Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
CBS Corporation
"CBS Corporation" və ya "Columbia Broadcasting System Corporation" — ABŞ media holdinq şirkəti. Şirkət televiziya, radio yayımı, nəşriyyat və reklam biznesini özündə birləşdirir. "CBS Corporation"ın məhsulları əsasən ABŞ bazarına yönəlmişdir. Şirkətin prezidenti və baş direktoru Lezli Munvesdir. "CBS"nin əsas səhmdarı "National Amusements" şirkətinin sahibi, şirkətin direktorlar şurasının sədri Samner Redstoundur. Şirkət indiki adını 31 dekabr 2005-ci ildə almışdır. Şirkətin keçmiş adı "Viacom"dur. Yenidən təşkili zamanı "Viacom" adını saxlamış, lakin keçmiş şirkətin əsas aktivlərinə nəzarəti itirən "CBS"dən ayrılmışdır. "CBS"in əsas ofisi Nyu-York şəhərindədir.
Chevron Corporation
Chevron Corporation — dünyanın ən iri beynəlxalq enerji və kimya şirkətlərindən biri. Baş ofisi Kaliforniyanın San Ramon şəhərində yerləşir. Neft və kimya sənayesinin bütün sahələrində iş görən «Şevron»un dünyanın 100-ə qədər ölkəsində 450 filialı və birgə müəssisəsi fəaliyyət göstərir. Dünyanın müxtəlif ölkələrində 62000 işçisi var. 1879-cu ildə Pasifik Kost Oyl Kompani adı ilə fəaliyyətə başlamışdır.
Hybe Corporation
Hybe Corporation (kor. 하이브) 2005-ci ildə Bang Si-hyuk tərəfindən Big Hit Entertainment Co., Ltd olaraq qurulan Cənubi Koreya əyləncə şirkətidir. Şirkət səsyazma şirkəti, istedad agentliyi, musiqi istehsalı şirkəti, tədbirlərin idarə edilməsi və konsert istehsalı şirkəti və musiqi nəşri evi olaraq fəaliyyət göstərir. Şirkətin Big Hit Music, Source Music, Pledis Entertainment, Belift Lab və KOZ Entertainment daxil olmaqla bir çox törəmə müəssisəsi var və bunlar HYBE Labels olaraq tanınır. == Bölmələr və törəmə müəssisələr == === Hybe HQ === Hybe HQ, Hybe Corporation-ın tamamilə sahibi olan bir törəmə şirkətidir. Şirkət üç bölmədən ibarətdir: Hybe Labels, Hybe Solutions və Hybe Platforms. Hər bir bölmənin altında, ana şirkətinin tamamilə və ya qismən sahibi olan törəmə şirkətləri var. === Hybe Labels === Bu əyləncə və musiqi istehsalı şöbəsidir. Rebrendinqdən əvvəl Big Hit Labels kimi tanınırdı. Bölmə daxilindəki törəmə şirkətlər Hybe Corporation -dan asılı olmayaraq fəaliyyət göstərir, lakin yaradıcı dəstək alırlar.
Lockheed Corporation
Lockheed Corporation, əvvəlcə Loughead Aircraft Manufacturing Company (Loughead Təyyarə İstehsalı Şirkəti) olaraq yaradılmış olan ABŞ aviasiya şirkətidir. Lockheed 1912-ci ildə yaradılmış olub sonradan Martin Marietta ilə birləşərək 1995-ci ildə Lockheed Martin yaranmışdır.
Northrop Corporation
Northrop (ing. Northrop Corporation) — 1939-cu ildən 1994-cü ilə qədər mövcud olmuş aviasiya şirkəti. O, 1994-cü ildə Grumman ilə birləşərək Northrop Grumman adını almışdir. Şirkət 1928-ci ildə Con Nortrop tərəfindən Avion Corporation adı altında yaradılmışdır. 1929-cu ildə United Aircraft and Transport Corporation adını almış olsa da, 1939-cu ildə "Northrop Corporation" adı ilə Moye Stephens tərəfindən yenidən təshis edilmiş və 1994-cü ildə birləşərək Northrop Grumman şirkətinə çevrilmişdir. Birləşmədən əvvəl bombardmançı, hərbi təyyarələr və yük təyyarələri istehsalından əlavə təyyarə hissələri və avadanlıqları, idarə edilən döyüş raketləri ilə bunların avadanlıqları və vəsaitlərini kimi çoxsaylı məhsullar istehsal edirdi.
Oracle Corporation
Oracle — Microsoftun ardından dünyanın ən böyük ikinci proqram təminatı şirkətidir. 120.000-ni aşan işçisi, 380.000-dən çox müştərisi ilə 145 ölkədə fəaliyyət göstərir. Verilənlər Bazası, tətbiq inkişaf etdirmə vasitələri, tətbiq serveri və də biznes təcrübələri sahələrində proqram həlləri var.
Panasonic Corporation
Panasonic (Panasonik) – 13 mart 1918-ci ildə yaponiyalı biznesmen Konosuke Matsusita (Konosuke Matsushita) tərəfindən dünyanın ən böyük məişət texnikası və elektrik malları istehsalçısı olan Panasonic şirkətinin əsası qoyulmuşdur. 1 oktyabr 2008-ci ilədək şirkət "Matsushita Electric Industrial Co., Ltd." adını daşıyırdı. "Panasonic" isə bu şirkətin ticarət nişanlarından birinin adı idi. Əliquliyev R., Salmanova P. "İnformasiya cəmiyyəti: Maraqlı xronoloji faktlar", 2013, "İnformasiya Texnologiyaları" nəşriyyatı, 169 s.
Shimizu Corporation
Shimizu Corporation (清水建設株式会社, Shimizu Kensetsu Kabushiki-gaisha) — memarlıq və mülki inşaat üzrə ixtisaslaşmış korporasiya. Şirkət layihələşdirmə və konsaltinq, inkişaf və maliyyələşdirmə, dizayn, obyekt menecmenti, mütəmadi təmir, yenidənqurma, mühəndislik və texnologiya, eləcə də araşdırma və istehsal xidmətlərini göstərir. Şirkətin adının Şizuoka prefekturasında yerləşən Şimizu ilə heç bir əlaqəsi yoxdur. Şirkət təsisçisi Kisuke Şimizunun soyadını daşıyır. O, 1783-cü ildə Etçu vilayətinin (indiki Toyama) Ohane kəndində anadan olmuşdur. Kisuke Şimizu şirkəti 1804-cü ildə Edo şəhərində (indiki Tokio) təsis edilmişdir. Şirkətin Asiya, Avropa, Şimali Amerika, Orta Şərq və Afrikaya qədər uzanan bir şəbəkəsi var.
Thomson Corporation
Thomson — XX əsrin ikinci yarısından 2000-ci illərin əvvəllərinə qədər ABŞ, Kanada və Birləşmiş Krallıqda fəaliyyət göstərən dünyanın ən böyük media qruplarından biri. 2008-ci ilin avqustunda "Reuters" agentliyini satın aldıqdan sonra "Thomson Reuters Corporation"a çevrilmişdir. Thomson Britaniyanın "The Times" və "Sunday Times" qəzetlərinə, Kanadanın "Globe və Mail" qəzetinə nəzarət edirdi. 1981-ci ildə şirkət maliyyə, hüquqi və tibbi məlumat bölmələrini saxlayaraq, demək olar ki, bütün qəzet biznesini satmışdır.Kitab nəşrində də fəal idi. Şirkətin aktivlərinin əksəriyyətinin Kanada və Birləşmiş Krallıqda olmasına baxmayaraq, baş ofisi ABŞ-də, Konnektikut ştatının Stamford şəhərində yerləşirdi. Şirkətin səhmlərinin 70%-i təsisçilərə, 1964 -cü ildə donanma baronlarının irsi titulunu almış ingiltərəli–kanadalı Tomson ailəsinə məxsus idi. "Thomson" şirkətinin gəliri 2006-cı ildə 6,64 milyard dollar idi, xalis mənfəət 1,12 milyard dollar təşkil etmişdir.
Toshiba Corporation
Toshiba Corporation (yap. 株式会社東芝; yazılış: Toe-She-buh; Yaponca səsləndirişiylə: TOH-she-bah) — transmilli Yaponiya istehsal şirkəti. Ümumi mərkəzi Yaponiyanın paytaxtı Tokioda yerləşən şirkət istehlakçı məhsulları elektronik cihazlar və hissələri mövzusunda dünyanın tanınmış markalarından biridir. Toshiba; HP, Dell,Samsung, Acer və Lenovo ilə birlikdə dünyanın ən böyük altı fərdi kompüter istehsalçısından biridir. Toshiba; enerji istehsalı, güc qaynaqları, internet həlləri, informasiya sistemləri və elektronik hissə sahələri də var. Toshiba iki şirkətin birləşməsi ilə 1939-cu yaradılmışdır. Birinci şirkət Tanaka Seizosho (Tanaka Engineering Works)-dür. Yaponiyanın ilk teleqraf avadanlıqları istehsalçısı olaraq Hisashige Tanaka tərəfindən 1875-ci ildə yaradılmışdır. 1904-cü ildə adı Shibaura Seisakusho (Shibaura Engineering Works) olaraq dəyişdirilən şirkət xüsusilə Meiji Era dövründə dünyanın öz sahəsində şirkətlərindən biri halına gəlmişdir. İkinci şirkət 1890-cı ildə yaradılmış və Yaponiyanın ilk elektrikli közərən lampa istehsalçısı olan Hakunetsusha'dır.
Valve Corporation
Valve Corporation — videooyunlar yaradan və nəşr edən ABŞ şirkətidir. 1996-cı ilin noyabrında buraxılan Half-Life oyununu yaratdıqdan sonra bütün dünyaya məşhur oldu. Mərkəzi ofisi Belvyu, Vaşinqtonda yerləşir. Microsoft şirkətində işlədikdən sonra Qeyb Nyuell və Mark Harrinqton 1996-cı ildə Valve Software şirkətini təsis edirlər. Quake mühərrikinə lisenziya aldıqdan sonra onlar Quiver (Half-Life-ın işçi adı) oyununun yaradılmasına başlayırlar. Ssenari üzərində işləmək üçün peşəkar yazıçı, fantast Mark Leydlou dəvət edilmişdir. Oyun ilk dəfə 1997-ci ildə E3-də nümayiş etdirilib və nümayiş etdirildiyi andan əsil hitə çevrilmişdir. Oyunu 1997-ci ildə buraxmaq planlaşdırsalar da reliz 31 oktyabr 1998-ci ildə oldu. Oyun bəyənildi və yaradıcılara məşhurluq gətirdi. Half-Life çıxdıqdan sonra Valve uzun müddət heç nə buraxmırdı.
Yamaha Corporation
Yamaha Corporation (yap. ヤマハ株式会社) — musiqi alətləri, səs qurğuları, idman vəsaitləri, nəqliyyat vasitələri və s. istehsal edən transmilli şirkət. Yamaha — əsasən elektronika və motosikllərin istehsalçısı kimi tanınmış yapon şirkəti. İndi o, həm də CD-ROM disklərinə yazma qurğuları və musiqi sintezatorları istehsal edir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Hess Corporation
Hess Corporation (2006-cı ilə qədər Amerada Hess Corporation) — xam neft və təbii qazın axtarışı və hasilatı ilə məşğul olan ABŞ qlobal enerji şirkəti. 1968-ci ildə Hess Oil and Chemical və Amerada Petroleum şirkətlərinin birləşməsi nəticəsində yaradılmışdır. Leon Hess 1960-cı illərin əvvəllərindən 1995-ci ilə qədər CEO vəzifəsində çalışmış, bundan sonra oğlu Con Hess onu sədr və baş direktor kimi əvəz etmişdir. Şirkətin rəqib neft şirkəti Chevron tərəfindən alınması ilə bağlı razılıq əldə olunub. Baş ofisi Nyu Yorkda yerləşən şirkət Fortune 500 korporasiyalarının 2016-cı il illik reytinqində 394-cü yerdə qərarlaşıb. 2020-ci ildə Forbes Global 2000 Hess-i dünyanın 1253-cü ən böyük ictimai şirkəti olaraq sıralamışdır. Şirkətin ABŞ (Şimali Dakota) və Liviyada sahildə, dənizdə isə ABŞ (Meksika körfəzi), Kanada, Cənubi Amerika (Qayana və Surinam) və Cənub-Şərqi Asiyada (Malayziya) kəşfiyyat və hasilat əməliyyatları var.
News Corporation
News Corporation (və ya News Corp) dünyanın ən böyük media qruplarından biri hesab olunur. Onun sahibi və sədri Rupert Merdokdur. News Corporation Nyu York Fond Birjası və Avstraliya Fond Birjası vasitəsilə ictimai bir şirkətdir. Əvvəllər şirkətin baş ofisi Avstraliyanın Adelaida şəhərində yerləşirdi, lakin sonradan ABŞ-ın Delaver ştatına köçürülmüşdür. News Corporation şirkətinin baş ofisi Nyu Yorkda Rokfeller Mərkəzinin binasında yerləşir. Şirkətin 2005-ci ildəki göstəricilərə əsasən illik gəliri 23,8 milyard ABŞ dolları təşkil etmişdir ki, bu gəlirlərin də təxminən 70%-i ABŞ-dan əldə edilmişdir. Şirkət bütün dünyada kitab nəşriyyatlarına, qəzetlərə, jurnallara, səsyazma şirkətlərinə və radio stansiyalara, idman komandalarına və liqalara, kinostudiyalara, televiziya stansiyalarına, kabel və peyk yayımı distribyutorlarına, internet saytlarına və müxtəlif kiçik təşkilatlara sahibdir. 20th Century Fox, Fox televiziyaları ilə bərabər, Eurosport, Direct TV, Sky televiziyaları və eyni zamanda da 2006-cı ildən Türkiyədən satın alınmış olan TGRT kanalı da şirkətin mülkiyyətindədir. Bundan əlavə, MySpace sosial şəbəkə xidmətini də 580 milyon dollara satın almışdır.
Sharp Corporation
Sharp 1912-ci ildə Yaponiyanın Tokio şəhərində yaradılmış elektron məhsulların istehsalı ilə məşğul olan şirkətdir. Şirkət öz adını təsisçisinin ilk ixtiralarından birinin adından götürmüşdür. Şirkət xüsusi ilə də idman sahəsinə mühüm dəstək vermişdir. Şirkət, 1990-cı illərin ortalarında "Mançester Yunayted" klubunun forma, 2002–2005-ci illər arasında UEFA Çempionlar Liqasının əlavə, həmçinin də UEFA EURO 2012-nin rəsmi baş sponsoru olmuşdur. Onun texnologiya sahəsində fəaliyyətlərini davam etdirdiyi ölkədəki və dünyadakı ən böyük rəqibi Toshiba şirkəti hesab edilir.
Sumitomo Corporation
Sumitomo Corporation (yaponca: 住友商事株式会社, Hepbörn: Sumitomo Shōji kabushiki gaisha) — Yaponiya şirkəti, dünyanın ən böyük soqo şosa ümumi ticarət şirkətlərindən biri, çoxşaxəli korporasiya. Şirkət 1919-cu ildə təsis edilmişdir və "Sumitomo Group"un üzvüdür. Bu, Yaponiyanın üç fond birjasında (Tokio, Naqoya və Fukuoka) siyahıya alınmışdır. TOPIX və "Nikkei 225" səhm indekslərinin tərkib hissəsidir. Bu gün şirkət dünyanın ən böyük üç soqo şoşa şirkətindən biridir. "Sumitomo Corporation"ın əsas üzvü olduğu "Sumitomo Group"un formalaşması XVII əsrdə Masatomo Sumitomo tərəfindən Kyotoda kitab və dərman mağazasının yaradılması ilə bağlıdır. Sumitomonun qaynı Riyemon Soqa misdən gümüş çıxarmaq üçün texnologiya hazırlamışdır. Soqanın Sumitomonun qızı ilə evlənmiş oğlu Tomomoçi Sumitomo bu əritmə biznesini Osakaya qədər genişləndirmişdir. Bu başlanğıcdan Sumitomo ailəsi öz biznesini mis mədəninə (Besşi mis mədəni), daha sonra toxuculuq, şəkər və dərman ticarətinə çevirmişdir. Sumitomo ailəsi Edo dövründə Tokuqava şoqunluğuna yaxın idi.
Whirlpool Corporation
Whirlpool — ABŞ-də şirkət, ticarət markası Whirlpool 1911-ci ildə ABŞ-də yaradılıb. Hal-hazırda bu brend dünyanın 170-dən çox ölkəsində təmsil olunmaqdadır. Whirlpool-un istehsal sahələrində 70 000-dən çox işçi çalışır. Bunlardan ancaq 3000-i yeniliklər və effektiv texnologiyaları yaradan mühəndislərdir. Bu o deməkdir ki, sizin əldə etdiyiniz hər Whirlpool məhsulu üzərində məhz 3000 mühəndis çalışıb. Şirkətin sadəcə 2009-cu ildə satış həcmi 19 milyard dolları aşıb. İnnovativ texnologiyalarla zamanın nəbzini tuta bilən marka artıq öz sektorunun № 1-dir. Bütün dünyada bəyaz məişət əşyaları və texnikası, habelə quraşdırılma mətbəx avadanlıqları axtarışları zamanı müştərilərin ən çox üstünlük verdiyi marka məhz Whirlpool-dur.
Operation Paperclip
Kağız sancağı əməliyyatı (ing. Operation Paperclip) – ABŞ hərbi kəşfiyyat xidmətinin İkinci Dünya Müharibəsinin sonunda və müharibədən sonrada Nasist Almaniyasından əhəmiyyətli elm adamlarının Almaniyadan qaçırma əməliyyatının kod adıdır. Nasist Almaniyasının Sovet İttifaqına hücumunu nəzərdə tutan Barbarossa Əməliyyatının uğursuzluğundan sonra Almaniyanın strateji mövqeyi, xüsusilə silah sənayesi uzunmüddətli bir müharibəyə hazır olmadığı üçün pis vəziyyətdə düçar olur. 1943-cü ilin yazından etibarən Almaniya ordudakı bütün alimləri bir yerə yığmaq və onları tədqiqat və inkişaf işlərinə yönləndirir. O vaxta qədər mexanika mühəndislərini sürücü, alimləri xidmətçi, riyaziyyatçıları yeməkxana işlərində işləyən şəxs kimi istifadə edən nasistlər bütün elm adamlarını bir yerə cəmləyirlər. Yığılan şəxslər, ilk növbədə nasistlər tərəfindən ideoloji cəhətdən etibarlı olub olmamağına görə təsnif edilirlər. Seçimi həyata keçirən Hannover Universitetinin məzunu Werner Ozenberq olduğu üçün siyahıda onun adını müvafiq olaraq Rozenberq siyahısı adlandırılır. 1945-ci ilin martında Osenberg siyahısı müttəfiqlərin əlinə keçir və ABŞ-dəki Tədqiqat və İnkişaf İnstitutunun rəhbəri mayor Robert Staver ona verilmiş siyahıda adları yer alan bütün şəxslərlə, xüsusən də raket mütəxəssisi Wernher von Braunla görüşmək və onların haqqında kəşfiyyat məlumatlarının yığılması haqqında tapşırıq verir. Əvvəlcə yalnız elm adamlarını sorğu-suala tutmaq məqsədi olan kampaniya, sonradan onları Almaniyadan evakuasiya etməklə dəyişdirilmişdir. Bir çox nasist alim Peenemündedəki Tədqiqat Mərkəzində V-2 raketi ilə əlaqədar olan işlərə cəlb edilmişdi.
American Motors Corporation
American Motors Corporation (AMC) — 1954-cü ildə Nash-Kelvinator Korporasiyası və Hudson Motor Avtomobil Şirkətinin birləşməsi ilə qurulmuş amerikan avtomobil şirkəti olmuşdur. Bu ittifaq həmin dövr üçün amerikan tarixində ən böyük korporativ birləşmə olmuşdur. AMC-nin Chrysler şirkətinə satılması ilə bağlı danışıqlara 1985-ci ildə başlanmış, 1987-ci ilin 9 mart tarixində Chrysler AMC-nin Renault aksiyalarını, həmçinin yerdə qalan bütün aksiyalarını 1.5 milyard ABŞ dolları müqabilində satın almışdır. == AMC sərnişin maşınları == Subkompakt 1955–1962: Metropolitan* 1970–1978: AMC Gremlin** 1979–1983: AMC Spirit 1981–1983: AMC Eagle (SX/4 və Kammback) 1983–1987: Renault Alliance – Renault 9 bazasında. 1984–1987: Renault Encore – Renault 11 bazasında. * – Metropolitan modeli Nash tərəfindən 1954-cü ildə təqdim olunub. ** – Gremlin şirkətin ilk müasir subkompakt modelidir. Kompakt 1955–1956: Nash Rambler/Hudson Rambler 1957: Rambler Six/Rambler Rebel 1958–1969: Rambler American/AMC Rambler 1968–1970: AMC AMX 1968–1974: AMC Javelin 1970–1977: AMC Hornet 1975–1980: AMC Pacer 1978–1983: AMC Concord Krossover 1980–1988: AMC Eagle Orta ölçülü 1958–1960: Rambler Six/Rambler Rebel 1961–1966: Rambler Classic 1958–1964: Rambler Ambassador (1958–1962 həmçinin "Ambassador by Rambler" adlanır) 1965–1966: Rambler/AMC Marlin 1967–1970: Rambler/AMC Rebel 1971–1978: AMC Matador Tam ölçülü 1955–1956: Hudson Wasp 1955–1956: Nash Statesman 1955–1957: Hudson Hornet 1955–1957: Nash Ambassador 1965–1974: Rambler/AMC Ambassador 1967: AMC Marlin 1988–1992: Eagle Premier == Kolleksiya yararlılıq == AMC-nin bəzi modelləri hobbiçilər tərəfindən kolleksiya ediləbilən hesab olunur, bu siyahıya Javelin, AMX, həmçinin 1957 Rambler Rebel, 1965–67 Marlin, 1969 Hurst SC/Rambler, 1970 Rebel Machine və 1971 Hornet SC/360 aid edilir. Bu modellərin istehsalı az məşhurluq tapdığına görə məhdud sayda buraxılmışdır. === Hot Rod Magazine bərpa haqqında 1 aprel zarafatı === 2008-ci ilin aprel ayında Hot Rod Magazine jurnalı məqalə buraxaraq American Motors şirkətinin bərpa olunacağı barədə xəbər yaymışdır.
British Aircraft Corporation
British Aircraft Corporation (qısaca BAC) Birləşmiş Krallıqda yerləşən keçmiş təyyarə istehsalçısı idi. Şirkət 1960-cı ildə hökumətin təşviqi ilə English Electric Aviation Ltd., Vickers-Armstrongs, Bristol Airplane Company və Hunting Aircraft şirkətlərinin birləşməsi ilə yaradılmışdır. Baş ofisi Londonun Vestminster rayonunda yerləşirdi. BAC 29 aprel 1977-ci ildə Hawker Siddeley Group və Scottish Aviation ilə bərabər milliləşdirilmiş və şirkətin adı British Aerospace (BAe) olaraq dəyişdirilmişdir.
Munhwa Broadcasting Corporation
Munhwa Broadcasting Corporation (MBC) (kor. 문화방송주식회사, Munhwa Bangsong Jusikhoesa) Cənubi Koreyanın aparıcı televiziya və radio şəbəkəsi şirkətlərindən biridir. Munhwa, "mədəniyyət" üçün Koreyalı bir sözdür. Onun qabaqcıl karasal televiziya stansiyası MBC TV rəqəmsal üçün Kanal 11-dir. 2 dekabr 1961-ci ildə qurulan MBC, 17 regional stansiyadan ibarət ümummilli şəbəkəyə sahib olan bir Koreyanın yerüstü yayım şirkətidir. MBC reklam sahəsində fəaliyyət göstərsə də, ən böyük səhmdarı Yayım Mədəniyyətinin Vəqfi olan bir ictimai təşkilat olduğu üçün bir ictimai yayım şirkətidir. Bu gün bir karasal televiziya kanalı, üç radio kanalı, beş kabel kanalı, beş peyk kanalı və dörd DMB kanalı olan bir multimedia qrupudur. MBC'nin mərkəzi Seul, Mapo-gu, Digital Media City-də yerləşir və Ilsan'daki rəqəmsal istehsal mərkəzi Dream Center, Yongin Daejanggeum Parkında açıq və açıq dəstlər daxil olmaqla Koreyanın ən böyük yayım istehsal sahələrinə sahibdir.
Netscape Communications Corporation
Netscape, Netscape Communications Corporation tərəfindən inkişaf etdirilən, AOL tərəfindən inkişaf etdirilən skanerlərin ümumi adıdır. Pulsuz olaraq istifadəyə təqdim Netscape köhnədən şəbəkə skaner larının lideri idi. Bu an çox az istifadəçi tərəfindən istifadə edilir. Netscape firması, 28 dekabr 2007 tarixində saytında etdiyi duyuruyla, Netscape şəbəkə skanerinin zamanın qabaqda firmalarına görə geridə qaldığını və illər əvvəl tutduqları liderliyi digər firmalara kaptırdıklarını bildirərək 2008in Mart ayından etibarən hər hansı bir yeniləşdirmək bulunmayacaklarını açıqladı. Məlumatda birlikdə ayrıca, istifadəçilərin Mozilla Firefox istifadə təklif edən firma, beləcə təxminən 15 illik tarixini sonlandırmış oldu. Açıq mənbəli olaraq istifadəçiyə təqdim edilən Netscape, Mozilla təşkilatı tərəfindən inkişaf etdirilməyə başladığı üçün Mozilla şəbəkə brauzerinin bu anda istifadə edilməkdə olduğu HTML şərh etmə brauzeri olan "Gecko" ilə inkişaf etdirilmişdir.
Toyota Motor Corporation
Toyota Motor Corporation (TMC və ya Toyota) — minivenlardan tutmuş böyük yük maşınlarına qədər fərqli sahələrdə istehsal edən, dünyanın ən böyük avtomobil şirkətlərindən biridir. Yaxın zamanda Fordu keçərək dünyanın ən böyük ikinci avtomobil firması olan Toyotanın 2007-ci ildə dünya üzrə ən çox avtomobil istehsal edən şirkət olan, ancaq böyük iqtisadi böhran keçirən General Motors şirkətini taxtından edirib. Belə ki, 2007-ci ilin ilk yarım rübündə dünya satış rəqəmlərinə görə General Motorsu keçmiş və ən çox satılan avtomobil markası olmuşdur. 2003 -cü ildə Toyota, Lexus, Daihatsu və Hino markalarının illik cəmi satışları 6,78 milyon ədədə çatmışdır. Yaponiyada 12 fabriki, 11 bağlı quruluşu, və 26 ölkədə 46 istehsal təsisi 264.100 işçisi ilə Lexus və Toyota marka vasitələr çıxaran şirkətin məhsulları, 140-dan çox ölkədə müştərilərə çatdırılmaqdadır. Toyotanın avtomobil işlərindəki gəlirləri, cəmi satışlarının 90%-ini əhatə edir. Toyotanın telekommunikasiyadan tutmuş evlərə və lüks yatlara qədər fərqli sahələrdə istehsal edən şirkətləri də vardır. Qlobal Toyota satışları illər ərzində inkişaf etməkdədir. 1937-ci ildə əsası qoyulmuş Toyota şirkəti dünyanın ilk ardıcıl çıxarılan hibrit vasitəsi "Prius"u və bazara hazır ilk hidrogenli vasitəsi "Toyota FCHV"i əhatə edəcək qədər genişlənmişdir. Toyotanın 1951-ci ildən bəri fasiləsiz istehsal etdiyi "Toyota Land Cruiser" modeli təkcə yüksək satış rəqəmlərinə çatmaqla kifayətlənməmiş, keyfiyyəti sayəsində əfsanəyə çevrilmişdir.
China Electronics Corporation
Çin Elektrik Korporasiyası və ya China Electronics Corporation (CEC) — Çin Xalq Respublikasının dövlət şirkətidir və Çində həm mülki, həm də hərbi məqsədlər üçün məhsul istehsal edən ən böyük telekomunikasiya istehsalçılarından biridir. Korporasiyanın fəaliyyəti bir neçə sahəyə bölunub. Bunlar: kompüter proqramı ilə kompüter avadanlıqlarının istehsalı və sistem inteqrasiyası, telekomunikasiya şəbəkəsi və terminallarının hazırlanması və müxtəlif rəqəmsal məişət texnikasının istehsalı sahələridir. == Tarixi == Şirkət 1989-cu ildə, Çin Xalq Respublikasının Elektron Sənayesi Nazirliyinin tərkibində qurulur. Çin Elektrik Korporasiyası 2007-ci ildə Niderlandın Philipsin mobil telefon şöbəsindən, "Philips" ticarət nişanı ilə mobil telefon satma hüququnu alır. O zaman "Philips"in şöbəsinin illik gəliri 400 milyon avro, işçi sayı isə 240 nəfər idi. 2020-ci ilin avqust ayında ABŞ Müdafiə Nazirliyi, ABŞ-də birbaşa və ya dolayısı ilə fəaliyyət göstərən Çin Xalq Azadlıq Ordusu ilə əlaqəli şirkətlərin adlarını açıqlayır. "Çin Elektrik Korporasiyası"da bu siyahıya daxil edilir. 2020-ci ilin noyabrında Donald Trump, hər hansı bir Amerika şirkəti və ya vətəndaşının, ABŞ Müdafiə Nazirliyinin siyahıya aldığı şirkətlərin səhmlərinə sahib olmasını qadağan edən bir sərəncam imzalayır və bu şirkətlərin siyahısında "Çin Elektrik Korporasiyası"nın adıda keçir.
State Street Corporation
State Street Corporation — Baş ofisi Amerika Birləşmiş Ştatlarında yerləşən maliyyə xidmətləri və bank holdinq şirkətidir. Şirkət 25 iyun 1792-ci ildə təsis edilmişdir. Bu şirkət ABŞ-da daimi fəaliyyət göstərən ikinci ən qədim bank hesab olunur. Şirkətin baş ofisi Bostondakı One Lincoln Street-də yerləşir. State Street aktivlərinə görə ABŞ-ın ən böyük bankları siyahısında 15-ci yerdə dayanır. Şirkət 2023-cü ildə idarəsi altında olan (türk. Yönetim altındaki; ing. under management) 3,9 trilyon ABŞ dolları və nəzarət və rezerv (türk. saklama ve idare altındaki; ing. under custody and administration ) altında olan 43,3 trilyon ABŞ dolları ilə dünyanın ən böyük aktivlərin idarə edilməsi şirkətlərindən biri hesab olunur.