Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bellini
Vinçentso Salvatore Karmelo Françesko Bellini (it. Vincenzo Salvatore Carmelo Francesco Bellini; 3 noyabr 1801, Kataniya, Siciliya — 23 sentyabr 1835, Püto, Paris yaxınlığında) — italyan bəstəkarı, 11 operanın müəllifi. O, Neapolitan Konservatoriyasında Nicolo Zingarellinin himayəliyi altında oxumuş, ilk olaraq instrumental və kilsə musiqisi əsərlərini yazırdı. Bellininin ilk operası "Adelson e Salvini" 1825-ci ildə konservatoriyada tamaşaya qoyuldu. 1826-cı ildə Teatr San Karlo onun "Bianca e Fernando" operasını elə uğurla səhnələşdirdi ki, o, 1827-ci ildə Milanda La Skaladan sifariş aldı. Bellini son üçün "Pirat" operasını yazdı və bu, parlaq uğur idi; "Əcnəbi" gələn il daha da uğurlu oldu. Onların ardınca "Zaira" və s. 1833-cü ildə Bellini nəhayət Parisə köçdü və burada qısamüddətli olsa da, böyük uğur qazandı; onun taleyinə yalnız daha bir opera, 1835-ci ildə italyan teatrında tamaşaya qoyulan "Le Puritani" adlı opera yazmaq düşmüşdü. Qısa ömrü ərzində o, 11 opera yazmışdı, onlardan yalnız biri (“Zaira”) uğurlu alınmayıb – qalanları əksər Avropa səhnələrində yer almışdı. Ən yaxşı operaları: Kapuleti və Montekki (it.
Bellinilər
Bellinilər –italyan rəssamları ailəsi, Venesiyada İntibah incəsənətinin baniləri. Ailənin başçısı Yakopo Bellini (təqr.1400,Venesiya-1470/71,Venesiya)-Centile da Fabrianodan dərs almışdır. (1408 və 1413-cü illər arasında). Yaradıcılığına qohumu A.Mantenya təsir göstərmişdir. Yakopo Bellininin mehrab obrazlarında Bizans-qotika cizgiləri illuziyalı məkan priyomları ilə birləşmişdir. (“Madonna Körpəsi ilə”, 1448, Brera qalereyası, Milan və b.) Rəssamın qrafika əsərləri daha çox əhəmiyyət kəsb etmişdir. (Parisdəki Luvr və Londondakı Britaniya muzeylərində saxlanılan rəsm albomları; 1440-50-ci illər.) Centile (təqr.1430, Venesiya, 1507,Venesiya)- Yakopo Bellininin oğlu. Atasından dərs almışdır; çox vaxt bir yerdə işləmişdilər. 1474-83-cü illərdə Venesiya respublikasının rəsmi rəssamı vəzifəsini tutmuşdur. 1479-80-ci illərdə Sultan II Mehmetin dəvəti ilə İstanbulda olmuşdur.
Benvenuto Çellini
Benvenuto Çellini (1 noyabr 1500[…], Florensiya[…] – 13 fevral 1571, Florensiya[…]) — İntibah incəsənətinin son nümayəndələrindən olan Benvenuto Çellini həm heykəltaraş, həm zərgər, həm də yazıçı olmuşdur. O, ömrünün beş ilini Fransa kralı I Fransuanın sarayında keçirmiş, kralın sifarişi ilə çoxlu bədii zərgərlik əsərləri, o cümlədən I Fransuanın məşhur qızıl duzqabısını düzəltmişdir. Onun "Persey" adlı əsəri böyük şöhrət qazanmışdır. O öz tərcümeyi-halını gözəl məcara romanı şəklində yazmış və bu əsərdə İtaliyada yüksək intibah dövrünün həyatı parlaq şəkildə canlandırılmışdır.
Federiko Fellini
Federiko Fellini (it. Federico Fellini; 20 yanvar 1920[…], Rimini, Emiliya-Romanya – 31 oktyabr 1993[…], Roma) — görkəmli italyan kinorejissoru, 5 Oskar mükafatı, Kann kinofestivalı "Qızıl palma budağı" (fr. le Festival international du film de Cannes və ya qısaca fr. le Festival de Cannes) laureatı. Rimini şəhərinin hava limanı onun adını daşıyır. Federiko Fellini 1920-ci il yanvarın 20-də İtaliyanın Adriatik dənizi sahilində yerləşən Rimini şəhərində dünyaya gəlib. Onun uşaqlığına bu şəhərin xüsusi təsiri olub. Şəhərdə sirk sənətçiləri tez-tez tamaşalar göstərər, vodevil göstəriləri keçirilərmiş. Federiko da onları heyranlıqla seyr edərək, xalq oyunlarından təsirlənərək böyüyüb. Sonralar rejissor uşaqlıqda gördüklərinin hamısını çəkdiyi filmlərdə əks etdirib.
Python Bellii
Python regius (lat. Python regius) — əsl pitonlar cinsinə aid ilan növü.
Əzizim Fellini (film, 2010)
Əzizim Fellini — Cavid Təvəkkülün rejissoru və ssenari müəllifi olduğu, 2010-cu ildə "Carçı Film" studiyasında çəkilmiş tammetrajlı bədii televiziya filmi. Film rejissor olmaq üçün kənddən paytaxta gələn ədəbiyyat müəllimi Rasimin (Rasim Cəfərov) başına gələn hadisələr üzərində qurulub. Paytaxtda o öz dostunun (Elnur Kərimov) köməkliyi ilə qalmağa ev tapır və imtahanlara hazırlaşır. Şəhərdəki kafelərdən birində o Leyla adlı gözəl qadınla tanış olur və ona vurulur. Leyla Rasimin rejissorluq həvəsinə görə onu italyan kinorejissoru Federiko Fellininin şərəfinə Fellini deyə çağırır. Amma Leyla varlı bir iş adamı olan Camalın (Abbas Qəhrəmanov) məşuqəsidir və Rasimlə münasibətlərini ondan gizlətmək mümkün olmur. Leyla Rasimi sevir, eynilə Rasim də Leylanı, amma Camal bu münasibətin əleyhinədir və Rasimi öz adamlarına döydürür. Döyüldükdən sonra uzun müddət xəstəxanada yatan Rasim, buradan çıxdıqdan sonra yenidən Leylanın axtarışına çıxır və elə ilk tanış olduqları kafedə onu tapır. Amma Leyla burada Camalla birlikdədir və görüş zamanı Leyla çantasından tapança çıxararaq əvvəlcə Camalı, sonra isə özünü öldürür. Bu səhnədə Leylanın Rasimə yazdığı vida məktubundan məlum olur ki, Leylanın uşaq evində 5 yaşında oğlu var və Rasimdən ona qayğı göstərməyi xahiş edir.
Bellida
Bellida (lat. Bellida) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Bellida graminea Ewart — yeganə növ.
Bellinya
Bellinya (fr. Bellignat) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Cənubi Oyonna kantonuna daxildir. Kommunanın dairəsi — Nantüa. INSEE kodu — 01031. 2010-cu ildə əhalinin sayı 3537 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 2340 nəfər arasında (15–64 yaş) 1719 nəfər iqtisadi cəhətdən fəal, 621 nəfər hərəkətsizdir (fəaliyyət göstərici 73,5%, 1999-cu ildə 74,2%). Aktiv 1719 sakindən 1465 nəfər (797 kişi və 668 qadın), 254 nəfəri işsizdir (107 kişi və 147 qadın). 621 hərəkətsiz 236 nəfər arasında şagird və ya tələbə, 183 nəfər təqaüdçü, 202 nəfər digər səbəblərə görə hərəkətsizdir.
Bellium
Bellium (lat. Bellium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Bellona
Bellona – Qədim Roma mifologiyasına görə müharibə və yeraltı dünya ilahəsi. Bellona sözünün mənası (bellum və ya duellum) müharibə deməkdir. Digər əfsanəyə görə Marsın anasıdır. Şəkillərdə uzun ətəkli donda, bir əlində qılınc, digər əlində məşəl təsəvvür olunur. E.ə. 458-ci ildə Romada Bellonanın şərəfinə məbəd inşa edilmişdir. Çox zaman Bellona Yunan mifologiyasındakı Enio ilahəsi ilə eyniləşdirilir. Tanrılar Arxivləşdirilib 2014-03-28 at the Wayback Machine(Rus dilində) Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Bernini
Covanni Lorenso Bernini (Gian Lorenzo Bernini, it. Giovanni Lorenzo Bernini; 7 dekabr 1598, Neapol - 28 noyabr 1680, Roma) — məşhur italyan heykəltaraşı, rəssam və memarı. XVII əsr Romasında italyan barokkosunun ən görkəmli nümayəndələrindən biri. Öz atasının, Pyetro Bernininin şagirdi olmuşdur. Eyni zamanda, rəssam və memar kimi də fəaliyyət göstərmişdir. Covanni Lorenso Bernini 1598-ci il dekabr ayının 7-də Neapol şəhərində anadan olmuşdur. XVII əsr Romasında italyan barokkosunun ən görkəmli nümayəndələrindən biri olmuşdur. Onun "David" (1623), "Apollon və Dəfnə" (1622-1625), "Müqəddəs Terezanın vəcdə gəlməsi" (1644-1652) və s. heykəltaraşlıq kompozisiyalarında dinamizm və işıq-kölgə traktovkası güclüdür. Romadakı əsərlərin təxminən 70 faizi Berniniyə aiddir.
Bullinq
Zorbalıq, bəzən bulliyinq (həmçinin bullinq, ing. bullying) və ya təkləmək kimi qeyd olunur — bir insanın qəsdən başqa bir insana zərər verdiyi aqressiv davranış forması. Buna ad qoymaq, ələ salmaq, sataşmaq, şayiələr yaymaq, döymək və əşyaları götürmək daxildir. Zorbalıq müxtəlif izah olunur. Birləşmiş Krallıqda zorbalığın hüquqi izahı olmasa da, ABŞ-nin bəzi ştatlarında zorbalığa qarşı qanunlar var. Zorbalıq əsas dörd növə bölünür - emosional (bəzən əlaqəli kimi qeyd olunur), şifahi, fiziki və kiber. Zorbalıq fərdi və ya qruplaşma forması ala bilər. Zorbalıq mədəniyyəti insanların bir-biri ilə qarşılıqlı olduğu hər hansı bir kontekstdə inkişaf edə bilər. Zorbalıq adətən məktəbdə, ailədə, iş yerində, evdə və qonşuluqda mövcüd olur. Zorbalıq üçün əsas platforma sosial şəbəkə saytlarıdır.
Gallini
Cəngəllik toyuqları (lat. Gallini) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinə aid heyvan tribası.
Belici
Belici (kənd) — Dağıstan Respublikasının Dərbənd rayonunda kənd. Belici (qəsəbə) — Dağıstan Respublikasının Dərbənd rayonunda qəsəbə. Belici (stansiya) — Dağıstan Respublikasının Dərbənd rayonunda stansiya.
Bellis
Qızçiçəyi (lat. Bellis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Bellis L.-cinsin adı yunancadan "gözəl" kimi tərcümə olunur. Aralıq dənizi sahillərində, Amerikada, Avstraliyada və Yeni Zelandiyada yayılmış qızçiçəyi cinsinin 80 növü məlumdur. Gülçülükdə bir növdən istifadə olunur. Çoxillik qızçiçəyi (B.perennis) çoxillik ot bitkisidir. Azərbaycanda müxtəlif rəngli formaları yabanı halda geniş yayılmışdır. Birinci il yarpaqları, ikinci il çiçək saplağı tək-tək səbətlərdə inkişaf edir. Çiçəkləri yastı dilcikli ya da boruşəkilli olur. Çiçək qrupunun mərkəzində boruşəkilli sarı dişciyi var.
Berlin
Berlin (alm. Berlin‎ [bɛɐ̯ˈliːn], ) — Almaniyanın paytaxtı və ən böyük şəhəridir. Berlin həm də Almaniyanın 16 federal əyalətindən biridir. Əhalisi təqribən 3400000 nəfər, ərazisi isə 891,85 km²-dir. Şəhərin şimalındandan cənubuna doğru olan məsafə 38 km-ə, şərqindən qərbinə qədər olan məsafə isə 45 km-ə bərabərdir. Öz tarixi dövründə Berlin bir neçə dəfə alman dövlətlərinin (Brandenburq kürfürstlüyü, Prussiya krallığı, Almaniya İmperiyası, Veymar Respublikası, Üçüncü reyx) paytaxtı olmuşdur. 1990-cı ildən, Almaniyanın birləşməsindən sonra Berlin AFR-in paytaxıdır. Berlin Avropada ən mühüm siyasət, media, mədəniyyət və elm mərkəzidir. Metropol Avropada ən mühüm nəqliyyat düyümü sayılır və qitənin ən çox səyyah gələn şəhərdir. Burada yerləşən ali məktəblər, elmi idarələr, teatr və muzeylər beynəlxalq aləmdə tanınmışdılar.
Balleni adaları
Balleni adaları (ing. Balleny Islands) — Üç böyük adadan və çoxlu sayda kiçik adalardan ibarət, insan yaşamayan arxipelaqdır. Vulkan mənşəli Cənub okeanı (Somov dənizi) və cənubdan Yeni Zelandiya ilə əhatələnmişdir. Arxipelaqa üç böyük ada daxil olur — Yanq, Bakl və Sterj adaları. Həmçinin bir çox xırda adacıqlardan və qayalardan ibarətdir. Adaların hündürlüyü dəniz səviyyəsindən 1524 m yüksəkliyə qədər çatır. Ərazinin çox hissəsi buzlaqlarla örtülmüşdür. Arxipelaqın uzunluğu təxminən 160 kilometrə qədər uzanır. Adalarda Adeli pinqvini və Antarktika pinqvininlərinin böyük koloniyaları yerləşir. Adalar Antarktika haqqında konvensiyaya görə Yeni Zelandiyaya yaxın olan Antarktika ərazisinə (Rossa ərazisi) daxil edilmişdir.
Bellida graminea
Bellida graminea (lat. Bellida graminea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bellida cinsinə aid bitki növü.
Bellida major
Bellida graminea (lat. Bellida graminea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bellida cinsinə aid bitki növü.
Bellona (mifologiya)
Bellona – Qədim Roma mifologiyasına görə müharibə və yeraltı dünya ilahəsi. Bellona sözünün mənası (bellum və ya duellum) müharibə deməkdir. Digər əfsanəyə görə Marsın anasıdır. Şəkillərdə uzun ətəkli donda, bir əlində qılınc, digər əlində məşəl təsəvvür olunur. E.ə. 458-ci ildə Romada Bellonanın şərəfinə məbəd inşa edilmişdir. Çox zaman Bellona Yunan mifologiyasındakı Enio ilahəsi ilə eyniləşdirilir. Tanrılar Arxivləşdirilib 2014-03-28 at the Wayback Machine(Rus dilində) Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Belşina FK
"Belşina" (belar. «Белшына») — Bobruysk şəhərini təmsil edən Belarus futbol klubu. Klub 1976-cı ildə yaradılıb, 1995-ci ilə qədər "Şinnik" adı ilə çıxış edib. Klub "Şinnik" adı altında 1976-cı ildə yaradılmışdır. Komandaya yarandığı gündən yerli şinləri istehsal edən Belşina şirkəti sponsorluq edir. Klub daha çox Sovet dövründə BSSR Liqasında (Mogilyov vilayəti Liqasında mübarizə aparıb) çıxış etmişdir. Şinnik liqada iki dəfə çempion olmuş (1978 və 1987) və bir dəfə 1979-cu ildə Belarus SSR Kubokunun sahibi olmuşdur. Şinnik 1992-ci ildə Belarus Birinci Diviziyasında mübarizə aparmış və 1994-cü ildə Premyer Liqasına vəsiqə qazanmışdır. 1996-cı ildə adı "Belşina" olaraq dəyişdirilmişdir. Klub ən yaxşı mövsümlərini 90-cı illərdə və 2000-ci illərin əvvəlində keçirmişdir.
Covanni Boldini
Covanni Boldini (it. Giovanni Boldini; 31 dekabr 1842, Ferrara — 12 yanvar 1931,Paris) — İtalyan rəssam. XIX əsrin ən yaxşı portret rəssamlarından biri — XX əsrin əvvəlləri. Bir sənətçinin oğlu. Florensiyanın İncəsənət Akademiyasını bitirib. 1869-cu ildən Londonda işləmiş, portret rəssamı kimi tanınmışdır. 1872-ci ildə Parisə yerləşdi və salonda əsərini sərgiləməyə başladı. Edqar Deqas, Con Sarqent, Paul Elle ilə dost idi. Gözəl dövrün bir çox görkəmli şəxsiyyətinin portretlərini yaratdı, zamanının ən məşhur və yaxşı ödənişli portret rəssamlarından biri idi. Parisdəki Dünya Sərgilərində Qran-pri qazandı (1889, 1900).
David (Bernini)
David (it. Il David) — Covanni Lorenso Bernini tərəfindən işlənmiş həyat ölçülü mərmər heykəldir. Skripione Borgeze inşa edilən villasının bəzədilməsi üçün Berniniyə çoxsaylı heykəllərin hazırlanmasını sifariş etmişdi və Davidin heykəli də həmin sifarişlər arasında idi. Heykəl bu gün də Borgeze qalereyasında saxlanılır. Heykəl 1623–1624-cü illərdə yeddi ay ərzində hazırlanmışdır. Heykəlin mövzusu Qoliafı öldürmək üçün ona daş atmağa hazırlaşan və sonradan onun başını kəsmiş Bibliya personajlarından biri olan Daviddir. Eyni mövzuda olan digər əsərlər (xüsusilə Mikelancelonun məşhur "David") heykəli ilə müqayisədə Bernininin "David"i ehtimal edilən hərəkəti və psixoloji intensivliyi ilə yeni üfüqlər açmışdır. Bernininin himayədarlarından biri olan kardinal Kripione Borgeze 1618–1625-ci illərdə sənətkara yeni inşa edilən villanın bəzədilməsi üçün heykəllər hazırlamaq sifariş edir. 1623-cü ildə 24 yaşlı Bernini "David" heykəlini başlamaq üçün çoxdan üzərində işlədiyi "Apollon və Dafne" heykəlini yarımçıq qoyur. Ödəniş qəbzinin verdiyi məlumata görə Bernini heykəl üzərində işə 1623-cü ilin ortalarında başlamışdır, sənətkarın bioqrafı Filippo Baldinuççi isə onun heykəli yeddi ay sonra tamamladığını bildirir.
Fridrix Şellinq
Fridrix Şellinq (alm. Friedrich Wilhelm Joseph Schelling‎; 27 yanvar 1775[…], Leonberq, Ştutqart[d] – 20 avqust 1854[…]) — alman idealist filosof. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. Yohann Qotlib Fixte tərəfindən irəli sürülən fundamental qavrayış və idealist düşüncə tərzi fikirlərini qəbul etməklə birlikdə, insan iradəsinə zidd hadisələrin baş verməsi fikrinə qarşı çıxmışdır. Kklassik alman fəlsəfəsində obyektiv idealizmin görkəmli nümayəndələrindən biridir.
Juliano Belleti
Kommerson delfini
Kommerson delfini (lat. Cephalorhynchus commersonii) — rəngli delfinlər cinsinə aid olan (lat. Cephalorhynchus) növ. Bu canlılar onları ilk dəfə təsvir etmiş Filiber Kommersonun şərəfinə adlandırılmışdır Bu delfinlər rəngarəng xarici görünüşə sahibdirlər. Başı, yan və quyruğu qara, boğazı və böyür nahiyyələri isə ağa rəngdə olur. İki rəng arasındakı keçid oldukca kəskin xəttlərlə təyin olunmuşdur. Balinakimilər arasında ən kiçik növ hesab edilirlər. Uzunluqları 1,3–1,7 m, çəkiləri isə 35–60 kq arasında dəyişir. Bel üzgəci uzundur. Hər diş cərgəsində 29–30 diş vardır.
Lena Belkina
Lena Belkina (ukr. Олена Юріївна Бєлкіна; 27 noyabr 1987, Daşkənd) — Müğənni (mezzo-soprano).
Bafra bəyliyi
Bafra bəyliyi' Canik bəyliklərindən biridir. Canik (Bugünkü Orta Qaradəniz) bölgəsinde XIII–XIV yüzillərdə çox sayda bəylik yaxut dərəbəylik mövcut idi. Canik bəylərinin bəziləri zaman-zaman qismən və ya tam müstəqil olmuşlarsa da, çox zaman çevrədəki güclü dövlətlərə bağlı olaraq varlıqlarını davam etdirmişdilər. Bafra bəyliyi də Candaroğulları bəyliyi, Ərətna bəyliyi, Qazi Bürhanəddin bəyliyi və Amasiya bəyliyi (Kutluşahlar)a bağlı bir dərəbəylik olaraq varlığını sürdürmüşdür. Bəyliyin quruluş və yıxılışının tam tarixləri və bəylərinin adları bilinmir.
Bərçəmoğulları bəyliyi
Bərçəmoğulları bəyliyi — XII əsrdə Həmədan çevrəsində Oğuzlar tərəfindən qurulmuş bir Türk bəyliyidir. Bəyliyin qurucusu Əmir Bərçəmdir. Monqollara qarşı Bağdadı müdafiə edirdi. Hökmdarları sırasıyla; Əmir Bərçəm, Bərçemoğlu Mahmud, Fəxrəddin Əbu İshaq İbrahim, Süleyman şahdır.
Candaroğulları bəyliyi
Candaroğulları bəyliyi — 1291-1461-ci illərdə mövcud olmuş bir Anadolu bəyliyi. Ən məşhur bəyi İsfəndiyar bəy olduğundan digər adı da İsfəndiyaroğulları bəyliyidir. Çobanoğulları bəyliyinin yerini alan Candaroğullarının tarix səhnəsinə çıxışı, o dövrə aid tarixi mənbələrin yetərsizliyi səbəbilə tam olaraq bilinmir. Anadolu Səlcuqluları arasındakı taxt mübarizəsinə qatılan Şəmsəddin Yaman Candar bəyə 1291-ci ildə Hülaki hökmdarı Keyxatu xan tərəfindən Əflani və ətraf bölgələri iqta olaraq verilmiş, bu tarix Candaroğlu bəyliyinin əsasının qoyulması olaraq qəbul edilmişdir. Bəyliyin qurucusu olan və ona adını verən Yaman Candar bəyin hansı türkmən boyuna mənsub olduğu bilinmir. Daşıdığı Candar ünvanı səbəbilə Səlcuqlu sarayında xidmət etdiyi anlaşılan Şəmsəddin Yaman Candar bəy, hakimiyyəti boyunca Hülakilərin tabeliyində qalmış, ancaq bəyliyin hüdudlarını genişləndirmədən 1309-cu ildə vəfat etmişdir. Yerinə isə oğlu Süleyman bəy keçmişdir. Bir müddət Əflanidə qalan Süleyman bəy, Kastamonu və Safranbolu bölgələrini ələ keçirərək bəyliyi genişləndirdi və bəyliyin mərkəzini Kastamonuya daşıdı. Daha sonra Sinopu da ələ keçirərək bu bölgənin idarəsini oğlu İbrahim bəyə, Safranbolunun idarəsini isə digər oğlu Əli bəyə verdi. Bəyliyin hüdudlarını genişləndirməsinə baxmayaraq, Süleyman bəy ilk illərində Hülakilərin tabeliyində qalmış, onlara illik vergi verməyə davam etmişdir.
Dilmaçoğulları bəyliyi
Dilmaçoğulları bəyliyi — 1085–1192-ci illər arasında Bitlis və Erzendə müstəqil olan bir türk bəyliyi. Qurucusu Böyük Səlcuq hökmdarı Alp Arslanın komandirlərindən biri olan Dilmaç Məmməd bəydir (1085–1104-cü illər). Quruluş dövründə Böyük Səlcuq dövlətinə bağlılığını davam etdirən Dilmaçoğulları Toğan Arslan dövründə (1104–1137-ci illər) ən parlaq illərini yaşayıblar. Saltuklular və Ardıqlılar ilə birlikdə xristianlara və gürcülərə qarşı döyüşüblər. Bəyliyin qurucusu Dilmaçoğlu Məmməd (Məhəmməd) Bəy Sultan Alp Arslan dövründə Bekçioğlu Afşin və Əhməd Şah kimi türkmən bəyləri ilə Bizans idarəsindəki Anadoluya axınlarda olurdu. Malazgirt Müharibəsində (1071-ci il) də iştirak edən Dilmaçoğlu Məmməd Bəy daha sonra Səlcuq ordusunun Hələb ətrafında həyata keçirdiyi fəthlərə qatıldı. 1085-ci ildə diyar-ı Bəkir (Diyarbakır) alındıqdan sonra Bitlis və Ahlat da Səlcuq qüvvələri tərəfindən zəbt edildi. Bitlis və ətrafı Məmməd bəyin idarəsinə verilərək ona ikta (istifadə haqqı) tətbiq edildi. Bu şəkildə Dilmaçoğulları Bəyliyi qurulmuş oldu. Əvvəl Qılınc Aslana, onun ölümündən sonra da Ermenşahlara (Ahlatşahlar) tabe oldu.