Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Charm School
Charm School - Roxette qruppunun albomudur.
Australian Singles Chart
ARIA Charts - Avstraliyada "Australian Recording Industry Association" tərəfindən yayımlanan rəsmi hit parad.
Canadian Singles Chart
Canadian Singles Chart — Kanadanın rəsmi hit paradı. Hit parad hər həftənin Çərşənbə günü yayımlanır.
Danish Singles Chart
Track Top-40 - Danimarkanın rəsmi hit paradı. Hit parad sinql satış miqdarı və dijital yükləməyə əsasən tərtib edilir.
Dutch Singles Chart
Dutch Top 40 (nid. Nederlandse Top 40) - həftəlik musiqi hit paradı. Hit parad ilk dövrlərdə "Veronica Top 40" adı ilə yayımlanmışdır. Radio Veronicanın tədim etdiyi hit parad ABŞ-nin Billboard Hot 100 hit paradına bənzəyir.
Finnish Singles Chart
Finland's Official List (fin Suomen virallinen lista, isv. Finlands officiella lista) - 1991-ci ildən "ÄKT (IFPI Finland)" tərəfindən tərtib edilən Finlandiya hit paradı.
Irish Singles Chart
The Irish Singles Chart — İrlandiyada "Irish Recorded Music Association" tərəfindən təqdim edilən həftəlik hit parad.
Italian Singles Chart
İtaliya Musiqi Sənayesi Federasiyası (The FIMI) (it. Federazione Industria Musicale Italiana, ing. Federation of the Italian Music Industry) — İtaliyada musiqi sənayesində fəaliyyət göstərən şirkət. Şirkət 1992-ci ildə qurulub. 2011-ci ildə FIMI İtaliyanın musiqi sənayesində işləyən 2500-dən çox şirkəti təmsil edirdi. Şirkətin əsas məqsədi İtaliya səsyazma şirkətlərinin maraqlarını qorumaqdır. 2010-cu ilin iyul ayından etibarən federasiyanın prezidenti Enço Maççadır.
Norwegian Singles Chart
VG-lista — Norveçdə yayımlanan hit parad. Hit parad hər həftə Verdens Gang qəzetində və "Norwegian Broadcasting Corporation"ın "Topp 20" verilişində yayımlanır.
Spanish Singles Chart
İspaniya Musiqi Prodüsserləri (isp: Productores de Música de España, qısa şəkildə PROMUSICAE) - İspaniyada musiqi industriyasında fəaliyyət göstərən şirkət.
Swedish Singles Chart
Sverigetopplistan — yayımlandığı ilk dövrlərdə Topplistan və Hitlistan adlarıyla tanına İsveçin rəsmi hit paradı.
Swiss Singles Chart
The Swiss Music Charts (alm. Schweizer Hitparade‎) - İsveçrənin əsas musiqi hit paradı.
UK Singles Chart
UK Singles Chart - Böyük Britaniyanın rəsmi hit paradı. Hit parad nüfuzuna görə yalnız ABŞ -ın Billboard Hot 100 hitparadı ilə müqayisə edilə bilər.
Turkey Top 20 Chart
Türkiye Top 20 — Türkiyədə tərtib edilən hit parad. Hit parad 2006-cı ildən etibarən "Billboard Türkiye" tərəfindən tərtib edilir.
CRAMM
CRAMM (CCTA Risk Analysis and Managment Method) CRAMM riskin analizi vә idarә edilmәsi metodologiyası 1985-ci ildə Britaniya Mərkəzi kompüter və telekommunikasiya agentliyi (CCTA) tərəfindən işlənmişdir. CRAMM proqram təminatı müxtəlif növ təşkilatlar üçün nəzərdə tutulmuşdur, onlar öz biliklər bazası – profillərlə fərqlənirlər. == Ədəbiyyat == İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
Carmo
Carmo - İraqın Süleymaniyyə şəhəri yaxınlığında, dəniz səviyyəsindən 800 metr yüksəklikdə yerləşən Zaqros dağlarının qərb yamaclarında erkən Neolit dövrünə aid (e.ə. VII minilliyin I yarısı) aid yaşayış məskəni.Carmo qədim yaşayış məskəni İraqın qədim tarix üzrə departamenti tərəfindən aşkar edilmişdir. Arxeoloq R.Breydvudun rəhbərliyi ilə Amerika Birləşmiş Ştatlarının Çikaqo Universitetinin arxeoloji ekspedisiyası burada qazıntılar (1948, 1950-1951, 1954-1955) aparmışdır.. R.Breydvud Carmoda aşkar olunan maddi mədəniyyət nümunələri əsasında ilk dəfə İraq ərazisində Neolit inqilabı prosesini tədqiq etmiş və Yaxın Şərqdə istehsal təsərrüfatının meydana gəlməsi mərkəzlərindən biri olan Zaqros mədəni birliyi haqqında fərziyyə irəli sürmüşdür. Sahəsi təqribən 1,3 hektar olan ərazidə 6-dan 16-yadək mədəni təbəqə aşkar edilmişdir. Məskəndə eyni zamanda 25-ə qədər ev olmuşdur. Çox zaman iri çaydaşından ibarət bünövrə üstündə tikilən divarlar gillə bərkidilmiş yastı saman kərpiclərdən hörülürdü. 5-ci təbəqədə digər evlərdən aralı yerləşən ev 10 kvadrat metr sahəsi olan yaşayış otağından və bir neçə təsərrüfat tikilisindən ibarət idi. Tikililərdən birində bacası olan dairəvi tağlı soba yerləşirdi. Nukleuslar, bıçaqvari lövhələr, çaxmaqdaşı və dəvəgözüdən (obsidan) həndəsi formalarda çoxsaylı mikrolitlər (o cümlədən, üst təbəqələr üçün səciyyəvi olan quraşdırma alətlərin içlikləri) bazalt dəndaşılar, toxmaqlar, oxranın əzilməsi üçün paletkalar aşkar olunmuşdur, yarımkürəvi daş kasalar, yastı oturacaqlı qədəhlər və yastı piyalələr səciyyəvidir.
Carum
Zirə (lat. Carum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki təsviri == Hündürlüyü 30-60 sm, gövdəsi düz, yuxarı hissəsi budaqlıdır. Yoğun köklərə malikdir. Yarpaqları dövrəsində uzunsovdur, aşağıdakılar uzun saplaqlıdır. Çiçəkləri mürəkkəb çətir şəklində yerləşmişdir, ləçəkləri ağdır və ya çəhrayı rəngdədir. Meyvəsi iki tərəfdən sıxılmış şəkildə uzunsovdur, yetişdikdə 2 toxuma ayrılır. Özünəməxsus güclü ətirli iyə, acı, yandıran ədviyyəli dada malikdir. Ədviyyat kimi çörəkbişirmə, qənnadı və konserv sənayesində işlədilir. İyun-iyul aylarında çiçəkləyərək iyul-avqust aylarında meyvə verir.
Chaff
Chaff və ya Saçılma hərbi aviasiyada döyüş təyyarələri və vertolyotları tərəfindən düşmən radar vahidlərini aldatmaq üçün istifadə olunan bir əks tədbirdir. Pilotun işə salması ilə daxili çox nazik alüminium, mis, metalize edilmiş lif və ya plastik ilə doldurulmuş şaft silindrləri təyyarə ilə təhlükə elementi arasında partladılır (məsələn, düşmən radarı və ya yaxınlaşan döyüş raketi) və yüngüllüyünə görə bir müddət havada asılı olaraq qalan metal bulud təbəqəsi yaranır. Nəticədə düşmən radarından gələn radiodalğaları bu təbəqədən əks olunaraq alıcıya qayıdacaq və bu səbəbdən arxasındakı təyyarəni tanımaqda çətinlik çəkəcəkdir.
Chgrp
chgrp — Unix əməliyyat sistemlərində faylın daxili olduğu qrupu dəyişmək üçün komandadır. == Nümunə == test.cpp faylı root qrupuna daxildir. chgrp ilə onun test.cpp faylının qrupu rootdan sys-ə dəyişdirildi.
Chiara
Chiara (25 sentyabr 1976) − Malta müğənnisi. Kyara 25 sentyabr 1976-cı ildə Valettada - Maltada anadan olmuşdur. == Avroviziya Mahnı Müsabiqəsində == 2009 Avroviziya Mahnı Müsabiqəsində What If We adlı mahnı ilə Maltanı təmsil etdi. Lakin uğur qazana bilmədi.Kyara həm də 2005 Avroviziya Mahnı Müsabiqəsində ölkəsini "Angel" (Mələk) adlı mahnı ilə təmsil etmiş və ikinci olmuşdur. Həmçinin 1998-ci ildə Avroviziya Mahnı Müsabiqəsində "The One That I love" adlı mahnı ilə Maltaya bir üçüncülük qazandırmışdır.
Dharma
Dharma və ya dhamma (sanskr. धर्म dharmaIAST, dhammaIAST "təlim", "qanun") — hind fəlsəfəsi və hind dinlərində ən vacib anlayışlardan biridir. Dharma, kosmik nizamı qorumaq üçün zəruri olan müəyyən edilmiş norma və qaydaların məcmusu kimi təsvir edilə bilər. Dharma anlayışına ekvivalent tapmaq çətindir. "Dharma" sözü hərfi olaraq "tutan və dəstəkləyən" kimi tərcümə olunur (Sanskrit köklü söz dhar və ya dhri dhṛ - "tutmaq, dəstək vermək" deməkdir). Kontekstdən asılı olaraq, dharma "mənəvi prinsiplər", "dini vəzifə", "ümumbəşəri olma qanunu" və s. kimi tərcümə oluna bilər. Dharma, hind dinlərinin doktrinalarında əsas rol oynayır, hər biri dharmik prinsiplərini qəbul edir və tətbiq edir. Hind dini ənənələrində, dharma normalarına uyğun yaşayan insanların mokşa ya da nirvanaya nail olmaları ümumiyyətlə qəbul edilir. Hind cəmiyyətində dharma, hər bir şəxsin hüquq və vəzifələri barədə dini və mənəvi bir doktrinadır.
Ehram
Piramida (yunanca πυραμίς pyramis) və ya ehram — təqribən həndəsi piramida ilə oxşar quruluşa malik, yerüstü səthi üçtərəfli olub və tərəfləri təpədə bir nöqtədə birləşən üçbucaq formalı tikilidir. Ehramın bünövrəsi üçbucaq, dördbucaq və ya istənilən digər çoxbucaqlı formasında ola bilər. Belə ki, ehramın ən azı 3 yerüstü üçbucaq səthi (bünövrə ilə birlikdə isə ən azı 4 üzü) var. Dördbucaq bünövrəyə və 4 üçbucaq yerüstü səthə malik ehram forması piramidanın bizə məlum olan ən məşhur variantıdır. Ehramların inşasında zəminə daha yaxın olan hissədə əsas kütlənin cəmlənməsi və üst hissədə piramidaının yerləşməsi onu göstərir ki, ehram üzərində nə qədər az material olarsa yuxarıdan olan təzyiq də o qədər çox olacaqdır. Materialın kütləsinin bu formada bölüşdürülməsi erkən sivilizasiyalara davamlı sanballı tikililər inşa etmək üçün əlverişli şərait yaratmışdır. Dünyanın bir çox hissələrindən olan sivilizasiyalar ehramların inşası ilə məşğul olmuşlar. Min illər boyu yer üzərində ən böyük tikililər ehramlar olmuşdur. Bunlara Misirdə Dəşur nekropolundakı Qırmızı Ehram və Dünyanın 7 qədim möcüzəsindən biri olan Böyük Küfü ehramını nümunə göstərmək olar. Küfü ehramının inşasında əsasən sal qayadan (bəzi daxili hissələrində geniş qırmızı qranit daşlardan) istifadə olunub və bu tikili gözəl memarlıq nümunəsi hesab olunur.
Haram
Haram (ərəb. حرام‎) — yerinə yetirildikdə günah yazılan, ondan çəkindikdə isə axirət savabı yazılan əməl, yaxud böyük günah. Hər dində haramın nə olduğu haqqında fərqli görüşlər var. Bəzən eyni bir dinin məzhəbləri arasında belə bir şeyin haram olub-olmaması mübahisə doğura bilir. Bununla belə, əksər dinlərdə yalan, cinayət, əxlaqsızlıq, paxıllıq, oğruluq, sehr kimi şeylər günah sayılır. Bəzi əməllər isə bir dində savab sayıldığı halda digərində haramdır. Məsələn, bütü sındırmaq islamda böyük savab olduğu halda bütpərəslikdə haramdır. == İslamda haram == Allahın qəti şəkildə, açıq dəlillərlə bildirdiyi və qəti qadağan etdiyi əməllərdir. Qumar oynamaq, yalan danışmaq, içki içmək, qeybət etmək, başqalarının haqqını tapdalamaq, dedi-qodu etmək kimi, Qadağan olunmuş əməlləri işləmək günahdır, bu günahı tərk etmək (işləməmək) isə savabdır, Haram buyurulmuş bir işi inkar edib halal hesab edən insan dindən çıxmış olur. == Xristianlıqda haram == Yəhudilikdən fərqli olaraq Xristianlıqda haram anlayışına o qədər də önəm verilməmişdir.
LHARC
LHARC – faylların sıxlaşdırılması üçün sadə utilitdir. 1988-ci ildə Haruyasu Yoshizaki tərəfindən işlənib hazırlanmışdır. LHARC utuliti özünü arxivdən çıxaran icra faylları yarada bilir, yəni bir və ya daha artıq faylların tərkibini sıxlaşdırmaqla yanaşı, arxivə kiçik arxivaçma proqramı da əlavə olunur, bütün arxiv isə uzantısı EXE adlanan bir fayldan ibarət olur. Arxivi açmaqdan ötrü, sadəcə, arxivin adını yığmaq və onu çalışdırmaq yetərlidir. Sıxlaşdırılmış fayllar avtomatik olaraq arxivdən çıxarılacaq və diskdə ilkin vəziyyətləri və ilkin adları ilə yerləşdiriləcəkdir. Yəni sıxlaşdırılmış faylları açmaq üçün ayrıca proqram lazım olmayacaq. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
PyCharm
PyCharm — xüsusi olaraq Python dili üçün kompüter proqramlaşdırmasında istifadə olunan inteqrasiya edilmiş inkişaf mühitidir. Çex və rus şirkəti JetBrains tərəfindən hazırlanmışdır. Kod təhlili, qrafik ayırıcı, inteqrasiya olunmuş bir cihaz sınayıcısı, versiyaya nəzarət sistemləri (VCSes) ilə inteqrasiya təmin edir və Django ilə veb inkişafını, həmçinin Anaconda ilə birlikdə Məlumat Elmini dəstəkləyir. PyCharm Windows, macOS və Linux versiyaları olan çarpaz platformadır. Community Edition və Apache Lisenziyası, altında buraxılmışdır və əlavə xüsusiyyətlərə sahib Professional Edition da var:Mülkiyyət Lisenziyası.
Vyarm
Vyarm (fr. Viarmes) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Sarsel, kanton — Viarm. Əhalisi — 4.765 nəfər (2006). Bələdiyyə Paris şəhərinin təxminən 31 km şimalda, Serji belediyyənin 25 km şimal-şərqdə yerləşir.
İhram
İhram (ərəb. إحرام‎‎ — həsr etmək) — həcc ziyarətini həyata keçirən zəvvarın xüsusi mənəvi paklıq vəziyyətidir. Bunun üçün qüsl almaq (bədəni tamamilə yumaq), xüsusi geyim geyinmək və ihramın qaydalarına riayət etmək tələb olunur. == Mümkün hərəkətlər == İhram vəziyyətində ticarətlə və digər dünyəvi işlər məşğul olmaq; cinsi əlaqəyə girmək, kəbinə girmək, əzəblərşək və kimisə incitmək; canlılara ziyan vurmaq (heyvanları və həşəratları öldürmək, otu və ya yarpaqları qopartmaq və s.) üz qırmaq, baş qırxdırmaq, dırnaq kəsmək, ətirdən istifadə etmək, zinət əşyaları taxmaq və siqaret çəkmək qadağandır. Qadınlar qüsl aldıqdan sonra enli ağ paltar geyinir, başlarını ötrürlər (yalnız sifət, əl və ayağın daban hissəsi görünə bilər). Kişilər iki sadə ağ örtük geyinirlər: biri baldırdan qıça qədər olan hissəni ötrür, digəri isə sağ çiyinin üzərinə atılır. Bu geyimlər zəvvarların niyyətlərinin paklığını və onların allah qarşısında bərabər olmasına işarədir. Zəvvarlar ihram geyimlərini Kəbədən 4 kilometr aralıda yerləşən mikat adlı yerdə geyinirlər. Müasir dövrümüzdə zəvvarların əksəriyyti ihram geyimini artıq təyyarə enişə başlayanda geyinirlər. == Ədəbiyyat == Али-заде, А. А. Ихрам Arxivləşdirilib 2014-08-13 at the Wayback Machine // Исламский энциклопедический словарь.
Çahar
Çahar — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd.
Çəram
Çəram — İranın Kohgiluyə və Boyer-Əhməd ostanının şəhərlərindən və Çəram şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 11,980 nəfər və 2,264 ailədən ibarət idi.