Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bəradər (uydurma)
Köməkçi, bəradər və ya saydkik (ing. sidekick) — qeyri-mütləq halda adətən uydurmada, birlikdə səyahət etdiyi şəxsin tabeliyində olan və ya elə qiymətləndirilən yaxın yoldaş və ya həmkar. Tanınmış bəradərlərə Don Kixotun Saço Pansası, Şerlok Holmsun Doktor Uatsonu, Harri Potterin Ron Uizlisi, Şrekin Eşşəyi, Marionun Luicisi, Sonikin Teylzi və Betmenin Robini daxildir. == Mənşə == Köməkçi sözünün kökü olan "Kömək" qədim türk dilindən törəmişdir. Əlavə olaraq, bəradər sözü isə fars dilindən törəmişdir (برادر) və "qardaş" deməkdir. "Saydkik" termini əsrin XIX əsrin axırları və XX əsrin əvvəllərində cibgirlik slenqindən törəmişdir. "Kik" şalvar cibinin ön hissəsinə deyilirdi və ən təhlükəsiz hissə hesab edilirdi. Beləliklə, analoqiyaya görə, "sayd-kik" şəxsin ən yaxın yoldaşı olmuşdu.Tarixdə qeydə alınmış ilk köməkçilərdən biri Gilqameşin müttəfiqi olan Enkidudur. Digər erkən nümunələrə İliada dastanındakı Patrokl və Əhdi-Ətiqdəki Harun daxildir. == Müqayisələr == Müsbət xarakterli personajlardan fərqli olaraq, hansısa bir caninin yoldaşına quyruqbulayan (hençman), nökər (lakey) və ya xidmətçi deyilir.
Bikaner
Bikaner — Hindistanın şimal qərbində, Racəstan ştatında şəhər. == Əhalisi == Əhalisi 576 min (2005). == Coğrafiyası == Tar səhrasında yerləşir. Nəqliyyat qovşağı. == Tarixi == 1488-ci ildə eyniadlı Racput knyazlığının paytaxtı kimi salınmışdır; Mərkəzi Asiya ilə Şimali Hindistanı Qucarat portları ilə birləşdirən karvan yolları üstündə mühüm ticarət mərkəzi olmuşdur. == Memarlığı == Hündürlüyü 5–9 m olan qala divarları, qırmızı qumdaşıdan orta əsrlərə aid Cunaqarh fortu (1588–93, ərazisində bir sıra saray kompleksləri vardır) saxlanılmışdır. Racəstan Universitetinin filialı; muzey (1937; terrakota, sikkə pullar, silah, miniatür kolleksiyası); Dəvəçilik milli elmi mərkəzi var. Hər il dəvə festivalı keçirilir. == Sənayesi == Bikaner ticarət mərkəzidir. Elektrotexnika sənayesi müəssisələri; şüşə və dulusçuluq istehsalı var; xalça, toxuculuq məmulatı, yun parça, ayaqqabı və s.
Brander
Brander və ya Alovsaçan (alm. Brander‎) — yüngül yanacaq və ya partlayıcı materiallar ilə yüklənmiş, düşmən gəmisinə alov vurmaq üçün istifadə olunan gəmi. Gəmini idarə edən heyət yarı yolda onu tərk edərək, onu rəqib gəmisinin uzərinə, tarana istiqamətləndirir.
Luis Abinader
Luis Rodolfo Abinader Korona (isp. Luis Rodolfo Abinader Corona; 12 iyul 1967, Santo-Dominqo) — Dominikan Respublikasının hazırkı Prezidenti vəzifəsində çalışan dominikalı iqtisadçı, iş adamı və siyasətçi. == Həyatı == Abinader 12 iyul 1967-ci ildə Santo-Dominqoda anadan olub. Valideynləri Sibao bölgəsindəndir. Anası Roza Sula Korona Kaba Konsepsion-de-la-Veqa əyalətindən olan kanarlı, atası Xose Rafael Abinader isə Livan əsilli iş adamı və siyasi liderdir və Santyaqo əyalətindəndir. Ata babası 1898-ci ildə ölkəyə gələn və Tamboril şəhərində məskunlaşan Livanın Baskinta şəhərindən olan livanlı mühacir Xose S. Abinader idi.Abinader orta təhsilini Loyola Kollecində bitirib. Kembric, Massaçusetsdəki Halt Beynəlxalq Biznes Məktəbində layihə idarəçiliyi üzrə aspirantura təhsili aldı. O, eyni zamanda Harvard Universitetində korporativ maliyyə və maliyyə mühəndisliyi və Nyu-Hempşirdəki Dartmut Kollecində idarəetmə təhsili alıb. Abinader livan əsilli iş adamları Elias Arbaxe Farah və Marqarita Soninin qızı Rekel Arbaxe Soni ilə evlidir. Üç övladı var: Ester Patrisiya, Qrasiyela Lüsiya və Adriana Marqarita.2020-ci ilin iyun ayında Abinader və həyat yoldaşı COVID-19 üçün müsbət test verdiklərini açıqladılar.
Mikania bradei
Mikania bradei (lat. Mikania bradei) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid biki növü.
Stiven Brayer
Stiven Brayer (ingl. Stephen Breyer, d. 15 avqust 1938-ci il, San-Fransisko, Kaliforniya) - amerikalı hüquqşünas, ABŞ Ali Məhkəməsinin üzvü. ABŞ prezidenti Bill Klinton tərəfindən təyin edilmişdir. Yəhudi ailəsində doğulmuşdur. Stenford universiteti və Harvard hüquq məktəbində təhsil almış, Harvard hüquq məktəbində dərs demişdir. Brayerin müəllimlərindən biri Nürnberq prosesinin "memarlarından" biri Benjamin Kaplan idi. 1980-ci ildən 1994-cü ilə qədər ABŞ birinci dairə Apelyasiya məhkəməsində hakim olmuşdur (1990-1994-cü illərdə həmin məhkəmənin sədri vəzifəsində çalışmışdır). 3 avqust 1994-cü ildə Senatın təsdiqindən sonra Ali Məhkəmənin üzvü olmuşdur. Məhkəmənin ən liberal hakimlərindən biri sayılır.
Məhəmməd Əl-Baradei
Məhəmməd Əl-Baradei (ərəb.: محمد البرادعي, d. 17 iyun 1942, Qahirə, Misir) — 1997-ci il 1 dekabr tarixindən Beynəlxalq Atom Enerjisi Agentliyinin direktoru. Səlahiyyətləri 30 noyabr 2009-cu ildə başa çatdı. Rəhbərlik etdiyi təşkilatla birlikdə 2005-ci il Nobel Sülh Mükafatı laureatıdır.
Denis Rader
Denis Rader dünyanın ən məşhur və ən təhlükəli qatillərindən biridir. Denis 1974-1991-ci illərdə Kanzasda ən az 10 nəfəri qətlə yetirib. BTK (bind, torture, kill-bağla, işgəncə ver, öldür) adı ilə tanınır. Hər cinayıtindın sonra isə polisə qurbanını necə əzab verərək öldürdüyünü təsvir edən məktublar göndərib. Çox maraqlı öldürmə üsulu olub. Əvvəlcə qurbanını tutub kəndirlə bağlayır, sonra qəsdən qaçmasına şərait yaradır və bu prosesi dəfələrcə təkrarlayaraq onların cinsi fəal vəziyyətə gəlməsinə səbəb olurdu. Daha sonra isə onları zorlayaraq öldürürdü. Bir maraqlı fakt isə odur ki, BTK mühafizə şirkətinin əməkdaşı olub, işi isə evlərə qatillərdən qorunmaq üçün siqnalzasiya sistemin quraşdırmaq olub.
Birxadəm
Birxadəm (ərəb. بئر خادم‎ fr. Birkhadem) — Əlcəzairin şimalında, Əlcəzair vilayətinin ərazisində kommuna. == Etimologiya == "Birxadəm" adı mürəkkəb sözdür, ərəbcə "quyu" mənasını verən "bir" və "qul" mənasını verən "xədim" sözlərindən yaranmışdır. Burada "xədim" xüsusi addır, "Xadəm" kimi yazılır, yəni bu ad "Xədimin quyusu" kimi tərcümə olunur . == Coğrafi mövqe == Kommuna vilayətin orta hissəsində, dəniz səviyyəsindən 98 metr yüksəklikdə yerləşir.Kommuna ölkənin paytaxtı və vilayət mərkəzi olan Əlcəzair şəhəri ilə birbaşa bitişikdir və onun mərkəzindən təxminən 7 kilometr aralıdadır.
Birələr
Birələr (lat. Siphonaptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinə aid heyvan dəstəsi. Birələr tam metamorfozla inkişaf edən cücülər içərisində yeganə dəstədir ki, onların hamısı qanadsızdır. Qanadsız olmaları, adətən parazit həyat tərzi keçirmələri ilə əlaqədardır. Parazitizm ancaq birələrin imaqosu üçün səciyyəvidir, sərbəst həyat tərzi keçirən sürfələrə quş və gəmirici yuvalarında, məməlilərin yaşayış yerlərində rast gəlmək olar. Quşlarda və məməlilərdə parazitlik edirlər. Örtüyü güclü sərtləşmişdir, bədən yanlardan sıxılmışdır. Sıçrayıcı ayaqları var. Qanla qidalanırlar, ağız aparatı deşici-sorucudur. Düyünlü taun (Xenopsylla) və yatalaq (Nosopsyllus) xəstəliklərinin keçiricisidir.
Prader-Villi sindromu
Prader-Villi sindromu — 15-ci xromosomdakı bəzi genlərin funksiyasını itirməsindən yaranan genetik bir xəstəlik.Yeni doğulmuş uşaqlarda simptomlara əzələ zəifliyi, zəif qidalanma və yavaş inkişaf daxildir. Uşaqlıqdan bu xəstəliyə tutulmuş insanlar daimi bir aclıq yaşayırlar, bu da tez-tez piylənməyə və tip 2 diabetə səbəb olur. Bu xəstəliyə malik olan insanlarda yüngül və orta dərəcədə zəka qüsurları və davranış problemləri də geniş yayılmışdır. Çox vaxt bu xəstəliyə məruz qalmış insanlar dar bir alına, kiçik qollara və ayaqlara, qısa boya və açıq dəri və saç rənginə malik olurlar. Onların əksəriyyəti heç vaxt övlad sahibi ola bilmirlər. Xəstəlik halının təqribən 74%-i atanın 15-ci xromosomunun bir hissəsi çıxarıldıqda baş verir. Yerdə qalan 25% hallarda isə xəstə anadan 15-ci ana xromosomunun iki nüsxəsini alır və ata nüsxəsi olmur. Ana xromosomunun hissələri genomik imprintinq səbəbindən deaktivləşdirildiyindən, onlara müəyyən genlərin işləyən nüsxələri qalmır. PVV ümumiyyətlə genetik yolla ötrülmür; lakin, yumurta, sperma və ya erkən inkişaf zamanı genetik dəyişikliklər baş verə bilir. Xəstəliyin risk faktorları məlum deyil.
Session Border Controller
Session Border Controller (SBC; azərb. Sessiya sərhəd nəzarətçisi‎) — internet protokolu (VoIP) şəbəkələri üzərindən SIP əsaslı səsi qorumaq üçün yerləşdirilən şəbəkə elementi. SBC-lərin ilkin yerləşdirilməsi bir baxış mühitində iki xidmət təminatçısı şəbəkəsi arasındakı sərhədlərə yönəldilmişdir. Bu rol indi yaşayış və/və ya müəssisə müştərilərinə xidmət göstərmək üçün xidmət təminatçısının giriş şəbəkəsi ilə magistral şəbəkə arasında əhəmiyyətli yerləşdirmələri əhatə etmək üçün genişlənmişdir. == Adlandırma == "Sessiya" termini iki və ya daha çox tərəf arasında ünsiyyətə aid edilir. Bu, telefoniya kontekstində zəng deməkdir. Hər bir zəng zəngə nəzarət edən bir və ya bir neçə zəng siqnalı mesajı mübadiləsindən, zəng statistikası və keyfiyyəti ilə bağlı məlumatla birlikdə zəngin audio, video və ya digər məlumatlarını daşıyan bir və ya bir neçə zəng media axınından ibarətdir. Bu axınlar birlikdə seans təşkil edir. Seansların məlumat axınına təsir göstərmək sessiya sərhəd nəzarətçisinin işidir. "Sərhəd" termini şəbəkənin bir hissəsi ilə digəri arasındakı sərhəd nöqtəsinə aid edilir.
Bərabər işarəsi
Bərabər işarəsi — indiki formasına yaxın bir şəkildə ilk dəfə 1557-ci ildə riyaziyyatçı Robert Rekorde (1510–1558) tərəfindən istifadə edilmişdir. == Tarixi == XVI əsrə qədər bütün riyaziyyatçılar özlərinə xas bərabərlik işarəsindən istifadə edirdilər və vahid işarə olmadığından bir-birilərini çətin başa düşürdülər. Emre Robert Rekorde 1557-ci ildə The Whetstone of Witte adlı əsərində : "Bərabərdir sözünü bezdirici bir şəkildə tez-tez istifadə etmək əvəzinə öz işlərimdə də istifadə etdiyim iki paralel xətdən istifadə etmək olar" deyərək ilk dəfə istifadə etmişdir.
Badər Alhomoud
Badər Alhomoud (ərəb. بدر الحمود‎; 13 sentyabr 1985) — Səudiyyə film rejissoru, yazıçısı.. == Həyatı == Badər Alhomoud 1985-ci ildə ash-Sharqiyyahda, doğulub.
Bidər sultanlığı
Bidər sultanlığı və yaxud Bəridşahilər — 1492–1619-cu illər arasında Hindistanda Dəkkən bölgəsinin cənubunda hökm sürən Türk-İslam xanədanı. == Tarixi == Xanədanın qurucusu Əmir Qasım Qafqaz (Borçalı) türklərindən olub gənclik illərində Bəhməni şahı III Məhəmmədin (1463–1482) xidmətinə girmiş, onun sarayında bərid-i məmalik mövqeyinə qədər yüksəlmiş və xanədana da bu vəzifəsi dolayısıyla Bəridşahilər deyilmişdir. Əmir Qasım Mahmud şahın səltənəti sırasında (1482–1518) öncə kutval (qalabəyi), Nizamülmülk Məlik Həsənin vəfatından sonra da baş vəzir (əmir-i cümlə) təyin edilmişdir. Bəhmənilərin zəifləməsinə görə ölkə torpaqları parçalanmış, Bicapurda Adilşahilər, Əhmədnagarda Nizamşahilər, Bərarda İmadşahilər, Qolkondada Qütbşahilər və bir müddət sonra Bidərdə Bəridşahilər müstəqilliklərini elan etmişldilər (1492). Əmir Qasımın ölümündən sonra yerinə "Dəkkən tülküsü" deyə şöhrət tapan oğlu Əmir Bərid keçdi (1504–1543). Əmir Bəridin zamanında Bəhmənilərdən III Əhməd, Əlaəddin, Vəliyyullah və Kəlimullah onun vəsayəti altında sadəcə adları hökmdar idilər. Əmir Bərid ədəbiyyat, sənət və memarlığa ilgi duyan bir şəxsiyət idi. Paytaxtda Rəngin Mahalı inşa etdirən də odur. Bəridşahilər Vicayanagar racələri və digər bəzi qonşularıyla sürəkli mübarizə etdilər. Son Bəridşahi sultanı III Əmir Bərid şah (1609–1619) Adilşahilərin hücumuna məruz qaldı.
İradə Həsənova
Həsənova İradə Aslan qızı — azərbaycanlı aktrisa. == Həyatı == İradə Həsənova 1977-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyoru fakültəsini bitirmişdir. Sumqayıt Dövlət Musiqili Dram Teatrında çalışmışdır. 1990-cı ildən Akademik Milli Dram Teatrında çalışır. Bir neçə filmdə və televiziya tamaşasında obrazlar yaratmışdır. 25 iyun 2013-cü ildə əməkdar artist fəxri adına layiq görülmüşdür. 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə və 7 may 2021-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. == Əsas rolları == Sumqayıt Dövlət Musiqili Dram Teatrı Almaz (C.Cabbarlı) — Almaz Vəfalı Səriyyə (C.Cabbarlı) — Səriyyə Bağdada putyovka var (Ə.Əylisli) — Kama Tamahkar (S.S.Axundov) — Məryəm Adamın adamı (Anar) — BalaxanımAkademik Milli Dram Teatrı Dişi canavar (F.Lorka) — Amella Anamın kitabı (C.Məmmədquluzadə) — Zivər Ağqoyunlular və qaraqoyunlular (Ə.Əmirli) — Qaraqoyunlu bibi Mesenat (Ə.Əmirli) — Luiza Özümüzü kəsən qılınc (B.Vahabzadə) — Banuçiçək Ədirnə fəthi (C.Cabbarlı) — İnci Hərənin öz payı (X.Qoca) — falçı Kəllə (N.Hikmət) — Paolina Kaş araba aşmayaydı (O.İoseliani) — Kokola == Filmoqrafiya == Kişi sözü (film, 1987) Ah məhəbbət, məhəbbət (film) Unudulan adam (film, 1987) Qu quşunun məhəbbəti (film) Yurd yeri (film, 1997) Qırmızı qar (film, 1998) Nə gözəldir bu dünya...
İradə Mehri
İradə Mehri (tam adı: İradə Bayram qızı Mehrəliyeva; 18 fevral 1982, Bakı) — Azərbaycan müğənnisi. == Həyatı == İradə Mehri 1982-ci il fevralın 18-də Bakıda anadan olmuşdur. 1990-cı illərdə Cücələrim Ansamblında rəqs dərsləri almışdır. 1999-cu ildə Bakı Musiqi Məktəbində təhsilə başlamışdır. 2013–2015-ci illərdə bir sıra ifa (Amma yenədə, Sevmişdim-Aldandım, Sənsiz olmur, Suallarım var) etdiyi mahnılar hitə çevrilərək, müğənnini populyarlaşdırmışdır. Subaydır. 1 övladı var. Hazırda sənətini davam etdirməkdədir. == Karyerası == Talıb Talenin sözlərinə və aranjiman etdiyi Amma yenədə mahnısı uzun illər hit mahnılar siyahısında qalmaqdadır. Müğənni bir çox populyar ifaçılar ilə dueti oldu, bunlardan Ramil Sədalı, Məna Əliyev, Mürsəl Səfərov, Talıb Tale və digərləri ilə duet və iş birliyi olmuşdur.
İradə Rövşən
İradə Rövşən — Azərbaycanlı memar alim, AMEA Şəki Regional Elmi Mərkəzinin Folklorşünaslıq və el sənətləri laboratoriyasının rəhbəri, Azərbaycan Memarlar İttifaqının üzvü. == Həyatı == İradə Rövşən qızı Abdullayeva (Məmmədova) 15 may 1968-ci il tarixdə Zaqatala şəhərində anadan olmuşdur. Azərbaycan Memarlıq və İnşaat Universitetinin məzunudur (1990), Azərbaycan Memarlar İttifaqının üzvüdür (2013). İradə Abdullayeva 1975-1985-ci illərdə Zaqatala şəhərindəki 2 saylı rus orta məktəbində orta təhsil almışdır. X sinifdə oxuyanda həm də Leninqrad (İndiki Sankt-Peterburq) Mühəndis-İnşaat İnstitutunun hazırlıq kursunu qiyabi bitirmişdir. Orta məktəbi qurtardıqdan sonra Azərbaycan Memarlıq və İnşaat Universitetinə daxil olmuş və 1990-cı ildə oranı fərqlənmə diplomu ilə qurtararaq ali təhsil almışdır. Əmək fəaliyyətinə 1991-ci ildə Şəki şəhərindəki AMEA Şəki Regional Elmi Mərkəzində başlamışdır. 1998-ci ilədək burada laborant, baş laborant və kiçik elmi işçi vəzifələrində çalışmışdır. 1998-2004-cü illərdə Sankt-Peterburq şəhərində yaşayıb işləmiş və 2004-cü ildə yenidən Şəkiyə qayıdıb AMEA Şəki Regional Elmi Mərkəzində əvvəlki işinə davam etmişdir. == Əmək fəaliyyəti == Şəki Regional Elmi Mərkəzində işləyəndə kollektivin böyük hörmətini qazanmış İradə xanımın bilik və bacarığı alimlərin də nəzərindən qaçmamış və ona elmi iş üzərində fəaliyyətini davam etdirməyi tövsiyə etmişlər.
İradə Rəşidova
İradə Rəşidova (tam adı: İradə Mehman qızı Rəşidova; d. 1975) — aktrisa. == Həyatı == İradə Rəşidova 1975-ci ildə Azərbaycan Respublikası Bakı şəhərində doğulub. 1997-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram və kino aktyorluğu" fakültəsini bitirib. 1991-ci ildən Bakı Kamera Teatrının, 2009-cu il oktyabr ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktrisasıdır. == Çəkildiyi filmlər == 1. Bianka – ("Otello", V. Şekspir) 2. Nastinka – ("Ağ gecələr", M. F. Dostoyevski) 3. Gülçöhrə — ("Müsyö Jordan və dərviş Məstəli şah", M. F. Axundov) 4. Pərizad – ("Hekayəti xırsi quldurbasan", M. F. Axundov) 5.
İradə Səyya
İradə Vaqif qızı Gözəlova — Azərbaycan teatr rejissoru, Gəncə Dövlət Dram Teatrının baş rejissoru. == Həyatı == İradə Vaqif qızı Gözəlova 1982-cı ildə Bakı şəhərində anadan olmuşdur.1998-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr rejissorluğu ixtisasına qəbul olunmuş, 2003 ildə bitirmişdir.1999 –2003 Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktrisa işləyib 2003–2009 il. Azərbaycan Dövlət "YUĞ" Teatrında rejissor işləyib. 2009 ildə Moskva şəhərində yerləşən A.P. Çexov adına Moskva Bədai Teatrının maqistraturasına qəbul olunmuş və 2011-ci ildə bitirmişdi.2014 ildə Gəncə Dövlət Dram teatrina baş rejissor vəzifəsinə təyin olunmuşdur, hal-hazirda bu vəzifədə çalışır.2017-ci il 10 martda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Fəxri Mədəniyyət İşçisi" döş nişanı ilə təltif olunub. 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə və 6 may 2023-cü ildə Prezident Mükafatına layiq görülmüşdür. == Quruluş verdiyi tamaşalar (2000–2015) == "Lay-lay" – (A.P. Çexovun hekayələri əsasında) – rejissor (Azərbaycan Dövlət"YUĞ" teatrı) "Ömər…Ömər…Ömər" – (Ömər Xəyyamin rübailəri əsasında) — rejissor (Azərbaycan Dövlət "YUĞ" Teatrı) "Səni görüm"- müəllif və rejissor (Azərbaycan Dövlət "YUĞ" Teatrı) "Qəribə oğlan" (İlyas Əfəndiyevin) — rejissor (Azərbaycan Dövlət Gəncə Dram Teatrı) "Bəlayi-eşq" (M. Fizulinin qəzəlləri əsasinda) — rejissor (Azərbaycan Dövlət"YUĞ" Teatrı) "Pulxafan" — rejissor (Moskva şəhərində, Meyerxold adına mərkəzdə); "Oğlum"- müəllif və rejissor (Moskva şəhərində,Meyerxold adına mərkəzdə) "Ailə səhnələri" (A.Yablonskaya) — (Moskva çəhərində, "Dok" teatrında) "Mən debiləm"( N.Duxaninanın) — (Moskva şəhərində, Meyerxold adına mərkəzdə) "Alisa, sən hara?"-rejissor, ssenari müəllifi (Azərbaycan Dövlət Rus Dram Teatrı) "Leyli və Məcnun" Nizami Gəncəvi (xip-xop muzikl) — rejissor, ssenari müəllifi (H.Əliyev adına Sarayda) "Evlənmə" (N.V.Qoqol) –rejissor (Azərbaycan Dövlət Gəncə Dram Teatrı) "1001 gecə" — rejissor, ssenari müəllifi (Azərbaycan Dövlət Mingəçevir Dram Teatrı) "Şah İsmayil Xətai" — (Azərbaycan Dövlət Gəncə Dram Teatrı) "Kimdir müqəssir?" (Ə.B.Haqverdiyev) — (Azərbaycan Dövlət Musiqi Teatrı) "Dağ Qadin və ya inadçının ram edilməsi" (V. Şekspir) — (Udmurtiya Rus Dram Teatrında, İjevsk şəhərində) "Mənim günahım" (İlyas Əfəndiyev) — (Azərbaycan Dövlət Musiqili Teatrı) "999-cu gecə" ("1001 gecə"də Şəhrizadın danışdığı 999-cu nağılı əsasında) — (Azərbaycan Dövlət Gəncə Dram Teatrı) "Sabir" (Şəfaət Mehdiyev) — (Azərbaycan Dövlət Gəncə Teatrı) == İştirak edib == Moskvada keçirilən Çexov adina gənc rejissorlsar seminarında; Londonda olan "Royal Court" teatrında stajirovkada; Sankt-Peterburqun Aleksandrinka teatrında stajirovkada; Ukraynada "Lyutıy fevral" festivalında "Səni görüm" tamaşasına görə mükafat; Ukraynada "Klassika bu gün" festivalinda Qoqoln "Evlənmə" tamaşasına göre mükafat Udmurtiyanin Rus Dram Teatrında Şekspirin "Dağ Qadin və ya inadçının ram edilməsi" tamaşasına göre mükafat. Udmurtiyanın İjevsk şəhərində " Şekspir dünyası" laboratoriyanin qalibi olub.
İradə Tuncay
İradə Tuncay (9 noyabr 1959, Bakı) — Azərbaycan yazıçısı, publisist, Ədalət qəzetinin baş redaktoru. Azərbaycan Respublikasının Əməkdar Jurnalisti. == Həyatı == İradə Tuncay 1959-cu ildə Bakıda anadan olub. BDU-nun jurnalistika fakültəsini bitirib. 1982-ci ildən Azərbaycan Dövlət Televiziyasının gənclik və ədəbi-dram baş redaksiyasında redaktor, 2002-ci ildən “Space” televiziyasında şöbə müdiri vəzifələrində çalışıb. “Space” televiziyasında bir neçə filmin ssenari müəllifi və rejissoru olub. 2006-cı ildən “Ədalət”qəzetinin baş redaktorudur. ”Mətbuatın inkişafında yardıma görə” və “Media açarı” mükafatlarına layiq görülüb.2015-c il 15 iyul ölkə başçısının imzaladığı sərəncam əsasında Əməkdar Jurnalist fəxri adına layiq görülüb. 2018-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür. == Ailəsi == Tanınmış şair Məmməd Arazın qızı, yazıçı-jurnalist, millət vəkili Aqil Abbasın həyat yoldaşıdır.
İradə Vəkilova
İradə Vəkilova (İradə Ağacavad qızı Vəkilova 20 avqust 1935 – 30 may 1998) — Azərbaycanlı jurnalist, publisist, ssenaristi, Əməkdar jurnalist, Azərbaycanda ilk müstəqil informasiya agentliyi olan "AssA-İradə"nin qurucusu == Həyatı və təhsili == İradə Vəkilova 1935-ci ildə 20 avqustda anadan olmuşdur. 1956-cı ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. Moskvada sovet və xarici ölkə jurnalistləri üçün birillik xüsusi məktəbi qırmızı diplomatla bitirmişdir. === Vəfatı === İradə Vəkilova 1998-ci ildə 30 mayda vəfat etmişdir. Bakıda II Fəxri Xiyabanda dəfn olunmuşdur. === Ailəsi === Mənsur Vəkilovun həyat yoldaşı olmuşdur. İki övladı vardır: Məmmədrza (1964) və Rəna (1971). Dayısı Riza Abdullayev Türkmənistan SSR-nin xarici işlər naziri olmuşdur. == Fəaliyyəti == === Mətbuat fəaliyyəti === Bir il Komsomolskaya pravda qəzetində tərcübə keçmişdir. 1957-ci ildən o dövrün populyar qəzeti olan "Molodjou Azərbaydjana" qəzetində işləsə də, bu nəşrdə 1953-cü ildən yazılar dərc olunmuşdur.
İradə Xəlilova
İradə Xəlilova — biologiya elmləri üzrə fəlsəfə doktoru, Xəzər Universitetinin rektoru. == Elmi fəaliyyəti == 1983-cü ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirib. 2003-cü ildə Azərbaycan Tibb Universitetinin Biokimya şöbəsinin baş elmi işçisi olmuşdur. 2014-cü ilin iyul ayına kimi Yeni Zelandiyanın Otaqo Universitetinin Patologiya kafedrasının tədqiqat mərkəzində elmi işçi və baş elmi işçi kimi çalışmışdır. 2014-cü ilin sentyabr ayından XƏzər Universitetində biologiya elmləri kafedrasının müdiri kimi işə başlamış, 2015-ci ilin oktyabrında hüceyrə patologiyasının tədqiqat mərkəzinin direktoru təyin olunmuşdur. 20-dən çox elmi məqalənin müəllifidir. == Üzvlüyü == Society of Free Radical Research Australasia (SFRR Europe & SFRR Australia) Union Allergists and Immunologists Commonwealth of Independent States (CIS) == Elmi əsərləri == . Khalilova IS, Dickerhof N, Mocatta TJ, Bhagra CJ, McClean DR, Obinger C, Kettle AJ. (2018). A myeloperoxidase precursor, pro-myeloperoxidase, is present in human plasma and elevated in cardiovascular disease patients.
İradə Zeynalova
İradə Aftandil qızı Zeynalova (20 fevral 1972, Moskva) — rusiyalı jurnalist, müxbir, teleaparıcı. NTV-də "Vesti nedeli"( 'Həftə nəticələri') proqramının müəllifi və aparıcısı (2016-cı ildən). Bundan əvvəl Kanal Birdə (2012-2016) "Vremya" ("Vaxt") proqramının bazar buraxılışına ev sahibliyi edib və eyni zamanda Böyük Britaniya (London) və İsrail (Tel-Əviv) və eyni zamanda Böyük Britaniya (London) Kanal Birin müxbir bürosunun rəhbər olub. Rusiya Televiziyası Akademiyasının üzvü, jurnalist Svetlana Zeynalovanın böyük bacısıdır. 20 fevral 1972-ci ildə Moskvada metis ailəsində anadan olub: atası Aftandil Isabalı oğlu azərbaycanlıdır, anası Galina Alekseevnanın milliyəti rusdur. Svetlana Zeynalovanın (1977-ci il təvəllüdlü) böyük bacısıdır. İdrak və tərbiyə baxımından İradənin daha çox Azərbaycanlı, Svetlanadan daha çox rus olduğu qeyd olunur. == Bioqrafiyası == Moskvanın 61 nömrəli məktəbində orta təhsilini başa vurub. 1995-ci ildə MATI (K.E. Tsiolkovski adına Rusiya Dövlət Texnoloji Universitetini) bitirib. İxtisası - ərimələrin yüksək sürətlə bərkiməsi nəticəsində əldə edilən toz materialları və qoruyucu örtüklər üzrə proses mühəndisliyi.
İradə azadlığı
İradə azadlığı (yun. τὸ αὐτεξούσιον və ya τὸ ἐφ᾽ ἡμῖν, lat. liberum arbitrium) — şəraitdən asılı olmayaraq insanın seçimetmə imkanının olması. İradə azadlığı problemi hələ çox qədim zamanlardan insanları düşündürmüş və zaman-zaman bu problem haqqında düşünüb daşınanlar məsələyə müxtəlif prizmalardan yanaşaraq çeşidli münasibətlər bildirmişlər. Bu problem düşüncə tarixində ən mühüm və mübahisəli məsələlərdən biri kimi tarixə düşmüşdür. İradə azadlığı problemin qoyuluşu insanların təbii maraqlarıyla yanaşı həm də onlarda etdikləri əməllərə, atdıqları addımlara görə məsuliyyət daşıyıb daşımaması kimi çox vacib sosial-psixoloji məsuliyyət məsələsilə sıx bağlı olmuşdur. Bu səbədən də iradə azadlığı problemi istər müxtəlif fəlsəfi-ideoloji cərəyanlar arasında, istərsə də dinlərdə qızğın mübahisə obyektinə çevrilmişdir. Birincilər öz görüşlərində müəyyən əqli mülahizələrdən çıxış edirdilərsə, ikincilər əsas etibarilə ilahi buyruqlara, dini mətnlərə söykənmişlər. Bununla belə, bir sıra diniideoloji cərəyanlar öz görüşlərində dini prinsiplərlə yanaşı əqlin mühakimələrinə də geniş yer vermişlər.
İradə İbrahimova
İradə İbrahimova (3 aprel 1980, Bakı) — Azərbaycanlı müğənni. == Həyatı == İradə İbrahimova əslən Ağstafa rayonundan olub Bakı şəhərində doğulub və uşağ vaxtından musiqini sevib. Bakıda keçirilən "Ümid- 95" müsabigənin qalibi olub. 2001-ci ildə peşəkar səhnəyə ilk addımlarını atarkən o, bəstəkar Xanım İsmayılqızı ilə işləyib. Onun ilk "Qəm qalası" (2002) adlı albomu da bu bəstəkarla olan müştərək işin məhsuludur. Repertuarında retro və xalq mahnılarından əlavə, 50-dan yuxarı məhz onun özü üçün yazılmış mahnılar var. 4 disk buraxıb, 1 dəfə Heydər Əliyev adına Sarayda çıxış edib (2004-ci il). 2009-ci ildə Türkiyəli iş adamı Ceyhun İzerlə ailə həyatı qurub. == Uşaqlıq İlləri == 1980-cı il aprel ayının 3-də İbrahimovlar ailəsində 2-ci qız olaraq dünyaya göz açmışdır. Ailəsi adını İradə qoyur.
İradə İsaq
İradə İsaq (İradə Muradova; 1 sentyabr 1980, Bakı şəhəri, Azərbaycan SSR) — elmi işçi, ANS TV-nin aparıcısı. == Həyatı == İradə İsaq (Muradova) 1 sentyabr 1980-cı ildə Bakı şəhərində anadan olub. Əslən Tərtər rayonundandır. Aparıcı qədim türk tayfalarından olan Bayandur tayfasındandır. 1918-ci ildə erməni-müsəlman münaqişəsi zəminində Laçın rayonunun Bayandur kəndi bütün kənd sakinləri ilə birgə Tərtər rayonuna deportasiya edilib və aparıcının orada yaşayan babası İsaq Ağa oğlu Muradov ailəsi ilə birgə həmin rayona köçmək məcburiyyətində qalmışdır. 1985-1996-cı illərdə Yasamal rayonundakı 31 saylı tam orta məktəbdə orta təhsilini alıb. 1998-2003-cü illərdə Bakı Dövlət Universitetində Jurnalistika fakültəsinin bakalavrı, 2003-2005-ci illərdə isə magistri olub. 2008-ci ildən həmin fakültənin doktorantıdır. Hazırda "Azərbaycanın neft strategiyası dünya mətbuatının səhifələrində" adlı elmi iş üzərində çalışır. 2005-2006-cı illərdə Səhiyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsində, eyni zamanda AzTV-nin "Səhər" proqramında aparıcı kimi çalışıb.