Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
In My Bed
"In My Bed (Mənim Yatağımda), ingilis musiqiçi Amy Winehouse-un Frank albomu üçün yazdığı və səsləndirdiyi single-dır. Winehouse-un 3-cü olan bu single'ı 3 aprel 2004-də dərc olundu.
Bed and breakfast
Bed and breakfast, B&B (tərcümədə ing. — "yataq və səhər yeməyi") — müxtəlif evlərdə mövcud olan, qonaqlar üçün yataq və səhər yeməyi xidmətləri təklif olunan mini otel növü. İsraildə B&B-lərə danışıq dilində tzimer (yəhudi dilindən צימער "otaq") deyilir. Hindistanda B&B-nin inkişafını dəstəkləmək üçün hökumət proqramı mövcuddur ki, bu da B&B-ni "qızıl" və "gümüş"ə bölür. Otaq kirayəsini təşviq etmək üçün Havay 1989-cu ildən bəri Oahuda yeni B&B-lərin açılmasını qadağan etmişdir. Hətta böyük kurort mehmanxana kompleksləri "Yataq və səhər yeməyi" qida sistemini təklif edir, yəni otel qonaqları üçün otaq qiymətinə yalnız səhər yeməyi daxildir.
Ahmet Bedevi
Manisa Tarzanı (rəsmi qeydlərə görə Ahmeddin Carlak ya da öz ifadəsi ilə Əhməd Bədəvi(türk. Ahmet Bedevi) (d. 1899 Səmərra, Osmanlı İmperiyası - ö. 31 may 1963, Manisa, Türkiyə) — Kərküklü türkman. Türkiyə Qurtuluş Savaşında döyüşdüyü üçün "İstiqlal ordeni" ilə təltif olunmuşdur. Həyatını Manisanın bütün Türkiyəyə nümunə olacaq şəkildə yaşıllaşdırılmasına həsr etmiş və minlərlə ağac əkmişdir. Spil dağında yaşayan və Manisa küçələrində yalnız şort ilə gəzən Ahmeddin Carlaka cammat 1934-cü ilin istehsalı olan "Tarzan" filmi ekranlara çıxandan sonra "Manisa Tarzanı" adını vermişlər. 1963-cü ildə vəfat etdikdən sonra Manisa əhalisinə bir əfsanəyə çevrilmiş, ildə bir çox heykəli tikilmişdir. Hər il ölüm ildönümü 31 may günündə Manisada xatirəsi üçün mərasimlər keçirilir.
Andrey Bednyakov
Andrey Bednyakov (ukr. Андрій Бідняков; d. 21 mart 1987, Mariupol, Ukrayna SSR, SSRİ) — ukraynalı artist və teleaparıcı, daha çox "Oryol i Reşka" (rus. Орёл и решка) verilişinin aparıcısı kimi tanınmışdır. == Bioqrafiya == Andrey Bednyakov 21 mart 1987-ci ildə Ukrayna SSR-nin Mariupol şəhərində anadan olub. Məktəbi bitirəndən sonra üç il ərzində İliç adına Mariupol metallurgiya kombinatında elektrik işləyib. Zavodda işlədiyi müddətdə o, Xarkov daxili işlər universitetində qiyabi ali təhsil almışdır. Buranı bitirdikdən sonra Kiyevə köçüb. Ukrayna yüksək Şən və Hazırcavablar Klubu (KVN) liqasında çıxış edib. 2011-ci ildən 2013-cü ilədək "İnter" telekanalında yayımlanan "Oryol i Reşka" verilişinin aparıcılarından biri olub.
Emmi Bedjanyan
Emma Becanyan (erməni dilində: Էմմա Բեջանյան) — erməni müğənni. Eurovision 2011 mahnı müsabiqəsində Ermənistanı təmsil edən müğənni. == Həyatı == 12 aprel 1984-cü ildə musiqiçi ailəsində anadan olmuşdur. == Karyerası == Musiqi karyerasına 1993-cü ildə çıxmış ilk "Hayastan" adlı albomla başlamışdır. Musiqinin klipi də həmin il yayımlanmışdır. 2011-ci ildə Eurovision mahnı müsabiqəsində Ermənistanı təmsil edib. İlk albomu 2006-cı ildə yayımlanmışdır.
Grevillea bedggoodiana
Grevillea bedggoodiana (lat. Grevillea bedggoodiana) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin qrevilleya cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Hakea bedggoodiana (J.H.Willis ex McGill.) Christenh.
Jan-Bedel Bokassa
Jan Bedel Bokassa (22 fevral 1921[…] – 3 noyabr 1996[…], Bangi) — Mərkəzi Afrika İmperatoru == Həyatı == Bokassa 1921-ci ildə anadan olub. O vaxt Mərkəzi Afrika Respublikası Fransa protektoratı idi. Bokassa 19 yaşında Fransanın müstəmləkə ordusuna qoşulub. Vyetnam Fransa müstəmləkəsi olanda orada vyetnamlılara qarşı vuruşub. Zabit rütbəsi və fəxri legion xaçı alıb. Bokassa döyüşən vaxt qohumu müstəqillik alan MAR-ın prezidenti olub və onu ölkəyə çağırıb. 1960-cı ildə hərbi kabinetin rəisi olan Bokassa qısa müddətə marşala qədər yüksəlib. Marşal olandan sonra isə daha çox istəyib və qohumunu devirərək prezident olub. 1979-cu ildə prezident olmaqla yanaşı, bütün hakimiyyəti əlində cəmləşdirib: Eyni zamanda müdafiə naziri, dövlət idarələri və sosial təminat naziri, ticarət naziri, sənaye və şaxtalar naziri, poçt və telekommunikasiyalar naziri, hökumətin sədri, ölkədə yeganə partiya olan qara afrikanin sosial təkamülü hərəkati partiyasinin sədri olub. == İmperatorluq == Nəhayət, 1972-ci ildə Bokassa özünü ömürlük prezident, 1977-də isə imperator elan edir.
Jan Bedel Bokassa
Jan Bedel Bokassa (22 fevral 1921[…] – 3 noyabr 1996[…], Bangi) — Mərkəzi Afrika İmperatoru == Həyatı == Bokassa 1921-ci ildə anadan olub. O vaxt Mərkəzi Afrika Respublikası Fransa protektoratı idi. Bokassa 19 yaşında Fransanın müstəmləkə ordusuna qoşulub. Vyetnam Fransa müstəmləkəsi olanda orada vyetnamlılara qarşı vuruşub. Zabit rütbəsi və fəxri legion xaçı alıb. Bokassa döyüşən vaxt qohumu müstəqillik alan MAR-ın prezidenti olub və onu ölkəyə çağırıb. 1960-cı ildə hərbi kabinetin rəisi olan Bokassa qısa müddətə marşala qədər yüksəlib. Marşal olandan sonra isə daha çox istəyib və qohumunu devirərək prezident olub. 1979-cu ildə prezident olmaqla yanaşı, bütün hakimiyyəti əlində cəmləşdirib: Eyni zamanda müdafiə naziri, dövlət idarələri və sosial təminat naziri, ticarət naziri, sənaye və şaxtalar naziri, poçt və telekommunikasiyalar naziri, hökumətin sədri, ölkədə yeganə partiya olan qara afrikanin sosial təkamülü hərəkati partiyasinin sədri olub. == İmperatorluq == Nəhayət, 1972-ci ildə Bokassa özünü ömürlük prezident, 1977-də isə imperator elan edir.
Kirkorov, Filip Bedrosoviç
Filipp Bedrosoviç Kirkorov (rus. Фили́пп Бедро́сович Кирко́ров; 30 aprel 1967, Varna) — sovet-rus estrada müğənnisi, aktyor, bəstəkar və prodüseri. 5 dəfə Rusiyanın ən populyar müğənnisi kimi "World Music Awards" mükafatının laureatı, 2002-ci ildə "Kinotavr" kinofestivalında "Dikanka yaxınlığındakı xutorda gecələr" (Вечера на хуторе близ Диканьки) müziklindəki roluna görə "Ən yaxşı kişi rolu" nominasiyasının qalibi. Erməni əsilli bolqar müğənnisi Bedros Kirkorovun ailəsində dünyaya gəlmişdir. 1994–2005-ci illərdə Alla Puqaçova ilə evli olmuşdur. == Diskoqrafiyası == Studio albums 1990 Filip 1990 Sinbad-Morexod 1991 Nebo I Zemlya 1991 Ti, Ti, Ti 1992 Takoy Sakoy 1994 Ya Ne Rafael 1995 Primadonna 1995 Skajı Solnsu: "DA" 1998 S Lyubovyu k Edinstvennoy 1998 Oy, Mama, Şıka Dam 2000 Çelofilia 2001 Magico Amor 2002 Vlubloniy I Bezumno Odinokiy Filip Kirkorov albom 2003 Neznakomka 2007 For You 2010 DruGOY Sinqlar 1999 Mış 2000 Ogon I Voda 2000 Kilimancaro 2001 Diva 2001 Ti Poveriş ? 2001 Ya Za Tebya Umru 2001 Maria 2002 Jestokaya Lyubov 2004 Sam P..A?! Ili Kirkorov MAZZDie!!! 2005 Kak Sumaşedşiy Ya (Sakis Ruvasla duet) 2009 Jara 2018 Əhval rəngi mavi Canlı 2001 Vçera, Segodnya, Zavtra...
Litsea beddomei
Məhəmməd Bedur
Natasha Bedingfield
Nataşa Bedinqfild (ing. Natasha Bedingfield; 26 noyabr 1981) ingiltərəli müğənni ve bəstəkar.
Nataşa Bedinqfild
Nataşa Bedinqfild (ing. Natasha Bedingfield; 26 noyabr 1981) ingiltərəli müğənni ve bəstəkar.
Psychotria beddomei
Psychotria beddomei (lat. Psychotria beddomei) — boyaqotukimilər fəsiləsinin psixotriya cinsinə aid bitki növü.
Quercus bedoi
Syzygium beddomei
Syzygium beddomei (lat. Syzygium beddomei) — mərsinkimilər fəsiləsinin siziqium cinsinə aid bitki növü.
Bedel aşırımı
Bedel — Tyanşan dağ sistemində, Kakşaal-Too silsiləsi üzərindən keçən aşırım. Qırğızıstan və Çinin Sincan-Uyğur Muxtar Rayonu sərhəddində, dəniz səviyyəsindən 4,284 m yüksəklikdə yerləşir. İssık-Kul gölünün cənub sahilində yerləşən Barskoon kəndi ilə aşırımı birləşdirən yol var. Aşırımın yaxınlığında Yıştık çayının mənbəyidir. Aşırım tarixən mühüm karvan yolu kimi xidmət etmişdir və Böyük ipək yolu üzərində yerləşirdi.
Bedford (dairə, Pensilvaniya)
Bedford — ABŞ-ın Pensilvaniya ştatında dairə. Rəsmi olaraq 9 mart 1771-ci ildə quruldu. 2010-cu ildə əhalinin sayı 49,762 nəfər idi. == Coğrafiyası == ABŞ Siyahıyaalma Bürosunun məlumatına görə, dairənin ümumi sahəsi 2,634,033 km2-dir ki, bunun da 2,628,853 km2 quru, 3000 km2 və ya 0,280% sudur.
Beduruskənd
Petrosaşen (əvvəlki adı Beduruskənd) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Çaylaqqala kənd inzibati ərazi dairəsinin ərazisində mövcud olmuş kənd. Hal hazırda, Azərbaycan Respublikasının inzibati-ərazi bölgüsündə Xocavənd rayonunun tərkibində bu adda kənd qeyd olunmur, bu kəndin yaxınlığındakı başqa bir kəndə birləşdirildiyi və ya ümumiyyətlə ləğv edildiyi ehtimal edilir. Amma Azərbaycan Milli Ensiklopediyasında bu kəndin adı çəkilir. == Tarixi == Azərbaycan kənd təsərrüfatı üzrə 1921 il üçün siyahıyaalınmasında yaşayış məntəqəsi Beduruskənd adı ilə Qubadlı qəzasının tərkibində göstərilir. Azərbaycan Sosialist Şura Cümhuriyyətinin (Azərbaycan SSR) 1933-cü il üçün inzibati bölgüsündə yaşayış məntəqəsinin adı Petrovaşen kimi o vaxt mövcud olmuş Muxtar Dağlıq Qarabağ Oblastın (Dağlıq Qarabağ Muxtar Vilayətinin) tərkibində qeyd olunur. Amma Azərbaycan SSR-nin 1961-ci, 1963-cü, 1968-ci, 1977-ci illər üzrə inzibati ərazi bölgülərində kəndin adı Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibində qeyd olunmur. Azərbaycan SSR-nin Ali Sovetinin Rəyasət Heyətinin 26 mart 1982-ci il tarixli fərmanı ilə o vaxtkı Dağlıq Qarabağ Muxat Vilayətinin Hadrut raronunun Xtsabert (indiki Çaylaqqala kəndi) kənd Sovetinin tərkibində əslində mövcud olan Petrosaşen kəndi yaşayış məntəqələri siyahısına daxil edilmiəsinə dair Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin qərarı təsdiq olunması qərara alınmışdı. Bununla, Petrosaşen kəndi 1982-ci il üçün Azərbaycan SSR-nin Dağlıq Qarabağ Muxtar Vilayətinin Hadrut rayonunun Xtsabert (indiki Çaylaqqala kəndi) kənd Sovetinin tərkibində kənd oldu. Həmçinin, 26 noyabr 1991-ci il tarixində Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında Azərbaycan Respublikasının Qanunu № 279-XII ilə Azərbaycan Respublikasının Ali Soveti Martuni rayonunun Xocavənd rayonu adlandırılmasını, Hadrut rayonunun ləğvini, ləğv edilmiş Hadrut rayonunun ərazisi isə Xocavənd rayonunun tərkibinə verilməsini qərara aldı. Bundan sonra, Azərbaycan Respublikasının Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli qərarı ilə Xocavənd rayonunun Xtsabert kəndinin adı dəyişdirilərək, Çaylaqqala adlandırıdı.
Hakea bedggoodiana
Grevillea bedggoodiana (lat. Grevillea bedggoodiana) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin qrevilleya cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Hakea bedggoodiana (J.H.Willis ex McGill.) Christenh.
Bahirə Bediş Morova Aydilək
Bahirə Bediş Morova Aydilek (1897, Bosniya vilayəti – 10 noyabr 1965 və ya 10 noyabr 1938, Türkiyə) ― türk rəssam və siyasətçi,Türkiyə Böyük Millət Məclisinə seçilən ilk 18 qadın millət vəkilindən (deputat) biri. O, Türkiyənin 5-ci parlamentində Konya seçki dairəsinin millət vəkili kimi fəaliyyət göstərib. == Erkən həyatı == Bahirə Bediş Aydilək 1897-ci ildə Osmanlı imperiyasında, Bosniya vilayətində anadan olub. Atası Salonikidən Bosniyaya köçüb gəlmiş yəhudi əsilli Hasbi əfəndi, anası isə Əsma xanımdır. Lozanna müqaviləsindən sonra Aydilək və ailəsi İstanbula köçmüş və çətin günlərdən keçmişdir. Onun atası ticarətlə məşğul olur, Aydilək də çəkdiyi rəsmləri İstanbulun zənginlərinə sataraq evə kömək edirdi. Aydilək Boluda ibtidai və orta məktəbi bitirmiş və bundan sonra oradakı rəssamlıq məktəbində rəsm müəllimi kimi işləmişdir. O 1927-ci ildə görmə problemləri səbəbi ilə işini tərk etmiş, Cümhuriyyət Xalq Partiyası (CHP) və Bolu halkevində işləmişdir. 1930-cu ildə Bolu Bələdiyyə Məclisinə üzv seçilmişdir. == Siyasi fəaliyyəti == 1934-cü ildə Aydilək, Mustafa Kamal Atatürk ilə tanış olmuş və Atatürk ona "rəssam" mənasını verən "Bediz" (sonralar "Bediş" kimi yazılmağa başlamışdır) adını vermişdir.
Bedfordşir Universiteti
Bedfordşir Universiteti — İngiltərənin Bedfordşir şəhərlərində müasir, innovativ universitet. == Tarixi == Təhsil müəssisəsi 1882-ci ilə aiddir, lakin 1993-cü ildə universitet statusu alıb və sonra Luton Universiteti adlandırılıb. 2006-cı ildə Luton Universiteti ilə De Montfort Universitetinin Bedford şəhərciyinin birləşməsindən sonra, Şəxsi Şuranın təsdiqi ilə adı "Bedfordşir Universiteti" olaraq dəyişdirildi. == Kampusları == Universitet 5 kampusda yerləşir: Luton kampusu Bukingemşir kampusu Bedford kampusu Eysberi kampusu Milton Keyns kampusu == Akademik strukturu == Universitetdə 100-dən çox ölkədən 20,000-dən çox tələbə təhsil alır. O, həm Böyük Britaniyada, həm də Beynəlxalq səviyyədə təxminən 40 akademik tərəfdaşla işləyir. Universitetdə bakalavr, magistratura və doktorantura kursları təklif olunur. Kurslar öz sahələri üzrə aparıcı mütəxəssislər tərəfindən tədris olunur. === Fakültələri və Məktəbləri === Biznes məktəbi İncəsənət, Texnologiyalar və Elm fakültəsi Təhsil fakültəsi İdman fakültəsi Sağlamlıq fakültəsi Sosial Elmlər fakültəsi Jurnalistika və Kommunikasiya şöbəsi İncəsənət və Dizayn məktəbi Tətbiqi Sosial Elmlər fakültəsi Kompüter Elmləri və Texnologiyaları fakültəsi İngilis dili və kommunikasiya fakültəsi Təhsil Araşdırmaları məktəbi Media İncəsənət və İstehsalat Departamenti İfaçılıq sənəti və ingilis dili fakültəsi İdman Elmləri və Fiziki Fəaliyyət Departamenti Psixologiya fakültəsi İdman terapiyası və reabilitasiya şöbəsi Müəllimlərin təhsili fakültəsi Klinik Təhsil və Liderlik Departamenti Səhiyyə Təcrübəsi Departamenti Həyat Elmləri fakültəsi Məzun olan tələbələrin 92%-i işlə təmin olunub və ya təhsillərini davam etdirirlər.
Bedros Kirkorov
Bedros Filippoviç Kirkorov (rus. Бедрос Филиппович Киркоров; bolq. Бедрос Филипов Киркоров) — erməniəsilli Bolqarıstan və Rusiya müğənnisi və qrup rəhbəri. Rusiyanın xalq artisti adına layiq görülmüşdür. Filip Kirkorovun atasıdır.
Omayma Bediu
Omayma Bediu (27 yanvar 1998) — Tunisi təmsil edən cüdoçu. == Karyerası == 2024-cü ildə Tunisi Fransanın Paris şəhərində baş tutan XXXIII Yay Olimpiya Oyunlarında təmsil edib. 1/8 final mərhələsində Fransa nümayəndəsi Şirin Bokliya məğlub olaraq olimpiadanı 9-cu pillədə başa vurub.
Tuğçe Beder
Tuğçe Beder (15 noyabr 1999) — Türkiyəni təmsil edən cüdoçu. == Karyerası == 2024-cü ildə Türkiyəni Fransanın Paris şəhərində baş tutan XXXIII Yay Olimpiya Oyunlarında təmsil edib. 1/16 final mərhələsində Fransa nümayəndəsi Şirin Bukliya məğlub olaraq olimpiadanı 17-ci pillədə başa vurub.
Aed
Aed (q.yun. ἀοιδός) — simli çalğı alətinin müşayiəti ilə epik mahnılar ifa edən qədim yunan müğənniləri. Homerin poemalarında aedlərdən bəs edilir. Yunan eposunun inkişafında aedlərin mühüm rolu olmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == Ban'kowski, Lev, redaktor...And a star speaks to a star, Perm: Perm book publisher, 1986, 1 Burkert, Walter, The making of Homer in the 6th century BC: rhapsodes versus Stesichorus // Papers on the Amasis painter and his world, Malibu: Getty Museum, 1987, 43–62 Dalby, Andrew, Rediscovering Homer, New York, London: Norton, 2006, ISBN 978-0-393-05788-1 Graziosi, Barbara, Inventing Homer: the early reception of epic, Cambridge: Cambridge University Press, 2002 Latacz, Joachim, Troy and Homer: towards a solution of an old mystery, Oxford: Oxford University Press, 2004, ISBN 978-0-19-926308-0 Lefkowitz, Mary R., The lives of the Greek poets, London: Duckworth, 1981, ISBN 978-0-7156-1590-4 Lord, Albert Bates, "Homer's originality: oral dictated texts", Transactions and Proceedings of the American Philological Association, 84, 1953: 124–134, doi:10.2307/283403, JSTOR 283403 Lord, Albert Bates, The singer of tales, Cambridge, Mass.: Harvard University Press, 1960 Parry, Milman; Parry, Adam (editor), The making of Homeric verse.
BET
Black Entertainment Television — BET şəbəkələrinə aid olan Amerika kabel televiziyası kanalı, Viacom bölməsi. Kanal 25 yanvar 1980-ci ildə Con Malon tərəfindən buraxıldı və 1983-cü ilə qədər iki saatlıq bir blokda yayımlandı . 1983-cü ildə kanal tam hüquqlu bir şəbəkə oldu və məzmunu afro-sitkom və musiqili videoların tekrarlanmasını əhatə etdi. 2000-ci illərdən başlayaraq kanal televiziya filmləri də daxil olmaqla, özünün orijinal proqramlarını inkişaf etdirməyə başladı.
BSD
BSD – (Berkeley Software Distribution) günümüzdə dəstəklənməyən, Unix əməliyyat sistemi. Bu sistem 1977-1995-ci illərdə Berkli Kaliforniya Universiteti tərəfindən dəstəklənib. ArchBSD, BSDBox, BSDeviant, BSDLive, Bzerk CD kimi bir çox əməliyat sistemi BSD üzərində qurulub.
BYD
BYD Co Ltd (İngilis dilindən. Build Your Dreams - "xəyallarınızı qurun") — Avtomobil istehsalı ilə məşğul olan Çin şirkəti. Şirkətin mənzil qərargahı Çinin Şençjen şəhərində yerləşir. Şirkət 1995-ci ildə qurulub. Şirkətin qurucusu Van Çuanfudur. "BYD"nin hal-hazırda 4 istehsal mərkəzi var. Bunlar Şençjen, Sian, Şanxay və Pekin şəhərlərində yerləşir. == Tarixi == 1995-ci ildə qurulan şirkətin işçilərinin sayı ilk illər cəmi 30 nəfər olur. 2003-cu ildə şitkət Şensi əyalətində yerləşən "Qinchuan Avtomobil Şirkəti"ni satın alır. "BYD"-nin bu sövdələşməsindən sonra, "Qinchuan Avtomobil Şirkəti"nin istehsal etdiyi "Flyer" modeli "BYD"-yə miras qalır.
Bad
Bad (sinql) — Maykl Cekson tərəfindən ifa olunmuş mahnı. Bad (Quba) — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd.
Bei
Yuli və Bei haqda məlumat çox azdır. Onların ögey qardaş olduqları və İx Bayan müharibəsində məğlub olduqları bilinir. Hakimiyyət bundan sonra Cənub Hunlarından Şanyü Tuntuhenin oğlu şahzadə Fenhunun əlinə keçdi və hun dövlətləri birləşdi.
Bel
Bel (lat. dorsum) — bədənin arxa hissəsi, boynun alt hissəsindən aşağı lumbara qədər uzanır. Bel onurğa, qabırğaların posterior parçaları, həmçinin onların üzərində yerləşən yumşaq toxumalar ilə formalaşır. Belin mərkəzində yuxarıdan aşağıya doğru nəzərə çarpan bir şırım olur və orada onurğa və fəqərə görünür. Hər iki tərəfdə bel boyunca işləyən əzələlərin laxtası ilə məhdudlaşır. Güclü bel əzələləri beş təbəqədən ibarətdir və onurğanı dəstəkləmək, uzatmaq və fırlatmaq, qabırğaları qaldırmaq və aşağı salmaq, çiyinləri və qolları hərəkət etdirməyə xidmət edir.
Ben
Ben — ad. Ben Sanqare — Ben Afflek — Amerikalı aktyor və kinorejissor Ben Kinqsli — İngilis aktyoru Ben Conson — ingilis dramaturqu, şair, dram nəzəriyyəçisi. Ben Mudi — ABŞ-lı gitaraçı Ben Nevis — Britaniyanın ən yüksək dağı Yaşayış məntəqələri Ben (komunna) — Ben (şəhər) — Ben (Yuxarı Provans Alpları) Digər Ben (mahnı) — Ben (albom) — Ben (hərf) — Ben-Balben — İrlandiyada dağ.
Ber
Berd
Berd, Tovuzqala — Ermənistan Respublikası ərazisində şəhər. Berd rayonunun mərkəzi. == Tarixi == Tovuzqala Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında (İndi ERmənistanın Şəmşədil rayonunda) kənd adı. Albaniyanın erkən orta əsrlərdə qalalarından birinin adıdır. “Alban tarixi”ndə adı 827-ci ilə aid hadisələrlə əlaqədar çəkilir (III kitab, 20-ci fəsil). Tovuz çayının sıldırım sahilində tikilmiş qala çayın adı ilə adlanmışdır (Qudyalçay və Qudyalqala-Quba kimi). Çayın adı isə qədim türk dillərində taus “səs-küy” sözündən ibarətdir. Tavusçay “səs-küylü çay” mə’nasındadır.
Beş
Beş — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. Dörddən sonra, altıdan əvvəl gəlir. == Ümumi məlumat == Saylar sırasında beşin məxsusi yeri və icra rolu vardır. Beş sayı sol əlin çeçələ, adsız, orta, şəhadət barmaqlarından sonra say saymaq vəzifəsini üzərinə alan baş barmaqla bağlıdır. Sözsüz ki, bu, məsələnin görünən tərəfidir. Burada görünməyən tərəf fərqli-fərqli mədəniyyətlər əhatəsində simvollaşan sakral-sehr koduna daxildir. Məsələ belədir ki, bəzi yerlərdə və bəzi hallarda barmaqları beş sayını göstərən əlin özü elə "beş" adı daşıyır. Xalqımızın təsəvvüründə beşin say olaraq həm müstəqim, həm də məcazi mənası vardır. Misal üçün, "Beş barmağın beşi də bir deyil", "Dünya beş gündür, beşi də qara", "Beş günlük dünyadı da", "Beş kişidən biri" və s. deyimlər, "Xəmsə" adı ilə beş saylı əsərlərin yazılması bu sıraya daxildir.
Bled
Bled (sloven. Bled, alm. Veldes‎) — Sloveniyanın şimal-qərb hissəsində yerləşən şəhər. İtaliya və Avstriya sərhəddinə yaxındır. 2002-ci ilin siyahıya alınmasına görə şəhərin əhalisi— 5252 nəfərdir. Şəhər ətrafı yaşayış məntəqələri ilə birlikdə — 10 899 nəfərdir. Bled şəhəri Bled gölü sahilində, Yulian Alpları dağları ətəklərində yerləşir. Şəhər Triqlav Milli Parkından şərqindədir. Ölkənin populyar turizm mərkəzi hesab olunur == Coğrafiyası == Bled ölkənin paytaxtı Lyublyanadan 45 km şimal-qərbdə və Esenise şəhərindən isə 10 km cənub-şərqdə yerləşir. Şəhərin 8 km şimalından Avstriya sərhəddi, 40 km qərbindən isə italiya sərhəddi keçir.
Bud
Bud — insan vücudunun bud-çanaq oynağı ilə diz arasındakı hissəsidir. Bu hissədə olan yeganə sümük femur adı ilə tanınır. Bu sümük çox qalın və sağlam quruluşa malikdir.
LED
LED (ing. Light Emitting Diode) (Tərcüməsi: İşıq Yayan Diod) yarım-keçirici, diod əsaslı, işıq yayan bir elektronik cihazdır. 1920-ci illərdə Rusiyada icad edildi və 1962-ci ildə Amerikada praktik olaraq tətbiq oluna bilən elektronik komponent halına gətirildi. Oleg Vladimirovich Losev adlı bir radio texniki radio qəbuledicilərində istifadə olunan diodların işıq yaydığını gördü və 1927-ci ildə bir Rus qəzetində LED haqqında kəşflərini nəşr etdi. İlk əvvəllər yalnız zəif qüvvətli qırmızı işıq verə bilirdilər amma müasir LEDlər, ultrabənövşəyi, infraqırmızı kimi müxtəlif dalğa ölçülərində, yüksək parlaqlıqda işıqverə bilir. Çox az enerji istifadə etməsi, uzun ömrü, möhkəmliyi, kiçik ölçüsü və sürətli açılıb bağlana bilinməsi kimi ənənəvi işıq qaynaqlarına görə bir sıra üstünlüklərə malikdir. LED, müxtəlif sahələrdə tətbiq olunur. == Tarix == Bərk dioddan işıq emissiyası haqqında ilk məlum hesabat 1907-ci ildə Marconi Laboratoriyasının britaniyalı eksperimentatoru Henry Round tərəfindən hazırlanmışdır. Aparatın katodunda sarı, yaşıl və narıncı parıltının göründüyünü qeyd etmişdir. Daha sonra, 1923-cü ildə məlum oldu ki, bu maddələrdən elektrik cərəyanı keçərsə, işıq meydana gələcək.
Sed
Sed (stream editor) – mətn verilənlərinin ardıcıl axınına qabaqcadan müəyyən olunmuş müxtəlif mətn çevirmələri tətbiq edən mətn redaktoru (eləcə də proqramlaşdırma dili). İlkin variantı 1973-74-cü illərdə Bell Labs əməkdaşı Li Makmahon (Lee E. McMahon) tərəfindən UNIX-utilit kimi yazılıb. Hazırda sed faktiki olaraq komanda sətri ilə işi dəstəkləyən istənilən əməliyyat sistemində işləyir. Olduqca dolaşıq proqram olsa da, çox güclüdür. sed giriş axınını (adətən, fayl) sətirbəsətir qəbul edir, sed-skriptlə müəyyən olunmuş qaydalara uyğun olaraq hər bir sətri redaktə edir və nəticəni çıxış axınına verir. Tez-tez sed qeyri-interaktiv mətn redaktoru hesab olunur. Adi mətn redaktorları öncə sənədin bütün mətnini yükləyir, sonra isə komandaları bir-bir ona tətbiq edir. Bundan fərqli olaraq, sed öncə komandalar toplusunu özünə yükləyir, sonra isə bütün komandaları mətnin hər bir sətrinə tətbiq edir. Eyni anda yaddaşda yalnız bir sətir ola bildiyindən, sed istənilən böyüklükdə mətn fayllarını emal edə bilər. Super-sed (ssed) adlı genişləndirilmiş versiyası vardır.
TED
TED (ing. Technology Entertainment Design; Texnologiya, Əyləncə; Dizayn) - 1984-cü ildən keçirilən illik konfransları ilə tanınan,şəxsi qeyri-kommersiya fondudur.İntellektual konfransın məqsədi unikal ideyaları paylaşmaqdan ibarətdir.İdeyaların mövzuları fərqlidir:elm,incəsənət,dizayn,mədəniyyət,biznes,qlobal problemlər,texnologiyalar və əyləncələr. Bu günə qədər TED səhnəsində ABŞ-nin keçmiş prezidenti Bill Klinton, Nobel mükafatıçısı Ceyms Vatson, Microsoft-dan Bill Qeyts, Google-dan Erik Şmidt, Vikipedianın qurucusu Cimmi Ueyls kimi spikerlər çıxış etmişdir. Konfransın kuratoru və daimi aparıcısı Kris Andersondur. Konfrans ilk dəfə 1984-cü ildə baş tutmuşdur. Ilk TED konfransında yenicə buraxılmış "Macintosh" kompüteri, "Sony" istehsalı olan kompakt-disk təqdim olunmuş, süni intellekt və s. bu kimi hazırda geniş tətbiq olunan fikirlər üzrə çıxışlar olumuşdur. 1990-cı ildən etibarən TED konfransı hər il keçirilir.2001-ci ildən isə TED konfransının keçirilmə hüquqları "Sapling Foundation"-na və bu fondun qurucusu Kris Andersona məxsusdur. TED konfransında keçirilən hər bir çıxış TED Talk adlanır. iPhone və Android qurğularında rəsmi və qeyri-rəsmi "TED" proqramlar mövcuddur.
Ued
Ued (rus. уед, ing. ued) — Saxarada və Ərəbistan yarımadasında ilin çox vaxtı quru olan, müvəqqəti axarlı dərə. Uzunluğu bir neçə yüz km-ə çatır.
Ced
Ced — Qədim Misir mifologiyasına aid, Osirisin fəqərə sütununu tərənnüm etdirən bir əşyadır. Onun fallik məna daşıması da inkar edilmir və ondan Heb-Sed mərasimində istifadə edilmişdir. Ced sözünün mənası daimi, davamlı deməkdir.
Edit Hed
Edit Hed (ing. Edith Head; 28 oktyabr 1897, San-Bernardino, Kaliforniya – 24 oktyabr 1981, Los-Anceles, Kaliforniya) — XX əsrin ən məşhur kostyum-dizayneri, səkkiz dəfə Oskar mükafatı laureatı. == Həyatı == Edit Hed 28 oktyabr 1897-ci ildə Kaliforniya ştatının San-Bernardino şəhərində, yəhudi ailəsində dünyaya göz açıb. Atası Maks Pozner mühəndis idi. O, Prussiyadan Amerikaya köç edib və öz bavariyalı xanımı ilə burda ailə həyatı qurub. Editin uşaqlığı müxtəlif ştatlarda və ölkələrdə keçib – Arizona, Meksika, Nevada, Almaniya və s. Los-Ancelesdə orta təhsilini tamamlayan Edit, bakalavr təhsilini Kaliforniya Berkli Universitetində, magistr təhsilini isə Stenford Universitetində alıb. Təhsilini başa vurduqdan sonra xanım Edit qısa müddətlik də olsa, müəllimə kimi fəaliyyət göstərib. 1923-cü ildə isə Los-Ancelesdəki “Paramount Studios” şirkəti onu kostyum-dizayner olaraq işə dəvət edib. Bu vəzifə ilk dəfə olaraq bir qadına təklif edilirdi.
Heb-Sed
Heb-Sed və ya Sed Bayramı ("quyruq bayramı") Qədim Misirdə ən qədim və qədim dövrlərə aid hökümdarın şərəfinə təşkil olunan bir mərasimdir. Bu mərasim Ptolomey dövrünə qədər hökumdarların həyatında onların təqdimatı üçün mühüm hadisə sayılırdı. Bayram xüsusən fironun hökumranlığının otuzuncu ilindən başlayaraq üç ildən bir keçirilərmiş. Bu qədim mərasim hələ firon Den və Coserin zamanında qeyd olunmuşdur. Təkcə hökumdar Xatşeptsut Heb-Sed mərasimini vaxtından əvvəl, Hökumranlığının XVI ilindən başlayaraq qeyd etmişdir. Bu mərasimdə məqsəd hökumdar səltənətinin nəyə qadir olmasını göstərmək olmuşdur. Mərasimin ilkin yaranma səbəbi tam izah edilməmişdir. Bəzi misirşünaslar qeyd edirlər ki, mərasimin qayəsi yaşlaşmış və qocalmış hökumdarın hakimiyyət dövrünün yubiley kimi qeyd etməklə yanaşı onun öldürülərək cavan hökumdarla əvəz etdirilməsi olmuşdur. Afrika xalqları arasında hökumdarın bu şəkildə öldürülməsi müasir dövrlərə qədər gəlib çatmışdır. Bayramın əsas elementi heyvan quyruğu olmuş sonrakı dövrlərdə onu ced əvəz etmişdir.
Kips Bey
Kips Bey (ing. Kips Bay, sözbəsöz tərcümədə "Kipsin buxtası" deməkdir) — Nyu-York şəhərinin Manhetten borosunun şərq hissəində yerləşən kvartal. O, şimaldan 34-cü küçə, şərqdən İst-River, cənubdan Şərqi 27-ci və/və ya 23-cü küçələr və qərbdən Üçüncü prospekt ilə əhatələnib. Kips Bey 10010 və 10016 əsas poçt kodları ilə Manhettenin 6-cı bölgəsinin bir hissəsidir. Nyu-York Polis Departamentinin 13 və 17-ci bölmələri tərəfindən patrul edilir.
LED lampa
LED (ing. Light Emitting Diode) (Tərcüməsi: İşıq Yayan Diod) yarım-keçirici, diod əsaslı, işıq yayan bir elektronik cihazdır. 1920-ci illərdə Rusiyada icad edildi və 1962-ci ildə Amerikada praktik olaraq tətbiq oluna bilən elektronik komponent halına gətirildi. Oleg Vladimirovich Losev adlı bir radio texniki radio qəbuledicilərində istifadə olunan diodların işıq yaydığını gördü və 1927-ci ildə bir Rus qəzetində LED haqqında kəşflərini nəşr etdi. İlk əvvəllər yalnız zəif qüvvətli qırmızı işıq verə bilirdilər amma müasir LEDlər, ultrabənövşəyi, infraqırmızı kimi müxtəlif dalğa ölçülərində, yüksək parlaqlıqda işıqverə bilir. Çox az enerji istifadə etməsi, uzun ömrü, möhkəmliyi, kiçik ölçüsü və sürətli açılıb bağlana bilinməsi kimi ənənəvi işıq qaynaqlarına görə bir sıra üstünlüklərə malikdir. LED, müxtəlif sahələrdə tətbiq olunur. == Tarix == Bərk dioddan işıq emissiyası haqqında ilk məlum hesabat 1907-ci ildə Marconi Laboratoriyasının britaniyalı eksperimentatoru Henry Round tərəfindən hazırlanmışdır. Aparatın katodunda sarı, yaşıl və narıncı parıltının göründüyünü qeyd etmişdir. Daha sonra, 1923-cü ildə məlum oldu ki, bu maddələrdən elektrik cərəyanı keçərsə, işıq meydana gələcək.
LED printer
LED printer (en. LED printer - Light-Emitting diode printer) – LCD və lazerli printerlərə bənzəyən elektrofotoqrafik printer; onda da tozşəkilli boyaq maddəsinin (tonerin) köməyilə görüntünü formatlaşdırmaq üşün elektrostatik yüklənmiş barabandan istifadə olunur. Baraban görüntüyə uyğun olaraq şüa ilə işıqlandırma yolu ilə yüklənir. Buna görə də LED-printerləri çox zaman yanlış olaraq lazerli printerlər adlandırırlar, ancaq onlar işıq mənbələrinə görə fərqlənirlər. LED-printerlərdə istifadə olunan işıq-diodları massivi baraban fırlandıqca yanıb-sönməklə görüntünü onun üzərinə vurur. İşıq mənbələri massivindən istifadə olunduğundan, LED-printerlər bir işıq mənbəyindən istifadə edən lazerli printerlərə nisbətən daha çox elektrik enerjisi sərf edir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Bəd-xassəli şişlər
Xərçəng xəstəliyi bədxassəli şiş (tumor) hüceyrələrinin əsl yerindən çıxaraq, orqanizmin digər hissələrinə hücum və yayılma potensialı və anormal hüceyrə bölünməsini əhatə edən xəstəliklər qrupudur. Bədxassəli neoplazma kimi də tanınır[mənbə göstərin]. == Əsas müalicə növləri == Şişin çıxarılması. Şiş hüceyrələri şişdən kənarda da tapıla bildiyi üçün o, bir kənar ilə çıxarılır. Məsələn, süd vəzi xərçəngində adətən bütün döş, eləcə də aksiller və körpücükaltı limfa düyünləri çıxarılır. Buna baxmayaraq, çıxarılan orqan və ya onun bir hissəsindən kənarda şiş hüceyrələri varsa, əməliyyat onların metastazlarının yaranmasına mane olmur. Üstəlik, birincil şiş çıxarıldıqdan sonra metastazların böyüməsi sürətlənir. Kimyaterapiya. Sürətlə bölünən hüceyrələri hədəf alan dərmanlar istifadə olunur. Dərmanlar DNT duplikasiyasını yatıra bilir, hüceyrə membranının ikiyə bölünməsinə mane olur və s, lakin şiş hüceyrələrindən başqa bir çox sağlam olanlar, məsələn, mədə epitel hüceyrələri orqanizmdə intensiv və sürətlə bölünür.
Bəd xassəli şiş
Xərçəng xəstəliyi bədxassəli şiş (tumor) hüceyrələrinin əsl yerindən çıxaraq, orqanizmin digər hissələrinə hücum və yayılma potensialı və anormal hüceyrə bölünməsini əhatə edən xəstəliklər qrupudur. Bədxassəli neoplazma kimi də tanınır[mənbə göstərin]. == Əsas müalicə növləri == Şişin çıxarılması. Şiş hüceyrələri şişdən kənarda da tapıla bildiyi üçün o, bir kənar ilə çıxarılır. Məsələn, süd vəzi xərçəngində adətən bütün döş, eləcə də aksiller və körpücükaltı limfa düyünləri çıxarılır. Buna baxmayaraq, çıxarılan orqan və ya onun bir hissəsindən kənarda şiş hüceyrələri varsa, əməliyyat onların metastazlarının yaranmasına mane olmur. Üstəlik, birincil şiş çıxarıldıqdan sonra metastazların böyüməsi sürətlənir. Kimyaterapiya. Sürətlə bölünən hüceyrələri hədəf alan dərmanlar istifadə olunur. Dərmanlar DNT duplikasiyasını yatıra bilir, hüceyrə membranının ikiyə bölünməsinə mane olur və s, lakin şiş hüceyrələrindən başqa bir çox sağlam olanlar, məsələn, mədə epitel hüceyrələri orqanizmdə intensiv və sürətlə bölünür.
BƏT
Beynəlxalq Əmək Təşkilatı — Əmək münasibətlərini tənzim edən BMT-nin ixtisaslaşmış qurumlarından biri. Beynəlxalq Əmək Təşkilatı (BƏT) 1919-cu ildə, I Dünya Müharibəsindən sonra, Versal müqaviləsi əsasında yaradılmışdır. 1919-cu ilin yanvar-aprel aylarında Dünya konfransının Əmək Komissiyasının Parisdə və Versalda keçirilən I yığıncağında BƏT-in Konstitusiyası qəbul edilmişdir. Komissiyanın tərkibi doqquz dövlətin, Belçika, Kuba, Çexoslovakiya, Fransa, İtaliya, Yaponiya, Polşa, Birləşmiş Krallığın və ABŞ-nin nümayəndələrindən ibarət idi və komissiyaya Amerika Əmək Federasiyasının rəhbəri Samuel Gompers başçılıq edirdi. Komissiyanın tərkibində həm hökumətlərin, həm işəgötürənlərin, həm də işçilərin nümayəndələri iştirak etmişdilər. 1919-cu ilin oktyabr ayında Vaşinqtonda keçirilən I Beynəlxalq Əmək Konfransında BƏT-in altı Konvensiyası qəbul olunmuşdur. Bu konvensiyalar əsasən istehsalatda iş saatlarının normalarını, işsizlərin, anaların sosial müdafiəsini, qadınların, yeniyetmələrin gecə işlərini və həmçinin yeniyetmələrin minimal yaş həddini özündə əks etdirmişdir. 1920-ci ildən Cenevrədə yerləşən BƏT-in Beynəlxalq Əmək Bürosunun I direktoru, fransalı Albert Tomasın rəhbərliyi ilə 2 il ərzində 16 Beynəlxalq Əmək Konvensiyası və 18 Tövsiyə qəbul edilmişdir. 1926-cı ildə təşkilatın nəzdində ekspertlər komitəsi yaradılmış və indiyə qədər fəaliyyət göstərən bu komitənin tərkibini müstəqil hüquqşünaslar təşkil edir. 1939-cu ildə II Dünya Müharibəsinin qaçılmaz olduğu vaxtda amerikalı Con Vinant BƏT-in rəhbərliyinə gəlir.
BƏƏ
Birləşmiş Ərəb Əmirlikləri (Ərəbcə: الإمارات العربية المتحدة - Al-Imārāt al-‘Arabīyah al-Muttahidah) — Asiyada bir dövlət. Birləşmiş Ərəb Əmirlikləri (ərəbcə: əl İmarat əl Ərəbiyyə əl Müttəhidə). Ərəbistan yarımadasının şərq hissəsində Fars və Oman körfəzləri sahilində yeləşir. Üç dövlətlə, cənubda və qərbdə Səudiyyə Ərəbistanı (457 km), şimalda Qətər, cənub-qərbdə Omanla (410 km) həmsərhəddir. Əmirliklərin sahil xəttinin uzunluğu 800 km-ə yaxındır. BƏƏ-nin tərkibində yeddi əmirlik var: Əbu-Dabi, Dubay, Şarja,Umm Əl-Quveyn, Rəs-Əl-Xeymə, Əcmən və Əl-Füceyrə əmirliyi daxildir. Ölkə ərazisinin 93 faizi Əbu-Dabi və Dubay əmirliklərinin payına düşür.İqtisadiyyat günü gündən inkişaf edir. == Ümumi məlumat == Cənub-Qərbi Asiyada, Ərəbistan yarımadasının şimal-şərqində dövlət. Cənubda və cənub-qərbdə Səudiyyə Ərəbistanı ilə, cənub-şərqdə, şərqdə və şimal-şərqdə Omanla həmsərhəddir. Şimaldan İran körfəzi, şimal-şərqdən Ərəbistan dənizinin Oman körfəzi ilə əhatə olunur.
Bədi
Əl-Bədi, Allahın 99 adından biri
Bəy
Bəy — (türk. "hökmdar", "ağa") - 1) Şərq ölkələrində tayfa-nəsil, sonralar isə feodal əyanlarının titulu. İranda tayfa və ya bir neçə tayfanın başçısı. Mərkəzi Asiya və Cənubi Qafqaz xalqlarında orta əsrlərdə və yeni dövrdə feodalın - torpaq sahibinin adı; 2) müasir Türkiyədə - kişilərə müraciət forması; 3) 1705 - 1957-ci illərdə Tunisdə irsən hakimiyyətə gələn hökmdar. Bəy - həmçinin nikaha daxil olmağa hazırlaşan kişiyə deyilir.