Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şeşpər-şeşpər
Şeşpər-şeşpər — Azərbaycanda əsasən yazqabağı, bayramqabağı günlərdə əsasən uşaq və gənclər arasında geniş şəkildə oynanılan qədim oyunlardan biri. Şeşpər-şeşpər yazın əvvəllərində və payızda keçirilən uşaq oyunlarındandır. Bu oyun bəzi yerlərdə, əsasən də Bakı kəndlərində "Şeşpər-şeşpər", bəzi yerlərdə "Şumaqədər", bəzi yerlərdə "Şappu", bəzi yerlərdə isə "Hadar-hadar" adlanır. Oyun uşaqları çevikliyə alışdırır və onlarda güc yaradır. Bu oyun bəlkə də hərbi məşq məqsədilə yaranmış, sonra uşaq oynuna çevrilmişdir. Oyunda bir neçə nəfər iştirak edir. Hər oyunçu özü ilə 50–60 sm uzunluğunda ucları yonulmuş çoxlu ağac gətirir. Bu ağaclara şeşpər deyilir. Böyük dairə çəkilir. Oyuna ilk başlayan oyunçu püşk yolu ilə müəyyənləşdirilir.
Şeşpər
Əmud, Gürz, və ya Toppuz düşməni yaralamaq və qalxanı (zirehi) sındırmaq (dağıtmaq) üçün yaxın məsafədən istifadə edilən hərbi silah. Əmud odlu silah yaranmamışdan əvvəl istifadə edilən baş hissəsi sümük, daş, dəmir, tunc, bürünc və sairədən, sapı isə ağacdan və yaxud da tamamilə metaldan, düzəlmiş bir silahdır. Piyadaların istifadə etdikləri əmud çox sadə olmuşdur. Lakin sonradan süvarilərin istifadə etdikləri gürzlərin sapı daha uzun və at üstündən istifadə emək üçün təkmilləşdirilmişdir. Əmud hər növ qalxana və zirehə qarşı işlədilən ən yaxşı silah növü olmuşdur. Əmud (Gürz) türk dilində "bozdoğan" deməkdir. "Bozdoğan" bir ytırtıcı quş cinsidir. Əmud (Gürz), bozdoğan quşunun başındakı pipiyə bənzədiyi üçün bu adla adlandırılmışdır. Əmudun (Gürzün) baş (yumuru) hissəsi çıxıntılı və ya düz olardı. Ərəb dilində əmud "sütun" mənasında işlədilir.
Casper Cons
Casper Cons (d.15.5.1930, Corciya ştatı, Oqasta) — Amerika rəssamı, heykəltaraş və qrafik. 1949–51-ci illərdə Cənubi Karolina Universitetində təhsil almış, 1952-ci ildə Nyu-Yorka köçmüş və oradakı kommersiya rəssamlıq məktəbində oxumuşdur. 1954-cü ildə R. Rauşenberqlə görüşmüşdür; onların birgə yaradıcılıq fəaliyyəti Amerika pop-artının əsasını qoymuşdur. Consun yaradıcılığında bu yeni istiqamət "Amerika bayraqları" (1954-cü ildən), "Hədəflər" (1955-ci ildən) silsilə əsərlərində öz əksini tapmışdır. Rəssam hamıya məlum işarələri bədii şəkildə təkrarlayaraq, bir növ təsviri tavtologiyalar yaratmışdır. 1960-cı ildə Cons məişət əşyalarının (pivə bankaları və s.) tunc surətlərindən ibarət seriya yaratmışdır ("Naxışlı tunc", 1960, Rəssamlıq muzeyi, Bazel). 1960-cı illərdə Cons litoqrafiya ilə məşğul olmuşdur; çap qrafikası üsulları onun 1970-ci illərdə yaratdığı əsərlərinin formal-plastik mövzusunu müəyyən etmişdir ("Adsız", 1972, Lüdviq muzeyi, Köln). 1980-ci illərdəki yaradıcılığında ötən dövrlərin müxtəlif motivləri birləşərək, onun əsərlərinə avtobioqrafik səciyyə vermişdir ("Qaçağan düşüncə lər", 1983, Vitni Amerika incəsənəti muzeyi).
Casper Heyl
Aşağıdakı siyahıda yazıçı Stefani Mayerin Alatoran, Yeni Ay, Tutulma və Sübh romanlarından ibarət Alatoran romanlar seriyasının və həmin romanlar əsasında çəkilmiş eyniadlı filmlər seriyasının qəhrəmanları göstərilmişdir. İzabella “Bella” Mari Svon (sonra Bella Kallen) Stefani Mayer tərəfindən yazılmış “Alatoran” romanlar seriyasının əsas qəhrəmanlarından biridir. “Alatoran” romanlar seriyasına daxil olan "Alatoran ", "Yeni Ay", "Tutulma" və "Sübh" romanlarında hadisələr Bella obrazının dilindən nəql edilir. “Alatoran”da Forks, Vaşinqtona atasının yanına köçən Bella sirli Kallenlər ailəsi ilə tanış olur və Edvard Kallenə vurulur. Lakin tezliklə ailənin vampir birliyi olduğunu öyrənir. Edvardın əleyhinə olmasına baxmayaraq, Bella vampir olmaq istəyini ifadə edir. “Yeni ay”da Edvard və Kallenlər ailəsindən olan digər vampirlər Bellanı vampir aləmindən uzaq tutmaq üçün Forksu tərk edir. Quilet tayfasından olan və sonradan canavar adam olması meydana çıxan Ceykob Blek Kallenlərin şəhəri tərk etməsinə sevinərək, Bella ilə yaxınlıq etməyə çalışır. Bellanın əlaqəsindən şad olmasına baxmayaraq, Bella yalnız Edvardı sevir. "Tutulma" romanının sonunda onlar nişanlanır, “Sübh” romanında isə evlənirlər.
Çester
Çester (ing. Chester) — Böyük Britaniyanın qərbində şəhər. Çeşir qraflığının inzibati mərkəzi. Əhalisi 118,2 min nəfərdir (2011). Liverpuldan 25 km. cənubda, Di çayı sahilindədir. Çester romalıların dövründə Kastra Devana adlı Roma Britaniyasının mühüm mərkəzi idi. Erkən orta əsrlərdə tərk edilmişdir (ehtimal ki, dağıdılmışdır). Anqlsaks dövründə "Legaseaster" adlandırılmışdır (Çester adı da sonralar buradan alınmışdır). XIII əsrin ikinci yarısında İngiltərə krallarının Şimali Uelsi zəbt etmək uğrunda apardıqları mübarizənin mühüm dayaq məntəqəssi olmuşdur.
Mark Esper
Mark Tomas Esper (26 aprel 1964), 23 iyul 2019 tarixində vəzifəsinə başlamış və aktiv olaraq vəzifəsini yerinə yetirən 27-ci Birləşmiş Ştatların müdafiə naziridir. Mark Esper, Birləşmiş Ştatların Müdafiə Nazirliyinin katibi vəzifəsinə gəlməzdən əvvəl, Birləşmiş Ştatlar Müdafiə Nazirliyinin nəzdində 2017-ci ildən 2019-cu ilə qədər 23-cü Birləşmiş Ştatların ordu katibi idi. 18 iyun 2019-cu ildə prezident Donald Trumpın açıqlaması ilə ABŞ-nin müdafiə nazirinin müavini oldu. Müdafiə naziri olacağı gözlənilən Patrick M. Shanahan haqqında danışılan xəbərlər və senatda onun təklifinin rədd olunmasından sonra müdafiə nazirliyində Esper haqqında danışılmağa başlanıldı. Şanahan namizədlikdən çəkildikdən və vəzifəsindən istefa verdikdən sonra 23 iyul 2019-cu ildə Birləşmiş Ştatlar Senatı tərəfindən 90 səs lehinə, 8-i əleyhinə olmaq ilə müdafiə naziri seçildi və Birləşmiş Ştatların 27-ci müdafiə naziri oldu. 1986-2007 arasında polkovnik-leytenant rütbəsində ABŞ Silahlı Qüvvələrində 101-ci Hava-Desant Diviziyasında xidmət etmişdir.
Elroy Çester
Elroy Çester (ing. Elroy Chester; 14 iyun 1969, Texas, Cefferson - 12 iyun 2013, Texas, Hantsvill) — amerikalı seriyalı qatil, 44 yaşına iki gün qalmış Texasın Hantsvill şəhərindəki Texas Dövlət Həbsxanasında edam olunan dustaq. Elroy Çester 1998-cu ildə Texas ştatının Port-Artur şəhərində yanğınsöndürən Villi Raymana ölümcül şəkildə atəş açdığına görə məhkum olundu. O, Raymanın iki qohumuna təcavüz etdikdən sonra belə etdi. O, digər dörd cinayəti etiraf etdi və onun DNT-si on yaşlı bir qız da daxil olmaqla, üç təcavüzlə əlaqələndirildi. Həbs olunduqdan sonra o, Texas Cinayət Ədliyyə Departamentinin ağdərili əməkdaşı ilə bir mübahisə üstündə uzunsürən narazılıq səbəbindən beynində “ağdərili insanlara nifrət etdiyi” üçün bu cinayətləri törətdiyini bildirdi. Çester polis işçilərini, həbsxana gözətçilərini və hakimlərin ailələrini hədələdi və bir anda dedi “Əgər mən qaynımı vurmasaydım yenə də ağdərili insanları güllələyərək orada olardım.” Məhkəmə əsasında Çester əvvəlcə aprel aprel ayının 4-də edam edilməsi müəyyənləşsə də, edam fərmanında səhv olduğuna görə tarix geri çəkildi. İQ testlərində 70-dən az bal toplamasına, Texas Cinayət Ədliyyə Departamenti Əqli Qüsurlu Cinayətkarlar Proqramına daxil edilməsinə baxmayaraq, Texas məhkəmə sistemi Çesteri edam etmək üçün qanuni olaraq səlahiyyətli olduğuna qərar verdi. Çester faktları gizlətmək və öz mənafelərini qorumaq üçün yalan danışmaq, maska və əlcəklərdən istifadə etmək, evlərdə oğurluq etmək üçün evlərə girməzdən əvvəl xarici telefon xətlərini kəsmək bacarığına sahib olduğundan, inandırıcı şəkildə məqsədini qabaqcadan düşünməyi, planlaşdırmağı və kompleks həyata keçirməyi bacardığını göstərdi. Buna görə məhkəmə Çesterin əqli qüsurlu olduğu iddiasını dəstəkləmək üçün sübutları yetərsiz hesab etdi.
Çester Artur
Çester Alan Artur (ing. Chester Alan Arthur; 5 oktyabr 1829[…] – 18 noyabr 1886[…], Nyu-York, Nyu-York ştatı) — Amerika dövlət xadimi, hüquqşünas. Amerika Birləşmiş Ştatlarının 21-ci prezidenti (1881–1885) və 20-ci vitse-prezidenti. 1881-ci il sentyabrın 19-da prezident Ceyms Qarfildin qətlindən sonra həmin vaxt vitse-prezident vəzifəsini daşıyan Çester Artur prezident vəzifələrinin icrasına başlamış və sentyabrın 22-də konstitusiyaya sədaqət andı içmişdir. Dövlət vəzifələrinin hakim partiyanın nümayəndələri arasında bölüşdürülməsi qaydasını ləğv edərək 1883-cü ildə dövlət qulluğu haqqında qanun qəbul etmişdir. Qanuna əsasən ABŞ dövlət aparatında vəzifəyə təyinatlar müsabiqə yolu ilə həyata keçirilməyə başlandı.
Çester Benninqton
Çester Çarlz Benniqton (ing. Chester Charles Bennington, 20 mart 1976, Finiks – 20 iyul 2017[…], Palos Verdes Esteyts[d], Kaliforniya) — Amerikanın Linkin Park və Dead By Sunrise qruplarının keçmiş solisti.(2015-ci ildə Stone Cold Pilots qrupunu tərk etmişdir.) Çester 1976-cı ilin 20 mart tarixində Amerikanın Arizona ştatında anadan olur. Atası yerli polisdə detektiv, anası isə tibb bacısı işləyir.1987-ci ildə Çesterin valideynləri boşanır. Anası böyük qardaşını və bacılarından birini götürüb, Çesteri və digər bacısını atası ilə qoyur. Çesterin ilk musiqi aləti piano olur. O, yeniyetmə olanda bir çox musiqi kollektivlərində iştirak edib, lakin əksər hallarda vokalist olub. Qardaşı sayəsində o, bir çox qruplarda yer alır. Uşaqlıqda Çester içkiyə və narkotikə qurşanır. Lakin daha sonra o qardaşının sayəsində bir neçə yeni rok-qrupda çalışır. 1999-cu ildə isə Çester həmin zamanlar "Xero" adlanan Linkin Park qrupundan təklif alır.
Çester Dyui
Çester Dyui (ing. Chester Dewey, 25 oktyabr 1784 – 15 dekabr 1867) — Amerika botaniki, professor təbiətşünası, riyaziyyat, fizika, kimya geologiya və botanika müəllimi, pedaqoq və nazir Families and Natural Orders of Plants. History of the Herbaceous Plants of Massachusetts. The True Place of Man in Zoology. An Examination of some Reasoning's against the Unity of Mankind.
Çester Karlson
Çester Karlson (ing. Chester Carlson; 8 fevral 1906; Sietl — 19 sentyabr 1968; Nyu York — ABŞ fiziki, kseroqrafiyanın banisi. Çester Karlson 1906-cı il, 8 fevral tarixində Sietldə İsveç mühacirinin ailəsində dünyaya gəlib. Atası və anası xəstə olduğundan Çester artıq on dörd yaşından işləməyə və ailəyə maddi cəhətdən kömək etməyə başlayır. O, çətinliyə baxmayaraq "Riverside Junior College" kollecini bitirərək Kaliforniya Texnologiya İnstitutuna daxil olur. Karlson 1930-cu ildə fizika sahəsində bakalavr dərəcəsinə layiq görülür, 1936-cı ildə "New York Law School" hüquq təhsil müəssisəsinə qəbul olur. O, Nyu-Yorkda "Bell Telephone Laboratories" laboratoriyasında çalışmağa başlayır. Ancaq böyük böhranın başlanması ilə vəziyyət dəyişir, gələcək ixtiraçı işdən çıxarılır. Bir ildən sonra Karlson "PR Mallory Company" (hal-hazırda Duracell) şirkətində çalışmağa başlayır, tezliklə patent bölməsinin rəhbəri olur. 1934-cü ildə Karlson Çester sənədlərin üzünün alınmasının tez və rahat üsulunu işləyib hazırlamağa başlayır.
Çester Nimits
Çester Uilyam Nimits (24 fevral 1885[…] – 20 fevral 1966[…]) - amerikan donanmaçısı, admiral. İkinci dünya müharibəsi zamanında ABŞ-nin Sakit okean donanmasının baş komandanı. Şərəfinə aviadaşıyıcı adlandırılmışdır.
Casper milli parkı
Casper milli parkı — Kanadanın qayalı dağlarında ən böyük milli park. Norz Vest Kompani üçün bölgədə ticarət mağazası olan Casper Hovesin şərəfinə adlandırılmışdır. 1907-ci il sentyabr ayının 14-də Casper Forest Park adı altında yaradılmışdır. 1930-cu ildə park statusunu almışdır. 2014-cü ildə Casper milli parkının 2154710 ziyarətçisi vardı. Kanadanın qərbində, Albert əyalətindədir. Sahəsi təqribən 1,1 mln. ha. 1907-ci ildə Atabaska çayının yuxarı axınında, Qayalı dağların iynəyarpaqlı meşələrlə və Alp çəmənləri ilə örtülü şimal yamaclarında (3747 m-ədək yüksəlikdə) yaradılmışdır; buzlaqlar var. Heyvanlardan qara və qonur ayı (qrizli), maral, dələ, vaşaq, puma, qar qoyunu; təqribən 200 növ quş məskunlaşmışdır.
Ceklər
Ceklilər və ya ceklər — Azərbaycan Respublikasıda Şahdağ xalqlarının nümayəndələrindən biri; aborigen azərbaycanlılar. Azərbaycan Respublikasında irili-xırdalı onlarla xalqlar, etnik qrupların nümayəndələri yaşayırlar ki, onlardan biri də, Azərbaycan Respublikasının şimal-şərq hissəsində, Böyük Qafqazın Şahdağ platosu boyunca məskən saldıqları üçün Şahdağ qrupu kimi fərqləndirilən, sayca azlıq təşkil edən, milli etnik qruplardan biri olan ceklilərdir. 1926-cı ildə Quba qəzası üzrə özünü cekli hesab edən cəmi 9 nəfər qeydə alınmışdır. Lakin maraqlıdır ki, bu qəzada cek dilini ana dili hesab edənlərin sayı 3176 nəfər idi. Onlardan 764 nəfəri Quba qəzasının Anıx dairəsində, 1267 nəfər Qonaqkənd dairəsində, 1 nəfər Qusar dairəsində, 492 nəfər Xaçmaz dairəsində və 652 nəfər isə Xudat dairəsində yaşayırdı. Bundan başqa, 1926-cı ildə Nuxa qəzasının Vartaşen dairəsində də cek millətindən 590 nəfər qeydə alınmışdır və onlar hamısı cek dilini ana dilləri hesab edirdilər. Əsrlər boyu Quba-Xaçmaz bölgəsində məskunlaşan və Azərbaycanın aborigen xalqlardan sayılan, qədim alban tayfalarından biri olan ceklilərin tarixi məskənləri və mərkəzi iqamətgahları Quba rayonunun Cek kəndidir. Çox qədim tarixə malik yaşayış məskəni olan Cek kəndi Quba şəhərinin 35 kilometr cənub-qərbində, 41°11′49″ şimal enində və 48°14′30″ şərq uzunluğunda, dəniz səviyyəsindən 1643 metr yüksəklikdə, Qudyalçayın sahilində yerləşir. Kənd əhalisinin yaşayış sahəsi təqribən 7 kilometrlik radiusu əhatə edir. Şimaldan Qrız, cənubdan Əlik, şərqdən Yergüc, qərbdən isə Qalayxudat kəndləri ilə əhatə olunub.
Cessur
Cessur — Banqladeşin cənub-qərbində, Khulna vilayətində şəhər. Əhalisi 260,8 min (2010). Bhayrab çayı sahilində yerləşir. Dəmiryol stansiyası. Aeroport. Şəhər Kəlkətədən Dəkkəyə gedən yolun üstündə ticarət mərkəzi kimi inkişaf etmişdir. Politexnik institut; Cessur dairə məktəbi (1838; ölkənin qədim və ən nüfuzlu dövlət məktəblərindən biri), Racşahi Universitetinin 4 kolleci və s. var. Kütləvi kitabxana (1854; Banqladeşdə ilk kitabxanalardan biri) fəaliyyət göstərir. Cessur mühüm sənaye mərkəzidir.
Çəpər (Zəncan)
Çəpər — İranın Zəncan ostanında kənd.. Mərkəzi şəhristanının Ətraf bölgəsinin Çaypara kəndistanında, Zəncan şəhərindən 30 km şimal-qərbdədir.
Qərbi Çester Universiteti
Vest Çester Universiteti (ing. West Chester University) — ABŞ-nin Pensilvaniya ştatında yerləşən dövlət universiteti. Əsası 1871-ci ildə Pensilvaniya əyalətində ali təhsilin instusionallaşdırılması ilə qoyulmuşdur. Yerləşdiyi şəhərin ən böyük dövlət universitetidir. Hazırda 6 kollec və 1 peşə məktəbində 118 bakalavr, 103 magistr və 4 doktorantura proqramı üzrə təhsil alan 17719 tələbəsi vardır. Əsas kampusları Filadelfiya və Vest Çester şəhərlərində yerləşir. Universitetin tədqiqat fəaliyyəti səlahiyyətli orqan olan Mərkəzi Ştatlar üzrə Ali Təhsil Komissiyası tərəfindən tənzimlənir. Bundan əlavə, ali təhsil müəssisəsi Pensilvaniya Dövlət Ali Təhsil Sisteminin tərkib hissəsidir. Forbes jurnalının dərc etdiyi siyahıya görə Vest Çester Universiteti ABŞ-də yerləşən dövlət universitetləri arasında ən nüfuzlu 150 ali təhsil ocağı arasında yerləşir. Həmçinin Vest Çester Universiteti 2019-cu ildə "U.S. News" reytinq cədvəlində ABŞ-nin şimal ştatlarında fəaliyyət göstərən 1400 universitet arasında 17-ci yerdə qərarlaşmışdır.
Vest Çester Universiteti
Vest Çester Universiteti (ing. West Chester University) — ABŞ-nin Pensilvaniya ştatında yerləşən dövlət universiteti. Əsası 1871-ci ildə Pensilvaniya əyalətində ali təhsilin instusionallaşdırılması ilə qoyulmuşdur. Yerləşdiyi şəhərin ən böyük dövlət universitetidir. Hazırda 6 kollec və 1 peşə məktəbində 118 bakalavr, 103 magistr və 4 doktorantura proqramı üzrə təhsil alan 17719 tələbəsi vardır. Əsas kampusları Filadelfiya və Vest Çester şəhərlərində yerləşir. Universitetin tədqiqat fəaliyyəti səlahiyyətli orqan olan Mərkəzi Ştatlar üzrə Ali Təhsil Komissiyası tərəfindən tənzimlənir. Bundan əlavə, ali təhsil müəssisəsi Pensilvaniya Dövlət Ali Təhsil Sisteminin tərkib hissəsidir. Forbes jurnalının dərc etdiyi siyahıya görə Vest Çester Universiteti ABŞ-də yerləşən dövlət universitetləri arasında ən nüfuzlu 150 ali təhsil ocağı arasında yerləşir. Həmçinin Vest Çester Universiteti 2019-cu ildə "U.S. News" reytinq cədvəlində ABŞ-nin şimal ştatlarında fəaliyyət göstərən 1400 universitet arasında 17-ci yerdə qərarlaşmışdır.
Anna Espar
Anni Espar (d. 8 yanvar 1993) — İspaniyanı təmsil edən su poloçusu. Anni Espar, İspaniya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:8 hesabı ilə məğlub olan İspaniya yığması, London Olimpiadasının gümüş medalına sahib oldu. Daha sonra Anni Espar, İspaniya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasını 11:6 hesabı ilə məğlub edən İspaniya yığması, Rio-de-Janeyro Olimpiadasını beşinci pillədə başa vurdu.
Anni Espar
Anni Espar (d. 8 yanvar 1993) — İspaniyanı təmsil edən su poloçusu. Anni Espar, İspaniya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:8 hesabı ilə məğlub olan İspaniya yığması, London Olimpiadasının gümüş medalına sahib oldu. Daha sonra Anni Espar, İspaniya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasını 11:6 hesabı ilə məğlub edən İspaniya yığması, Rio-de-Janeyro Olimpiadasını beşinci pillədə başa vurdu.
Klara Espar
Klara Espar (d. 29 sentyabr 1994) — İspaniyanı təmsil edən su poloçusu. Klara Espar, İspaniya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasını 11:6 hesabı ilə məğlub edən İspaniya yığması, Rio-de-Janeyro Olimpiadasını beşinci pillədə başa vurdu.
Lespar-Medok (rayon)
Lespar-Medok (fr. Lesparre-Médoc) — Fransanın Akvitaniya regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Jironda. Suprefektura — Lespar-Medok. Rayon əhalisi 2006-cı ildə 45 602 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 35 nəf / km². Rayon sahəsi — 1318 km².
Creeper
Creeper — dünyada ilk kompüter virusu. Creeper 1971-ci ildə ABŞ Müdafiə Nazirliyinin Perspektiv tədqiqat agentliyinə xidmət göstərən şirkətin əməkdaşı tərəfindən yaradılıb. Amma "Creeper"i "yetkin" virus saymayanlar da var.
Dəstər
Dəstər — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Dəstər Lerik rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Ləmər çayının (Lənkəran çayının qolu) sahilində, Peştəsər silsiləsinin yamacındadır. Yerli əhali Daster kimi tələffüz edir. Kəndin ilk sakinləri Cənubi Azərbaycandan gəlmiş talışlar olmuşlar. Tədqiqatçıların məlumatına görə, kəndin əhalisi oturaq həyata keçdikdən sonra maldarlıq məhsullarını taxıla dəyişir, taxılı əl dəyirmanında üyüdürdülər. Hər ailədə əl dəyirmanı olduğundan onların məskunlaşdığı ərazi də Dasdar (TalıŞərq "əl dəyirmanı, kirkirə") adlandırılmışdır.
Həştpər
Həştpər — İranın Gilan ostanında yerləşən şəhər. Həştpər əhalisinin çoxluğunu azərbaycanlılar və talışlar təşkil edir. Şəhərdə 2016-cı il siyahıya alınmaya görə 54,178 nəfər yaşayır (15,688 ailə).
Kemper
Kemper(fr. Quimper)— Fransanın Bretan regionunun rayonlarından biri. Departament — Finister. Superfektura — Kemper. Rayon əhalisi 2006-cı ildə 310 442 təşkil edir. Əhalinin sıxlığı -141 nəf./km². Sahəsi — 2202 km².
Lester
Lester — Böyük Britaniyada, İngiltərədə şəhərdir.
Leşkər
Leşkər — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Ləşkər oyk., sadə. Gədəbəy r-nunun Kiçik Qaramurad i.ə.v.-də kənd. Orta dağlıq qurşaqdadır. Leşkər variantmda da qeydə alınmışdır. Yaşayış məntəqəsini vaxtilə Qazax mahalından gəlmiş ailələr xalq arasında Leş- kar adlanan yerdə salmışdılar. Ləşkər İran dillərində "qoşun, ordu", "düşərgə" mənalarında işlənir. Yerli əhalinin məlumatma görə, vaxtilə İran şahının qoşunu bir müddət burada düşərgə saldığına görə həmin yerə bu ad verilmişdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 670 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Məsdər
Məsdər — həm felin, həm də ismin xüsusiyyətlərini özündə daşıyan sözlər. Nə etmək?, Nə olmaq? suallarından birinə cavab verir. Məsdər feillərə -maq2 bəzən də -ma2 şəkilçisini artırmaqla düzəlir. Sonuncu hecasında qalın sait olan fellərə -maq, incə sait olan fellərə isə -mək şəkilçisi əlavə edilir. Məsələn, yaz-maq, eşit-mək. Lüğətlərdə feillər məsdər formasında yazılır. Feil və ondan əmələ gələn məsdər eyni leksik məna bildirir. Məsələn, götür və götürmək sözlərinin leksik mənaları arasında fərq yoxdur, amma qrammatik mənaları müxtəlifdir. Məsdər təsdiq və inkarda işlənə bilir.
Məskər
Məskər (ərəb. معسكر‎) və ya Maskara (fr. Mascara) — Əlcəzairin şimal-qərbində, eyniadlı vilayətin inzibati mərkəzi olan şəhər. Xobra çayı üzərində yerləşir. Maskara inzibati, ticarət və kommersiya mərkəzidir. Dəri məmulatları, taxıl, zeytun yağı və şərab istehsal olunur. Maskara şəhərinin əsası 1701 -ci ildə qoyulmuşdur. Burada Osmanlı imperiyasının hərbi qarnizonu olmuşdur. Şəhərin adı ərəb dilində "hərbi düşərgə" mənasını verir. İndiki ad ərəb dilindəki adı fransız dilinə uyğunlaşdırılmış variantıdır.
Məşhər
Qiyamət günü və ya məşhər günü — İbrahimi dinlərin esxatologiyasında - əməlisalehləri və günahkarları müəyyən etmək, əvvəlkinin mükafatını və sonuncunun cəzasını təyin etmək üçün Allahın insanlar üzərində etdiyi son məhkəmə. Yəhudilikdə Qiyamət günü hamının dirilməsindən sonra Allahın məhkəməsidir, bunun ardınca əməlisalehlərin əbədi səadəti və günahkarların isə əbədi əzabı gələcəkdir. Hamının dirilməsi o deməkdir ki, müəyyən bir zamanda bütün ölülər cismani olaraq diriləcəklər. Yeşaya, Yezekel, Daniel və başqaları kimi yəhudi peyğəmbərləri ölülərin dirilməsi haqqında danışmışlar. Belə ki, Daniel peyğəmbər bu barədə belə deyir: Torpağın altında uyuyanların bir çoxu oyanacaq, bəziləri əbədi həyata, bəziləri isə əbədi təhqir və rüsvayçılığa düçar olacaq. — Дан. 12:2 Xristianlıqda ümumi dirilmə, Qiyamət günü və intiqam doqması əsas olanlardan biridir. İncildə deyilir: “Ata heç kəsi mühakimə etmir, lakin bütün hökmü Oğula verib... hökmü ona icra etmək səlahiyyəti verib, çünki O, Bəşər Oğludur » ( Ин 5:22, Ин 5:27 ). Bu səbəbdən xristianlar inanırlar ki, İsa Məsih “özü və bütün müqəddəs mələklər Onunla birlikdə gələndə ” bütün xalqları mühakimə edəcək ( Мф 25:31).
Çexlər
Çexlər və ya Çex xalqı (çex. Češi, [ˈtʃɛʃɪ], arxaik tələffüzü çex. Čechové [ˈtʃɛxɔvɛː]) - qərbi slavyan xalqı, Çexiya Respublikasının əsas əhalisi. Ümumi sayı 12 milyona yaxındır. Çexlər slovak və lujitsa dillərinə çox yaxın, slavyan dillərin qərbi-slavyan qrupuna daxil olan çex dilində danışırlar. Müasir dövrdə çexlər əhəmiyyətli sayda Fransada, Böyük Britaniyada, ABŞ-də, Slovakiyada, Xorvatiyada, Avstriyada və Polşada yaşayırlar. Çex xalqının əcdadları hələ qədim dövrdən müasir Çexiyanın Bohemiya, Moraviya və Sileziya tarixi bölgələrində məskunlaşmışdırlar. Çex sözünün mənşəyinin uzun bir tarixi var və bunun elmi izahını ilk dəfə Yozef Dombrovski cəhd göstərmişdi. Ehtimala görə, «çex» sözü kiçiltmə mənasını verən *čelověkъ və *čelędь sözlərin və *-xъ şəkilçisinin (qədim slavyan ön şəkilçisi olan *čel-) köməyi ilə yaranmışdı, yəni "çex" sözünün daxili forması — «nəslin bir üzvü» mənasını daşıyır. Bir etnos kimi çexlər bugünkü Bohemiya, Moraviya, Sileziya və qonşu ərazilərdə formalaşıblar.
Çeşmək
Eynək, gözlük və ya çeşmək — insanın gözlərinin qarşısında saxladığı, müxtəlif üsullarla bərkidilən bir cüt linza və ya digər şəffaf materialdan hazırlanan lövhəciklər. Eynəklərin müxtəlif təyinatları vardır: Optik eynəklər Günəş eynəkləri Üzgüçülər üçün eynəklər Sürücü eynəkləri Yüksək müdafiəli eynəklər "Xameleonlar" Şaxtaçılar üçün eynəklər 3 ölçülü film eynəyi və s. Adi gün eynəkləri orta qurşağın tələblərinə cavab verən yay eynəkləridir. Yüksək müdafiəli eynəklər isə ilk növbədə hündür dağlıq ərazi, qütbarxası ərazilər, ozon anomaliyalı regionlar üçün nəzərdə tutulub. Onlar həm yay, həm də qış mövsümü üçün vacibdir. Optik eynəklər görmə qabiliyyəti zəif olan insanlar üçün nəzərdə tutlur. Yaxındangörməni səpici linzalı eynək, uzaqdangörməni isə toplayıcı linzalı eynək taxmaqla aradan qaldırırlar. İlk eynək elə optik eynək olmuşdur. O 1280-ci ildə italyada ixtira olunmuşdur və bu ixtiranın müəllifi Salvinio delli Armati olmuşdur. Əşyaların daha yaxşı görünməsini təmin edirdi.
Çəlpək
Çəlpək (türkm. Çelpek; qaz. шелпек; qırğ. май токоч, челпек; özb. чалпак; uyğ. чалпак) — Orta Asiya türklərinin ənənəvi çörəklərindən biri. un süd şəkər kərə yağı qaymaq soda duz bitki yağı Xəmir top şəklində düzülür və qızıl rəngə çatana kimi isti bitki yağı ilə qızardılır. Çəlpək maya ilə də hazırlana bilər, beləliklə xəmir daha uzun müddət yumşaq qalır. Verilən vəziyyətdə xəmir hazırlamaq üçün resept bursak (bağırsaq) üçün işlədilən reseptə bənzəyir . Çəlpək Çəlpək / Tatar mətbəxi .