Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Canon
Canon Inc. (yap. キヤノン株式会社) — mərkəzi Yaponiyada yerləşən şirkət. Optik məhsulları, tək linza güzgü fotoaparatı və rəqəmli kameraları, printer ve skaner alətləri ilə tanınır. Takeshi Mitarai, Goro Toshida, Saburo Uchida və Takeo Maeda Canon Inc. şirkətinin əsasını qoymazdan əvvəl 1937-ci ildə "Precision Optical Instruments Laboratory" (Həssas Optik Alətlər) şirkətini qurmuşdu. 1933-cü ildə Yaponiyada əsası qoyulan Canon şirkəti öz işinə Tokioda Takikavaya (Takekawaya Building) binasındakı birotaqlı optik laboratoriyadan başlamışdır. Laboratoriyanı 1933-cü ildə Qoro Yosida (Goro Yoshida) kürəkəni Saburo Utida (Saburo Uchida) ilə birgə yaratmışdı. 1934-cü ildə onlar ilk məhsulları olan 35 mm-lik fotokameranı yaratmağa nail olmuşlar. Yosida kameranı budda rəhmdillik allahının şərəfinə Kvanon (Kwanon) adlandırmışdır.
Talise Lanoe
Talise Lanoe (25 iyul 1994) — Keniyalı üzgüçü. Talise Lanoe Keniyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Talise Lanoe birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 100 m arxası üstə stildə, təsnifat mərhələsində iştirak etdi. 1:10.02 saniyəlik nəticəsi ilə 33-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Beynəlxalq Kanoe Federasiyası
Beynəlxalq Kanoe Federasiyası (ing. International Canoe Federation) 1946-cı ildə yaranmışdır. Baş ofisi Lozannadadır, və bütün dünyada bütün aspektləri idmanın qayığına idarə edir. Hal-hazırda o 150 çəkilmiş milli federsiyaya malikdir.
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası — Azərbaycanda İdman Federasiyası. Federasiyanın prezidenti Vüqar Əhmədovdur. Azərbaycanda avarçəkmə növləri hələ 1936-cı ildən Bakı buxtası akvatoriyasında inkişaf etməyə başlayıb. Bundan üç il sonra üç yaxt-klub istifadəyə verilib. 1960-70-ci illərdə avarçəkmə ilə 11 idman təşkilatı məşğul olurdu. Azərbaycan avarçəkənləri 1980-ci ilin aprelində Mingəçevir şəhərində keçmiş Sovet İttifaqı miqyasında birləşmiş ərazi-inzibati eksperimental Olimpiya ehtiyatları mərkəzinin yaradılmasından sonra dünyada şöhrət qazanmağa başladılar. 1980-ci ildən başlayaraq avarçəkənlərimiz nəinki Avropa və dünya çempionatları, hətta Olimpiya Oyunlarında medallar qazanmağa başladılar. Akademik avarçəkənimiz Vasili Yakuşa 1980-ci il Moskva Yay Olimpiya Oyunlarında gümüş, 1988-ci il Seul Olimpiadasında isə bürünc medal qazandı. Moskva Olimpiadasında baydarka və kanoeçilərimiz Gennadi Kryuçkin, Viktor Pereverzov və Aleksandr Lukyanov, Seul Olimpiadasında isə Aleksandr Lukyanov gümüş medala sahib çıxdı. 1982-ci ildə güləş, cüdo, boks üzrə cəmi 1 beynəlxalq dərəcəli idman ustamız var idisə, avarçəkmədə bu göstərici 7 nəfərə çatmışdı.
2015 Avropa Oyunlarında avarçəkmə və kanoe
2015 Avropa Oyunlarında avarçəkmə və kanoe yarışları iyun ayının 15 və 16-da Azərbaycan Respublikasının Mingəçevir şəhərində yerləşən "Kür" Olimpiya Təlim və İdman Mərkəzində keçirildi. Yarış çərçivəsində 15 dəst medal oynanıldı.
2015 Avropa Oyunlarında avarçəkmə və kanoe yarışları
2015 Avropa Oyunlarında avarçəkmə və kanoe yarışları iyun ayının 15 və 16-da Azərbaycan Respublikasının Mingəçevir şəhərində yerləşən "Kür" Olimpiya Təlim və İdman Mərkəzində keçirildi. Yarış çərçivəsində 15 dəst medal oynanıldı.
Takayuki Çano
Takayuki Çano (d. 23 noyabr 1976) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 7 oyun keçirib.
Çane-6
Çane-6 — Çin Milli Kosmik Agentliyi tərəfindən Ayın qaranlıq sahəsinə göndərilmiş kosmik aparat. Çane-6, 3 may 2024-cü il tarixində Çinin Haynan əyalətindəki "Venchanq" Kosmik Aparatın buraxılış mərkəzindən kosmosa göndərilib. Ümumilikdə 53 gün davam edəcək missiya çərçivəsində kosmik gəminin Ayın naməlum qaranlıq hissəsindən qaya və torpaq nümunələrinin toplanaraq tarixdə ilk dəfə olaraq yerə qaytarılması planlaşdırılır. Kosmik gəminin Aya endikdən sonra 2 gün ərzində 2 kiloqram nümunə toplayacağı ehtimal edilməkdədir.
Apnoe
Apnoe (a… + yun. πνοή – tənəffüs) –tənəffüs hərəkətlərinin qısa müddətli dayanması. Əsasən, hiperkapniya (orqanizmdə karbon qazının miqdarının artması) və hipoksemiya (qanda oksigenin miqdarının azalması) nəticəsində baş verir. Apnoe reflektor, öz başına, güclü emosiya, habelə narkoz çox olduqda, beyin silkələnməsi, elektrik travması nəticəsində, həmçinin yuxuda baş verə bilər.
Banos
Banos de Akva Santa (İspanca tələffüz: [ˈbaɲoz ðe ˈaɣwa ˈsanta]) və ya qısaca Banos — Ekvadorun mərkəzində, Tunquraua əyalətində yerləşən şəhər. Əhali baxımında Tunquraua əyalətinin Ambato şəhərindən (paytaxtıdır həmçinin) sonra ən böyük ikinci şəhəri və əsas turizm mərkəzidir. Şəhər cəngəlliyin və Amazon hövzəsini şəhərlərinin yaxınlığındakı dağlarda yerləşdiyindən "Amazonun darvazası" kimi tanınır. Banos şəhəri Tunquraua vulkanının şimal yamacında, 1820 metr yüksəklikdə yerləşir. Tunquraua vulkanının aktivliyi dövridir. Banos şəhərindən vulkandan çıxan lavaları və külü görmək olar. Vulkan Milli Politexnik Məktəbinin Geofizika İnstitutu tərəfindən öyrənilir. "Baños de Agua Santa" ispan dilində "Müqəddəs su hamamları" deməkdir. Belə ki, şəhərin ətrafında terman bulaqlar yerləşir. Bu bulaqlar tərkibindəki minerallara görə müalicəvi xüsusiyyətlərinə görə tanınır.
Cache
Keş yaddaş (ing. cache) — prosessorla əsas yaddaş arasında yerləşən kiçik tutuma və yüksək işləmə sürətinə malik yaddaşdır. ən güçlü prossessor İ7 dir. Əsasən onu təmizləyərək yaddaşı artırırlar. Bu zaman heç bir şey silinmir əksinə yenilənir Əməli yaddaşa müraciəti sürətləndirmək, kompüterin məhsuldarlığını artırmaq üçün onlarda xüsusi hazırlanmış yaddaşdan - keş yaddaşdan istifadə edilir. Bütün əsas yaddaşın sürətlə işləyən keş-yaddaş kimi hazırlanması texnoloji cəhətdən çox baha başa gələrdi. Odur ki, iqtisadi cəhətdən kiçik tutuma malik yaddaş sahəsinin sürətinin artırılması əlverişlidir. Kompüterin yaddaşına müraciət edən zaman verilənlər keş-yaddaşdan axtarılır. Buna əsas səbəb odur ki, keş-yaddaşa verilənləri axtarmaq üçün edilən müraciət vaxtı əməli yaddaşa edilən müraciət vaxtından bir neçə dəfə azdır. Keş-yaddaşın tutumu artdıqca kompüterin işləmə sürəti də artmış olur.
Canal+
Canal +, 1984-cü ildə qurulan və proqramları əsasən idman və kino tərzi olan Fransanın ilk şifrəli kanalıdır.
Canaq
Canaq – Rusiya Federasiyasının Dağıstan Respublikasının Tabasaran rayonunda yerləşən kənd. Canaq kəndi ""Ərkit kənd sovetliyinə"" daxildir. Milli tərkibi: Azərbaycanlılar. Canaq sözü dəmirçiliklə bağlı olması ehtimal edilir. Rayon mərkəzi olan Xuçni kəndindən 7,5 km şərqdə yerləşir. 2008-ci il məlumatına görə kənddə 1008 nəfər yaşayır. Əhalisinin mütləq əksəriyyətini azərbaycanlılar təşkil edir. Dini baxımdan islam dininin sünnə məzhəbində etiqad edirlər.
Canis
Canavar (lat. Canis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinə aid heyvan cinsi. Qurdun qidası ilin mövsümündən asılı olaraq müxtəlif növ gəmiricilər, quşlar, sürünənlər, onların yumurtaları, qurbağalar, kərtənkələlər, xırda yırtıcılar və kənd təsərrüfatı heyvanları təşkil edir. Yuvalarını qayalıqlarda və suya yaxın yerlərdə düzəldirlər. Farscadan gələn Canavar sözü (جانور) fars dilində "Qurd" yox, "qulyabani, xoxan, bədheybət varlıq, monster" anlamını daşıyır, lakin Azərbaycan dilinə "qurd" anlamında daxil olub. Qurd indiki anlamında (köpəkkimilərdən bir yırtıcı heyvan) sözü birinci dəfə "Divanü Lüğat-it-Türk"də (1072–1074 illər) قُرتْ [kurt] şəklində istifadə olunub və yazarın bildirdiyinə görə, qurd sözünü bu anlamda ancaq oğuzlar işlədir, başqa türk dillərində isə bu söz yalnız soxulcan anlamını daşıyır. Bəzi mənbələrə görə, qədim Türk xalqı, canavardan qorxduğu üçün, onun adını (Börü) çəkmək istəmirdilər. Bunun uğursuzluq gətirildiyinə inanırdılar. Bu səbəblə, ona kiçik bir həşəratın, soğulcanın adını — qurd adını qoydular. Beləcə, qorxusuz şəkildə onun adını səsləndirə bilirdilər.
Cannes
Kann (fr. Cannes) — Fransanın şərqində 70 min əhalisi olan şəhər. Şəhərin əsası liqurlar tərəfindən Napul körfəzinin sahilində salınmışdır. Bu şəhər Lacivərd sahilin ən məşhur kurortlarından hesab olunur. Bu şəhərin salınma tarixi dəqiq məlum deyil. 1834-cü ildə ingilis kansler Lord Breqxem İtaliya səfəri zamanı dəhşətli vəba səbəbindən səfərini yarımçıq qoyaraq bu şəhərdə məskən salmalı olur. Digər ingilis aristokratlar da bundan sonra burada məskunlaşmağa başlayırar. Kann şəhəri hər il keçirilən Kann kinofestivalı və "Kann şirləri" beynəlxalq reklam festivalına görə məşhurdur. Kannda həmçinin Avropanın əsas mobil rabitə texnologiyası yarmarkası - 3GSM World Congress keçirilir.
Canqor
Canqor — Azərbaycanın yeni ixtira olunmuş simli-mizrablı milli musiqi aləti. Alət 2016-cı ildə ixtiraçı-alim Qorxmaz Əlilicanzadə tərəfindən ixtira edilib. Canqor Azərbaycan mənşəli sözüdür. İxtiraçı Qorxmaz Əlilicanzadə aləti "Can"- Əlilicanzadə soyadının üç hərfi və "Qor" adının ilk üç hərfinin birləşməsi ilə adlandırıb. Qorxmaz Əlilicanzadə 2016-cı ildə alətin ixtirası üzərində işlərə başlayıb. Bir neçə variant üzərində təcrübələr apardıqdan sonra 2017-ci ilin yayında alət ərsəyə gəlib. Alətin ilk ustası Rizvan Qurbanovdur. Alət üzərində 1 il axtarış işləri aparılıb. Alət 2017-ci ilin dekabr ayında Xəzər Tv-nin "Xəzər Xəbər" səhər proqramında təqdim olunub. Buna baxmayaraq, ixtiraçı Qorxmaz Əlilicanzadə alətin üzərində təkmilləşdirmə işlərini davam etdirib.
Acanos
Çaqqalqanqalı (lat. Onopordum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Acanos Adans. Acanthium Heist. ex Fabr.
Banksia canei
Banksia canei (lat. Banksia canei) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin banksiya cinsinə aid bitki növü.
CanAz TV
CanAz TV (tam adı: Can Azərbaycan Televiziyası) — Türkiyədə yaşayan azərbaycanlıların televiziya kanalı. Türkiyədə yaşayan azərbaycanlılar “Can Azərbaycan Televiziyası” adlı telekanalı 2010-cu ilin yanvarında yaradıblar. Telekanalın verilişləri əvvəlcə yalnız internet, 2010-cu ilin sonunadək peyk (Türksat peyki) vasitəsilə yayımlanmışdır. Türkiyədə yaşayan azərbaycanlıların yaratdığı telekanal dünyada yaşayan azərbaycanlıların televiziyasıdır. "CanAz" TV əsasən milli-mədəni dəyərlərə üstünlük verir. Televiziya milli mədəniyyətimizin yaşaması, yayılması, tanınması və inkişaf etməsini qarşısına məqsəd qoyub. 2010-cu il fevralın 1-dən yayıma başlayacaq telekanalın fəaliyyətini www.canaz.tv internet saytından izləmək mümkündür.
CANTV
CANTV (BVC:) Venesuelada dövlət telefon və internet provayderidir. Ölkədə 1930-cu ildə qurulan ilk telefon xidməti müəssisələrindən biri idi. Venesuelada ən böyük telekommunikasiya provayderi, 1991-ci ildə özəlləşdirildi və 2007-ci ildə Ugo Çavez tərəfindən yenidən milliləşdirildi. Cantv şirkətinin müştəri bazası 9 may 2008-ci il tarixinə 10,1 milyon mobil abunəçi idi, 5,2 milyon sabit telefoniya abunəçisinə və 1,000,000 genişzolaqlı abunəçiyə sahibdir. 1930-cu ildə Gomez hökuməti "Ministerio de Fomento", Felix A. Guerreroya federal dairədə və ittifaq dövlətlərində telefon şəbəkəsinin qurulması və fəaliyyət göstərməsi üçün imtiyaz verdi Bu şirkətin səhmdarı anuel Perez Abascal, təşəbbüskar və vəkil olan Alfredo Damiron ilə 20 iyun 1930-cu ildə Venesuela Compañía Anonima Nacional Telefonosu (CANTV) şirkətini qeydiyyatdan keçirdi. Venesuela Telekommunikasiya Telekommunikasiya tarixi Cantv (Korporativ sayt, virtual ofis) Cantv.net (Portal) Movilnet Caveguías Arxivləşdirilib 2018-09-29 at the Wayback Machine Forbes Global 2000 (2007) Venezuelanalysis.com , 15 mart 2010, Venesuela-nın CANTV: 21-ci əsrdə "sotsialist" bir telekommunikasiya şirkəti nə gözləyir?
Canxot
Canxot — Krasnodar diyarında xutor. Gelencik kurort şəhəri inzibati ərazisinin Divnomorsky kənd dairəsinin bir hissəsidir. Məşhur dənizkənarı kurort yeridir. Canxot xutoru Qara dəniz sahilində, Xotetsay (adıq Vəhşi it) çayının mənsəbində, 5 km uzanan vadi boyunca yerləşir. Gelencikdən 17 km cənub-şərqdə və Krasnodar şəhərindən 185 km cənub-qərbdə yerləşir. Şimal-qərbdə Divnomorskoe və cənub-şərqdə Praskoveevka yaşayış məntəqələrinin ərazisi ilə həmsərhəddir. Canxotun orta hündürlük dəniz səviyyəsindən 194 metr hündürlükdədir. Yaşayış məntəqəsində yarımquru Aralıq dənizi iqlimi üstünlük təşkil edir. İllik orta yağıntının miqdarı 800 mm-dir (əsasən qışda). 2000-ci ilin fevral ayında şəhərdə temperatur −18,8 ° C-ə qədər düşdü.
Cenne
Cenne (fr. Djenné) — Malinin mərkəzində şəhər və şəhər kommunası. İnzibati cəhətdən Mopti vilayətinə aiddir. Cenne XIII əsrdə transsəhra ticarət yolunda Sudandan olan müsəlman tacirlər ilə Qvineyanın tropik meşələrinin sakinləri arasında məhsul mübadiləsi üçün bir yer kimi yaranmışdır. Timbuktu ilə çay yolu ilə, Toqo ilə isə meşə yolları ilə əlaqə saxlanılırdı. Sonqay imperiyasının İmperatorluğunun qurucusu Sonni Əli 1473-cü ildə yeddi illik mühasirədən sonra onu ələ keçirmişdir.
Danae
Danaya bu mənaları ifadə edə bilər:
Chone
Asırqalotu (lat. Eupatorium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Eupatorium album L. Eupatorium altissimum L. Eupatorium amabile Kitam. Eupatorium amambayense Cabrera Eupatorium anomalum Nash Eupatorium areniscophilum Cabrera Eupatorium benguetense C.B.Rob. Eupatorium camiguinense Merr. Kənafvari asırqalotu (Eupatorium cannabinum L.) Eupatorium capillifolium (Lam.) Small ex Porter & Britton Eupatorium chinense L. Eupatorium compositifolium Walter Eupatorium cordigerum Fernald Eupatorium doichangense H.Koyama Eupatorium formosanum Hayata Eupatorium fortunei Turcz. Eupatorium glehnii F.Schmidt ex Trautv. Eupatorium gnaphalioides Cabrera Eupatorium godfreyanum Cronquist Eupatorium guanyuanense S.S.Ying Eupatorium hagelundii Matzenb. Eupatorium heterophyllum DC. Eupatorium hualienense C.H.Ou, S.W.Chung & C.I Peng Eupatorium hyssopifolium L. Yapon asırqalotu (Eupatorium japonicum Thunb.) Eupatorium laciniatum Kitam. Eupatorium lancifolium Small Eupatorium leonardii Ferreras & E.E.Lamont Eupatorium leptophyllum DC. Eupatorium leucolepis Torr.
Canva
Canva — sosial media üçün onlayn qrafik redaktor platforması və proqramıdır. Canva istifadəçilərə sosial media qrafikası, təqdimatlar, afişalar və digər vizual məzmun yaratmağa imkan verən qrafik dizayn platformasıdır. Canva onlayn və cihazlarda proqram təminatı olaraq mövcuddur, daxilində milyonlarla şəkilləri, şriftləri, şablonları və illüstrasiyaları birləşdirir. Platformanın istifadəsi pulsuzdur və Canva Pro və Canva for Enterprise kimi ödənişli abunələr əlavə funksionallıq təklif edir. 2019-cu ilə olan məlumata görə, Canva 3.2 milyard dollar dəyərinə yaxın qiymətləndirilmişdir və 190 ölkədə 20 milyondan çox istifadəçisi var. Canva 1 yanvar 2013-cü ildə Avstraliyanın Pert şəhərində Melanie Perkins, Cliff Obrecht və Cameron Adams tərəfindən təsis edilmişdir. 2015-ci ildə Canva for Work istifadəyə verildi və müəssisələrə marketinq materialları istehsal etmək üçün alət təqdim etdi. 2019-cu ilin dekabr ayında Canva tələbələr və müəllimlər arasında əməkdaşlığı asanlaşdırmaq məqsədi daşıyan məktəblər və digər təhsil müəssisələri üçün pulsuz məhsul olan Canva for Education-ı elan etdi. Həmin ilin may ayında Canva təxminən 139 milyon istifadəçi məlumatının sındırıldığı təhlükəsizlik pozuntusuna məruz qaldı. Görünən məlumatlar həqiqi adlar, istifadəçi adları, ünvanlar və coğrafi məlumatlar idi.
Canal 13
Canal 13 Çilinin pulsuz yayımlanan bir televiziya kanalıdır. 21 avqust 1959-cu ildə Santyaqonun 2-ci analog kanalında Çili Papa Katolik Universitetinin bir qrup mühəndisinin rəhbərliyi ilə yayımlandı. Daha sonra televiziya stansiyası tezliyini VHF kanal 13-ə köçürdü və bu da indiki adının yaranmasına səbəb oldu. Başlanğıcda ən mühüm mərhələlərdən biri, Çilidə təşkil edilən 1962 FIFA Dünya Kubokunun yayımı idi. Luksic Group-a məxsus olan Canal 13, Çilinin ikinci ən köhnə televiziya stansiyasıdır. 2010-cu ilə qədər Şili Korporasiyası de Televisión de la Pontificia Universidad Católica de Chile (Çili Papa Katolik Universitetinin Televiziya Korporasiyası) olaraq adlandırıldı. Bununla birlikdə, stansiya Çili’də qurulduğu gündən bu yana El 13 (on üçüncü) olaraq bilinir.
Canay Gəray
Canay Gəray (ö. 1512) — Qasım xanlığının 5. xanı. Bulat Rakhimzi︠a︡nov (2009). Kasimovskoe Khanstvo : 1445-1552 : Ocherki Istorii. Kazan: Tatarskoe knizhnoe izd-vo. ISBN 9785298017213. Рахимзянов Б. Р. Крымская династия в Касимовском царстве // Точка зрения: Сборник научно-исследовательских статей. — Казань: Мастер Лайн, 2000. — С. 69—88.
Caner Topçu
Caner Topçu (25 iyun 1997, İstanbul) Türk aktyordur. Əslən Kastamonulu olan Caner Topçu, 25 iyun 1997 tarixində İstanbulda anadan olub. İbtidai təhsilini və orta təhsilini İstanbulda tamamladı. Daha sonra isə özündə aktyorluq bacarığını kəşf etdi və Harun Özer Teatr təhsili və Fulya Filazi aktyorluq təhsilini aldı. Ağ Cəhənnəm, Diqqət İnternet Var, Sarıqamış və İnamdan Zəfərə kimi bir çox teatr oyununda rol aldı. 2015-ci ildə Savadsızlar adlı kinoteatr filmində Rəcəb obrazı ilə kameraların qarşısına keçdi.
Caner Ərkin
Caner Ərkin (4 oktyabr 1988[…], Edremit[d], Balıkəsir ili) — sol cinahda çıxış edən türk futbolçu. Caner Ərkin indiyə qədər Ziko, Frank Raykard, Valeri Qazzayev, Aykut Kocaman, Ərsun Yanal, İsmayıl Kartal, Şenol Günəş kimi məşqçilərlə işləmişdir. "Manisapor" klubunda yetişən Caner ilk peşəkar müqaviləsini 2004-cü ildə imzalamışdır. Peşəkar karyerasında və "Manisaspor" forması ilk çıxdığı oyun 18 dekabr 2004-cü ildə Türkiyə 1-ci Liqası çərçivəsində "Karşıyaka"ya qarşı oyun olub. 2005–06 mövsümündə "Manisaspor"un Super Liqaya çıxmasının ardından yavaş-yavaş tanınan Caner ilk Super Liqa oyununa 16 oktyabr 2005-ci ildə "Dənizlispor"la oyunda çıxmışdır. İlk Super Liqa qolunu isə dubl etdiyi "Malatyaspor" oyununda atmışdır. 2006–07 mövsümünün 17-ci həftəsində "Manisaspor"la son oyununu keçirən Caner Ərkin 3.5 milyon £ qarşılığında "MOİK" Moskvaya keçmişdir. Caner Ərkin 7-si UEFA Çempionlar Liqası oyunu olmaqla "MOİK" Moskva formasını 33-də geymişdir, iki dəfə Rusiya kubokunun qalibi olmuşdur. Caner Ərkin 31 avqust 2009-cu ildə "Qalatasaray" klubuna 1 illiyinə icarəyə verilmişdir. Məşqlərdəki performansı ilə ilk 11-ə girməyi bacarmışdır.
Canet (Əlcəzair)
Canet (ərəb. جانت‎; fr. Djanet) — Əlcəzairin cənub-şərqində, İllizi vilayətində şəhər və kommuna. Canet dairəsinin inzibati mərkəzidir. Şəhər vilayətin cənubunda, Tassilin Accer yaylasının cənub hissəsində, ölkənin paytaxtı Əlcəzairdən təxminən 1,470 kilometr (910 mil) cənub-şərqdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 1,053 metr (3,455 ft) qədərdir.Canet kommunası İllizi və Bürc-əl-Huas kommunaları, Liviya və Niger əraziləri ilə həmsərhəddir. Sahəsi 57,460 km2-dir. Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində yağıntı demək olar ki, yoxdur (orta illik miqdarı – 18 mm). Orta illik temperatur 23,4 °C-dir.
Bankə
Bankə — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində Bankə inzibati ərazi dairəsində şəhər tipli qəsəbə. Bankə özünəməxsus zəngin tarixi olan yaşayış məntəqəsi və keçmiş balıq sənaye mərkəzidir. Kür çayının sol sahilində, Cənub-Şərqi Şirvan düzündədir. Neftçalanın ən məşhur qəsəbəsi qara kürüsü ilə məşhurdur. Deyilənlərə görə, vaxtilə Bankə qəsəbəsindən xüsusi olaraq qablaşdırılmış kürülər özəl hədiyyə kimi Stalin, Tetçer, Qandi kimi dünya liderlərinə yollanıb. Bankənin tarixi XIX əsrin I yarısından başlanır. XIX əsrdə qəsəbədə balıqçılığın inkişafına təkan verən amil yaxınlığındakı Tatar məhəllə kəndində əsası 1842-ci ildə qoyulan "Boji Promısel"-in yaranması olub. 1870-ci ildə Tiflisdə nəşr olunmuş “Cписки населенных мест Российской империи, 1859-1864 гг. Бакинская губерния, Тифлис, 1870” məcmuəsində Neftçalanın yaşayış məntəqələri haqqında verilmiş qeydlərə əsasən 1859-cu ildə Şimali Şərqi Bankədə (əvvəlki adı) 1 ev mövcud olub. Bu evin sakinləri də 12-si kişi, 7-si də qadın olmaqla, ümumilikdə 19 nəfər olub.
Çalov
Çalov — ekskavatorun və digər yerqazan maşınlarda kasa formalı, dişlərlə təmin olunmuş işçi üzvdür. Çalovda nəzərdə tutulmuş dişlər yerə bataraq onun qazılmasına imkan verir. Dişlər yüksək möhkəmliyə malik olurlar, bu çalovun yeyilməsinə və bununla onun uzunömürlülüyünə bir başa təsir edir. Ekskavatorlarda verilən tapşırığa uyğun olaraq çalovların sürətli dəyişdirilməsini təmin etmək üçün tez dəyişilən sistemlərdən istifadə edilir.
Çanqze
Çanqze (tib. བྱང་རྩེ) — Everest dağından şimalda, Çinin Tibet Muxtar Bölgəsindəki əsas Ronqbuk və Şərqi Ronqbuk buzlaqları arasında yerləşən bir dağ. Şimali Aşırımı vasitəsilə Everest dağına bağlanır. Müasir Çin xəritələrində hündürlüyü 7,543 metr (24,747 ft) olaraq verilir. Bəzi mənbələrdə isə dağın hündürlüyü 7,583 metr (24,879 ft) olaraq qeyd edilir. Changtse buzlağı şimaldan Şərqi Ronqbuk buzlağına axır. Dünyadakı üçüncü ən yüksək gölün 6,216 metr (20,394 ft) hündürülüyü olan Çanqze buzlağında olması mümkündür. Çanqzeyə ilk dəfə 1924-cü ildə Corc Mallori və Andrev İrvine ayaq basdı. Onlar Şərqi Ronqbuk buzlağındakı düşərgə yerlərini kəşf etmək üçün Çanqzenin şərq silsiləsinə qalxmışdılar. 1935 Everest ekspedisiyası zamanı Erik Şipton, Edmund Viqram və Bill Tilman Şimal zirvəsinə cəhd etdilər.
Çansa
Çansa — Çində şəhər. Xunan əyalətinin inzibati mərkəzi. Əhalisi 1,33 mln. (2003). Syantszyan çayı sahilində port. Nəqliyyat qovşağı. Çansa Çinin ən qədim şəhərlərindən biridir. E.ə. 5 əsrdən Çansanın yerində yaşayış məskənləri olmuşdur. Çjanqo dövründə (e.ə.
Çanta
Çanta — böyük olmayan əşyaların daşınması üçün nəzərdə tutulmuş, dəri və ya parçadan hazırlanan aksessuar. Bəzi heyvanların balalarını daşıması üçün qarın hissələrindəki dəri yuvalar da çanta adlanır. Daşıyacaqları əşyalardan asılı olaraq çantalar müxtəlif görünüşlərdə və növlərdə olurlar. Çantanın forması, materialı və digər xüsusiyyətləri onun təyinatından və istifadə sahəsindən asılıdır. Buna görə də çantanın bəzi növləri daima dəyişir: bəzilər qədim tarixə qovuşur, digərlər muzey eksponatlarının arasında yer alır, bəzi növləri ümumiyyətlə sadəcə unudulur və hətta adları da dildən itir. Çanta mənasına yaxın olunan sözlər bunardır: torba, kisə, xurcun, heybə, ter, səbət, cib, zənbil. Eyni zamanda texnologiyaların inkişafı ilə və yeni fəaliyyət sahələrin yaranması yeni-yeni çanta növlərinin ortaya çıxmasına səbəb olur. Bununla da dilimizə adətan başqa dillərdən xarici köklü adlar daxil olur: sumka, portfel, diplomat, keys, portmanat, çamadan, klaç və s. İndiki dövrdə çantalar hər bir yaş insanların müxtəlif vəziyyətlərdə lazım gəlir: məktəblilərə — məktəbli çantası, iş adamına — keys, səyyaha — çamadan, idmançıya — idman çantası, qadına — qadın çantası.
Canköy
Canköy (ukr. Джанкой, krımtat. Canköy, Джанкой) — Krımın şimalındakı şəhər. Krım Respublikasının ayrıca inzibati vahidini - respublika əhəmiyyətli Canköy şəhərini təşkil edən, onun tərkibinə daxil olmayan Canköy rayonunun mərkəzidir. Çox vaxt "Cankoy" adı Krım-tatar dilində can kəndi və ya sevimli kənd (dzhan - can, koy - kənd) kimi tərcümə olunur. Eyni zamanda, Krım toponimikası mütəxəssisləri Dzhankoy adını Krım tatar dilinin çöl ləhcəsində yeni kənd olan dzhan'koydan götürən etimologiyanı daha ağlabatan hesab edirlər[8].ndə can kəndi və ya sevimli kənd (can - can, koy - kənd) kimi tərcümə olunur. Eyni zamanda, Krım toponimikası mütəxəssisləri Canköy adını Krım tatar dilinin çöl ləhcəsində yeni kənd olan -canköydan götürən etimologiyanı daha məntiqli hesab edirlər. Respublikanın şimalında paytaxt Simferopoldan 90 kilometr məsafədə yerləşir. Canköy stansiyası Xarkov-Sevastopol və Xerson-Kerç xətlərinin kəsişməsində yerləşən dəmir yolu qovşağıdır. Stepnaya çayı şəhərin mərkəzindən axır, şəhərin yeganə su axınıdır.
Bankə (coğrafiya)
Bankə (alm. bank‎ və ya nid. bank) — okeanda yerləşən və dərinliyi yaxınlıqdakı sahələrə nisbətən olduqca az olan əraziyə deyilir. Okeanlarda bankələr əsasən mərcan və ya vulkanik mənşəli olur. Dənizlərdə isə bu tip coğrafi obyektlər əsasən transqressiya nəticəsində yaranır. Burada bankə quru relyef formasının qalığıdır. Əgər atoll suyun dibinə enirsə, bu zaman buna sualtı bankə deyilir. Buna isə elmi dildə kayot deyilir (enmiş atoll). Bankələrdə dəniz və okeanların zəngin bioresursları yerləşir. Bura dəniz balıqçılığının mühüm sahəsidir.
Bankə apteki
Bankə apteki — Azərbaycanda ilk aptekdir və Neftçala rayonunun Bankə qəsəbəsində yerləşir. XIX əsrin əvvəllərində Salyan qəzasının, indiki Neftçala rayonunun Tatarməhlə kəndi ərazisində XIX əsrin əvvəllərində rayonun Tatarməhlə kəndi ərazisində fəaliyyət göstərən "Allah mədəni" adlanan məşhur balıqçılıq müəssisəsi yandıqdan sonra 1841-ci ildə vətəgələr xəstəxana, inzibati idarə və yaşayış sahələri ilə birlikdə Bankəyə köçürülür. O vaxtlar yayılmış vəba, taun kimi xəstəliklərin balıqçılar arasında yayılmasının qarşısını almaq üçün zəruri tədbirlər görülürdü. Bunun nəticəsində, Azərbaycanda ilk aptek 1850-ci ildə Salyan qəzasında, indiki Neftçala rayonunun Bankə qəsəbəsində balıqçı gəmisində yaradılıb. Şəraiti ilə əlaqədar olaraq, sonralar həmin aptek, Bankə balıq vətəgəsinin binasına köçürüldü. Aptek binasınnın ikinci mərtəbəsində 1960-cı ilin əvvəllərinə kimi yaşayış binası kimidə istifadə olunub.
Bankə bələdiyyəsi
Neftçala bələdiyyələri — Neftçala rayonunun ərazisindəki bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunmuşdur. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.