Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
China Telecom
China Telecom - Çin dövlət telekomünikasiya şirkəti. Çində ən böyük telefon rabitə operatoru və üçüncü ən böyük mobil operatordur. Dünyanın ən böyük dövlət şirkətləri siyahısında 2019-cu il üçün "Forbes Global 2000" sıralamasında 168-ci yeri tutub (gəlir baxımından 144, xalis mənfəət baxımından 248, aktivlər baxımından 329 və bazar kapitallaşmasına görə 299). Bu siyahıda Çin şirkətləri arasında 32-ci yer tutub. == Tarix == "China Telecom" 10 sentyabr 2002-ci ildə dövlətə məxsus "Çin Telekommunikasiya Korporasiyası"nın yenidən qurulması nəticəsində yaradılmışdır. Şanxay, Guangdong, Szyansu və Çjetszyan əyalətlərində olan əməliyyatlar dövlət tərəfindən şirkətə verilir. Şin telekommunikasiya korporasiyası "China Telecom"un səhmlərinə nəzarət paketinin özundə saxlayır, səhmlərin bir hissəsini isə Honkonq Fond Birjası və Nyu York Fond Birjasına çıxardır. 2 iyun 2008-ci ildə, "China Unicom"un CDMA radio əlaqə xidməti üzrə aktivlərini 110 milyard yuana (15,86 milyard dollar) aldığını elan edərək, abunəçi sayını 43 milyona qədər artırır. 7 yanvar 2009-cu ildə "China Telecom" CDMA 2000 lisenziyasını alır və bu da şirkətin, 3G telekomunikasiya imkanlarının genişləndirilməsini asanlaşdırır. Şirkətin törəmə şirkəti olan "China Telecom (Europa) Ltd." 23 oktyabr 2008-ci ildə şirkətin Avropa bazarında dövriyyəsini artırmağı hədəfləyən Avropa və Asiyada xidmətlərini genişləndirmək planlarını açıqlayır .
China Unicom
China Unicom — Çin telekomnukasiya şirkəti. China Mobile və China Telecom ilə birlikdə ölkədəki ən böyük üç şirkətdən biridir. Şirkət mobil rabitə və genişzolaqlı İnternet xidmətləri təqdim edir. Paytaxt Pekin şəhəri də daxil olmaqla ÇXR-nin şimal hissəsində işləyir. Dünyanın ən böyük dövlət şirkətləri siyahısında 2019-cu il üçün "Forbes Global 2000" sıralamasında 251-ci yeri tutub (gəlir baxımından 215-ci, xalis mənfəət baxımından 546-cı, aktivlər baxımından 394-cü və bazar kapitallaşmasına görə 346-cı yer). Bu siyahıda olan Çin şirkətləri arasında 37-ci yeri tutub. == Tarixi == China Unicom, 19 iyul 1994-cü ildə "Çin Xalq Respublikası Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi" tərəfindən dövlət şirkəti olaraq qurulmuş və "Çin Xalq Respublikası Dövlət Şurası" tərəfindən təsdiq edilmişdir. 2000-ci ilin fevralında "China Unicom" Honkonqda şirkət olaraq qeydiyyata alınır və 22 iyun 2000-ci ildə Honkonq birjasında səhmləri qeydə alınır. 18 oktyabr 2006-cı ildən başlayaraq Makaoda "CDMA" şəbəkəsinin fəaliyyətində iştirak edir. 2008-ci ilin aprel ayının sonunda şirkətin xidmətlərindən 125 milyon GSM istifadəçisi və 43 milyon "CDMA" istifadəcisi istifadə edirdi.
Smilax china
Çin mərəvcəsi (lat. Smilax china) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin mərəvcəkimilər fəsiləsinin mərəvcə cinsinə aid bitki növü.
In The Closet
In The Closet — Maykl Ceksonun bir mahnısı.
China Anne McClain
Çayna Enn MakKlayn (25 avqust 1998), ABŞ-lı gənc müğənni, söz yazıçısıdır. MakKlayn Bacıları qrupunda müğənnidir. Karyerasına 2005-ci ildə başlamışdır. 2005-ci ildə İncil Kitabı filminə çəkilmişdir. Daha sonra 2007-ci ildə Taylr Perrinin Peyni Evi serialında Cazmin Peyni roluna çəkilmişdir. Ən məşhur rolu isə Disney Channelın serialı Bacarıq Fermasıdadır, bu serialda Çayna Parks roluna çəkilmişdir. == Filmoqrafiyası == === Filmlər === === Seriallar === == Mahnıları == Bacarıq Fermasında 6 mahnısı vardır: "Calling All The Monsters", "Dynamite" , "Unstoppable",Exeptional,My Crush, Beatiful, amma yalnız Calling All The Monsters və Dynamite'in kliplərini çəkmişdir.
Flora of China
Çinin florası müxtəlifdir. Yer üzündə başqa heç bir yerdə tapılmayan minlərlə insan da daxil olmaqla, dünyanın ümumi bitki növlərinin təqribən səkkizdə birini təmsil edən 30.000-dən çox bitki növü yerli Çindir. Çində bir çox meşə növü var. Həm şimal-qərbdə həm də şimal-qərbdə dağlar və soyuq iynəyarpaqlı meşələr var, heyvan növlərini dəstəkləyən heyvan növləri və Asiya qara ayısı ilə yanaşı 120 növ quş var. Nəmli iynəyarpaq meşələrində, ardıç və yevin daha yüksək dağlıq dayaqlarında rhododendrons ilə əvəzlənmiş, alt qat kimi bambuk cəngəllikləri ola bilər. Mərkəzi və Cənubi Çinə hakim olan subtropik meşələr heyrətləndirici 146.000 flora növünü dəstəkləyir. Tropik yağış meşələri və mövsümi yağış meşələri, Yunnan və Hainan Adası ilə məhdudlaşsa da, Çində olan bütün bitki və heyvan növlərinin dörddə birini əhatə edir. Çin florasında həm taksonun təsvirini, həm də taksonomisini verən bir onlayn məlumat bazası var. Cənubi Çin, şiddətli yağış və uzun yaş fəsillərini yaşayır, bu da iqlimi bambuk və düyü böyüməsi üçün ideal edir. Şimali Çin əksinə, məhdud yağış və cənubdan sonra daha az növ şaxələndirilməsini yaşayır (Kressey, George, 1930).
China Electronics Corporation
Çin Elektrik Korporasiyası və ya China Electronics Corporation (CEC) — Çin Xalq Respublikasının dövlət şirkətidir və Çində həm mülki, həm də hərbi məqsədlər üçün məhsul istehsal edən ən böyük telekomunikasiya istehsalçılarından biridir. Korporasiyanın fəaliyyəti bir neçə sahəyə bölunub. Bunlar: kompüter proqramı ilə kompüter avadanlıqlarının istehsalı və sistem inteqrasiyası, telekomunikasiya şəbəkəsi və terminallarının hazırlanması və müxtəlif rəqəmsal məişət texnikasının istehsalı sahələridir. == Tarixi == Şirkət 1989-cu ildə, Çin Xalq Respublikasının Elektron Sənayesi Nazirliyinin tərkibində qurulur. Çin Elektrik Korporasiyası 2007-ci ildə Niderlandın Philipsin mobil telefon şöbəsindən, "Philips" ticarət nişanı ilə mobil telefon satma hüququnu alır. O zaman "Philips"in şöbəsinin illik gəliri 400 milyon avro, işçi sayı isə 240 nəfər idi. 2020-ci ilin avqust ayında ABŞ Müdafiə Nazirliyi, ABŞ-də birbaşa və ya dolayısı ilə fəaliyyət göstərən Çin Xalq Azadlıq Ordusu ilə əlaqəli şirkətlərin adlarını açıqlayır. "Çin Elektrik Korporasiyası"da bu siyahıya daxil edilir. 2020-ci ilin noyabrında Donald Trump, hər hansı bir Amerika şirkəti və ya vətəndaşının, ABŞ Müdafiə Nazirliyinin siyahıya aldığı şirkətlərin səhmlərinə sahib olmasını qadağan edən bir sərəncam imzalayır və bu şirkətlərin siyahısında "Çin Elektrik Korporasiyası"nın adıda keçir.
China In Her Eyes (Modern Talking)
China In Her Eyes (azərb. Çin onun gözlərindədir‎) - Modern Talking qrupu tərəfindən ifa edilən sinqldır.
One Step Closer
One Step Closer, Linkin Park tərəfindən 2001-ci ildə satışa çıxarılan sinqldır. Mahnı çox rəğbət gördü və 2001-ci ilin rok marşı adlandırıldı. = Klibi = One Step Closer-in klibi qrubun üzvü Co Hanın prodüserliyi ilə hazırlanmışdır. Klip Los-Ancelesdə subway tunelində 19 metr dərinlikdə çəkilmişdir. Çox Linkin Park azarkeşlərinə görə mahnı Linkin Park-ın indiyə kimi çıxmış ən yaxşı mahnısıdır. Amerika mahnı siyahılarından olan Billboard 100-də 75-ci sıranı tutub.
Close to You
Close to You — The Carpenters albomu.
Danger Close Games
DICE Los Angeles (əvvəllər DreamWorks Interactive L.L.C., EA Los Angeles və Danger Close Games) — ABŞ videooyun istehsalı şirkəti. "DICE Los Angeles" 1995-ci ilin aprel ayında "DreamWorks" və "Microsoft" şirkətləri tərəfindən təsis edilmişdir və 2013-cü ildən bəri "EA DICE" şirkətinin diviziyasıdır. 2000-ci ildə "Electronic Arts" studiyanı satın almış və onun adını "EA Los Angeles", daha sonra isə 2010-cu ildə "Danger Close Games" olaraq dəyişmişdir. 2013-cü ildə studiya baş ofisi İsveçdə yerləşən "EA DICE" şirkətinin bir diviziyası olmuş və "DICE Los Angeles" adını almışdır. Şirkət başlıca olaraq yaratdığı "Medal of Honor" və "Command & Conquer" videooyun seriyalarına görə tanınır. == Tarix == === DreamWorks Interactive (1995–2000) === "DreamWorks Interactive" şirkətinin təsis ediləcəyi 22 mart 1995-ci ildə açıqlanmışdır. 3 aprel 1995-ci ildə fəaliyyətə başlayan şirkət "DreamWorks" və "Microsoft" şirkətlərinin birgə idarə etdiyi bir müəssisə idi. Studiyaya rejissor Stiven Spilberq rəhbərlik edirdi. Spilberqin dövründə studiya çoxlu lisenziyalı videooyun buraxmışdır. "Los Angeles Times" qəzetinin redaktoru Lezli Helmin dediyinə görə, şirkətin istehsal etdiyi ilk videooyunlar olduqca müvəffəqiyyətsiz idi.
Chino Moreno
Kamillo "Çino" Vonq Moreno (20 iyun 1973, Sakramento) — ABŞ musiqiçisi. Deftones metal qrupunun müğənnisi və mahnı yazarıdır. O, həmçinin digər layihələri, Team Sleep, Crosses və Palms-ın üzvüdür. == Şəxsi həyatı == Moreno Kaliforniyanın Sakramento şəhərində anadan olub. Beş uşaqdan ikincisidir. Anası meksikalı və çinli əsilli, atası isə meksikalıdır. Onun ləqəbi "Çino" ispanca çinli deməkdir və o, meksikalıdan çox asiyalıya oxşadığı üçün ona bu ləqəbi veriblər.
Anthemis chia
Anthemis chia (lat. Anthemis chia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin anthemis cinsinə aid bitki növü.
Artemisia cina
Çin yovşanı (lat. Artemisia cina) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. == Yayılması və ekalogiya == Orta Asiya (Qazaxıstanın cənubu) üçün endemik növdür. Tacikstanda Sırdərya və Arıs və digər çayların kənarlarında da rast gəlinir. Çay kənarlarında, boş düzənlik və şəhərkənarı rayonlarda kütləvi şəkildə bitir. Mədəni bitkidir.
Cina Devis
Virciniya Elizabet "Cina" Devis (ing. Virginia Elizabeth «Geena» Davis;; 21 yanvar 1956, Massaçusets) — ABŞ aktrisasıdır. Cina Devisin İQ-si (intellekt əmsalı) yüksək olduğuna görə Mensa cəmiyyətinin üzvüdür. == Gənclik == 1956-cı ildə Massaçusets ştatının Uorhem şəhərindən doğulan Cina Devis, erkən yaşlarından etibarən musiqilə yaxından əlaqədar idi. Piano, flüt və vurmalı çalğılardan bəzilərini çalmağı öyrənmiş və yetkinlik dövründə bir müddət Uorhemdəki kilsədə orkestr çalğıçılarına qoşulmuşdur. "Nyu İnqlend Kollec"ini bitirdikdən sonra getdiyi "Boston Universiteti"ndə "Gözəl Sənətlər Hissəsindən" 1979-cu ildə yaxşı bir dərəcəylə məzun oldu. Bir müddətə şagird olaraq İsveçdə qaldığından axıcı bir şəkildə İsveç tamaşaçıları tərəfindən danışa bilməkdədir. == Film karyerası == Məzun olduqdan sonra Nyu-Yorkdakı "Zoli" adlı bir modellik agentliyi üçün işə başladı. Modellik, hətta bir müddətə qarsonluq belə etdiyi bu dövrdə Cina Devis yalnız televiziya seriallarında çəkilməyə başlayır. Cina Devis Sidni Pollakın diqqətini çəkincə 1982-ci ildə baş rolunda Dastin Hoffmanın oynadığı "Tutsi" adlı filmdəki romantik serial aktrisa idi və rolunu məharətlə ifa edərək uğurlu film karyerasına başlayır.
Hina Suqita
Hina Suqita (d. 31 yanvar 1997) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Cina Linn
Cina Linn (15 fevral 1974, Mayaqüez[d], Puerto Riko) — amerikalı keçmiş pornoqrafik film aktrisası. == Həyatı == Doğum adı Tanya Merkado olan Cina Linn 14 fevral 1974-cü ildə italyan ailəsində anadan olub. 5 yaşında ailəsi ilə birlikdə Nyu-Cersi köçüb. O, Nyu-Cersi ştatının Cekson qəsəbəsində böyüyüb. 1997-ci ildə Çeri jurnalı üçün poza verib. 2000-ci ilin iyununda o, "Pleasure Productions" ilə bir illik müqavilə bağlayıb. 2002-ci ildə Eminemin "Supermen" mahnısının klipində çəkilib. 2012-ci ildə sənayedən ayrıldığını açıqladı.
Cina Lollobricida
Cina Lollobricida (it. Gina Lollobrigida; 4 iyul 1927[…], Subyako[d], İtaliya krallığı – 16 yanvar 2023[…], Roma, İtaliya) — məşhur İtaliya aktrisası. Əsl adı Luica idi. O, 1950-ci illərin və 1960-cı illərin əvvəllərinin ən tanınmış Avropa aktrisalarından biri idi. Lollobricidanın ikinci peşəsi fotojurnalist idi. == Həyatı == Cina Lollobricida 4 iyul 1927-ci ildə mebel istehsalçısı ailəsində doğulub. Ondan başqa ailədə daha üç qız övladı var idi. Gəncliyində Lollobricida model kimi çalışaraq, bir neçə gözəllik müsabiqəsində uğurla iştirak edir. Sonralar isə onun üçün çox uğurlu kino karyerası dönəmi başlayır. Aktrisa ən məşhur rejissorların filmlərində çəkilmək üçün saysız dəvətlər alır.
So Close, So Far
Çox yaxın, çox uzaq ( fars. خیلی دور، خیلی نزدیک‎ , Kheili Dour, Kheili Nazdik ) - rejissor Reza Mirkəriminin 2005 -ci ildə çəkdiyi İran dram filmi . Film həmçinin Oskarda ən yaxşı xarici film üçün İran təmsilçisi seçilib. == Süjet == Təkəbbürlü nevropatoloq oğluna əməliyyat olunmayan beyin şişi diaqnozu qoyulanda həyatının mənasını araşdırmalıdır. Oğlunun astronomiya sahəsində səyahətinə yetişmək üçün səhrada gəzintisi onu onun baxışlarına və dəyərlərinə meydan oxuyan bir sıra adi görünən insanlarla qarşılaşmasına gətirib çıxarır.
Les Concerts en Chine
Les Concerts en Chine 1981-ci ildə yazılmış və 1982-ci ildə Disques Dreyfus tərəfindən buraxılmış Jan Mişel Jarrın canlı konsert albomudur. O, Jarrın 1981-ci ilin payızında Çinə qastrol səfəri zamanı Pekində və Şanxayda verdiyi beş konsertləri zamanı qeydə alınıb. Bu konsertlər həm də Çindəki mədəni inqilabdan sonra qərb dünyasından olan bir sənətçinin Çində verdiyi ilk konsertlər idi. Albomda Çin motivləri və ənənəvi melodiya ilə balanslaşdırılmış qədim kompozisiyalar ("Fishing Junks at Sunset") yer alır. Musiqi canlı yazılar və studiya işi ilə birləşərək tərtib edilib, ən canlı treklər Equinoxe və Magnetic Fields olub.Bu yeni aranjimanlar "Night in Shanghai (Şanxayda gecə)", "Laser harp", "Arpegiator", "Orient Express" və "Souvenir of China (Çin suveniri)"dır.
AIDC F-CK-1 Ching-kuo
AIDC F-CK-1 Ching-kuo (經國號戰機) Tayvanın çoxməqsədli reaktiv qırıcı təyyarəsidir. Təyyarə Çin Respublikasının keçmiş prezidenti olan Chiang Ching-kuonun adını daşıyır. İlk uçuşunu 1989-cu ildə etmiş və 1994-cü ilin yanvarında Çin Respublikası Hərbi Hava Qüvvələrinə təhvil verilmiş olan təyyarə 1997-ci ildən aktiv şəkildə xidmət göstərir. Proqram ABŞ-nin Çinin diplomatik təzyiqi nəticəsində Tayvana özünün F-20 Tigershark və General Dynamics F-16 Fighting Falcon reaktiv qırıcılarının satışını dayandırmasından sonra Tayvan Respublikasının yerli qabaqcıl reaktiv təyyarə hazırlamaq qərarına gəlməsindən sonra başladılmışdır. Təyyarə Amerika müdafiə şirkətlərinin köməyi ilə Aerospace Industrial Development Corporation tərəfindən dizayn və istehsal edilmişdir.
COOMET
Regional metroloji təşkilat COOMET (COOMET - metrologiya sahəsində əməkdaşlıq) — 12 iyun 1991-ci ildə Bolqarıstan, Polşa, Rumıniya, SSRİ və Çexoslovakiyada metroloqların təşəbbüsü ilə təsis edilmişdir. Bu gün anlaşma memorandumu imzalanmışdır. SSRİ dağılandan sonra keçmiş SSRİ-nin 15 respublikası sayəsində təşkilat üzvlərinin sayı 19-a çatdı. 2000-ci ildə təşkilat rəsmi olaraq dövlət metroloji qurumlarının Avro-Asiya əməkdaşlığı adlandırıldı. COOMET-in ali orqanı, bütün iştirakçı ölkələrin nümayəndələrini daxil edən COOMET Komitəsidir. COOMET fəaliyyətləri Prezident, dörd vitse-prezident və Katiblik rəhbərindən ibarət Prezident Şurası tərəfindən əlaqələndirilir. COOMET komitəsinin üzvləri vitse-prezidentləri təyin edən prezidenti üç il müddətinə seçirlər. COOMET orqanlarının iclaslarının keçirildiyi və sənədlərin tərtib olunduğu rəsmi dillər rus və ingilis dilləridir. COOMET-in öz maliyyə mənbələri yoxdur. 12 COOMET texniki komitəsi bütün ölçü sahələrində elmi iş aparır.
Closia
Perityle (lat. Perityle) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Alost
Alst (nid. Aalst, Niderlandca tələffüz: [aːlst] ( dinlə)) və ya Alost (fr. Alost, Fransızca tələffüz: [alɔst]) — Belçikada, Şərqi Flandriya əyalətində şəhər. Dender çayında gəmi dayanacağıdır. Dəmiryol qovşağı var. Kətan, pambıq parça, inək, krujeva, dəri-ayaqqabı və yeyinti sənayesi var. == İstinadlar == == Əlavə ədəbiyyat == Anon. "From Then til Now". www.brabantia.com. 2014.
Coser
Coser (e. ə. XXVIII əsr – e. ə. XXVII əsr) — Misirin Qədim padşahlığa aid III sülalənin e.ə. 2720–2700 ci illərdə hökmranlıq etmiş fironu Coser zəmanəsinə aid Horus adı Netyeri-xet kimi də identifikasiya olunur. Qədim padşahlığa aid ilk tikilmiş qatlı ya pilləli Coser ehramı məhz ona məxsusdur. == Coser adının mənşəyi == Arxeoloji məlumatlar təsdiqləyir ki, Coser Hor adı Netyeri-xet ilə bərabər və ya yanaşı göstərilə bilər. Belə ki, XII sülalə firon II Senusert heykəlinin altında şahin adı "Hor-Netyeri-xet-coser" kimi göstərilmişdir. Coser adı əsasən Sakkaradakı Coser ehram kompleksindəki yazılardan üzə çıxmışdır.
Cosey
Josei və ya Cosey 18 yaş üstü qadın auditoriyası üçün nəzərdə tutulan anime və manqa janrı. Süjet adətən Yaponiyada yaşayan qadınların gündəlik həyatları haqqda bəhz edir. Cizgi şocoya oxşasa da, ondan bir qədər realistik olur. Sevgi münasibətlərinə daha çox diqqət ayrılır ("Paradise Kiss", "Honey and Clover").
Honey & Clover
Honey and clover (ハチミツとクローバー, Haçimitsu to kuro:ba, Bal və yonca) — Çika Umino tərəfindən yaranmış manqa və onun əsasında J.C.Staff tərəfindən istehsal olunmuş anime serial. Anime 14 aprel 2006-cı ildə Fuji TV-də noitaminA blokunun ilk animesi kimi yayımlandı. == Məzmun == Kollecdən 10 dəqiqəlik məsafədə hamamsız altıotaqlı ev. 25 il bundan əvvəl tikilib, aylıq ödəmə haqqı - 38 000 yen. Heç bir səs izolyasiyası olmayan uçuq ev. Yaşayanların hamısı tələbədir. Pəncərələr şərqə baxdığından səhərlər işıqlı olur. Bədii kollecin tələbəsi Yuta Takemoto özbaşına tələbə həyatına qədəm qoyur. O, sempayları Şinobu Morita və Takumi Mayama ilə bir evdə otaq tutub və özünə həyatda yer tapmaq ümidləri ilə doludur. Günlərin bir günü kollecin cavan professorlarından biri Şüci Hanamoto onları qardaşıqızı Haqumi ilə tanış edir.
Afina
Afina (yun. Αθήνα) — Yunanıstanın paytaxtı və təxminən 4 milyon əhalisiylə ən böyük şəhəri. Qədim Yunan mədəniyyətinin də mərkəzi olmuşdur. Afina qədim çağlarda da əhəmiyyətli bir ticarət və mədəniyyət mərkəzi idi. Adı, qoruyucusu olan müharibə ilahəsi Afina'dan gəlməkdədir.1896 və 2004 Yay Olimpiya Oyunları'na ev sahibliyi etmişdir. == Afina mifologiyada == Mifologiyada Afina şəhərinə ad verilməsi tanrılar arasında bir müsabiqənin nəticəsində olub.Dəniz Tanrısı Poseydon şəhərə sahib olmaq üçün öz üç dişli nizəsini qayaya vurmuş və vurduğu yerdən at çıxmışdır,bəzi mənbələrdə su fışqırdığı qeyd olunur.Bundan sonra müdriklik tanrıçası Afina,öz nizəsini yavaşca yerə toxundurub və oradan meyvələrlə dolu,gümüş yarpaqlı zeytun ağacı bitib.İnsanlar zeytun ağacını daha faydalı hesab etdikləri üçün şəhərin adını Afina qoyublar. == Tarixi == Yaxın Şərq tərəfdən baxdığımızda Avropanın ilk şəhəri demək olar. Avropadan baxdıqda isə Qərbdən Şərqə bir körpü rolu oynadığını görürük. Tarixi eradan əvvələ gedən şəhərdə günümüzə qədər gəlib çıxmış tunc dövrünə aid abidələrin qalıqları var. == Turizm == Yunanıstanın paytaxtı Afina təxminən, 4 milyona yaxın əhalisi və isti qilimi ilə turistlərə xoş əhval bəxş edir.
Aşina
Aşina — Göytürklərin ali hakimiyyətinin soyu. Əfsanəyə görə Aşina soyu bir dişi qurddan törəmişdir. == Soyun tarixi == Hunlar çinlilərə məğlub olduqdan sonra xan Aşina 500 ailə ilə jujanların (avarların) yanına gəlib Altayın cənubunda məskən saldı, onların vassalı oldu. Bu türklər Mərkəzi Asiya, Altay, Böyük Çöl ərazisində yaşayır, dəmirçiliklə məşğul olur, filiz əridirdilər. Aşina soyu Dulu və Nuşibi qollarına ayrılırdı. Tibetdə, Çində, Altaylarda və böyük Sibir çöllərində yaşayan türklər haqqında kitab yazan rus türkoloqu Lev Qumilyovun "Qədim türklər" kitabında yazılır: "635-ci ildə Dulu və Nuşibi tayfaları özünüidarə hüququ qazandılar. 5 Dulu və 5 Nuşibi tayfa rəisləri yerli zadəganlardan təyin olundu. Bunlar şada, yəni xana qan qohumu olan adamlara bərabər tutulurdu. Onların hər birinə hakimiyyət rəmzi kimi ox təqdim olundu. "On ox" türkləri adı belə yarandı (bunlan Çulo xanın oğlu igid və nəcib Aşina şeni etdi).
Çipset
Çipset — kompüter dünyasında bir prosessorun arxitekturasını təşkil edən müxtəlif mikrosxemlərin birləşdirildiyi cihaz kimi tanınır. İnformasiya axınına nəzarət edir. Çipsetlər iki dənədir. Şimal Çipset (Northbridge) və Cənub Çipset (Southbridge). Şimal çipsetə ağır işləyən qurğular qoşulur: Ram, Cpu, VideoKart. Cənub çipsetə isə : portlar, slotlar, rom və.s.
Əlövsət Abdullayev
Əlövsət Abdullayev (17 fevral 1920, Şamaxı rayonu – 28 may 1993, Bakı) — Azərbaycan dilçisi, filologiya elmləri doktoru (1963), professor (1964), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1974). == Həyatı == Əlövsət Zakir oğlu Abdullayev 1920-ci il fevral ayının 17-də Şamaxı rayonunun Məlikçobanlı kəndində anadan olmuşdur. İlk təhsilini Şamaxının Məlikçobanı və Ucarın Yuxarı Şilyan kənd məktəblərində almışdır. 1936-cı ildə Şamaxı Pedaqoji Texnikumuna daxil olub, 1939-cu ildə həmin müəssisədə təhsilini əla qiymətlərlə başa vurmuş, bir il kənddə müəllim işləmiş, sonra Bakıya gələrək Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. Böyük Vətən müharibəsi başlananda Əlövsət müəllim təhsilini yarımçıq qoyaraq çəbhəyə yola düşmüş, döyüşlərdə iştirak etmiş, yaralandığı üçün ordudan tərxis olunmuşdur. 1943–1946-cı illərdə Məlikçobanı kəndində məktəb direktoru vəzifəsində çalışmışdır. Faşist Almaniyası məğlub edildikdən sonra yenidən universitetə qayıtmış, 1950-ci ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir. Yüksək hazırlığını və elmə olan dərin marağını nəzərə alaraq onu aspiranturaya qəbul etmişlər. Ə. Z. Abdullayev 1954-cü ildə "Müasir Azərbaycan dilində xüsusiləşmələr" mövzusunda namizədlik dissertasiyası, 1963-cü ildə isə müasir dilçiliyimizin ən qaranlıq, ən az tədqiq olunmuş sahəsindən-tabeli mürəkkəb cümlələrdən doktorluq dissertasiyası müdafiə etmişdir. Əlövsət müəllimin 50 illik əmək fəaliyyətinin təxminən 40 ili universitetlə bağlıdır, burada tələbəlikdən professorluğadək şərəfli bir həyat yolu keçmişdir.
Əlövsət Ağalarov
Əlövsət İbrahim oğlu Ağalarov — Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı. == Həyatı == Əlövsət Ibrahim oğlu Ağalarov 1954-cü ilin yanvar ayının 20-də Kəlbəcər rayonunun Quzeyçirkin kəndində dünyaya gəlmişdir. == Təhsili == Qılınclı kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsine daxil olmuş, sonra Univertsitet rəhbərliyi tərəfindən Leninqrad Dövlət Universitetinin jurnalistika fakültəsinə göndərilmiş, ali təhsilini bu universitetdə başa vurmuş və təyinatla Azərbaycan Dövlət Nəşriyyatına redaktor vəzifəsinə təyin olunmuşdur. == Fəaliyyəti == Bu nəşriyyatda iki il işlədikdən sonra Azərbaycan Dövlətnəşrkomunda Tərcümə Ədəbiyyatı Idarəsində redaktor vəzifəsinə təyin edilmişdir. 4 il bu vəzifədə çalışdıqdan sonra yenidən Azərbaycan Dövlət Nəşriyyatında Bədii Ədəbiyyat redaksiyasına şöbə müdiri vəzifesinə göndərilmişdir. Sonralar Baş redaktorun müavini 1992-ci ildən bu günədək isə Nəşriyyatın Baş redaktoru vəzifəsində çalışır. 1995-ci ildə Birinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinin üzvü seçilmişdir. SSRI Jurnalistlər Ittifaqının, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. == Kitabları == 20-dən çox kitabı Azərbaycan dilinə tərcümə etmişdir (Turgenevin povestlerini, N. Nosovun trilogiyasini, A. Kuleşovun povestlərini, O. Şestinskinin hekayələrini, M. Paviçin "Xəzər lüğəti" tarixi əsərini, Əhmədxan Əbu Bəkirin povestini və s.). 500-dən çox kitabin redaktoru, iki yüzdən çox elmi-publisistik məqalə müəllifi.
Əlövsət Baxışov
Əlövsət Məmmədşah oğlu Baxışov (3 mart 1923, Amsar, Quba rayonu – 3 iyun 2013) — tanınmış ictimai-siyasi xadim, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının sədri, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü. == Həyatı == Əlövsət Baxışov 1923-cü il martın 3-də Quba rayonunun Amsar kəndində anadan olub. 1942-ci ildə orta məktəbi və müəllimlik kurslarını bitirdikdən sonra bir müddət Qubanın Xanəgah kənd məktəbində dərs deyib. O, 1943-cü ildə hərbi xidmətə çağırılıb, İkinci Dünya müharibəsindən sonra 1950-ci ilin mart ayınadək ordu sıralarında qulluq edib. Əlövsət Baxışov 1952-ci ildə Müəllimlər İnstitutunun tarix fakültəsini, 1957-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini, 1958-ci ildə Bakı Ali Partiya Məktəbini, 1978-ci ildə isə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsini bitirib. Ordudan tərxis olunduqdan sonra Əlövsət Baxışov 1950–1951-ci illərdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi sistemində çalışıb. 1951–1952-ci illərdə Quba Rayon Komsomol Komitəsinin birinci katibi olub. Sonrakı dövrlərdə o, partiya və sovet orqanlarında müxtəlif vəzifələr tutub. 1952–1953-cü illərdə Quba Rayon Partiya Komitəsinin katibi, 1953–1954-cü illərdə Quba Rayon Xalq Deputatlar Soveti İcraiyyə Komitəsinin sədri, 1958–1959-cu illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin təlimatçısı və məsul təşkilatçısı olub. O, 1959–1979-cu illərdə Dəvəçi, Şamaxı, Masallı və Gədəbəydə Rayon Partiya Komitəsinin birinci katibi seçilib.
Əlövsət Baxşıyev
Əlövsət Qəzənfər oğlu Baxşıyev (22 iyun 1956, Kərimbəyli, Noraşen rayonu) — Naxçıvan Muxtar Respublikasının Baş naziri. (2000–2020) == Həyatı == Əlövsət Qəzənfər oğlu Baxşıyev 1956-cı il iyun ayının 22-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Kərimbəyli kəndində anadan olmuşdur. 1963-cü ildə kənd orta məktəbinin 1-ci sinfinə getmiş, 1973-cü ildə orta məktəbi bitirmişdir. Həmin il D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun maliyyə-kredit fakultəsinə daxil olmuş və 1977-ci ildə institutu iqtisadçı ixtisası üzrə bitirmişdir. Ə.Baxşıyev əmək fəaliyyətinə 1977-ci ildə İliç rayon Kommunal Təsərrüfatı Şöbəsində mühasib köməkçisi kimi başlamışdır. 1977–1979-cu illərdə sovet ordusunda həqiqi hərbi xidmətdə olmuşdur. 1979-cu ildən 1986-cı ilə kimi Şərur rayonundakı "Naxçıvan MSSR-nin 50 illiyi" adına üzümçülük sovxozunda hüquq məsləhətçisi, iqtisadçı, baş mühasibin müavini, baş mühasib vəzifələrində çalışmışdır. 1986-cı ildə İliç Rayon Aqrar Sənaye Biriyində aparıcı iqtisadçı-maliyyəçi, 1992-ci ilin yanvar ayınadək İliç Rayon Xalq Deputatları Sovetində sədr müavini, 1992–1994-cü illərdə Şərur Rayon Xalq Deputatları Məclisi İcraiyyə Komitəsində sədrin birinci müavini və sədr vəzifələrində işləmişdir. 1994-cü ilin avqust ayından 1998-ci ilin fevral ayınadək Naxçıvan Muxtar Respublikasının maliyyə naziri, 1998-ci ildən 2000-ci ilin fevral ayınadək Naxçıvan Muxtar Respublikasının maliyyə-iqtisadiyyat naziri vəzifələrini icra etmişdir. 2000-ci il fevralın 11-dən 2020-ci ilədək Naxçıvan Muxtar Respublikasının Baş naziri olmuşdur.
Əlövsət Məmmədov
Əlövsət Əli oğlu Məmmədov (28 fevral 1988; Goranboy rayonu, Azərbaycan SSR — 8 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əlövsət Məmmədov 1988-ci il fevralın 28-də Goranboy rayonunun Muzdurlar kəndində anadan olub. Ailəli idi, üç övladı yadigar qaldı. == Hərbi xidməti == Əlövsət Məmmədov 2009-cu ildə Hərbi Akademiyanın məzunu olub. Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində təhsil aldıqdan sonra hərbi vəzifəsinə başlayıb. Sumqayıt şəhərində yerləşən "N" saylı hərbi hissədə xidmət edib. 2013-cü ildən Ağcabədi rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edirdi. 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlamışdır. Tarixə Aprel döyüşləri olaraq yazılan döyüşlər zamanı Əlövsət Məmmədov rabitə rəisinin köməkçisi kimi döyüşlərdə savaşmışdır. Gecə döyüşləri zamanı Cəbrayıl rayonunun Lələtəpə istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Lələtəpə zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuşdur.
Əlövsət Osmanlı
Əlövsət Cəlal oğlu Osmanlı (9 iyun 1956, Dəmirli, Bolnisi rayonu – 7 sentyabr 2013, Bakı) — fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru. == Həyatı == Əlövsət Osmanlı 9 iyun 1956-cı ildə Gürcüstan SSRnin Dəmirli kəndində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib. Azərbaycan, rus və gürcü dillərində nəşr olunmuş 50-yə yaxın dərslik və dərs vəsaitlərinin müəllifidir. Təhsilin məzmunu ilə bağlı geniş tədqiqat işləri aparıb. 7 sentyabr 2013-cü ildə Bakıda Milli Parkda gəzişərkən anidən ürək tutması nəticəsində vəfat etmişdir. Bakıda - Hövsan yaxınlığındakı qəbirstanlıqda dəfn olunmuşdur. Ailəli idi. 1 oğlu və 1 qızı var. == Kitabları == Riyaziyyatdan qəbul imtahanlarında təklif olunmuş məsələlər.
Əlövsət Quliyev
Əlövsət Quliyev (Əlövsət Gülüş oğlu Quliyev) (10 iyul 1947, Sisian rayonu) — AMEA-nın müxbir üzvü (2017), aqrar elmlər üzrə elmlər doktoru, professor, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru. == Elmi nailiyyətləri == Azərbaycanın suvarılan torpaqlarında təkrar şorlaşma və onlara qarşı mübarizə yolları, şoran torpaqların yuyulması, irriqasiya eroziyası, meliorativ hidrogeologiya, torpaqların ekomeliorativ qiymətləndirilməsi sahəsində eksperimental tədqiqatlar apararaq torpaqların meliorativ cəhətdən yaxşılaşdırılmasına nail olmuşdur. O, Naxçıvan Muxtar Respublikasının mürəkkəb geoloji quruluşa malik Duzdağ və Böyük düz torpaqlarında təkrar şorlaşmaya məruz qalmış torpaqların qısa müddətdə zərərli duzlardan azad edilməsi və yenidən əkin dövriyyəsinə qatılması yollarını ilk dəfə olaraq təcrübi yolla sübut etmiş, torpaqlarda su-duz balansı elementlərinin təyin edərək, təkrar şorlaşmanı doğuran səbəbləri və onların qarşısının alınması yollarını işləmişdir. Muxtar Respublikada torpaq və su ehtiyatlarından səmərəli istifadə edilməsi və mövcud ekoloji vəziyyətin qiymətləndirilməsi işlərini yerinə yetirmişdir. İlk dəfə olaraq Azərbaycanda qədim su mənbələri-kəhriz sistemləri, onların konstruktiv elementləri, iş prinsipi, plana alınması, sərflərinin ölçülməsi, morfometrik ölçülərinin təyini və coğrafi yayılması işlərini elmi prinsipdə tədqiq etmişdir. Eyni zamanda quyu və kəhrizlər sistemləri üzərində olan qədim memarlıq abidələrin (qırxpilələrin) qeydiyyata alınması və bərpasının həlli yollarını elmi əsaslarla işləmişdir. Böyük İpək Yolu üzrə vaxtı ilə istifadə edilmiş qədim su sistemləri, kəhriz, ovdan, quyu və karvansaraylar sahəsində maraqlı tədqiqatlar aparmış, 2014-cü ilin noyabr ayında UNESCO-nun İranın Yəzd şəhərində keçirdiyi 6-cı dövlətlərarası idarə heyətinin konqresində diqqətin bu sahəyə istiqamətləndirilməsinə dair məruzə etmişdir. 2010-cu ildə Qazaxıstan EA-nın dəvəti ilə Cənubi Qazaxıstanın Tür-küstan şəhəri ətrafında yerləşən Sav-ran ( Sauran), Karatobe, Otrar qala şə-hərciklərin su sistemlərinin tədqiqi ilə məşğul olmuşdur. Daha sonra Türkmənistanda 2011 -2012-ci illərdə “Böyük İpək Yolu” üzrə qədim şəhərsalma və su sistem-ləri sahəsində tədqiqat işləri aparmış-dır. 2013-cü ildə Qırğızıstanda keçiri-lən Beynəlxalq konqresdə “Orta Asiya torpaqlarının ekoloji vəziyyəti və deq-radasiya prosesləri” mövzusundakı məruzəsinə görə “Manas” mükafatına layiq görülmüşdür.
Əlövsət Sadıqov
Əlövsət Sadıqov (30 mart 1941, Fəxralı, Qasım İsmayılov rayonu – 25 dekabr 2020, Bakı) — tanınmış tutçu, genetik, seleksiyaçı, biologiya elmləri üzrə fəlsəfə doktoru, baş elmi işçi, yüzdən artıq elmi əsərin və yeni yaradılmış Baxça-tut sortunun müəllifi. == Həyatı == Əlövsət Həsən oğlu Sadıqov 30 mart 1941-сi ildə Qasım İsmayılov (indiki Goranboy) rayonunun Faxralı kəndində anadan olmuşdur. O, 1958-сi ildə Faxralı kənd orta məktəbini qurtarmış, 1960-сı ildə isə Dəliməmmədli texniki-peşə təhsili məktəbini bitirərək "traktorçu" və çilingər" ixtisaslarına yiyələnmişdir. 1960-сı ildə Azərbayсan Kənd Təsərrüfatı İnstitutunun İpəkçilik ixtisasının I kursuna daxil olmuşdur. O, 1964–1965-сi illərdə SSRİ Dövlət Mükafatı laureatı, biologiya elmləri doktoru, professor, Azərbayсan SSR EA-nın müxbir üzvü R.A.Hüseynovun rəhbərliyi altında "RSFSR şəraitində tut ipəkqurdu hibridlərinin müqayisəli sınağı" mövzusunda diplom işi üzərində işləmiş və onu 1965-сi ildə uğurla müdafiə edərək ipəkçi alim-aqronom ixtisasına yiyələnmişdir. Ə.H.Sadıqov institutu qurtardıqdan sonra Kənd Təsərrüfatı Nazirliyinin sərənсamı ilə Qasım İsmayılov rayonuna göndərilmiş və 1965–1968-сi illərdə Dimitrov adına kolxozda (Əzizbəyov (indiki Kəhrizli), Səmədabad (Goranboy) və Xəsədərli kəndlərini əhatə edirdi) baş aqronom, sonra isə rayon K/t idarəsində böyük aqronom vəzifələrində çalışmışdır. Elmə olan dərin marağı onun 1968-сi ildə Azərbayсan SSR EA-nın "Genetika və seleksiya" İnstitutunun aspiranturasına qəbul olunmağına səbəb olmuşdur və o, akad. I.K.Abdullayevin rəhbərliyi altında "Diploid, triploid və tetraploid tutun generativ və reproduktiv orqanlarının dəyişkənliklərinin öyrənilməsi" mövzusu üzrə dissertasiya işi aparmış, 1975-сi ildə onu müvəffəqiyyətlə müdafiə edərək biologiya elmləri namizədi alimlik dərəсəsi almışdır. 1980-сi ildə ona "Genetika" ixtisası üzrə "baş elmi işçi" alimlik rütbəsi verilmişdir. Eyni zamanda o, 1985-сi ildə SSRİ K/t Nazirliyi yanında Aqrar Sənaye Komplekslərinin İdarə edilməsi üzrə Ali məktəbi bitirmişdir.
Əlövsət Vəliyev
Əlövsət Cəfərxan oğlu Vəliyev — Qarabağ müharibəsi Əlövsət Cəfərxan oğlu Vəliyev 1968-ci il dekabrın 15-i Qubadlı rayonunun Həmzəli kəndində anadan olub. 1985-ci ildə orta məktəbi əla qiymətlərlə bitirərək Azərbaycan Dövlət Pedaqoji Universitetinə daxil olur. 1987-ci ildə hərbi xidmətə yola düşən Əlövsət vətənə dönəndə ermənilərin torpaq iddiaları artıq başlamışdı. 1992-ci ilin may ayında milli ordu sıralarına daxil olan Əlövsət ilk gündən özünün təcrübəli tankçı kimi göstərir. Əlövsət Vəliyevin həm də qorxmaz və cəsarətli bir igid olması döyüş yoldaşlarına onu bir daha sevdirdi. Bu cəsarətli insanın təkcə özünü deyil, hətta onun tankını belə Qubadlının bütün sərhəd kəndlərində çox gözəl tanıyırdılar. Onun tankı sonralar Zəngilan, Laçın, Cəbrayıl və Füzuli rayonlarına qədər gedib çıxdı. Bu bölgələrdə uğurlu döyüş əməliyyatları keçirən Əlövsət Vəliyevi bir müddət sonra tankçılar arasında komandir kimi qəbul edənlər günü-gündən çoxalırdı. 1993-cü il may ayının 26-sında Əlövsət Cəfərxan oğlu Vəliyev 706 saylı hərbi hissənin 3-cü taborunun taqım komandiri təyin edildi. 706 saylı hərbi hissəsinin kəşfiyyat rotasından Əlövsət Vəliyev haqqında verilən arayışda yazılır: “1992-ci il may ayında Laçın işğal olunandan sonra Aşağı və Yuxarı Cicimli, Səfiyan, Aşağı və Yuxarı Fərcan, Suarası, Mazutlu kəndlərinin müdafiəsində Əlövsət öz tankı ilə bütün döyüşlərə birinci atılmış, düşmənin 25-30 may hücumları zamanı onun 30-a qədər canlı qüvvəsini, bir PDM-I məhv edib.“ 1993-cü il 15 avqust tarixində Qubadlı rayonu ağır günlərini keçirir.
Əlövsət İbrahimov
Əlövsət Seyidxan oğlu İbrahimov (21 aprel 1995; Şamaxı, Azərbaycan — 2 oktyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əlövsət İbrahimov 1995-ci il aprelin 21-də Şamaxı şəhərində anadan olub. == Hərbi xidməti == Əlövsət İbrahimov 2013-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2014-cü ildən isə "gizir" hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi qulluqçu olaraq xidmət edirdi. Azərbaycan Ordusunun kiçik giziri olan Əlövsət İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Əlövsət İbrahimov oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhid olub. Şamaxı şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əlövsət İbrahimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əlövsət İbrahimov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əlövsət İbrahimov ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Əlövsət Əbdülrəhimov
Əlövsət İbrahim oğlu Əbdülrəhimov (dekabr 1912, Salyan, Cavad qəzası – dekabr 1986) — Bakı Şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin əvvəlcə sədrinin birinci müavini, sonra isə sədri, Gəncə Vilayət Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsi sədrinin birinci müavini, inşaatçı-mühəndis və dövlət xadimi. == Həyatı == Əlövsət Əbdülrəhimov 1912-ci ildə fəhlə ailəsində olmuşdur. Məşədi Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunu bitirmişdir. 1934–1940-cı illərdə Azərneft Birliyinin mədənlərində, Azərbaycan Neft Layihə Trestində, Azərneft kombinatının tikinti şöbəsində mühəndis və baş mühəndis işləmişdir. 1940–1952-ci illərdə Azərbaycan Neft-Qaz Layihə Trestinin, Neft-Qaz Qurğuları Tikintisi Trestinin, Neft Layihə Trestinin, Neft Zavodları Tikintisi Trestinin müdiri, Azərneft Birliyinin rəis müavini olmuşdur. Əlövsət Əbdülrəhimov 1955–1960-cı illərdə Azərbaycan Dəniz Neft Qurğuları Tikintisi Trestində rəhbər vəzifədə çalışmış, Xalq Təsərrüfatı Şurası Tikinti İdarəsi 4 nömrəli trestinin müdiri olmuşdur. 1961-ci ildən isə Bakı Tunel Tikinti İdarəsinin rəisi olmuşdur. == Siyasi fəaliyyəti == Əlövsət Əbdülrəhimov 1952–1954-cü illərdə Gəncə Vilayət Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsi sədrinin birinci müavini, Bakı Şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsi sədrinin birinci müavini, sonra isə sədri vəzifələrində çalışmışdır. O, III, IV, VII və VIII çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur. == Mənbə == Әбдүлрәһимов Әлөвсәт Ибраһим оғлу // Азәрбајҹан ССР Али Советинин депутатлары.