Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bellini
Vinçentso Salvatore Karmelo Françesko Bellini (it. Vincenzo Salvatore Carmelo Francesco Bellini; 3 noyabr 1801, Kataniya, Siciliya — 23 sentyabr 1835, Püto, Paris yaxınlığında) — italyan bəstəkarı, 11 operanın müəllifi. == Bioqrafiyası == O, Neapolitan Konservatoriyasında Nicolo Zingarellinin himayəliyi altında oxumuş, ilk olaraq instrumental və kilsə musiqisi əsərlərini yazırdı. Bellininin ilk operası "Adelson e Salvini" 1825-ci ildə konservatoriyada tamaşaya qoyuldu. 1826-cı ildə Teatr San Karlo onun "Bianca e Fernando" operasını elə uğurla səhnələşdirdi ki, o, 1827-ci ildə Milanda La Skaladan sifariş aldı. Bellini son üçün "Pirat" operasını yazdı və bu, parlaq uğur idi; "Əcnəbi" gələn il daha da uğurlu oldu. Onların ardınca "Zaira" və s. 1833-cü ildə Bellini nəhayət Parisə köçdü və burada qısamüddətli olsa da, böyük uğur qazandı; onun taleyinə yalnız daha bir opera, 1835-ci ildə italyan teatrında tamaşaya qoyulan "Le Puritani" adlı opera yazmaq düşmüşdü. == Yaradıcılığı == Qısa ömrü ərzində o, 11 opera yazmışdı, onlardan yalnız biri (“Zaira”) uğurlu alınmayıb – qalanları əksər Avropa səhnələrində yer almışdı. Ən yaxşı operaları: Kapuleti və Montekki (it.
Bellinilər
Bellinilər –italyan rəssamları ailəsi, Venesiyada İntibah incəsənətinin baniləri. == Yakopo Bellini == Ailənin başçısı Yakopo Bellini (təqr.1400,Venesiya-1470/71,Venesiya)-Centile da Fabrianodan dərs almışdır. (1408 və 1413-cü illər arasında). Yaradıcılığına qohumu A.Mantenya təsir göstərmişdir. Yakopo Bellininin mehrab obrazlarında Bizans-qotika cizgiləri illuziyalı məkan priyomları ilə birləşmişdir. (“Madonna Körpəsi ilə”, 1448, Brera qalereyası, Milan və b.) Rəssamın qrafika əsərləri daha çox əhəmiyyət kəsb etmişdir. (Parisdəki Luvr və Londondakı Britaniya muzeylərində saxlanılan rəsm albomları; 1440-50-ci illər.) == Centile Bellini == Centile (təqr.1430, Venesiya, 1507,Venesiya)- Yakopo Bellininin oğlu. Atasından dərs almışdır; çox vaxt bir yerdə işləmişdilər. 1474-83-cü illərdə Venesiya respublikasının rəsmi rəssamı vəzifəsini tutmuşdur. 1479-80-ci illərdə Sultan II Mehmetin dəvəti ilə İstanbulda olmuşdur.
Benvenuto Çellini
Benvenuto Çellini (1 noyabr 1500[…], Florensiya[…] – 13 fevral 1571, Florensiya[…]) — İntibah incəsənətinin son nümayəndələrindən olan Benvenuto Çellini həm heykəltaraş, həm zərgər, həm də yazıçı olmuşdur. O, ömrünün beş ilini Fransa kralı I Fransuanın sarayında keçirmiş, kralın sifarişi ilə çoxlu bədii zərgərlik əsərləri, o cümlədən I Fransuanın məşhur qızıl duzqabısını düzəltmişdir. Onun "Persey" adlı əsəri böyük şöhrət qazanmışdır. O öz tərcümeyi-halını gözəl məcara romanı şəklində yazmış və bu əsərdə İtaliyada yüksək intibah dövrünün həyatı parlaq şəkildə canlandırılmışdır.
Federiko Fellini
Federiko Fellini (it. Federico Fellini; 20 yanvar 1920[…], Rimini, Emiliya-Romanya – 31 oktyabr 1993[…], Roma) — görkəmli italyan kinorejissoru, 5 Oskar mükafatı, Kann kinofestivalı "Qızıl palma budağı" (fr. le Festival international du film de Cannes və ya qısaca fr. le Festival de Cannes) laureatı. Rimini şəhərinin hava limanı onun adını daşıyır. == Həyatı == Federiko Fellini 1920-ci il yanvarın 20-də İtaliyanın Adriatik dənizi sahilində yerləşən Rimini şəhərində dünyaya gəlib. Onun uşaqlığına bu şəhərin xüsusi təsiri olub. Şəhərdə sirk sənətçiləri tez-tez tamaşalar göstərər, vodevil göstəriləri keçirilərmiş. Federiko da onları heyranlıqla seyr edərək, xalq oyunlarından təsirlənərək böyüyüb. Sonralar rejissor uşaqlıqda gördüklərinin hamısını çəkdiyi filmlərdə əks etdirib.
Python Bellii
Python regius (lat. Python regius) — əsl pitonlar cinsinə aid ilan növü.
Əzizim Fellini (film, 2010)
Əzizim Fellini — Cavid Təvəkkülün rejissoru və ssenari müəllifi olduğu, 2010-cu ildə "Carçı Film" studiyasında çəkilmiş tammetrajlı bədii televiziya filmi. == Məzmun == Film rejissor olmaq üçün kənddən paytaxta gələn ədəbiyyat müəllimi Rasimin (Rasim Cəfərov) başına gələn hadisələr üzərində qurulub. Paytaxtda o öz dostunun (Elnur Kərimov) köməkliyi ilə qalmağa ev tapır və imtahanlara hazırlaşır. Şəhərdəki kafelərdən birində o Leyla adlı gözəl qadınla tanış olur və ona vurulur. Leyla Rasimin rejissorluq həvəsinə görə onu italyan kinorejissoru Federiko Fellininin şərəfinə Fellini deyə çağırır. Amma Leyla varlı bir iş adamı olan Camalın (Abbas Qəhrəmanov) məşuqəsidir və Rasimlə münasibətlərini ondan gizlətmək mümkün olmur. Leyla Rasimi sevir, eynilə Rasim də Leylanı, amma Camal bu münasibətin əleyhinədir və Rasimi öz adamlarına döydürür. Döyüldükdən sonra uzun müddət xəstəxanada yatan Rasim, buradan çıxdıqdan sonra yenidən Leylanın axtarışına çıxır və elə ilk tanış olduqları kafedə onu tapır. Amma Leyla burada Camalla birlikdədir və görüş zamanı Leyla çantasından tapança çıxararaq əvvəlcə Camalı, sonra isə özünü öldürür. Bu səhnədə Leylanın Rasimə yazdığı vida məktubundan məlum olur ki, Leylanın uşaq evində 5 yaşında oğlu var və Rasimdən ona qayğı göstərməyi xahiş edir.
Bellida
Bellida (lat. Bellida) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Bellida graminea Ewart — yeganə növ.
Bellinya
Bellinya (fr. Bellignat) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Cənubi Oyonna kantonuna daxildir. Kommunanın dairəsi — Nantüa. INSEE kodu — 01031. == Əhalisi == 2010-cu ildə əhalinin sayı 3537 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 2340 nəfər arasında (15–64 yaş) 1719 nəfər iqtisadi cəhətdən fəal, 621 nəfər hərəkətsizdir (fəaliyyət göstərici 73,5%, 1999-cu ildə 74,2%). Aktiv 1719 sakindən 1465 nəfər (797 kişi və 668 qadın), 254 nəfəri işsizdir (107 kişi və 147 qadın). 621 hərəkətsiz 236 nəfər arasında şagird və ya tələbə, 183 nəfər təqaüdçü, 202 nəfər digər səbəblərə görə hərəkətsizdir.
Bellium
Bellium (lat. Bellium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Bellona
Bellona – Qədim Roma mifologiyasına görə müharibə və yeraltı dünya ilahəsi. Bellona sözünün mənası (bellum və ya duellum) müharibə deməkdir. Digər əfsanəyə görə Marsın anasıdır. Şəkillərdə uzun ətəkli donda, bir əlində qılınc, digər əlində məşəl təsəvvür olunur. E.ə. 458-ci ildə Romada Bellonanın şərəfinə məbəd inşa edilmişdir. Çox zaman Bellona Yunan mifologiyasındakı Enio ilahəsi ilə eyniləşdirilir.
Bernini
Covanni Lorenso Bernini (Gian Lorenzo Bernini, it. Giovanni Lorenzo Bernini; 7 dekabr 1598, Neapol - 28 noyabr 1680, Roma) — məşhur italyan heykəltaraşı, rəssam və memarı. XVII əsr Romasında italyan barokkosunun ən görkəmli nümayəndələrindən biri. Öz atasının, Pyetro Bernininin şagirdi olmuşdur. Eyni zamanda, rəssam və memar kimi də fəaliyyət göstərmişdir. == Həyatı == Covanni Lorenso Bernini 1598-ci il dekabr ayının 7-də Neapol şəhərində anadan olmuşdur. XVII əsr Romasında italyan barokkosunun ən görkəmli nümayəndələrindən biri olmuşdur. Onun "David" (1623), "Apollon və Dəfnə" (1622-1625), "Müqəddəs Terezanın vəcdə gəlməsi" (1644-1652) və s. heykəltaraşlıq kompozisiyalarında dinamizm və işıq-kölgə traktovkası güclüdür. Romadakı əsərlərin təxminən 70 faizi Berniniyə aiddir.
Bullinq
Zorbalıq, bəzən bulliyinq (həmçinin bullinq, ing. bullying) və ya təkləmək kimi qeyd olunur — bir insanın qəsdən başqa bir insana zərər verdiyi aqressiv davranış forması. Buna ad qoymaq, ələ salmaq, sataşmaq, şayiələr yaymaq, döymək və əşyaları götürmək daxildir. Zorbalıq müxtəlif izah olunur. Birləşmiş Krallıqda zorbalığın hüquqi izahı olmasa da, ABŞ-nin bəzi ştatlarında zorbalığa qarşı qanunlar var. Zorbalıq əsas dörd növə bölünür - emosional (bəzən əlaqəli kimi qeyd olunur), şifahi, fiziki və kiber. Zorbalıq fərdi və ya qruplaşma forması ala bilər. Zorbalıq mədəniyyəti insanların bir-biri ilə qarşılıqlı olduğu hər hansı bir kontekstdə inkişaf edə bilər. Zorbalıq adətən məktəbdə, ailədə, iş yerində, evdə və qonşuluqda mövcüd olur. Zorbalıq üçün əsas platforma sosial şəbəkə saytlarıdır.
Gallini
Cəngəllik toyuqları (lat. Gallini) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinə aid heyvan tribası.
Belici
Belici (kənd) — Dağıstan Respublikasının Dərbənd rayonunda kənd. Belici (qəsəbə) — Dağıstan Respublikasının Dərbənd rayonunda qəsəbə. Belici (stansiya) — Dağıstan Respublikasının Dərbənd rayonunda stansiya.
Bellis
Qızçiçəyi (lat. Bellis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Bellis L.-cinsin adı yunancadan "gözəl" kimi tərcümə olunur. Aralıq dənizi sahillərində, Amerikada, Avstraliyada və Yeni Zelandiyada yayılmış qızçiçəyi cinsinin 80 növü məlumdur. Gülçülükdə bir növdən istifadə olunur. Çoxillik qızçiçəyi (B.perennis) çoxillik ot bitkisidir. Azərbaycanda müxtəlif rəngli formaları yabanı halda geniş yayılmışdır. Birinci il yarpaqları, ikinci il çiçək saplağı tək-tək səbətlərdə inkişaf edir. Çiçəkləri yastı dilcikli ya da boruşəkilli olur. Çiçək qrupunun mərkəzində boruşəkilli sarı dişciyi var.
Berlin
Berlin (alm. Berlin‎ [bɛɐ̯ˈliːn], ) — Almaniyanın paytaxtı və ən böyük şəhəridir. Berlin həm də Almaniyanın 16 federal əyalətindən biridir. Əhalisi təqribən 3400000 nəfər, ərazisi isə 891,85 km²-dir. Şəhərin şimalındandan cənubuna doğru olan məsafə 38 km-ə, şərqindən qərbinə qədər olan məsafə isə 45 km-ə bərabərdir. Öz tarixi dövründə Berlin bir neçə dəfə alman dövlətlərinin (Brandenburq kürfürstlüyü, Prussiya krallığı, Almaniya İmperiyası, Veymar Respublikası, Üçüncü reyx) paytaxtı olmuşdur. 1990-cı ildən, Almaniyanın birləşməsindən sonra Berlin AFR-in paytaxıdır. == Ümumi məlumat == Berlin Avropada ən mühüm siyasət, media, mədəniyyət və elm mərkəzidir. Metropol Avropada ən mühüm nəqliyyat düyümü sayılır və qitənin ən çox səyyah gələn şəhərdir. Burada yerləşən ali məktəblər, elmi idarələr, teatr və muzeylər beynəlxalq aləmdə tanınmışdılar.
Ellin
Ellin ( q.yun. Έλλην ) — qədim yunan mifologiyasında yunan xalqının əcdadı. Müxtəlif versiyalara görə o, ya Devkalion və Pirra, ya Zevs, ya da Poseydon və Antiopanın oğlu olmuşdur. Böyük daşqından sonra anadan olmuşdur. Ellin Prometey və Klimenin, həmçinin Epimetey və Pandoranın nəvəsidir. Ellin və pəri Orseydadan Dor, Ksuf və Eol dünyaya gəlmişdir. Dordan dorilər, Eoldan isə eollular törəmişdir. Ksufun oğulları İon və Axey yunan tayfalarının əcdadları olmuşdular.
Juliano Belleti
Kommerson delfini
Kommerson delfini (lat. Cephalorhynchus commersonii) — rəngli delfinlər cinsinə aid olan (lat. Cephalorhynchus) növ. Bu canlılar onları ilk dəfə təsvir etmiş Filiber Kommersonun şərəfinə adlandırılmışdır == Xarici görünüşü == Bu delfinlər rəngarəng xarici görünüşə sahibdirlər. Başı, yan və quyruğu qara, boğazı və böyür nahiyyələri isə ağa rəngdə olur. İki rəng arasındakı keçid oldukca kəskin xəttlərlə təyin olunmuşdur. Balinakimilər arasında ən kiçik növ hesab edilirlər. Uzunluqları 1,3–1,7 m, çəkiləri isə 35–60 kq arasında dəyişir. Bel üzgəci uzundur. Hər diş cərgəsində 29–30 diş vardır.
Lena Belkina
Lena Belkina (ukr. Олена Юріївна Бєлкіна; 27 noyabr 1987, Daşkənd) — Müğənni (mezzo-soprano).
Lissabon beşliyi
Lissabondakı Türkiyə səfirliyinə terrorçuların hücumu — 27 iyul 1983-cü ildə "Erməni İnqilab Ordusu"nun Lissabondakı (Portuqaliya) Türkiyə səfirliyinə hücumu. Terror aktının nəticəsində 7 nəfər həlak olmuşdur o cümlədən 5 nəfər terrorçu, 1 nəfər portuqaliyalı polis və Türkiyə səfirliyinin müvəqqəti işlər vəkilinin həyat yoldaşı 42 yaşlı Cahidə Mıxçıoğlu. Şahidlərin ifadələrinə əsasən həmin günün səhəri saat 10.30 da səfirliyin qarşısına iki ford markalı avtomobil yaxınlaşır, onlardan biri səfirliyin qarşısında dayanır digəri isə səfirliyin dayanacağında. Maşınlar səfirliyi qoruyan portuqaliyalı polisin diqqətini cəlb edir, iki gün əvvəl həmin maşında qələn naməlum şəxslər viza almaq istədiklərini bildirmişdilər, onların sənədlərini soruşanda, tələsik oranı tərk etmişdilər. Polis əməkdaşı dünənki maşının yenidən gəldiyini səfirliyə xəbər verir, özü isə terrorçuların olduğu avtomobilə yaxınlaşır. Bu zaman terrorçulardan biri atəş açaraq polisi yaralıyır, lakin səfirliyin təhlükəsizlik xidmətinin əməkdaşının cavab atəşi ilə atəş açan terrorçu öldürülür. Səfirliyin binasına daxil ola bilməyəcəklərini görən terrorçular səfirliyin yanında yerləşən səfirin igamətkahına daxil olaraq səfirliyin müvəqqəti işlər vəkilinin həyat yoldaşı 42 yaşlı Cahidə Mıxçıoğlunu və onun 17 yaşındakı oğlu Atasayı qirov götürürlər. Terrorçular qirovları saxladıqları otağı minalayaraq, hücum olacağı təqdirdə oranı partladmaqla hədələyirlər. Hadisə ilə bağlı Portuqaliya hökumətinin təcili iclası keçirilir, və qirovları azad etmək üçün yeni yaradılmış xüsusi təyinatlı polis dəstəsindən istifadə etmək qərara alınır. Lakin xüsusi təyinatlılar əməliyyata başlamadan əvvəl terrorçular bombanı işə salırlar.
Maruan Fellaini
Maruan Fellaini (fr. Marouane Fellaini-Bakkioui; d. 22 noyabr 1987, Etterbek, Belçika) — İngiltərə Premyer Liqasının Mançester Yunayted klubunda və Belçika milli yığmasında yarımmüdafiəçi mövqeyində çıxış edən belçikalı futbolçudur. == Həyatı == Etterbeekdə mərakeşli ailədə anadan olan Fellaini Standart Lyej klubuna keçməzdən əvvəl Anderlext də daxil olmaqla Belçikanın bir sıra klublarının aşağı yaş qruplarında çıxış etmişdir. Standart Lyej klubundakı uğurlu çıxışından sonra İngiltərə təmsilçisi Everton klubuna transfer olmuşdur. O, 2008-09 mövsümündə Everton futbolçuları arasında "İlin ən yaxşı gənc futbolçusu" mükafatını qazanmışdır. Beş ilini Evertonda keçirən Maruan 2013-cü ilin sentyabr ayında 27.5 milyon funt-sterlinq qarşılığında Mançester Yunaytedə transfer olmuşdur. Fellaini 2007-ci ildən bəri mütəmadi olaraq milli yığmaya dəvət alır və indiyə qədər millinin heyətində 70-dən çox oyuna çıxmışdır. O, Belçika milli yığmasının heyətində 2008 Olimpiya Oyunlarında, 2014 Dünya Kubokunda və UEFA Avro 2016-da iştirak etmişdir.
Neoseiulus bellinus
Neoseiulus bellinus (lat. Neoseiulus bellinus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Qanq delfini
Amazon delfini və ya iniya, amazon iniya, bouto (lat. Inia geoffrensis) — cetacea dəstəsinin çay delfinləri qrupuna aid heyvan fəsiləsi. Əsasən balıq, molyusk və xərçəngkimilərlə qidalanır. Cənubi Amerika üçün endemikdir. Fransız zooloqu Joffrua Sent İler Etyenin şərəfinə adlandırılıb. == Taksonomiyası == Amazon delfininin görünüşü 1817-ci ildə Anri Mari Dyukrot de Blenvil tərəfindən təsvir edilmişdir. Amazon çayı Yunfin ilk olaraq Platanistoidea superfamilyasına məxsus idi ki, bu da bütün çay yunuslarını meydana gətirmişdir ki, bu da onları paraphyletik qrup halına gətirmişdir. İndi isə Amazon çayının delfini Inioidea superfamilyasına təsnif edilib. Amazon zamanına və necə girdiğinə dair bir fikir birliyi yoxdur; Sakit okeandan Miyosen dövründə, Andesin formalaşmasından və ya Atlantik dənizindən bunu edə bilərlər. Mübahisələrə məruz qalan böyük beynəlxalq orqanlara malik növlərin və yarımnövlərin təsnifatı ilə bağlı davam edən müzakirələr var.
Tomas Şellinq
Tomas Şellinq (ing. Thomas Crombie Schelling) (d. 14 aprel 1921 — ö. 13 dekabr 2016) — amerikalı iqtisadçı. Xarici əlaqələr, milli təhlükəsizlik, nüvə strategiyası mövzularında mütəxəssis. == Həyatı == Tomas Şellinq universitet təhsilini Berkli Kaliforniya Universitetində 1944-cü ildə iqtisadiyyat sahəsində tamamlamışdır. Doktorluq dərəcəsinə isə 1951-ci ildə Harvard Universitetində yüksəlib. Ən əhəmiyyətli kitabı sayılan Qarşıdurma Strategiyası (ing. Strategy of Conflict) 1960-cı ildə nəşr edilmişdir. 1964-cü ildən etibarən Pentaqonnun Vyetnam müharibəsində bombalama və gərginlik siyasəti sahəsində çalışdı.
Türk beşliyi
Türk beşliyi (türk. Türk beşleri) — Türkiyə Respublikasının yarandığı dövrdən XX əsrin ortalarınadək aktiv fəaliyyət göstərən və akademik türk musiqisini dünya səviyyəsinə qaldıran türk yenilikçi bəstəkarlar qrupuna verilən ad. Bu adlandırma, qərbdə rus musiqisinin Qüdrətli dəstə adı ilə tanınan 5 bəstəkarına verilən "rus beşliyi" ifadəsinə analogiya kimi seçilmişdir. Həmin bəstəkarlar aşağıdakılardır: Əhməd Adnan Sayqun (türk. Ahmet Adnan Saygun; 1907 — 1991) Ülvi Camal Erkin (türk. Ulvi Cemal Erkin; 1906 — 1972) Camal Rəşid Rey (türk. Cemal Reşit Rey; 1904 — 1985) Həsən Fərid Alnar (türk. Hasan Ferit Alnar; 1906 — 1978) Necil Kazım Ağsəs (türk.
İravadi delfini
İravadi delfini (lat. Orcaella brevirostris) — Delfinlər fəsiləsinə, İravadi delfinləri cinsinə aid növ. == Xariçi görünüş == Bu canlılar digər delfinlərdən müəyyən xüsusiyyətlərinə görə fərqlənirlər. Başlarənın ön hissəsələri donqardır. Sinə üzgəcləri enli və üçbucaqdır. Bel üzgəcləridə üçbucaqdır. Üzərləri boz-mavi, göyümtül-boz, qarın nahiyyəsi isə nisbətən açıq rəngdə olur. Dişlərinin eni qısa, uzunluğu isə 1 sm-dir. Çəkiləri 114–143 kq, uzunluqları 146–275 sm-dir. Erkəklər bir qayda olaraq iri olurlar.
Həmidoğulları bəyliyi
Həmidoğulları bəyliyi (osman. حميد اوغللری, türk. Hamidoğulları) — Paytaxtı Eğirdir olan Kiçik Asiyada türk bəyliyi (əmirliyi, bəyliyi). Təxminən 1300-1423-cü illər arasında onu idarə edən eyniadlı sülalənin adı ilə adlandırılmışdır. Bəylik və sülalə öz adını banisi Həmid bəydən almışdır. Sülalə həmidilər, bəylik – Həmid də adlanırdı. Bəyliyin mərkəzi Antalya olan cənub hissəsi Təkəogulları vilayəti adlanırdı. Konyadan Antalyaya gedən yollara nəzarət edən Həmidlər əhəmiyyətli bir qüvvə idi. Bəyliyin banisinin nəvəsi Dündar Antalyanı, Dündarın oğlu İsxak isə Qaramanoğulların da iddia etdiyi keçmiş Əşrəfoğulları bəyliyinin ərazisini bəyliyə birləşdirdi. Bu torpaqlar uğrunda mübarizə ona gətirib çıxardı ki, 1381-ci ildə Hüseyn bəy mübahisəli torpaqlarla birlikdə bəyliyin bir hissəsini Osmanlı Sultanı I Murada satdı.
Karəsi Bəyliyi
Karəsi bəyliyi (türk. Karesi Beyliği) — Egey dənizinin sahillərində 1296-1363-cü illərdə qurulmuş Anadolu bəyliyi. Bəyliyin paytaxtı hazırkı Balıkəsir ilinin ərazində yerləşən Karəsi olmuşdur. Bəylik öz adını banisi, səlcuqlu uc-bəyi Karəsi bəyin adından almışdır.
Karəsioğulları Bəyliyi
Karəsi bəyliyi (türk. Karesi Beyliği) — Egey dənizinin sahillərində 1296-1363-cü illərdə qurulmuş Anadolu bəyliyi. Bəyliyin paytaxtı hazırkı Balıkəsir ilinin ərazində yerləşən Karəsi olmuşdur. Bəylik öz adını banisi, səlcuqlu uc-bəyi Karəsi bəyin adından almışdır.
Mengücəklü bəyliyi
Mengücəklü bəyliyi ya da Mengüceklilər (1080-1228) Malazgird döyüşündən sonra Anadoluda Ərzincan, Kemah, Divriği, Şebinkarahisar bölgəsində qurulmuş bir bəylik.
Menteşə bəyliyi
Menteşə bəyliyi, Menteşəoğulları bəyliyi (osman. منتشه اوغللرى, türk. Menteşeoğulları, Menteşe) — Anadolu Səlcuqlu dövlətinin dağılması və parçalanması ilə başlayan Anadolu bəylikləri dövründə Cənub-Qərbi Anadoluda qurulmuş bir Türk bəyliyidir. Sərhədləri təxminən indiki Muğla vilayəti ilə üst-üstə düşən bu bəyliyin hakimiyyəti XIII əsrin ortalarından XV əsrin əvvəllərinə qədər davam etmişdir. Digər Anadolu bəylikləri kimi Osmanlı imperatorluğunun hakimiyyəti altına keçir. Muğla vilayəti Osmanlı imperatorluğunun son dövrlərinə qədər Menteşe vilayəti olaraq bilinirdi. == Tarixi == Səlcuq Sultanı I Əlaəddin Keyqubad dövründə bölgədə türkmən tayfaları intensiv məskunlaşmağa başladılar. Əhali sayı artdıqca, türklər sərhəd bölgələrində bizanslıları sıxışdırdılar. Nikeya imperiyası mövcud olduğu müddətdə onun şərq sərhədi bu istehkamlar tərəfindən idarə olunurdu və hər qalada bir qubernator-arxon var idi. 1261-ci ildə Konstantinopolun qaytarılması və paytaxtın Nikeyadan buraya köçürülməsi ilə Bizansın Asiya sərhədlərində dağınıqlıq başlandı.