şərqinə dağ silsiləsi keçir. Cənubunda hündürlüyü 1020 metr olan zirvə vardır. == Əhalisi == Ərazisinin 4/5 hissəsi Basilan vilayətinə daxildir. Basilan vilayəti Müsəlman Mindanao Muxtar Bölgəsinə daxildir.
İbelinli Baliyan
İbelinli Baliyan — səlibçi zadəgan. Balian İbelin Fransada doğulmuşdur. 1187-ci ildə Qüds kralı Gi De Luzinyanın orduları yürüşə yollananda Balian yürüşdən imtina edir. Gi de Luziyan Xittin döyüşündə Səlahəddin Əyyubiyə məğlub olur. Tezliklə müsəlmanlar Qüdsü mühasirəyə alırlar. Baliyanın rəhbərliyi ilə az sayda səlibçi şəhəri uzun müddət qəhrəmancasına qoruyurlar. Müsəlmanlar dəfələrlə hücuma keçsələr də itki verib geri çəkilirlər. Bu vaxt Baliyan qalada ehtiyatlarının tükəndiyini hiss edib, Səlahəddinə bütün xristiyanların və kraliçanın cıxıb getməsinə icazə verildiyi halda şəhəri təhvil verəcəyini bildirir. O, bildirir ki, əgər Səlahəddin buna icazə verməsə hər bir cəngavər ölənə kimi 10-12 müsəlman döyüşçüsünü öldürəcək. Səlahəddin məcbur qalıb xristiyanları buraxır.