Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bitcoin
Bitcoin — 2008-ci ildə Satoşi Nakamoto adlı naməlum şəxs və ya qrup tərəfindən ixtira olunmuş və 2009-cu ildə açıq-mənbəli proqram təminatı kimi istifadəyə verilmiş kriptovalyutadır. Bu valyuta kriptoqrafik protokola əsaslanır və hər-hansı mərkəzdən aslı deyil. Bitcoin heç bir maliyyə qurumuna ehtiyac olmadan kompüter və ya smartfonlar vasitəsilə birbaşa köçürülə bilir. Bitcoin əməliyyatların təhlükəsizliyi bitcoin miner adlanan datapacklər tərəfindən təmin edilir. Bitcoinləri almaq və ya başqa bir hesaba köçürmək üçün istifadəçinin bir və ya birdən çox bitcoin hesabı ola bilər. Bitcoin hesabı onlayn ola bilər: kompüterə, smartfona "rəqəmsal pulqabı" adlanan proqram yükləməklə əldə etmək olar. == Tarixi == Bitcoin-in Satoshi Nakamota adlı şəxs tərəfindən yaradıldığı düşünülür. Həmin şəxsin gizliliyi hələ də qorunur. Bitcoin 3 yanvar 2009-cu ildə qurulmuşdur. Məqalənin tərtibatçısı Satoshi Nakamotadır.
Bitcoin Fog
Bitcoin Fog — Bitcoin üçün mərkəzləşdirilmiş kriptovalyuta tambleri. 2013-cü ilin dekabr ayında sayt Sheep Marketplace soyğunlarından gələn 96000 BTC-nin bir hissəsini yumaq üçün istifadə edilmişdir. 2015-ci ilin fevral ayında Çin eksçeynci olan Bter.com saytından 7170 bitcoin oğurlandı. Bu hadisədən sonra Bitcoin Fog öz kriptovalyuta bazarında nüfuzunu bərpa etdi.
Twitter-də bitcoin fırıldaqçılığı, 2020
15 iyun 2020-ci ildə saat 20:00–22:00 iradələrində 130 məşhur şəxsin hesabı bitcoin fırıldaqçılığı etmək üçün ələ keçirilmişdir. Hesabların oğurlanması sosial mühəndislik yolu ilə baş tutmuşdur. Fırıldaqçılar tərəfindən paylaşılmış tvitlərdə "müəyyən kiptovalyuta adreslərinə pul göndərdikləri təqdirdə, həmin pulun iki qatı onlara geri qaytarılacaqdır" mesajı yer alırdı. Tvitlərin paylaşılmasından bir neçə dəqiqə sonra kriptovalyuta adreslərinə 320 pul transferi gerçəkləşmişdir. Mesajlar Twitter işçiləri tərəfindən silinənə qədər 110.000 ABŞ dolları dəyərində bitcoin göndərilmişdir. Hadisənin səbəbkarları Twitter-in xüsusi işçiləri və FTB tərəfindən axtarılır.
Twitter-də bitcoin fırıldaqçılığı (2020)
15 iyun 2020-ci ildə saat 20:00–22:00 iradələrində 130 məşhur şəxsin hesabı bitcoin fırıldaqçılığı etmək üçün ələ keçirilmişdir. Hesabların oğurlanması sosial mühəndislik yolu ilə baş tutmuşdur. Fırıldaqçılar tərəfindən paylaşılmış tvitlərdə "müəyyən kiptovalyuta adreslərinə pul göndərdikləri təqdirdə, həmin pulun iki qatı onlara geri qaytarılacaqdır" mesajı yer alırdı. Tvitlərin paylaşılmasından bir neçə dəqiqə sonra kriptovalyuta adreslərinə 320 pul transferi gerçəkləşmişdir. Mesajlar Twitter işçiləri tərəfindən silinənə qədər 110.000 ABŞ dolları dəyərində bitcoin göndərilmişdir. Hadisənin səbəbkarları Twitter-in xüsusi işçiləri və FTB tərəfindən axtarılır.
Bitki
Bitkilər (lat. Plantae) — arxeplastidlər kladına aid aləm. Mamırlar, qıjılar, qatırquyruğular, plaunlar, çılpaqtoxumlular və çiçəkli bitkiləri özündə birləşdirən çoxhüceyrəli orqanizmlərin əsas qruplarından biri. Bəzi mütəxəssislər[kimlər?] yosunları bütünlüklə, bəziləri[kimlər?] isə onların bir qismini bitkilər qrupuna aid edirlər. == Ümumi məlumat == Botanika elminin tədqiqat obyekti olan bitkilər Yer kürəsində geniş yayılmışdır. Quru səthində hər il yaşıl bitkilər tərəfindən atmosferdən CO2 mənimsəməklə, günəş enerjisindən, torpaqdan daxil olan su və mineral birləşmələrdən istifadə etməklə 53 milyard ton biokütlə sintez edilir. Bu biokütlənin bir hissəsi kök və yerüstü qalıqlar şəklində təzədən torpağa qayıdır. Yaşıl bitkilər torpaqda üzvi maddələrin yeganə ilkin mənbəyidir. Onların torpaqəmələgətirici kimi əsas funksiyası maddələrin bioloji dövranı – torpaqdan qida elementlərinin və suyun mənimsənilməsi, üzvi kütlənin sintezi və həyat dövranı başa çatdıqdan sonra onun təzədən torpağa qaytarılmasıdır. Bioloji dövranın nəticəsi kimi – torpağın üst qatlarında potensial enerjinin və bitkilərin qida elementlərinin akkumulyasiyası torpaq profilinin tədrici inkişafını və torpağın əsas xassəsi olan münbitliyin inkişafını şərtləndirir.
Ceyn Birkin
Ceyn Birkin(ing. Jane Mallory Birkin; 14 dekabr 1946[…], London, Birləşmiş Krallıq – 16 iyul 2023[…], VI arondisman, Paris, Fransa[…]) —ingilis-fransız əsilli aktrisa. == Həyatı == Ceyn Birkin 14 dekabr 1946-cı ildə London şəhərində anadan olub. Atası hərbçi Devid Birkin, anası aktrisa Cudi Kempell idi. Onun Endri Birkin adlı bir qardaşı da vardı. Sonradan o da həyatını kinoya bağladı. Bir neçə tanınmış filmin rejissorudur. Ceyn Birkin 17 yaşından anasının yolu ilə getmək fikrinə düşdü. Məşqlərə yazıldı və rol aldı. == Filmoqrafiya == 1968 — Hovuz / La Piscine — Penelopa, Harrinin qızı 1978 — Nildə ölüm—Luiza Burje 2010 — Telma, Luiza və Şantal / Thelma, Louise et Chantal == Diskoqrafiya == Studiya albomları 1969 — Je t’aime… moi non plus with Serge Gainsbourg 1971 — Serge Gainsbourg — Histoire de Melody Nelson 1973 — Di doo dah 1975 — Lolita go home 1978 — Ex fan des sixties 1983 — Baby alone in Babylone 1987 — Lost song 1990 — Amours des feintes 1996 — Versions Jane 1998 — Best Of 1999 — À La Légère 2004 — Rendez-Vous 2006 — Fictions 2008 — Enfants d’Hiver Konsert albomları 1987 — Jane Birkin au Bataclan 1992 — Integral au Casino de Paris 1996 — Integral a l’Olympia 2002 — Arabesque 2009 — au palace (live) == Xarici keçidlər == Vikianbarda Ceyn Birkin ilə əlaqəli mediafayllar var.
Leonid Batkin
Leonid Mixailoviç Batkin (rus. Леонид Михайлович Баткин, 29.6.1932)—Rusiya tarixçisi, ədəbiyyatşünas və mədəniyyətşünası. == Həyatı == Leonid Mixailoviç Batkin Xarkov şəhərində anadan olub. == Yaradıcılığı == L.M.Batkin özünün "Mədəni-məntiqi yanaşmanın bəzi şərtləri haqqında" məqaləsində yazır: "Bütün mətnlər və bütün mövqedən götürülən mətnlər mədəni fenomen deyil. Onu mədəni edən bizim qarşımızda olan simasız-əşyavi "informasiya", passiv və dilsiz tədqiqat obyekti deyil, daha dəqiq desək, "mətn" yox özgə təxəyyülünün məhsuludur." Biz müəlliflə, başqası ilə, onun dünyagörüşü ilə təbii ki mətn daxilində aparıcı mövqedə duran fikirlə tanış oluruq. Mədəniyyətin tərkibində mənalardan (və onların ötürülmə qaydaları) başqa nə yoxdur. Bu – dərk olunmuş dünyada qarşılaşmadır. Bizim şəxsi mövcudluğumuzun dərki mədəni ünsiyyətin ilkin situasiyasının tərkibinə daxil olur. Mənalar heç də hər zaman bir-birinə uyğun olmur, bəzən hətta təəccüb doğura biləcək dərəcədə bir-birindən uzaq olur. Bu, məsələni çətinləşdirsə də, eyni zamanda tərcümə aktını (izahı) mümkün və zəruri edir.
Audrey Bitoni
Audrey Bitoni (16 avqust 1986, Pasadena, Kaliforniya) — italyan əsilli amerikalı çılpaq model və pornoqrafik film aktrisası. 2008-ci ildə AVN mükafatlarında ən yaxşı gənc ulduz nominasiyasına namizəd olub.
Odri Bitoni
Audrey Bitoni (16 avqust 1986, Pasadena, Kaliforniya) — italyan əsilli amerikalı çılpaq model və pornoqrafik film aktrisası. 2008-ci ildə AVN mükafatlarında ən yaxşı gənc ulduz nominasiyasına namizəd olub.
Erato (bitki)
Erato (lat. Erato) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Erato costaricensis E.Moran & V.A.Funk Erato polymnioides DC. Erato sodiroi (Hieron.) H.Rob. Erato stenolepis (S.F.Blake) H.Rob. Erato vulcanica (Klatt) H.Rob.
Gövdə (bitki)
Gövdə — hər hansı mühitdə olursa-olsun (torpaq üstündə, torpaq altında, suda), üzərində normal və ya metamorfoziyaya uğramış halda olan, qoltuqlarında tumurcuq yerləşən orqandır. Ağacların və otların bir, kolların isə bir neçə gövdəsi olur. Yürüstü gövdənin vəzifəsi: yarpaqların əlverişli bir surətdə düzülməsi və bitkinin böyük sahə tutmasını təmin etmək, kök və yarpaqlar arasında hərəkət edən maddələri nəql etmək, cinsi və qeyri-cinsi çoxalmanı təmin edən orqanları əmələ gətirməkdən ibarətdir. Gövdə bitkilərin ehtiyat qida maddələrinin toplanması üçün əksər hallarda anbar vəzifəsini, maldili, ruskus, qulançar və sairədə isə yarpaq vəzifəsini görür. Bəzi bitkilərdə (dəvətikanı, göyəm, nar, yemişan və s.) gövdənin bir hissəsi tikana çevrilərək müdafiə, digərlərində (tənəkdə, qabaqkimilərdə) dırmanma vəzifəsini görür. Gövdələr formalarına görə müxtəlif olur: silindrşəkilli üçtilli dördtilli çoxtilli Əksərən gövdələr silindrşəkilli olur, məsələn, taxıl, yonca, pambıq və sairənin gövdələri kimi. Bəzilərində isə üçtilli və dördtilli olur, məsələn, cillərdə, dodaqçiçəklilərdə olduğu kimi. Çoxtilli olan gövdələr də vardır. Məsələn, bəzi maldili, günəbaxan, kəndalaş və sairədə olduğu kimi. Nadir hallarda gövdə yastı olur, məsələn, yastı maldilində olduğu kimi.
Göyəm (bitki)
Göyəm (lat. Prunus spinosa) — gülçiçəklilər fəsiləsinin gavalı cinsinə aid çiçəkli bitki növü. == Paylanma == Növün vətəni Avropa, Qərbi Asiya və şimal-qərb Afrikadır. == Meyvəsi == Göyəmin tərkibində 8%-ə qədər şəkər (fruktoza və saxaroza), 2,5% üzvi turşu (əsasən alma), 1% pektinli maddə, 1,5% aşılayıcı maddə, vitamin C və rəngləyici maddələr vardır. Dadı gər olduğundan təzə halda yeyilmir. Göyəmdən mürəbbə, povidlo, kompot, "ternovka" adlı spirtli içki, sirkə, kvas hazırlanır. Qurudulmuş meyvələri aşpazlıqda işlədilir. Duza qoyulmuş göyəm çox dadlı olur.[mənbə göstərin] Meyvələri şaxta vurduqda dadı şirinləşir və təzə halda yeyilmək üçün yararlıdır. Çəyirdəyində 37%-ə qədər yağ vardır. Tərkibində acı amiqdalin qlükozidi olduğundan texniki məqsədlər üçün işlədilir.
Güləbətin (bitki)
Güləbətin (lat. Pulsatilla) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki təsviri == Gülçülükdə güləbətinin 3 növü xüsusilə geniş yayılmışdır: Alp güləbətininin (P. alpina) yarpaqları sallaq və qönçəli, gülləri ağ olub, hündürlüyü 25 sm, diametri 7 sm-ə qədərdir. Yaz güləbətini (Yuxuotu) (P. vernalis) — hündürlüyü 15 sm, yarpaqları sallaq və bənövşəyi, bəzən ağ gülləri olan bitkidir. Adi güləbətin (P. vulgaris) hündürlüyü 20 sm, bənövşəyi, yasəmən rəngli ya da çəhrayı güllü bitkidir. Güləbətinlər kalsiumla zəngin torpaqlarda yaxşı inkişaf edir. Güləbətin toxumla çoxaldılır, ilk cücərtiləri payızda əmələ gəlir. Çiçəkləmə yarpaqdan əvvəl müşahidə edilir. Qiymətli dərman bitkisidir.
Hil (bitki)
Hil (lat. Amomum) — bitkilər aləminin zəncəfilçiçəklilər dəstəsinin zəncəfilkimilər fəsiləsinə aid bitki cinsi. == Arealı == Vətəni Hindistandır. Ancaq Hindistanla yanaşı, Şri-Lankada, Çində, Afrikada və Amerikada da becərilir. Hilin istifadə edilən əsas hissəsi onun toxumudur. == Botaniki xarakteristikası == Hilin gövdəsinin uzunluğu 4-5 metr, meyvəsinin uzunluğu isə 1-4 santimetrdir. Qabığının rəngi sarımtıl yaşıl, toxumunun rəngi qırmızımtıl-qəhvəyidir. İyi kəskin, dadı yandırıcıdır. Qurudulmuş meyvənin 20-53 %-ni qabığı, 47-80 %-ni toxumu təşkil edir. Hilin toxumları qabığından ayrıldıqdan sonra ətrini tez itirdiyi üçün qabığı ilə bir yerdə yığılır.
Kola (bitki)
Kola (lat. Cola) — əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == İstinadlar == Kola (bitki):The Plant List saytında takson barədə məlumat.
Kosmos (bitki)
Kosmos (lat. Cosmos) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Bitkinin vətəni Şimali və Cənubi Amerikanın tropik vilayətləridir. Növün adı yunan sözü olub, "bəzək" deməkdir. Kosmos cinsinin 25 növündən ikisi yaşıllaşdırmada geniş istifadə olunur. İkilələkli kosmos (C.bipinnatus) yabanı halda Meksikanın dağlarında bitir.1799-cu ildən gülçülükdə istifadə olunur. Sadə və çoxləçəkli, müxtəlif rəngli hamaşçiçəkləri olub (ağ, çəhrayı, qırmızı), müxtəlif növləri vardır. Bozumtul-sarı kosmosun (C.sulphureus) hamaşçiçəkləri sarı və ya narıncı rəngdə olur. Bu növün vətəni Cənubi Afrika, Meksika və Braziliyanın dağ rayonlarıdır. Bu bitki növü torpağa tələbkardır.
Kəndir (bitki)
Kəndir (lat. Apocynum) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin kəndirkimilər fəsiləsinə aid bitki cinsi. Çoxillik ot və yarımkollardır. Yarpaqları qarşı-qarşıya düzülür. Ağ, çəhrayı, qırmızı-bənövşəyi xırda çiçəkləri yarımçətirvarı çiçək qrupunda yerləşir. Şimali Amerika, Cənubi Avropa və Cənub-Şərqi Asiyada 6, Azərbaycanda 1 növü — sarmat kəndiri (T. sarmatiense) bitir. Bir qismi lifli, digəri kauçukverən, bəzi növləri isə dərman bitkisidir. Qafqazda geniş yayılmışdır. Kəndirə Azərbaycanda başlıça olaraq Lənkəran və Quba zonalarında təsadüf edilir. Məişətdə və təsərrüfatın müxtəlif sahələrində işlənən kəndir məmulatı son zamanlaradək qalmaqda idi.
Kərəviz (bitki)
Kəvər (bitki)
Kəvər (lat. Capparis) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kəvərkimilər fəsiləsinə aid bitki cinsi.
Lələk (bitki)
Lələk (lat. Gleditsia) - paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Məzrə (bitki)
Nir Biton
Nir Biton və ya Nir Bitton (ivr. ‏ניר ביטון‏‎; 30 oktyabr 1991, Aşdod, İsrail) — israilli futbolçu. "Makkabi" klubunda çıxış edir. Nir Biton 1991-ci ildə İsrailin Aşdod şəhərində anadan olmuşdur. Karyerasına yerli "Aşdod" klubunda başlamışdır. 2013-cü ilə qədər klubda oynayan Nir 123 oyuna 14 qol atmışdır. 30 avqust 2013-cü ildə Nir Biton Şotlandiyanın "Seltik" klubu ilə 4 illik müqavilə imzalamışdır. Transferi üçün "Seltik" klubu £700.000 ödəmiş və sonrakı satışdan 20 % pay alacağını bildirmişdir. İlk oyununa 18 sentyabr 2013-cü ildə UEFA Çempionlar Liqasının qrup mərhələsində İtaliyanın Milan FK qarşısına 89-cu dəqiqədə çıxmışdır. 22 oktyabrda "Ayaks"a qarşı oyunda 77-ci dəqiqədə oyuna girən Nir 87-ci dəqiqədə Tulani Sereroya qarşı kobud hərəkətinə görə oyundan qovulmuşdur.
Pambıq (bitki)
Pambıq kolu (lat. Gossypium) — əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. Pambıq çoxillik bitkidir. Bu sahədə tanınmış alim F. M. Mauyerin təsnifatına görə pambığın Asiya, Amerika, Afrika və Avstraliyanın tropik və subtropik rayonlarında bitən 35 növü var. Pambıq Azərbaycanda "ağ qızıl" adlanır. Pambıq isti və işıq sevən bitkidir. Vegetasiya müddətində (110–145 gündür) pambığın yetişməsi üçün orta faydalı temperaturun cəmi 2500–3000 selsidən az olmamalıdır. Becərilən pambıq əsas texniki bitkidir. Dünya toxuculuq sənayəsi üçün lazım olan lifin təxminən 50%-i pambıqdan alınır. 100 kq xam pambıqdan orta hesabla 30–35% lif alınır.
Papirus (bitki)
Qarğıdalı (bitki)
Qarğıdalı və ya bəzi bölgələrdə Məkə (lat. Zea mays) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin qarğıdalı cinsinə aid bitki növü. Qarğıdalı bitkisinin vətəni Meksikadır ki, dəniz səyyahı Kolumb tərəfindən 1493-cü ildə Avropaya gətirilmişdir. Qarğıdalı bitkisinin hündürlüyü 2-6 metr, kökü isə 100 sm-dək torpağa işləyir. Əkilmiş toxumdan gövdədə 3-6 qıçalar əmələ gəlir ki, hər birində 60-100 erkək və dişi toxumlar olur. Qarğıdalı bitkisinə düzgün aqrotexniki qulluq edilməlidir. Qarğıdalı taxıllar fəsiləsinə aid olmaqla ondan müxtəlif məqsədlər üçün istifadə olunur. Qarğıdalının qiymətli bitki olması ondan ibarətdir ki, o eyni zamanda iki məsələni: Dən ehtiyatlarını tamamlamaq və gövdəsindən yaxşı silos almaq məsələsini həll etməyə imkan verir. Bundan əlavə olaraq qarğıdalı dənindən un, yarma və konserv (şəkərli qarğıdalı) hazırlanır. Sənayedə isə qarğıdalı dənindən nişasta, etil spirti, dekstrin, şəkər, bal, yağ, E vitamini, askorbin və qlutamin turşuları alınır.
Qaytarma (bitki)
Qaytarma (lat. Potentilla) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Pentaphylloides Duhamel Quinquefolium Ség.
Sianeya (bitki)
Sianeya (lat. Cyanea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin zəngçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Kittelia Rchb. Macrochilus C.Presl Rollandia Gaudich.