Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
BASIC
BASIC dili – 1960-cı illərin ortalarında John Kemeney və Thomas Kurtz tərəfindən inkişaf etdirilmişdir. Hər nə qədər BASIC adının "Beginner's All_purpose Symbolic Instruction Code" sözlərinin baş hərflərindən yaradıldığı deyilsə də, bu sözlərin daha sonradan uydurulduğu fərz edilir. Yüksək səviyyəli dillərin ən köhnə və ən sadə olanlarından biridir. Bütün sadəliyinə qarşı, bir çox biznes sahələrində istifadə edilmişdir. BASIC dili də ANSI tərəfindən standartlaşdırılmışdır. Ancaq BASIC dilinin əlavə xüsusiyyətləri mövcuddur. Məsələn Microsoft firmasının yaratdığı Visual Basic dilinə Obyekt Yönümlü Proqramlaşdırmaya bağlı bir çox xüsusiyyət əlavə olunmuşdur. Ayrıca BASIC dilinin bəzi versiyaları tətbiqi proqramlarda (Məsələn Microsoft Excel və Microsoft Wordda) istifadəçinin xüsusiləşdirmə və avtomatlaşd;rma məqsədiylə yazacağı makroların yazılmasında istifadə edilən proqramlaşdırma dili olaraq da ümumi qəbul edilmişdir. 1964-cü ildə Con Kemeni (John Kemeney) və Tomas Kurts (Thomas Kurtz) tərəfindən BASIC proqramlaşdırma dili yaradılmışdır. BASIC yüksək səviyyəli dillərin ən ilkin və sadə olanlarından biridir, sadəliyinə görə bir çox biznes sahələrində istifadə edilmişdir.
BESIX
Besix — Belçikanın inşaat şirkəti. 1909-cu ildə Belçikada yaradılmışdır. Şirkət xarici ölkələrdə yüksək mərtəbəli ofis binalarının tikintisində böyük təcrübəyə malikdir. Avropa, Şimali və Mərkəzi Afrika və Asiya ölkələrində bir çox irimiqyaslı layihələr reallaşdırmışdır. Hazırda 15 ölkədə 17 min işçi heyəti ilə fəaliyyət göstərir.
BESIX Group
Besix — Belçikanın inşaat şirkəti. 1909-cu ildə Belçikada yaradılmışdır. Şirkət xarici ölkələrdə yüksək mərtəbəli ofis binalarının tikintisində böyük təcrübəyə malikdir. Avropa, Şimali və Mərkəzi Afrika və Asiya ölkələrində bir çox irimiqyaslı layihələr reallaşdırmışdır. Hazırda 15 ölkədə 17 min işçi heyəti ilə fəaliyyət göstərir.
Basıl Tegin
Basıl Tegin — bir neçə ay hakimiyyətdə qalmış Qərbi Göytürk xaqanı.
Basic Element
Basic Element - İsveçin tanınmış rep hip hop qrupu. Qrup üzvləri Piter Telenius, Zetma Prenbo və Cesar Zaminidən ibarətdir. Qrupun ilk sinqli “The Promise Man” adı altında hazırlanıb və elə qrup üzvlərinin həmin sinqldan sonra fəaliyyətə başlayıblar. Qrupun “Touch you right now” sinqli Azərbaycanda da çox tanınmış bir sinqldır.
Basil Qeysəriyyəli
Qeysəriyyəlí Basíl (yun. Βασίλειος Καισαρείας, təqr. 330–379), Ulu Basil (Μέγας Βασίλειος) kimi də tanınır), — Kilsə yazarı və ilahiyyatçısı, üç Kappadokiyalı kilsə atalarından biri, Kilsənin müqəddəs atası. Arianlara qarşı mübarizə aparırdı. Çoxlu moizələrin və məktubların müəllifi idi. Onlardan bəziləri zamanımıza çatmamışdır. Onun əsərləri arasında homiletik (moizə) üslubda yazılanlar, xüsusi yer tutur. Bu üslubda Basil Müqəddəs kitabın Yaradılış Arxivləşdirilib 2014-06-27 at the Wayback Machine kitabının əvvəlində bəhs edilən Tanrının altı günə dünyanın yaradılmasına, "Zəbur" kitablarına, müxtəlif əxlaqi mövzular haqqında homiliyalar yazmışdır. Abidliyə həsr olunmuş əsərləri arasında "Regulae morales" (Əxlaqi qaydalar), "Asceticon magnum sive Quaestiones" (Qısa qaydalar) kimi əsərləri vardır. Bundan başqa onun arianlığın əleyhinə yazdığı "Contra Eunomium" (Eunomiuma qarşı) əsəri və "De Spiritu Sancto" (Müqəddəs ruh haqqında) risaləsi vardır.
Basis cranii
Kəllə əsası (lat. basis cranii) tam kəllənin aşağı hissəsi hesab olunur, və iki səthi vardır: xarici və daxili, buna görə də kəllənin xarici əsası — lat. basis cranii externa və kəllənin daxili əsası — lat. basis cranii interna ayırd edilir. Kəllənin beyin hissəsi süni xətt vasitəsilə iki şöbəyə bölünür: yuxarı hissə — kəllə qapağı — lat. calvaria və aşağı hissə — kəllə əsası — lat. basis cranii. Kəllənin xarici əsası üç şöbəyə bölünür: ın orta və arxa şöbə. Ön şöbə üz skleti sümükləri ilə örtülmüşdür; bu şöbəyə damaq və əng sümükləri müvafiqdir. Kəllənin daxili əsası — lat.
Basit Rüstəmov
Basit İdris oğlu Rüstəmov (3 iyun 1996, Xok, Naxçıvan Muxtar Respublikası – 9 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Basit Rüstəmov 2 iyun 1996-ci ildə Kəngərli rayonunun,Xok kəndində anadan olub. Basit Rüstəmov 2014–2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. 2019-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. 27 sentyabrda başlayacaq və 44 gün davam edəcək olan Qarabağ müharibəsində XTQ'nin sıralarında Qarabağa yollanmaq üçün könüllü olur. 19 noyabrda doğulduğu Xok kəndində son mənzilə yola salınır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Davud Abasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Səfərli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Davud Abasov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Başir Rameev
Başir Rameev (tatar. Bəşir Iskəndər uğlı Rəmiev, Бәшир Искәндәр улы Рәмиев, rus. Баши́р Исканда́рович Раме́ев; d. 1 may 1918, Baymak, Başqırdıstan, Rusiya) — "Ural" hesablama maşınları ailəsinin baş konstruktoru. O, baş konstruktor olaraq öz kollektivi ilə birgə bir neçə universal və ixtisaslaşdırılmış hesablama maşını və 100-dən artıq müxtəlif periferiya qurğusu hazırlamışdır. Başir Rameev 1 may 1918-ci ildə Rusiyanın Başqırdıstan Respublikasının Baymak şəhərində anadan olub. Ziyalı tatar ailəsindən olan Başirin babası Zakar Rameev məşhur qızıl mədənçisi və Rusiya Dövlət Dumasının üzvü olub. Atası İsgəndər Rameev "Başzoloto" trest laboratoriyasının rəhbəri vəzifəsində çalışıb. 1935-ci ildə Başirin ailəsi Ufaya köçür. O, uşaqlıqdan radiotexnika ilə maraqlanır, zirehli qatarın radio ilə idarə olunan modelini hazırlayır və 17 yaşında Ümumittifaq İxtiraçılar Cəmiyyətinin üzvü olur.
Başın transpalantasiyası
Başın transplantasiyası — Günümüzdə ən çox yeniliklər olan sahələrdən biri orqan transplantasiyasıdır.Bu sahə o qədər inkişaf edib ki, hətta artıq başın transplantasiyası belə mümkündür.Bu transpalntasiyada ilk dəfə bir meymunun başı digərinin bədəninə köçürülüb.Meymun yeni başı ilə 9 gün yaşayıb, lakin onun imnun sistemi yad orqandan imtina edib.Serco Kanavero müasir tibbdə sıçrayış ola biləcək layihənin təfərrüatlarını ABŞ-də keçirilən konfransda təqdim edib. O əmindir ki, pasiyent özünə gəldikdən sonra öz üzünü hiss edəcək və təqribən 1 il ərzində yenidən yeriyə biləcək. İtaliyalı neyrocərrah Serco Kanavero başın köçürülməsi üzrə yoxlama əməliyyatından sağ çıxan heyvanların nümayiş olunduğu videonu dərc edib.Həkim heyvanların başını tam kəsməyib, o, yalnız onurğanı kəsib. Onurğanın bərpasının çətinliyi tam köçürülmənin həyata keçirilməsində maneədir.Kanaveronun sözlərinə əsasən, o, işində onurğa beyninin kəsilmiş sahələrinə daxil edilən polietilenqlikoldan istifadə edib ki, bu da minlərlə neyron arasında əlaqənin bərpasına yardımçı olub. Dünyada ilk dəfə keçiriləcəyi planlaşdırılan əməliyyatı italiyalı neyrocərrah Sercio Kanavero Rusiyada həyata keçirməli idi.Ömrünün 30 ilini bu əməliyyata hazırlaşan cərrah bir sıra çətinliklərlə üzləşib. Onun əməliyyat edəcəyi xəstə "Verdinq-Xofman” xəstəliyindən əziyyət çəkən və ömürlük əlil arabasına məhkum olan rusiyalı proqramçı Valeri Spiridonov idi. Əməliyyat 150 cərrahın iştirakı ilə 36 saat davam edəcəkdi. Əməliyyatın büdcəsi 20 milyon dollar müəyyən edilmişdi.Əməliyyata qədər həkim Kanavaro çinli cərrah Ren Syapinlə əməkdaşlığa başlayaraq heyvanlar üzərində bir sıra sınaq əməliyyatları həyata keçirmişdi. Ancaq elmi təşkilatlar bu əməliyyatlara skeptik yanaşaraq onun nəticələrini yayımlamaqdan imtina ediblər. Baş transplantasiyası kimi riskli əməliyyata razılıq verən Spiridonov isə əməliyyatdan imtina edərək ABŞ-yə köçüb.
Başın transplantasiyası
Başın transplantasiyası — Günümüzdə ən çox yeniliklər olan sahələrdən biri orqan transplantasiyasıdır.Bu sahə o qədər inkişaf edib ki, hətta artıq başın transplantasiyası belə mümkündür.Bu transpalntasiyada ilk dəfə bir meymunun başı digərinin bədəninə köçürülüb.Meymun yeni başı ilə 9 gün yaşayıb, lakin onun imnun sistemi yad orqandan imtina edib.Serco Kanavero müasir tibbdə sıçrayış ola biləcək layihənin təfərrüatlarını ABŞ-də keçirilən konfransda təqdim edib. O əmindir ki, pasiyent özünə gəldikdən sonra öz üzünü hiss edəcək və təqribən 1 il ərzində yenidən yeriyə biləcək. İtaliyalı neyrocərrah Serco Kanavero başın köçürülməsi üzrə yoxlama əməliyyatından sağ çıxan heyvanların nümayiş olunduğu videonu dərc edib.Həkim heyvanların başını tam kəsməyib, o, yalnız onurğanı kəsib. Onurğanın bərpasının çətinliyi tam köçürülmənin həyata keçirilməsində maneədir.Kanaveronun sözlərinə əsasən, o, işində onurğa beyninin kəsilmiş sahələrinə daxil edilən polietilenqlikoldan istifadə edib ki, bu da minlərlə neyron arasında əlaqənin bərpasına yardımçı olub. Dünyada ilk dəfə keçiriləcəyi planlaşdırılan əməliyyatı italiyalı neyrocərrah Sercio Kanavero Rusiyada həyata keçirməli idi.Ömrünün 30 ilini bu əməliyyata hazırlaşan cərrah bir sıra çətinliklərlə üzləşib. Onun əməliyyat edəcəyi xəstə "Verdinq-Xofman” xəstəliyindən əziyyət çəkən və ömürlük əlil arabasına məhkum olan rusiyalı proqramçı Valeri Spiridonov idi. Əməliyyat 150 cərrahın iştirakı ilə 36 saat davam edəcəkdi. Əməliyyatın büdcəsi 20 milyon dollar müəyyən edilmişdi.Əməliyyata qədər həkim Kanavaro çinli cərrah Ren Syapinlə əməkdaşlığa başlayaraq heyvanlar üzərində bir sıra sınaq əməliyyatları həyata keçirmişdi. Ancaq elmi təşkilatlar bu əməliyyatlara skeptik yanaşaraq onun nəticələrini yayımlamaqdan imtina ediblər. Baş transplantasiyası kimi riskli əməliyyata razılıq verən Spiridonov isə əməliyyatdan imtina edərək ABŞ-yə köçüb.
Meer Basin
Meer Basin (rus. Меер Велькович Басин; 8 iyun 1890, Çerikov[d], Mogilyov quberniyası[d] – 20 sentyabr 1918) — dövlət xadimi, 26 Bakı komissarından biri. Meer Basin 1890-cı ildə Belarusiyada anadan olmuşdur. 1917-ci ildə yaranan Bakı kommunasında hərbi-inqilab komitəsinin üzvü Meer Basin 1918-ci ildə ingilislər tərəfindən güllələnib.
Proprioseiopsis basis
Proprioseiopsis basis (lat. Proprioseiopsis basis) — phytoseiidae fəsiləsinin proprioseiopsis cinsinə aid heyvan növü. Proprioseiopsis basis Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Small Basic
Small Basic – BASIC proqramlaşdırma dilinin Microsoft şirkəti tərəfindən sadələşdirilmiş variantı. Proqramlaşdırmanı yeni öyrənməyə başlayanlar, ilk növbədə uşaqlar üçün nəzərdə tutulub. İlk versiyası 2008-ci ilin oktyabrında təqdim olunub. Dilinin özünün yalnız 14 açar sözü var və çox sadə istifadəçi interfeysinə malikdir. Microsoft Small Basic öz ideyasını Loqo dilindən götürmüş Turtle qrafik kitabxanası ilə təchiz edilib. Məsələn, İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 787 s.
Sonya Basiç
Sonya Başiç (d. 26 noyabr 1987; Zaqreb, Xorvatiya) — Xorvatiyanı təmsil edən həndbolçu. Sonya Başiç Xorvatiya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. 1/4 final mərhələsində İspaniya yığmasına 25:22 hesabı ilə məğlub olan Xorvatiya yığması, London Olimpiadasını 7-ci yerdə başa vurdu. Sonya Başiçin atası həndbolçu, 1984 Los-Anceles Olimpiadasının qızıl, 1988 Seul Olimpiadasının isə bürünc medalçısı Mirqo Başiçdir.
Visual Basic
Visual Basic – Microsoft şirkəti tərəfindən istehsal olunmuş (1991) proqram təminatının işlənib hazırlanması vasitəsi; proqramlaşdırma dili və gəlişdirmə mühitindən ibarətdir. Visual Basic öz ruhunu, üslubunu və qismən sintaksisini sələfi olan Basic dilindən alıb. Eyni zamanda Visual Basic obyekt-yönlü və komponent-yönlü proqramlaşdırma dillərinin elementlərini özündə birləşdirir. Özündən əvvəlki Windows proqramlaşdırma mühitlərindən fərqli olaraq, pəncərələri başlatmaq (INITIALIZE), hadisələri emal etmək, yaxud əməliyyat sistemi ilə qarşılıqlı əlaqədə olmaq üçün proqramçılar hər hansı ümumi kod yazmalı deyillər. Hazırkı versiyası Visual Basic. NET, yaxud VB. NET adlanır. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Basin küçəsi
Qış parkı və ya Qış bulvarı — Bakıda, Füzuli küçəsi ilə Şəmsi Bədəlbəyli küçəsi və Mirzə Ağa Əliyev küçəsi arasında yerləşən park. Basin yaşayış arealının yerində salınan park 10 may 2013-cü ildə istifadəyə verilmişdir. Açılışında Azərbaycan Prezidenti İlham Əliyev və ailə üzvləri iştirak etmişdir. Uzunluğu 1 km, eni 150 metr olan park, Heydər Əliyev Sarayından başlayaraq Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına qədər uzanır. Parkın sahəsi 7 hektardır. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri olmuş Cahangir Qocayevə görə "Qış bulvarı" ideyası "küləkdən gizlənməkdən" deməkdir. Bakı küləklər şəhəri olduğu üçün Dənizkənarı bulvarda ilin soyuq vaxtlarında vaxt keçirmək rahat olmur. Lakin yeni bulvarın tikiləcəyi yerdə isə isə adətən külək olmur. Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadənin qeyd etdiyinə görə, bulvarın salınması ideyası 1924-cü ildə Bakının yeni Baş planı tərtib edilən zaman yaranmış və planda öz əksini tapmışdır. Sonrakı illərdə şəhərin Baş planı bir neçə dəfə yenidən tərtib ediləndə də bu ideya saxlanılıb.
Favnın başı
“Favnın başı” (it. Testa di fauno) – 1488-1489-cu illərdə Mikelancelo Buonarotti tərəfindən hazırlanmış və hazırda itirilmiş hesab edilən mərmər heykəldir. Vazarinin verdiyi məlumata görə, bu heykəl Mikelancelo tərəfindən Mediçilərin heykəl bağında, antik “yaşlı, qırışlı, gülümsəyən və qabarıq burunlu favn başı” heykəlinin kopyası kimi hazırlanmışdır. Mikelancelo favnın üzünə bir az daha hissiyyatlılıq vermiş, ağzını tam açıq göstərmişdir ki, bu halda da onun dili və dişləri görünmüşdür. Möhtəşəm Lorenzo əsəri gördüyü zaman sənətkarı tərifləsə də, qocanın bütün dişlərinin yerində olmasına irad tutmuşdur. Bundan sonra gənc Mikelancelo favnın dişlərindən birini sındırmış və diş ətində oyuq yaratmışdır. Həm Vazari, həm də Kondivi qeyd edirlər ki, məhz bu hadisə gənc istedadın Lorenzo Mediçinin yanında yer almasına səbəb olmuşdur. Uilyam Uolles isə qeyd edir ki, bu heykəlin yaradılması zamanı Mikelancelonun artıq on beş yaşı var idi və danışılan tarixçə daha çox gözəl bir əfsanəyə oxşayır. Erika Şilyano ehtimal edir ki, bu heykəlin ümumiyyətlə mövcud olması şübhəlidir, çünki, həmin əsərin mövcud olması haqqında Mikelancelonun bioqraflarına (Kondivi və Vazari) verdiyi məlumatdan başqa bir sübut saxlanmamışdır. Barcello qalereyasında saxlanan “Gülən favn” maskasının Mikelancelonun itirilmiş heykəli olması güman edilir.
Layın başı
Layın başı (rus. голова пласта, ing. outcrop, head of bed) — bilavasitə səthi açılan və eləcə də cavan çöküntülərlə örtülmüş şaquli, yaxud maili lay və ya təbəqələrin yuxarı hissəsi.
Penis başı
Penis başı, penis başlığı, penis ucu insan penisinin uc hissəsidir. Bu hissə bənövşəyi rəngdə olur və içərisindəki kanallardan sidik, sperma və pre-eyakulyasiya çıxır. Penisin sərtləşməsi penisin qanla dolması və qan axınının sürətlənməsi yolu ilə baş verir. Penis yetkinlik dövründə yetişməyə başlayır. Penis başı penisin ən həssas hissəsi hesab olunur. Kişi sünnət edildikdə, penis başı penis dərisi ilə birlikdə əhatələnmiş formada görünmür.
Qurçu Başı
Qurçu Başı — İranın Mərkəzi ostanının Xomeyn şəhristanının Kəmərə bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,522 nəfər və 416 ailədən ibarət idi.
Stalinin başı
Stalinin başı tammetrajlı bədii filmi rejissor Emil Abdullayev tərəfindən 2017-ci ildə ekranlaşdırılmışdır. Film Azad Azərbaycan Televiziyası və İlk medianın birgə məhsuludur. “Stalinin başı” macəra komediyası “Bozbash Pictures” qəhrəmanları, Şəmi, Şöşü, Fəlakət, Şirin, Qılman və Ağsaqqalın başına gələn maraqlı əhvalatdan bəhs edir. Filmdə əsas rolları İlkin Həsəni, Ramil Babayev, Elşən Orucov, Azər Baxşəliyev, Nicat Rəhimov, İlkin Misgərli, Ülfət Bəşir Fazil, Ənvər Abbasov və Ceyhun Məmmədov ifa edirlər. Bozbaş Picturesin 6 qəhrəmanının əllərinə Stalinin trubkası ilə birgə vəsiyyətnaməsi düşür. Belə ki, bu trubka — partiyanın böyük xəzinəsinin açarıdı, hansı ki, Gürcüstanın Qori şəhərində yerləşən İosif Stalinin doğma evində gizlədilib. Çətinlik isə odur ki, altı dost hamısı türmədədirlər. Belə olduqda onlar qaçış planlaşdırırlar. Lakin onların hər biri xəzinəyə özü sahib olmaq istəyəndə, vəziyyət dəyişir. Bakıdan Qoriyə kimi yolda onları xeyli macəra gözləyir.
Balış
Yastıq və ya balış — içərisi quş və ya başqa heyvan tükləri ilə doldurulmuş torba şəkilli yataq dəstidir. Çox vaxt yastıqlardan divanaların üstündə dekorativ məqsədlə də istifadə edirlər. Boyun arxasında qoyulmuş diyircək də yastıq hesab olunur. El arasında ona balış da deyirlər.
Basic Element qrupu
Basic Element - İsveçin tanınmış rep hip hop qrupu. Qrup üzvləri Piter Telenius, Zetma Prenbo və Cesar Zaminidən ibarətdir. Qrupun ilk sinqli “The Promise Man” adı altında hazırlanıb və elə qrup üzvlərinin həmin sinqldan sonra fəaliyyətə başlayıblar. Qrupun “Touch you right now” sinqli Azərbaycanda da çox tanınmış bir sinqldır.
Visual Basic .NET
Visual Basic (VB), əsasən Visual Basic . NET (VB. NET) — .NET, Mono və .NET Framework-də yerinə yetirilən multi paradiqmalı, obyekt yönümlü proqramlaşdırma dili. Microsoft son versiyası Visual Basic 6.0 olan orijinal Visual Basic dilinin varisi kimi 2002-ci ildə VB. NET-i yayımladı. Adın ". NET" hissəsi 2005-ci ildə ləğv edilsə də bu məqalə klassik Visual Basic dilini ayırd etmək üçün 2002-ci ildən bəri buraxılmış bütün Visual Basic dillərinə istinad etmək üçün "Visual Basic [. NET]" istifadə edir. C# və F# ilə yanaşı . NET ekosistemini hədəf alan üç əsas dildən biridir. Microsoft 6 fevral 2023-cü ildə VB dil strategiyasını yeniləyərək VB-nin hazırda stabil bir dil olduğunu və Microsoft-un onu inkişaf etdirməyə davam edəcəyini bildirdi. Microsoft-un Visual Basic-də yazmaq üçün olan IDE-si Visual Studio-dur.
Basil Liddell Hart
Sir Basil Henry Liddell Hart (31 oktyabr 1895[…], Paris – 29 yanvar 1970[…], Marlou[d], Bakingemşir qraflığı[d]) — İngilis hərbçisi, hərbi nəzəriyyəçisi və hərbi tarixçisi olmuşdur. O, 1920-ci illərdə və sonralar yazdığı hərbi tarix seriyası ilə tanınır. O, ildırımsürətli əməliyyatı strategiyası əvəzinə "dolayı yanaşma" strategiyasını müdafiə etmişdir. 1895-ci ildə Parisdə anadan olmuşdur. Cambridge st. Paul's və Korpus Kollecini bitirdikdən sonra orduya daxil olmuşdur; daha sonra isə Birinci Dünya Müharibəsində iştirak etmişdir. 1924-cü ildə yaralanmış və üç il sonra kapitan rütbəsi ilə təqaüdə çıxmışdır. O, hərbi hava qüvvələrinin və zirehli birləşmələrin qızğın müdafiəçisi və tərəfdarı olmuşdur. Hart 1937-ci ildə Müharibə Nazirinin müşaviri olmuşdur. 1925–1935-ci illərdə Daily Telegraph qəzetinin, İkinci Dünya Müharibəsinin başlandığı 1939-cu ilə qədər isə Times qəzetinin hərbi müxbiri kimi işləmişdir.
Abası
Abrıx
Abrıx — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 953-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Abrıx kəndi Tikanlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Abrıx kənd inzibati ərazi vahidi yaradılmışdır. Keçən əsrə aid materiallara əsasən, Abrıx Tikanlı kəndindən yaranmış yaşayış məntəqəsidir. IX əsr ərəb coğrafiyaşünaslarının yazdığına görə, Beyləqanda (bu şəhərin xarabalıqları Mil düzündə indiyədək Örənqala adı ilə qalmaqdadır) Abrik/Abrek adlı qala mövcud olmuşdur. Toponimikada belə bir fərziyyə var ki, həmin Abrik qalası bir vaxt müəyyən hadisə ilə əlaqədar olaraq (bəlkə də monqolların XIII əsr basqınları) dağıdıldıqdan sonra əhalisinin müəyyən hissəsi bu zonaya gəlmiş və bu adı da özləri ilə gətirmişlər. Mənbələr Bizansda da Abrik adlı şəhərin mövcudluğundan xəbər verir. Azərbaycan dilinin dialekt və şivələrində avırıx/avruğ "çay qırağında olan qamışlıq, çubuq" deməkdir. Türk dilində avrık "hörülmüş, sarınmış, bağlanmış" mənalarını ifadə edir. Deməli, Abrıx/Abrik/Abriq qalası "qamışdan hörülmüş qala" kimi izah oluna bilər. Kənd Alazan-Əyriçay çökəkliyində yerləşir.
Balıc
Balıc - Gürcüstanın Bolnisi rayonunda kənd.
Balıq
Balıqlar (lat. Pisces) – Orqanizminin bütün mərhələsində qəlsəmə ilə tənəffüs etmək xüsusiyyətinə malik olan çənəağızlı onurğalı su heyvan qruplarının sinifüstü. Balıqların əksəriyyəti bütün ömrü boyu qəlsəmələrlə, az qismi isə həm də atmosfer havası ilə tənəffüs edir. Bəzi növlərdə əlavə tənəffüs orqanları inkişaf etmişdir. Balıqlarda hərəkətli çənələr, tək və cüt üzgəclər əmələ gəlmişdir. Tək üzgəclərə bel, quyruq və anal üzgəcləri, cüt üzgəclərə isə döş və qarın üzgəcləri aiddir. Başın üstündə öndə bir cüt qoxu dəliyi yerləşir. Dərinin üzəri, adətən, pulcuqlarla örtülü olur. Bədən forması çox müxtəlifdir. Sümüklü balıqlar sinfi Şüaüzgəcli balıqlar (Actinopterygii) yarımsinfi Qanoid balıqlar (Ganoidomorpha) infrasinfi Sümüklü balıqlar (Teleostei) infrasinfi Xoanlar (Sarcopterygii) yarımsinfi İkitənəffüslülər (Dipnoi) dəstəüstü Pəncəüzgəclilər (Crossopterygii) dəstəüstü Qığırdaqlı balıqlar sinfi Yastıqəlsəməlilər (Elasmobranchii) Bütövbaşkimilər (Holocephali) Akantodlar sinfi (nəsli kəsilib) Plakodermalar sinfi (nəsli kəsilib) Antiarchi yarımsinfi Arthrodira yarımsinfi Petalichthyda yarımsinfi Phyllolepida yarımsinfi Ptyctodontida yarımsinfi Rhenanida yarımsinfi tənəffüs sistemi su ilə qan damarları arasındakı xarici tənəffüs, qan ilə toxumalar arasındakı daxili tənəffüs olmaqla 2 hissədən ibarətdir.
Banax
Stefan Banax (pol. Stefan Banach; 30 mart 1892[…], Krakov, Sisleytaniya – 31 avqust 1945[…], Lvov) — polyak riyaziyyatçısı. 1924-cü ildən Lvov Universitetinin professoru olub. Müasir funksional analizin yaradıcılarından biri. Xətti funksionalların və operatorların öyrənildiyi xətti fəzanı (Banax fəzası) daxil etmiş və onun əsas xassələrini öyrənmişdir. "Xətti operasiyalar nəzəriyyəsi" əsəri polyak (1931), fransız (1933) və ukrayn (1948) dillərində nəşr edilmişdir.
Barıq
Barıq (Qoşaçay)
Barıs
Barıt
Barıt — çoxkomponentli partlayıcı maddə olub, xaricdən oksigen daxil olmadan daxildən yanma və bununla böyük daxili enerjili qaz yaratmaq qabiliyyətinə malikdir. Barıt mərmilərin atılmasında, raketlərin hərəkət etdirilməsində və başqa məqsədlər üçün istifadə edilir. Paralel laylarla yanma zamanı istilik bir laydan başqasına ötürülür. Bununla yanma zamanı qaz əmələ gəlməsini tənzimləmək olur. Bu barıt dənəciyinin ölçüsündən və yanma sürətindən asılı olur. Dənəciyin ölçüsü onun forması, həndəsi ölçüləri ilə təyin olunur. Yanma zamanı bu ölçülər kiçilə və ya böyüyə bilər. Belə yanmaya deqressiv və ya proqressiv deyilir. Qaz əmələgəlməsində müəyyən qanunauyğunluq əldə etmək üçün dənəciklər əlavə yanmayan materialla örtülürlər. Barıtın yanma sürətinə onun tərkibi, başlanğıc temperaturu və təzyiq təsir edir.
Basat
Basat — Dastanda işlənən antroponimlərdən biri. Daş Oğuz bəyi. Aruzun kiçik oğlu, Qiyan Selciyin qardaşı. Təpəgözü öldürən qəhrəman. Eposun "Basat Təpəgözü öldürdüyü boy"u Basatın adı ilə bağlıdır. "V. V. Bartoldun tərcüməsində bu ad "Bisat" kimi verilmişdir. Lakin D-də sözün yazılışı da, Aruz qocanın itmiş oğlu haqqında ilxıçının verdiyi məlumat da ("At basubən qan sümürər") göstərir ki, həmin adı "Basat" kimi oxuyub-yazmaq doğrudur". Müasir Azərbaycan antroponimləri sistemində işlənməyən "Basat" antroponimi Türkiyə antroponimləri sistemində işlənməkdədir. Orxon Şaiq Gökyay Ali Rza Yalmanın "Türkmən oymakları" kitabına əsaslanaraq göstərir ki, "Basat" Güney Anadoluda "Busat" kimi işlənir.. "Dədə Qorqud" dastanında adama oxşayan şirə "Basat" adının verilmə səbəbi aydın şəkildə təsvir edilmişdir.
Basdı
Basqın
Basta
Basta (rus. Баста, tam adı: Vasili Mixayloviç Vakulenko; 20 aprel 1980, Rostov-na-Donu) — Rusiya repçisi, bəstəkar, musiqi prodüseri, aktyor, radioaparıcı, teleaparıcı, ssenarist, prodüser, rejissor. Eyni zamanda Noqqano və N1NT3ND0 ləqəbləri ilə də tanınır. "Next FM" radiosunda aparıcı və bir neçə filmin rejissorudur. Kupe ilə birlikdə "Hip-hop TV"də "Gazgolder" verilişinin aparıcısıdır. 2007-ci ildə "Gazgolder" leyblini yaratmışdır. Vasili Vakulenko 20 aprel 1980-ci ildə Rostov-na-Donu şəhərində, hərbçi ailəsində doğulmuşdur. Həmin şəhərdə 32 saylı ümumtəhsil məktəbini bitirmiş, həmçinin musiqi məktəbində təhsil almışdır. Daha sonra musiqi kollecində, drijorluq ixtisası üzrə təhsil almışdır. Musiqi təhsili aldığı dövrdən Vasili hip-hopla maraqlanmağa başlamışdır.
BADIL
Fələstinlilərin Yaşayış və Qaçqınların Hüquqları üzrə BADIL Resurs Mərkəzi — fələstinli qaçqınların və məcburi köçkünlərin hüquqlarını qorumaq, onları təşviq etmək öhdəliyi daşıyan müstəqil, insan hüquqları üzrə qeyri-kommersiya təşkilatı. BADIL 1998-ci ilin yanvarında təsis edilmişdir. İsrailəmeylliü "NGO Monitor" qrupunun məlumatına görə, BADIL İsrail hərbi rəsmilərinə qarşı "qanun"la məşğuldur və həmçinin antisemit karikaturalar dərc etmişdir. BADIL BMT-nin İSŞ yanında xüsusi məsləhətçi statusuna malikdir və eyni zamanda çoxlu sayda Fələstin təşkilatı şəbəkələrinin bir hissəsidir. BADIL fələstinli qaçqınların problemləri ilə bağlı ingilis dilində rüblük nəşr olunan "Al-Majdal" jurnalını dərc edir.
Ağ balıq
Ağ balıq (lat. Huso) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinə aid heyvan cinsi.
Balıq-əsgərlər
Balıq anodontu
Balıq anodontu (lat. Anodonta piscinalis) — Anodonta cinsinə aid növ. Şirinsulu göl və çaylarda yayılır. Çanağları iri, oval, dairəvi və zəif şişkin olub, nazik divarlıdır. Çanaqları müxtəlif rəngə çalır. Təpəciyi az şişkin və dairəvidir. Çanağın üzərində zəif dalğalı qırışları olur. Çanağın uzunluğu 109, hündürlüyü 65, şişkinliyi 37 mm-ə qədər olur. Növ çox dəyişkənlidir. Dəyişkənlik həm ölçüsündə, həm də çanağın qalınlığında hiss olunur.
Balıq ehtiyatları
Balıq ehtiyatları — su hövzələrində məskunlaşan, istifadə olunan və ya istifadə oluna bilən balıq növlərinin, digər su heyvanları və bitkilərinin mütləq kütləsi. Ayrı-ayrı dəniz növlərinin ehtiyatları bir-biri ilə əlaqəli və kompensasiya yolları ilə "yüksələ və düşə" bilər. Məsələn, 1960-cı illərdə Atlantik okeanında mavi marlin şüaüzgəclisinin ovunda azalma müşahidə olunmuşdur. Bunun əvəzinə, yelkəntikən balıqların ovunda artım müşahidə olunmuşdur. Daha sonra 1970-ci illərin sonundan 1980-ci illərin sonlarına qədər yelkəntikən balıqların ovunda azalma yaşanmış, qılınc balıqlarının ovunda artım baş vermişdir. Nəticədə, marlinin ümumi ovlanma səviyyəsi kifayət qədər sabit qalmışdır. Begg GA, Friedland KD and Pearce JB (1999) "Stock identification and its role in stock assessment and fisheries management: an overview." Fisheries Research, 43:1–8. Booke HE (1999) "The stock concept revisited: perspectives on its history in fisheries" Fisheries Research, 43 (1–3): 9–11. DOI:10.1016/S0165-7836(99)00063-6 Cadrin SX, Friedland KD and Waldman JR (2004) Stock Identification Methods : Applications in Fishery Science.
Balıq göl
Balıq Gölü Şərqi Anadolu regionunda, Aras Dağlarında yerləşən Türkiyənin ən yüksək göllərindən biridir. Ağrı ilində yerləşən və sahəsi 30 km² olan bu göl vulkan mənşəli göllərə aid edilir. Dəniz səviyyəsindən yüksəkliyi 2241 m, ən derin yeri isə 37 m-dir. Göl yaxınlığındakı kəndlərin əsas su mənbəyidir. Qidalanması qarışıq olub, əsas qidalanma mənbələrinə dağ qarlıq əraziləri, çaylar və yeraltı sular daxildir. Gölün ətrafında qartal, dovşan, şahin, kəklik, tülkü, canavar, bildirçin kimi heyvanlar yaşayır. Ağrı ilindən 60 km, Daşlıçay ilçəsindən isə 26 km uzaqlıqdadır. Bu ərazilər üçün sərt iqlim xarakterikdir. Qış uzun, yaz və yay isə qısa müddət davam edir. Burada 5 ay balıqçılıq buzlar qırılaraq həyata keçirilir.
Balış Ovezov
Balış Ovezov (türkm. Balyş Öwezowiç Öwezow; 29 dekabr 1915, Daşoğuz, Xivə xanlığı – 13 oktyabr 1975, Aşqabad) — 1951-1958 və 1959-1960-cı illərdə Türkmənistan SSR Nazirlər Sovetinin sədri. Türkmənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1960-1969). 4-7-ci çağırışlar SSRİ Ali Sovetinin deputatı. 1961-1971-ci illərdə Sov.İKP Mərkəzi Komitəsinin üzvü, 1952-1961-ci illərdə Sov.İKP Mərkəzi Təftiş Komissiyasının üzvü. 16 dekabr (29) 1915-ci ildə Xiva Xanlığının Bedirkent kəndində (Türkmənistanın Taşauz bölgəsinin Taxtinski rayonu, indiki Daşoğuz velayatının Gorogly etrapı və qədim zamanlarda - Xorazm) anadan olmuşdur. Şimal Yomud qəbiləsindən olan türkməndir. İki ali təhsili var idi: riyaziyyatçı və tarixçi. Sov.İKP Mərkəzi Komitəsinin Ali Partiya Məktəbini bitirib. Balış Ovezov 1960-1969-cu illərdə TSSR respublikasına rəhbərlik etmişdir.
Bamsı Beyrək
Bamsı Beyrək, Baybörənin Oğlu Bamsı Beyrək – gənc oğuz qəhrəmanlarından biri. «Kitabi Dədə Qorqud»da əsas personaj kimi iki boyun təsvir etdiyi hadisələrin iştirakçısıdır. Baybörəbəyin oğlu, Salur Qazanın inaqıdır. Dədə Qorqud ona ad qoymazdan əvvəl Bamsı ləqəbi daşıyırdı. Qəhrəmanlıq göstərəndən sonra Dədə Qorqud ona Beyrək adı verir. Bəy Böyrək, Bay Bura, Bəy Birye, Beğ Beyreg, Bəy Beyrək, Bay Börek, Bağ Böğrek kimi adlarla bilinməkdədir. Bamsı ilə Banu beşik kərtməsidir. Bir-birlərini tanımadan böyüyərlər. Bir gün ovda olarkən qarşılaşılar, aralarında bir mübahisə çıxar və güləşə tutuşurlar. Ancaq ikisi də gücdə bərabər olduğu üçün bir-birlərini məğlub edə bilməz.
Babil
Babil (Akkad dilindəki "Tanrının qapısı" mənasını verən "bab-İllu" sözlərindən) — E.ə. II minilliyin əvvələrində Mesopotamiyada mövcud olmuş şəhər, Babilistanın paytaxtı. Qədim dünyanın ən böyük şəhərlərindən biri. Babil şəhər dövləti e.ə. XIX əsrdə Babilistan dövlətinə çevrildi. Babilin qalıqları Dəclə və Fərat çaylarının qovuşması yaxınlığında, indiki Bağdad şəhərindən 85 km cənubdakı Əl-Hillə şəhərinin yerində tapılmışdır. Babil çarlığı Mesopotamiyada yerləşən, öz hakimiyyətə altında böyük əraziləri birləşdirən güclü bir dövlət olmuşdur. Onun tarixi üç dövrə bölünür: Qədim (e.ə. XIX–XVI); Orta (e.ə. XVI–XII); Yeni (e.ə.
Babir
Babir — İranın Qərbi Azərbaycan ostanında kənd.. Maku şəhristanının Poldəşt bölgəsinin Sarı Subasar kəndistanında, Poldəşt qəsəbəsindən 29,5 km qərbdədir.