Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Basketbol
Basketbol (İngiliscə: basket-səbət, ball – top, səbət topu) — basketbol topu ilə komanda idman oyunu. Oyunu hərəsi beş nəfərdən ibarət iki komanda oynayır. Məqsəd əl ilə topu rəqib komandanın sahəsindəki 3,05 metr yuxarıdan asılı səbətə atmaq və eyni hərəkəti rəqib komandaya etməyə mane olmaq. Topun çəkisi 670–680 qr olur. Bütün dünyada məşhur olan bir idman növüdür. İlk olaraq 1891-ci ildə Jeyms Naismit (James Naismith) tərəfindən oynadılmışdır. Jeyms Naismit basketbolu Mayas qəbiləsinin tlahiotenie oyunundan götürdüyü düşünülməkdədir. == Tarixi == Basketbol, ABŞın Massaçusets əyalətində, Sprinqfild Gənc Kişilər Xristian Birliyi (YMCA) Təhsil Məktəbində bədən tərbiyəsi müəllimi olan Jeyms Naismit tərəfindən 1891-ci ildə yaradılmışdır. Atlet və beyzbolculara qış məşqləri etdirmək məqsədiylə inkişaf etdirilən bu oyunda məqsəd, taxtadan edilmiş səbətlərə topun soxulması idi. İlk oyunlarda 7 nəfər iki komanda arasında 20 dəqiqəlik üç dövrə üzərindən oynanmışdır.
Azərbaycanda basketbol
Azərbaycanda basketbol — Azərbaycan Respublikasında komanda idman növlərindən biri olan basketbolun inkişaf tarixi. == Tarixi == === İlikin mərhələ === Azərbaycanda basketbolun tarixi 1920-ci ildən əvvəl Bakıya işləməyə gəlmiş xaricı neft şirkətlərində calışan fəhlə və qulluqçuların təşəbbüsü ilə başlamışdır. İlk növbədə İngiltərədən, İsveçdən, Almaniyadan Bakıya gəlmiş neft şirkətlərinin rəhbərləri özlərinin asudə vaxtlarının mənalı təşkili məqsədilə onlara çoxdan tanış olan idman oyunlarının yayılmasının ilk təşəbbüsçüləri olmuşlar. Məhz bu illərdən başlayaraq ayrı-ayrı əmək kollektivlərində, idarə və müəssisələrdə, ali təhsil ocaqlarında, idman cəmiyyətlərində komandalar yaradılır, məşğələlərə cəlb olunan basketbol həvəskarlarının sayı gün–gündən artırılırdı. Bakı şəhərində basketbol, futbol və voleyboldan sonra öz kütləviliyinə görə üçüncü yeri tuturdu. === SSRİ dövrü === Azərbaycanda basketbol 1924-cü ildən inkişaf edir. Çünki 1923-cü ildən başlayaraq bütün kompleks yarışların və spartakiadaların proqramına basketbol idman növü də daxıl edilir və basketbol üzrə sadə idman meydançaların kütləbi təşkili əksər təşkilatların diqqət mərkəzində olur. 1924-cü ildə kişilərdən ibarət 42 komanda, qadınlardan ibarət 10 komanda yaradılmışdır. 1925-ci ildə Bakıda Basketbol üzrə Zaqafqaziya çempionatı keçirilmiş, Azərbaycanın kişilərdən və qadınlardan ibarət komandaları 1-ci yerə çıxmışlar. 1926-cı ildə təkcə Bakı şəhərində 300-ə yaxın basketbol üzrə komandaların və məşğələlərin fəaliyyət göstərməsi qeydə alınmışdı.
Basketbol lövhəsi
Basketbol lövhəsi — basketbol oyununda istifadə edilən idman avadanlığı. Lövhə düzbucaqlı və ya kvadrat formasında olur və ona basketbol səbəti bərkidilir. Basketbol lövhəsi arxadan divara və dirəyə asılmaq üşün xüsusi bağlayıcılara malik olur. == Ölçüləri == Beynəlxalq Basketbol Federasiyasının qaydalarına əsasən lövhənin ölçüləri belədir: 180х105 sm. Lövhənin aşağı kənarından döşəməyə qədər olan məsafə 290 sm olmalıdır. Səbət dəmir halqadan və halqaya keçirilmiş dibi olmayan səbətdən ibarətdir. Səbət döşəmədən 3,05 metr, lövhənin aşağı hissəsindən isə 0,15 metr məsafədə yerləşir. Milli Basketbol Assosiasiyasında basketbol lövhəsinin ölçüləri — 72х42 düymə olur. Basketbol halqası 18 düymə diametrində və yerdən 10 fut hündürlükdə olmalı. Daxili düzbucağın ölçüləri 24х18 düymədir.
Basketbol meydançası
Basketbol meydançası — basketbol oynamaq üçün düzbucaqlı formada, səthi hamar və bərk olan sahə. FİBA-nın rəsmi oyunları üçün meydançanın ölçüləri 28 metr uzunluğuna, 15 metr enində olmalıdır. Digər yarışlarda meydança ölçüləri azı 28х15 metr olmalıdır. Meydança tavanının hündürlüyü ən azı 7 metr olmalıdır. Meydança səthi hər tərəfdən və yetərincə işıqlandırılmalı. İşıq mənbəyi elə yerləşməlidir ki, o oyunçuların görməsinə mane olmamalı. 1960-cı illərə qədər rəsmi oyunlar həm açıq, həm də, qapalı idman zallarında keçirilirdi. 1968-ci ildən bütün rəsmi oyunlar qapalı idman zallarında keçirilir. == Quruluşu == === Mərkəzi dairə === Mərkəzi dairə meydançanın mərkəzində yerləşir və radiusu 1,80 metrdir. === Mərkəzi xətt === Mərkəzi xətt arxa xətlərə paralel çəkilir və hər iki yan xəttdən 15 sm çıxmalıdır.
Basketbol mövqeləri
Basketbol mövqeləri oyun zamanı oyunçuların tapşırıqlarını yerinə yetirdikləri yerlərdir. Əsas mövqelər bunlardır: oyun qurucu (PG), atış müdafiəçisi (SG), kiçik hücumçu (SF), uzun hücumçu (PF), mərkəz (C) Basketbolda mövqelər 1-dən 5-ə qədər nömrələnmişdir. 1 oyun qurucu, 2 atış müdafiəçisi, 3 kiçik hücumçu, 4 uzun hücumçu, 5 nömrə isə pivotu bildirir.
Basketbol tarixi
Basketbol 1891-ci ildə ABŞ-nin Massaçusets ştatının Sprinqfilds kollecinin bədən tərbiyəsi müəllimı Ceyms Neysmit tərəfindən yaradılmışdır. Az vaxtda bu oyun Amerikada böyük şöhrət qazandı. Hazırda, dünyada milyonlarla insan bu oyunu oynayır. Ceyms Neysmit 1861-ci ildə Kanadada anadan olmuş, 1939-cu ildə vəfat etmişdir. 21 dekabr 1891-ci ildə Ceyms Neysmit beş əsas ideyadan və 13 qaydadan istifadə edərək yeni oyunun qaydalarını nəşr etdirdi. Ceyms Neysmitin zəhmətini qiymətləndirərək 1911-ci ildə Sprinqfilds kolleci onu fəxri bədən tərbiyəsi ustası dərəcəsi ilə təltif etmişdir. 1939-cu ildə Mak Qill Universiteti Neysmitə tibb doktoru dərəcəsi ad verdi, 1968-ci ildə Sprinqfilds kollecində “Basketbol şərəfi zalı” adlı Ceyms Neysmit muzeyi açılmışdır. == Basketbolun inkişafı == Basketbolun inkişafı qaydalara, ləvazimata, qurğulara və basketbolçunun geyiminə öz təsirini göstərdi. 1983-cü ildə ilk dəfə dəmir halqa ilə top qəbul olundu. 1984-cü ildə topun ölçüsü 30-32 düym (76,2-81,3 sm.) qədər artdı.
Basketbol terminologiyası
Asist: Komanda yoldaşına basket etməsi üçün verilən pas Backcourt (müdafiə etmə sahəsi): Bir komandanın müdafiə üçüm yarı sahə Basket: Topun içindən keçərək xal qazanılması Blok: Müdafiə etmə oyunçusu tərəfindən hücum oyunçusunun xal yığmasını və ya keçməsini maneə törətmə hərəkəti Şut: xal yığmaq məqsədiylə edilən tez hərəkət Dribbling (Top sürmə): Topu çiləyərək istənilən istiqamətə doğru atma Drive: Hücum oyunçusunun xal yığmaq məqsədiylə etdiyi hərəkət End Line (dib xətt): Sahənin enləməsinə səbət altından keçən xətt Fast Break: Bir komandanın rəqib komandanı qorunmasız tutaraq sürətlə xal yığmaq məqsədiylə hücum etməsi Faul Atışı (sərbəst atış): Faul nəticəsində sərbəst atış sahəsindən istifadə edilən müdaxiləsiz atışlar Front Court (hücum sahəsi): Bir komandanın hücum etdiyi yarı sahə Səhv: Faul sayılmayan qayda pozuntuları Səhvli Getmə (steps): Bir oyunçunun topu idarə altına aldıqdan sonra çiləmədən birdən çox addım ataraq getməsi və ya tünddürdükdən sonra topu tutub təkrar top atması Hava Atışı (jump ball): Hakimin oyunu başlatmaq məqsədiylə topu iki rəqib oyunçunun arasından yuxarı doğru atması və bu oyunçuların topu tək əlləriylə komanda yoldaşlarına qazandırma hərəkəti High Post (yüksək post): Sərbəst atış sahəsinin dərhal xaricindən başlayan hücum bölgəsi Hücum Faulü: Bir oyunçunun top öz komandasında ikən rəqib oyunçuya faul etməsi Jump Shot: Oyunçunun sıçrayaraq havada tək əllə basket etmə məqsədiylə şut atması Man to Man Defense (adam adama müdafiə etmə): Təyin olunan hər bir oyunçunun birə-bir təqibiylə edilən müdafiə etmə növü Midcourt Line (orta sahə xətti): Sahəni ortadan ikiyə ayıran xətt digər adı da 8 saniyə xəttidir Pərdələmə (Screen): Hücum edən komandanın oyunçularından birinin komanda yoldaşının asan şut atması və ya rəqibi keçə bilməsi üçün komanda yoldaşı ilə müdafiə etmə oyunçusunu arasına girməsi Pivot: Təyin olunan bir ayağın sabitlənməsi və sabitlənən ayaq ətrafında dönmə işi Pres: Müdafiə etmə edən komanda oyunçularının hücum edən komanda oyunçulardan topu qapmaq və səhv etmələrini təmin etmək üçün üzərlərində təzyiq qurmaları Ribaunt: Səbətdən ya da çevrədən dönən və havalanan topa sahib olmaq üçün edilən iş Texniki Faul: Oyunçuların qayda pozmaları nəticəsində verilən cəza Turnike (lay — up): Qaçaraq putaya ən yaxın məsafədən çarpdıraraq və ya çevrəyə tək əllə atılaraq edilən şut.
Basketbol topu
Basketbol topu — basketbol oyunu üçün doldurulmuş top. Narıncı rəngdə olan topun üzərində qara zolaqlarla ayrılmış 8 bölmə olmalı. Top sferik formada olmalı. Topun çəkisi (rəsmi qəbul olunmuş 7 ölçü) 567—650 q, çevrəsi — 749—780 mm-dir. Bəzən daha kiçik ölçülü topdan istifadə olunur: kişi komandalarının oyununda istifadə olunan toplar «7 ölçü », qadın komandaları üçün — «6 ölçü ». Mini-basketbol oyunlarında — «5 ölçü » istifadə olunur. Basketbol topları iki tipdə olur: ancaq qapalı binalar üçün (ing. indoor) və universal, yəni həm qapalı binalarda, həm də açıq sahələrdə, küçələrdə (ing. indoor/outdoor) oynamaq üçün. == Basketbol topunun ölçüsü == Ümumən basketbol toplarının ölçülərinə görə bölgüsü belədir: Ən böyük ölçü (7 ölçü) rəsmi olaraq kişi komandalarının yaraşı üçün qəbul olunmuş..
Litvada basketbol
Litvada basketbol — Litvada ən geniş yayılmış və məşhur idman oyunlarından biridir. Litvada ilk basketbol təşkilatları 1919-cu ildən yaranmağa başlamışdır.. 1930-cu illərdə Litvalı və Amerikalı basketbol məşqçiləri İkinci Dünya müharibəsinə qədərki 1937-ci və 1939-cu illərdə keçirilən Avropa çempionatında Litvanın kişi basketbol komandasının qalib olmasında mühüm rol oynadılar. Bu qələbələr litvalılar arasında basketbol oyunlarına marağın geniş yayılmasına böyük təsir göstərdi. Həmin dövrdən etibarən litvalılar Avropanın ən güclü basketbolçuları hesab olunurlar. Litva SSRİ-yə birləşdirildikdən sonra Litva oyunçuları basketbol üzrə kişilərdən ibarət SSRİ yığma komandasının əsasını təşkil edirdilər. 1990-cı ildə Litva müstəqillik qazandıqdan sonra ölkədə basketbol üzrə milli komanda yaradıldı və elə birinci, 1992-ci ildə keçirilən yay olimpiya oyunlarında basketbol oyunlarının bürünc mükafatçısı oldular. Sonralar basketbol üzrə Litva milli komandası Olimpiya oyunlarında daha iki bürünc medal, 2010-cu ildə keçirilən basketbol üzrə dünya çempionatında bürünc medal və Avropa basketbol çempionatında beş medal qazandılar.
Mərkəz (Basketbol)
Mərkəz — digər adı ilə 5 nömrə və ya böyük adam basketboldakı 5 mövqedən biri. Bu mövqedə olan basketbolçular çox vaxt komandanın ən hündür oyunçusu olurlar. Onlar səbət yaxınlığında və ya altında mövqe tuturlar. Bu mövqedəki oyunçuların ribaund və blok qabiliyyətləri yüksəkdir. Ancaq onların uzaq məsafəli atış, sərbəst atış dərəcələri aşağıdır. NBA-də mərkəz oyunçuları adətən 6 ft 10 inç (2.08 metr) və daha uzun olurlar. NBA-yə seçilən ən uzun oyunçu 7'8" (2.33m) boyu ilə Yasutaka Okayama olmuşdur. NBA-də çıxış etmiş ən uzun mərkəz oyunçuları isə 7'7"(2.31 m) boy ilə Corc Mureşan və Manut Bol, WNBA-da isə Marqo Daydekdir. Wilt Chamberlain, Kərim Abdul-Cabbar , Bill Rasl, Hakem Olajuvon, Dvayt Hovard, Şakvil O'Neil, Vleyd Divac, Arvidas Sabonis,Yoakim Noah ve Antoni Deyvis NBA-də bu mövqedə çıxış etmiş ən məşhur basketbolçulardır.
Türkiyədə basketbol
Basketbol Türkiyədə ilk dəfə 1904-cü ildə Amerikan Robert Kolleci şagirdləri tərəfindən oynanılmışdır. Basketbolun Türkiyədə şüurlu və əhatəli yayılmasını 1911-ci ildə Qalatasaray Liseyi bədən tərbiyəsi müəllimi olan Əhməd Robenson təmin etmişdir. Yenə 1913-cü ildə ilk basketbol şöbəsi Fənərbaxçada açılmışdır. İlk zamanlarda döyüş illəri olması və oynayacaq rəqib tapıla bilməməsi səbəbi ilə basketbolda bir inkişaf ola bilməmişdir. Bilinən ilk rəsmi müsabiqə 1921-ci ildə Yüksək Müəllim Məktəbi şagirdləri ilə İstanbulda yaşayan amerikalılar arasında olmuşdur. 1923-cü ildə ilk rəsmi idman təşkilatı olan Türkiyə İdman Cəmiyyətləri İttifaqı qurulması və yenə 1927-ci ildə Halkevlerinin qurulması bu idman növünün bütün yurda yayılmasında təsirli olmuşdur. Basketbol Milli Komandası 1934-cü ildə qurulmuş ilk rəsmi matçını 1936-cı ildə Yunanıstanla etmişdir. 49:12 kimi bir hesabla qalib gələn basketbol komandası bu oyunçulardan ibarət idi: Naili Moran (Kapitan) – Jak Həbib – Feridun Koray – Dionis Sakalak – Həzzdəni Penso Xeyiri Arsebük – Sadri Usuoğlu və Nihat Ertuğ. Basketbol 1936-dan 1959-a qədər İdman Oyunları Federasiyası adı altında voleybol və handboll ilə birlikdə icra edilmişdir. 1 mart 1959-cu ildə Türkiyə Basketbol Federasiyası rəsmi olaraq qurulmuşdur.
Xal (basketbol)
Xal (ing. points) — basketbol oyununda qalibi müəyyən edən göstərici. Cərimə atışında komandaya 1 xal, üçxallıq qövsdən 3 xal (FİBA: 6,75 m, NBA: 7,24 M), digər atış zamanı isə komandaya 2 xal verilir. NBA-da qövs kənarından atılan atışa rəsmi olaraq 1978-1980-cı mövsümdə, FİBA-nın keçirdiyi yarışlarda 1984-cü ildən 3 xal verilməyə başlanılmış. Ancaq ilk dəfə olaraq 3 xal Amerika Basketbol Assosiasiyasının keçirdiyi yarışlarda verilmiş (1967-1968). Daha çox xal toplamış komanda qalib elan olunur. Oyun boyu xal qazanan komandanın və oyunçuların statistikası aparılır (ing. points per game (PPG)). Basketbolda bu göstərici oyunçunun hücum effektliyini müəyyən edir. Karyera boyu ən çox toplanılmış xal: Kərim Abdul-Cabbar (38 387 xal) Oyunda orta hesabla ən çox qazanılan xal: Çemberlen Uilt və Maykl Cordan (30,1) NBA tarixində ən çox toplanılmış xal: Uilt Çemberlen100 xal (2 mart 1962-ci il).
Amerika Basketbol Assosiasiyası
Original adı Amerika Basketbol Assosiasiyası (ABA) olan bu əsas profesional liqanın 1967-ci ildə təməli qoyulmuşdur. 1976-cı ildə Amerika Basketbol Assosiasoyası - Milli Basketbol Assosiasiyası (NBA) ilə birləşdi. Milli Basketbol Assosiasiyasına bir neçə komanda qoşularaq və ABA-da 3 bal üstünlüklə liderlik edir. == Liqanın tarixi == ABA 1960-cı ildən 1970-ci illərin ortalarına qədər çoxsaylı liqalar üçün çətin idi. Çünki Amerika Birləşmiş Ştatlarında peşə idman liqaları mövcud deyildi və komandalar öz müvəffəqiyyət dərəcələrini nümayiş etdirə bilmirdi. Bu səbəbdən ABŞ-də bir çox milyaderlər və ocümlədən də basketbola həvəskar olan sahibkarlar milli liqanı yaratmaq qərarına gəlirlər. Birinci bu sahəyə yəni ABA-ya "Milleapolis Leykers" komandasının oyunçusu məşhur Corc Mayken pul yatırır. ABA klubu çoxlu tanınmış oyunçulardan ibarət NBA komandasının klubuna qalib gəldi. ABA NBA-nın qaydalarından fərqli qaydalara riayət edirdilər. Onlar 1967-68-ci illərdə 3-cü zonaya keçirlər.
Aztop basketbol klubu
Bakı şəhərində olan Azərbaycan basketbol çempionluğunda rəqabət edən basketbol klubudur.
Azərbaycan Basketbol Federasiyası
Azərbaycan Basketbol Federasiyası və ya qısaca ABF — Azərbaycanda basketbola nəzarət edən rəsmi qurum. == Tarix == Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra 1992-ci ildə müstəqil Azərbaycanın Basketbol Federasiyası (ABF) yarandı. 1994-cü ildə Azərbaycan Basketbol Federasiyası (ABF) Beynəlxalq Basketbol Federasiyasına (FİBA) tamhüquqlu üzv qəbul edilimişdir və bu da komandalarımıza beynəlxalq yarışlarda müstəqil dövlətimizin bayrağı altında çıxış etmək hüququ qazandırmışdır. 1997-ci ildən 2000-ci ilə qədər ABF-sı FİBA-nın heç bir toplantı və tədbirlərdə iştirak etmədiyinə görə Avropa Basketbol Federasiyasının tamhüquqlu üzvlüyündən xaric edilmişdir. 2000-ci ildə Azərbaycan Basketbol Federasiyasının yeni rəhbərliyi seçilmişdi. Beynəlxalq əlaqalarin yeni səviyəyə galdırılması sayəsində 2000-ci ildə Türkiyədə keçirilən FİBA konqressində ABF-nın bu beynəlxalq quruma üzvlüyü bərpa olunmuşdur. ABF müntəzəm olaraq ölkə çempionatlarını və Uşaq-Yeniyetmə Basketbol Liqasının yarışlarını keçirir. Bundan əlavə, ABF son dövrdə FİBA tərəfindən böyük əhəmiyyət verilən 3x3 basketbol idman növü üzrə ölkədaxili yarışların müntəzəm keçirilməsini təmin edir. ABF ölkəmizdə gənc basketbolçularının yetişdirilməsinə və onların inkişafına xüsusi diqqət yetirir və bu məqsədlə məşqçilər tərəfindən davamlı seleksiya işinin aparılmasını təmin edir. == Rəhbərlik == ABF Prezidenti — Emin Əmrullayev Rəyasət Heyətinin üzvləri: — Simuzər Feyzullayeva — Vilayət Vəliyev — Bəxtiyar Aslanbəyli — Elnur Əliyev İcraçı Direktor — Fərrux Mahmudov Baş Katib — Vüqar Əzimov == Fəaliyyət istiqamətləri == ABF-nin əsas fəaliyyət istiqamətləri aşağıdakılardan ibarətdir: Basketbol idman növünün Azərvaycanda geniş şəkildə təbliğ edilməsi və populyarlaşdırılması; Azərbaycanda basketbol idman növünün inkişafı üçün perspektiv proqramların hazırlanması və onların həyata keçirilməsi; Müxtəlif yaş qrupları üzrə ölkədaxili yarışların təşkili və keçirilməsi; Yığma komandaların beynəlxalq yarışlarda iştirakını təmin edilməsi; Azərbaycan basketbolunun beynəlxalq idman təşkilatlarında nüfüzunun artırılması; Basketbolun inkişafında əldə edilmiş beynəlxalq təcrübəni öyrənilməsi və ölkə daxilində tətbiq edilməsi; Basketbol sahəsində elmi-tədqiqat və metodik işlərin təşkil edilməsi; Yüksək ixtisaslı basketbolçuların və mütəxəssislərin hazırlıq sisteminin təkmilləşdirilməsi.
Basketbol Olimpiya oyunlarında
Olimpiya oyunlarında Basketbol- 1936-cı ildən etibarən nizamlı olaraq keçirilən olimpiya idman növüdür. Olimpiya oyunlarında oynanılmamışdan əvvə 1904-cü ildə nümayiş oyunu kimi oynandı. Qadın Basketbol komandasının Olimpiadada oynaması isə 1976-cı ildən bəri keçirilməkdədir. Amerika Birləşmiş Ştatları bu idman nöbündə çox inkişaf etmişdir. Qatıldığı 17 müsabiqənin 14-ündə çempion olmuşdur. Bu çempionatlarda 1936-cı ildən 1968-ci ilə qədər ard-arda çempion oldu. Amerika Birləşmiş Ştatlarının Qadın Basketbol milli komandası qatıldığı 9 çempionatın 7-sində çempion olub. 1996-cı ildən 2012-ci ilə qədər ard-arda çempion olub.
Beynəlxalq Basketbol Federasiyası
Beynəlxalq Basketbol Federasiyası (Fransız dili: Fédération Internationale də Basketball Association), geniş şəkildə bilindiyi halıyla FIBA milli basketbol təşkilatların federasiyasındır. Beynəlxalq basketbol yarışmalarını rəhbərlik məsuliyyəti FIBAdədir. Daha əvvəl bilindiyi halıyla Fédération Internationale də Basketball Amateur (yəni FIBA), 1989-cu ildə rəsmi adından Amateur sözünü çıxartmış, ancaq qısaldılmış halını eynilə qorumuşdur. FIBA, beynəlxalq basketbol qaydalarını, istifadə ediləcək əkibməyin və məkanların xüsusiyyətlərini təyin edər, idmançıların ölkələr arası transferlərini nəzarət edər və beynəlxalq hakimlərin proqramlarını nəzarət edər. 200dən çox milli təşkilat federasiya üzvüdür. 1989-cu ildən sonra FIBA beş bölgəyə ayrılmışdır: Afrika, Amerika, Asiya, Avropa və Okeana. == Tarixçə == 1932-ci ildə Cenevrə də qurulmuşdur. İki il sonra Beynəlxalq Olimpiada Komitəsi tərəfindən tanınmışdır. Səkkiz qurucu üzvü bunlardır. Argentina, Çexoslovakiya, Yunanıstan, İtaliya, Latviya, Portuqaliya, Rumıniya və İsveçrə.
Fənərbaxça Basketbol Komandası
Fənərbaxça İdman Klubunun kişi basketbol şöbəsidir. Köhnə adı Fənərbaxça Ülker. 2017-ci ildə Euroleague çempionu olaraq, Avropa qitəsinin ən güclü komandası olmuş və Türk basketbol tarixinin ən böyük müvəffəqiyyətini qazanmışdır. Ülkerspor, Fənərbaxça İdman Klubu ilə birləşərək "Fenerbahçe Ülker" adını almışdır. Kişi və qadın basketbol komandaları vardır. Avropa yarışlarına Fenerbahçe Ülker adıyla Fenerbahçe basketbol komandası iştirak edəcəkdir. Fənərbaxça Basketbol Komandası ad sponsoru olmadan 2016-2017 Euroleague çempionu olmuşdur. == Tarixi == 1975-ci ildə Nasaşspor adı ilə yaradılan klub təxminən 20 il Türk basketbolunun orta sıra komandalarından biri kimi yarışlarda iştirak etmişdir. 1993-cü ildəqida sektorunun öncül firmalarından olan Ülker tərəfindən satın alınan klubun tərkibi və hədəfləri tamam dəyişdi. Ülkerspor kimi adını dəyişəndən bir sezon sonra Türkiye Basketbol Liqasında finala çıxdı və Türkiyni Koraç Kupasında təmsil etdi.
Milli Basketbol Assosiasiyası
Milli Basketbol Assosiasiyası (ing. National Basketball Association) və ya MBA (ing. NBA) – Amerika Birləşmiş Ştatlarının 30 komandadan ibarət olan peşəkar basketbol liqası. Liqanın əsası 6 iyun 1946-cı ildə Nyu-York şəhərində "Basketboll Assosiation of America" (BAA) (Amerika Basketbol Assosiasiyası) olaraq qoyulmuşdur. Liqa 1949-cu ildə indiki adını almışdır. Oyunları Amerikada ESPN və TNT, Türkiyədə TV8, Azərbaycanda isə CBC Sport kanalları yayımlayır. NBA loqosunun üzərində Los-Anceles Leykersli oyunçu Cerri Vestin süjeti canlanır. Mötərizənin içindəki rəqəmlər məşqçinin qazandığı titulların sayını göstərir. NBA çempionluğu titulunu 11 çempionluqla ən çox Phil Jackson qazandı. Ardınca 9 çempionluqla Red Auerbach, 5 çempionluqla John Kundla, Gregg Popovich və Pat Riley gəlir.
Qala (basketbol klubu)
Azərbaycan basketbol çempionluğunda rəqabət edən basketbol klubudur.
Türkiyə Basketbol Federasiyasi
Türk Basketbol Federasiyası ya da qısaca TBF, 1959-cu ildə İstanbulda qurulan və Türkiyədəki basketbol təşkilatlarını tənzimləyən muxtar idman federasiyasıdır. FIBA və ULEB-in üzvüdür. Federasiyanın hazırkı prezidenti Hidayət Türkoğludur. Türkiyə Basketbol Federasiyası üç kişi basketbol liqasını və iki qadın basketbol liqasını təşkil edir. Bundan əlavə, TBF hər il kişi və qadınlar üçün liqa çempionatları, Türkiyə kubokları və prezident kuboklarını təşkil edir. Rəsmi qeydlərə görə, Türkiyədəki ilk basketbol oyunu 1904-cü ildə Osmanlı İmperiyası dövründə Robert Kolleci İdman Salonunda oynanmışdı. Qısa müddət sonra Qalatasaray Litseyindən Əhməd Robenson bu idmanı kəşf etdi və 1911-ci ildə öz litseyinə apardı. İlk oyunda, Robensonun tələbələri bir-birlərinə qarşı mübarizə apardılar, lakin bu yeni idman növünə alışa bilməyən tələbələr arasında yaralananlar oldu. Bəzi mənbələrə görə, Fənərbaxça İdman Klubu 1913-cü ildə basketbol şöbəsi açdı, lakin 1919-cu ilə qədər şöbə Birinci Dünya Müharibəsinin araya girmesi ilə əlaqədar fəaliyyət göstərmədi. 1920-ci ildə bir Türk komandasının İstanbuldakı Gənc Kişilər Hərəkatı Dərnəyi tərəfindən təşkil edilən basketbol turnirində iştirak etmək qərarı alındı.
Türkiyə Basketbol Federasiyası
Türk Basketbol Federasiyası ya da qısaca TBF, 1959-cu ildə İstanbulda qurulan və Türkiyədəki basketbol təşkilatlarını tənzimləyən muxtar idman federasiyasıdır. FIBA və ULEB-in üzvüdür. Federasiyanın hazırkı prezidenti Hidayət Türkoğludur. Türkiyə Basketbol Federasiyası üç kişi basketbol liqasını və iki qadın basketbol liqasını təşkil edir. Bundan əlavə, TBF hər il kişi və qadınlar üçün liqa çempionatları, Türkiyə kubokları və prezident kuboklarını təşkil edir. Rəsmi qeydlərə görə, Türkiyədəki ilk basketbol oyunu 1904-cü ildə Osmanlı İmperiyası dövründə Robert Kolleci İdman Salonunda oynanmışdı. Qısa müddət sonra Qalatasaray Litseyindən Əhməd Robenson bu idmanı kəşf etdi və 1911-ci ildə öz litseyinə apardı. İlk oyunda, Robensonun tələbələri bir-birlərinə qarşı mübarizə apardılar, lakin bu yeni idman növünə alışa bilməyən tələbələr arasında yaralananlar oldu. Bəzi mənbələrə görə, Fənərbaxça İdman Klubu 1913-cü ildə basketbol şöbəsi açdı, lakin 1919-cu ilə qədər şöbə Birinci Dünya Müharibəsinin araya girmesi ilə əlaqədar fəaliyyət göstərmədi. 1920-ci ildə bir Türk komandasının İstanbuldakı Gənc Kişilər Hərəkatı Dərnəyi tərəfindən təşkil edilən basketbol turnirində iştirak etmək qərarı alındı.
Han Xu (basketbol)
Han Xu 31 oktyabr 1999 Shijiazhuang, Hebei, Çin anadan olmuşdu Nyu York üçün Çinli basketbol oyunçusudur. == Haqqında == Han Xu Nyu York üçün Çinli basketbol oyunçusudur.O Liberty Qadınların Milli Basketbol Assosiasiyası. Han 2019 WNBA Draft-da Liberty tərəfindən ikinci raundda (ümumi 14-cü) seçilib. O, Çini 2016-cı il FİBA U-17 Qadınlararası Dünya Çempionatı,2017 FIBA ​​U-19 Qadınlararası Basketbol Dünya Kuboku və 2018 FIBA ​​Qadınlararası Basketbol üzrə Dünya Kuboku və 2022 FIBA ​​Qadın Basketbol Dünya Kuboku qazandı == WNBA Liberty Qadınların Milli Basketbol Assosiasiyası == Han 2019-cu il WNBA draftında Nyu-York Liberty tərəfindən 14-cü seçilib. O, draft sinfində ən gənc oyunçu idi.Liberty-nin yeniyetmə oyunçusu Yao Ming müqayisələrinin təzyiqini qəbul edir Yeni mövsümündə o,liqanın ən uzun boylu oyunçusu və liqa tarixində ikinci ən uzun oyunçu idi. O, Çinli beynəlxalq basketbolçu Yao Ming ilə müqayisələr apardı. 2020-ci ilin may ayında, Hanın koronavirus pandemiyası səbəbindən Çində qalmaq üçün 2020 WNBA mövsümündən kənarda qalacağı açıqlandı.Liberty oyunçuları xaricdə qalacaq, koronavirus pandemiyası fonunda istənilən növ 2020 mövsümündən imtina edib. == Milli Komanda Karyerası == Han Xu 2022 FIBA ​​Qadın Basketbol Dünya Kubokunda Google All-Star Five seçildi.O hər oyunda orta hesabla 12,4 xal,8,4 ribaund və 1,7 blok yığaraq, 1994-cü ildə Avstraliyada keçirilən tədbirdən sonra ilk gümüş medalını Çinə qazandırmağa kömək etdi.Avstraliya ilə yarımfinal oyununda Han Xu Çin üçün möhtəşəm bir karyera gecəsi keçirdi və o, bərabərləşdi. FIBA Qadınlararası Basketbol Dünya Kuboku 5 swatla rekord qırır. O, həmçinin 80 faiz yerdən atışdan 19 xal topladıqdan və 11 ribaundla dubl-doblunu tamamladıqdan sonra 33 səmərəlilik balı topladı.
Azərbaycan Basketbol Liqası
Azərbaycan Basketbol Liqası – Azərbaycanın peşəkar basketbol klublarının çıxış etdiyi ən yüksək lokal turniridir. Liqa Azərbaycan Basketbol Federasiyası tərəfindən təşkil olunur. == Tarixi == 1994-cü ildə Azərbaycan Basketbol Federasiyası (ABF) Beynəlxalq Basketbol Federasiyasına (FİBA) tamhüquqlu üzv qəbul edilimişdir və bu da komandalarımıza beynəlxalq yarışlarda müstəqil dövlətimizin bayrağı altında çıxış etmək hüququ qazandırmışdır. Bununla yanaşı, həmin vaxtda Basketbol Liqasının ilk mövsümü başlamışdır. == Cari klublar == == Performance by club == Clubs in bold currently play in the top division.
Şəki (basketbol klubu)
Şəki BK – Azərbaycan Basketbol Liqasında çıxış edən basketbol komandası. Şəki şəhərini təmsil edir. == Haqqında == Şəki BK 2011-ci ildə Şəki şəhərində yaradılmışdır. Klub məşqlərini və oyunlarını, Şəki şəhərində yerləşən "Şəki Olimpiya İdman Komleksi"-ində həyata keçirir. 2023–2024-cü illər mövsümündə 1 qalibiyyət və 17 məğlubiyyətlə sonuncu yerdə (10-cu yer) qərarlaşıblar. Klubun ən çox səs gətirən transferi ABŞ vətəndaşı olan Vebster Simeusdur. Vebster Simeus Haitidə doğulub. 2.03 sm boya malik olan 24 yaşlı basketbolçu "hücumçu" mövqeyində çıxış edir. Vebster Simeus 2022–2023 ildə Yunanıstanın Elit Liqasında çıxış edən "Kavala" klubunda oynayıb. O, Azərbaycana gələnədək Fələstinin "Beyt Sahur" klubuna məxsus olub.