Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Biogen
Biogen — ölü canlıların çürüməsindən əmələ gəlmiş maddə. Biogen çöküntülər canlı orqanizmlərin həyat fəaliyyəti ilə əlaqədar olaraq əmələ gələn, biogen mənşəli üzvi maddədən, yaxud mineral skelet qalıqlarından təşkil olunmuş çöküntülər. Dəniz və okeanların biogen çöküntülər silisium və karbonat tərkibli olur; üstünlük təşkil edən çöküntü əmələ gətirən orqanizm qruplarına görə onlara ad verilir. Müasir Biogen çöküntülər okean dibinin yarıdan çox hissəsini örtür. Kontinental (göl, çay, bataqlıq) biogen çöküntülər sapropel və torflardan, həmçinin diatomalı göl lillərindən və qabıq əhəngdaşlarından ibarətdir. 1. Mineralogiya və geologiyada orqanizmlərin bilavasitə iştirakı ilə mineral və süxur əmələgəlmə prosesləri. Məsələn: onların həyat fəaliyyəti nəticəsində (kalsit və ya opaldan ibarət skelet və ya qabıqların, riflərin) yaxud üzvi qalıqların dəyişməsi nəticəsində (kömür və b.) əmələ gəlməsi. 2. Geomorfologiyada morfogenetik əhəmiyyətli orqanizmlərin fəaliyyəti.
Biogen elementlər
Biogen elementlər — avtotrof orqanizmlərin üzvi birləşmələr sintez etməsi üçün vacib olan kimyəvi maddələr. R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Biogen relyef
Biogen süxurlar
Atomların biogen miqrasiyası qanunu
Bingöl
Bingöl — Türkiyənin Bingöl ilinin inzibati mərkəzi. Bingölün əvvəlki adı Çapaqcur olmuşdur. 1946-cı ilə qədər Elazığ və Ərzincana bağlı torpaqları varkən Çapaqcur adıyla il oldu. 1950-ci ildə isə adı Bingöl adını daşıyır. Çapaqcur öncə Qaraqoyunluların, sonra Ağqoyunluların əlində olmuşdur.
Biofil
Biofillər — ətraf mühitə nisbətən canlı orqanizmlərdə daha çoxlu miqdarda toplana bilən kimyəvi elementlər və ya maddələr (sink, oksigen, fosfor və digər elementlər, həmçinin bir vast; onun çox pestisidlər). Çox vaxt Biofillərin canlı orqanizmlərdə konsentrasiyası (toplanma əmsalı) ətraf mühitə nisbətən yüz dəfə, min dəfə (yüz min dəfə) çox olur. Biofillərin orqanizmdə həddən mütləq artıq toplanması toksikozların əmələ gəlməsinə və ya hətta orqanizmin məhv olmasına səbəb olur. Orqanizmlərin geokimyəvi mühitdən (torpaq, su) udaraq həyat çirklənməsi, fəaliyyətində istifadə etdiyi elementlər. Biofil elementlər makroelementlərindən N, C, O, H, Ca, Mg, Na, К, P, S, Cl, Fe və mikroelementlərdən Си, Co,Mn, Zn, V, Ni, Mo, Se, F, Br, J və b. aiddir. Müəyyən arealın flora və faunası. Öz spesifik üsulu ilə qidalanaraq (fıltrasiya edərək) su mühitinin təmizlənməsində özünəməxsus rol oynayan su orqanizmləri. Məs. mikroskopik kalapus xərçəngciyi bir sutka ərzində 2 1 suyu təmizləyə bilir.
Biogerm
Biogerm [yun. germa – təpə] - su hövzəsinin dibində orqanizmlərin qurduğu, əsasən kalsium-karbonatdan təşkil olunmuş təpə. Canlı halda kalsium-karbonat qabığı quran bu orqanizmlər (mərcanlar, mamırabənzərlər, süngərlər, qurdlar, foraminiferlər, yaşıl və qırmızı yosunlar və b.) öldükdən sonra yaşadıqları vəziyyətdə qalırlar. Biogerm hündürlüyü bir neçə sm-dən onlarla və yüzlərlə m-dək, tutduğu sahə bir neçə km2 ola bilər. Bu qurumların sinxronik çöküntülərlə təması müxtəlif tipli (dik, pazvari yaxud tədrici və i.a.) olur. Biogerm ştokvari, lokal linza və b. şəkillərdə olurlar. Biogerm rif fatsiyaları üçün səciyyəvidir və rifin tərkib elementidir. Əsasən dəniz çöküntüsü olub, bəzən şirin su hövzələrində rast gəlir. Orqanizm Geologiya terminlərinin izahlı lüğəti.
Diogen
Sinoplu Diogen (Διογένης ὁ Σινωπεύς, təq. e.ə. 400, Sinop – təq. e.ə. 323) — qədim yunan filosofu, Antisfenin tələbəsi, kiniklər məktəbinin nümayəndəsi. Onun heç bir fəlsəfi təlimi olmamışdır. Ancaq müasir dövrə qədər gəlib çıxmamış bir neçə kitabın müəllifi olması deyilir. O öz həyat tərzi ilə insanları həqiqətə səsləyirdi. Diogen, Atisfenin təbiətə uyğun həyat çağırışına tabe olmuşdur. Həyatını son dərəcə kasıb olaraq keçirən Diogen çox vaxt əlində fənəri ilə gəzir və çəlləkdə yaşayırdı.
Beigel
Beyql (ing. Bagel; idiş בײגל‎, translit: beygl; pol. bajgiel; həmçinin beigel) — ABŞ, Kanada və Böyük Britaniyada geniş şəkildə istehlak edilən mayalı xəmirdən hazırlanmış qalın və halqa şəkilli çörək növü. İlk dəfə 17-ci əsrdə Aşkenazi yəhudiləri Polşada ortaya çıxarılan beyqlın istehsalında maya, un, şəkər, duz və su istifadə edilir. Dad baxımından küncütsüz simiti xatırladır. İlk zamanlar yəhudilər tərəfindən istehlak edilən bagel, sonralar ABŞ və Kanadaya yayılmışdır. Amerikada xüsusilə, Nyu-York və Kaliforniya ştatlarında çox istehlak edilir. Simitdən fərqli olaraq suda qaynadılan bagelin küncütlü, çörəkotulu, sarımsaqlı, soğanlı, xaş-xaşlı növləri vardır.
Bagel
Beyql (ing. Bagel; idiş בײגל‎, translit: beygl; pol. bajgiel; həmçinin beigel) — ABŞ, Kanada və Böyük Britaniyada geniş şəkildə istehlak edilən mayalı xəmirdən hazırlanmış qalın və halqa şəkilli çörək növü. İlk dəfə 17-ci əsrdə Aşkenazi yəhudiləri Polşada ortaya çıxarılan beyqlın istehsalında maya, un, şəkər, duz və su istifadə edilir. Dad baxımından küncütsüz simiti xatırladır. İlk zamanlar yəhudilər tərəfindən istehlak edilən bagel, sonralar ABŞ və Kanadaya yayılmışdır. Amerikada xüsusilə, Nyu-York və Kaliforniya ştatlarında çox istehlak edilir. Simitdən fərqli olaraq suda qaynadılan bagelin küncütlü, çörəkotulu, sarımsaqlı, soğanlı, xaş-xaşlı növləri vardır.
Bokel
Bokel — Almaniyanın şimalında Şlezviq-Holşteyn əyalətində, Rendsburg-Eckernförde-yə bağlı bir bölgə. 15.27 km² əraziyə malikdir. Əhalisi 3 iyul 2006-cı ilin məlumatına əsasən 690 olaraq qeyd edilmişdir. Bələdiyyə Başçılığı Klaus-Detlef Kahl tərəfindən icra edilməkdədir.
Rigel
Riqel ulduzu Beta Orion bürcünün ulduzu kimi təyin olunmuşdur, gecə səmasında 17-ci parlaq ulduzdur və eyni zamanda Orion bürcünün ən parlaq ulduzudur. Görünən ulduz ölçüsü 0.13-dür, parlaq ulduz Yerdən təxminən 863 işıq ili qədər uzaq məsafədədir. Ulduz əslində Yerdən 3 və ya 5 ulduzdan ibarət misilli ulduz sistemi kimi görünür, əsas ulduz Riqel A xüsüsiyyətlərini hesablamaq üçün istifadə olunan üsuldan asılı olaraq hər yerdə 120,000 −279,000 Günəş parlaqlığı dəfə parlaq olan mavi-ağ rəngli ifratnəhəng olduğu hesab edilir. Nüvəsindəki hidrogen tükənmişdi və 79–115 Günəş radiusuna kimi artır. Kvazi-perodikliyə pulsasiya edir və dəyişən Alfa Siqney ulduzuna təsnif edilir. Digər komponenti olan Riqel B-nin parlaqlığl Riqel A-dan 500 dəfə zəifdir və ancaq teleskop vasitəsilə görünür. Riqel B özünü spektroskopik qoşa sistem kimi aparır, 2 əsas ulduzdan spektral sinfi B9V olan kütləsi Günəş kütləsindən 3.9 və 2.9 dəfə böyük açıq mavi ulduzlardan ibarətdir. Riqel Bb özü də qoşa ulduz ola bilər. Riqel B demək olar ki, eyni görünüşdə olan Riqel C-nin çox yaxın qoşa ulduzu kimi görünür. Rigelin ənənəvi adı ilk olaraq 1252 alfonsini hesabatlarında (Alfonsine Tables) yazılmışdır.
Bizel
Bizel yumurta ağı və şəkər tozundan hazırlanan köpüklü qurabiyə növüdür. Fransızca "baiser" sözündəndir və tərcüməsi öpmək deməkdir. İsveçrə və Fransada "Meringue" kimi də tanınır. 100 °C qızdırılmış olan sobada 1-2 saat ərzində adətən qurudularaq hazırlanır. Bu qarışığa limon suyu əlavə edildiyi zaman, bizel daha möhkəm bir vəziyyətə gəlir. Soyuq qarışdırılmış bizel: Yumurta ağı sərtləşənə qədər qarışdırılır, hər yumurtaya 50 q şəkər tozu əlavə edildikdən sonra qarışdırılmağa davam edilir. Bir qaşıq və ya formavermə vasitəsinin köməyi ilə əvvəlcədən yağlanmış podnosa düzülür və sobaya yerləşdirilir. İlıq qarışdırılmış bizel: Hazırlanma qaydası soyuq qarışdırılmış bizelə çox oxşayır, lakin burada yumurtanın ağı köpüklənməyə başlayan kimi qab 50 °C su vannasına yerləşdirilir və orada qarışdırılmağa davam edilir. İş maraqlı tərəfi ondadır ki, su qaynamır. Şəkər tozu əlavə edildikdən qaşığın köməyi ilə podnusa yerləşdirilir və bundan sonra bişirilir.
Bengel cərəyanı
Bengel cərəyanı— Cənubi Atlantik okeanının şərq hissəsində formalaşan geniş, şimal-şərqə doğru axan soyuq okean axınıdır. Cərəyan təxminən cənubda Afrikanın cənub burnundan şimalda Anqola-Bengel cəbhəsinə doğru 16° c. en-ə qədər uzanır. Cərəyanın axımı mövcud cənub-şərq küləkləri tərəfindən yönləndirilir. 200–300 m dərinliyində olan soyuq, qida ilə zəngin sular fitoplanktonun yüksək artımına səbəb olur və məhsuldar Bengel ekosistemini saxlayır.
Bilgen Bengü
Bilgen Bengü (1957, İstanbul) — Türk musiqiçi.
Bingöl Universiteti
Bingöl Universiteti — 2007-ci ildə Türkiyənin Bingöl şəhərində qurulmuş dövlət universiteti. Bingöl Universitetində başlıca 10 fakültə vardır. Qafqaz Universitetlər Birliyinin üzvüdür.
Bingöl ili
Bingöl ili — Türkiyədə il. Şərqi Anadolu regionunda, Fərat boyunda yerləşir. 1946-cı ilə qədər Elazığ və Ərzincana bağlı torpaqları varkən Çapaqcur adıyla il oldu. 1950-ci ildə isə adı Bingöl adını daşıyır. Çapaqcur öncə Qaraqoyunluların, sonra Ağqoyunluların əlində olmuşdur. 1960-cı ildə aparılmış siyahıya alma zamanı ilin 131 min nəfər əhalisinin 89 min nəfəri ana dilini kürdcə, 42 min nəfəri isə türkcə olaraq qeyd etmişdi.
Diogen Sinopski
Sinoplu Diogen (Διογένης ὁ Σινωπεύς, təq. e.ə. 400, Sinop – təq. e.ə. 323) — qədim yunan filosofu, Antisfenin tələbəsi, kiniklər məktəbinin nümayəndəsi. Onun heç bir fəlsəfi təlimi olmamışdır. Ancaq müasir dövrə qədər gəlib çıxmamış bir neçə kitabın müəllifi olması deyilir. O öz həyat tərzi ilə insanları həqiqətə səsləyirdi. Diogen, Atisfenin təbiətə uyğun həyat çağırışına tabe olmuşdur. Həyatını son dərəcə kasıb olaraq keçirən Diogen çox vaxt əlində fənəri ilə gəzir və çəlləkdə yaşayırdı.
Diogen sindromu
Diogen sindromu — məişət tullantılarının yığılması və özünü cəmiyyətdən təcrid etmək davranışları ilə özünü göstərən bir narahatlıqdır. Adını filosof Diogendən alan bu narahatlığa əsasən yaşlılarda rast gəlinir. Diogen cəmiyyətin normalarını qəbul etməyib, küçələrdə yatıb-qalxmış, dilənmiş, sadəliyi həyat nəzəriyyəsi olaraq qəbul etmişdir. Adı çəkilən problemdən əziyyət çəkən şəxslər də özlərini təcrid edir, xarici görünüşlərinə diqqət ayırmır və məişət tullantılarını atmayıb, əksinə toplayırlar. Bir növ obsessiv-kompulsiv pozuntu olaraq da hesab edilir, lakin bir çox ədəbiyyatlarda Diogen sindromu adi toplama komplulsiyalarından fərqlənir çünki Diogen sindromunda obsessiv tərəf yoxdur və ya rast gəlinən deyil. Həyatının uzun illərini birlikdə keçirdiyi baxıcı(falçı deyil) və ya həyat yoldaşının ölümündən sonra şəxsin travmatik təcrübəyə verdiyi reaksiya kimi qəbul edilir. Konkret bir səbəb göstərilməməyi ilə bərabər risk faktoru olaraq beyninin frontal korteksi zədələnən şəxslərdə də bu sindrom müşahidə olunur. Bədəndən kəskin pis qoxunun gəlməsi, dəridə qızartılar, saçların yuyulmamış olmağı, dırnaqların kəsilməmiş olmağı, qeyri-sağlam qidalanma və bir sıra başqa şəxsi gigiyena qaydalarına əməl etməmək. Atılmayan məişət tullantılarının evdə yığılması, gəmirici və həşəratların evi məskən etməsi, çürümüş yemək qoxuları. Məişət tullantılarının yığılması ilə ortaya çıxan dağınıqlıq.
Fernan Brodel
Fernan Brodel ( fr. Fernand Braudel ; 24 avqust 1902 — 27 noyabr 1985 ) — fransız tarixçi. O, tarixi prosesin təhlilində iqtisadi və coğrafi amillərin nəzərə alınması təklifi ilə tarix elmində inqilab etmişdir. Sosial elmlərdə tarixi hadisələrin hərtərəfli tədqiqi ilə məşğul olan "Annallar" fransız tarixşünaslıq məktəbinin görkəmli nümayəndəsidir. Kapitalist sisteminin mənşəyini araşdıraraq dünya sistemi nəzəriyyəsinin banilərindən biri olmuşdur. Lotaringiyada Almaniya sərhədi yaxınlığındakı kiçik Lumevil-an-Ornua kəndində riyaziyyat müəllimi ailəsində anadan olub. Onun dünyagörüşünün formalaşmasında kəndli uşaqlığının rolu olmuşdur . 1909-cu ildə Parisin ətrafındakı Meriel qəsəbəsindəki ibtidai məktəbə daxil oldu, burada gələcək aktyor Jan Qabinlə , sonra Parisdəki Volter Liseyində oxudu. Ali təhsilini Sorbonnanın humanitar elmlər fakültəsində almışdır . “O dövrün bütün solçu tələbələri kimi” , onu da Fransız İnqilabı cəlb etdi və dissertasiyasının mövzusu kimi o, doğma diyarına ən yaxın olan Bar-le-Duc şəhərindəki inqilabi hadisələri seçdi.
Günter Blobel
Günter Blobel — almankökənli amerikan biokimyaçısı, 1999-cu ildə zülallarının hüceyrə daxilində yerləşməsi və daşınması üçün iç siqnallar göndərdiyini sübut etməsinə görə Nobel mükafatına layiq görülüb. 1967 — Onkologiya üzrə doktor (PhD) dərəcəsi, Dr. Van R. Potter birgə 1967–69 — Rokfeller Universitetində postdoktor işi, Dr.
Leartlı Diogen
Leartlı Diogen (q.yun. Διογένης ὁ Λαέρτιος; 3 əsrin 1-ci yarısı) — miladi III yüzillikdə yaşayan yunan yazarı, “Filosofların həyatı, təlimləri və kəlamları” (yun. Βίοι καὶ γνῶμαι τῶν ἐν φιλοσοφίᾳ εὐδοκιμησάντων) adlı kitabın müəllifi idi.
Lionel Denstervil
Çarlz Lionel Denstervil (9 noyabr 1865, Birləşmiş Krallıq – 18 mart 1946, Torki, Devon qraflığı) — Britaniyalı hərbçi general-mayor. Lionel Denstervil "Yunayted Servises" kollecində hərbi təhsil alıb. Denstervil 1884-cü ildə Britaniya ordusunda hərbi xidmətə başladı. Daha sonra Denstervil Hindistan ekspedisiya korpusuna köçürüldü. Denstervil Pakistanda,Vaziristanda,Çində hərbi xidmətdə olmuşdur. Birinci dünya müharibəsi zamanında Denstervil Hindistana göndərildi.1917-ci ildə Lionel Denstervil müttəfiqlər ordusunun komandiri təyin olundu. Müttəfiqlər ordusu 1000 nəfərdən ibarət idi bular Avstraliyalılar, Britaniyalılar və Yeni Zelandiyadan gələn xüsusi təyinatlı hərbi bölmə daxil idi. Bir neçə hərbi hərbi maşınlarla "Densterfors" (Densterin ordusu) adlanan müttəfiqlər ordusu Həmədandan İrana , İrandan isə Zaqafqaziyaya keçirlər, burada Osmanlı Tükriyəsinin və Almaniyanın Hindistana hücümu gözlənirdi. 1918-ci ilin avqust ayında Denstervil Bakıda olur. Denstervilə Bakının neft zonalarını əlində saxlamaq və buraxmamaq əmr olunmuşdu.
Lionel Jospen
Lionel Jospen (fr. Lionel Jospin; 12 iyul 1937[…], Mödon[d]) — fransız siyasi-sosialist, baş nazir (1997–2002). Paris yaxınlığında Medon şəhərində anadan olub. Orduda xidmət etdikdən sonra 1963-cü ildə Dövlət İdarəetmə Məktəbinə daxil oldu. Siyasi Elmlər İnstitutunu da bitirib. Gəncliyində o, sonradan gizlətdiyi Trotskiçi idi. Fransua Mitteranın yaxın tərəfdaşı idi və 1981-ci ildə respublika prezidenti seçildikdən sonra Fransa Sosialist Partiyasının sədri oldu. Müxtəlif nazir vəzifələrini tutub. 1995-ci ildə partiya prezident seçkilərində vəzifəsindən istefa verən Mitterrandın yerinə namizəd olaraq irəli sürüldü, ilk turdan sonra birinci yeri tutdu, ancaq ikinci turda yeni prezident olan Jak Şirak'a məğlub oldu. 1997-ci ildə sosialistlər erkən parlament seçkilərində qalib gəldi və Şirak rəqibinə baş nazir olaraq hökumət qurmağı tapşırdı.
Lionel Messi
Lionel Andres Messi (24 iyun 1987[…], Rosario, Sante Fe əyaləti[d]) — Argentina futbolçusu. Argentina milli futbol komandasının heyətində çıxış edir. 2004–2021-ci illərdə İspaniyanın "Barselona" klubunda çıxış etmişdir. Hücumçu və hücumameyilli yarımmüdafiəçi mövqelərində oynayır. Messi hələ 21 yaşında olarkən 2009-cu ildə özünün ilk Qızıl topunu və FİFA Dünyada İlin Oyunçusu mükafatlarını qazanıb. Növbəti 2010, 2011, 2012, 2015 və 2019-cu illərdə də Messi FİFA Qızıl Top mükafatını qazanıb. Messi həmçinin 2010–11 mövsümündə UEFA Avropada Ən Yaxşı Oyunçu mükafatını əldə edib. 24 yaşında Messi "Barselona"nın indiyə qədər bütün turnirlərdə ən çox qol vuran oyunçusu olub.25 yaşında La Liqa oyunlarında 200 qol həddini keçən ən gənc oyunçu olub. Dünyada Cristano Ronaldo ilə birlikdə ən yaxşı oyunçu hesab edilən və futbolçular, məşqçilər və şərhçilər tərəfindən futbol tarixinin ən yaxşı oyunçularından biri kimi qiymətləndirilən Messi Qızıl top mükafatını altı dəfə qazanan ilk və hələlik yeganə futbolçudur, həmçinin Messi Avropada qızıl buts mükafatını 6 dəfə əldə edən ilk futbolçudur. Messi "Barselona"nın heyətində on dəfə İspaniya La Liqasının, altı dəfə İspaniya Kral Kubokunun, beş dəfə İspaniya Superkubokunun, dörd dəfə UEFA Çempionlar Liqasının, üç dəfə UEFA Super Kubokunun və iki dəfə FİFA Klublararası Dünya Kubokunun qalibi olub.
Bilgəh
Bilgəh – 1937-ci ildən Bakının Sabunçu rayonunda şəhər tipli qəsəbə. Əhali 9,3 min (2008). Tam orta məktəb, 2 məktəbəqədər müəssisə, internat məktəbi, mədəniyyət evi, kitabxana, musiqi məktəbi, birləşmiş şəhər xəstəxanası, kardioloji sanatoriya, pansionat, rabitə şöbəsi var. Bilgəh dənizkənarı iqlim kurortudur. İqlimi quru subtropikdir. Yayı isti və quru, qışı mülayimdir. Avqustda orta temp-r 25 °C, yanvarda 0–3 °C-dir. Yağıntının illik miqdarı 200–300 mm; əsasən, şimal (xəzri) və cənub (giləvar) küləkləri əsir. Bilgəh sözünün etimologiyası haqqında müxtəlif fikirlər vardır; S. Aşurbəyli əsərlərində "Bilgəh" adının 18-ci əsrin əvvəllərində bu ərazidə yaşamış "bilgə" türk tayfasının adından götürüldüyünü qeyd edir. Mütəxəssislər indiki Bilgəhin yerində Köhnə Bilgəh olduğunu, onun Əşburan burnu adlandığını da söyləyirlər.
Bloqer
Bloq – (ing. blog — şəbəkə jurnalı və ya hadisələr gündəliyi) fərdi jurnal olub, informasiyanı, fikirləri, şərhləri və müxtəlif tipli hiper əlaqələri özündə toplayan veb-saytdır. İngilis dilindəki “web” və “log” sözlərinin birləşməsindən alınan “weblog” sözlüyünün zamanla təhrif olunmuş formasıdır. Hazırda bloqlar ən güclü Veb 2.0 və yeni media alətlərindən biri hesab olunur. Bloqçu (blogger) – bloq yaradan insandır. Bloq, əsasən yenidən köhnəyə doğru sıralanmış yazıların və şərhlərin yayımlandığı bir saytdır. Demək olar ki, bloq saytlarındakı şərhlər həmin bloqun əsas hərəkətverici qüvvəsidir. Şərhlərin sayəsində bloq müəllifi ilə oxucular arasında rabitə yaranır. Zaman keçdikcə bloqlarda yazılardan əlavə video, mp3, kiçik çat pəncərəsi və s. bir çox yeniliklər də mövcud olmağa başlamışdır.
Bilgəh bələdiyyəsi
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Bilgəh məscidi
Bilgəh məscidi və ya Leyla xanım məscidi — Abşeronda Şirvanşahlar dövrünə aid məscid. Məscid-Leyla Xanım ziyarətgahı Bakının Bilgəh kəndindədir.VII İmamımız Həzrət Museyi Kazım əleyhissəlamın qızı Leyla xanım ziyərətgahının memarı Mahmud İbn Səidi olub. II Fərruxzaad İbn Əxsitan VIII əsrdə Şirvan şah tərəfindən 1281-1282-ci illərdə inşa edilib. Əsas ibadət zalının sahəsi 12x12 metrədir. Yonulmuş sal daşlardan tikilib. Əsas giriş qapısından içəridə dəhliz yerləşib. Dəhlizin sağ və sol tərəfində yardımçı otaqlar yerləşib. İbadət zalı iki hissəyə-kişilər və qadınlar şöbəsinə ayrılıb. Qadınlar şöbəsi iki mərtəbəlidir. Hər mərtəbənin sahəsi 36 kvadratmetrdir.
Bilgəh qalası
Bilgəh qalası — Abşeron qalalarından biri də Bakının Bilgəh qəsəbəsində yerləşir. Qala XIII–XIV əsrlərdə Şirvanşahlar dövründə ağ daşdan tikilib. Yalnız bir hissəsi dövrümüzə gəlib çatmış bu müdafiə və müşahidə qalasından uzun müddət mayak kimi istifadə olunub. Vaxtilə gəmilərin gecə saatlarında sahili tapması, yolu azmaması üçün qalaçanın üzərində məşəl yandırılırmış. Elə bu səbəbdən abidə "Tonqal qalası" da adlandırılır. "Məlum məsələdir ki, o dövrdə tikinti materialları çox deyildi. Bu səbəbdən qalanın palçıq və yumurta sarısından tikildiyini deyirdilər. Hazırda hündürlüyü 21 metr, diametri isə, 17 metrdir. Qalanın sol tərəfi dəniz istiqamətinə düşdüyü üçün şoranlıqdan, nəmdən ağarıb, sağ tərəfi isə, demək olar ki, uçub. Qalanın üzərinə çıxmağa çalışsaq da, külək buna mane törətdi.
Bilgəh çimərliyi
Bilgəh çimərliyi – Bakının Sabunçu rayonunun Bilgəh qəsəbəsində ictimai çimərlik. 2018-ci ildə ən yaxşı MDB kurortları siyahısında ilk beşlikdə göstərilmişdir. Təmizliyi və səliqəsinə görə, Bilgəh çimərliyi digər çimərliklərdən fərqlənir. Sahil zolağının təmizliyi, istirahət mərkəzlərində xidmət Bilgəh çimərliklərində daha üstündür. Qiymətlərdə isə digər çimərliklərdən fərqlənmir. Burada da çətir və stol götürmək yerindən asılı olaraq, 10–20 manat arasında dəyişir. Bilgəh çimərliklərinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları təhkim edilib. 2015-ci ildə Avropa Oyunlarının triatlon yarışları və zamana qarşı fərdi velosiped ötüşmələri bu çimərlikdə keçirilmişdir.
Bilqeş (Askın)
Bilqeş (başq. Билгеш, rus. Бильгиш) — Başqırdıstan Respublikasının Askın rayonunda yerləşən kənd. Kənd Kaşka kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Askın): 33 km, kənd sovetliyindən (Kaşka): 7 km. ən yaxın dəmiryol stansiyasından (Çernuşka stansiyası): 133 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (100 %) üstünlük təşkil edir.
Brandi Sieqel
Brandi Sieqel (4 avqust 1979) — Birləşmiş Ştatları təmsil edən bədii gimnast. Brandi Sieqel Birləşmiş Ştatları 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 9-cu pillənin sahibi olub.