Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lost Coast
Half-Life 2: Lost Coast (azərb. "Qərib sahil"‎) — Valve Corporation tərəfindən Half-Life 2 üçün buraxılan, ancaq ayrıca oyun olan xüsusi mərhələdir. 27 oktyabr 2005-ci ildə yayımlanıb. Oyun Half-Life 2-də olmayan Source mühərrikinin yeni texniki imkanlarını nümayiş etdirmək üçün yaradılıb. Sözü gedən yeni texnologiyaların maksimal nümayişi üçün ətraf mühitə xüsusi diqqət edilib. Həmçinin Lost Coast yaradıcı şərhlərini əlavə edən Valve-nin ilk oyunudur. İki Half-Life hissələrinin dəyişməz lideri Qordon Friman, dəniz kənarında özünə gəlir. Onu qoca balıqçı qarşılayır və Alyansın qayadakı kilsəni ələ keçirdiyini, oradan hedkrablarla dolu raketdən qəsəbəyə atəş açdığını deyir. Qordon Friman rolunda oyunçu yuxarı qalxmalı və kilsəyə çatmalıdır. Qəhrəman yol boyu Alyansın müxtəlif əsgərləri və texnikası ilə döyüşür.
Bost (kommuna)
Bost (fr. Bost) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Şimali Kyusse kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03033. 2008-ci ildə əhalinin sayı 179 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 111 nəfər (15-64 yaş) arasında 98 nəfər iqtisadi fəal, 13 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 88.3%, 1999-cu ildə 70.7%) idi. Fəal olan 98 nəfərdən 95 nəfər (48 kişi və 47 qadın) işləyir, 3 qadın işsizdir. Aktiv olmayan 13 nəfər arasında şagird və ya tələbə, 6 nəfər təqaüdçü, 3 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Frans Boas
Frans Boas (Tam adı: alm. Franz Uri Boas‎; 9 iyul 1858[…] – 21 dekabr 1942[…], Nyu-York, Nyu-York ştatı) — amerikan dilçisi, etnoqraf və antropoloq.Eskimoslar və Şimali Amerikanın şimal qərb sahillərində yaşayan hindilərin dil və mədəniyyəti sahəsində mütəxəsis. Boas Amerika Dilçilik Cəmiyyətinin banisi və prezidenti olmuşdur(1928). Amerikanın antropologiya və arxeologiyasına dair əsərlərinin böyük əhəmiyyəti olmuşdur. Boas irqçilik nəzəriyyəsini ifşa edirdi. O, konkret ictimai hadisələrin təhlilində çox zaman kortəbii materializm mövqeyində dayanırdı. Boas antifaşist kimi də məşhurdur.
To Beast or Not To Beast
To Beast or Not To Beast — Lordi studiya albomu.
Sonic 3D Blast
Sonic 3D, Sonic 3D: Flickies’ Island və ya Sonic 3D Blast — "Sonic Team" oyun şirkəti tərəfindən 1996-cı ildə yaradılan macəra oyunudur. Həkim Robotnik alternativ ölçülmədə yaşayan Fliki adlı quşları tapdıqdan sonra öyrənir ki, bu quşlar böyük üzüyün köməyi ilə müxtəlif yerləri gəzə bilirlər. Bu səbəbdən Həkim Robotnik onları robota döndərir ki, Xaosun zümrüdlərini asan tapsın. Sonik Fliki adasına səyahət edən zaman burada Həkim Robotnikin bazasını görür və onun quşlardan robot düzəldtməsini müşahidə edir. Bütün bu hadisələri öyrənən Sonik qərar verir ki, Fliki quşlarını xilas etsin və Həkim Robotnikin Xaosun zümrüdləri axtarışına son qoysun. Sonik əvvəlcə quşları azad edir və Həkim Robotnik ilə bir neçə dəfə döyüşür. Bir çox macəralardan sonra Sonik Həkim Robotnik ilə sonuncu dəfə döyüşərək ona qalib gəlir və bütün quşları azad edir.
Florida Gulf Coast Universiteti
Florida Körfəz Sahili Universiteti (ing. Florida Gulf Coast Universiteti) — ABŞ-nin Florida əyalətində yerləşən, 1991-ci ildə əsası qoyulmuş olan bir dövlət universitetidir. Florida Gulf Coast Universitetində bir çox sahə üzrə bakalavr, magistr və doktorantura təhsili verilir. Fort Myers şəhərində yerləşir. 2008 etibarı ilə 9,510 tələbə qeydə alınmışdır.
Half-Life 2: Lost Coast
Half-Life 2: Lost Coast (azərb. "Qərib sahil"‎) — Valve Corporation tərəfindən Half-Life 2 üçün buraxılan, ancaq ayrıca oyun olan xüsusi mərhələdir. 27 oktyabr 2005-ci ildə yayımlanıb. Oyun Half-Life 2-də olmayan Source mühərrikinin yeni texniki imkanlarını nümayiş etdirmək üçün yaradılıb. Sözü gedən yeni texnologiyaların maksimal nümayişi üçün ətraf mühitə xüsusi diqqət edilib. Həmçinin Lost Coast yaradıcı şərhlərini əlavə edən Valve-nin ilk oyunudur. İki Half-Life hissələrinin dəyişməz lideri Qordon Friman, dəniz kənarında özünə gəlir. Onu qoca balıqçı qarşılayır və Alyansın qayadakı kilsəni ələ keçirdiyini, oradan hedkrablarla dolu raketdən qəsəbəyə atəş açdığını deyir. Qordon Friman rolunda oyunçu yuxarı qalxmalı və kilsəyə çatmalıdır. Qəhrəman yol boyu Alyansın müxtəlif əsgərləri və texnikası ilə döyüşür.
Ellen van der Veyden-Bast
Ellen van der Veyden-Bast (d. 29 avqust 1971) — Niderlandı təmsil edən su poloçusu. Ellen van der Veyden-Bast, Niderland yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Rusiya yığmasına 4:5 hesabı ilə məğlub olan Niderland yığması, Sidney Olimpiadasını dördüncü pillədə başa vurdu.
The Number of the Beast (albom)
The Number of the Beast ingilis ağır metal qrupu Iron Maiden -in üçüncü studiya albomudur. 22 mart 1982-ci ildə Böyük Britaniyada EMI Records və ABŞ-də Harvest və Capitol Records tərəfindən yayımlanmışdır. Albom vokalist Bruce Dickinson ilə ilk, zərb qurğusunda ifa edən Clive Burr ilə isə sonuncu albom idi.İngiltərədə siyahılara 1 nömrədən daxil olan ilk ağır metal albomu olmuşdur.İngilis musiqi jurnalı "Kerrang!" tərəfindən hazırlanan "Ölmədən əvvəl dinləməli olduğunuz 100 albom" siyahısında The Number of the Beast 36.yeri tutmuşdur.Q jurnalının isə "Bütün vaxtların ən sərt 50 albomu" siyahısına daxil olmağı bacarmışdır. The Number of the Beast tənqidi və kommersiya uğuru ilə qarşılandı və qrupun Böyük Britaniya Albomları Qrafikində birinci yerə çıxan və ABŞ Billboard 200 -də ilk 40-a çatan ilk albomu oldu. Albomda mövcud olan" Run to the Hills " və " The Number of the Beast " sinqlları qrupun İngiltərədə ilk 10-luğa daxil olan ilk parçaları idi. Albom, qapağında və daxilindəki mahnıların başlıqlarında dini istinadlar olması səbəbi ilə əsasən ABŞ-də olmaqla bir çox yerdə tənqidə məruz qaldı.
Başt
Başt — İranın Kohgiluyə və Boyer-Əhməd ostanının şəhərlərindən və Başt şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 8,269 nəfər və 1,561 ailədən ibarət idi.
Başt şəhristanı
Başt şəhristanı- İranın Kohgiluyə və Boyer-Əhməd ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Başt şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 22,170 nəfər və 4,309 ailədən ibarət idi.
Basat
Basat — Dastanda işlənən antroponimlərdən biri. Daş Oğuz bəyi. Aruzun kiçik oğlu, Qiyan Selciyin qardaşı. Təpəgözü öldürən qəhrəman. Eposun "Basat Təpəgözü öldürdüyü boy"u Basatın adı ilə bağlıdır. "V. V. Bartoldun tərcüməsində bu ad "Bisat" kimi verilmişdir. Lakin D-də sözün yazılışı da, Aruz qocanın itmiş oğlu haqqında ilxıçının verdiyi məlumat da ("At basubən qan sümürər") göstərir ki, həmin adı "Basat" kimi oxuyub-yazmaq doğrudur". Müasir Azərbaycan antroponimləri sistemində işlənməyən "Basat" antroponimi Türkiyə antroponimləri sistemində işlənməkdədir. Orxon Şaiq Gökyay Ali Rza Yalmanın "Türkmən oymakları" kitabına əsaslanaraq göstərir ki, "Basat" Güney Anadoluda "Busat" kimi işlənir.. "Dədə Qorqud" dastanında adama oxşayan şirə "Basat" adının verilmə səbəbi aydın şəkildə təsvir edilmişdir.
Basta
Basta (rus. Баста, tam adı: Vasili Mixayloviç Vakulenko; 20 aprel 1980, Rostov-na-Donu) — Rusiya repçisi, bəstəkar, musiqi prodüseri, aktyor, radioaparıcı, teleaparıcı, ssenarist, prodüser, rejissor. Eyni zamanda Noqqano və N1NT3ND0 ləqəbləri ilə də tanınır. "Next FM" radiosunda aparıcı və bir neçə filmin rejissorudur. Kupe ilə birlikdə "Hip-hop TV"də "Gazgolder" verilişinin aparıcısıdır. 2007-ci ildə "Gazgolder" leyblini yaratmışdır. Vasili Vakulenko 20 aprel 1980-ci ildə Rostov-na-Donu şəhərində, hərbçi ailəsində doğulmuşdur. Həmin şəhərdə 32 saylı ümumtəhsil məktəbini bitirmiş, həmçinin musiqi məktəbində təhsil almışdır. Daha sonra musiqi kollecində, drijorluq ixtisası üzrə təhsil almışdır. Musiqi təhsili aldığı dövrdən Vasili hip-hopla maraqlanmağa başlamışdır.
Bastı
Boesi
Anisi Manli Severin Boesi (lat. Anicius Manlius Severinus Boethius; təq. 480[…], Roma – 524, Paviya) — neoplatonçu filosof, Roma dövlət xadimi, xristian ilahiyyatçısı və müqəddəsi. Boesi Roma imperiyasının süqutundan sonra Şimali İtaliyada yaranan Ostqotlar krallığında yaşayıb, yaratmışdır. O Romanın patrisi ailəsində anadan olmuşdu və ostqot kralı Teodorikusun (latınca Theodoricus) dövründə, yüksək dövlət vəzifələrini tutmuşdu. Lakin sonra, Boesini Ostqot dövlətinin mövcudluğuna son qoyulması məqsədilə bizanslılarla məxfi danışıqların aparılmasında ittiham etmişdilər. Dövlətə qarşı xəyanətdə ittihamlandırılan Boesi zindana atılmış və orada bir müddət saxlandıqdan sonra edam edilmişdi. Boetsiyə "sonuncu romalı" ləqəbi vermişdilər. Boesi tərcüməçi və filosof kimi tanınmışdı. O yunan dilindən latın dilinə bəzi riyazi əsərləri, məsələn Evklidesin (Eukleides) "Başlanğıclar" əsərini tərcümə etmişdi.
Boksit
Boksit (Al2O3 x nH3O) — Mineral. Gizli kristalikdir. Torpaqvari aqreqatlarda, oolitlərdə və giləbənzər kütlələrdə rast gəlinir. Sərtliyi 3, xüsusi çəkisi 3,5-dir. Sarımtıl-boz və ağ rənglərdə rast gəlinir. Tutqun parıltıya malikdir. Qarışıqlarından asılı olaraq aşağıdakı növlərini göstərmək olar: dəmirli boksit- tərkibi 2%-ə qədər dəmir saxlayır; gilli boksit - tərkibi 2%-ə qədər SiO2 saxlayır. Alüminium hasil edilən əsas filizdir. 1980-ci ildə ilin əvvəli üçün inkişaf etmiş kapitalist ölkələrin və inkişaf etməkdə olan ölkələrin ümumi boksit ehtiyatı 21,8 mlrd t, o cümlədən müəyyən edilmiş ehtiyat 12,6 mlrd t, təşkil edilmişdir. 1979-cu ildə 71,9 mln t boksit filizi istehsal edilmişdir.
Bonasa
Bonazi tetrası (lat. Bonasa) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinə aid heyvan cinsi.
Borasit
Borasit — mineral, Mg3[B7O13]Cl. Borasit - rombik. a - Borasit; 265°C-dən yuxarı kubik b - Borasit. Habitus: kubik, dodekaedr, tetraedr, psevdooktaedr və kubooktaedr. Aqreqat: incədənəvər, lifli, tək-tək dənələr. Rəngsiz, alloxromatik. Parıltı şüşəli, almazı. Sərtliyi 7-7,5. Xüsusi çəkisi 2,97. Kvars üzrə psevdomorfozlarda.
Boyat
Boyat (Ağcabədi) — Azərbaycanın Ağcabədi rayonunda kənd. Boyat (Neftçala) — Azərbaycanın Neftçala rayonunda kənd. Boyat (Ucar) — Azərbaycanın Ucar rayonunda kənd.
Brask
Brask (fr. və oks. Brasc) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Ser-Sernen-syur-Rans kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12035. Kommuna təxminən Parisdən 550 km cənubda, Tuluza şəhərindən 100 km şimal-şərqdə, Rodezdən isə 45 km cənubda yerləşir. 2008-ci ildə əhalinin sayı 203 nəfər təşkil edirdi. 2007-ci ildə 110 yaşında (15-64 yaş arasında) 79 nəfər iqtisadi cəhətdən, 31 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.8%, 1999-cu ildə 67.6%).
Brest
Brest (poles. Бе́ресть, belar. Брэст) — Belarusun cənub-qərbində şəhər, Brest vilayətinin və bu vilayətin Brest rayonunun inzibati mərkəzi. Brest şəhəri Brest rayonunun tərkibinə daxil deyil.
Andre Villaş-Boaş
André Villas-Boas (17 oktyabr 1977, Portu) — futbol üzrə Portuqaliyalı baş məşqçi. Andre Villas-Boas karyerasına hələ 16 yaşında ikən başlamışdır. İngilis Bobbi Robsonun Portonun başında olduğu dövrdə Robson ilə qonşu olan Boasın o dövr Porto forması geyən Domingos Paciencia haqqındakı analizi Robsonun marağını çəkmiş və özü Portonun müşahidəçi qrupuna alınmışdır. Yaxşı dərəcədə ingiliscə bilməsi səbəbi ilə Sir iRobson ilə yaxşı razılaşan Villas-Boas Robsonun da köməkçi olması ila Şotlandiyaya təhsil almağa getmiş və 17 yaşındaykən UEFA C sertifikatı almışdır. İlk texniki direktorluq təcrübəsini 21 yaşındaykən Birləşmiş Krallıq Virgin Adaları Milli Futbol Komandasının başına keçərək yaşamış , 2003-cü ildə Portoda Jose Mourinhonun assistenti olaraq texniki qrupda iştirak etmişdir. 2003-ci ildən 2009-ci ilə qədər də Porto, Chelsea və Internazionale komandalarında Mourinho ilə birlikdə çalışmışdır. Boas bu üç dövrdə bir UEFA Kuboku, bir UEFA Çempionlar liqası, dörd dəfə də milli liqa çempionluğu yaşamışdır. 2009-2010-cu il mövsümü əvvəli Boas öz karyerasında irəliləmə qərarı almış və Portuqaliya Super Liqası komandalarından Academikanın başına Oktyabr 2009da istefa edən Roqerio Qonçalvesin yerinə texniki adam olaraq keçmişdir.Villas-Boasın gəlməsiylə, liqanın son əsnasında galibiyetsiz vəziyyətdə olan Akademika yüksəlişə keçərək mövsümü liqa 10.su olaraq, düşmə xəttinin 10 bal üzərində bitirmişdir. Komanda ayrıca Liqa Kuboku yarı finalına qədər çıxıb, Estadio do Dragão'da Portoya son dəqiqələrdə Mariano Qonzalezden yedikləri qol ilə elenerek əhəmiyyətli bir müvəffəqiyyət göstərmişdir. Akademikaya apardığı futbol ilə diqqət çəkən Boasın adı Karlos Karvalhalın yerinə Sportinq Lissabon ilə xatırlansa da, bu transfer reallaşmamışdır.
Beagle Board
Beagle board — Texas Instruments və Digi-Key şirkətləri tərəfindən yaradılmış ucuz başa gələn bir-lövhəli kompüterdir. Öncəliklə BeagleBoard OMAP3530 mikroprosessorunun imkanlarını nümayiş etdirmək məqsədiylə Open Source icması ilə sıx əməkdaşlıqla yaradılmışdır. Lövhənin ölçüləri təqribən 75 х 75 mm təşkil edir. Lövhənin mərkəzi prosessoru olan OMAP3530 ARM Cortex-A8 nuvəsindən ibarət, tərkibində rəqəmsal siqnal prosessoru olan TMS320C64x+ (video- və audioməlumatların emalını sürətləndirir) və PowerVR SGX530 (2D/3D qrafika sürətləndiricisi, OpenGL ES 2.0 dəstəkləyir) video prosessorundan ibarətdir. . Lövhədə aşağıdakı konnektorlar mövcuddur: S-VIDEO HDMI SD/MMC yaddaş kartları üçün slot USB OTG RS-232 JTAG 3,5 mm in/out audio. DYQ (daimi yaddaş qurğusu) və OYQ (operativ yaddaş qurğusu, RAM) eynidir və 256 Mb təşkil edir. POP korpusunun (cip-içində cip) sayəsində yaddaş lövhə üzərində əlavə yer tutmur. Lövhə 2 Vt enerji işlədir, USB uzərindən ya da qida blokundan qialana bilər. Az enerji sərfiyyatına görə qızmır və əlavə soyutmaya ehtiyac görülmür. 27 avqust 2010 -cu ildə BeagleBoard-ın müasirləşdirilmiş versiyası olan BeagleBoard-xM dünya üzü gördü.
Boadi Santavi
Boadi Santavi (22 may 1997) — Kanadalı kişi ağır atlet. 85 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Kanadanı təmsil edir. Boadi Santavi dünya çempionatlarında iştirak etmişdir. Son dəfə 2015 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Bohot nunatakı
Bohot nunatakı (bolq. Бохотски нунатак, ‘Bohotski Nunatak’ \'bo-hot-ski 'nu-na-tak\) — Antarktidanın Elsuort dağlarına daxil olan, 1120 m hündürlüklü nunatakdır. Sentinel dağlarının şimal-şərqində yerləşmişdir. Nunatak şimali Bolqarıstanda yerləşən Bohot şəhərinin adını daşıyır. Bohot nunatakı 77°23′37″ c. e. 85°34′32″ q. u. koordinatlarında yerləşmişdir. Veems dağından 13.7 km şimal-şərqdə, Pastroqor zirvəsindən 10.93 km şərqdə, Lanz zirvəsindən 15.96 km cənub-şərqdə, Ostruşa nunatakından 5.27 km şimal-qərbdə yerləşmişdir.
JOWST
Yoakim Uid Stin (norv. Joakim With Steen; d. 26 iyun 1989, Tronheym, Norveç) və ya səhnə adı ilə JOWST — Norveç musiqiçisi, prodüseri və bəstəkarı. O, 2017 Avroviziya Mahnı Müsabiqəsində Norveçi təmsil etmiş və ölkəyə finalda 10-cu yeri qazandırmışdır. Yoakim Uid Stin 26 iyun 1989-cu ildə Norveçin Tronheym şəhərində anadan olmuş və Tiller şəhərində böyümüşdür. Stin 14 yaşında ikən o ailəsi ilə birlikdə Steynxyer şəhərinə köçmüşdür. On beş yaşında o əsasən gitara, rok, mahnı yazmaq və qrup yaratmaq barədə düşünürdü. Stin ölkənin paytaxtı Osloda yerləşən Noroff institutunda səs və musiqi prodüserliyi ixtisası üzrə təhsil almışdır. O daha sonra həmin institutda təhsil aldığı ixtisas üzrə müəllimlik etmiş və mühazirələr oxumuşdur. O həmin zamanlarda həm də Fornebu şəhərində Earport Studiosda prodüser olaraq çalışırdı.
Brest (Fransa)
Brest (fr. Brest) – Fransanın şimal-qərbində yerləşən şəhər. Eyniadlı rayonun mərkəzidir.
Brest (dəqiqləşdirmə)
Brest
Brest (rayon)
Brest (fr. Brest) — Fransanın Bretan regionun rayonlarından (fr. Arrondissement) biri . Departamenti — Finister. Suprefektura — Brest. Rayonun əhalisi 2006-cı ildə 361 877 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 257 nəf / km² . Rayon ərazisi — 1408 km².
Brest müqaviləsi
Brest-Litovsk sülh müqaviləsi – Rusiya Sovet Federativ Sosialist Respublikasının yeni bolşevik hökuməti ilə İttifaq Dövlətləri (və ya Dördlər ittifaqı — Almaniya İmperiyası, Avstriya-Macarıstan İmperiyası, Osmanlı dövləti və Bolqarıstan krallığı) arasında imzalanmış sülh müqaviləsi. Sülh müqaviləsi Osmanlı dövlətinin torpaq qazandığı son müqavilədir. Müqavilə 2 aylıq sürən danışıqların nəticəsində, Ukraynanın Alman nəzarəti altında olan Bialstok-Grodna əyalətinin Brest-Litovsk şəhərində (Polyak dilində: Brześć Litewski, Alman dilində: Friedensvertrag von Brest-Litowsk, 1945-ci ildən bəri sadəcə Brest) imzalandı. Müqavilə bolşevik hökuməti tərəfinin müharibədə Almaniya və Avstriya-Macarıstan qüvvələrinin irəliləməsinin dayandırılması mövzusu üzərində idi. Bununla da, Sovet Rusiyası keçmiş Rusiya imperiyasının İttifaq ölkələrinə dair heç bir öhdəliyini yerinə yetirməmişdir. Müqavilə 1918-ci il martın 3-də Brest-Litovskda imzalanmış, martın 15-də 4-cü Ümumrusiya Fövqəladə Sovetlər Qurultayı, sonra isə 22 martda Almaniya reyxstaqının razılıq verməsindən sonra, martın 26-da Almaniya imperatoru II Vilhelm tərəfindən təsdiq olunmuşdur. Sülh müqaviləsi Rusiyanın I Dünya müharibəsindən çıxması ilə nəticələndi. Müqaviləyə əsasən, Bolşevik Rusiyası Baltikyanı ərazilərini Almaniyaya verərək idarəçilikdən imtina etdi, bu ərazilər Almaniyanın vassalına çevrilərək kiçik krallıqlara bölündü. Rusiya həmçinin Cənubi Qafqazda yerləşən əyalətini — Qarsı Osmanlı İmperiyasına verərək oradan imtina etdi və Ukrayna Xalq Respublikasının müstəqilliyini tanıdı. Konqresdə Polşanın müqavilədə qeyd olunmaması və Almanların Polşa təmsilçilərinin iştirakını tanımaması mübahisələrə və etirazlara səbəb oldu.
Brest qalası
Brest qalası və ya köhnə adı ilə Brest-Litovsk qalası — Brest, Belarusiyada və ya əvvəlki adı ilə Belorusiya Sovet Sosialist Respublikasında yerləşən 19-cu əsrdə aid Rusiya qalası. 1941-ci il iyunun 22-də İkinci Dünya Müharibəsində Barbarossa əməliyyatının başlaması ilə faşist Almaniyası Sovet İttifaqını işğal etdi. Brest qalasına 1965-ci ildə müharibənin şərq cəbhəsində Brest-Litovsk döyüşündə göstərdiyi müdafiəyə görə Qəhrəman qalası adı verilmişdir. Qəhrəman qalası adı Qəhrəman şəhər tituluna uyğun gəlirdi. 12 sovet şəhəri bu ada layiq görülüb. Brest qalası 135 metr yüksəklikdə yerləşir. Brest qalası 19-cu əsrin əvvəllərində tikildiyindən Ulduz qalasının konturlarını qoruyub saxlamışdır. Qalanın özəyini təşkil edən Hisar qalası, Buq çayının və Muxavets çayının iki qolunun ortasındakı adada yerləşir. Adada 4 mərtəbəli yarımqüllələr və iki mərtəbəli kazarmalar tikilib. 1,8 km uzunluğunda olan kazarmada 500 otaq var və çox möhkəm qırmızı bloklardan ibarət qalın divarları ilə 12.000 əsgər qəbul edə bilir.
Brest sülhü
Brest-Litovsk sülh müqaviləsi – Rusiya Sovet Federativ Sosialist Respublikasının yeni bolşevik hökuməti ilə İttifaq Dövlətləri (və ya Dördlər ittifaqı — Almaniya İmperiyası, Avstriya-Macarıstan İmperiyası, Osmanlı dövləti və Bolqarıstan krallığı) arasında imzalanmış sülh müqaviləsi. Sülh müqaviləsi Osmanlı dövlətinin torpaq qazandığı son müqavilədir. Müqavilə 2 aylıq sürən danışıqların nəticəsində, Ukraynanın Alman nəzarəti altında olan Bialstok-Grodna əyalətinin Brest-Litovsk şəhərində (Polyak dilində: Brześć Litewski, Alman dilində: Friedensvertrag von Brest-Litowsk, 1945-ci ildən bəri sadəcə Brest) imzalandı. Müqavilə bolşevik hökuməti tərəfinin müharibədə Almaniya və Avstriya-Macarıstan qüvvələrinin irəliləməsinin dayandırılması mövzusu üzərində idi. Bununla da, Sovet Rusiyası keçmiş Rusiya imperiyasının İttifaq ölkələrinə dair heç bir öhdəliyini yerinə yetirməmişdir. Müqavilə 1918-ci il martın 3-də Brest-Litovskda imzalanmış, martın 15-də 4-cü Ümumrusiya Fövqəladə Sovetlər Qurultayı, sonra isə 22 martda Almaniya reyxstaqının razılıq verməsindən sonra, martın 26-da Almaniya imperatoru II Vilhelm tərəfindən təsdiq olunmuşdur. Sülh müqaviləsi Rusiyanın I Dünya müharibəsindən çıxması ilə nəticələndi. Müqaviləyə əsasən, Bolşevik Rusiyası Baltikyanı ərazilərini Almaniyaya verərək idarəçilikdən imtina etdi, bu ərazilər Almaniyanın vassalına çevrilərək kiçik krallıqlara bölündü. Rusiya həmçinin Cənubi Qafqazda yerləşən əyalətini — Qarsı Osmanlı İmperiyasına verərək oradan imtina etdi və Ukrayna Xalq Respublikasının müstəqilliyini tanıdı. Konqresdə Polşanın müqavilədə qeyd olunmaması və Almanların Polşa təmsilçilərinin iştirakını tanımaması mübahisələrə və etirazlara səbəb oldu.
Alaşt
Alaşt — İranın Mazandaran ostanının Savadkuh şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 976 nəfər və ya 287 ailədən ibarət idi.
Bömit
Bömit — mineral Bömit - rombik. Habitus lövhəvari. Ayrılma {010} üzrə mü­kəm­­məl. Aqreqat: gizlikristallik, paxlavari. Rəngi rəngsiz, ağ. Sərtliyi 3,5-4. Xüsusi çəkisi ~3. Çökmə və laterit boksitlərin mühüm tərkib hissəsi. Diaspor və hidrargillitlə assosiasiyasına rast gə­linir. Nefelinin hidrotermal dəyişməsi nəticəsində əmələ gəlir.
BOTAŞ
BOTAŞ ( Neft Boru Kəməri Nəqliyyatı Anonim Şirkəti ) - Türkiyədə yerləşən, dövlətə məxsus xam neft və təbii qaz boru kəmərləri və ticarət şirkətidir . Baş ofisi Ankaranın Bilkənd şəhərində olan BOTAŞ, illik dövriyyəsi təxminən 20 Milyar TL ilə Türkiyənin ən böyük təşkilatları arasındadır. Xalis satış rəqəmlərinə görə 2008-ci ilin Fortune 500 siyahısında 2-ci yeri tutmuşdu . 1974-cü ildə TPAO-nun törəmə müəssisəsi kimi qurulub. 1987-ci ildən BOTAŞ həm də təbii qazın nəqli və ticarəti fəaliyyətlərində iştirak edib. 1995-ci ildə Dövlət Təsərrüfat Müəssisəsi statusunu qazanıb. Təbii qaz ticarəti bazarında inhisarçı mövqeyi 2001-ci ildə tutmuşdu. 2009-cu ildə onun fəaliyyət sahələrinə görə hüquqi şəxslərə bölünməsi nəzərdə tutulmuşdur. 2011-ci ilədək ötürmə fəaliyyəti istisna olmaqla, digər hüquqi şəxslərin özəlləşdirilməsi başladı. Şirkət Avropanın qaz ehtiyaclarını ödəmək üçün Rusiyadan kənarda alternativ yolların tapılması strategiyasına uyğun formalaşan, lakin sonradan ləğv edilən NABUCCO layihəsinin 16,67%-lik səhmdarı idi.
Besim Bokşi
Besim Bokşi (serb. Бесим Бокси, Besim Bokši; 12 noyabr 1930 – 16 avqust 2014) — Albaniya şairi, dilçi və filoloq. 2008-ci ildən 2011-ci ilə qədər Kosovo Elmlər və İncəsənət Akademiyasının prezidenti olmuşdur. Besim 16 avqust 1930-cu ildə Yakova şəhərində anadan olmuşdur. O, hələ uşaq ikən valideynləri Albaniyaya köçdülər. İlk təhsilini Vlyora şəhərinin yaxınlığındakı Dukat kəndində almışdır. Bir neçə il sonra təhsilini Tiranada davam etdirdi. 1945-ci ildə Djakovitsaya qayıtmış və 1959-cu ilə qədər universitetdə təhsil almışdır, sonra Belqradda aspirantura dərəcsini bitirdi. 1961-1963-cü illərdə Yakova məktəblərinin birində alban dilindən dərs deməyə başladı. 1967-1973-cü illərdə Ali Pedaqoji Məktəbdə morfologiya fənnindən dərs demiş, eyni zamanda 1967-1971-ci illərdə bu məktəbin direktoru olmuşdur.